Məhkəmə qərarları › İş №2(102)-3346/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3346/2023

20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3346/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hesabdan silinmiş vəsaitin qaytarılması,sübutetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X6 (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız silinmiş məbləğin geri qaytarılması tələbinə dair iddiası barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-434/2023 nömrəli iş üzrə 15 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh ASC ilə "xxxx" Firması arasında xx.xx.2019-cu il tarixli “Bank hesabı (Fiziki şəxsin cari hesabı), debet kartın verilməsi və istifadəsi, əmək haqqı kartlaına dair əməkdaşlıq, fərdi müştərilər üçün internet və mobil bankçılıq xidməti haqqında” Qarışıq Müqavilə imzalanmışdır.Həmin müqavilə sifarişçinin işçisi olaraq İddiaçı tərəfindən də imzalanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı məhkəməyə müraciət edərək, ona məxsus olan ***********103 nömrəli ödəniş kartı üzrə xx.xx.2021-ci il tarixindən, xx.xx.2021-ci il tarixədək 4956,77 manat pul vəsaitinin, **********105 nömrəli ödəniş kartı üzrə isə xx.xx.2021-ci il tarixindən xx.xx.2021ci il tarixinədək 1640 manat pul vəsaitinin, fərqli saatlarda əsassız olaraq ümumilikdə silinmiş 6596,77 manat pul vəsaitinin "xxxx" ASC tərəfindən hesabına geri qaytarılması və hesabından pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə Mərkəzi Bankın müəyyənləşdirdiyi bank uçot dərəcəsini əsas götürməklə faizlərin və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini bununla əsaslandırır ki, ona məxsus olan ***********105 və **********103 nömrəli Cavabdeh ASC-dən aldığı ödəniş kartı üzrə hesablarından ona məlum olmayan artıq məbləğlər çıxılmışdır. Cavabdeh ASC-yə bu barədə müraciət edərək, əsassız olaraq hesabından silinmiş məbləğin hansı səbəbdən silinməsi barədə ona məlumat verilməsini xahiş etmişdir. Həmin silinmiş vəsaitlərin ödəniş kart hesabına bərpa edilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsini Cavabdeh ASC-dən xahiş etmişdir. Cavabdeh ASC tərəfindən müraciətinə cavab olaraq ona bu vaxta qədər hər hansı bir cavab məktubu ünvanlanmamışdır.

4. Cavabdeh ASC məhkəməyə iddia tələbinə etiraz ünvanlayaraq etirazını onunla əsaslandırmışdır ki, iddiaçı X8 "xxxx" Firmasında əmək müqaviləsi əsasında fəaliyyət göstərir. Cavabdeh ASC ilə "xxxx" Firması arasında 06 noyabr 2019-cu il tarixli “Bank hesabı (Fiziki şəxsin cari hesabı), debet kartın verilməsi və istifadəsi, əmək haqqı kartlarına dair əməkdaşlıq haqqında” Qarışıq Müqavilə imzalanmışdır. Bu Müqavilə, onun tərəflərindən biri olan “Sifarişçinin işçisi” olaraq iddiaçı X8 tərəfindən də imzala nmışdır. Həmin müqaviləyə görə Bankımız Firmanın işçilərinə əmək haqqı (debet) kartları təqdim edir və həmin kartlara xidmət göstərir. Müqavilənin 3.5.1-ci maddəsinə əsasən Müştəri kartdan istifadə qaydalarına düzgün əməl etməli və kartın təhlükəsizliyini təmin etməlidir. Müqavilənin 3.5.2-ci maddəsinə əsasən Müştəri kartı itirdikdə, kart oğurlandıqda və ya səlahiyyətli olmavan şəxs tərəfindən qanunsuz istifadə edildikdə. Müştəri dərhal bu fakt barədə mümkün kommunikasiya vasitələrindən (ən azı telefon, mobil, internet) istifadə etməklə Bankı məlumatlandırmalıdır. Belə ki, iddiaçı ərizəsində qeyd etmişdir ki, ödəniş kartlarından əsassız silinmələr bir kart üzrə 5 ay, digər kart üzrə isə 2 aya qədər davam etmişdir. Bildirmək istərdi ki, əmək haqqı hər ay ödənilən vəsaitdir və debet kartında (kredit kartından fərqli olaraq) aylar ərzində cüzi belə azalmanı hiss etməmək mümkün deyildir. Bu müddət ərzində iddiaçı tərəfindən nə Banka, nə də "xxxx" MMC-yə əsassız silinmə barədə bir dəfə belə müraciət daxil olmamışdır. Bank qanunvericiliyinə, banklarla müştərilər arasında bağlanmış kart müqavilələrinə və işgüzar adətlərə görə bankar tərəfindən müştərilərə verilən istənilən növ kart, müştəri tərəfindən əldə edildikdən sonra həmin kart üzrə bütün məsuliyyət müştəriyə aid olur. Bu hal aralarında bağlanmış Müqavilənin 4.4.2-ci maddəsində də aydm şəkildə öz əksini tapmışdır. Həmin maddəyə əsasən Bank tərəfindən verilmiş plastik kartların itirilməsi, oğurlanması nəticəsində və ya hər hansı digər səbəbdən plastik kartlardan qanunsuz istifadə edilməsinə görə Bank Sifarişçi və ya onun iş çiləri və digər şəxslər qarşısında məsuliyyət daşımır. Digər tərəfdən məlumat üçün bildirir ki, qeyd edilən əməliyyat texniki baxımdan da bankın təqsiri üzündən baş verə bilməz və iddiaçının ya özünün hərəkətləri ya da səhlənkarlığı nəticəsində baş vermişdir. Belə ki, müştərinin müraciətindən sonra etiraz əməliyyatlarına (Chargeback), yəni əməliyyatların aparıldığı tətbiqin xidmət olunduğu Bankdan əməliyyat məbləğlərinin geri tələb edilməsi prosesinə başlamazdan əvvəl aparılmış əməliyyatlar təhlil edilmişdir. Araşdırmalara əsasən müştərilərə aid kart hesablarından Apple Com tətbiqində əməliyyatlar aparılmışdır. Həmçinin bu tip müştəri müraciətlərində araşdırmaların nəticəsi olaraq Bank tərəfindən zəruri hesab edildikdə etiraz əməliyyatlarına başlanılır, zəruri hesab edilmədikdə isə başlanı lmır və müştəriyə bu barədə məlumat verilir. Araşdırmaların nəticəsi olaraq qarşı tərəfə etiraz əməliyyatları irəli sürülməmişdir, çünki bu tətbiqdə əməliyyat aparmaq üçün mütləq şəkildə mobil telefonda Apple store tətbiqinə daxil olmaq lazımdır. Sonrakı addımda hər hansı xidməti almaq üçün tətbiq tərəfindən müştəridən eyniləşdirmə üsulları (mail parolunu, face İD, biometrik) tələb edilir və yalnız müvafiq məlumatlar daxil edildikdən sonra ödənişin aparılması mümkündür. Nəticə etibarilə, apple.com tətbiqində əməliyyat aparmaq istəyən şəxs öncə mobil telefonuna daxil olmalıdır, daha sonra eyniləşdirmə məlumatlarını yazaraq tətbiqdə alışveriş etməlidir. Yəni qeyd edilənlərdən və etiraza əlavə edilmiş sənədlərdən də belə nəticəyə gəlinir ki bu tətbiqdə əməliyyat aparmaq üçün 2 şərt olmalıdır. Birincisi bu tətbiqdə əməliyyat aparmaq üçün şəxsin mobil telefonunda Apple store tətbiqinə daxil olmaq lazımdır. Sonrakı mərhələdə isə eyniləşdirmə məlumatlarım daxil etmək və əməliyyat aparmaq lazımdır. Nəticə etibarı bu əməliyyat yalnız şəxsə aid olan mobil telefon və yalnız şəxsin bilməli olduğu eyniləşdirmə məlumatlarını daxil etməklə aparıla bilər. İddiaçı tərəfindən mobil telefonunun və/və ya eyniləşdirmə məlumatlarının başqası tərəfindən bu və ya digər yollarla ələ keçirilməsi birbaşa onun məsuliyyətindədir və müştəri bu barədə özü məlumat verənədək bankın bu halı bilməsi qeyri-mümkündür. Göründüyü kimi nağdsız hesablaşmalardan biri də elektron hesablaşmalardır. İddiaçının da ödəniş kartından etdiyi əməliyyatlar nağdsız şəklində Apple com internet tətbiqindən olmuşdur. Bu halda da hesab üzərində sərəncamvermə yalnız müştərinin bildiyi eyniləşdirmə məlumatlarını daxil etməklə mümkündür. Bu isə iddiaçının ödəniş kartı üzrə hesabından olan silinmələrin guya onun təqsiri (birbaşa və ya dolayı) olmadan həyata keçirilməsi ehtimalını tamamilə istisna edir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3131/2022 saylı, 23 avqust 2022-ci il tarixli qətnaməsi (hakim Toğrul Axundov) ilə iddia tələbi təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin mübahisə olunmayan tərəfi ondan ibarətdir ki, Cavabdeh ASC ilə "xxxx" Firması arasında xx.xx.2019-cu il tarixli “Bank hesabı (Fiziki şəxsin cari hesabı ), debet kartın verilməsi və istifadəsi, əmək haqqı kartlaına dair əməkdaşlıq, fərdi müştərilər üçün internet və mobil bankçılıq xidməti haqqında” Qarışıq Müqavilə imzalanmışdır. Bu müqavilə onun tərəflərindən biri olan Sifarişçinin işçisi olaraq iddiaçı X8 tərəfindən də imzalanmışdır. Qeyd edilən müqavilənin müqavilələri 3.5.1-ci bəndinə əsasən müştəri kartdan istifadə qaydalarına düzgün əməl etməli və kartın təhlükəsizinini təmin etməlidir. Müqavilənin 3.5.2-ci bəndinə əsasən müştəri kartı itirdikdə, kart oğurlandıqda və ya səlahiyyətli olmayan şəxs tərətindən qanunsuz istifadə edildikdə müştəri dərhal bu fakt barədə mümkün kommunikasiya vasitələrindən (ən azı telefon, mobil, internet) istifadə etməklə Bankı məlumatlandırmalıdır. Müştəri aşağıda göstərilən telefon və internet saytı vasit əsilə ilə “Azərikard" MMC ilə əlaqə saxlaya bilər: əlaqə tel (customer support service): (994 12) 194; internet sayt: www.azericard.com. Bank kartın itirilməsi, oğurlanması və ya səlahiyyətli olmayan şəxs tərəfindən qanunsuz istifadə edilməsi üçün məsuliyyət daşımır və bu bənddə göstərilən məlumatlandırma ilə bağlı xəbərdarlıq "xxxx" MMC tələbləri üzrə müəyyən edilən müddətdə qüvvəyə minir. Həmçinin müqavilənin 4.4.2-ci bəndinə əsasən Bank tərəfindən verilmiş plastik kartların itirilməsi, oğurlanması nəticəsində və ya hər hansı digər səbəbdən plastik kartlardan qanunsuz istifadə edilməsinə görə bank sifarişçi və ya onun işçiləri və digər şəxslər qarşısında məsuliyyət daşımır. Hazırkı mübahisədə iddiaçı 6596.77 manat məbləğində olan pul vəsaitinin geri qaytarılmasını tələb etsə də, məhkəm ə araşdırması zamanı iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışda işarə qoyulmaqla mübahisələndirilmiş silinmələrin məbləği 3945.03 manat təşkil edir. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş iddiaçıya məxsus hesabdan çıxarışdan görünür ki, mübahisələndirilən dövrlərdə iddiaçının kartından Apple.Com tətbiqində aparılmış əməliyyatlar nəticəsində 3945.03 manat silindiyi müəyyən edilir.

7. İlk növbədə qeyd edilməlidir ki, bu tətbiqdə əməliyyat aparmaq üçün 2 şərt olmalıdır. Birincisi bu tətbiqdə əməliyyat aparmaq üçün şəxsin mobil telefonunda Applestore tətbiqinə daxil olmaq lazımdır. Sonrakı mərhələdə isə eyniləşdirmə məlumatlarını daxil etmək və əməliyyat aparmaq lazımdır. Nəticə etibarı ilə bu əməliyyat yalnız şəxsə aid olan mobil telefon və yalnız şəxsin bilməli olduğu eyn iləşdirmə məlumatlarını daxil etməklə aparıla bilər. İddiaçı tərəfindən mobil telefonunun və ya eyniləşdirmə məlumatlarının başqası tərəfindən bu və ya digər yollarla ələ keçirilməsi birbaşa onun məsuliyyətindədir. Bu da iddiaçının bank kartı üzrə hesabından olan silinmələrin birbaşa və ya dolayı yolla onun təqsirinə görə silindiyini təsdiq edir. Bu səbəbdən də, istifadəçiyə məxsus plastik kartdan çəkilmiş məbləğlərə görə bank məsuliyyət daşımır.

8. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçıa məxsus müxtəlif banklara aid kartlardan eyni dövrlərdə iddiaçının birbaşa və ya dolayı təqsiri olmadan aparılmış əməliyyatların nəticəsində əsassız olaraq vəsaitin silinməsi inandırıcı deyildir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə, onu n bank hesablarına hər hansısa formada müdaxilə edilərək ona qarşı kiber cinayətin həyata keçirilməsi ilə bağlı hər-hansısa sübutlar; bu barədə polisə müraciət (şikayət) ərizəsi, cinayət işinin başlanılması və ya başlanılmasının rədd edilməsi barədə qərar və s. sübutları təqdim edə bilməmişdir.

10. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassız silinmiş məbləğin geri qaytarılması hissəsində təmin edilmədiyindən, prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırılmanın aparılmasına zərurət qalmadığından iddia tələbi “hesabından pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsini əsas götürməklə faizlərin tutulması” hissəsində də, əsassız hesab edilməli və təmin edil məməlidir.

11. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 399.1, 954.1, 954.3, 957.1, 957.2, 957.4, 964, 966, 967.1, 967.3-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək hesab etmişdir ki, iddia əsaslıdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

13. Apellyasiya instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Mərkəzi Bankın, "xxxx" MMC-nin, "xxxx" MMCnin verdiyi mütəxəssis rəyləri (məlumatları) alınmaqla Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, mütəxəssis və ekspertlər qarşısında... İddiaçı ilə Cavabdeh açıq sə hmdar cəmiyyəti arasında bağlanmış 06 noyabr 2019-cu il tarixli “Bank hesabı(fiziki şəxsin cari hesabı), debet kartın verilməsi və istifadəsi, əmək haqqı kartlarına dair əməkdaşlıq haqqında” qarışıq müqaviləyə əsasən iddiaçıya açılmış ***********103 nömrəli bank kartı hesabından xx.xx.2021-ci il tarixdən, xx.xx.2021-ci il tarixədək 4956,77 manat, **********105 nömrəli bank kartı hesabından xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 1640 manat silinmələr(apple.com tərəfindən) aparılmışdırmı, aparılmışdırsa, hansı tarixlərdə, məbləğdə, formada və qaydada və nəyə əsasən aparılması, silinmələr aparılmışdırsa, bu silinmələrin iddiaçı(kart sahibinin) yaxud onun razılığı əsasında başqa şəxslər(ailə üzvləri, digər qohumları,etibar etdiyi şəxslər və.s) tərəfindən aparılıbaparılmaması ya xud bu silinmələrin cavabdeh bankın hansısa təqsirli hərəkətləri(hərəkətsizliyi) yaxud səhv əməliyyat(texniki overdraft, yanlış əməliyyat və.s) nəticəsində baş verib-verməməsinə dair suallar qoyulmuşdur.

14. Məhkəmə-mühasibatlıq ekspertizasının 9/8014 saylı, xx.xx.2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 06 noyabr 2019-cu il tarixli, ******* saylı "Bank hesabı (fiziki şəxsin cari hesabı), debet kartın verilməsi və istifadəsi, əmək haqqı kartlarına dair əməkdaşlıq haqqında" qarışıq müqaviləsinə əsasən İddiaçı açılmış ***********103 nömrəli bank kartı üzrə xx.xx.2021-ci il tarixdən, xx.xx.2021-ci il tarixədək 4956,77 manat və **********105 nömrəli bank kartı üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2 021-ci il tarixədək 1640 manat məbləğində silinmələr apple.com tərəfindən aparılması, hansı tarixlərdə, məbləğdə, formada və qaydada və nəyə əsasən aparılması, bu silinmələr iddiaçı (kart sahibinin) yaxud onun razılığı əsasında başqa şəxslər (ailə üzvləri, digər qohumları,etibar etdiyi şəxslər və.s) tərəfindən aparılması, bu silinmələr cavabdeh bankın hansısa təqsirli hərəkətləri (hərəkətsizliyi) yaxud səhv əməliyyat (texniki overdraft, yanlış əməliyyat və s. nəticəsində baş verməsini müəyyən etmək mümkün olmadı.

15. Apellyasiya instansiyası məhkəməsi "xxxx" MMC-ni iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb edərək və növbəti dəfə sorğu ünvanlayaraq "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 08-01/092 nömrəli məktubunda məhkəmə qərardadının icrasına, yəni q ərardadda qoyulan suallara cavab verməyə cəhd edilsə də, əslində verilən cavabların mahiyyət etibarı ilə qərardadda göstərilən sualların məzmununa uyğun olmadığı, hüquqi məsələlərə dair fikirlər söylənildiyi, məhz "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 0801/092 nömrəli məktubunda göstərilənlərə əsasən məhkəmə mühasibatlıq ekspertizasının 9/8014 saylı, xx.xx.2023-cü il tarixli rəyində ekspert qarşısında qoyulan suallara cavab verilməsi mümkün olmadığı, ona görə də ekspert qarşısında qoyulmuş suallar üzrə mütəxəssis rəyi verilməsi üçün "xxxx" MMC-yə yenidən müraciət edildiyi göstərilmişdir.

16. Məhkəmə sorğusuna cavab oaraq "xxxx" MMC 03-01/169 saylı, 05 may 2023-cü il tarixli məktubunda qeyd etmişdir ki, əlavələrdə qeyd olunmuş cədvəllərdə əməliyyatlar barədə qeyd etdiyiniz bütün məlumatla rı təqdim edir. Göstərilən əməliyyatların keçirilməsi üçün əlavədə qeyd olunan verifikasiya əməliyyatları baş vermişdir. Verifikasiya əməliyyatlarının aparılması zamanı kart istifadəçisi tərəfindən daxil olan kart məlumatları (kartın nömrəsi, kartın bitmə tarixi, CW2 kod) bizim sistemdə olan məlumatla eyniləşdirilib və verifikasiya əməliyyatları uğurla başa çatıb. Bu xidmətin Ödəniş sistemlərinin spesifikasıyaları hal-hazırda əməliyyatı həyata keçirən şəxsin biometrik identifikasiyasına imkan vermir. Sözügedən silinmələr X4 sistemi vasitəsilə Bank Ekvayerdan alınan ödəniş tapşırığının Bank Emitent tərəfindən işlənməsi nəticəsində baş vermişdir. X15 dedikdə kart sahibinə xidmət göstərən bank; Bank Ekvayer dedikdə isə müəssisəyə xidmət göstərən bank nəzərdə tutulmuşdur. "xxxx" MMC həmin məkt ubu ilə birlikdə ********** 105 nömrəli bank kartı hesabına və ********** 103 nömrəli bank kartı hesabına aid əməliyyatlarla bağlı əlavələri də təqdim etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-434/2023 nömrəli iş üzrə 15 may 2023-cü qətnaməsi ilə (hakim E.C.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər N.Ş.Cəfərovdan və İ.S.Şirinovdan ibarət tərkibdə) İddiaçı apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3131/2022 saylı, 23 avqust 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını qət etmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iddianın və apellyasiya şikayətinin dəlillərinin əsaslılığının müəyyən edilməsi məqsədilə apellyasiya instansiy ası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan məsələlər yoxlanıldı və nəticə etibarı ilə iddiaçının hazırki iddianın verilməsində haqlı olmadığı təsdiq edildi. Belə ki, iddiaçı Mülki Məcəllənin 957.4-cü maddəsinə istinad etsə də cavabdeh bank onun həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini hesabdan silməmişdir ki, bunun üçün də məsuliyyət daşımalı olsun. Əksinə, "xxxx" MMC 03-01/169 saylı, 05 may 2023-cü il tarixli məktubunda da iddiaçının göstərdiyi hesabından pulun silinməsi ilə bağlı verifikasiya əməliyyatlarının baş verdiyi, yəni verifikasiya əməliyyatlarının aparılması zamanı kart istifadəçisi tərəfindən daxil olan kart məlumatları (kartın nömrəsi, kartın bitmə tarixi, CVV2 kod) sistemdə olan məlumatla eyniləşdirildiyi və verifikasiya əməliyyatlarının uğurla başa ç atdığı qeyd olunmuşdur. Deməli, hesabdan pulun silinməsi cavabdeh bankın hansısa təqsirli hərəkətləri(hərəkətsizliyi) yaxud səhv əməliyyat(texniki overdraft, yanlış əməliyyat və.s) nəticəsində baş verməmişdir. Başqa sözlə, bu əməliyyatlar kart istifadəçisi tərəfindən Mülki Məcəllənin 957.3-cü maddəsində nəzərdə tutulan qaydada həyata keçirildiyi açıq-aşkar təsdiq olunur. O başqa məsələ ki, bu xidmətin Ödəniş sistemlərinin spesifikasıyaları hal-hazırda əməliyyatı həyata keçirən şəxsin biometrik identifikasiyasına imkan vermir. Lakin bu o demək deyil ki, həmin əməliyyatı həyata keçirən kart istifadəçisi iddiaçı olmamış yaxud kimsə bunu iddiaçının iradəsinə zidd həyata keçirmişdir. Heç iddiaçı da bunu israr etmir. İddia etdiyi yalnız cavabdeh bankın fəaliyyətinə aiddir ki, burada da bankın ha nsısa qanuna zidd fəaliyyəti təsdiq olunmur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli qətnaməsini ləğv olunması və iddianı təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1, 957.4, 964.2, 966, 1097.1-ci, MPM-nin 77.1, 88-ci maddələri ilə əsaslandırılmışdır. Cavabdeh Ziraat Bank ASC-nin nümayəndəsi öz etirazında göstərdiklərini, həmçinin əsassız silinmələrin hesab sahibinin təqsiri üzündən silindiyini sübut edəbilməmişdir.Bakı Apellyasiya Məhkəməsinin icraatında olan iş üzrə yekun məhkəmə aktı qəbul edilən zaman işin faktiki halları araşdırılmamışdır. Qeyd edilən mü ddəalardan aydın olur ki, bank tərəfindən hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini həmin hesabdan silinməsi əsasında, bunun üçün bank məsuliyyət daşıyır, bir şərtlə ki, belə sərəncamın hesab sahibinin öz təqsiri üzündən verildiyini sübut edə bilməsin. Belə ki, bank tərəfindən bank hesablarından silinən vəsaitlərin onun tərəfimdən silinməsi barədə hər hansı bir sübut təqdim edilməməsinə baxmayaraq məhkəmə tərəfindən nəzərə alınmamışdır.

21. Həmçinin qeyd etmək istəyir ki,tərəfindən Ziraat Bank Azərbaycan ASC-yə ona məxsus olan digər əmək haqqı kartlarının 2 ilə yaxın müddətdir ki, işləmədiyini və həmin kartlarda olan vəsaitləri əldə edə bilmədiyi barədə ərizə ilə müraciət edilmişdir. Yalnızca xx.xx.2023-cü il tarixdə tərəfindən həmin bank kartı əldə edi lmişdir. Məhkəmə tərəfindən işin faktiki halları barədə düzgün araşdırma aparılmamışdır. Yəni kartları xx.xx.2023-cü il tarixində əldə etmişdir, lakin məhkəmə onda kartın olmamasını nəzərə almamışdır.

22. Qeyd etmək istəyirlər ki, məhkəmə tərəfindən işin faktiki halları layiqincə araşdırılmamış və məhkəmə tərəfindən qanunamüvafiq olmayan qətnamə qəbul edilmişdir.

23. Analoji hallar üzrə əsassız pul vəsaitlərinin silinməsi digər banklarda yəni Kapital Bank ASC, Paşa Bank ASC, Xalq Bank ASC-də yerləşən mənə məxsus kart hesablarında, həmçinin yoldaşım X3 məxsus Bank Respublika, Ziraat Bank ASC-də yerləşən bank hesablarında və qardaşım X7 məxsus "xxxx" (Azərbaycan) ASC-də yerləşən bank hesablarında da baş vermişdir. Tərəfimizdən sözügedə banklara müraciət olunmuş, əsassız olaraq silinmiş məb ləğlər geri qaytarılmışdır. X16 ASC və "xxxx" (Azərbaycan) ASC məsələ ilə bağlı hər hansı cavab tədbiri görmədiyindən yoldaşım X5 və qardaşım X9 tərəfindən məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (009)-604/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək iddiaçı X2 məxsus olan 5357*****2101 nömrəli ödəniş kartı üzrə xx.xx.2021-ci il tarixində və 5357****1933 nömrəli ödəniş kartı üzrə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək fərqli vaxtlarda əsassız olaraq silinmiş 3276,38 manat məbləğin cavabdeh "xxxx" ASC tərəfindən iddiaçı X1 hesabına geri qaytarılması barədə qətnamədə qəbul edilmişdir. Həmçinin digər analoji hal üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-2350/2022 saylı qətnaməsinə əs asən iddiaçı X7 məxsus hesabdan əsassız silinmiş 5878,3 manat məbləğində pul vəsaitinin həmin hesaba qaytarılması vəsifəsinin cavabdeh Bank VTB (Azərbaycan) ASC-nin üzərinə qoyulmuşdur. Bu qətnamələrdən də göründüyü kimi kart hesabı sahiblərinin təqsiri olmadığı, əsassız silinmələrin məhz bankın təhlükəsizlik xidmətləri ilə bağlı öhdəliklərini yerin yetirməməsi səbəbindən yarandığı təsdiq edilmişdir.

24. Həmçinin, məsələ ilə bağlı Baş Prokurorluğa, Polis və Dövlət Təhlükəsizlik Xidməti orqanlarına müraciətlər olunmuş, Bakı şəhər Polis İdarəsində şöbə rəisi Fuad adlı şəxs və Binəqədi rayon Polis Şöbəsinin əməkdaşı ondan izahat götürsə də, lakin bu günə qədər məsələ ilə bağlı hər hansı qərar qəbul edilməmişdir.

25. Kassator qeyd etmişdir ki, kart hesabından pul vəsaitinin əsassız silinməsinə dair ödəniş sisteminin qayda və şərtlərinə uyğun olaraq araşdırma aparılmasını və əsassız silinmiş məbləğin geri qaytarılmasını (charge-back) yazılı qaydada tələb etmək hüququdur. Chargeback – müştərinin ərizəsi əsasında kart sahibinin ticarət nöqtəsində (internet-mağazada) apardığı kart əməliyyatının bank tərəfindən mübahisələndirilməsi prosesini özündə əks etdirir. Malların və ya xidmətlərin alınması ilə bağlı hər hansı bir əməliyyat qondarma və ya saxta ola bilər və heç kim bundan qorunmur. Üstəlik, bu, ödəmə kart vasitəsi ilə edildikdə baş verə bilər. Əgər satıcı onu aldadırsa və ya ödəniş xəbərləri olmadan edilirsə, buna bank cavabdehlik daşımalıdır. Bu vəziyyətdə pul vəsaitini geri ala bilmək hüquqlarıdır və bunu etmək bankın borcudur.

26. Məhkəmə ekspertizası tərəfindən vəsaitlərin silinməsi, kim tərəfindən və hansı formada silinməsi barədə hər hansı bir məlumat qeyd edilməmişdir.Yəni işin faktiki halları tam şəkildə araşdırılmamışdır.

27. Nəzə çatdırmaq istədikləri bir digər məqam isə bundan ibarətdir ki, tərəflərindən məhkəmə iclas tarixinin təxirə salınması barədə ərizə ilə müraciət edilməsinə baxmayaraq bu ərizələri məhkəmə tərəfindən nəzərə alınmamış və yekun məhkəmə aktı qəbul edilmişdir. Bu isə öz hüquqlarını müdafiə etməyinin qarşısını almış və hüquqlarının həyata keçirilməsi məhkəmə tərəfindən təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Cavabdehin nümayəndəsi-vəkili Eyvazov Təhmasib Karrar oğlu kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Re spublikasının Mülki Məcəlləsi

29. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

30. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

31. Maddə 954.1. Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür.

32. Maddə 954.3. Bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz.

33. Maddə 957.1. Hesabdan vəsaitin köçürülməsi və verilməsi haqqında müştərinin adından sərəncamlar verən şəxslərin hüquqları qanunda nəzərdə tutulmuş, qanuna əsasən bank qaydaları və bank hesabı müqaviləsi ilə müəyyənləşdirilmiş sənədlərin müştəri tərəfindən banka təqdim olunması yolu ilə təsdiq edilir.

34. Maddə 957.2. Üçüncü şəxslərin tələbi ilə, o cümlədən müştərinin bu şəxslər qarşısında öhdəliklərini yerinə yetirməsi ilə bağlı tələbi üzrə müştəri pul vəsaitinin hesabdan silinməsi haqqında banka sərəncam verə bilər. Bank belə sərəncamları bu şərtlə qəbul edir ki, müvafiq tələb irəli sürülərkən onu irəli sürməyə hüququ çatan şəx si eyniləşdirməyə imkan verən lazımi məlumatlar həmin sərəncamlarda yazılı formada göstərilmiş olsun..

35. Maddə 957.3. Müqavilədə hesabdakı pul məbləğlərinə dair sərəncam hüququnun elektron ödəmə vasitələri və öz əli ilə imza analoqlarından, kodlardan, parollardan və sərəncamın buna vəkil edilmiş şəxs tərəfindən verildiyini təsdiqləyən digər vasitələrdən istifadə olunmaqla başqa sənədlər ilə təsdiq edilməsi də nəzərdə tutula bilər.

36. Maddə 957.4. Əgər bank hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini həmin hesabdan silərsə, bunun üçün məsuliyyət daşıyır, bir şərtlə ki, belə sərəncamın hesab sahibinin öz təqsiri üzündən verildiyini sübut edə bilməsin.

37. Maddə 964.1. Hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir.

38. Maddə 964.2. Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir.

39. Maddə

966. Müştəriyə gələn pul vəsaitinin vaxtında hesaba salınmadığı və ya bank tərəfindən əsassız olaraq hesabdan silindiyi, habelə pul vəsaitinin hesabdan köçürülməsi və ya hesabdan verilməsi haqqında müştərinin göstərişlərinin lazımınca yerinə yetirilmədiyi hallarda bank həmin məbləğ üçün bu Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada və miqdarda faizlər ödəməlidir.

40. Maddə 967.1. Bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının və müştəri haqqında məlumatların sirrinə bank qarantiya verir.

41. Maddə 967.3. Bank sirri təşkil edən məlumatlar bank tərəfindən açıqlandığı halda hüquqları pozulmuş müştəri bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnam əsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayət in hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

51. Maddə 418.6. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüqu qi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı tərəfindən tam mübahisələndirildiy indən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Kassasiya şikayətinin analoji hallarla əlaqədar iddiaların təmin olunmasına dair məhkəmə aktlarının mövcud olduğu barədə dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, həmin məhkəmə aktları məhkəmə təcrübəsinin vahidliyini təmin edən qərarlar deyildir. Azərbaycan Respublikasının MPM-in 418.6.-cı maddəsinə əsasən hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın. Eyni zamanda nəzərə almaq lazımdır ki, a şağı instansiya məhkəmələri hər bir işin müəyyən edilmiş konkret hallarını nəzərə almaqla yekun məhkəmə aktı qəbul edirlər.Təbiidir ki, hər bir iş üzrə hallar fərqli ola bilər.

56. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində göstərilən məsələ ilə bağlı Baş Prokurorluğa, Polis və Dövlət Təhlükəsizlik Xidməti orqanlarına müraciətlər olunduğu, Bakı şəhər Polis İdarəsində şöbə rəisi Fuad adlı şəxsin və Binəqədi rayon Polis Şöbəsinin əməkdaşının ondan izahat götürsə də, lakin bu günə qədər məsələ ilə bağlı hər hansı qərar qəbul edilməməsinin iş üzrə əhəmiyyəti yoxdur.

57. Kassasiya şikayətinin tərəflərindən məhkəmə iclas tarixinin təxirə salınması barədə ərizə ilə müraciət edilməsinə baxmayaraq bu ərizələrinin məhkəmə tərəfindən nəzərə alınmadığı və yekun məhkəmə aktı qəbul edild iyi, bunun isə öz hüquqlarını müdafiə etməyinin qarşısını aldığı və hüquqlarının həyata keçirilməsinin məhkəmə tərəfindən təmin edilmədiyi barədə dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, kassator iddiaçının apellyasiya instansiyası məhkəməsində məhkəmə iclaslarında iştirakı təmin edilmiş, iddiaçı həmin məhkəmə iclaslarında izahat vermiş və ona hüquqlarının müdafiəsi üçün şərait yaradılmışdır.Sonuncu məhkəmə iclasının təxirə salınmamasında apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvinə əsas ola biləcək prosessual hüquq normalarının pozuntusu müəyyən edilmir.

58. Kassasiya şikayətində göstərilən faktiki halları və faktiki halların araşdırılmaması barədə dəlillərə isə Mülki Prosessual Məcəllənin 407.2-ci və 416.1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə kollegi yası hüquqi qiymət vermir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

59. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi işə aid hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

61. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 may 2023-cü il tarixli 2(103)434/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxla

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar