Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3345/2024 07.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh5 (Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi; mənzildən çıxarılma. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə (Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi üçüncü şəxs qismində qismində işə cə lb edilməklə) qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-859/2024 nömrəli, 5 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5189/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 tərəfindən Sumqayıt şəhəri, məhəllə 47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzil (bundan sonra – mübahisəli mənzil) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün mənzilə “Daşınmaz Əmlak ın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən baxış keçirilməsinə şərait yaradılması qət edilmişdir. 2. xx.xx.1995-ci il tarixli, 12/12 nömrəli orderin surətinə əsasən Sumqayıt şəhəri İcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsi tərəfindən İddiaçı Butaib oğluna və onun ailə üzvlərinə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1995-ci il tarixli, 540 №-li Sərəncamı əsasında Sumqayıt şəhəri, məhəllə 47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzilinə dair order verilmişdir.
3. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 20 saylı Mənzil Kommunal Sahəsinin 41 nömrəli, xx.xx.2024-cü il tarixli arayışına əs asən, Cavabdeh2 və onun ailə üzvləri (Cavabdeh3, Cavabdeh1, Cavabdeh4) ilə birlikdə 1993-cü ildən Sumqayıt şəhəri, məhəllə 47, ev 14, mənzil 13-də məskunlaşmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh6 və Cavabdeh5 (bundan sonra – cavabdehlər) qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Sumqayıt şəhəri, məhəllə 47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzildən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər mənzillərin qeydiyyatı, bölüşd ürülməsi, dəyişdirilməsi və mənzil-tikinti kooperativlərində mənzilləri bölüşdürülməsi komissiyasının protokolunun təsdiq olunması haqqında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1995-ci il tarixli, 540 №-li Sərəncam vermişdir. Sərəncama əsasən yeni istifadəyə verilmiş və boşalmış mənzillərin bölünməsi üzrə Sumqayıt şəhəri mənzillərin qeydiyyatı, bölüşdürülməsi, dəyişdirilməsi və mənzil-tikinti kooperativlərində mənzil bölünməsi komissiyasının rəyinə və Mənzil Məcəllənin 36, 38 və 39-cu maddələri rəhbər tutularaq – komissiyanın təzə və boşalmış mənzillərin bölünməsinə dair xx.xx.1995-ci il tarixli, 33 №-li protokolu təsdiq edilmişdir. Həmin protokolundan çıxarışa əsasən mübahisəli mənzil onun 4 nəfərdən – İddiaçı Butaib oğlu, Əlibəyova Kifayətxanım, X7 və X3 ibarət ailə tərkib inə verilmişdir. 1985-ci ildən mənzil növbəsində olan İddiaçı Butaib oğluna mübahisə predmeti olan mənzil verildikdən sonra o mənzil növbəsindən çıxarılmışdır. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsi tərəfindən xx.xx.1995-ci il tarixində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1995-ci il tarixli, 540 №-li Sərəncam əsasında ona 4 nəfər ailə üzvü olaraq mübahisə predmeti olan mənzildə yaşamaq üçün 12/12 nömrəli order verilmişdir. Bildirir ki, Sumqayıt şəhəri, məh.47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzil üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsinə 07 aprel 2023-cü il tarixində müraciət etmişdir. Müraciətinə cavab olaraq 03 may 2023-cü il tarixli, 3-21-3-31/2-1427/202 nömrəli məktubda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka baxış keçirilməsinə şərait yaradılmamışdır. Bununla da 2 saylı Sumqayıt Ərazi idarəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 20 saylı Mənzil Kommunal Sahəsindən alınan xx.xx.2023-cü il tarixli arayışdan məlum olmuşdur ki, qeyd edilən mənzildə Qubadlı rayonundan məcburi köçkün ailəsi olan Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, X2 və X1 məskunlaşmışlar. Məcburi köçkün ailəsi 2 saylı Sumqayıt Ə razi idarəsinin mütəxəssisləri tərəfindən Sumqayıt şəhəri, məh.47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzilə baxış keçirilmələri üçün onları mənzilə buraxmamışlar. O, iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 mənzilə baxış keçirilməsinə şərait yaratmalarını xahiş etmişdir. Sumqayıt şəhər məhkəməsi xx.xx.2023-cü il tarixli qətnamə qəbul edərək cavabdehlər tərəfindən Sumqayıt şəhəri, məhəllə 47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün mənzilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsinin mütəxəssisləri tərəfindən baxış keçirilməsinə şə rait yaradılması qət edilmişdir. Qətnamə icraya yönəlsə də icra olunmamışdır. Bununla da cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4 Sumqayıt şəhəri, məhəllə 47, ev 14-də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzildən çıxarılmaları zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1030/2024 nömrəli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 Sumqayıt şəhəri, məhəllə 47, ev 14də yaşayış sahəsi 39.60 kv.m olan 3 otaqlı 13 nömrəli mənzildən çıxarılmaları qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı i lk növbədə qeyd edib ki, iddiaçının mübahisəli yaşayış sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, iddiaçının həmin mənzilə gözlənilən mülkiyyət hüququ vardır. Belə ki, Mülki Məcəllənin 139-1.1.11-ci maddəsinə əsasən Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının istifadəsinə verilmiş Sumqayıt şəhəri, məhəllə 47, ev 14, mənzil 13 Qubadlı rayonundan məcburi köçkün olan C avabdeh2 və onun ailə üzvləri tərəfindən zəbt edilmişdir. Halbuki, cavabdehlərin iddiaçıya məxsus mənzildə yaşamaları üçün heç bir hüquqi əsası yoxdur. Həmçinin iş üzrə cavabdehlər Cavabdeh5 və Y. Musayeva hal-hazırda mübahisəli mənzildə yaşamırlar. Bu hal cavabdehlərin məhkəmədə verdikləri izahatları, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 20 saylı Mənzil Kommunal Sahəsinin 41 nömrəli, xx.xx.2024-cü il tarixli arayışı və digər iş materialları ilə öz təsdiqini tapır.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13, 29, 33-cü, Mülki Məcəlləsinin 1391.11, 152.1, 152.5, 157.2-ci maddələri, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azər baycan Respublikası Qanununun 5-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Cavabdeh2 apellyasiya şikayəti verib, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərar qəbul edərkən cavabdehlərin yeganə yaşayış yerlərinin olduğunu nəzərə almamışdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli məktubunun mahiyyətini düzgün nəzərə almamışdır. Komitə məktubunda bildirmişd ir ki, işğaldan azad olunmuş ərazilərin bərpası və infrastruktur qurulduqdan sonra məcburi köçkünlərin köçürülməsi davam edir. Hazırda Qubadlı rayonunda bir dənə də olsun yaşayış yeri tikilməmişdir. Belə olan halda mən və ailə üzvlərim mənzildən çıxarıldığı halda harada qalmağı barədə düşünən yoxdur.
12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-859/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər L.Rəhimli (sədrlik edən və məruzəçi), A.Süleymanova və F.Məmmədov) birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin faktiki hallarına əsasən mübahisəsi gedən mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdehlər hazırda mübahisəli mənzildə yaşayırlar və mənzildən çı xmırlar. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdən görünür ki, Cavabdeh2 mübahisələndirilən mənzildə 1993-cü ildən yaşayır, başqa yaşayış yeri olmadığından ev veriləcəyi təqdirdə mənzildən çıxmağa etiraz etmədiyini bildirir. Kollegiya həmin dəlillərə münasibət bildirərək, qeyd edir ki, həmin dəlillər mübahisələndirilən qətnamənin ləğvi üçün əsas ola bilməz.
14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Konstitusiyanın 13, 29-cu, Mülki Məcəllənin 152.1, 157.2-ci, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci, MPM-in 14.2, 77.1, 88, 217.3, 217.4, 384.0.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh2 (vəkili Vəkil2) k assasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr qərar qəbul edərkən cavabdehlərin yeganə yaşayış yerlərinin olduğunu nəzərə almamışdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli məktubunun mahiyyətini düzgün nəzərə almamışlar. Yəni Komitə məktubunda bildirmişdir ki, işğaldan azad olunmuş ərazilərin bərpası və infrastruktur qurulduqdan sonra məcburi köçkünlərin köçürülməsi davam edir. Hazırda Qubadlı rayonunda yaşayış evləri tikilməmişdir. Cavabdeh özünün və ailəsinin mənzillə təmin edilməsi barədə Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsin ə müraciət etmiş və ona bildirilmişdir ki, məcburi köçkünlər üçün evlər işğaldan azad olunmuş ərazidə tikiləcəkdir. Həmin vaxtda onların ailələrinin dövlət tərəfindən mənzillə təmin olunmasına baxılacaqdır. Hazırda onların mənzillə təmin olunması imkan xaricindədir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
19. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
20. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məc əllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
21. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikasının “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunu
22. Maddə
5. Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşə rgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və ha llarla əlaqədardır.
26. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şika yətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnamə tam yoxlayır. K assasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Kassasiya şikayətinə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyi, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışd ır.
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
36. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyun 2024-cü il tarixli 2(105)-859/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi a