Məhkəmə qərarları › İş №2(102)-3347/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3347/2023

27.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3347/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3347/2023 Açar sözlər: tapşırığın lazımi qaydada icra edilməməsinə görə pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafıq qızı, X3 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 may 2023-cü il tarixli, 2(103)2487/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 27 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Cavabdeh1 şifahi formada razılığa əsasən kriptovalyuta alınması məqsədilə İddiaçı 14300 manat pul vəsaiti almışdır. Həmin pul vəsaiti Cavabdeh1 atası, həmçinin iş üzrə cavabdeh olan Cavabdeh2 məxsus bank kartı vasitəsilə köçürülmüşdür. Həmin pul vəsaitindən 5000 manat İddiaçı qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9300 manat məbləğində pul vəsaitinin və 113 manat məbləğində dövlət rüsumunun cavabdehlər X4 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İdd iaçı tələbini onunla əsaslandırmışdır ki, o, instaqram sosial şəbəkəsində Vəfa adlı profili olan xanımla tanış olmuşdur. Cavabdeh X4 özünü “Okus" kriptovalyuta alqı-satqısı ilə məşğul olan şirkətin əməkdaşı kimi təqdim etmişdir. Cavabdeh V.E.İskəndərova ona "okus" adlı kriptovalyuta almağı təklif etmiş, həmin kriptovalyutanı alsalar 2 ay ərzində qoyulan pulun 30 faizini gəlir kimi qazanmaq mümkün olacağını demişdir. O da həvəsə düşüb 2021-ci ilin noyabr ayının ortalarında Sumqayıt şəhərində yerləşən lombarddan 5000 manat pul götürüb Vəfanın ona göndərdiyi Unibanka məxsus Cavabdeh2 (Vəfanın atasıdır) adına olan 5243 7544 1050 6370 hesab nömrəli karta 5100 manat cəmi 3000 ABŞ dolları pulu Sumqayıt şəhərində Unibankın içərisində olan ödəmə terminalından göndərmişdir. Sonuncu dəfə 500 dollar, yəni 850 manat pulu isə xx.xx.2021ci il tarixdə Nəsimi rayonunda yerləşən 28 MALL Ticarət Mərkəzində yerləşən Bravo supermarketindəki ödəmə terminallarından birindən həmin kart hesabına göndərmişdir. Tərəfindən edilmiş ödənişlər videogörüntü vasitəsilə qeydə alınmışdır. Həmin videogörüntü CD diskdə təqdim edilir. O, cavabdeh X1 ümumilikdə 14.300 manat məbləğində pul vermişdir. Cavabdeh V.E.İskəndərova həmin məbləğdən ona 5.000 manat pul qaytarmış, hal-hazırda isə 9 300 manat borcu qalmışdır. Bundan sonra o, cavabdehlə əlaqə saxlayıb 9300,0 manat pulunu geri tələb etsə də, cavabdeh bu günədək həmin pulu qaytarmamışdır. Həmçinin, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarından göründüyü kimi cavabdeh X4 polisə verdi yi izahatında qeyd etmişdir ki, İddiaçı 2021-ci il ərzində Vəfanın təqdim etdiyi bank kartına 14300 manat pul vermiş, sonuncu 5000 manat pulu qaytarmış və hal-hazırda ona 9300 manat borcu qalmışdır. Bundan əlavə, digər Cavabdeh2 da polisə verdiyi izahatında özünə məxsus olan bank kartını qızı V.E.İskəndərovaya verdiyini etiraf etmişdir. Həmin qərar hazırkı iddia ərizəsinə əlavə olunur. Tərəfindən dəfələrlə cavabdehlər X4 və Cavabdeh2 ilə əlaqə saxlanılaraq 9300 manat pulu ödəməyini tələb etsə də, onlar ödəməkdən imtina etmiş və hal-hazıradək ödəməmişlər.

4. İş materiallarına surəti əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X2 şikayəti üzrə izahatı alınmış Cavabdeh1 bildirmişdir ki, heç yerdə işləmir. 2020-ci ildə interne t sosial şəbəkəsində yerləşdirilmiş Okus valyuta şirkətinə üzv olmuşdur. Həmin şirkətin fəaliyyəti müəyyən məbləğdə pul yatırımı etdikdən sonra coin almaq və həmin coin müddət keçdikcə dəyəri artacaq və coinləri satıb pula çevirib gəlir əldə etməkdən ibarət olmuşdur. Dünya Səidovanın onun barəsində etdiyi şikayətlə tanış olmuş və bildirmişdir ki, o, Dünyanı onun xalası Vəsilə xanım sayəsində tanımışdır. O, Dünyanın onunla əlaqə saxlayıb xalası Vəsilənin adını verərək onunla tanış olduğunu, Okus şirkətinin iş prinsipini ona izah etdikdən sonra könüllü şəkildə onun xalası Vəsilinin şirkətdəki hesabı üzərinə qeydiyyata almışdır. Dünya Seyidova bir neçə dəfə ondan coin istəyərək pul yatırmış və daha sonra həmin coinləri nağdılaşdırmış və həmin nağdılaşmış pul Dünyanın özünə ödənmişdir. xx.xx.2 021-ci il tarixdə Dünya onun atası Cavabdeh2 məxsus olan Unibank hesab kartına 500 ABŞ dolları pul köçürmüşdür. Dünya Seyidova həmin puldan əlavə 5100 manat yeni 3000 ABŞ dollarını da həmin karta ödəmişdir. 2021-ci il ərzində Dünya Seyidova qeyd edilən bank kartına ümumilikdə 14300 manat pul köçürmüş, o da həmin pul məbləğində coin alıb hesab nömrəsini və şifrəsini Dünyaya vermiş, daha sonra o, Dünyanın istəyi ilə həmin coinlərdən 5000 manatlıq olan hissəni nağdlaşdırıb həmin 5000 manatı ona ödəmişdir. X5 9300 manat pulu qalmış və həmin pul coin şəkilində Okus şirkətinin bazasında, hesab nömrəsində mövcüd olmuşdur. O da, şəxsi vəsaiti ilə Dünya Seyidova kimi həmin şirkətdən coin almış, onun aldığı coinlərdə hər hansı dəyər qazanmadan şirkətin bazasındadır. O, mesalaşma proqramı olan Tele qram proqramı vasitəsi ilə Okus şirkəti tərəfindən bütün üzvülərə səbrli olmaları və coinlərin dəyər qazanaraq biryaya çıxmasını gözləyir.

5. İş üzrə Cavabdeh2 verdiyi izahatında göstərmişdir ki, o, Polad əritmə zavodunda kran maşinisti işləyir. Təqaüdə çıxma yaşı çatmamışdır. 2021-ci illin sentyabr ayının sonunda unibankdan özü üçün debetkartı götürmüşdür. Lakin ondan özü istifadə etmədiyi üçün həmin ərəfələrdə kartı qızı Cavabdeh1 onda istədiyi üçün ona vermişdir.Həmin vaxtdan kartla bağlı hər hansı məlumatı olmamış, həmin kartdan heç vaxt istifadə etməmişdir. Ona görə də iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, № 2(003)-170/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 9300 manat və ö dənilmiş dövlət rüsumuna görə 113 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. (hakim E.Məmmədli)

7. Birinci instanisya məhkəməsi qeyd etmişdir ki, iş materialları və hər iki tərəfin izahatı ilə təsdiq olunmuşdur ki, Cavabdeh1 iddiaçıdan almış olduğu 9300 manat pul vəsaitini ona qaytarmamışdır. Cavabdeh hüquqi əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Cavabdeh1 kriptovalyuta alınması məqsədi ilə İddiaçı 14300 manat pul vəsaiti almış, həmin pul vəsaitinin 5000 manatını geri qaytarmış, qalan 9300 manatını isə qaytarmamışdır.

8. Cavabdeh1 iddiaçıdan almış olduğu pul vəsaitinin iddiaçının adına kriptovalyuta şirkətinin hesabına yatırıldığını bildirsə də, öz dəlilini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməy ə təqdim edə bilməmişlər.

9. Cavabdeh1 qeyd olunan kriptovalyutanın alınmasına görə iddiaçıdan 14300,0 manat məbləğində pul almasının nə qanuni, nə də müqavilə əsası olmamışdır. Buna görə də, iddiaçı verdiyi pul vəsaitini Cavabdeh1 geri tələb etməyə haqlıdır.

10. Məhkəmə iddianın Cavabdeh2 pulun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, o, tərəflər arasında olan öhdəlik münasibətlərində iştirak etməmiş, pul göndərilməsi ona məxsus bank kartı vasitəsilə həyata keçirilsə də, o özü həmin münasibətdə formal olaraq iştirak etmiş və hər hansı rolu olmamışdır. Odur ki, iddianın həmin hissədə təmin edilməməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777, 1091, 1092.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri ilə əsaslan dırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini və iddianın həmin hissədə rədd olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Occos şirkəti rəsmi dövlət qeydiyyatında keçərək şirkətin özünə məxsus coinlərin dünya birjalarında tanınması adı altında alqı-satqısını həyata keçirmiş və bu səbəbdən də qeyri-müəyyən sayda insanlar şirkətin üzvü olaraq onun təqdim etdiyi coinləri almışdır. Sonradan isə həmin şirkətin təqdim etdiyi coinlərin saxta olması və şirkətin piramdi olduğunu dair Baş Müttəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanaraq aidiyyəti şəxslər cinayət məsuiyyətinə cəlb e dilmişdir. 1-ci instansiya məhkəməsi iddiaçının iddiasının qismən təmin edilməsi üçün öz qətnaməsində bir sıra sübutları sadalamasına baxmayaraq, qətnamədə əsas olaraq cinayət işini başlanmasının rədd ediməsi barədə Nəsimi RPİ-nin 22-ci PB-nin qərarına istinad etmişdir. Hansı ki, həmin qərarda iddiaçınin izahatında bildirmişdir ki, cavabdeh İsgəndərovaya Vəfaya göndərdiyi pulun müqabilində sonuncu ona “Ocus” şirkətinin hamı üçün açıq olan coinlərin alıb vermiş və ona hesab açmışdır. İddiaçının bu halı səmimi etiraf etməsi xx.xx.2022-ci il tarixli Nəsimi RPİ-nin 22-ci PB-nin təhqiqatçısı tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında öz əksini tapmışdır. Belə ki, həmin iş üzrə izahatı alınmış İddiaçı Əbdürmənsur qızı bildirmişdir ki, Cavabdeh1 ümumilikdə 10000 mana tlıq “Ocus” adlı kriptovalyuta alıb ona aid hesab açmış və hesabın şifrəsini ona vermişdir. Bu işin mübahisəsiz tərəfidir. Ancaq sonradan həmin kriptovalyuta saxta çıxdığı üçün “Ocus” şirkəti bağlanmışdır. Cavabdeh1 nə həmin şirkətinin təsisçisi, nə də ki həmin şirkətin işçisi olmayıb, əgər belə bir hal olsaydi “ocus” şirkətinin rəhbər şəxsləri və işçiləri barəsində başlanmış cinayət işi üzrə onun barəsində (iş üzrə cavabdeh) cəlb qərarı qəbul olardı. Həmçinin həmin qərarda Cavabdeh1 iddiaçının ödədiyi 9300 manat pulun “ocus” şirkətinin hesabında coin şəkilində qaldığını bildirmişdir. İddiaçı verdiyi izahatında ödədiyi pulun müqabilində coinlər aldığını və cavabdeh tərəfindən hesab şifrəsinin aktiv açılaraq ona təqdim etdiyini səmimi etiraf etsə də məhkəmə tam, obyektiv və hərtərəfli araşd ırmaya söykənməyən, qanunun təfsirində yalnışlığa yol verərək iddiaçının iddiasının qismən təmin edilməsi qənaətinə gəlmişdir. Hansı ki, 1-ci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə digər cavabdeh şəxs Cavabdeh2 vəkili və nümayəndəsi kimi verdiyim izahatını təhrif edərək guya tərəfindən Cavabdeh1 “Ocus” şirkətinin əməkdaşı olduğunu və onun kriptovalyuta alqı-satqısı ilə məşğul olduğunu bildirmişdir. İddiaçı ödədiyi pul vəsaitinin müqabilində cavabdeh tərəfindən ona ocus şirkətinin coinlərini alıb ona hesab açdığını və hesab şifrəsini ona verdiyini bildirmişdir. Odur ki, yuxarıda gətirilən əsaslara görə hazırda cavabdeh şəxs özünü bu iddia üzrə cavabdeh olmasını qəbul etmir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 03 may 202 3-cü il tarixli, 2(103)-2487/2023 nömrəli qətnaməsi ilə (hakimlər: A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), V.N.Sadıqov və M.Ə.Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə, yəni Cavabdeh1 qarşı tələbin təmin olunan hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 Polis İdarəsində verdiyi izahatına əsasən iddiaçı pulu Okus adlı şirkətə deyil, Cavabdeh1 ödəmiş, sonuncu həmin vəsaiti şirkətin hesabına ödəmişdir. Belə olan halda, iddiaçının tələb hüququ Cavabdeh1 qarşı yaranmış, sonuncunun polis idarəsində etirafına əsasən 9300 manat ondan tutulması qət edilmişdir.

26. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə ola raq qeyd etmişdir ki, iddiaçı ilə Okus şirkəti arasında hər hansı müqavilə münasibəti, pul öhdəliyi olmamış, müqavilə bağlanmamışdır. Cavabdeh1 apellyasiya baxışı zamanı verdiyi izahatdan da göründüyü kimi, o, iddiaçıdan aldığı və hazırkı işdə mübahisə predmeti olan 9300 manat məbləğində pul vəsaitini Okus şirkətinin hesabına keçirməmiş, həmin məbləği müxtəlif şəxslərdən koin alınmasına sərf etmişdir.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh1 iş üzrə cavabdeh lmaması ilə bağlı dəlilini əsassız sayaraq göstərmişdir ki, Cavabdeh1 “Okus” şirkətinin tələbə cavab verməli şəxs olduğunu göstərsə də, bu fikrini əsaslandıra bilməmişdir. Belə ki, o özü izahatında bildirmişdir ki, iddiaçıdan karta köçürülməklə aldığı pulu “Okus” şirkətinin hesabına keçirməmiş, şirkət əməkdaşı olmayan müxtəlif vətəndaşlardan koin alınıb satılmasına xərcləmişdir.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehi və tələbin həcmini müəyyən etmək iddiaçının hüququdur. İddiaçı onun tələbinə cavab verməli olan şəxs kimi Cavabdeh1 tanıyır, pulu şirkətə deyil ona verdiyini bildirir və ona qarşı iddia qaldırır. Məhkəmə isə MPM-nin 218.3-cü maddəsinin tələbinə müvafiq olaraq verilmiş tələb üzrə işə baxır.

29. Digər tərəfdən, MPM-in 54-cü maddəsinin tələbinə görə cavabdehin əvəz olunması yalnız iddiaçının yazılı razılığı ilə və işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həyata keçirilə bilər. İddiaçının isə buna razılığı olmamışdır.

34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. İddia çı da məhz bu əsasla Cavabdeh1 cavabdeh kimi göstərmiş, hüququnun onun tərəfindən pozulduğunu bildirmişdir.

15. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1, 777.2, 1091.1, 1091.2, 1092.1, 1092.2-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işə yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi işə baxarkən maddi normalarının tə ləblərini pozmuş, mübahisəyə düzgün qiymət verməmişdir. Belə ki, cavabdeh qanunla müəyyən edilmiş qayadada əsassız varlanma faktı rəsmən müəyyən edilmədiyi halda, məhkəmənin yuxarda qeyd olunan mülki qanunvericiliyin normalarına istinad etməsi və iddiaçının iddiasının qismən təmin edilməsi hissəsində sözü gedən qətnaməni qüvvədə saxlaması əsassız və qanunsuzdur.

18. Belə ki, əgər tərəflər arasında münasibətlər tapşırıq müqaviləsi kimi yanaşsaq o zaman müəyyən olunur ki, cavabdeh tapşırıq müqaviləsi üzrə götürdüyü öhdəliyi yerini yetirmişdir. Belə ki, iddiaçı cavabdehə müraciət edərək “Ocus” şirkətinə qoşulmaq istdəyini bildirmiş, cavabdehdə iddiaçının ödədiyi pulun məbləğində coinlər alaraq şirkətin şifrəsini ona təqdim etmişdir. Hazırda iddiaçının ödədiyi məbləğ “Ocus” şirkətinin hesabınd adır. Belə ki, iddiaçı “Ocus”şirkətində hesabının olmasını və ödədiyi məbləğin müqabilində coinlərin alınıb ona verilməsini təsdiq edir. Hətta təqdim edilmiş bank çıxarışlarından görünür ki, cavabdeh iddiaçı tərəfindən ödənilmiş məbləği “Ocus” şirkətində çalışmış şəxslərin hesablarına köçürərək coinlər alıb iddiaçıya təqdim etmişdir.

19. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.1,157.5, 777.1, 777.2, 1091.1, 1091.2, 1092.1, 1092.2 Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 217.2, 386, 418.2,-ci və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarına istinad etməklə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

22. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

23. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

24. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

25. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən v ə ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

26. Maddə 783.2.Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hü quq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələ rək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

37. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası nın mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri- mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

40. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

41. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

42. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən edilmiş faktiki hallarına əsasən cavabdeh iddiaçının tapşırığı ilə onun üçün kriptovalyuta almış, lakin sonradan həmin kriptovalyuta saxta çıxdığı üçün “Ocus” şirkəti bağlanmışdır. Bu isə onu deməyə əsas verir ki, cavabdeh tapşırığı kifayət qədər vicdanla icra etməmiş, alınan kriptovalyutanın həqiqiliyini, onun məxsus olduğu Şirkətin mötəbərliyini yoxlamamışdır. Belə olan halda, cavabdeh əsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

43. Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi tərəflərin şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

44. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 may 2023-cü il tarixli, 2(103)2487/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar