Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3340/2023 23.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia tələbinə, üçüncü şəxs X2 İddiaçı1, İddiaçı2, Cavabdeh, a, k na (Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoru üçüncü şəxs qismində cəlb edilməklə) qarşı tələbinə, üçüncü şəxslər a və k nın tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayəti vermək üçün prosessual müddətin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X11 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mir as əmlaka vərəsəlik hüququnun tanınması və payın müəyyən edilməsi tələbi barədə” ilk iddiasına, Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı “miras əmlak üzərində vərəsəlik hüququnun tanınması və həmin əmlak üzərində payların müəyyən edilməsi tələbi barədə” qarşılıqlı iddiasına, iş üzrə üçüncü şəxs olan X2 İddiaçı1, İddiaçı2, Cavabdeh, a, k na (Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoru üçüncü şəxs qismində cəlb edilməklə) qarşı irəli sürdüyü “miras əmlak üzərində vərəsəlik hüququnun tanınması və həmin əmlak üzərində payların müəyyən edilməsi tələbi barədə” müstəqil iddiasına, üçüncü şəxslər a və k nın “miras əmlak üzərində vərəsəlik hüququnun tanınması və həmin əmlak üzərində payların müəyyən edilməsi tələbi barədə” ərizələrinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyas ının 2(103)-86/2021 nömrəli, 06 iyun 2023-cü il tarixli qərardadından üçüncü şəxs k tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 ilk iddia üzrə Cavabdeh (üçüncü şəxs Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoru) qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək miras qoyan X4 bütün mövcud miras əmlakı üzərində iddiaçılar İddiaçı1 və İddiaçı2 vərəsəlik hüququnun tanınması və 1/5 hissədə olmaqla bərabər payların müəyyən edilməsi və bu haqda vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin 12 saylı Notariat Kontoruna həvalə olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Üçüncü şəxslər a və k ər izə ilə məhkəməyə müraciət edərək, miras qoyan mərhum bibiləri X4 bütün mövcud miras əmlakı üzərində a və k nın vərəsəlik hüququnun tanınması və 1/5 hissədə olmaqla bərabər payların müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişlər.
3. Üçüncü şəxs X5 cavabdehlər İddiaçı1, İddiaçı2, Cavabdeh, a, k na (üçüncü şəxs Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoru) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qoyan xalası X4 bütün mövcud miras əmlakı üzərində onun vərəsəlik hüququnun tanınması və 1/5 hissədə olmaqla bərabər payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İlk iddia üzrə Cavabdehlər İddiaçı1, İddiaçı2, a, k, X3 (üçüncü şəxs Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoru) qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət ed ərək X4 bütün mövcud miras əmlakı üzərində onun vərəsəlik hüququnun tanınması və 1/5 hissədə olmaqla bərabər payın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-5333/2016 saylı iş üzrə 05 avqust 2016-cı il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov) ilk iddia, qarşılıqlı iddia, üçüncü şəxslərin müstəqil iddiası, həmçinin üçüncü şəxs X2 iddiası təmin edilərək İddiaçı1 payı 2/10, İddiaçı2 payı 2/10, Cavabdeh payı 2/10, a nın payı 1/10, k nın payı 1/10 və X2 payı 2/10 olmaqla miras qoyan X4 bütün mövcud miras əmlakı üzərində vərəsəlik hüquqlarının tanınması qət edilmişdir. b) Apellyasiya instansiyası məhk əməsindəki birinci icraat
6. Üçüncü şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini, vərəsəlik hüququnun müəyyən olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov, iş № 2(103)-86/2021) apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni - a nın və k nın hər birinin payının 1/10 olmaqla müəyyən edilməsi hissəsində ləğv edilmiş, a nın payı, k nın payı, Maraqlı şəxs payı və X8 payı hər birinə 1/20 olmaqla miras qoyan X4 bütün mövcud miras əmlakı üzərində vərəsəlik hüquqlarının tanınması qət edilmişdir.
8. Üçüncü şəxs a Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsindən kassasiya şikayəti vermişdir.
9. Apellyasiya instansiyası məhkəməsinin 21 fevral 2022-ci il tarixli qərardadı ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov, iş № 2(103)-86/2021) kassasiya şikayəti geri qaytarılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, poçt göndərişlərinin izləməsindən görünür ki, qətnamə üçüncü şəxs X9 24 avqust 2021-ci il tarixdə çatdırılmışdır, lakin üçüncü şəxs a kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətdən 3 ay keçdikdən sonra elektron kabinet vasitəsi ilə vermişdir. Başqa sözlə, şikayət müəyyən edilmiş müddət ötürməklə verilərək buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət də təqdim olunmamışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
11. Üçüncü şəxs İ.Mədətova kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2022-ci il tarixli, 2(103)-86/2021 saylı qərardadının ləğv olunması, kassasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
12. Üçüncü şəxs a (Vəkil1) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual qanun pozuntularına yol vermişdir. Məhkəmə qətnaməsi İ.Mədətovaya 24 avqust 2021-ci il tarixində verilməmişdir. Bununla bağlı iş materiallarında hər hansı bir sübut yoxdur. Bununla bağlı üçüncü şəxs aidiyyəti poçt şöbəsinə gedərək məsələni aydınlaşdıraraq müəyyən etmişdir ki, h əmin ərəfələrdə ona məhkəmə tərəfindən bəzi sənədlər göndərilsə də o, Bakı şəhərində olmadığından həmin sənədlər evdə yoxdur qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Bundan sonra isə o, rəsmi surətdə həmin qətnamənin alınması üçün xx.xx.2021-ci il tarixində məhkəmənin inzibati binasına gedərək qətnaməni əldə etmiş və bundan sonra 2 ay müddətində yəni xx.xx.2022-ci il tarixində həmin qətnamədən kassasiya şikayətini təqdim etmişdir. Lakin bütün bunlara baxmayaraq məhkəmə tərəfindən qətnamənin İ.Mədətovanın daha öncədən alması iddia edilsə də bu barədə iş materiallarında mövcud olan hər hansı bir mötəbər sübuta istinad edilməmişdir.
13. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-2669/2022 nömrəli, 05 may 2022-ci il tarixli qərarı ilə üçüncü şəxs a tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-86/2021 nömrəli iş üzrə 21 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
14. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi poçt göndərişlərinin elektron izlənilməsi sistemi əsasında müəyyən etmişdir ki, qətnamə xx.xx.2021-ci il tarixdə üçüncü şəxsə (sistemdən çıxarışda “İ.Mədətova” kimi qeyd olunub) rəsmi qaydada verilmişdir. Üçüncü şəxs qətnaməni xx.xx.2021-ci il tarixdə aldığını qeyd etsə də, bunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kolle giyasının 28 iyul 2021-ci il tarixli qətnaməsindən üçüncü şəxs k xx.xx.2023-cü il tarixdə kassasiya şikayəti və “kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə” ərizə vermişdir. 16. “Kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə onunla əsaslandırılmışdır ki, hazırki işlə bərabər Bakı Şəhəri Xətai Rayon Məhkəməsində Maraqlı şəxs və Samir Quliyevin “mirasın qəbul edilməsi müddətinin uzadılması barədə” iddiasına dair 2(011)-637/2020 saylı mülki işə baxılmış və həmin iş üzrə qəbul edilmiş xx.xx.2020-ci il tarixli qətnamə ilə həmin iddia təmin edilmişdir. Həmin qətnamədən Kamilla Quliyevanın və İranə Mədətovanın birgə verdikləri apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qə bul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə (İş № 2(103)-2141/2021) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Bundan sonra İranə Mədətovanın həmin qətnamədən verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 2(102)-4339/2022 saylı iş üzrə qəbul etdiyi qərarla Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsini ləğv edərək, işə yenidən apellyasiya qaydasında baxılması üçün işi Bakı Apellyasiya Məhkəməsinə qaytarmışdır. Həmin işə (İş № 2(103)-1454/2023) apellyasiya qaydasında yenidən baxılan zaman Maraqlı şəxs və Samir Quliyevin birgə vəkili (nümayəndə) ərizə ilə Apellyasiya Məhkəməsinin Mülki Kolleg iyasına müraciət edərək bildirmişdir ki, hazırki (İş № 2(103)- 86/2021) mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə qanuni qüvvəyə mindiyindən “mirasın qəbul edilməsi müddətinin uzadılması barədə” iddia Maraqlı şəxs və Samir Quliyev üçün öz əhəmiyyətini itirmişdir, buna görə də onlar həmin iddiadan imtina edirlər. Həmin ərizəni nəzərə almış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-1454/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla, iddiada imtina barədə ərizənin təmin edilməsini, Xətai Rayon Məhkəməsinin 2(011)-637/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini qərara almışdır. Bu kimi qərardad qəbul edildiyin dən hazırda Kamilla Quliyeva hesab edir ki, hazırki (İş № 2(103)-86/2021) mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixdə qəbul etdiyi qətnamə ilə Maraqlı şəxs Yasamal Rayon Məhkəməsi qəbul etdiyi xx.xx.2016-cı il tarixli qətnamədən verdiyi apellyasiya şikayətinin təmin edilməsi üçün əsas olmuş hal aradan qalxmışdır. Qeyd edilən hal Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-86/2021 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə qüvvəyə mindikdən sonra yarandığından həmin qətnamədən kassasiya şikayətinin verilməsi üçün prosessual müddət Kamilla Quliyevaya münasibətdə bərpa edilməlidir.
17. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-86/2021 nömrəli, 06 iyun 2023-cü il tarixli qərardadı ilə (hakimlər: X6 (sədrlik edən və m əruzəçi), X7 və X18) hazırki mülki iş üzrə üçüncü şəxs olan k nın verdiyi “kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə” ərizəsi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası tərəfindən hazırki iş üzrə qəbul edilmiş 28 iyul 2021-ci il tarixli qətnamədən k nın verdiyi kassasiya şikayəti qaytarılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki,işdə olan qəbzdən görünür ki, Kamilla Quliyeva hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməni xx.xx.2021-ci il tarixdə almış və bu barədə qəbzə şəxsən imza etmişdir. Göründüyü kimi həmin qətnamədən kassasiya şikayətinin verilməsi üçün müddət Kamilla Quliyevaya münasibətdə xx.xx.2021-ci il tarixdə bitmişdir. Kamilla Quliyeva “kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizədə qeyd edilənlər isə üzürlü hal kimi qəbul edilə bilməz. Çünki hamin hallar Kamilla Quliyevanın Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki 2(103)-86/2021 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamədən kassasiya şikayətinin verilməsinin qarşısını almamışdır. Kamilla Quliyeva həmin qətnamədən kassasiya şikayətini özündən asılı olan səbəblərə görə verməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)- 1454/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad isə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki 2(103)-86/2021 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamədən k assasiya şikayətinin verilməsi üçün prosessual müddətin Kamilla Quliyevaya münasibətdə bərpa edilməsinə əsas yaratmamışdır. Beləliklə də, işin hallarından müəyyən edilir ki, 2(103)-86/2021 saylı mülki iş üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüş Kamilla Quliyeva, müddətin ötürülməsinin üzürlü səbəbdən baş verməsini sübuta yetirə bilmir.
19. Məhkəmə kollegiyası öz mövqeyini MPM-in 133, 134, 135, 405, 408.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Üçüncü şəxs k kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və və işin yenidən baxılmaq üçün apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mövcud miras əmlakı üzərində vərəsəlik hüquqlarının tanınması ilə bağlı 2(103)-86/2021 saylı işlə bərabər Maraqlı şəxs və X8 iddiasına əsasən “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması” işi də aparılırdı. Maraqlı şəxs və X8“mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması” barədə iddiası təmin edilsə də, baxılarkən Maraqlı şəxs və X1 nümayəndəsi vəkil X15 ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərə qarşı tanınmış miras əmlaka vərəsəliyin qəbul edilmə müddətinin uzadılması tələbinə dair iddiaya baxılmasının artıq heç bir əhəmiyyətinin olmadığını, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-86/2021 saylı 28 iyun 2021-ci il tarixli qətnaməsinin qanuni qüvvəyə mindiyini və iddiaçıların X4 bütün mövcud miras əmlakı üzərində vərəsəlik hüquqlarının tanındığını, bu səbəbdən də hazırkı iddiaya baxılmasının heç bir mənası olmadığını, hazırkı iş üzrə iddiadan imtina etdiklərini, iddiadan imtinanın nəzərə alınmasını və mülkiişin icraatına xitam verilməsini xahiş etmişdir. Bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1454/2023 xx.xx.2023-cü il tarixli qərardadı ilə 2(103)- 1454/2023 saylı mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Halbuki, Maraqlı şəxs və X8 “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması” barədə iddiası Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 86/2021 saylı 28 iyun 2021-ci il tarixli qətnaməsinin çıxarılmasına əsas olmuşdur. Bu səbəbdən işə baxan apellyasiya instansiyası məhkəməsi sözügedən işlə bağlı məkəmə çəkişməsinin davam etməsini nəzər ə alıb, müddətin ötürülməsini bərpa edə bilərdi. Bu da öz növbəsində iş üzrə qanunçuluğun bərpa edilməsinə gətirib çıxarardı. Hesab edirik apellyasiya instansiyası məhkəməsi formal mülahizələrə əsasən müddətin bərpasından imtina etmişdir.
22. Apellyasiya instaniyası məhkəməsi tərəfindən işə baxılarkən maddi hüquq normaları pozulmuş, maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyi üçün 3-cü şəxs X10 Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi ilə təsbit edilən hüququ pozulmuşdur. Qənaətimizə görə işə bu səpkidə yanaşma iddiaçının "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun da pozulmasıdır.
23. Məhkəmə işə baxan zaman işin həqiqi hallarını araşdırmamış, işin müəyyən olunmuş halları ilə bağlı düzgün nəticəyə gəlməməsi ilə bərabər maddi və prosessual hüquq normalarına da riayət etməyərək, hüquq pozuntularına yol vermişdir.
24. Məhkəmə baxılan işlə əlaqədar hər cür faktı deyil, yalnız prosesin nəticəsinə bu və ya digər dərəcədə təsir edə bilən halları araşdırmalıdır. Lakin məhkəmə qətnaməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamışdır, bununla bərabər apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsində nəzərdə tutulmuş işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə 26.Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 27.Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
28. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
29. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir
30. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
31. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayətinin qaytarılır.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya inst ansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri t ərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qərardad üçüncü şəxs k tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.
38. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün müddət Kamilla Quliyevaya münasibətdə xx.xx.2021-ci il tarixdə bitmişdir. Kamilla Quliyeva “kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizədə qeyd edilənlər isə üzürlü hal kimi qəbul edilə bilməz. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
39. Apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.
40. Kassasiya şikayətində apellyasiya instaniyası məhkəməsi tərəfindən işə baxılarkən maddi hüquq normaları pozulmuş, maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyi üçün 3-cü şəxs X10 Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi ilə təsbit edilən hüququ pozulduğunun göstərilməsi anlaşılan deyil.
41. Məhkəmə işə baxan zaman işin həqiqi hallarını araşdırmamış, işin müəyyən olunmuş halları ilə bağlı düzgün nəticəyə gəlməməsi ilə bərabər maddi və prosessual hüquq normalarına da riayət etməyərək, hüquq pozuntularına yol vermişdir.Məhkəmə baxılan işlə əlaqədar hər cür faktı deyil, yalnız prosesin nəticəsinə bu və ya digər dərəcədə təsir edə bilən halları araşdırmadığı, lakin məhkəmə qətnaməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığı, bununla bərabər apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsində nəzərdə tutulmuş işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmadığı barədə dəlillər isə apelyasiya instansiyası məhkəməsinin qəraradad qəbul e dərkən hüquq normalarının düzgün tətbiq edilməməsi ilə əlaqədar deyil.Dəlillərin məzmunundan anlaşılır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinə aid edilmişlər.Ona görə də həmin dəlillərə hüquqi qiymət verilmir.
42. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs k tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 iyun 2023-cü il tarixli 2(103)86/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.