Məhkəmə qərarları › İş №2(102)-3334/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3334/2023

07.09.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3334/2023 07.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 mart 2023-cü il tarixli, 2(103)1316/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsini n inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamaqla, həmin evə tərtib olunmuş “Ev dəftərinə” görə İddiaçı1 aiddir. Sonuncu həmin evdə 25 iyun 1981-ci il tarixdən, həyat yoldaşı olmuş X4 18 avqust 1952-ci ildən (23 noyabr 2000-ci il tarixində vəfat etmişdir), İddiaçı2 Naib oğlu isə 05 iyul 2007-ci il tarixdən qeydiyyatdadırlar.

2. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 həmin evdə faktiki yaşayırlar. Evdə həmçinin yaşamış Cavabdeh2 27 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin əşyaları ilə birlikdə, iddiaçılara məxsus olan və qeydiyyatda olduqları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları və yaşayış evinin cavabdehlərin hesabına boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

4. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər iddiaçıya müraciət edərək, evi kirayə götürmək istəmiş və iddiaçılar aylıq 50 manat müqabilində cavabdehlərin mənzilində qalmalarını və evə baxmalarını xahiş etmişlər. Lakin, 2019-cu ilin noyabr ayında mənzildə yanğın baş vermiş və bundan sonra cavabdehlər bildirmişlər ki, guya mənzil onlara məxsusdur və mənzildən çıxmayacaqlar. İddiaçılar qanuna müvafiq tədbirlərin görülməsi məqsədilə Suraxanı rayon Polis İdarəsinin 31 saylı Polis bölməsi nə müraciət etmiş, polisdə cavabdehlər mənzildə kirayə qalmalarını və 2020-ci ilin mart ayında mənzildən çıxacaqlarını bildirmişlər və bu barədə izahat vermişlər. Lakin cavabdehlərin sonrakı reaksiyası bunu göstərmişdir ki, onların mənzildən çıxmaq fikri yoxdur və maksimum dərəcədə mənzildən çıxmanı qərəzli və düşünülmüş şəkildə yubadırlar. Cavabdehlərin iddiaçıya məxsus olan və qeydiyyatda olduqları evdən çıxmaması iddiaçıların əmlak hüquqlarını, həmin daşınmaz əmlakdan sərbəst şəkildə istifadə etmək imkanlarını məhdudlaşdırır.

5. Birinci instansiya məhkəməsində Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi, vəkili Vəkil iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçılar mülkiyyətçi deyillər. Cavabdeh1 20 ildən artıq mübahisəli ünvanda yaşayır, o, evi 2000 manata iddiaçıdan almış, kommunal ödənişl əri ödəmişdir. İddiaçıların bu tələblə məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüquqa malik olmasına dair sübutlar təqdim olunmamışdır.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2(010)-27/2022 nömrəli qətnaməsi ilə (hakim N.C.Rzayeva) iddia təmin edilmiş, Cavabdeh1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, 37 saylı mənzildən çıxarılmaları qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mübahisəli evdən çıxarılma tələbi irəli sürmüşdür. Bu tələbin əsaslı hesab edilməsi üçün iddiaçının əmlak hüquqlarının mövcud olması tələb olunur. Barəsində mübahisə edilən hüquq münasibətlərini bilavasitə tənzimləyən hüquq norması yoxdur. Ona görə də, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsi nin tələblərini nəzərə almadan iş üzrə düzgün nəticəyə gəlmək mümkün deyildir.

8. Həm daxili, həm də beynəlxalq qanunvericiliyin prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq, mülkiyyətin toxunulmazlığına təminat verməklə onun kənar müdaxilələrdən qorunmasına istiqamətlənmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, cavabdehin mübahisəli mənzildə yaşaması mənzilin mülkiyyətçisi olan İddiaçı1 mülkiyyət hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir.

9. Məhkəmə, hər iki tərəfin izahatına, şahidlərin ifadələrinə əsasən müəyyən etmişdir ki, mübahisəli evə dair iddiaçının mülkiyyət hüququ rəsmiləşdirməsə də, həmin evə aid olan ev dəftərində həmin ünvanda iddiaçılar İddiaçı1, İddiaçı2 qeydiyyatdadırlar. Mübahisəli evdə həmçinin qeydiyyatda İddiaçı1 mərhum əri X 3 və X5 birinci arvadı X8 qeyd edilmişdir. Mübahisənin predmeti olan evdə əvvəl İddiaçı1 əri X3 və onun birinci arvadı Əminə Nəsirova yaşamış, sonradan X3 İddiaçı1 ilə nikaha daxil olmaqla ailə qurmuş, İddiaçı1 həmin ünvanda yaşamış və ev kitabında bu barədə qeydiyyatı olmuş, Cavabdeh1 mübahisəli evə yalnız 2000-ci ildən yaşamışdır.

10. Məhkəmə, Cavabdeh1 mübahisəli evdə yaşamaq, istifadə etmək üçün hər hansı hüquqi əsasların mövcud olub-olmadığını yoxlayarkən müəyyən etmişdir ki, mübahisəli evdə yaşaması Azərbaycan Respublikası Mülki Məcəllənin kirayə münasibətlərini tənzimləyən qanun normalarına uyğun olaraq rəsmiləşdirilməmiş, o cümlədən mübahisəli evə dair kirayə müqaviləsi qanunda nəzərdə tutulmuş qaydada bağlanmamış, mübahisəli evlə bağlı kirayə münasibətlərinin yaranması qeydə alınm amış, həmin hal da ümumiyyətlə həmin münasibətlərin yaranmamasına, o cümlədən mübahisəli evdə Cavabdeh1 yaşamaq, həmin evdən istifadə hüququnun yaranmamasına dair qənaətə gəlmək imkan verir. Bundan əlavə, Cavabdeh1 mübahisə predmeti olan evi İddiaçı1 şifahi aldığını bildirsə də, həmin münasibətlərin hər hansı hüquqi formasını aldığına, ümumiyyətlə həmin evə dair hər hansı alqı-satqı müqaviləsinin mövcud olması barədə hər hansı sübut təqdim etməmiş, ondan əlavə izahatında özü və nümayəndəsi bildirmişlər ki, mübahisəli evi heç bir müqavilə bağlanmadan, şifahi olaraq 1500 manata almışdır.

11. Məhkəmə hesab etmişdir ki, cavabdeh X1 hər hansı qanuni əsas olmadan mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 2-ci mədən küçəsi, 37 saylı evində yaşamaqla istifadə etməsi İddiaçı1 müba hisənin predmeti olan evlə bağlı gələcək mülki hüquqlarını pozur. İddiaçı1 mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneəsiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də, İddiaçı1 gözlənti mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalıdır.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 11.1, 146.1, 146.2, 152.5, 157.2, 157.4, 178.1, 203.1, 228.1, 228.2-ci, Mülki Prosessual Məcəllənin 13.4-cü maddələri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli və digər qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Ca vabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2(010)-27/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 mart 2023-cü il tarixli, 2(103)1316/2023 nömrəli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2(010)-27/2022 nömrəli qətnaməsi qismən ləğv edilmiş, iş üzrə icraata Cavabdeh2 aid hissədə, onun ölümü ilə bağlı xitam verilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 mart 2023-cü il tarixli, 2(103)1316/2023 nömrəli qətnaməsi ilə (hakim F.H.Qasımovun sədrliyi və məruzəsi ilə, hakimlər F.V.Abdıyevdən və X.Ə.Sarıyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2(010)-27/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (iş üzrə icraata Cavabdeh2 aid hissədə xitam verilməsi nəzərə alınmaqla).

16. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, işin mübahisəsiz hallarına görə ünvan 1 ünvanındakı mübahisəli mənzil iddiaçıların faktiki istifadəsində olmaqla orada yaşamışlar. Cavabdehlər də 2000-ci ildə iddiaçılara müvafiq kirayə haqqı ödəməyi öhdəsinə götürməklə həmin mənzilə köçmüşlər. İşin mübahisəli məqamı isə cavabdehlərin sonralar iddiaçılardan həmin evi alqı-satqı yolu ilə əldə etmələrini irəli sürmələridir.

17. Apellyasiya məhkəməsi göstərmişdir ki, cavabdehin irəli sürdüyü apellyasiya şikayətinin ilk dəlili ondan ibarətdir ki, iddiaçıların hazırkı iddia üzrə müvafiq subyektiv hüququ olmamışdır. Lakin, iddiaçıların sözügedən mənzil üzərində hüquqları qeydiyyata alınmamasına baxmayaraq onların həmin mənzilin faktiki sahibləri olduqları işin halları ilə təsdiqini tapır. Çünki, cavabdehlər iddiaçıların razılığı ilə həmin mənzilə köçmüş, kirayə haqlarını iddiaçılara ödəmişlər, alqı-satqı müqaviləsini də məhz onlarla bağladıqlarını qeyd edirlər. Göründüyü kimi, cavabdehlər özləri belə iddiaçıları mənzilin sahibi kimi qəbul etmişlər ki, bu da sonuncuların müvafiq subyektiv hüquqa malik olduqlarını təsdiq edir.

18. Cavabdehlərin digər əsas dəlili isə iddiaçılar ilə aralarındakı alqı-satqı münasibətinin birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş şəxslərin ifadələri ilə təsdiq edilməsi ilə bağlıdır. Konstitusiya Məhkəməsinin Plenumunun əqdlərin formaları və onların etibarlılıq şərtləri ilə bağlı bir sıra qərarlarındakı birbaşa hüquqi mövqe ondan ibarətdir ki, müqavilə obyekti xüsusi iqtisadi dəyərə malik olduğundan, bu cür müqavilələrin tərəflər üçün əhəmiyyətli öhdəliklər yaratdığından daşınmaz əmlakların alqı-satqı müqaviləsi yazılı formada tərtib edilməli, notarial qaydada təsdiq edilməli, bu mümkün olmadıqda isə sadə yazılı formada əqd bağlanmalıdır. Hazırkı iş üzrə hər hansı yazılı müqavilə təqdim edilmədiyindən tərəflər arasındakı alqı-satqı münasibətlərinin mövcudluğu yalnız şahid ifadələrinə istinadən müəyyənləşdirilə bilməz. Mənzilə dair su, qaz, işıq xidmətlərindən istifadə ilə bağlı yaranmış borcları, kommunal ödənişləri Cavabdeh1 həyata keçir məsi faktı iddianın rədd edilməsi üçün əsas hesab oluna bilməz. Çünki, kommunal ödənişlərin hər hansı bir şəxs tərəfindən həyata keçirilməsi həmin şəxsin daşınmaz əmlaka dair hüququnun yaranması üçün əsas ola bilməz.

19. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunan Bakı şəhəri Yeni Suraxanı bələdiyyəsi tərəfindən Cavabdeh1 sahibliyindən və istifadəsində olan sahəyə “ünvan 3 ünvanı verilməsi barədə 10 fevral 2023-cü il tarixli arayışla bağlı məhkəmə qeyd etmişdir ki, həmin arayış da hər hansı bir fərqli ünvana deyil, məhz mübahisə predmeti olan daşınmaz əmlakın yerləşdiyi ünvana verilmişdir və həmin arayışa əsasən fərqli ünvanın verilməsi yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla şəxsin əmlak üzərində hər hansı hüququnun yaranması üçün əsas deyildir.

20. Göründüyü kimi, cavabdehlərin mübahisəli mənzilə hər hansı hüquqlarının mövcudluğu öz təsdiqini tapmadığından, iddiaçıların hazırkı iddiasının birinci instansiya məhkəməsi tərəfindən təmin olunması qanuni olmuşdur.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29, 43, 71-ci, Mülki Məcəlləsinin 139.1, 139.3, 157.2, 159, 180.1, 180.2, 567, 646.1, 647-ci, Mənzil Məcəlləsinin 2.1-ci, Mülki Prosessual Məcəllənin 4.1, 5.1, 14.2, 77.1, 217.1, 217.3, 384-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli, “Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 may 2012-ci il tarixli və “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Qərarları ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

22. Cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 mart 2023-cü il tarixli, 2(103)-1316/2023 nömrəli qətnaməsi qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 29, 43-cü, Mülki Məcəllənin 139.1, 139.3, 152.5, 157.2, 157.4, 157.8, 180.1, 180.2, 567, 646.1, 647-ci, Mənzil Məcəlləsinin 2.1-ci, Mülki Prosessual Məcəllənin 4.1, 5.1, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 384, 385-ci maddələrinin tələbləri, məhkəmə təcrübəsinin vahidiyi pozulmuşdur. Belə ki, məhkəmə qəbul etdiyi qətnamə ilə cavabdehin ünvan 4 ünvanda yerləşən əmlakın 2004-cü ildən sahibi olması və həmin əmlakdan istifadə etməsi ilə bağlı hüquqlarını pozmuş və iddiaçının həmin tarixdən sahiblik etmədiyi Bakı şəhəri, Suraxanı rayonu, 2-ci Mədən küçəsi, ev 37 ünvanda yerlə şən əmlakla bağlı hüquqlarını qorumuşdur. Mübahisəli yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində tərəflərin mülkiyyəti kimi qeydiyyata alınmamışdır. İddiaçıda bu hüququnu realizə edilməsi üçün qanunda nəzərdə tutulmuş müvafiq sənədlər yoxdur. Mübahisəli əmlak iddiaçının mülkiyyətində deyildir, bu səbəbdən tərəflər arasında yazılı alqı-satqı müqaviləsi bağlana, həmin müqavilə notariat qaydada təsdiqlənə və həmin əmlak dövlət reyestr xidmətində qeydə alına bilməz. Əmlak özbaşına tikili olduğuna görə, iddiaçı onun cavabdehin 2000-ci ildən kirayənişin kimi yaşadığı 37a hissəsini 2004-cü ildə qonşuların iştirakı ilə cavabdehə 2100 manata satmış və sonuncu həmin tarixdən məlum əmlaka sahiblik və istifadə edir. Məhkəmə cavabdeh tərəfindən təqdim etdiyi çoxsaylı sübutlara düzgün qiymətlən dirməmiş, sübutları istifadə etməməsini əsaslandırmamışdır.

24. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

25. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

26. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəm əsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

27. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

28. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu durlar. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilmə li hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olun ması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına hüquqi qiymət verilmiş və məhkəmə gəlinən nəticə ilə tam razılaşır.

33. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, mübahisəli yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, iddiaçıya aid olması və məhz sonuncunun razılığı ilə kassatorun həmin sahəyə köçməsini cavabdeh tərəf də mübahisələndirmir. Belə olan halda, iddiaçının həmin sahədə cavabdehə daimi yaşamağa razılıq verməsi halının sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh bununla bağlı hər hansı mötəbər sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.

34. Həmçinin, cavabdehlərin iddiaçının razılığı ilə yaşayış sahə sinə köçmələri müəyyən edildiyi halda, hazırda həmin sahənin ünvanının hansı rəqəmlə (“37” və ya “37A”) müəyyən edilməsi mübahisənin həlli üçün əhəmiyyət kəsb etmir.

35. Kassasiya şikayətinin digər dəlilləri isə işin halların tam araşdırılmaması və sübutlara düzgün hüquqi qiymət verilməməsi ilə bağlıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bü tün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası yeni sübut qəbul etmir.

36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutar aq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 mart 2023-cü il tarixli, 2(103)-1316/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar