Məhkəmə qərarları › İş №2(102)-3342/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3342/2019

20.05.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3342/2019 20.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli M6 oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Qətnamə ilə maraqlarına toxunan şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 vəkili Vəkil iştirakı ilə, Qətnamə ilə maraqlarına toxunan şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10764/2018 nömrəli iş üzrə 21 noyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müə yyən etdi: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin (hakim Vaqif Həsənov) 01 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı Bakı şəhəri, ********************* saylı özbaşına tikiliyə köçürülməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Namiq Cəfərov - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Vüqar Həsənov) 21 noyabr 2018-ci il tarixli qətnaməsi ilə üçüncü şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 birgə verdikləri apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 01 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh, qarşı yaşayış sahəsinə köçürülmə və maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə m əhkəməyə müraciət edərək, Bakı şəhəri, ********************* saylı evə köçürülməsi, "Femida Konsaltinq" hüquq firmasına, pozulmuş hüquqlarının bərpası ilə əlaqədar ödədiyi 500 manat və dövlət rüsumu kimi ödədiyi 10 manat məbləğində pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 02.10.2012-ci il tarixdə nigahları rəsmi olaraq qeyd etdirməklə ailə qurmuşlar. Ailə quran vaxt cavabdehin yaşadığı Bakı şəhəri, ***************************** yə gəlin köçmüş və özünə məxsus əmlakını, cehizini həmin mənzilə apararaq ümumi təsərrüfatı aparmaqla ailə üzvü olmuşdur. Həmin nigahdan M6 adlı övladları olmuşdur. Cavabdeh onu və uşağını 2014-cü ilin may ayında, yaşadığı evdən aparıb valideynlərinin evinə qoy muş və hal-hazıradək həmin evə buraxmır. Mübahisəli ev özbaşına tikilidir. Həmin evə münasibətdə cavabdehlə eyni hüquq və vəzifələrə malikdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Üçüncü şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 21 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə işdə olan sübutları tam, hərtərfəli və obyektiv araşdırmamışdır. İddiaçının mübahisəli mənzilə istifadə hüququ yoxdur. Digər tərəfdən mənzil Cavabdeh deyil, Maraqlı şəxs1 məxsusdur. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini əsaslandırmamışdır. Tərəflərin izahatları: Qətnamə ilə maraqlarına toxunan şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və cavabdeh gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4 16-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, qətnamə ilə maraqlarına toxunan şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 vəkili Vəkil izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 21 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, İddiaçı ilə Cavabdeh 02 oktyabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, iddiaçı cavabdehin yaşadığı ünvan 1 ünvanda yerləşən özbaşına tikiliyə gəlin köçmüşdür. Tərəflərin birgə nikahından 05 noyabr 2013-cü il tarixdə M6 adlı uşaqları anadan olmuşdur. Tərəflər arasında münasibətlər pisləşmiş və Bakı şəhəri Nizami rayon məhkəməsinin 23 iyun 2015-ci il tarixli qətnaməsi ilə nikahlar ı pozulmuş, birgə nikahdan anadan olmuş 05 noyabr 2013-cü il təvəllüdlü M6in anası İddiaçıovanın himayəsində qalması müəyyən edilmişdir. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək həmin özbaşına tikiliyə köçürülməsini və hüquqi xidmətə görə ödədiyi 500 manat pulu cavabdehdən tələb edir. İddia tələbi birinci instansiya məhkəməsi tərəfindən hüquqi xidmətə görə ödənilən 500 manat pulun cavabdehdən tutulması hissədə rədd edilmiş, iddiaçı bu hissədə qətnamə mübahisələndirməmişdir. İddiaçının köçməsini tələb etdiyi ev özbaşına tikili olduğundan birinci instansiya məhkəməsi mübahisəyə qanunun analogiyasını tədbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tə nzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli hüquq münasibətləri 2012-ci il tarixdə yarandığından, tərəflər arasındakı hüquq münasibətlərinin tənzimlənməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci maddəsinin tələbinə uyğun olaraq qanunun analogiyası, yəni oxşar münasibətləri tənzimləyən 01.10.2009-cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddələrinin normalarının tətbiq edilməsi ilə həyata keçirilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı halla rda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir. Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin nülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1 -ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi də birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək tüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyət i də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin nülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən aşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütər əqqi tələblər arasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsinə əsasən uşağın ailədə yaşamaq hüququ uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək nüququ vardır. Həmin Qanunun 20-ci maddəsində göstərilir ki. hər bir uşağın mənzil hüququ vardır, aşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Həmin Məcəllənin 158. 4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Birinci instansiya məhkəməsi sadalanan normalara və Plenumun qərarına istinad edərək qeyd etmişdir ki, iddiaçının cavabdehlə birlikdə mübahisəli evdə yaşamaq hüququ yaranmaqla bərabər hüquq və vəzifələrə malikdir. Buna görə də iddiaçının həmin evdə cavabdehlə eyni əsasla yaşaması hər hansı şəxsin, o cümlədən cavabdehin hansısa bir hüququnu pozmur, tərəflər arasında olan nikah pozulan zaman birgə nikahdan olan uşaq ananın yanında saxlandığından və valideynlər uşaqları saxlama borclu olduğundan, yəni ata uşağını yaşayı ş şəraiti ilə təmin etməli olduğundan uşağın hüquqları nəzərə alınmalıdır. İş üzrə cavabdehin valideynləri olan Maraqlı şəxs1 və Maraqlı şəxs2 birinci instansiya məhkəməsinin qətnaməsini maraqlarına toxunan şəxs qismində mübahisləndirmişlər. Onların apellyasiya şikayətinə əsasən qətnamə yoxlayan apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, ev üzərində heç kəsin mülkiyyət hüququ yoxdur, iddiaçı evi zəbt etməmişdir, ev onun yaşayış yeridir, o, 2012-ci ildən cavabdehlə ailə quraraq həmin evdə yaşamağa başlamış, sonradan tərəflərin münasibətlərinin gərginləşməsi üzündən cavabdeh iddiaçının evdə yaşamasına imkan verməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanun suz məhrum edilə bilməz”. Həmin normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanundayanmalıdır. Odur ki, evə, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: şəxs köçmək istədiyi yerdə yaşayıbmı; şəxs yaşadığı yerdən məhrum edilibmi; məhrum edilmə qanunidirmi. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşamış və yaşadığı evdən məhrum edilmişdir. Ona görə də 3-cü halın mövcud olub-olmaması aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə evdən çıxarma, güc tətbiq etməklə evə buraxmama və s.) yol verən şəxsin ev üzərində mülkiy yət hüququ, istifadə hüququ və ya digər əşya hüququ olsun. Əgər həmin şəxsin belə bir nüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində qeydə alınan hüququ olmadığından onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Ona görə də qanun pozuntusunun nəticələri aradan qaldırılmalıdır, yəni iddiaçı məhrum edildiyi evə köçürülməlidir. İddiaçının müqavilə bağlamaqla evə istifadə hüququ əldə etməsi hazırkı vaxta qədər mümkün deyildir. Belə ki, müqavilənin bağlanması üçün iddiaçı oferta göndərməlidir, lakin ofertanı qəbul etməyə səlahiyyəti olan şəxs - akseptant mövcud deyildir. Akseptant o şəxs ola bilər ki, ev üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmış olsun. Yalnız həmin şəxs başqa şəxsin evə istifadə hüququnun əmələ gəlməsinə dair notari at qaydasında müqavilə bağlaya bilər. Göründüyü kimi, iddiaçının Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin göstərişinə əməl etməsi mümkün deyildir, ona görə də hazırkı mübahisənin həllində həmin maddələrin göstərişləri tətbiq edilə bilməz. Apellyasiya şikayəti verən şəxslər cavabdehin valideynləridir. Həmin şəxslər evin onlara məxsus olduğunu bildirilər. Məxsusluq hüquqi müstəvidə “mülkiyyət” mənasını verir. Lakin ev özbaşına tikinti obyektidir, ona görə də heç kəsə məxsus deyil. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin göstərişinə əsaslanaraq hesab etmişdir ki, evə köçürülmə barədə tələb əsaslıdır, ona görə də qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayəti verən maraqlı şəxslərin öz etirazlarının əsası kimi istinad etdikləri və apellyasiya şikayətində göstərdikləri hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən göstərilən dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının t ətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 21 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Qətnamə ilə maraqlarına toxunan şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 birgə verdikləri kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10764/2018 nömrəli iş üzrə 21 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiy i andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar