Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3339/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh2 MMC-nin Biləsuvar filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi və işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh2 MMC-nin Biləsuvar filialına qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2591/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayətinə A li Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2017-ci il tarixli, 95/K nömrəli əmr ilə Cavabdeh2 MMC-yə “operator (tərəzi üzrə)” vəzifəsinə təyin edilmişdir. 2. 25.12.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 MMC-nin idarə heyətinin sədri tərəfindən MMC-nin “MKT-Biləsuvar” filialının direktoru Q.Əliyevə istehsalat əmrini imzalamaq, o cümlədən Əmək Məcəlləsinin “ç” bəndi ilə əmək müqaviləsini ləğv etmək səlahiyyəti verilmişdir. Etibarnamə xx.xx.2022-ci il tarixədək qüvvədədir.
3. Cavabdeh2 MMC-nin Həmkarlar İttifaqı Komitəsinin Ümumi Yığıncağının 01/2022 nömrəli, xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bənd inə əsasən xitam verilməsi qanunauyğun hesab edilmişdir.
4. Cavabdeh2 MMC-nin “MKT-Biləsuvar” filialının xx.xx.2022-ci il tarixli, 30/K nömrəli əmrinin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) filialda baş vermiş neqativ hadisələrlə əlaqədar xitam verilməsi əmr edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh2 MMC-nin Biləsuvar filialına qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MKT-Biləsuvar filialının onun işdən çıxarılmasına dair xx.xx.2022-ci il t arixli, 30/K saylı əmri ləğv edilməklə əvvəlki tərəzi operatoru vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2017-ci ildən cavabdeh təşkilatda tərəzi operatoru vəzifəsində işləmiş, işlədiyi dövrdə işinin öhdəsindən layiqincə gəlmiş, heç bir xəbərdarlıq və töhmət almamışdır. 2021-ci ilin iyun ayında cavabdeh təşkilatın direktoru Q.Əliyev onu çağıraraq bildirmişdir ki, özünə məxsus taxıl məhsulu var, həmin məhsulu tərəzidə çəkməlidir. Zavodun giriş qapısından avtomobillər həyətə buraxıldıqdan sonra direktorun göstərişi ilə taxılı çəkmişdir. xx.xx.2022-ci il tarixdə direktor Q.Əliyev onu yanına çağırmış və bildirmişdir ki, işdən azaddır. Səbəb olaraq demişdir ki, keçən il onun taxılını çəkdiyinə görə şirkət onun işdən azad edilməsini tələb edir. Direktorun icrası ilə icra etdiyini bildirmiş, lakin bir az səbrli olmağı və işə bərpa ediləcəyi deyilmişdir. Sonradan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəfindən inzibati tənbeh tədbirlərindən heç biri tətbiq edilmədən, yalnız işdən çıxarılma tətbiq olunmuşdur. Həmçinin cavabdeh təşkilat hadisə 2021-ci ildə olsa da 1 il sonra inzibati tənbeh tətbiq etmişdir.
7. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim N.N.Tağıyeva) 2(005)4031/2022 saylı, 22 noyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh2 MMC-nin Biləsuvar filialına qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia tələbinin təmin edilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi onda n ibarət olmuşdur ki, hazırki işdə işəgötürən tərəfindən müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olduğu əsaslandırılmamış və buna dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə ki, tərəflərin izahatına əsasən iddiaçı filialın direktorunun xahişi əsasında tərəzidə sonuncuya məxsus malı çəkmiş, lakin həmin malın uçotunu aparmamışdır. İşdən çıxarılarkən işçidən alınmış izahata əsasən başqa şəxsə məxsus məhsulun tərəzidə çəkilməsinin onun vəzifəsinə aid olmadığını, çəkilən həmin məhsulun qeydiyyatının aparılmadığını bildirmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əmək funksiyasını yerinə yetirərkən rəhbərinin göstərişi əsasında tərəzidə çəkdiyi məhsulu qeydə almaması ilə bağlı səhv etmiş olsa belə (cavabdeh bir neçə dəfə təkrarlandığını bildirsə də buna dair heç bir sübut təqdim etməmişdir), qeyd edilən halın yuxarıda göstərilənlər nəzərə alınmaqla kobud səhv olaraq işəgötürənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirən hal kimi qiymətləndirilərək əmək müqaviləsinin ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi iqtisadi baxımdan daha güclü olan işəgötürən tərəfindən təşkilati-sərəncamverici səlahiyyətlərdən və hüquqlardan sui-istifadə etmə hesab oluna bilər. Həmçinin qeyd olunmalıdır ki, işəgötürən mövcud vəziyyətdə yuxarıda göstərilən halları və iddiaçının şəxsiyyətini, kollektivdə nüfuzunu və digər amilləri nəzərə alaraq ona başq a intizam tənbehinin verilməsinin mümkünlüyünü müzakirə etmək hüququndan istifadə edə bilərdi. Əmək müqaviləsinin ləğv edilməsinin qanunazidd şəkildə aparılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Salyan regional ərazi şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda da öz əksini tapmışdır. Belə ki, həmin məktuba əsasən əmək müqaviləsinə xitam verilərkən ƏM-in 71ci maddəsinin və 187-ci maddəsinin 3-cü hissəsinin tələbləri pozulduğundan filialın direktoru barəsində İXM-in 192.6-cı maddəsilə inzibati xəta haqqında protokol tərtib edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ və Vİ hissələrinə,71-ci maddəsinin İ və İİ hissələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləs inin 70-ci maddəsinin “ç” bəndi, 71-ci maddəsinin 2-ci və 3-cü hissəsinə, 72, 76-cı maddəsinin 2-ci hissəsinə, 187-ci maddəsinin 2-ci və 3-cü hissəsinə, 300-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh2 MMC qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühim əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir. Birinci instansiya məhkəməsi əmək qanunvericliyinin müddəalarını səhv təfsir edərək bel ə nəticəyə gəlmişdir ki, işçinin sadəcə əmək müqaviləsi üzrə əmək funksiyalarını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi özü-özlüyündə əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğvinə əsas ola bilməz. Belə ki, bunun üçün eyni zamanda işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını yerinə yetirməməsi nəticəsində mülkiyyətçiyə və ya işəgötürənə hər hansı formada ziyanın dəyməsi faktı da mövcud olmalıdır. Məhkəmənin qeyd olunan dəlilinə münasibətdə bildirilir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəlik lərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunannmənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Yuxarıda qeyd olunan müddəanın tələbləri, işçi ilə işəgötürən arasında mövcud olmuş əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün, işçinin əmək funksiyalarının yerinə yetirilməməsi ilə eyni zamanda təqsirli hərəkətləri ilə işəgötürənə hər hansı formada ziyan vurulmasını mütləq etməmişdir. Belə ki, işçi tərəfindən səhlənkarlıqla, qəsdən və ya etinasızlıqla əmək funksiyasının yerinə yetirilməməsi nəticəsində əmək və icra intizamının pozulması faktı əmək-hüquq münasibətlərinin Əmək Mə cəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə pozulmasını mümkün edir. Həmçinin, birinci instansiya məhkəməsi işəgötürəni iqtisadi baxımdan daha güclü tərəf olduğunu qeyd edərək, təşkilati-sərəncamverici hüququndan sui-istifadə edərək işçi barəsində Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulmuş ən ağır intizam tənbeh növünün tətbiq edilməsini əsassız hesab etmişdir. Bununla bağlı bildirilir ki, iş materiallarında mövcud olan işçi tərəfindən işəgötürənə təqdim edilmiş 29 aprel 2022-ci il tarixli izahatın məzmunundan görünür ki, işçi əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələri kobud şəkildə pozduğunu etiraf etmiş və səmimi peşmançılığını bildirmişdir. Eyni zamanda, Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh növlərindən konkret olaraq hansı hallarda işçi bar əsində tətbiq edilməsi əmək qanunvericiliyi ilə müəyyən edilməmiş və işə götürənin mülahizəsinə buraxılmışdır. Bundan başqa, birinci instansiya məhkəməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Salyan regional ərazi şöbəsinin İddiaçı Elsəvər oğluna ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda filialın direktoru barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola istinad edərək, iddiaçı ilə cavabdeh arasında mövcud olmuş əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinin pozulması barədə nəticəyə gəlmişdir. Beləliklə, birinci instansiya məhkəməsi X4 Xidməti Salyan regional ərazi şöbəsinin xx.xx.2022-ci il tarixli məktubuna istinad edərək sübutlara tətbiq edilməli normalarda səhv buraxmışdır. Birinci instansiya məhkəməsi əmək müqaviləsinin l əğv edilməsinin zəruriliyinin cavabdeh tərəfindən əsaslandırılmaması barədə nəticəyə gəlmişdir. Məhkəmənin qeyd olunan dəlilinə münasibətdə bildirilir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununa olan tələblər Əmək Məcəlləsinin 84-cü maddəsində müfəssəl təsvir olunmuşdur. İş materiallarına mövcud olan xx.xx.2022-ci il tarixli, 29/K saylı əmrin məzmunundan müəyyən etmək olar ki, sözügedən əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun tərtib edilmiş və əmək müqaviləsinin ləğv edilməsi üçün başlıca əsas işçi tərəfindən müqavilə üzrə əmək funksiyasının yerinə yetirilməməsi olmuşdur. Həmçinin, birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində işçiyə intizam tənbehinin verilməsi üçün əmək qanunvericiliyi ilə müəyyən edilmiş, yəni intizamın pozulduğunu a şkar edildiyi gündən bir ay keçənədək verilməsi müddətinin buraxılmasına və cavabdeh tərəfindən hadisənin hansı tarixdə aşkar edilməsi ilə bağlı sübutların təqdim edilməməsinə istinad etmişdir. Bununla bağlı bildiririk ki, filialda pərakəndə arpa satışı ümumilikdə 2022- ci ilin aprel ayının əvvəllərinə kimi davam etdiyi üçün, yalnız 29 aprel 2022-ci il tarixdə işçidən izahat alınarkən onun tərəfindən əmək xətasının törədilməsi müəyyən edilmiş və nəticədə onunla bağlanmış əmək müqaviləsinə 05 may 2022-ci il tarixdə, yəni intizamın pozulduğunu aşkar edildiyi gündən bir ay keçməmiş xitam verilmişdir. Bundan başqa, iddiaçı intizam xətasının törədilməsi tarixi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – G.T.Axundova (sə drlik edən və məruzəçi), R.Ə.Eyvazov və F.F.Babayev) 2(103)-2591/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 MMC-nin apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4031/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, Belə ki, işin hallarından müəyyən edilir ki, xx.xx.2017-ci il tarixli, 95/K nömrəli əmrə əsasən İddiaçı Cavabdeh2 MMC-yə “operator (tərəzi üzrə)” vəzifəsinə təyin edilmişdir.
14. İş materiallarına əlavə edilmiş 01 iyun 2018-ci il tarixli vəzifə təlimatından görünür ki, “tərəzi operatoru”nun vəzifələri – müxtəlif tipli və konstruksiyalı tərəzilərdə yüklərin çəkilməsi, yüklər in xarici görünüşünə baxış keçirilməsi və qablaşdırılmasının düzgünlüyünə nəzarət edilməsi, yüklərin çəkisinin, adının və başqa xüsusiyyətlərinin müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılması, yükün çatışmazlığına və xarab olmasına görə aktların tərtibi və müşayiətedici sənədlərin rəsmiləşdirilməsi, çəkilmiş yüklərin uçotunun aparılması, tərəzilərin çəkini düzgün göstərməsinin yoxlanılması və onlara qulluq, çəkiləcək yüklərin tərəziyə qoyulmasında bilavasitə iştirak və rəhbərlik, nəqliyyat tutumlarının tam yüklənməsinə nəzarət, rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrasıdır. Vəzifə təlimatı iddiaçı tərəfindən imzalanmışdır. 15. xx.xx.2022-ci il tarixli, 30/K nömrəli əmrə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir.
16. İddiaçı işdən azad edilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
17. İddia tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş və ona istinad edilmişdir ki, Cavabdeh2 MMC tərəfindən Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərinə əməl edilmədən işçi ilə əmək müqaviləsinə xitam verilmişdir.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Əmək Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, iste hsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
19. Müəssisə tərəfindən işçinin işdən çıxarılması barədə əmrdə işçinin təqsirli hərəkətləri nəticəsində işəgötürənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirilməsi halı, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması əsaslandırılmamışdır.
20. Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbinə görə əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrdə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Hazırkı halda işçinin işdən azad edilməsi barədə xx.xx.2022-ci il tarixli, 30/K nömrəli əmrdə iddiaçı ilə əmək münasibətlərə xitam verilməsinin əsası kimi – filialda baş vermiş neqativ hadisələrlə əlaqədar olması qeyd edilmiş, bununla bağlı əmrin məzmunu ilə bağlı qanunvericiliyin tələbi işəgötürən tərəfindən pozulmuşdur.
21. Cavabdehin apellyasiya şikayətinin dəlili odur ki, iddiaçı öz izahatında onun tərəfindən əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələri kobud şəkildə pozduğunu etiraf etmiş və səmimi peşmançılığını bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, işçi əmək müqaviləsi ilə nəzərdə tutulmuş vəzifələrini pozmasını etiraf etmiş olsa belə bu hal iqtisadi baxımdan güclü olan işəgötürən tərəfindən onunla bağlı ən sərt inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün əsas deyil. Cavabdeh apellyasiya şikayətində tətbiq edilən təhbeh tədbirinin növünün seçilməsinin işəgötürənin mülahizəsinə buraxıldığını qeyd etmiş olsa da məhkəmə kollegiyası hesab edir ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndində qeyd edilir ki, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. 22. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “...Nəzərə al ınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürənin işçiyə münasibətdə tam maddi məsuliyyəti müəyyən edilmişdir.”
23. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Salyan regional ərazi şöbəsinin İddiaçı Elsəvər oğluna ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda filialın direktoru barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola istinad edə rək, iddiaçı ilə cavabdeh arasında mövcud olmuş əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinin pozulması barədə nəticəyə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.
24. Məhkəmə kollegiyası cavabdehin bu dəlili ilə əlaqədar qeyd edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Salyan regional ərazi şöbəsinin məktubunda qeyd edilir ki, "xxxx" MMC-nin MKT Biləsuvar filialının direktoru X1 ba rəsində xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Cavabdeh filial müdirinin təqsirsizliyini iddia etsə də sözügedən inzibati xəta haqqında protokolun mübahisələndirilməsi və ləğvi ilə bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi göstərilənləri nəzərə alaraq qeyd etmişdir ki, işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçi ilə əmək müqaviləsinə xitam verildiyi üçün iddiaçının xx.xx.2022-ci il tarixli, 30/K nömrəli əmrin ləğvi və işə bərpa tələbi təmin olunmalıdır.
26. Apellyasiya instansiyası məhkəməsi iddiaçının digər tələbi - məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçının ilkin tələbi əsaslı olduğu üçün onun la əlaqəli olan digər tələbi də təmin edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh2 MMC kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin qeyd etdiyi dəlilinə münasibətdə bildirirlər ki, AR Əmək Məcəlləsinin 71cimaddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla,etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozmuş olsun və ya m ülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurmuş olsun.
29. Yuxarıda qeyd olunan müddəanın tələblərindən görünür ki, işçi tərəfindən səhlənkarlıqla, qəsdən və ya etinasızlıqla əmək funksiyasının yerinə yetirilməməsi nəticəsində əmək və icra intizamının pozulması faktı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tərəflər arasında mövcud olmuş əmək münasibətlərinin pozulmasını mümkün edir.
30. İş materiallarında mövcud olan iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş 29 aprel 2022- ci il tarixli izahatın məzmunundan görünür ki, iddiaçı “tərəzi operatoru” vəzifəsində işçi kimi əmək funksiyalarını yerinə yetirərkən, “vəzifə təlimatında” nəzərdə tutulmuş qaydada çəkilən yüklərin qeydiyyatını aparmamış, bəzi ha llarda isə çəkilən yüklərin tərəziyə qoyulmasında bilavasitə iştirak etməmişdir. Beləliklə, işçi tərəfindən əmək müqaviləsi üzrə üzərinə düşdüyü vəzifələrin kobud şəkildə pozulması işəgötürənə verilmiş izahatında səmimi peşmançılığın bildirilməsi ilə ifadə olunmuşdur.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübutetmə vəzifəsindən azad edir.
32. Eyni zamanda, qeyd etmək istəyirik ki, əmək qanunvericiliyinin tələblərinə görə əmək intizamı dedikdə,əmək münasibətləri iştirakçılarının müəyyən davranış qaydalarının məcmusu başa düşülür. Əmək intizamı normal səmərəli iş üçün lazımi təşkilati və iqtisadi şərtlərin yaradılması ilə təmin edi lir.
33. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən müəyyən etmək olar ki, işçilər əmək funksiyasını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməli və müəssisədaxili intizam qaydalarına əməl etməlidirlər.
34. Belə ki, AR Əmək Məcəlləsinin182-ci maddəsinə əsasən, müəssisələrdə əmək müqavilələri, habelə bağlanmış kollektiv müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədilə müəssisədaxili intizam qaydaları qəbul edilə bilər.
35. Bununla bağlı bildiririk ki, iş materiallarında mövcud olan işçi tərəfindən işəgötürənə təqdim edilmiş 29 aprel 2022-ci il tarixli izahatın məzmunundan görünür ki, işçi əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələri kobu d şəkildə pozduğunu etiraf etmiş və səmimi peşmançılığını bildirmişdir.
36. Həmçinin, bildiririk ki, iddiaçı 2017-ciil tarixindən etibarən cavabdeh təşkilatda “tərəzi operatoru” vəzifəsində işləmiş, işlədiyi dövrdə peşakarlıq səviyyəsi baxımından digər işçilərdən seçilməmiş və kollektiv arasında yüksək işgüzar nüfuza sahib olmamışdır.
37. Eyni zamanda, Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh növlərindən konkret olaraq hansı hallarda işçi barəsində tətbiq edilməsi əmək qanunvericiliyi ilə müəyyən edilməmiş və işəgötürənin mülahizəsinə buraxılmışdır.
38. Məhkəmənin qeyd olunan dəlilinə münasibətdə bildirirlər ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununa olan tələblər Əmək Məcəlləsinin 84-cü maddəsində müfəssəl təsvir olunmuşdur.
39. İş materiallar ında mövcud olan xx.xx.2022-ci il tarixli, 29/K saylı əmrin məzmunundan müəyyən etmək olar ki, sözügedən əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun tərtib edilmiş və əmək müqaviləsinin ləğv edilməsi üçün başlıca əsas, işçi tərəfindən müqavilə üzrə əmək funksiyasının yerinə yetirilməməsi olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi
41. Maddə
5. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
42. Maddə 42.
1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.
43. Maddə 45.
1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
44. Maddə
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Mə cəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
45. Maddə 71
2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
46. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a)özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarını n səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; 47. f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
48. Maddə 300.
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutul muş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76- cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Mülki Prosessual Məcəllə
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq nor malarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və on ların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
61. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 aprel 2023-cü il tarixli 2(103)2591/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.