Məhkəmə qərarları › İş №2(102)-334/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-334/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-334/2021 15.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh x 1 oğluna qarşı “əmlakına (ticari mal və maddi ehtiyatlara) vurulmuş ziyanın ödənilməsi tələbinə” dair iş üzrə QƏRARİ Açar sözlər: işçinin qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə məsuliyyət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-878/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh x 1 oğlu tərəfindən verilmiş ka ssasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı xx xxxxxx 2016-cı il tarixli əmək müqaviləsinə və xx xxxxxx 2016-cı il tarixli əmrə əsasən Cavabdeh x 1 oğlu «İddiaçı” MMC-nə 3 ay sınaq müddəti tətbiq edilməklə administrator vəzifəsinə işə qəbul edilmişdir. xx xxxxxx 2016-cı il tarixdə «İddiaçı” MMC ilə Cavabdeh x 1 oğlu arasında imzalanmış tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən Cavabdeh x 1 oğlu «İddiaçı” MMC-dən tam məsuliyyətlə ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasını, görüləcək işi layiqincə yerinə yetirməyi tam maddi məsuliyyəti ilə üzərinə götürmüş, ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qa lmaq, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamaq, ziyankarlığa qarşı mübarizə aparmaq, işəgötürənə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat vermək, lazım gəldikdə qorxulu vəziyyətin dəqiq hesabatını aparmaq, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etmək, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmaq, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etmək, inzibati hüquqpozmalar, cinayət, yaxud vergi qanunvericiliyi ilə cəza verilməsinə səbəb olan və işəgötürənə mənəvi ziyan vurma hallarına yol verməmək kimi vəzifələri öz üzərinə götürmüşdür. «Oba Retail Chain” MMC-nin 28 noyabr 2018-ci il tarixli əmrə əsasən «İddiaçı” MMC ilə Cavabdeh x 1 oğlu arasında bağlan mış əmək müqaviləsinə xx xxxxxx 2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən, işçinin öz ərizəsinə əsasən xitam verilmişdir. «İddiaçı” MMC ilə Cavabdeh x 1 oğlu arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış zərərin vurulmasının etirafı və ödəniş qaydası haqqında müqavilədən görünür ki, Cavabdeh x 1 oğlu «İddiaçı” MMC-nə 3642 manat borcunun yarandığını etiraf etmiş və həmin borcu xx xxxxxxxx 2019-cu il tarixədək aylıq 364,2 manat olmaqla «İddiaçı” MMC-nə ödəməyi öhdəsinə götürmüşdür. «İddiaçı” MMC-nin sabiq administratoru Cavabdeh x 1 oğlunun maddi-məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, xx/xx/2017 və xx.xx/2018-ci il tarixlərində Cavabdeh x 1 oğlu ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 3642 manat çatışmazlıq müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə Cavabdeh x 1 oğlu tərəfindən ödənilməmiş 3642 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin Cavabdeh x 1 oğlundan tutularaq cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh x 1 oğlu İddiaçı MMC-də işlədiyi müddətdə iş vaxtı ərzində intizam xətasına yol vermişdir. Belə ki, xx xxx 2018-ci il tarixdə Mmağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh x 1 oğlunun İdd iaçı MMC-nə zərər vurması müəyyən edilmiş, xx xxxx 2018-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair akta əsasən yekun ziyan məbləğinin 3642 manat məbləğində olması məlum olmuşdur. Həmin məbləğ Cavabdeh x 1 oğlundan dəfələrlə tələb edilsə də, Cavabdeh x 1 oğlu bugünədək borcunu ödəməmişdir. Buna görə də İddiaçı MMC hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz və iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək maddi ziyanla bağlı heç bir qanunsuz hərəkətinin olmamasını və iddianın əsaslı olması güman edilsə belə, 1 illik iddia müddətinin keçdiyini bildirmişdir. Şəki Rayon Məhkəməsinin (hakim Elçin Mehtiyev) xx xxxxxx 2020-ci il tarixli 2(075)203/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh x 1 oğlundan 3642 manat maddi ziyanın və dövlət rüsumu kimi ödənilmiş 30 manatın tutularaq iddiaçı «İddiaçı” MMC-nə ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, xx/xx/2017 və xx.xx/2018-ci il tarixlərində Cavabdeh x 1 oğlu ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 3642 manat çatışmazlıq müəyyən edilmiş, Cavabdeh x 1 oğlu özü də «İddiaçı” MMC-nə 3642 manat borcunun yarandığını etiraf etmiş və həmin borcunu xx xxxxxxxx 2019-cu il tarixədək aylıq 364,2 manat olmaqla «İddiaçı”xxxx«İddiaçı” MMC ödənilməmiş borcunu Cavabdeh x 1 oğlundan tələb etməkdə haqlıdır. Cavabdeh x 1 oğlunun iş üzrə iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibətdə qeyd edilmişdir ki, tərəflər arasında yaranmış əmək münasibətləri çərçivəsində Cavabdeh x 1 oğlu tərəfindən iddiaçı «İddi açı” MMC-nə vurulmuş 3642 manat maddi ziyanın ödənilməsi ilə bağlı qarşılıqlı razılaşma əldə edilmiş və bununla bağlı tərəflər arasında xx xxxxxx 2018-ci il tarixdə zərərin vurulmasının etirafı və ödəniş qaydası haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh x 1 oğlu iddiaçı «İddiaçı” MMC-nə yaranmış 3642 manat borcunu xx xxxxxxxx 2019-cu il tarixədək aylıq 364,2 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Yəni, Cavabdeh x 1 oğlunun həmin ziyanı xx xxxxxxxx 2019-cu il tarixədək olan müddətdə ödəməli olması müəyyən edilir. Buna görə də, məhkəmə xx xxxxxx 2018-ci il tarixdə zərərin vurulmasının etirafı və ödəniş qaydası haqqında müqaviləni əsas götürərək, Cavabdeh x 1 oğlunun öz öhdəliklərini icra etməməklə iddiaçı «İddiaçı” MMC-nin hüquqlarını pozduğu müddətin, yəni hazırk i tələblə bağlı iddia müddətinin əvvəlinin xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmalı olmasını qəbul etmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı «İddiaçı” MMC Cavabdeh x 1 oğluna qarşı olan pul tələbi ilə bağlı hüquqlarının pozulduğunu bildiyi müddətdən bir ildən daha az müddət keçmiş və dəymiş zərərlə əlaqədar yaranmış pul tələbi ilə bağlı iddia müddəti ötürülməmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 372.2, 373.1, 373.2, 374.1, 374.2, 375.1, 375.2, Azərbaycan Respublikası Əmək Müqaviləsinin 199.1, 205.2, 296.5, 296.6-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ələddin Məcidov - sədrlik edən və məruzəçi, Mahir Əsədli və Ayaz Mahmudov) xx xxxx 2020-ci il tarixli 2(107)-878/2020 nömrəli qətnaməsi ilə Cavabdeh x 1 oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-203/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 372.2, 373.1, 373.2, 374.1, 374.2,375.1, 375.2, 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin 1-ci bə ndinin a) yarımbəndinə, 205-ci maddəsinin 2-ci bəndinə, 296.5 və 296.6-cı maddələrinə istinad etməkdə haqlı olmuş, iddianın təmin edilməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibətdə qeyd edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarix li qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətində cavabdeh Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə istinad edərək qeyd etmişdir ki, işə götürən maddi ziyan vurulması məsələləri ilə əlaqədar ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində məhkəməyə müraciət edə bilər. Bu isə onu nəzərdə tutur ki, işə götürən ziyanın vurulmasına əsas verən halları aşkar etdiyi gündən bir il ərzində mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə işəgötürən bu hüququnu itirir. Qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Hazırki mübahisədə maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə 05.11.19. tarixli arayışından görünür ki, xx.xx.2017 və xx.xx.2018-ci il tarixlərində təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 3642 manat çatışmazlıq müəyyən edilmişdir. Məhkəmə ümumiy yətlə xx.xx.2017-ci il təftiş yoxlamasının nəticəsinin nə olduğunu, ziyanın vurulduğu aşkar edilmişdirsə, nə üçün həmin vaxt cavabdehin işdən kənarlaşdırılmamasını, nə üçün sonradan xx.xx.2018-ci il tarixində təftiş yoxlaması aparıldığını, xx.xx.2018-ci il tarixində təftiş yoxlaması nəticəsində aşkar edilmiş məbləğ xx.xx.2017-ci il təftiş yoxlamasının nəticəsində aşkar edilmiş məbləğin özü, yoxsa tərkib hissəsi olduğunu araşdırmamışdır. İddiaçının hazırki tələblə məhkəmə müraciət etmək hüququ itirilmişdir. Kəsici müddətlərdə etiraf edici hərəkətlər nəzərə alınmır. Cavabdehin etiraf edici hərəkəti iddiaçının zor tətbiq etməsi nəticəsində baş vermişdir. Belə ki, iyun ayından dekabr ayına kimi adı işdə getsə də, əmək haqqı almamış, əmək kitabçasıda ona təqdim edilməmişdir ki, başqa işə düzəls in. Bu səbəbdən məcburi olaraq xx.xx.2018-ci il tarixli qarşılıqlı razılaşmaya imza atmış və iki gün sonra, yəni xx.xx.2018-ci il tarixli əmrlə əmək müqaviləmə xitam verilmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 2.3. Ailə, əmək münasibətləri, təbii e htiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Maddə 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətini n axımı icra müddəti bitdikdə başlanır. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 199 (a bəndi) Saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Ma ddə 205.2 Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Maddə 296.5 İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbi q edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozu lması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəm əsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalar ını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası Əmək Məcəlləsinin 296-cı maddəsində göstərilən müddətin kəsici müddət olduğunu və onun tətbiq edilməsi üçün ərizəyə ehtiyac olmaması və həmin müddətin etirafedici hərəkətlər nəticəsində kəsilmədiyi barədə kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, Mülki Məcəllənin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Mülki Məcəllənin 372.2-ci maddəsinə əsasən isə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Əmək Məcəlləsinin 296-cı maddəsi fərdi əmək mübahisələrinin həllində iddia müddətləri adlanır və buna görə də, hazırki tələbə tətbiq edilməli olan həmin maddənin 5-ci hissəsi ilə müəyyən edilmiş 1 illik müddət kəsici müddət deyil, iddia müddətidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr həmin müddətin hesablanması və cavabdehin etirafedici hərəkətləri, xx xxxxxx 2018-ci il tarixdə zərərin vurulmasının etirafı və ödəniş qaydası haqqında müqavilə bağlamaqla, həmin müddətin kəsilməsi və məhkəməyə iddia verilərkən həmin müddətin buraxılmamış olması barədə mövqeyi düzgün olmuşdur. Kassasiya şikayətində qeyd edilən müqavilənin iddiaçının zor tətbiq etməsi nəticəsində baş verməsi ilə bağlı dəlili apellyasiya şikayətind ə göstərilmiş və apellyasiya məhkəməsinə bunu təsdiq edən hər hansı sübutları təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi nin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh x 1 oğlunun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-878/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar