Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-334/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4512/2024 nömrəli, 23 sentyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. ünvan 1 ünvanda yerləşən 108 saylı mənzilin İddiaçı tam payda xüsusi mülkiyyətində olmasına dair xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli qeydiyyat aparılmışdır;
3. Qanuni qüvvəsini almış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8 oktyabr 2018-ci il tarixli 2(005)-4058/2018 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh, övladları xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 13 saylı evin, 108 saylı mənzilinin 3/10 hissəsinə mülkiyyət hüququ, həmçinin həmin mənzildən istifadə hüquqlarının tanınması qət edilmişdir;
4. Barışıq sazişi ilə Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-105/2023 saylı mülki iş üzrə İddiaçı və Cavabdeh Nərimanov rayonu, Əhməd Rəcəbli küçə si, ev 13 ünvanında yerləşən 108 saylı mənzilin hərraca çıxarılmadan satılması və əldə olunan satış pulunun paylara müvafiq olaraq bölünməsi, mənzilin satışından əldə olunan vəsaitin bank depozitindən İddiaçı əldə olunan mənzilin pul vəsaiti payından Cavabdeh övladları ilə birgə mənzildən tam istifadə hüququna xitam verilməsi ilə əlaqədar kompensasiya olaraq 20000 manat mənzildən əldə olunan payından əlavə ödənilməsi, mənzilin qiymətinin tərəflər arasında bazar qiymətinə uyğun razılaşdıraraq, müştərək qaydada satışa çıxarılması, müştərilərin evə baxışına Cavabdeh tərəfindən maneəsiz şərait yaradılmasına dair razılığa gəlməklə evin satışı ilə əlaqədar xərcləri Zülqiyyə İsmayılova öz üzərinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddia çı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 13 saylı evin 108 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia belə əsaslandırılmışdır ki, mübahisəli mənzil İddiaçı tərəfindən 2009-cu ildə oğlu mərhum X2 adına alınmış, 15 fevral 2018-ci il tarixdə isə oğlu həmin evi İddiaçı bağışlamışdır. Cavabdeh ilə oğlu Elxan İsmayılov arasında 25 dekabr 2015-ci ildə nikah bağlanmışdır. Yəni mübahisəli mənzil alındıqdan bir il sonra onların arasında nikah bağlanmışdır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən mübahisəli mənzilin 3/10 hissəsinə mülkiyyət hüququ Cavabdeh verilmiş, qalan 7/10 hissəsinə İddiaçı mülkiyyət hüququ tanınmışdır. İddiaçı məhkəməyə iddia ərizəsi il ə müraciət edərək mənzilin naturada bölünərək ayrılması, əgər bölünmə mümkün olmazsa hərracda satılaraq paylarına uyğun şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Barışıq sazişi 2 iyun 2023-cü il tarixdə imzalanmış və Nərimanov Rayon Məhkəməsinin qərarı ilə təsdiq edilmişdir. Qeyd olunan tarixdən həmin evin satılması və paylara uyğun bölünməsi ilə əlaqədar dəfələrlə cəhd etsə də, bunun qarşısı Cavabdeh tərəfindən qətiyyətlə alınmışdır. Məhkəmə qərardadı qəbul edildikdən sonra müəyyən insanlarla əlaqə saxlanılmış və bir neçə müştəri evi 120.000 manata alacağına söz versə də, Cavabdeh mənzili 130.000 manata salacağını bildirmişdir. 130.000 manata müştəri tapıldıqda o, 140.000 manata satacağına söz vermişdir. 140.000 manata müştəri tapıldıqda isə o mənzili 170.000 manat a satacağını bildirmişdir. Cavabdeh bütün alıcıları geri qaytarmış, mənzilə baxmağa imkan verməmiş, beləliklə də barışıq sazişinin şərtlərinin heç birinə əməl etməmişdir. Barışıq sazişinin bağlanmasından və məhkəmə tərəfindən təsdiq edilməsindən 8 ay ötməsinə baxmayaraq sazişin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmişdir. Barışıq sazişinin şərtlərinə əməl olunacağını əsas tutaraq məhkəmənin qərardadından şikayət verməmişdir. Cavabdeh tərəfindən barışıq sazişinin şərtlərinə əməl olunmayacağına inandıqdan sonra məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Halhazırda Səbail rayonu ərazisində yuxarıda qeyd etdiyi ünvanda yerləşən iki otaqlı evdə oğlu ilə yaşayır və həmin ev yaşanılması üçün çox bərbad vəziyyətdədir. İddiaçı mübahisəli evi sataraq başqa yerdə ev almaq fikrindədir, laki n cavabdeh buna mane olduğundan əvvəllər özü tərəfindən alqı-satqı yolu ilə əldə etdiyi mənzilə köçərək yaşamaq istəyir.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1509/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia təmin olunmuşdur.
8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 108 saylı mənzilə İddiaçı 7/10 hissədə payı mövcuddur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8 oktyabr 2018-ci il tarixli 2(005)-4058/2018 saylı qətnaməsinə əsasən Cavabdeh, övladları xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 13 saylı evin, 108 saylı mənzilin 3/10 hissəsinə mülkiyyət hüququ, həmçinin həmin mənzildən istifadə hüquqları tanınmış, sözügedə n qətnamə qanuni qüvvəsini almışdır. Hazırda iddiaçı mübahisəli mənzildə pay hüququnun olmasına baxmayaraq, Cavabdeh tərəfindən ona müxtəlif maneələr yaradıldığını, onun mülkiyyətində ola mənzildə mülkiyyət hüququnun həyata keçirilməsinə şərait yaradılmadığını bildirir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mülkiyyət hüququ olmasına baxmayaraq, cavabdehin ona qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur. Belə ki, mülki işin materiallarından da görünür ki, mübahisələndirilən mənzilin 7/10 hissəsi İddiaçı mülkiyyətindədir.
10. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə istinadən hesab etmişdir ki, iş üzrə Cavabdeh qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa, onu n nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi mənzilə köçürülməlidir.
11. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.1, 9.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 107, 217.4, 220.5-ci maddələrinə, həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan R espublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında qeyd olunmuş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, tərəflərin birlikdə yaşaması mümkün olmadığından aralarında 2 iyun 2023-cü il tarixdə barışıq sazişi imzalanmışdır. Buna baxmayaraq, həmin əmlakın satılması ilə bağlı hər dəfə müxtəlif bəhanələr gətirilərək buna mane olunmuşdur. İddiaçı tərəf bu maneələrin Cavabdeh tərəfindən yaradıldığını bildirmişdir, lakin həmin ifadələrdə doğruluq payı yoxdur. İddiaçı tərəf Zülqiyyə İsmayılova Cavab deh və övladlarının mənzildən istifadə etməsinə maneələr yaratmışdır. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, qətnamədə bu kimi halları nəzərə almamış və iddianın təmin olunması barədə qətnamə qəbul etmişdir. Məhkəmə işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuş, qanunvericiliyin tələblərinə əməl edilməmiş, işin halları hər tərəfli araşdırılmamış, həmçinin maddi və prosessual hüquq normalarına uyğun olmayan məhkəmə aktı qəbul edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4512/2024 nömrəli, xx.xx.2024- cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışinski – sədrlik edən və məruzəçi, Azad İmanov və Məmməd Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, artıq birinci instansiya tərəfindən qiymətləndirilmiş apellyasiya şikayətinin dəlilləri və mülkiyyətçilərin maneəsiz öz mülkiyyət hüquqlarına yiyələnməsi hüquqları qətnamənin (qismən) ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, tərəflər Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 13 saylı evin 108 saylı mənzilinin paylı mülkiyyət çiləridir. Onların əmlak üzərində istifadə, sahiblik etmək və sərəncam vermək hüquqları vardır. Cavabdeh iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneəçilik törədərək, onları bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Bu baxımdan iddiaçının sahiblik və istifadə huquqları pozulmuşdur.
16. İşin faktiki hallarını araşdıran məhkəmə kollegiyası məhz həmin hüquqların həyata keçirilməsinin təmin edilməsi üçün iddia tələbini əsaslı hesab etmişdir. Cavabdehin apellyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)- 105/2023 saylı qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin mövcudluğu və onun icra edilməməsi iddiaçının paylı mülkiyyətdən istifadə hüququnun həyata keçirilməsinə maneə ola bilməz. Bundan əlavə, cav abdeh şikayətində birinci instansiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 385-ci maddəsinin tələblərinin pozulduğunu qeyd etsə də, məhkəmə tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair sübutedici dəlillər qeyd (bu xüsusatlar müəyyən) edilməmişdir.
17. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 – 152.7, 157.1, 157.2, 157.4, 213.2-213.6, 222.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti işin yuxarıda qeyd edilən faktiki hallarına və apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
22. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını mə hkəmə vasitəsilə tələb edə bilər.
24. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
25. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. H eç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, mübahisənin obyekti olan daşınmaz əşya tərəflərin ümumi paylı mülkiyyətindədir.
35. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilm ədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (§ 21, 24-25).
36. Belə olan halda iddiaçının cavabdeh tərəfindən həmin yaşayış sahəsinə buraxılmaması onun mülkiyyət hüququnun pozulmasına dəlalət edir. Mülkiyyətçi isə öz hüquqlarının pozulmasına son qoyulmasını bütün şəxslərdən, o cümlədən digər mülkiyyətçidən tələb edə bilər.
37. Qanuna əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (§ 23).
38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
39. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığın dan və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
41. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4512/2024 nömrəli, 23 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.