Məhkəmə qərarları › İş №2(102)-3343/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3343/2024

04.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3343/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi, mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızından və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-948/2024 nömrəli, 15 may 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 4 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. X1 rayonu, Xırdalan şəhəri, İslam Səfərli küçəsi, dalan 1-də yerləşən 3 saylı fərdi yaşayış evini 09 avqust 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasında 38000 manata İddiaçı satmış, mənzil üzərində mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdən İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

2. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)4313/2023 saylı, 04 dekabr 2023-cü tarixli qərarına əsasən iddiaçı Cavabdeh1 cavabdeh X3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər İddiaçı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi və 3 sa ylı Bakı Asan Xidmət Mərkəzinə qarşı bağışlama müqavilənin etibarsız hesab olunması, alğı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin ona təhvil verilməsi və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən evi X2 almışdır. O, evi alan zam an əvvəlki mülkiyyətçi bildirmişdir ki, beş gün ərzində evi tam şəkildə faktiki istifadəsinə verəcəkdir. Bu müddəa müqavilədə də öz əksini tapmışdır. Lakin keçmiş mülkiyyətçinin anası Cavabdeh1 və bacısı Cavabdeh2 həmin evdə yaşayırlar. O, dəfələrlə cavabdehlərdən bu evdən çıxmasını tələb etsə də onlar evdən çıxmaqdan imtina etmişlər. O, qanuni əsaslarla aldığı mənzilə cavabdehlərin ucbatından daxil ola bilmir. Hər iki cavabdeh onun mülkiyyətində olan mənzildən istifadə etməsinə maneçilik törədir. Bunun nəticəsində isə ona maddi və mənəvi ziyan dəyir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

5. Abşeron Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 2(012)-87/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin İddiaçı təhvil verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 100 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı verilməsi qət edilmişdir. (hakim Məlahət Abbasova)

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli ev alğı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən alınmış və onun adına xx.xx.2022-ci il tarixdə reyestrdən çıxarış verilmiş, Cavabdeh1 öz qızı X3 qarşı məhkəmədə iddia qaldıraraq onunla İddiaçı arasında bağlanmış alğı-satqı müqaviləsini mübahisələndirsə də onun iddiası rədd olunmuşdur. Cavabdehlər isə həmin evdə yaşayırlar, mübahisəli ev hazırda İddiaçı mülkiyyətindədir. Hazırda mübahisəli əmlakda cavabdehlərin yaşaması onun mülkiyyət hüquqlarını pozur.

7. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiy asının 13 və 29-cu, Mülki Məcəllənin 140, 152.1, 157.2 və 157.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Cavabdehlər (vəkil X7) apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(012)-87/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işi hərtərəfli, tam və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət vermədən, prosessual hüquq normalarını və maddi hüquq normalarını düzgün tətbiq etmədən, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Hər ikisi ünvan 1 ünvanında yerləşən evdə yaşadıqları halda iddiaçı evə baxış keçirmədən, a lacağı evlə tanış olmadan evi almışdır. Birinci instansiyası məhkəməsi işi hərtərəfli, tam və obyektiv araşdırmamış, onların iştirakı olmadan məhkəmə iclasları keçirilib, qətnamə qəbul etmişdir..

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-948/2024 nömrəli 15 may 2024-cü il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(012)-87/2024 nömrəli qətnaməsi apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Səyyad Qafari)

11. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzil Cavabdeh1 qızı, eləcə də Cavabdeh2 bacısı X4 tərəfindən alğı-satqı müqaviləsi əsasında iddiaçıya satılmış, həmin fərdi yaşayış evi üzərində mülkiyy ət hüququ xx.xx.2022-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, lakin cavabdehlər həmin mənzildən çıxmamışlar.

12. Məhkəmə iddiaçının mənzilə baxış keçirmədən almasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh1 iddia ərizəsi əsasında mübahisə predmeti olan evin alğı-satqısına dair müqavilə mübahisələndirilmiş, lakin iddia tələbi təmin edilməmişdir ki, bununla da cavabdehin alğı-satqının qanunsuzluğuna dair dəlilləri əsassız olmuşdur.

13. Cavabdeh2 mübahisəli evdə yaşadığını, bununla da dolayısı ilə mübahisəli evə istifadə hüququnun olduğunu iddia etsə də, onun yaşayış binasının tərkib istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən hər hansı bir sübut da məhkəməyə təqdim edilməmişdir. Beləliklə, mübahisəli mənzil cavabdehlərin qanunsuz sahibliyində olmaqla, onların mənzildən çıxmaması iddiaçının mülkiyyət hüquqlarını pozur.

14. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29 və 33-cü, Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2 və 228.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 88, 217.3 və 217.4-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və Azərbaycan Respublika sı Mülki Məcəlləsinin 567, 572, 596, 598-ci və Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1 və 88-ci maddələri ilə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

18. Maddə 13-cü İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

20. Maddə

33. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

24. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər ş əxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan pr osessual hüquq normalarına uyğun çıxarılmalıdır.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlill ərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə k ollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

35. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Mə cəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

36. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

37. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-948/2024 nömrəli iş üzrə 15 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar