Məhkəmə qərarları › İş №2(102)-3333/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3333/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3333/2021 26.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 fevral 2021-ci il tarixli qərardadından cavabdehin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “X3 Edilməsi Agentliyi” MMC X2 qarşı «kredit borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş dir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1173/2019 nömrəli iş üzrə 04 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.S.Məmmədov) iddia qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2947/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qərardadı ilə (hakimlər R.Ə.Eyvazov, Z.A.Şirinov, F.Ş.Talışinski) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Həmin qərardaddan cavabdeh verdiyi kassasiya şikayətində qərardadın ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən göndərilən bildirişin cavabdeh tərəfindən alınmasını təsdiq ləyən xəbərnamənin iş materiallarında olmaması, cavabdehin mülki iş barədə yalnız icra məmuru tərəfindən icra sənədinin icra edilməsi tələbindən sonra xəbəri olması apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini əsassız hesab edərək qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İş materiallarından görünür ki, 13 mart 2019-cu il tarixdə birinci instansiya məhkəməsi qətnaməni tərəflərə göndərmiş, 22 may 2019-cu il tarixdə qətnamə qanuni qüvvəsini almasına görə icraya yönəldilmiş, icra sənədi üzrə icra tədbirlərinə başlanılmış, apellyasiya şikayəti isə 2 ilə yaxın müddət keçdikdən sonra, 06 yanvar 2021-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayəti 06 yanvar 2021-ci il tarixdə (2 ilə yaxın müddət keçdikdən sonra) birinci instansiya məhkəməsinə daxil olmuş, lakin məhkəmə qətnaməni u zun müddət icraya yönəltməsinə baxmayaraq, prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsini yoxlamamış (cavabdehin qətnamədən hansı tarixdə məlumatının olması, icra icraatına hansı tarixdə cəlb olunması və ondan sonrakı hərəkətləri və s.), buna əsaslandırılmış qərardadı ilə münasibət bildirməmişdir. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə u yğun olmaqla, prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar