Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3331/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina,) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3588/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3588/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Mülki Prosess ual Məcəllənin 407.4-cü maddəsinə görə şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Mülki Prosessual Məcəllənin 408.1.3-cü maddəsinə görə isə kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Hazırki kassasiya şikayəti və ona əlavə edilmiş sənədlərdən görünür ki, şikayət İddiaçı vəkili kimi qeyd edilmiş (nümayəndə) Vəkil3 tərəfindən imzalansa da, şikayətə əlavə edilmiş 27 iyul 2024-cü il tarixli vəkil orderində hüquqi yardım göstərilən şəxs “X1”, tapşırığın yerinə yetirildiyi təşkilat kimi isə Pirallahı Rayon Məhkəməsi qeyd edilmişdir. Halbuki kassasiya şikayəti İddiaçı tərəfindən veril miş və şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına ünvanlanıb. Başqa sözlə, şikayəti imzalayan vəkilin İddiaçının vəkili kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasında təmsilçilik səlahiyyətlərini təsdiq edən orderi yoxdur. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 409-cu maddəsi apellyasiya instansiyası məhkəməsinin üzərinə kassasiya şikayətinin həmin Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamaq vəzifəsini qoymuşdur. Yalnız bundan sonra kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə göndərilə bilər. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 409-cu maddəsinin tələblərinə əməl etmədən cavabdehin kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərb aycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından (vəkil orderi olmadığı üçün), onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, şikayət verən şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Şərh edilənləri və Mülki Prosessual Məcəllənin 407, 408.1.3 və 408.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRA RA ALDİ: İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3588/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-3331/2024
Ali Məhkəmə Qərardad — İş №2(102)-3331/2024
28.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver