Məhkəmə qərarları › İş №2(102)-3333/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3333/2023

07.09.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3333/2023 07.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK-ya qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yeni inşa olunan yaşayış binasında mənzilə dair hüquqların müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 aprel 2023-cü il tarixli, 2(103)2300/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən ve rilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 23 dekabr 2013-cü il tarixli müqavilə ilə "xxxx" MTK ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci blok (giriş), 7-ci mərtəbəsində, ümumi sahəsi 140,1 kv.m olan 3 otaqlı mənzili tikib İddiaçı təhvil verməyi, sonuncu isə mənzilin hər 1 kv.m üçün 750 manat, cəmi 105075 manat pulun 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüşlər. İddiaçı 23 dekabr 2013-cü il tarixdə razılaşdırılmış məbləği MTK-nın kassasına ödəmişdir. 2. 13 yanvar 2014-cü il tarixli müqavilə ilə "xxxx" MTK Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında inşa edilən çoxmərtəbəli binanı inşa edib, 1-ci blok, 8-ci mərtəbədə 3 otaql ı, tam sahəsi 140,3 kv.m olan mənzili Cavabdeh təhvil verməyi, sonuncu isə hər 1 kv.m üçün 750 manat, cəmi 105225 manat məbləğində pulu MTK-ya ödəməyi öhdəsinə götürmüşlər. Cavabdeh mənzilə görə razılaşdırılmış məbləği həmin tarixdə MTKnın kassasina ödəmişdir. 3. ünvan 3 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binası 25 iyul 2017-ci il tarixdə "xxxx" MTK-nın adına qabaqcadan qeydiyyata alınmış və hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmişdir. ünvan 9, 16 saylı (6-cı mərtəbə, 3 otaq, ü/s 140,3 kv.m) mənzil Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu R.Z.Sadıqov tərəfindən təsdiqlənmiş 4Ə-722 reyestr nömrəli 24 avqust 2017-ci il tarixli qabaqcadan qeydiyyata alınmış daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinə əsasən 05 sent yabr 2017-ci il tarixdə Məmmədov Mir-Əvəz Rafiz oğlunun adına qabaqcadan qeydiyyata alınmış və hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmişdir. Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu E.Q.Əliyev tərəfindən təsdiq edilmiş 3M-944 reyestr nömrəli 19 aprel 2021-ci tarixli müqavilənin ləğvinə dair sazişə əsasən 04 may 2021-ci il tarixdə sözügedən mənzil "xxxx" MTK-nın adına qabaqcadan qeydiyyata alınmış və hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmişdir. Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu R.Z.Sadıqov tərəfindən təsdiqlənmiş 4Ə-517 reyestr nömrəli 16 may 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına qabaqcadan qeydiyyata alınmış və 19 may 2022-ci i l tarixli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmişdir.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh "xxxx" MTK-ya qarşı iddiası təmin edilərək, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 1-ci giriş 8-ci mərtəbəsində yaşayış sahəsi 140,3 kv.m olan 3 otaqlı mənzilin iddiaçıya təhvil verilməsi və mülkiyyət hüququna yaradılmış məhdudiyyətlərin aradan qaldırılması qət edilmişdir.

5. Bakı şəhəri Səbail rayon İcra şöbəsinin 14 mart 2022-ci il tarixli “İcraata xitam verilməsi barədə” qərarına və eyni tarixli akta əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(009)-1694/2021 nömrəli qətnaməsi üzrə verilmiş icra sənədi tam icra olunmuş, mübahisəli mənzil tələbkar ( iddiaçı) Cavabdeh təhvil verilmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin 02 avqust 2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs (üçüncü şəxs) X12 tərəfindən verilmiş, həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin olunmaması, müvafiq olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli qətnamələrinin apelly asiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində birinci iş üzrə icraat

8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya məxsus ünvan 4 ünvanında inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 1-ci blok (giriş), yaşayışın 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.m. olan 3 otaqlı, 16 saylı mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia belə əsaslandırmışdır ki, "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışında göstərilmişdir ki, ünvan 5 ünvanda yerləşən kooperativ yaşayış binasının 7 mərtəbə, 3 otaqlı mənzildə yerləşən yaşayış sahəsi 140,1 kv.m. olan mənzilin dəyəri payçı İddiaçı tər əfindən ödənilmişdir. "xxxx" MTK tərəfindən verilmiş 28 mart 2022-ci il tarixli məktubda göstərilmişdir ki, "xxxx" MTK tərəfindən ünvan 4 ünvanında inşa edilən yüksəkmərtəbəli yaşayış binasının birinci blok (giriş), yaşayışın 6-cı mərtəbəsində yerləşən 3 otaqlı və ümumi sahəsi 140,3 kv.m. olan mənzil 23 dekabr 2013-cü il tarixdə İddiaçı adına rəsmiləşdirilmişdir. Həmin mənzil İddiaçı məxsusdur, onun adındadır və digər şəxsə satılmamışdır. Bununla yanaşı, Hüquqların Qabaqcadan Qeydiyyatı Barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş arayışdan görünür ki, Bakı şəhəri, ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 140,3 kv.m. olan 3 otaqlı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına (tam payçı kimi) Daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydiyyata alınmışdır. Cavabdeh iddiaçıya m əxsus 16 saylı mənzildə qanunsuz təmir işləri aparması və orada yaşaması onun mülkiyyətçi kimi hüquqlarını pozur. Cavabdehin ona məxsus olan mənzildə təmir işləri aparması və orada yaşaması həmin əmlakın qanuni sahibi (bir mülkiyyətçi) kimi onun həmin mənzil üzərində dövlət tərəfindən tanınan və qorunan hüquqlarını kobud şəkildə pozur. İddiaçı qeyd olunan mənzilə görə pay haqqını tam olaraq ödədiyindən və həmin mənzil xüsusi mülkiyyət hüququ ilə onun adına (tam payçı kimi) Daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydiyyata alındığından, həmin mənzil onun mülkiyyəti kimi qiymətləndirilməlidir.

10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(009)1389/2022 nömrəli qətnaməsi ilə (hakim R.N.Qafarova) iddia təmin edilərək, Cavabdeh ünvan 4 ünvanında ("xxxx" MTK t ərəfindən) inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 1 (birinci) blok (giriş), yaşayışın 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.m. olan 3 otaqlı, 16 saylı mənzildən çıxarılması, İddiaçı ünvan 4 ünvanında ("xxxx" MTK tərəfindən) inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 1 (birinci) blok (giriş), yaşayışın 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.m. olan 3 otaqlı, 16 saylı mənzilə köçürülməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı hazırki mübahisəni qaldırmamışdan əvvəl hüquqlarını pozduğunu iddia etdiyi Cavabdeh 13 yanvar 2014-cü il tarixdə X13 şəxsində "xxxx" MTK arasında bağlanmış mənzil alqısatqısına dair müqaviləsi ilə bağlı məhkəmə çəkişmələri olmuşdur.

12. Qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsin in 02 avqust 2022-ci il tarixli qətnaməsinə istinad edən birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiası təmin edilsə də, onun əsasında verilən icra sənədinin icrası zamanı icra məmuru tərəfindən yanlışlığa yol verilmişdir. Hazırki iş üzrə iddiaçı tərəfin izahatlarından aydın olur ki, icra məmuru tərəfindən iddiaçı Cavabdeh icra sənədində ona təhvil verilməsi nəzərdə tutulan binanın 8-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilə deyil, İddiaçı məxsus olan eyni ünvanda və eyni binada, lakin 8-ci mərtəbədə deyil, 7-ci mərtəbədə yerləşən 3 otaqlı mənzilə köçürülmüşdür. Hazırki iş üzrə cavabdeh tərəf icra məmuru tərəfindən icra hərəkətləri həyata keçirilərkən yol vermiş yanlışlıqların araşdırılması və məhkəmənin qətnaməsinin hazırki halda icra edilməsi ilə hər hansı icra hərəkətlərinin aparılması barədə məlumatları olmamasını göstərmişdir.

13. Daha sonra, məhkəmə göstərmişdir ki, iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün "xxxx" MTK tərəfindən ünvan 8 ünvanında inşa edilmiş binanın 6, 7, 8, 9, 10-cu mərtəbələrində yerləşən, sahəsi 140,1 və ya 140,3 kv.m olan 3 otaqlı mənzillərin qeydiyyata alınıb-alınmaması haqqında məlumat və sənədlərin surətlərinin verilməsi, İddiaçı adına ünvan 8, 16 saylı mənzilin qabaqcadan qeydiyyata alınmasına əsas olmuş sənədlərin surətlərinin verilməsi və sözügedən mənzilə dair müqavilədə mənzilin 7-ci mərtəbədə yerləşməsi qeyd olunsa da, hansı qaydalara uyğun olaraq hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışda 6-cı mə rtəbə qeyd edilməsinin araşdırılması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə edilən sorğu nəticəsində müəyyən edilmişdir ki, ünvan 3 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binası 25 iyul 2017-ci il tarixdə "xxxx" MTK-nın adına qabaqcadan qeydiyyata alınmışdır və hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmiş, bundan sonra MTK tərəfindən X5, X10, X11, X3, Məmmədov Mir-Əvəz Rafiz oğlu adlı vətəndaşlara hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışlar verilmişdir. Sözügedən vətəndaşlar həmin arayışı əldə etmək üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınm az Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərkən ünvan 9 ünvanında olan binanın yaşayın müvafiq mərtəbələri üzrə mənzillərə görə arayış verilməsini xahiş etmiş və onlara da binanın yaşayışının mərtəbələri üzrə verilən arayışlar üzrə müvafiq qabaqcadan qeydiyyata alınmış daşınmaz əmlakın alqı-satqı və ipoteka müqavilələri bağlanmışdır. Hazırki iş üzrə müəyyən edilmişdir ki, "xxxx" MTK-nın adına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 17, 16 saylı, **********16-05301-093010 reyestr nömrəli, 6-cı mərtəbədə yerləşən mənzilə dair 04 may 2021-ci il tarixli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verildiyi üçün sözügedən əmlaka Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən təsdiq e dilmiş 16 may 2022-ci il tarixli 4Ə-517 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən İddiaçı adına özgəninkiləşdirildiyi üçün onun adına 6-cı mərtəbədə yerləşən mənzilə dair arayış verilmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasındakı mübahisə binanın mərtəbələri ilə bağlıdır. Təsadüfi deyildir ki, məhz mərtəbələr üzrə mübahisə nəticəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı Səbail rayon İcra şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş 14 mart 2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar ləğv edilmiş və müəyyən edilmişdir ki, icra sənədinin icrası icra məmuru tərəfindən yanlışlığa yol verilərək həyata keçirilmişdir.

15. Məhkəmə ilk növbədə tərəflərin adına olan müqavilələrin məzmununa diqqət yetirilməsini önəmli sayaraq göstərmişdir ki, iddiaçı ilə bağlanmış müqavilədə yaşayış binasının 1-ci blok (giriş), 7-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzildən, cavabdeh ilə bağlanmış müqavilədə isə yaşayış binasının 1-ci blok (giriş), 8-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzildən söhbət gedir. Yerində müayinə zamanı məhkəmə tərəflərin də iştirakı ilə Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda "xxxx" MTK tərəfindən inşa edilən çoxmərtəbəli binanın 1-ci blokuna daxil olmuş, liftin “8” düyməsi basılaraq mərtəbəyə, həmçinin pilləkənlə də “8”-ci mərtəbəyə qalxmışlar. İddiaçı Cavabdeh həmin mərtəbədə (izahatlara əsas ən) 16 saylı, 3 otaqlı mənzildə ailə üzvləri ilə yaşadığı müəyyən edilmişdir.

16. Məhkəmə həmçinin müəyyən etmişdir ki, binanın birinci iki mərtəbəsi qeyriyaşayış sahəsi olmaqla, sonrakı mərtəbələr yaşayış sahələridir. 16 saylı mənzil də binanın 8-ci mərtəbəsində deyil, 7-ci mərtəbəsində yerləşir və binanın İ blokunda yalnız bir 16 saylı mənzil mövcuddur. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X4 18 dekabr 2020-ci il tarixdə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli rəyindən aydın olur ki, ünvan 10 ünvanda “Mars-A" MTK tərəfindən inşa olunmuş 2 girişli 2 səviyyəli zirzəmili 16 mərtəbəli binanın 1-ci mərtəbəsi bir mərtəbə hesab edilməklə, iki səviyyəli qeyri-yaşayış sahəsidir.

17. Məhkəmə hesab etmişdir ki, MTK tərəflərlə qeyd edilən müqavilələri bağlayarkə n 1-ci mərtəbədə yerləşən 2 səviyyəli qeyri-yaşayış sahəsini 1 mərtəbə kimi nəzərə alaraq onlarla müqavilələr bağlamışdır.

18. Məhkəmə qanuni qüvvəsini almış apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş hallara qiymət vermədən hesab etmişdir ki, liftlə 8 düyməsi basılaraq və ya 8 mərtəbə pilləkənlə qalxılan mərtəbə mütləq 8-ci mərtəbə kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmənin qənaətinə görə liftin 8 düyməsini basmaqla və ya pilləkənlə 8 mərtəbə qalxılması halı o demək deyildir ki, 1-ci mərtəbə 2 səviyyədən ibarət 1 mərtəbə kimi qiymətləndirilməməlidir. Məhkəmə hesab etmişdir ki, MTK tərəfindən tərəflərlə müqavilə bağlanarkən 1-ci mərtəbənin 2 səviyyəsi nəzərə alınsa da, sonradan 2 mərtəbə kimi qiymətləndirilərək liftin də bu qaydada quraşdırılması yanlışlığa y ol açmışdır. Belə ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X4 qeyd edilən rəyində də göstərildiyi kimi binanın 1-ci mərtəbəsi 1 mərtəbə 2 səviyyəli qeyri-yaşayış sahəsi olmaqla, səviyyələrin hərəsi 1 mərtəbə kimi qiymətləndirilməli demək deyildir. Məzmunundan da görünür ki, 1 mərtəbə 2 mərtəbə kimi deyil, 2 səviyyə kimi, başqa sözlə 2 səviyyədən ibarət qeyriyaşayış sahəsi 1 mərtəbə kimi göstərilmişdir. İstər liftlə, istərsə də pilləkənlə qalxdıqda binanın ilk 1 mərtəbəsi 2 səviyyəli olmaqla 1-ci mərtəbədir. Başqa sözlə hər səviyyə ayrıca 1 mərtəbə demək deyildir. İşin materiallarından görünür ki, binanın sakinləri də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq qurumuna sənədləşdirmə üçün müraciət edərkən hərəsi öz mənzilinin mərtəbəsini binanın yaşayışından hesablamaqla göstərmi şlər. 19. "xxxx" MTK-nın nümayəndəsi tərəfindən binanın məhz yaşayışının 6-cı mərtəbəsində yerləşən 16 saylı mənzilə dair arayış verilməsi barədə müraciəti əsasında MTK-nın adına Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsi, ev 17, 16 saylı, 6-cı mərtəbədə yerləşən mənzilə dair xx.xx.2021-ci il tarixli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verildiyindən sözügedən əmlakın Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-517 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına özgəninkiləşdirildiyi üçün onun adına 6-cı mərtəbədə yerləşən mənzilə dair arayış verilməsini və FHN-nin qeyd edilən rəyində binanın 1-ci mərtəbəsinin 2 səviyyəli qeyriyaşayış sahəsi kimi göstərilm əsini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçıya müqavilə üzrə MTK tərəfindən təhvil verilmiş yaşayış binasının 1-ci blok (giriş), 7-ci mərtəbəsində olan 3 otaqlı mənzil faktiki olaraq 1 (birinci) blok (giriş), yaşayışın 6-cı mərtəbəsində yerləşən 3 otaqlı, 16 saylı mənzildir.

20. Məhkəmə hesab etmişdir ki, binanın 7-ci mərtəbəsi yaşayışın 6-cı mərtəbəsi, 8ci mərtəbəsi isə yaşayışın 7-ci mərtəbəsi olduğu üçün hazırki mübahisəyə işin faktiki halları baxımından hüquqi qiymət verilməlidir. Belə olan halda isə Cavabdeh iddiaçıya məxsus ünvan 4 ünvanında inşa edilən yüksəkmərtəbəli yaşayış binasının birinci blok (giriş), yaşayışın 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 16 saylı mənzildə qanunsuz təmir işləri aparmaqla orada yaşaması iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Belə ki, cavabdeh faktiki olaraq iddiaçıya verilən binanın 7-ci, yaşayışın isə 6-cı mərtəbəsində olan 3 otaqlı mənzilində yaşayır. Halbuki, icra sənədinə əsasən cavabdehə müqavilədə nəzərdə tutulmuş yaşayış binasının 1-ci blok (giriş), 8-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzilin ona təhvil verilməsi qərara alınmışdır.

21. Məhkəmə cavabdeh tərəfin dəlilləri üzrə həmçinin qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müvafiq müqavilələr əsasında iddiaçıya binanın 7-ci, cavabdehə isə binanın 8-ci mərtəbəsində yerləşən mənzilin satılması, 16 saylı mənzilin binanın 7-ci mərtəbəsində yerləşməklə iddiaçıya məxsus olması müəyyən edilmişdir. Belə olan halda isə mübahisə predmeti olan mənzilin sahəsinin nə qədər olması və həmin sahəyə görə İddiaçı tərəfindən MTK-ya nə qədər pul məbləği ödənilməsi məsələsi iddiaçı ilə MTK arasında olan daxili məsələdir və bununla bağlı yarana biləcək mübahisə İddiaçıla MTK arasında həll edilə bilər.

22. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4, 157.8-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(009)-1389/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 aprel 2023-cü il tarixli, 2(103)-2300/2023 nömrəli qətnaməsi ilə (hakim G.T.Axundovanın sədrliyi və məruzəsi ilə, hakimlər C.C.Musayevadan və F.F.Babayevdən ibarət tərkibdə) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(009)-1389/2022 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı cavabdehin iddiaçıya məxsus ünvan 4 ünvanında inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 1 (birinci) blok (giriş), yaşayışın 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.m. olan 3 otaqlı, 16 saylı mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə iddia tələbi rədd edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, Cavabdeh faktiki yaşadığı mənzil 14 mart 2022-ci il tarixdə təhvil verilmişdir. İddiaçı iddia tələbində qeyd etdiyi ümumi sa həsi 140,3 kv.m. yaşayış sahəsi 83,15 kv.m. olan 3 otaqlı 17 saylı evin 16 nömrəli mənzil 24 avqust 2017-ci il tarixdə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqısı və ipoteka müqaviləsinə əsasən "xxxx" MTK tərəfindən isə Məmmədov Mir-Əvəz Rafiz oğluna satılmışdır. Mənzil 05 sentyabr 2017-ci il tarixdə Məmmədov Mir-Əvəz Rafiz oğlunun adına qabaqcadan qeydiyyata alınmışdır. "xxxx" MTK, Məmmədov Mir-Əvəz Rafiz oğlu və "xxxx" ASC tərəfindən bağlanmış 19 mart 2021-ci il tarixli müqavilənin ləğvinə dair sazişdən müəyyən olunur ki, tərəflərin ümumi razılığına əsasən Məmmədov Mir-Əvəz Rafiz oğlu 119255 manat pul məbləğini notariusun depozit hesabı vasitəsilə geri aldıqdan sonra qeyd olunan daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinə xitam verilmişdir. Bundan sonra "xxxx" MTK İddiaçı 16 say lı mənzili 16 may 2022-ci il tarixdə satmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, xronoloji ardıcıllığa nəzər yetirdikdə müəyyən olunur ki, Cavabdeh faktiki yaşadığı mənzilə 14 mart 2022-ci il tarixdə köçmüşdür. İddiaçı isə iddia tələbində qeyd etdiyi 16 nömrəli mənzil ona 16 may 2022-ci il tarixdə satılmışdır. Göründüyü kimi Cavabdeh faktiki yaşadığı mənzil ilkin olaraq təhvil verilmiş, onun tərəfindən təmir işləri aparılmış və Emil ailəsi ilə orada yaşayır. İddiaçı isə tələb etdiyi mənzil Qoşqara 16 may 2022-ci il tarixdə satılmışdır. İşə baxan birinci instansiya məhkəməsi isə səhv nəticəyə gələrək qətnamədə qeyd etmişdir ki: “Cavabdeh 16 saylı mənzildə qanunsuz təmir işləri aparmaqla orada yaşaması İddiaçı hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Cavabdeh fakt iki olaraq iddiaçıya verilən mənzildə yaşayır”.

27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, "xxxx" MTK ilə İddiaçı aralarında bağlanılmış 23 dekabr 2013-cü il tarixli müqavilədə mənzilin nömrəsi göstərilməmişdir. Həmin müqavilədə yaşayış binasının 1-ci blok (giriş), 7-ci mərtəbəsində, ümumi sahəsi 140,1 kv.m. olan 3 otaqlı mənzilinin təhvil verilməsi nəzərdə tutulmuşdur. "xxxx" MTK ilə İddiaçı aralarında bağlanılmış 16 may 2022-ci il tarixli müqavilədə isə yaşayış binasının 1 (birinci) blok (giriş), yaşayışın 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 140,3 kv.m. olan 3 otaqlı, 16 saylı mənzil qeyd edilmişdir. Yuxarıda qeyd edildiyi kimi həmin mənzil 24 avqust 2017-ci il tarixdə başqa şəxs Məmmədov Mir-Əvəz Rafiz oğluna satılmışdır. Daha sonra 19 mart 2021-ci il tarixdə müqavil ə ləğv olunmuşdur. İddiaçı isə 16 may 2022-ci il tarixdə satılmışdır.

28. Bundan əlavə, apellyasiya məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 02 avqust 2022-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, “işə baxan məhkəmə kollegiyası tərəfindən 15 iyul 2022-ci il tarixdə yerində müayinə keçirilmiş, müayinədə MTK-nın nümayəndəsi də iştirak etmişdir. Yerində müayinədə müəyyən edilmişdir ki, liftin 8 düyməsini basaraq mərtəbəyə qalxmış, Cavabdeh faktiki yaşadığı mənzilə vizual baxış keçirilmiş, mənzil təmirli olmaqla orada Cavabdeh ailə üzvləri ilə yaşaması müəyyən olunur”. Göründüyü kimi əgər Cavabdeh İddiaçı satılan 16 saylı mənzildə yaşasa idi, bu hallar MTK-nın nümayəndəsi tərəfindən qeyd olunardı. Apellyasiya şikayətində də Cavabdeh məhz İddiaçı sa tılmış mənzildə yaşaması qeyd olunmamışdır. Halbuki, əgər İddiaçı satılan mənzil Cavabdeh faktiki yaşadığı mənzil idisə bu hal ortaya çıxmalı idi. Belə ki, iddiaçının qeyd etdiyi 16 saylı mənzil İddiaçı 16 may 2022-ci ildə satılmışdır. Yerində müayinə isə 15 iyul 2022-ci il tarixdə keçirilmişdir. O cümlədən qeyd olunmalıdır ki, həmin dövrdə araşdırma zamanı üçüncü şəxs X7 apellyasiya şikayətinə baxılırdı, çünki Cavabdeh satılmış mənzilin X8 ilkin olaraq satıldığı vurğulanırdı. İddiaçı isə əgər həmin mülki iş üzrə qətnamə onun marağına toxunurdusa qətnaməni mübahisələndirə bilərdi, amma bunu etməmişdir.

29. Nəhayət, apellyasiya məhkəməsi göstərmişdir ki, Səbail Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı 14 mart 2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı ləğv olunmuş və qərardad Bakı Apellyasiya Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Sonuncu qərardadda apellyasiya məhkəməsi hesab etmişdir ki, icra məmuru tərəfindən icra hərəkətləri həyata keçirilərkən yol verilmiş yanlışlıqlar araşdırılmalı və məhkəmənin qətnaməsi icra edildikdən sonra icraata xitam verilməlidir. Qərarda yalnız "xxxx" MTK tərəfindən mənzilin İddiaçı məxsus olması barədə məktubuna istinad olunmuşdur. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, həmin qərardadlarda icra hərəkətləri üzrə hərəkətlərin davam etdirilməsi qeyd edilmişdir və qərardadla hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edən heç bir hal yoxdur.

30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticən i Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.8-ci, Mülki Prosessual Məcəllənin 77.1, 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

31. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 aprel 2023-cü il tarixli, 2(103)-2300/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 152.1, 157.2, 157.4-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, mübahisəli mənzil cavabdehə icra məmurunun səhvi nəticəsində təhvil verilmiş, bu səbəbdən həmin iş üzrə icraata xitam verilməsi bar ədə qərar ləğv edilmişdir. Binanın mərtəbələri üzrə anlaşılmazlığa gəldikdə isə binanın birinci iki mərtəbəsi qeyri-yaşayış sahəsi olmaqla sonrakı mərtəbələr yaşayış sahələridir. 16 saylı mənzil də binanın 8-ci mərtəbəsində deyil, 7-ci mərtəbəsində yerləşir və binanın 1-ci blokunda yalnız bir 16 saylı mənzil mövcuddur. İstər liftlə, istərsə də, pilləkənlə qalxdıqda binanın ilk 1 mərtəbəsi 2 səviyyəli olmaqla 1-ci mərtəbədir. Hər səviyyə ayrıca mərtəbə demək deyildir. Müqavilə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi çıxarış arasında mərtəbələr arasındakı fərqin (müqavilədə 7, çıxarışda 6) səbəbi də yuxarıda qeyd edilən bu hallarla bağlıdır. Beləliklə müəyyən olunur ki, binanın 7-ci mərtəbəsi yaşayışın 6-cımərtəbəsi, 8-ci mərtəbəsi isə yaşayışın 7-ci mərtəbəsidir. Belə olan h alda isə, cavabdehin iddiaçıya məxsus mənzildə qanunsuz təmir işləri aparmaqla orada yaşaması iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi MM-in 157-ci maddəsini mübahisəyə tətbiq etməməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.

33. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

34. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

35. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

36. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

37. Azərbaycan Respublikası Mülk i Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əs asən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilərək yekun nət icəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.

41. Kassasiya şikayətinin dəlilləri tərəflərə müvafiq müqavilələrə əsasən ayrılmış mənzillərin yerləşdikləri mərtəbələrinin düzgün müəyyən edilməməsi ilə bağlıdır ki, işin faktiki hallarını araşdıran apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verməklə, mübahisənin bu halını yuxarıda qeyd olunan qaydada müəyyən etmişdir.

42. Sübutların tədqiqi və qiymətləndirilməsi ilə bağlı apellyasiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması kassasiya şikayətində iddia olunmur və məhkəmə tərəfindən də müəyyən edilmir.

43. Kassasiya şikayətinin dəlilləri işin halların tam araşdırılmaması və sübutlara düzgün hüquqi qiymət verilməməsi ilə bağlıdır ki, Konsti tusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası yeni sübut qəbul etmir.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazır kı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 aprel 2023-cü il tarixli, 2(103)-2300/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar