Məhkəmə qərarları › İş №2(102)-3336/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3336/2021

03.08.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3336/2021 03.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3336/21 (Açar sözlər: mənzilin təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən, məruzəçi, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Cavabdeh: Cavabdeh MMC-nin vəkili Vəkil2 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2021-ci il tarixli, 2(103)1543/2021 saylı qətnaməsindən Cavabdeh MMC-nin kasasiya şikayəti üzrə işə 03 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, onunla cavabdeh arasında bağlanmış 02 mart 2017-ci il tarixli müqavilədən irəli gələn tələblərə uyğun olaraq mənzil təhvil verilmədiyindən, əksik verilən 6,14 kv.metr sahə qarşılığında 9.210 manat kompensasiyanın, vurulmuş maddi zərərə görə 1.592 manat, mənəvi zərərə görə 5.000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim R.A.Xəlilov) iddia qismən təmin edilərək, cavabdehdən 9.210 manat kompensasiyanın tutulub iddiaçıya öd ənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərini pozaraq cavabdeh iddiaçıya ümumi sahəsi 48,52 kv.metr olan mənzil verilməli olduğu halda, cəmi sahəsi 42,47 kv.metr olan mənzil verilib. İddiaçıya verilmiş mənzilin sahəsi müqavilə üzrə verilməli olan mənzilin sahəsindən 6,05 kv.metr əksik olduğundan, onun qarşılığında cavabdehdən iddiaçının xeyrinə cəmi 9.210 manat kompensasiya tutulmalıdır. Qalan hissədə iddianın təmin edilməsi üçün əsaslar olmadığından iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 23, 1097-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavab deh apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilib, həmin hissədə də iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilib, həmin hissədə də iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov sədrlik edən, məruzəçi, Q.A.Əsgərov və A.N.İmanov) iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli qətnaməsi qism ən iddianın təmin edilməmiş maddi zərərə görə 69 manat pulun tutulması hissəsində ləğv edilib, həmin hissədə iddia təmin edilərək, cavabdehdən 69 manat pulun (hər ay ödənilməli olan 300 manat kirayə haqqının 23 ay müddətində çatışmayan 3 manat hissəsi) tutulub iddiaçıya verilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən, cavabdehin apelyasiya şikayətinin təmin edilmədən saxlanılması qət edilib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı maddi zərərə görə 69 manat pulun tutulması hissəsində rədd etməklə düzgün nəticəyə gəlib. Lakin qalan hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi maddi zərərə görə 69 manat pulun tutulması hissəsində ləğv edi lməli, həmin hissədə iddia təmin edilməli, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 442-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsinə icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq n ormalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh MMC-nin vəkili Vəkil2 kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdır ma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallar ını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, tərəflər arasında bağlanmış 02 mart 2017-ci il tarixli “Qəzalı vəziyyətd ə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və yerində yeni mənzillə təmin edilməsinə dair” müqaviləyə əsasən, Nəsimi rayonu, Azadlıq prospekti, İzzət Həmidov, Süleyman Rüstəm və Eldar Tağızadə küçələrinin əhatə etdiyi ərazidə İzzət Həmidov küçəsi, 16 saylı mənzildə yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 1 mərtəbəli, 2 otaqlı mənzilin olduğu yaşayış binasının sökülməsi və sökülməsi nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş 29,3 kv.metr olduğu halda faktiki ümumi sahəsi 28,39 kv.metr (sənədləşdirilməmiş 13,8 kv.metr zirzəmi istifadəsində olduğu da nəzərə alınaraq) həddində və ondan 15 faiz sahə əlavə edilməklə uyğun şəraitli 1 otaqlı mənzilin inşasını və orta səviyyədə təmirini təmin edəcək, “sifarişçi” isə inşa edilmiş bu mənzili “mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürür. Bu zaman “mülkiyyətçi”nin ailə üzvünün səhhəti nəzərə alınaraq ona mənzil aşağı mərtəbədə təqdim ediləcək. Bundan sonra cavabdeh tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 42,47 kv.metr olan 146 saylı mənzil iddiaçıya verilib. Apelyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları, o cümlədən cavabdehin kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, sözügedən müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya ümumi sahəsi 48,52 kv.metr olan mənzil verilməli olduğu halda, sahəsi 42,47 kv.metr olan mənzil verilib. İddiaçıya verilmiş mənzilin sahəsi müqavilə üzrə verilməli olan mənzilin sahəsindən 6,05 kv.met r əksik olduğundan, onun qarşılığında cavabdehdən iddiaçının xeyrinə kompensasiyanın tutulması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. Bunun üçün birinci instansiya məhkəməsi qiymətləndirmə keçirib və "xxxx" MMC “Mənzilin qiymətləndirilməsinə dair” Hesabatdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, E.Tağızadə, S.Rüstəm və İ.Həmidov küçələrinin kəsişməsində inşa edilən hündür mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən 146 saylı mənzilin ümumi sahəsinin 42,47 kv.metr, mənzilin qiymətinin 93.434 manat, mənzilin bir kv.metrinin dəyərinin 2.200 manat olması müəyyən edilir. Lakin birinci instansiya məhkəməsi haqlı olaraq, iddiaçı tələbində əksik verilmiş sahə qarşılığında 9.210 manat tələb etdiyindən, iddia tələbi həcmində həmin məbləğin cavabdeh dən tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi cavabdehin kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini müzakirə edib haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə faktiki ümumi sahəsi 28,39 kv.metr (sənədləşdirilməmiş 13,8 kv.metr zirzəmi də nəzərə alınmaqla) həddində və ondan 15 faiz sahə əlavə edilməklə uyğun şəraitli bir otaqlı mənzilin verilməsi öhdəliyini cavabdeh öz üzərinə götürmüşdür. İddiaçı həmçinin 1.592 maddi zərər tələb edir və tələbini onunla əsaslandırır ki, cavabdeh müqavilə şərtlərinə əsasən ona orta səviyyədə təmirli mənzil verməli olduğu halda, o, mənzili yaşamaq üçün yararlı vəziyyətə gətirməyə görə əlavə 764 manat xərc çəkib, eyni zamanda mənzildə istilik sistemi olmadığ ından kombi sisteminin quraşdırılması üçün 765 manat vəsait xərcləyib. Bundan başqa, müqaviləyə əsasən cavabdeh hər ay 300 manat kirayə haqqı ödənilməsi öhdəliyini lazimı qaydada icra etməyib və 300 manat əvəzinə 297 manat vəsait köçürüb və bu məbləğ 01 dekabr 2017-ci ildən 07 noyabr 2019-cu il tarixədək 23 ay üçün 69 manat təşkil edir. Bu hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, maddi zərər hissəsində iddiaçının tələbi qismən- 69 manat hissəsində əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış sözügedən müqavilənin 2.1.2-ci maddəsində mülkiyyətçinin yeni binanın “mülkiyyətçi”lərinə aid hissəsinin tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 2 otaqlı mənzil üçün 300 manat kirayə haqqını tələb etmək hüququ, müqavi lənin 2.2-ci maddəsində isə podratçının yaşayış üçün təhlükəli olan mövcud binadakı mənzildən “mülkiyyətçi”nin müvəqqəti yaşayış yerinə köçürülməsi üçün “mülkiyyətçi”yə 300 manat vəsait ödəməsi vəzifəsi nəzərdə tutulub. Göründüyü kimi, müqavilədə cavabdehin üzərinə iddiaçıya binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə hər ay 300 manat kirayə haqqı ödəməsi öhdəliyi qoyulub. İşə əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən hər ay iddiaçıya ödənilmiş 300 manatdan 1 faiz, yəni 3 manat xidmət haqqı tutulmuş, ona görə də cavabdeh tərəfindən bu öhdəlik tam icra edilməyib. Belə olan halda, iddiaçının bununla bağlı tələbi əsaslıdır və bu hissədə təmin edilməlidir. İşə əlavə edilmiş qaimə fakturalarından görünür ki, iddiaçı tərəfindən ümumilikdə 764 manat dəyə rində təmir materialları alınıb, həmçinin 06 oktyabr 2019-cu il tarixli satış fakturasından görünür ki, iddiaçı tərəfindən “kombi” aparatının alınması üçün 765 manat pul ödənilib. Tərəflər arasında bağlanmış müqavilədə cavabdeh mənzili orta səviyyədə təmir etməyi öhdəsinə götürüb və mənzil mülkiyyətçiyə təhvil verilən zaman tərəflərin iştirakı ilə mənzilə baxış keçirilib və 15 noyabr 2019-cu il tarixli “Təhvil-təslim aktı” tərtib edilib. Həmin aktda təhvil verilən mallar siyahısında istilik sisteminə aid olan radiator və “suşilka” (hamam otağında quruducu) da qeyd olunub, müqavilədə göstərilən orta səviyyəli təmir əhatə edilib, kombi aparatının quraşdırılması öhdəliyi isə müqavilədə nəzərdə tutulmayıb. Bundan başqa, aktdan görünür ki, iddiaçı qeyd etmişdir ki, “mən məcburiyyət qarşısındaya m ki, qol çəkim. Amma mərtəbə və mənzilin sahəsi müqaviləyə uyğun gəlmir”. Buradan aşkar olur ki, iddiaçı mənzil təhvil verilərkən ancaq mənzilin sahəsi və mərtəbəsi barədə narazılığını ifadə edib və mənzilin təmiri ilə bağlı hər hansı iradı olmayıb. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb düzgün olaraq qeyd etmişdir ki, cavabdeh iddiaçıya müqavilə şərtlərinə uyğun orta təmirli mənzil təhvil verdiyindən (həmçinin mənzildə daxili istilik sistemi (radiatorlar və hamamda quruducu) quraşdırılmışdır) və “kombi” aparatının quraşdırılması cavabdehin öhdəliyi olmadığından, həmin hissədə maddi zərər tələbi təmin edilə bilməz və məhkəmə də həmin hissədə iddianı təmin etməməkdə haqlı olub. Bu baxımdan kasasiya instansiyası məhkəməsi, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh MMC-nin kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2021-ci il tarixli, 2(103)-1543/2021 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar