Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3339/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X18 və X15 ibarət tərkibdə, məhkəmə iclas katibi X20 oğlunun katibliyi, İddiaçı1 və vəkili Vəkil, cavabdehin vəkili X7 iştirakı ilə, İddiaçı1 Cavabdeh1 qarşı evdən çıxarılma tələbinə dair ilkin, Cavabdeh1 İddiaçı1 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasda payların müəyyən edilməsi, çıxarışın və texniki pasportun ləğv edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-c i il tarixli qətnaməsindən İddiaçı1 və Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin (hakim A.İbrahimov) xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı1 Cavabdeh1 qarşı evdən çıxarılma tələbinə dair ilk iddiasının təmin olunmaması, Cavabdeh1 İddiaçı1 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasda payların müəyyən edilməsi, çıxarışın və texniki pasportun ləğv edilməsi barədə qarşılıqlı iddiasının təmin edilərək, X19 tərəfindən nümayəndəsi olan anası Cavabdeh1 vasitəsilə miras əmlak olan, Xaçmaz şəhəri, Mehmandarov küçəsi, 34B ünvanında yerləşən yaşayış evinin bütövlükdə qanun üzrə vərəsəlik qaydasında qəbul etməsi faktının müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən evə dair İddiaçı1 adına ver ilmiş 2V-524 reyestr nömrəli, xx xxxx 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 5 saylı Ərazi İdarəsi tərəfindən Xaçmaz şəhəri, Mehmandarov küçəsi 34B ünvanında yerləşən evə dair İddiaçı1 adına verilmiş **********804-10301 reyestr nömrəli RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və xx.xx.2017-ci il tarixdə verilmiş **********04-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunun ləğv edilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən T.Məmmədov, hakimlər Z.Məmmədov və A.Abbasov) xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətinin təmin edilməməsi, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən T.Qoldman, hakimlər Ə.Mirzəliyev və G.Quliyev) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən T.Quliyev, hakimlər G.Tağızadə və E.Rəhimov) xx xxx 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 apelyasiya şikayətinin qismən təmin edilməsi, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il ta rixli qətnaməsinin qismən«Qarşılıqlı iddia üzrə iddiaçı X4 cavabdeh İddiaçı1 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasda payların müəyyən edilməsi, vərəsəlik haqqında şəhadətnamənin, çıxarışın və texniki pasportun ləğv edilməsinə dair qarşılıqlı iddiası təmin olunsun, X19 tərəfindən nümayəndəsi olan anası Cavabdeh1 vasitəsilə miras əmlak olan, Xaçmaz şəhəri, Mehmandarov küçəsi, 34B ünvanda yerləşən yaşayış evinin bütövlükdə qanun üzrə vərəsəlik qaydasında qəbul etməsi faktı müəyyən edilsin, Xaçmaz rayonunun notariusu X8 tərəfindən Xaçmaz şəhəri, Mehmandarov küçəsi, 34B ünvanda yerləşən evə dair İddiaçı1 adına verilmiş 2V-524 reyestr nömrəli, xx xxxx 2017-ciil tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən Xaçmaz şəhəri, Mehmandarov küçəsi, 34B ünvanda yerləşən evə dair İddiaçı1 adına verilmiş **********804-10301 reyestr nömrəli RX seriyalı ******* nömrəli hüquqların Dövlər qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış və xx.xx.2017-ci il tarixdə verilmiş **********04-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportu ləğv edilsin» hissəsində ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməməsi, Qətnamənin-«ilk iddia üzrə İddiaçı1 cavabdeh X5 qarşı Xaçmaz şəhəri, Mehmandarov küçəsi, 34B ünvanda yerləşən evdən çıxarılma tələbinə dair iddiası təmin olunmasın» hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən V.İbayev, hakimlər Ə.Rüstəmov və S.Hacıyev) xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı1 kassasiya şikayətinin təmin edilməməsi, Cavabdeh1 kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli (sədrlik edən F.Məmmədov, hakimlər L.Məmmədova və S.Qafari) qətnaməsi ilə İddiaçı1 apelyasiya şikayəti qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı1 Cavabdeh1 qarşı cavabdehin qanunsuz sahibliyində olan xüsusi mülkiyyət növü ilə ona məxsus evdən çıxarılması barədə il k iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, ünvan 2 ünvanında yerləşən evə dair İddiaçı1 adına verilmiş 2V-524 reyestr nömrəli xx xxxx 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 5 saylı Ərazi İdarəsi tərəfindən Xaçmaz şəhəri, Mehmandarov küçəsi, 34B ünvanında yerləşən evə dair İddiaçı1 adına verilmiş **********804-10301 reyestr nömrəli RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və xx.xx.2017-ci il tarixdə verilmiş **********04- 10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunun ləğv edilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı1 kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini və qarşılıqlı iddia tələbinin rədd edilməsi və ilk iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin “qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi” hissəsində ləğv edilməsini və qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 qanunsuz sahibliyində olan mülkiyyət hüququ ilə ona məxsus Xaçmaz şəhəri, Mehmandarov küçəsi 34B ünvanında yerləşən evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. C avabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz şəhəri, Mehmandarov küçəsi 34B ünvanında yerləşən yaşayış evindən ibarət mirasın xx xxx 2012-ci il təvəllüdlü oğlu X19 tərəfindən qəbul etməsi faktının müəyyən edilməsi, həmin mirasa bütövlüklə oğlu Yaşar İsrafilovun payının müəyyən olunması, ünvan 1 ünvanında yerləşən evə dair İddiaçı1 adına verilmiş xx xxxx 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında cavabdehin adına verilmiş texniki pasportun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, İsrafilov Azadxan Sirac oğlu ilə Məmmədəliyeva (İsrafilova) Dosxanım Noxbala qızı xx xxxxxxxx 1966-cı il tarixdə nikaha daxil olmuşlar. Onların birgə nikahdan X1 6, İddiaçı1, X9 və İddiaçı2 adlı övladları olmuşdur. İsrafilov Azadxan Sirac oğlu xx xxxxxx 1984-cü ildə, X3 xx xxxxxxxx 2012-ci ildə vəfat etmişdir Həmçinin o da mübahisə edilmir ki, İsrafilov Azadxan Sirac oğlunun istifadə və sahibliyində Xaçmaz şəhəri, Mehmandarov küçəsi 34B ünvanında yerləşən yaşayış evi olmuş və həmin ev üzərində onun mülkiyyət hüququ xx.xx.2014-cü ildə dövlət reyestrində qeydə alınmışdır. Bundan başqa işin mübahisə edilməyən hallarına görə Cavabdeh1 X16 ilə 2011-ci ilin mart ayında faktiki nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş və onların faktiki nikah münasibətlərindən xx.xx.2012-ci il təvəllüdlü X19 adlı övladları anadan olmuşdur. X16 xx xxx 2012-ci il tarixdə vəfat etmişdir. Ailə münasibətlərinə girdiyi vaxtdan Cavabdeh1 mübahisə predmeti olan evə köçmüşd ür və hal-hazırda da oğlu Q.İsrafilovla birlikdə həmin evdə yaşayır. Eyni zamnda işin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı1 və X1 Azadxan Sirac oğlundan miras qalmış əmlakı faktiki olaraq qəbul etmişlər. X9 və İddiaçı2 isə ataları İsrafilov Azadxan Sirac oğlundan miras qalmış əmlakı nə faktiki, nə də notariat kontoruna ərizə verməklə qəbul etməmişlər. Həmçinin işin mübahisə edilməyən hallarına görə İddiaçı1 Xaçmaz şəhəri, Mehmandarov küçəsi 34B ünvanında yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi və həmin həmin torpaq sahəsinin üzərində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 150,3 kv.metr, yaşayış sahəsi 83,6 kv.metr, yardımçı sahəsi 66,7 kv.metr, yaşayış otaqlarının sayı 4 olan fərdi yaşayış evinə dair xx xxxx 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında xx.xx.2017-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. İddiaçı bildirir ki, mübahisəli yaşayış evi mərhum anasından miras qalmış əmlakdır, anasının ölümündən sonra torpaq sahəsini və evi vərəsəlik qaydasında öz adına rəsmiləşdirmişdir. Mərhum qardaşı X16 cavabdeh X10 ilə faktiki nikah münasibətlərinə daxil olaraq ailə qurmuş və xx xxxxx 2011-ci ildə cavabdehi həmin evə gətirmişdir. Cavabdeh evə gələn gündən anası ilə yaxşı münasibətdə olmadığından, həmişə onu evdən çıxarmaq istəmiş, lakin həm xəstə, həm də çox yaşlı olduğundan heç cür cavabdehi evdən çıxara bilməmişdir. Anası öz sağlığında cavabdehi bir ailə üzvü kimi qəbul etməmiş, ancaq və ancaq anasına zor tətbiq etməklə cavabdeh həmin evdə məcbu r yaşayırdı. Hazırda özü ailə üzvləri ilə birlikdə yad adamın mal fermasında bir otaqda müvəqqəti yerləşmişdir. O, xüsusi mülkiyyətində olan evinə gedib yaşaya bilmir, evə yaxınlaşan kimi cavabdeh onun və ailə üzvlərinin üzərinə hücum edir, evə köçüb yaşamağa qoymur. Mübahisəli yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə dair onun adına dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx xxxx 2017-ci il tarixli çıxarış verilmişdir. Cavabdeh tərəfindən onun mülkiyyət hüququ pozulduğuna görə məcbur olub məhkəməyə müraciət etmişdir. Cavabdeh bildirir ki, İddiaçı1 qardaşı X16 ilə 2011-ci ilin mart ayının sonunda faktiki nikah münasibətlərinə daxil olmaqla, Qabil İsrafilovun anası X2 məxsus, Xaçmaz şəhəri, Mehmandarov küçəsi 34B ünvanında yerləşən evə gəlin köçmüş və həmin e və qeydiyyata alınmışdır. X28 birgə yaşayışından xx xxx 2012- ci il tarixdə Yaşar adında övladı anadan olmuşdur. X30 xx xxx 2012-ci il tarixdə, qayınanası Dostxanım isə oğlunun ölümündən təxminən 2 ay sonra vəfat etmişdir. Ərinin və qayınanasının ölümündən sonra mübahisəli evdə özü uşağı Yaşarla birlikdə yaşamış və hazırda da həmin evdə yaşayır. Qayınanasının ölümündən sonra İddiaçı1 evə gələrək, ondan evdən çıxmasını tələb edir. İddiaçı1 təklif etmişdir ki, özü də ailəsi ilə birlikdə mübahisəli evə köçüb yaşaya bilər, onun isə bu evdən başqa yaşamağa yeri yoxdur. Aralarında evlə bağlı mübahisə yarandıqdan sonra DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət edərək, mübahisəli evə dair sənədləri əldə etmiş və bu vaxt ona məlum olmuşdur ki, xx xxxxxx 2014-cü il tarixdə evə dair cavabdehin mərhu m atası İsrafilov Azadxan Sirac oğlunun adına çıxarış verilmiş, bundan sonra İddiaçı1 adına notariat kontorundan xx xxxx 2017-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında mübahisəli evə dair İddiaçı1 adına xx xxxx 2017-ci il tarixli çıxarış verilmişdir. İddiaçı1 adına vərəsəlik hüququ haqqında şəhadətnamə və çıxarış əsassız olaraq verilmişdir. Mübahisəli ev 2014cü il tarixdə mərhum qayınatası Azadxan İsrafilovun adına reyestrdə qeydiyyata alındığı üçün ona məxsus olmuş əmlaka həmin tarixdə vərəsəlik açılmışdır. 2014-cü ildə də miras evdə uşağı Yaşar ilə birlikdə yaşamış, İddiaçı1 həmin evdə yaşamamışdır. Vərəsəliyin açıldığı vaxt mərhum qayınatasının birinci dərəcədə vərəsələrindən olan X30 vəfat etdiyi üçün miras əmlakdan ona çatas ı pay oğlu X17 çatmalıdır. Azyaşlı oğlu Yaşar həmin evdə yaşamaqla, mirası faktiki olaraq qəbul etmişdir. Məhrum qayınatasının birinci dərəcəli vərəsələri olan digər uşaqları, o cümlədən İddiaçı1 özü mirası nə faktiki, nə də ki notariat kontoruna ərizə verməklə qəbul etməmişlər. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisəli ev əvvəllər iddiaçının mərhum atası İsrafilov Azadxan Sirac oğlunun sahibliyində və istifadəsində olmuş, mərhum İsrafilov Azadxan Sirac oğlu xx xxxxxx 1984cü il tarixdə ölmüş, lakin həmin vaxt evin üzərində sonuncunun mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmamışdır. Yəni miras açıldığı 1984-cü il tarixdə müba hisəli ev miras kütləsinə daxil olmamışdır. xx xxxxxx 1984-cü il tarixdə vəfat etmiş İsrafilov Azadxan Sirac oğlunun adına 2014-cü ildə mülkiyyət sənədinin tərtib olunması zamanı qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayətləri qismən təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməklə, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli, Xaçmaz şəhəri, Mehmandarov küçəsi 34B ünvanında yerləşən yaşayış evindən ibarət mirasın X19 tərəfindən qəbul etməsi faktı müəyyən edilməli, Xaçmaz şəhəri, Mehmandarov küçəsi 34B ünvanında yerləşən evə dair İddiaçı1 adına verilmiş xx xxxx 2017-ci il tarixli qanun üzrə vərəsəli k hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında cavabdehin adına verilmiş ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qismən, ½ hissədə etibarsız sayılmalı, Xaçmaz şəhəri, Mehmandarov küçəsi 34B ünvanında yerləşən yaşayış evinə X11 payı ½ hissədə müəyyən edilməli, qarşılıqlı iddia qalan hissələrdə təmin edilməməlidir. Belə ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. İşin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı1 və X16 atalarından miras qalmış Xaçmaz şəhəri, Mehmandarov küçəsi 34B ünvanında yerləşən yaşayış evini faktiki olaraq qəbul etmişlər. X16 miras qalmış evi faktiki qəbul etdikdən sonra xx xxx 2012-ci il tarixdə vəfat etmişdir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır Eyni zamanda işin hallarından görünür ki, Q.İsrafilov vəfat etdikdən sonra onun qəbul etdiyi miras qanuni nümayəndəsi Cavabdeh1 vasitəsi ilə Y.İsrafilov tərəfindən faktiki qəbul edilmişdir. Digər vərəsələr X9 və İddiaçı2 isə ataları İsrafilov Azadxan Sirac oğlundan miras qalmış həmin evi nə faktiki, nə də notariat kontoruna ərizə verməklə qəbul etməmişlər. Həmçinin işin mübahisə edilməyən hallarından görünür ki, İsrafilov Azadxan Sirac oğlunun ölümündən 30 il sonra ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyə t hüququ əsasında onun adına xx xxxxxx 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə sonuncunun adına müvafiq çıxarış verilmişdir. Həmin çıxarış mübahisələndirilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İsrafilov Azadxan Sirac oğlunun adına verilmiş xx xxxxxx 2014-cü il tarixli çıxarış mübahisələndirilmədiyindən və halhazırda hüquqi qüvvəyə malik olduğundan və ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi həm İddiaçı1 həm də X16 tərəfindən faktiki olaraq qəbul edildiyindən həmin evə münasibətdə İddiaçı1 adına tək mülkiyyətçi kimi verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş çıxarış qismən yəni ½ hissədə etibarsız sayılmalı, nəticədə həmin evdə X11 payı ½ hissədə müəyyən edilməlidir. Mülki Prossesu al Məcəllənin 417.1.4-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 və Cavabdeh1 kasasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Xaçmaz şəhəri, Mehmandarov küçəsi 34B ünvanında yerləşən yaşayış evindən ibarət mirasın X19 tərəfindən qəbul etməsi f aktı müəyyən edilsin. Xaçmaz şəhəri, Mehmandarov küçəsi 34B ünvanında yerləşən evə dair İddiaçı1 adına verilmiş xx xxxx 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında İddiaçı1 adına verilmiş ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qismən, ½ hissədə etibarsız sayılsın. Xaçmaz şəhəri, Mehmandarov küçəsi 34B ünvanında yerləşən yaşayış evinə X11 payı ½ hissədə müəyyən edilsin. Qarşılıqlı iddia qalan hissələrdə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3339/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3339/2020
25.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver