Məhkəmə qərarları › İş №2(102)-3335/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3335/2020

14.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3335/2020 14.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), X9 və X4 ibarət tərkibdə, X12 oğlunun katibliyi ilə, İddiaçının vəkili xxx oğlunun və cavabdehlərin vəkili X6 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma, çəpərin sökülməsi və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx tarixli, xxx nömrəli qətnaməsindən İddiaçı və vəkili xxx oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, Müəyyən etd i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma, çəpərin sökülməsi və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus olan cavabdehlər tərəfindən qanunsuz zəbt olunmuş 70 hektar torpaq sahəsinin boşaldılması, həmin sahədə qanunsuz çəkilmiş çəpərin sökülməsi və ona dəymiş 168000 manat məbləğində zərərin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 24 may 2007-ci il tarixdə xxx kəndi ərazisindən Yasamal adlanan sahədən 200 hektar əkin sahəsi almışdır. 2009-cu ildən etibarən cavabdehlər tərəfindən həmin torpağın 30 hektarı məftillə çəpərlənmiş, 40 hektarı isə qanunsuz olaraq şumlanıb əkilir. Dəfələrlə cavabdehlərlə danışmasına baxmayaraq torpaq sahəsini bo şaltmır, qanunsuz çəkdikləri çəpəri sökmürlər. Belə ki, xxx həmin vaxt xxx rayon DYPX-nin rəisi vəzifəsində çalışmış, vəzifəsinə arxayın olub sahəni boşaltmamışlar. Qalan sahə onun tərəfindən əkilir və hər il ən azı hektara 20 sentner taxıl götürülür, taxıl isə hələ təzə yığılan vaxtı kiloqramı 20 qəpikdən satılır. Bu hesabla cavabdehlər ona bu 6 ildə 168000 manat ziyan vurmuşlar. Bu tərəfdən hər il 1000 baş qoyun quzularını, 200-300 baş iri buynuzlu heyvan-qaralarını taxıl zəmisinə salıb otarırlar və külli miqdarda ziyan vurublar. Son ilə kimi xxx demişdir ki, bu il torpaq sahəsini boşaldacaqdır. Amma bu yaxınlarda görmüşdür ki, həmin torpağın 10 hektarını da şumlayıb. xxxa zəng edib bu barədə soruşduqda cavab vermişdir ki, “əcəb eləmişəm, torpaq mənimdir” Bundan sonra başa düşmüşdür ki, məhkəməyə müraciət etməsə cavabdehlər torpağı boşaltmayacaqlar. Odur ki, iddia təmin olunmalıdır. Şamaxı Rayon Məhkəməsinin (hakim Etibar Hümbətov) xxx saylı, X5 il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş X5 rayonu Şahbəyli və Qiyaslı kəndlərinin yaxınlığında yerləşən İddiaçı məxsus 34,27 hektar torpaq sahəsinin boşaldılması, İddiaçı məxsus 8,31 ha torpaq sahəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən çəkilmiş çəpərlərin sökülməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş ziyana görə birgə qaydada 29129,5 manat pulun alınıb İddiaçı verilməsi, İddiaçı 40 manat, cavabdehlər Cavabdeh1 40 manat, Cavabdeh2 40 manat ekspertiza xərcinin alınıb Kadastr və Yerqurluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına və İddiaçı 66, 67 manat, cavabdehlər Cavabdeh1 66,67 manat və Cavabdeh2 66,67 manat ekspertiza xərcinin alınıb X3, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmiş, iddianın qalan hissəsi rədd edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Şəmsəddin Abasov sədrlik edən və məruzəçi, Azər Hüseynov və Gülnarə Tağızadə) X5 saylı 24 avqust 2018-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətinin qismən təmin edilməsi, Şamaxı Rayon Məhkəməsinin xxx saylı, X5 il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus 198,95 hektar torpaq sahəsinin özbaşına istifadə etdikləri 13,35 hektar hissəsindən çıxarılması, İddiaçı məxsus 2,4 ha torpaq sahəsinə cavabdehlər Cavabdeh1 və Cava bdeh2 tərəfindən çəkilmiş çəpərin onların öz vəsaiti hesabına sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi, keçirilmiş ekspertizaların dəyəri olan, cəmi 200 manatın tərəflərdən müştərək qaydada tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci olan 120 manat pulun tərəflərdən müştərək qaydada tutulub Kadastr və Yerqurluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına keçirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Tatyana Qoldman-sədrlik edən və məruzəçi, Əsəd Mirzəliyev və Gündüz Quliyev) X5saylı 21 fevral 2019cu il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apelyasiya Mə hkəməsi Mülki Kollegiyasının X5saylı 24 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Fuad Məmmədovsədrlik edən və məruzəçi, Lətifə Məmmədova və Səyyad Qafari) xxx tarixli xxx saylı qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilmiş iş üzrə Şamaxı Rayon Məhkəməsinin xxx saylı, X5 il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus 198,95 hektar torpaq sahəsinin özbaşına istifadə etdikləri 13,5 hektar hissəsindən çıxarılması. İddiaçı məxsus 2,4 ha torpaq sahəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən çəkilm iş çəpər onların öz vəsaiti hesabına sökülməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə ilə həmçinin məhkəmə xərcləri məsələsi həll edilmişdir. İddiaçı və vəkili xxx oğlu kassasiya şikayəti verərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2019-ci il tarixli qətnaməsinin ləğv edilməsi və Şamaxı Rayon Məhkəməsinin xxx saylı, X5 il tarixli qətnaməsinin qüvvədə saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin və kassasiya şikayətinə etirazın dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi həm maddi və prosessual hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından tam qanunsuz və əsassızdır. Belə ki, məhkəmə iş üzrə ətraf lı araşdırma aparmamış, işə bir tərəfli baxmış və sübutlara düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya məhkəməsi yuxarıda göstərilmiş nəticəyə gələrkən qətnaməsində göstərmişdir ki, birinci instansiya məhkəməsində araşdırma aparılarkən mütəxəssislər tərəfindən ziddiyyətli rəylər verildiyindən məhkəmə kollegiyası tərəfindən ekspertiza təyin edilmiş və müəyyən edilmişdir ki, cavabdehlər iddiaçıya məxsus, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş 34.27 ha yox, 13,35 ha torpaq sahəsindən istifadə edirlər. Birinci instansiya məhkəməsi vurulmuş ziyanı müəyyən edərkən 34,27 ha torpaq sahəsindən gözlənilən xalis gəliri yox, ümumi gəliri əsas götürmüş, məhsulun maya dəyərini, yəni çəkilə biləcək xərcləri nəzərə almamışdır. Qeyd edilən qaydada son məhsul əldə etməkdən ötrü toxum, te xnika, yanacaq, müxtəlif dərman və gübrələr işçi qüvvəsi üçün çəkilmiş xərclər nəzərə alınmalıdır. Məhsula çəkilən bu xərclər nəzərə alındıqda isə məhsulun maya dəyəri kifayət qədər yüksək olur. İddiaçı ona 168.000 manat məbləğində zərər dəydiyini iddia etsə də bu barədə məhkəməyə heç bir legitim və mötəbər sübut təqdim etməmişdir. Əksinə, özü də etiraf etmişdir kı, 2009-cu ilədək xırda bir sahədə əkin işləri aparmış 2009-cu ildən sonra həmin torpaq sahəsində heç bir iş görməmişdir. Doğrudur, məhkəmə iclasında iddiaçı bunu cavabdehlərin qanunsuz müdaxiləsi ilə əlaqələndirməyə çalışsa da məhkəmə kollegiyası onun bu dəlilini ağlabatan hesab etməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehlər tərəfindən iddiaçıya məxsus 198,95 ha torpaq sahəsinin yalnız 13,35 hektarından istifadə edil diyi müəyyən edilmişdir. Qalan torpaq sahəsi isə istifadəsiz qalmışdır. İddiaçıya məxsus 34.27 hektar torpaq sahəsinin zəbt edilməsi faktı hansısa mütəxəssislər tərəfindən deyil, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən müəyyən edilmişdir. Lakin Apellyasiya Məhkəməsi X5 həmin rəyini nəzərə almayaraq və onu “mütəxəssislərin ziddiyyətli rəyləri” kimi qələmə verərək, eyni ekspertiza təşkilatından yeni rəy almışdır. Apellyasiya məhkəməsi MPM-nin 103.2-ci maddəsinin tələblərini pozaraq heç bir qanuni əsas olmadan yenidən ekspertiza təyin etmişdir. Eyni zamanda işdə olan Şamaxı rayon İHB-nin Çuxuryurd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 26 oktyabr 2017-ci il tarixli, 282 saylı arayışından görünür ki, Şamaxı rayon Çuxuryurd kəndində mülkiyyətçilərin i stifadəsində olan şəxsi pay torpaq sahələrində becərdikləri taxılın məhsuldarlığı orta hesabla 25-30 sentner olur. Şamaxı rayon Statistika İdarəsinin 08 noyabr 2017-ci il tarixli, 63 saylı məktubu ilə 2015-ci ildəki müqaviləyə əsasən 1 kiloqram taxılın orta satış qiymətinin 0,35 manat, 2016-cı ildə isə 0,30 manat təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı cavabdehlərin ona məxsus 70 hektar, torpaq sahəsini zəbt etdiklərini, həmin sahədə qanunsuz çəpər çəkdiklərini nəticədə ona 168000 manat məbləğində zərər dəydiyini iddia etmiş, tələbini hər il hər hektardan ən azı 20 sentner taxıl götürülməsi, taxılın təzə yığılan vaxt dəyərinin hər kiloqram üçün 0,20 manat olması, nəticədə ona 2009-cu ildən etibarən keçən dövr ərzində 168000 manat ziyan vurmaları, eyni zamanda hər il 1000 baş qoyun quzula rını, 200-300 baş iri buynuzlu heyvanlarını onun istifadəsində qalmış taxıl zəmisinə salıb otarmaqla ona külli miqdarda ziyan vurmaları ilə əsaslandırmışdır. Beləliklə iddiaçı zərəri hesablayarkən hətta sözügedən arayışlarda qeyd edilmiş rəqəmlərdən də aşağı rəqəm götürmüşdür. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2019-cu il tarixli qərarı ilə iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə geri qaytarılarkən məhkəmə qarşısında göstəriş olaraq, yenidən ekspertiza keçirilməsi göstəriş olaraq qeyd olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən təkrar təyin edilmiş ekspert rəyində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, iş üzrə keçirilmiş əvvəlki ekspertiza rəyində olduğ u kimi, bu rəydə də ekspert, "xxxx" MMC-nin mütəxəssisi Ayaz Şıxəliyev tərəfindən tərtib edilmiş 13 sentyabr 2019-cu il tarixli 86 saylı mütəxəssis rəyinə əsaslanmışdır. Bundan əvvəlki rəydə də ekspert "xxxx" MMC-nin mütəxəssisi Ayaz Şıxəliyev tərəfindən tərtib edilmiş 25 iyun 2019-cu il tarixli 86 saylı mütəxəssis rəyinə əsaslanmışdır. Qeyd olunan hal Azərbaycan Respublikasının 102.2-ci maddəsinin normalarına uyğun deyil, ekspert tərəfindən rəy tərtib edilərkən qeyd edilən qanunun normaları kobud şəkildə pozulmuşdur. Bu səbəbdən 14404 saylı, 12.11.2019-cu il tarixli ekspertiza rəyini şübhə altına alır. Bu prossesual pozuntu barədə məhkəməyə yazılı vəsatət təqdim edilsə də məhkəmə buna qiymət verməmişdir. Kassasiya şikayətinə etirazda qeyd edilmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx x saylı 15.01.2020-ci il tarixli qətnaməsi tam qanuni və əsaslıdır, onun ləğvinə heç bir əsas yoxdur. Belə ki, İddiaçı kassasiya şikayətində vurğuladığı əsas məqam ondan ibarətdir ki, guya təkrar məhkəmə tikinti-texniki ekspertizası keçirilərkən başqa ekspertə həvalə edilməli olduğundan, həmin ekspertə həvalə olunmuş, sonuncu da əvvəl verdiyi rəyi təkrarlamışdır. Bu fikir tamamilə əsassızdır. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin 11.07.2018-ci il tarixli 8545 saylı ekspert rəyi ekspert Elmar Səidov, 13.11.2019-cu il tarixli 8847 saylı ekspert rəyi isə ekspert Turan Həsənzadə tərəfindən imzalanmışdır. Göründüyü kimi hər iki ekspert rəyi mülki-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq başqa ekspertə tapşırılmışdır. Hər iki rəy üzrə verilmiş mütəxəssis rəyinin isə eyni şəxs tərə findən imzalanması isə qanunvericilikdə qadağan edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 102.2-ci maddəsinə əsasən ekspert rəyləri arasında ziddiyyət olduqda ekspertiza aparılmasının başqa ekspertə həvalə edilməli olmasını qeyd edir. Hazırki işdə də ikinci dəfə fərqli ekspert tərəfindən rəy verilmişdir. Qeyd olunan maddədə mütəxəssis rəyinin fərqli mütəxəssis tərəfindən verilməsi barədə konkret bir göstəriş də mövcud deyildir. İddiaçı kassasiya şikayətində qeyd etdiyi bu məqam əsassızdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili xxx oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərin vəkili X8 məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək təmin edilməməsi barədə qərar qəbu l edilməsini xahiş etmişdir. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İşin məhkəmələr tərəfindən müəyyən edilən faktiki halları ondan ibarətdir ki, İddiaçı 24 may 2007-ci il tarixdə Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində notarial qaydada tə sdiq edilmiş alqı-satqı müqavilələri əsasında müvafiq olaraq X1 99,40 hektar və X2 99,55 hektar torpaq (əkin) sahəsi almışdır. Şamaxı rayon Çuxuryurd bələdiyyəsinin 30 aprel 2004-cü il tarixli 05 saylı qərarı əsasında 04 may 2004-cü il tarixli icarə müqaviləsi ilə 15 il müddətinə Cavabdeh2 Əliağa oğlunun müvəqqəti istifadəsinə Şamaxı rayonu, Çuxuryurd bələdiyyəsinin ərazisinin torpaq sahəsindən 90,0 hektar torpaq (örüş) sahəsi verilmişdir. Bundan başqa, Şamaxı rayon Çuxuryurd bələdiyyəsi ilə digər Cavabdeh1 Əliağa oğlu arasında 29 oktyabr 2004-cü il tarixdə bağlanmış icarə müqavilələri əsasında 99 il müddətinə Cavabdeh1 Əliağa oğlunun icarəsinə Şamaxı rayonu, Çuxuryurd bələdiyyəsinin ərazisinin torpaq sahəsindən kənd təsərrüfatı məhsullarını istehsal etmək üçün müvafiq olaraq 30,0 hektar və 10,0 hektar torpaq sahələri verilmişdir. İddiaçı 2009-cu ildən etibarən cavabdehlər tərəfindən özünə məxsus torpağın 30 hektarının məftillə çəpərləndiyini, 40 hektarın isə qanunsuz olaraq şumlanıb əkildiyini, son vaxtlar isə zəbt etdikləri sahənin 10 hektar hissəsini də şumladığını bildirərək zəbt edilmiş torpaq sahələrinin ona qaytarılması, həmçinin iddiaçıya 6 ildə vurulmuş 168.000 manat ziyanın tutulmasını tələb edir. Cavabdeh tərəfin mövqeyi ondan ibarətdir ki, onlar heç kimin torpaq sahəsini zəbt etməmişlər. İddiaçının torpaq sahəsi ilə onlara ayrılmış torpaq sahələri Şamaxı rayonunun başqabaşqa ərazilərində yerləşir. Torpaq sahəsinin zəbt edilməsi faktının mövcud olub-olmamasını müəyyən etmək üçün birinci instansiya məhkəməsi bu iş üzrə iki dəfə ekspertiza təyin etmişdir. Birinci dəfə məhkəmə iş üzrə tikinti-texniki və məhkəmə-torpaqşünaslıq ekspertizası təyin etmiş, lakin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssisinin iddia edilən ərazi ilə iddiaçının təqdim etdiyi (99,40 ha torpaq sahəsinə dair) alqı-satqı müqaviləsində uyğunsuzluq olduğundan araşdırmanın aparılması və naturada ölçü dəqiqləşmə işlərinin mümkün olmaması barədə rəyinə istinad edib tədqiqat aparılmasının mümkün olmaması nəticəsinə gəlmişdir. Məhkəmə işin gedişatında müvafiq dövlət orqanından sorğu əsasında iddiaçının alqı-satqı müqavilələri əsasında əldə etdiyi torpaqların Şamaxı rayonunun Çuxuryurd kəndinə aid olmaqla X5 rayonunun Şahbəyli, Qiyaslı kəndlərinin yaxınlığında yerləşd iyini müəyyən etdikdən sonra yenidən məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 09.10.2017-ci il tarixli rəyi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Kadastr və Yerqurluşu Layihə-Tədqiqat Mərkəzinin 14 saylı Şamaxı LTİ-nin tərtib etdiyi mütəxəssis rəyinin göstəriciləri nəzərə alınaraq iddiaçıya məxsus olan Şamaxı rayonu, Çuxuryurd kənd inzibati ərazisinə aid olmaqla, X5 rayonunun Şahbəyli, Qiyaslı kəndlərinin yaxınlığında yerləşən 198,95 ha torpaq sahəsindən, mübahisələndirilən ərazinin 50,95 hektar olduğu, həmin ərazidə iddiaçıya məxsus 34,27 ha torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyi, cavabdehlər tərəfindən həmin ərazidə çəpərləmə işlərinin 15,52 ha torpaq sahəsində aparıl dığı, onun da 8,31 ha hissəsinin iddiaçıya məxsus olan torpaq sahəsinin olduğu müəyyən edilmişdir. İşin materiallarından görünür ki, birinci instansiya məhkəməsi 09.10.2017-ci il tarixli rəyi sübut kimi qəbul edib zəbt edilmiş sahənin boşaldılması və göstərilən sahədə çəpərləmənin sökülməsi qənaətinə gəlmişdir. Bundan başqa, əldən çıxmış fayda hissədə məhkəmə, iddiaçının hər il hər hektardan ən azı 20 sentner taxıl götürülməsi barədə hər hansı sübutu, eləcə də əvvəlki və son illər üzrə taxılın dəyəri barədə sübut təqdim edə bilməməsini, taxılın hər kiloqramının dəyərinin isə Şamaxı rayon Statistika idarəsinin verdiyi məlumata əsasən 2015-ci ildə 0,35 manat, 2016-cı ildə 0,30 manat olmasını nəzərə alaraq hər il hər hektar üzrə məhsuldarlığın 10 sentner, taxılın hər kiloqramının dəyərinin 20 17-ci ildə orta hesabla iddiaçının qeyd etdiyi 0,20 manat olduğunu ağlabatan hesab etmiş, zərərin miqdarının artmasında iddiaçının da tədbir görmədiyini əsas götürərək iddiaçıya 34,27 ha torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi nəticəsində son 3 il ərzində əldən çıxmış fayda üzrə 29129,5 manat (2015-ci il üçün 10 sentner x 34,27 ha x 0,35 manat=11994,5 manat, 2016-cı il üçün 10 sentner x 34,27 ha x 0,30 manat=10281 manat, 2017-ci il üçün 10 sentner x 34,27 ha x 0,20 manat=6854 manat) zərər dəydiyi qənaətinə gəlmişdir. İşə birinci dəfə apelyasiya qaydasında baxılarkən cavabdehin vəsatətinə əsasən iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması bu sahədə ixtisaslaşmış “xxxx” MMC-nin mütəxəssislərinin iştirakı ilə Məhkəmə Ekspertiza Mər kəzinin ekspertlərinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 iyul 2018-ci il tarixli, 8545 saylı ekspert rəyindən görünür ki, “xxxx” MMC-nin mütəxəssisi tərəfindən tərtib edilmiş mütəxəssis rəyini məlumatları əsas götürülməklə, 24.05.2007-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən İddiaçı məxsus 198.95 ha torpaq sahəsinin naturada öz yerində olduğu müəyyən edilmiş, JN-5533 saylı, 17.08.2004-cü il tarixli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə əsasən Cavabdeh2 icarəsinə verilmiş 90.0 ha torpaq sahəsi, eləcə də 29 oktyabr 2004-cü il tarixli icarə müqavilələrinə əsasən Cavabdeh1 icarəsinə verilmiş torpaq sahələrinin naturada öz yerində olduğu müəyyən edilmiş, həmin torpaq sahələrinin üst-üstə düşmədiyi müəyyən edilmiş, eləcə də İddiaçı sahibliyinə və istifadəsinə verilmiş torpaq sahəsinin 13.35 hektarında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birillik dənli taxıl bitkiləri əkildiyi müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçıya məxsus 2.4 ha torpaq sahəsində çəpərləmə işlərinin aparıldığı müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianı qismən təmin etmiş, cavabdehlərin iddiaçıya məxsus 198,95 hektar torpaq sahəsinin özbaşına istifadə etdikləri 13,35 hektar hissəsindən çıxarılması, iddiaçıya məxsus 2,4 ha torpaq sahəsinə cavabdehlər tərəfindən çəkilmiş çəpərin cavabdehlərin öz vəsaiti hesabına sökülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsini qət etmişdir. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə 21 fevral 2019-cu il tarixli qərarında kassasiya instansiya məhkəməsi apelyasiya məhkəməsinin bu mövqeyi ilə razılaşmamış və göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehlərin zəbt etdikləri torpaq sahəsindən çıxarılmaları və qeyd edilən sahədə çəpərləmənin sökülməsi qənaətinə gələrkən özünün təyin edib əldə etdiyi 11.07.2018-ci il tarixli rəyə sübut kimi istinad etmiş, bu zaman həmin rəyi hansı əsasla digər rəydən üstün tutmasını, əvvəlki ekspert rəyinin əsassız olmasını əsaslandırmamış, cavabdehin vəsatəti əsasında iş üzrə zərurət olmadığı halda, özüdə heç bir əsas olmadan təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin etməklə iş üzrə düzgün olmayan nəticəyə gəlmiş, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ün van Reyestri Xidməti, Kadastr və Yerqurluşu Layihə-Tədqiqat Mərkəzinin 14 saylı Şamaxı LTİ-nin tərtib etdiyi mütəxəssis rəyinin göstəriciləri nəzərə alınaraq verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 09.10.2017-ci il tarixli rəyini tədqiq etmədən və ona qiymət vermədən yenidən məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, MPM-nin 103.2-ci maddəsinə zidd olaraq ekspert rəyi ilə razılaşmamasının səbəbini qətnamədə lazımi qaydada açıqlamamışdır. İşə yenidən baxan məhkəmə göstərilən ziddiyyəti aradan qaldırmalı və məhkəmə tikinti-texniki ekspertizasının 09.10.2017-ci il tarixli rəyi ilə razılaşmadığı təqdirdə gətirdiyi dəlili lazımi qaydada əsaslandırmalıdır. Yeni apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərinin araşdırılması, o cümləd ən, ekspert rəyləri arasında ziddiyətli halların olduğunu müəyyən edərək, iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14404 nömrəli 12 noyabr 2019-cu il tarixli rəyinin nəticə hissəsinə əsasən

1. JN-5333 saylı, 41017018 saylı şəhadətnaməyə əsasən Cavabdeh2 Şamaxı rayon Çuxuryurd bələdiyyəsinin ərazisinin torpaq sahəsindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş 90,0 ha torpaq sahəsinin faktiki sərhədləri və ölçüləri onun plan və ölçüsünə uyğundur. 2. 29 oktyabr 2004-cü il tarixli torpaq icarəsi müqaviləsi ilə Cavabdeh1 Şamaxı rayon Çuxuryurd bələdiyyəsi tərəfindən 29 dekabr 2004-cü il tarixli, 15 saylı qərarla 99 il müddətinə icarəyə verilmiş 30 hektar torpaq sahəsinin faktiki s ərhədləri və ölçüləri onun plan və ölçüsünə uyğundur.

3. Həmin torpaq sahələri plan və ölçülərinə uyğundur.

4. JN-0566 (kod********) nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilmiş 99,40 ha torpaq sahəsi mübahisələndirilən ərazidən kənarda yerləşdiyi üçün 24 may 2007ci il tarixli AN-l N ******* saylı alqı-satqı müqaviləsində qeyd edilmiş 99,40 ha torpaq sahəsi üzrə araşdırma aparılmadı. 24 may 2007-ci il tarixli, AN-l N: 123008 saylı torpaq sahəsinin alqı-satqı müqavilələrinə əsasən İddiaçı sahibliyində olan torpaq sahəsinin sərhədləri və ölçüləri sənədinə uyğundur.

5. İddiaçı məxsus torpaq sahəsinin 13,5 hektarında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birillik dənli taxıl bitkiləri əkilmişdir.

6. Mübahisələndirilən sahənin 13,5 hektarı iddiaçının istifadəsi üç ün ayrılmış torpaq sahəsinə daxildir.

7. Tutulmuş sahənin ölçüsü 13,5 hektardır.

8. Mübahisələndirilən sahə iddiaçının istifadəsi üçün ayrılmış torpaq sahələri ilə üst-üstə düşür.

9. İddiaçının torpaq sahəsi ilə üst-üstə düşən mübahisələndirilən ərazi 13,5 hektardır, həmin ərazilərin sərhədlərini özündə əks etdirən sxemlər iş materiallarının 2-ci cildinin 256-262-ci səhifələrinə əlavə edilib. Apellyasiya instansiyası məhkəməsinin göstərilən ekspert rəyinə əsasən ekspertizanın keçirildiyi vaxt torpaq sahəsinin mövcud vəziyyətinə əsasən cavabdehlər tərəfindən iddiaçıya məxsus tutulmuş torpaq sahəsinin ölçüsü 13,5 ha, çəpərlənmiş sahə isə 2,4 ha olması nəticəsinə gəlmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticələr ilə razılaşmır və hesab ed ir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini pozaraq, ekspert rəyinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məhkəmə tərəfindən sübutların tədqiqi əsasında həyata keçirilir. MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. MPM-nin 76.2-ci maddəsinə görə, ekspertizanın rəyi sübut növü hesab olunur. Bununla əlaqədar olaraq ekspert rəyinə MPM-nin 88-ci maddəsinə əsasən qiymət verilir (MPM-nin 103.1-ci maddəsi). Beləliklə, məhkəmə yalnız o halda ekspert rəyini sübut növü kimi qəbul etməyə bilər ki, həmin rəy əsassız olsun, yaxud da iş üzrə digər sübutlarla açıq-aşkar ziddiyyət təşkil etsin. Qeyd olunmuş şərtlərin mövcud olması rəyin tədqiqat hissəsinin nəticə hissəsinə uyğun olmadığına, yaxud ekspertizanın prosessual normaların pozuntusu ilə keçirilməsinə, yaxud da ekspertiza prosesinin özünün müəyyən olunmuş qaydalara zidd aparılmasına dəlalət edir Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi yeni apellyasiya baxışı zamanı əvvəlki kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişlərə əsasən ekspert rəyləri arasında ziddiyyətli halların olduğunu müəyyən edərək, iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin etsə də, rəy təqdim ediləndən sonra işin bu halına diqqət yetirməm işdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14404 nömrəli 12 noyabr 2019-cu il tarixli təkrar rəyi də 11.07.2018-ci il tarixli ekspert rəyinin verilməsinə əsas olan «xxxx» MMC-nin mütəxəssisi, yerqurluşu mühəndisi Ayaz Şıxalıyevin mütəxəssis rəyinə əsasən verilmişdir. Halbuki MPM-nin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Məhkəmə kollegiyası iş üzrə keçirilmiş ekspertiza rəylərinin tamamilə mütəxəssis rəyinin məlumatlarına əsasən tərtib edildiyini nəzərə alaraq hesab edir ki, 11.07.2018-ci il tarixli ekspert rəyi və12 noyabr 2019-cu i l tarixli təkrar ekspert rəyi Məhkəmə Ekspertiza Mərkəzinin eyni eksperti tərəfindən tərtib edilməsə də, eyni mütəxəssis tərəfindən verilmiş mütəxəssis rəyinə əsaslandığından 12 noyabr 2019-cu il tarixli təkrar ekspert rəyi MPM-nin 102.2-ci bəndinin tələblərinə cavab vermir və buna görə də mötəbər sübut hesab edilə bilməz. İşin materiallarından görünür ki, iddiaçı tərəf «xxxx» MMC-nin mütəxəssisi, yerqurluşu mühəndisi Ayaz Şıxaləyevin iki dəfə mütəxəssis rəyi verilməsinin MPM-nin 102.2-ci maddəsinin tələblərinə uyğun olmamaqla bu halın Məhkəmə Ekspertizası Mərkəzinin 12.09.2019-cu il tarixli rəyinin şübhə altına alınması səbəbi ilə iş üzrə təkrar ekspertiza keçirilməsi və əvvəlki ekspert və mütəxəssislərin bu iş tədqiq olunarkən iş üzrə rəy tərtib olunarkən iştirak etməməsi barədə vəsatətl ə apellyasiya instansiyası məhkəməsinə müraciət etsə də, işə baxan məhkəmə kollegiyası heç bir əsaslandırma olmadan vəsatəti rədd etmişdir. Halbuki MPM-nin 102.3-cü maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14404 nömrəli 12 noyabr 2019-cu il tarixli rəyinin əvvəlki ekspert rəyləri, onların verilməsinə əsas olan mütəxəssis rəyləri arasında ziddiyyətli halların aradan qaldırmamasına, Azərbaycan Respublikası MPM-nin 102 və 102.2-ci maddələrinin tələblərinə uyğun olaraq ekspert in rəy verilməsi üçün “xxxx” MMC-nin eyni mütəxəssisi, yerqurluşu mühəndisinin deyil, digər mütəxəssisin rəy verilməli olmasına diqqət yetirməmiş, əsaslı vəsatəti heç bir əsaslandırma olmadan əsassız rədd etmişdir. Qeyd edilən normalara əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. «Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elm in və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Ekspertin rəyi elmin inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanılmasına imkan verən müddəalara əsaslanmalıdır. «Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun «Ekspertin vəzifələri» adlanan 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir. Həmin Qanunun 26-cı maddəsinə əsasən məhkəmə ekspertinin rəyində tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrin əsaslandırılması və dürüst ifadə olunması göstərilməlidir. Azərbaycan Respublikası nın Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yolverilmir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülki yyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.2-ci maddələrinin ümumi məzmununa görə, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirmək hüququ mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik hüququnun əsasını təşkil edir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1 və 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Bu cür bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Başqa sözlə, iş üzrə iddiaçının mülkiyyətində olan, hazırda mübahisə predmetinə çevrilmiş torpaq sahələrinə dair hüquqları qanunla qorunur. Daha öncə istinad olunan maddənin dispozisiyasından göründüyü kimi özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkə mə kollegiyası hesab edir ki, iddiaçı tərəfin öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bildiyi barədə düzgün qənaətə gəlsə də apellyasiya instansiyası məhkəməsi cavabdehin əsaslı vəsatəti əsasında iş üzrə digər mütəxəssis və ekspertin iştirakı ilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin etməməklə iş üzrə zəbt sahəsinin ölçüsünə dair kəskin ziddiyyətlər olduğu halda, bu ziddiyyətləri tam araşdırmadan düzgün olmayan nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsinin qətnaməsi qismən- iddia tələbinin cavabdehlər tərəfindən qanunsuz zəbt olunmuş 70 hektar torpaq sahəsinin boşaldılması, həmin sahədə qanunsuz çəkilmiş çəpərin sökülməsi hissəsində ləğv edilərək, iş həmin hissədə yeni baxışa göndəri lməli, iddiaçının kassasiya şikayəti isə bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsində göstərilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, m übahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88, 106.1-ci maddələrinin tələbləri baxımından düzgün qiymət verilməlidir. İddianın maddi ziyan tələbinin təmin edilməməsi hissəsində isə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi mövqe ilə razılaşaraq hesab edir ki, İddiaçı cavabdehlərin torpaq sahəsindən istifadəsinə görə ona ziyan vurduqlarını göstərsə də, öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən tutarlı sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə iddia ərizəsində torpağın cavabdehlər tərəfindən 2009-cu ildən istifadə edildiyi göstərilir. Bu müddət ərzində isə iddiaçı cavabdehə heç bir etiraz etməmiş, həmçinin ziyanın məbləği barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Göstərilənlərə əsasən kassasiya şikayətinin iddianın maddi ziyan tələbinə dair dəlilləri əsassız olduğundan, kassasiya şikayəti bu hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili xxx oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx tarixli, xxx nömr əli qətnaməsi qismən - iddia tələbinin cavabdehlər tərəfindən qanunsuz zəbt olunmuş 70 hektar torpaq sahəsinin boşaldılması, həmin sahədə qanunsuz çəkilmiş çəpərin sökülməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qətnamə qalan hissədə (maddi ziyanın tutulması hissəsində) dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar