Məhkəmə qərarları › İş №2(102)-3337/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3337/2024

27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3337/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma, müqavilə münasibətlərindən irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı "mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)1965/2024 nömrəli, 30 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şika yəti üzrə işə 27 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Mənzil Tikinti Kooperativi (bundan sonra iddiaçı MTK) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kooperativ Mənzil Tikintisi haqqında müqavilədə qeyd edilmişdir ki, müqavilənin predmetini satıcıya ayrılmış Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal y/m kənar dairəvi yol ünvanında MTK-nın vəsaiti hesabına inşa edilmiş yaşayış binasının 54 saylı mənzil təşkil etmişdir. Bu müqaviləyə əsasən satıcı inşa edilmiş binanın 6 giriş, 7 mərtəbə 54 saylı mənzilini (bundan sonra mübahisəli mənzil ) payçıya təhvil verməyi, payçı isə müqavilə bağlanan gün 5000 manat məbləğində ilkin ödəniş etməyi öhdəsinə götürmüşdür.

2. Qalıq borcu olan 166336 manatı aylıq 4620 manat ödəməklə 12 mart 2024- cü il tarixədək ödəyəcəyinə dair cavabdeh öhdəsinə götürmüşdür.

3. MTK-nın cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli 48 nömrəli Təklifə əsasən cavabdeh mübahisəli mənzili 10 gün müddətində yeni qiymətə almaqdan imtina etsə müqavilə MTK tərəfindən birtərəfli qaydada ləğv olunaraq başqa şəxsə satılacağı barədə xəbərdar edilmişdir.

4. MTK-nın Ümumi yığıncağının xx.xx.2023-cü il tarixli protokol qərarına görə cavabdehin MTK-nın üzvlüyündən çıxarılış və onun sahibliyində olan MTK-ya məxsus mübahisəli mənzilini boşalması qərara alınmışdır.

5. Müqavilənin ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli bildirişdə qeyd edilmişdir ki, təklifdə göstərilmiş müddətdə cavabdeh tərəfindən cavab verilmədiyi üçün MM-in 423-cü maddəsinə əsasən mübahisəli mənzilin müqaviləsi ləğv olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı MTK Cavabdeh qarşı “mənzildən əmlakın çıxarılması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzildə cavabdehə məxsus olan 3 ədəd çilçıraq, 5 ədəd pəncərə toru, 1 ədəd dəhliz üçün güzgülü paltar dolabı, 2 ədəd kreslo, 1 ədəd divan, “Toshiba” markalı televizor, 4 ədəd pərdə, 1 ədəd mətbəx stolu, 4 ədəd stul, 1 ədəd “Toshiba” markalı soyuducu, 1 ədəd paltaryuyan, 1 ədəd qaz plitəsi, 1 ədəd aspirator, 1 ədəd mətbəx mebeli, 1 ədəd 3 ayaqlı aksesuar gül qabı, 1 ədəd ikinəfərlik çarpayı, 2 ədəd yataq dolabı, 1 ədəd güzgülü paltar dolabı, 1 ədəd güzgülü aksesuar dolab ı olmaqla 19 adda əşyanın məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi işin faktiki hallarına uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, payçı mənzilin dəyərini 26 ay ödəməmişdir. Müqavilənin 5.3-cü bəndinə əsasən, müqavilənin 3.2-ci bəndində qeyd olunan ödəniş 10 gündən artıq gecikdirildikdə mənzilin ümumi dəyərinin 2%-i məbləğində cərimə tətbiq olunur. 2 ay gecikdirildikdə "xxxx"-ya xəbərdarlıq edilmədən MTK tərəfindən müqavilə 1 tərəfli olaraq pozulur. Buna baxmayaraq 3 aprel və 3 may 2023-cü il tarixdə cavabdehin ünvanına mənzilin dəyərinin ödənilməsinə dair təkliflər göndərilmiş, həmçinin mobil telefonuna dəfələrlə zəng vurulmuşdur. Təklifdə göstərilmiş müddətdə cavabdeh tərəfindən təklifə cavab verilmədiyi, əmlakını mənzildə n çıxarmadığı həmçinin telefonda yalan məlumatlar verildiyindən 54 saylı müqavilə MM-nin 423.1-ci maddəsinin tələbinə uyğun olaraq ləğv edilmişdir.

8. MTK-ın nümayəndəsi izahatında bildirmişdir ki, müqavilənin şərtlərinə görə payçının ödədiyi vəsait həmin mənzil başqa şəxsə satıldıqdan sonra mənzilin dəyərinin 20%-i məbləğində dəbbə pulu və mənzildə yaşadığı müddətdə hər ay üçün 800 manat kirayə çıxıldıqdan sonra 5.5-ci bəndə əsasən payçıya qaytarılacaqdır. Mənzilin dəyəri də 170000 manatdan yuxarıdır. Həmin məbləğin də 20%-i cavabdehin ödədiyi məbləğdən qat-qat yuxarıdır. Onlar ona qarşı məhkəmədə iddia qaldıracaqlar. Mənzilin dəyərinin 20%-i məbləğində dəbbə pulu və mənzildə yaşadığı müddətdə hər ay üçün 800 manat kirayə haqqını cavabdehdən tələb edəcəklər. MTK mövcud qanunvericiliyə ə sasən payçıların könüllü birliyidir. Digər mənzillərə sahib olmaq istəyən şəxslər payın dəyərində həmin mənzillərə sahib olurlar və digər şəxslərin də mənzil hüquqları məhdudlaşdırılır. Ona görə şəxs əvvəlcədən könüllü olaraq bu məsələyə qoşulur, payçı olur və koorperativdə həmin mənzilə sahib olmaq üçün bu şərtləri qəbul etmiş. Gələcəkdə hər hansı problem yarandığı təqdirdə bunları göz önünə almalıdır. İlkin ödəniş olaraq cavabdeh cəmi 5000 manat ödəyib. 166336 manat ödəməli olduğu məbləğ idi, 5000 manat ödəyib. 171336 manatın da 20%-i isə 34267 manatdır. Kooperativ mənzil tikintisi haqqında müqavilə tərəflərin müstəqil iradə ifadəsini əks etdirir və müqavilə bağlanarkən bir nüsxəsi cavabdehə təqdim edilib. Həmin müqavilənin müvafiq bəndinə əsasən tərəf 2 aydan çox müddətə ödəniş etməzsə bu zaman müqaviləyə birtərəfli qaydada xitam verilə bilər. Hər gecikdirilmiş gün üçün dəbbə pulu hesablanır. Həmçinin cavabdehlə müqavilə bağlandıqdan sonra, cavabdehin özü evi qanunsuz olaraq üçüncü şəxslərin istifadəsinə və icarəsinə vermiş və əsassız varlanmışdır. Onlar həmin evə girə bilsələr bu iddianı qaldırmazdılar. Deməli onların həmin evi icarəyə verməkləri də mümkün deyil. Müqavilənin şərtinə əsasən həmin mənzildən əşyalar çıxarıldıqdan sonra, mənzil digər kooperativ üzvünə satıldıqdan 2 ay müddətinə cavabdeh tərəfindən ödənilmiş məbləğ özünə qaytarılır. Çoxsaylı MTK-ların dələduzluğundan ziyan çəkmiş şəxslərin dəymiş ziyanlarının ödənilməsi də məhz təmsil etdiyi şirkət tərəfindən ödənilir. Bu da şirkətə olan inam və etibarın nəticəsidir. Bugünədək Ağır Cinayətlər məhkəməsində 18 00-ə yaxın zərərçəkmiş şəxs kimi tanınan şəxlərə mənzillərin verilməsi dövlət tərəfindən məhz təmsil etdiyi şirkətə həvalə edilir. Mənzil faktiki olaraq cavabdehin sahibliyindədir.

9. Cavabdeh iddia tələbinə qarşı etirazını bildirərək qeyd etmişdir ki, onun iddiaçı şirkətin rəhbərliyi ilə tanışlığı da var. Müqaviləyə əsasən də 2024-cü ilədək onun vaxtı var. Ödənişi edə bilməməyinin səbəbi isə pandemiya olmuşdur. Daha sonra müəyyən ödəniş etmək üçün şirkətin ofisinə getdikdə isə, ona çox gecikdiyinə görə faiz məbləği də ödəməli olduğunu bildirmişlər. O isə bununla razılaşmamışdır. Özü hal-hazırda kirayədə yaşayır. Həmin mənzilin işığını və suyunu kəsiblər və yaşamağa qoymurlar. Hal-hazırda həmin mənzili ondan xəbərsiz kirayəyə veriblər. Elçin adında komendant evi kirayəyə vermiş, hansı ki, həmin kirayəçiləri tanımır. Pandemiyadan sonra o 3 ay xəstə olmuşdur. Daha sonra bacısı dünyasını dəyişmişdir. Bütün bunlardan sonra cavabdeh 3500 manat ödəniş etməyi təklif etsə də MTK razılaşmamışdır. Bundan sonra 10000 manat təklif etmişdir ki, aylara bölünsün ödənişini də bundan sonra etsin. MTK ondan evi boşaltmağını tələb etmişdir. Halbuki o həmin evə xərc çəkmiş, mebel yığdırmış, qaz çəkdirmişdir. Onun kimi bir neçə sakin var ki, onlara mənzili bu formada tikdirib sonra da qovurlar. Cavabdeh onu da qeyd etmişdir ki, onun mübahisəli mənzildən başqa başqa mənzili yoxdur. MTK ona başqa ev təklif etmiş. Çünki mübahisəli mənzili satıblar. Evin açarı ona dünən verilib. O, həmin evdə yaşamamışdır. Amma hər ay kommunal xərclərini ödəmişdir. Evi özü təmir etmiş və ev üçün lazim olan əşyalar almışdır. MTK ondan 100000 manat pul istəyir, bu məbləği ödəyəcək maddi imkanın olmamasını bildirmişdir.

10. Baki şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Orxan Məmmədli ) 5 oktyabr 2023-cü il tarixli, e-2(004)-3389/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, mübahisəli mənzil MTK-ya məxsus olduğundan, cavabdehin isə həmin mənzilə mülkiyyət hüququnu təsdiq edən və yaxud həmin mənzildən istifadə hüquqlarının yaranması üçün tərəflər arasında hər hansı bir müqavilə artıq mövcud olmadığından və digər qanuni əsas olmadığından, iddiaçı haqlı olaraq, cavabdehə məxsus əmlakın mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir.

12. Məhkəmə öz mövqeyini onunıa əsaslandırmışdır ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdehə məxsus olan: 3 ədəd çilçıraq, 5 ədəd pəncərə toru, 1 ədəd dəhliz üçün güzgülü paltar dolabı, 2 ədəd kreslo, 1 ədəd divan, “Toshiba” markalı televizor, 4 ədəd pərdə, 1 ədəd mətbəx stolu, 4 ədəd stul, 1 ədəd “Toshiba” markalı soyuducu, 1 ədəd paltaryuyan, 1 ədəd qaz plitəsi, 1 ədəd aspirator, 1 ədəd mətbəx mebeli, 1 ədəd 3 ayaqlı aksesuar gül qabı, 1 ədəd ikinəfərlik çarpayı, 2 ədəd yataq dolabı, 1 ədəd güzgülü paltar dolabı, 1 ədəd güzgülü aksesuar dolabı olmaqla 19 adda əşya Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi kənar dairəvi yol ünvanında inşa edilmiş binanın 6- cı giriş 7-ci mərtəbəsində yerləşən, sahəsi 129,8 kv.metr olan 3 otaqlı 54 saylı mənzildən çıxarılmalıdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13cü maddəsinin 1-ci hissəsi, Azərbaycan R espublikası Mülki Məcəlləsinin 152.1 və 157.2-ci maddələrinə və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən və qətnamə çıxarılarkən maddi və prosessual hüquq normalarının pozulmuş, məhkəmə mənzildə müəyyən təmir işlərini aparmasını, mübahisəli evi öz əşyaları ilə təmin etməsini, müqavilənin müddətinin bitməməsi, öhdəliyin son tarixinin xx.xx.2024-cü il tarixi olması, mənzilin iddiaçı tərəfindən başqa şəxslərə kirayəyə verilməsi k imi işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən halları nəzərə almamışdır.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1965/2024 nömrəli, 30 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Günay Axundova və Cəmilə Musayeva) cavabdehin apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

17. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh ilkin ödənişdən başqa ümumiyyətlə hər hansı ödəniş etməmişdir ki, bu hal da özü-özlüyündə müqavilənin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Həmçinin qeyd edilməlidir ki, cavabdeh iddia ərizəsində göstərilən, çıxarılması tələb olunan əşyaların mövcudluğunu da mübahisələndirməmişdir.

18. Cavabdehin son ödəniş üçün müqavilədə nəzərdə tutulmuş müddətin başa çatmaması barədə dəlili vəziyyəti dəyişdirmir. Tərəflərin razılaşması ilə ödənişlərin 2 ay müddət üçün gecikdirilməsi müqavilədən birtərəfli qaydada imtina üçün əsas yaratmışdır. Əlavə olaraq cavabdeh nəinki 2 ay, ümumiyyətlə hazırkı vaxtadək hər hansı ödəniş etməmiş, artıq müqavilədə göstərilən ümumi müddət də keçmişdir.

19. Belə ki, tərəflər arasında mübahisəli müqavilə imzalanan zamanı (xx.xx.2021-ci il) artıq COVİD pandemiyası bütün dünyada mövcud idi və cavabdeh məhz bu vəziyyətdə müvafiq müqavilə şərtləri ilə razılaşmış, qalıq borc olan 166336 manatı hər ay 4620 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Bununla yanaşı, cavabdehin müqavilə üzrə qalıq borcdan ümumiyyətlə ödəniş etməməsi (cavabdeh ən azından mü əyyən ödənişlər edə bilərdi) və bunun səbəbini maddi vəziyyət və pandemiya ilə əlaqələndirməsi sadəcə hüquqdan sui-istifadə olmaqla qanuni və əsaslı sayılmamışdır.

20. İşin faktiki hallarına əsasən, iddiaçı müqavilədən birtərəfli qaydada imtina etməkdə və bunun davamı olaraq hazırkı iddiasında cavabdehə məxsus əşyaların mənzildən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur (cavabdehin özünün də bildirməsinə görə o, mənzildə yaşamamış, sadəcə bəzi əşyalarını ora yığmışdır). Çünki cavabdehə məxsus müvafiq əşyaların mübahisə predmeti olan mənzildə yerləşməsi hazırkı vəziyyətdə iddiaçının hüquqlarını məhdudlaşdırmaqla, mənzil üzərində qanuni əmlak hüquqlarının həyata keçirilməsi imkanını azaltmışdır.

21. Cavabdeh etirazının digər əsası kimi, iddiaçı tərəfindən göndərilən yazılı xəbərdarlıq və təklifin cavabdehə çatmamasını, bu səbəbdən də müqavilənin birtərəfli ləğvinə qanuni əsasların olmamasını bildirsə də, apellyasiya məhkəməsi cavadehin qeyd edilən dəlili ilə də razılaşmayaraq hesab etmişdir ki, cavabdehin özü izahatında təsdiq etmişdir ki, təqribən 1 il əvvəldən iddiaçı MTK-nın əməkdaşları onun mobil telefonuna zənglər etməklə müqavilə üzrə ödənişlərinin həyata keçirilməsini tələb etmişlər. Eyni zamanda, özü də MTK-nin rəhbərliyi ilə görüşmüş, lakin razılıq əldə edə bilməmişlər. Eyni halı iddiaçı iddia ərizəsində də göstərmiş, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı yazılı xəbərdarlıqlarla yanaşı, həmçinin cavabdehin mobil telefonuna zənglərin olunmasını qeyd etmişdir.

22. İşdə olan, müxtəlif tarixli yazılı xəbərdarlıqlara (təkliflərə) əsasən cavabdehdən borcun ödənilməsi tələb olunmuş, ödənilmədiyi üçün müqavilənin birtərəfli qaydada ləğv olunması, müqavilədən imtina ilə bağlı şərtlər, qanunvericiliyin normaları və s. qeyd olunmuşdur.

23. İşdə olan sübatlarla, xüsusilə cavabdehin özünün də təsdiq etdiyi kimi, tərəflər arasında hazırkı iddia ilə məhkəməyə müraciət olunmamışdan əvvəl dəfələrlə müqavilənin cavabdeh tərəfindən icra olunması istiqamətində danışıqlar aparılmış, lakin nəticəsi olmamış, cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozuntusu davam etmişdir.

24. Həmçinin apellyasiya şikayətinin digər dəlilləri də (müqaviləyə əsasən mənzilə qanuni gözlənilən hüquqlarının olması və s.) əsassız olmaqla, yuxarıda qeyd edilən hüquqi və faktiki vəziyyəti dəyişdirməmişdir. Beləliklə, cavabdeh etirazının (apellyasiya şikayətinin d əlillərinin) əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir.

25. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29-cü, Azərbaycan Respublikası MM-in 152.1, 157.4 və 228.2-ci maddələrinə, “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və q anunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarı və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayətini işin faktiki hallarına və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, məhkəmə cavabdehə məxsus əşyaların mənzildən çıxarılmasına dair qətnamə qəbul edərkən həmin mənzildə cavabdeh tərəfindən təmir işlərinin aparıldığını, mənzilin mətbəx və eyvan mebelləri ilə cavabdehin vəsaiti hesabına təmin olunduğunu nəzərə almamış, cavabdehə məxsus həmin əşyaların dolayısı ilə mənzildə saxlanılaraq başqa şəxsin istifadə verilməsinə səbəb olmuşdur.

29. Müqaviləyə xitam verilməsi və şəxsin pay hüququnun alınmasına dair mənzil tikinti kooperativinin təsisçilərinin qərarının olması zəruri olmasına baxmayaraq, bu qərarın əsli iş materiallarında mövcud olmamış, sadəcə bu cür qərarın qəbul edilmiş olmasına dair iclas protokolundan çıxarışın surəti mövcud olmuşdur. Məhkəmə isə bu sənədin sübut əhəmiyyətinə malik olmamasını, qərar qəbul edilən zaman əsaslı şübhədən kənar standartlara və sübutlara əsaslanmalı olmasına baxmayaraq, mövcudluğu şübhə yaradan sənədin surətini mötəbər sübut qismində dəyərləndirmişdir.

30. Hər iki məhkəmə mübahisəli mənzilə obyektiv qiymət verməmiş, MTK tərəfindən törədilmiş kobud hüquq pozuntularını nəzərə almamış, cavabdehin mülkiyyət hüquqlarını kobud şəkildə pozan, qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

31. Kassasiya şikayətini Mülki Məcəlləsinin 152.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

33. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

34. Maddə

29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

36. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

37. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mül ki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhk əməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

50. Cavabdehin kassasiya şikayətlərinin dəlilləri aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman və apellyasiya şikayətində də irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə mali k olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla iş üzrə Ali Məhkəmənin qərarındakı göstərişlər nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

51. Kassasiya şikayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

52. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün s übutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1965/2024 nömrəli iş üzrə 30 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar