Məhkəmə qərarları › İş №2(102)-3341/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3341/2021

03.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3341/2021 03.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: Kerbalayev Eldar Əhəd oğlunun cavabdeh X5 qızına və digərlərinə qaşı iş üzrə QƏRARİ iş № 2(102)-3341/21 (Açar sözlər: mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən, məruzəçi, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, İddiaçı: Kerbalayev Eldar Əhəd oğlunun vəkili Vəkil, Cavabdeh: X1 vəkili X3 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 sentyabr 2020-ci il tarixli, 2(103)-4/2020 saylı qətnaməsindən iddiaçı Ker balayev Eldar Əhəd oğlunun kasasiya şikayəti üzrə işə 03 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, ona məxsus olan Bakı şəhəri, Ə.Bayramov küçəsi 6 saylı evdən çıxarılması və evin otaqları arasında qoyulmuş arakəsmənin götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edib və tələblərini belə əsaslandırıb ki, Bakı şəhəri, Ə.Bayramov küçəsi 6 saylı evin ½ hissəsi 1984-cü ildən xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur və həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh Ruhangiz Kerbalayeva onun mərhum qardaşı İdris Kerbalayevin baxıcısı olub. X6 ruhi xəstə olduğu üçün daimi baxıcıya ehtiyacı olub və özünə məxsus evin 2 o tağını müvəqqəti olaraq taxtadan arakəsmə qoymaqla qardaşı İdris Kerbalayevin rahat yaşaması üçün ona verib. 26 iyun 2014-cü ildə qardaşı İdris Kerbalayev vəfat etdikdən sonra arakəsməni götürmək istəyib, lakin cavabdeh Ruhangiz Kerbalayeva buna imkan verməyərək qardaşına baxdığı üçün otaqların ona qalmalı olduğunu bildirib. Belə ki, cavabdeh Ruhangiz Kerbalayeva 2001-ci ildən qardaşı İdris Kerbalayevə qulluq edib. Ona görə də evdə quraşdırılmış arakəsmənin götürülməsi və cavabdeh Ruhangiz Kerbalayevanın evdən çıxarılması barədə qətnamə qəbul edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 may 2015-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim İ.R.Burcayev) iddia təmin edilərək, cavabdeh Ruhangiz Kerbalay evanın iddiaçı Eldar Kerbalayevə məxsus olan Bakı şəhəri Nizami Rayonu, Ə.Bayramov küçəsi 06 saylı evdən çıxarılması və iddiaçı Eldar Kerbalayevə məxsus olan həmin evin otaqları arasında qoyulmuş arakəsmənin götürülməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Bakı şəhəri, Ə.Bayramov küçəsi 6 saylı evin ½ hissəsi Eldar Kerbalayevin xüsusi mülkiyyətindədir. Cavabdeh Ruhangiz Kerbalayevanın həmin evdən hər hansı hüququ əmələ gəlməyib və sonuncu həmin evdə iddiaçı Eldar Kerbalayevin mərhum qardaşı İdris Kerbalıyevin baxıcısı olub. İdris Kerbalayev öldüyü üçün cavabdeh Ruhangiz Kerbalayevanın həmin evdə qalıb yaşaması üçün əsaslar yoxdur. Ona görə də iddia təmin edilərək, evdə quraşdırılmış arakəsmə götürülməli və cavabdeh Ruhangiz Kerbalayeva həmin evdən çıxarılmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 152.2, 152.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh Ruhangiz Kerbalayeva apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.A.Cəmilova sədrlik edən, məruzəçi, M.N.Tağızadə və V.Ə.Baxışova) apelyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 may 2015-ci il tarixli qətnaməsi ləğv edilib, iddia rədd edilib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə mübahisəli evin ½ hissəsində hər birinin payı 1/3 hissədə olmaqla Eldar Kerbalayev, Rəhman Kerbalayev və Ruhangiz Kerbalayevanın paylı mülkiyyətlərindədir. Həmin məhkəmə aktları ilə iddiaçı Eldar Kerbalayevin cavabdeh Ruhangiz Kerbalayevanın həmin evdən çıxarılmasını tələb etdiyi evə dair hüquqmüəyyənedici sənədlər, o cümlədən iddiaçı Eldar Kerbalayevin adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə və mülkiyyət hüququna dair qeydiyyat vəsiqəsi etibarsız hesab edilib və həmin evdə tərəflərin payları 1/3 hissədə müəyyən edilib. Ona görə də iddia rədd olunmalıdır. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152, 157.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələblə ri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində ikinci icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı Eldar Kerbalayev kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı El dar Kerbalayevin vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh Ruhangiz Kerbalayevanın vəkili Turan Abdullazadə məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişidirləmədən saxlanılmasını xahiş etdi. İddiaçı Eldar Kerbalayev, cavabdeh Ruhangiz Kerbalayeva, üçüncü şəxslər Zaur Kərbalayev, Zaid Kərbalayev, Zöhrə Kərbalayeva və Elmira Məmmədova məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublika sının Konstitusiyası: Konstitusiyanın 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmiş dir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPMnin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətlərində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətlərinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı Eldar Kerbalayev kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iş üzrə düzgün olmayan qətnamə qəbul edilməsini göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçı Eldar Kerbalayev Bakı şəhəri, Ə.Bayramov (İbrahimov) küçəsi 06 saylı evdə daimi qeydiyyatdadır. 07 noyabr 2001-ci il tarixdə İdris Kerbalayev rəsmi nikah əsasında Ruhangiz Kerbalayeva (Əliyeva) ilə ailə qurub. 25 iyun 20 14-cü il tarixdə İdris Kerbalayev ölüb. 19 mart 1973-cü il tarixli Bakı şəhərində “bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarışa” əsasən, Bakı şəhəri, Keşlə qəsəbəsi, Əli Bayramlı küçəsi, 01 döngə, 06 saylı ev paylı mülkiyyət hüququ üzrə ½ hissədə Əhəd Dadaş oğlunun, ¼ hissədə X7 və ¼ hissədə X11 adlarına qeydə alınıb. Daha sonra işdən görünür ki, X8 24 may 1973-cü ildə ölüb və onun ölümündən sonra oğlu Eldar Kerbalayev 1984-cü ilin avqust ayında ərizə ilə notariat kontoruna müraciət edərək atası X4 miras qalmış evə ondan başqa qardaşı Rəhman Kerbalayev də vərəsə olmasını qeyd edib. “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən Bakı Şəhəri, Keşlə qəsəbəsi, Əli Bayramlı küçəsi, 01-ci döngədə yerləşən 06 saylı evdə hər birinin payı 1\2 hissədə olmaqla Eldar Kerbalıy ev və Rəhman Kerbalayevin vərəsəlik hüquqları tanınıb. Mübahisəli evə məhkəmə tərəfindən yerli baxış keçirilərkən müəyyən edilib ki, həmin ev bir mərtəbəli köhnə daş ev olmaqla, evin sol tərəfindən cavabdeh Ruhangiz Kelbalayevaya məxsus olan bir mərtəbəli daş ev yerləşir. Cavabdeh Ruhangiz Kelbalayevanın yaşadığı ev köhnə daş tikilidir və 2 təmirsiz otaqdan ibarətdir. İddiaçı Eldar Kerbalayevin yaşadığı ev isə cavabdeh Ruhangiz Kelbalayevanın yaşadığı evdən taxta arakəsmə ilə təcrid olunmuş 3 otaqdan ibarətdir. Hər iki evin girişi ayrıdır. Baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli ev üzrə digər paylı mülkiyyətçilərin vərəsələri arasında miras əmlakın faktiki bölgüsü həyata keçirilib və hər bir vərəsə ailəsi ilə təcrid olunmuş yaşayış sahəsindən istifadə edir. Bir sözlə paylı mülkiyyət çilərin vərəsələri arasında payın naturada bölgüsünə dair mübahisə yoxdur. Yalnız cavabdeh Ruhangiz Kerbalayevanın paylı mülkiyyətində olan hissə ilə iddiaçı Eldar Kerbalayevin yaşadığı hissə arasında taxta arakəsmə ilə təcrid edilmiş 2 otaqdan istifadə ilə bağlı onlar arasında mübahisə yaranmışdır. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 dekabr 2015-ci il tarixli qətnaməsi ilə Ruhangiz Kerbalayevanın iddiası təmin edilərək, X2 miras qalmış Bakı şəhəri, Nizami Rayonu, Keşlə qəsəbəsi, M.İbrahimov küçəsində yerləşən, 06 saylı evin ½ hissəsinin onun qanun üzrə birinci növbəli vərəsəsi olan Eldar Kerbalayev, Rəhman Kerbalayev və mərhum əri İdris Kerbalayev tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, notariat orqanı tərəfindən Eldar Kerbalayevin adına verilmiş “Q anun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi, Eldar Kerbalayev və Rəhman Kerbalayevin adına sözügedən evin ½ hissəsinə dair verilmiş 06 sentyabr 1984-cü il tarixli Qeydiyyat Vəsiqəsinin həmin hissədə etibarsız hesab edilməsi, Eldar Kerbalayev, Rəhman Kerbalayev və Ruhangiz Kerbalayevanın hər birinin Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.İbrahimov küçəsində yerləşən, 06 saylı evin ½ hissəsindəki payının 1/3 hissədə müəyyən edilməsi qət edilib. Sonradan işə apelyasiya və kasasiya qaydasında baxılaraq qətnamə dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi iddiaçı Eldar Kerbalayevin kasasiya şikayəti ilə eyni məzmunlu olan iddia tələbi ilə razılaşmayıb qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə hazırki işdə iddiaçı Eldar Ke rbalayevin cavabdeh Ruhangiz Kerbalayevanın çıxarılmasını tələb etdiyi evə dair hüquq müəyyənedici sənədlər, o cümlədən onun adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə və mülkiyyət hüququna dair Qeydiyyat Vəsiqəsi etibarsız hesab edildiyindən və mübahisəli evdə tərəflərin hər birinin payı 1/3 hissədə müəyyən edildiyindən, iddianı təmin etməklə birinci instansiya məhkəməsi səhv nəticəyə gəlib və aşağıda sadalanan maddi hüquq normalarının tələblərini pozub. Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəs inin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından ası lı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respu blikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 157.2 maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən ö z əmlakını geri tələb edə bilər. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, mübahisəli ev tərəflərin paylı mülkiyyətində olduğundan iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini pozub. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçı Eldar Kerbalayevin kasasiya şikayəti ilə eyni məzmunlu olan iddia tələblərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün kasasiya şikayətinin dəlillərini təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı Kerbalayev Eldar Əhəd oğlunun kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 sentyabr 2020-ci il tarixli, 2(103)4/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar