Məhkəmə qərarları › İş №2(102)-3347/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3347/2025

22.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3347/2025 22.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: tapşırıq müqaviləsindən irəli gələn pul tələbi, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı pulun tutulması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)539/2025 nömrəli, 10 iyul 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 22 dek abr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən 0,22 ha torpaq sahəsi 2013-cü il 30 aprel tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.

2. İddiaçı 2017-ci il 7 iyul tarixdə atası Cavabdeh3 ünvan 2 ünvanında yerləşən adına olan əraziyə (ümumi sahəsi 0,22 ha) sərəncam verməyi alğı-satqı müqaviləsini imzalamağı, notariatlarda nümayəndəsi kimi iştirak etməyi, ona çatası pul məbləğini çıxarmasını, sənədləri imzalamağı və bu məsələ ilə bağlı bütün tələb olunan sənədləşmə işlərini aparmağı etibar etmişdir. Etibarnamə 5 il müddətinə verilmişdir.

3. AN-İ № ******* nömrəli, 2017-ci il 9 sentyabr tarixdə qeydə alınmış “daşınmaz əmlakın alğı-satqı müqaviləsi”ndə əsasən, sa tıcı İddiaçı ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,22 ha torpaq sahəsinin tam mülkiyyət üzrə alıcı Cavabdeh1 30.000 manata satıldığı qeyd edilmiş, müqavilə satıcı tərəfindən İddiaçı nümayəndəsi Cavabdeh3 tərəfindən imzalanmışdır.

4. Başqa bir mülki iş üzrə İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 21 iyul 2023-cü il tarixli “Barışıq Sazişi”ndə alıcı Cavabdeh1 ünvan 4 ünvanda yerləşən 0,22 ha həyətyanı torpaq sahəsinin hər sotuna görə 5.800 manat olmaqla Cavabdeh3 nağd və köçürmə yolu ilə olmaqla ümumilikdə 127.600 manat məbləğində pul ödədiyini təsdiq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 102.600 manat p ulun və ödənilmiş dövlət rüsumunun alınıb iddiaçıya qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 0,22 ha torpaq sahəsini 2013-cü ildə alaraq mülkiyyətinə qeydiyyatdan keçirmiş, Almaniyada yaşadığı üçün həmin sahənin satılması barədə qərarı valideynləri ilə razılaşdırmış və satışın yalnız onunla qiymət razılaşdırılması əsasında həyata keçirilməsini nəzərdə tutaraq atası Cavabdeh3 etibarnamə vermişdir. Lakin Cavabdeh3 2017-ci il 9 sentyabr tarixində torpağı iddiaçı ilə razılaşdırılmamış 30.000 manata Cavabdeh1 satmış, əldə etdiyi vəsaitin bir hissəsi ilə 2018-ci il 30 aprel tarixində həyat yoldaşı Cavabdeh2 adına 40.000 manatlıq əmlak almışdır. Məhkəmədə Cavabdeh1 torpağın faktiki olaraq hər sotu 5.800 manat qiyməti ilə üm umilikdə 127.600 manata alındığını bildirmiş, bu barədə barışıq sazişində Cavabdeh3 həmin məbləğin ödənildiyi təsdiqlənmiş, lakin o, təqdim etməli olduğu sübutlardan yalnız 5 ödəniş tarixçəsini təqdim etmişdir ki, bu ödənişlər də 127.600 manatı tam əks etdirmir. Torpağın 127.600 manat dəyərində satıldığının həm barışıq sazişi, həm də Cavabdeh1 izahatları ilə təsdiqlənməsi Cavabdeh3 iddiaçıya çatmalı məbləği mənimsədiyini, həmin pulun bir hissəsini ailəsinin adına daşınmaz əmlak almağa sərf etdiyini, nəticədə isə həm Cavabdeh3, həm də Cavabdeh1 iddiaçının əmlakı hesabına əsassız varlandığını göstərir; bu səbəbdən iddiaçı həmin əsassız varlanmanın qaytarılmasını tələb edir.

7. Birinci instansiya məhkəməsində Cavabdeh1 nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, torpaq sahəsi ailənin m addi imkanlarının yüksək olduğu dövrdə, doğma dayısı Çingiz Əliyevin vasitəçiliyi ilə seçilmiş, Cavabdeh1 və ailəsi 2017-ci ildə Azərbaycanda olduqları zaman torpaq sahəsinə baxış keçirilmiş, qiymət razılaşdırıldıqdan sonra alğı-satqı rəsmiləşənədək Cavabdeh3 şəxsən iki mərhələdə bir dəfə 40.000 manat, bir dəfə 30.000 manat olmaqla ümumilikdə 70.000 manat təqdim edilmiş, qalan məbləğ isə Çingiz Əliyev vasitəsilə ödənilmişdir. Telefon danışıqlarında da həm Cavabdeh2, həm də digər ailə üzvləri ödənişlərin onlara edildiyini etiraf etmişdir və buna görə Cavabdeh1 qarşı iddia tələbi əsassızdır. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi isə göstərmişdir ki, alğı-satqıdan əldə olunmuş 30.000 manat vəsaitin 28.000 manatı iddiaçının razılığı ilə “Melisa Park” kompleksində mənzil alınma sına, 2.000 manatı isə vasitəçi və digər xərclərə sərf olunmuşdur; Cavabdeh1 tərəfindən təqdim edildiyi iddia edilən ödənişlər faktiki olaraq Məhərrəm Rəhimov və Çingiz Əliyev arasında baş vermiş, yalnız bir ödəniş Cavabdeh3 adına olmuşdur ki, bu halda iddiaçıda Məhərrəm Rəhimov adından tələb irəli sürmək üçün subyektiv hüquq mövcud deyil. Üstəlik, ödənişlərin 2017-ci ildə edilməsi və həmin vaxtdan 6 ilə yaxın müddət ərzində münasibətin mübahisələndirilməməsi nəzərə alınmaqla, 3 illik iddia müddəti də keçmişdir. Cavabdehlər əlavə olaraq bildirmişlər ki, torpaq sahəsi əvvəlcə ailəyə məxsus olmuş, yalnız sənədləşmə çətinliyi səbəbindən iddiaçının adına rəsmiləşdirilmişdir; buna görə də həm subyektiv hüququn olmaması, həm də iddia müddətinin bitməsi əsasları ilə iddia tələbi rədd edilməlidir.

8. Qəbələ Rayon Məhkəməsinin 2023-cü il 14 noyabr tarixli, e-2(025)-1279/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh3 və S. Xəlilovadan müştərək qaydada 102.600 manat pulunun və ödənilmiş 393 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim - A.Əliyev).

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 0,22 ha torpaq sahəsinin (bundan sonra – “torpaq sahəsi”) özünün verdiyi etibarnamə əsasında Cavabdeh1 satması işin mübahisəsiz halıdır. Alğı-satqı əsasında Cavabdeh1 tərəfindən Cavabdeh3 ödənilmiş pulun məbləği isə tərəflər arasında mübahisəli haldır. Belə ki, iddiaçı sahəsinin alğı-satqısı nəticəsində Cavabdeh1 tərəfindən Cava bdeh3 torpaq sahəsinin 0,01 hektarı 5.800 manata qiymətləndirilməklə 0,22 ha torpaq sahəsi üçün ümumilikdə 127.600 manat ödənilməsini iddia etmişdir. Bu halı məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili və etibarnamə üzrə nümayəndəsi də təsdiq etmişdir. Lakin məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 vəkili və etibarnamə üzrə nümayəndəsi alğı-satqı nəticəsində ümumilikdə 30.000 manat alındığı, həmin pulun hamısının İddiaçı verildiyini iddia etmiş və torpaq sahəsinin 127.600 manata satılması ilə bağlı razılaşmamışdır.

10. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, hazırkı iş üzrə Cavabdeh3 torpaq sahəsini Cavabdeh1 127.600 manata satması Cavabdeh1 vəkili və etibarnamə üzrə nümayəndəsinin etirafı, Qəbələ Rayon Məhkəməsinin icraatında olmuş e2(025)-900/ 2023 nömrəli mülki iş üzrə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 ilə Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə3 arasında bağlanmış 2023-cü il 21 iyul tarixli “Barışıq Sazişi”, iş materiallarında olan iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “CD” diskdə olan Cavabdeh1, Məhərrəm Rəhimov və Cavabdeh2 arasında olan telefon danışıqları, həmçinin Cavabdeh1, Məhərrəm Rəhimov və Zəfər Cəmilov arasında olan telefon danışıqları ilə sübuta yetirilməkdədir.

11. Həmçinin məhkəmə onu da diqqətə çatdırmışdır ki, Cavabdeh2 Cavabdeh1 və Məhərrəm Rəhimov ilə olan telefon danışıqlarında torpaq sahəsinin satılmasına görə Cavabdeh1 127.600 manat pul almasını etiraf etmişdir. Həmçinin telefon danışı ğında bu işlər ilə qızının həyat yoldaşı Zəfər Cəmilovun məşğul olduğunu, onunla əlaqə saxlanılmasını bildirilmişdir. Cavabdeh1, Məhərrəm Rəhimov və Zəfər Cəmilov arasında olan telefon danışıqlarında isə Zəfər Cəmilov iddiaçının mülkiyyətində olan 0,22 ha torpaq sahəsini Cavabdeh1 127.600 manata satılması barədə məlumatlı olduğunu bildirmiş, həmçinin məhkəmə iclasında səs yazılarında olan səslərin ona məxsus olduğunu etiraf etmişdir.

12. Məhkəmə hesab etmişdir ki, Cavabdeh3 iddiaçı qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməyərək ona etibar edilmiş, müqavilə əsasları olmadan iddiaçıya məxsus torpaq sahəsinin gəlirindən əldə etdiyi 127.600 manat pulun 102.600 manatını qaytarmaqdan imtina etməklə əsassız varlanmışdır. Buna görə də iddia olunan 102.600 manat məbləğində pul cavabdehlər Cavabdeh3 və Cavabdeh2 alınaraq İddiaçı qaytarılmalıdır.

13. Məhkəmənin iddia tələbinin Cavabdeh1 aid hissəsi ilə bağlı mövqeyi belə olmuşdur ki, Cavabdeh1 vicdanlı alıcı olduğundan, bunun əksini sübut edən hallar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, mübahisəli torpaq sahələrinə dair alğısatqı müqaviləsi məhz dövlət tərəfindən verilmiş çıxarışa etimad və güvən əsasında bağlandığından, Cavabdeh1 tərəfindən tərəflər arasında razılaşdırılmış pul məbləği Cavabdeh3 və Cavabdeh2 verilməsi öz təsdiqini tapdığından, iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməməlidir.

14. Məhkəmə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 vəkili və nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş etiraza qiymət bildirərək, etirazda göstərilən dəlilləri əsassız olmaqla formal mülahizələrə söykənmiş dəlill ər kimi qiymətləndirmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 14.2.7, 386.1, 1091, 1092-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1-ci maddələrinə və “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi, 102.6 00 manat pulun müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində icraat zamanı 102.600 manat pulun Cavabdeh1 tərəfindən ödənilməsinə dair disk təqdim olunsa da, iş üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmədə iştirakı olmadığından və həmin pulu aldıqlarını nümayəndələri etiraf etmədiklərindən, həmin vəsait müştərək qaydada Cavabdeh1 da alınmalı idi. Məhkəmə nəzərə almamışdır ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Təqdim edilmiş barışıq sazişindən görünür ki, torpaq sahəsi 127.600 manata satılmışdır. Məhkəmə işin hallarını düzgün qiymətləndirməmişdir.

18. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd olunmasını xahiş etmişlər. Apellyasiya şikayəti iddaya etirazın dəlillərinə uyğun əsaslandırılmışdır.

19. Apellyasiya baxışında iddiaçını sifarişi əsasında “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərtib etdiyi 2024-cü il 5 fevral tarixli arayışa əsasən torpaq sahəsinin 1 sotunun 2017-ci il tarixdə real bazar dəyəri 8.000-10.000 manat olmuşdur.

20. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 8 fevral tarixli 2(107)-316/2024 nömrəli qətnaməsi ilə iddiaçı və cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansi ya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilmiş - cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 102.600 manat və 393 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi, iddia tələbinin Cavabdeh1 aid olan hissədə təmin edilməməsi qət olunmuşdur. (sədrlik edən hakim – M.Əsədli, hakimlər – E.Mehdiyev, Ə. Məcidov).

21. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi qismən, yəni, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə əsaslı, Cavabdeh1 münasibətdə isə əsassızdır. Belə ki, Cavabdeh1 vicdanlı alıcı statusunu daşıyır.

22. Apellyasiya instansiya məhkəməsi iddia tələbinin Cavabdeh3 aid hissəsini əsaslı sayaraq göstərmişdir ki, iddiaçı mübahisədə adı keçən torpaq sahəsinin alğı-satqısı nəticə sində Cavabdeh1 tərəfindən Cavabdeh3 torpaq sahəsinin 0,01 hektarı 5.800 manata qiymətləndirilməklə 0,22 ha torpaq sahəsi üçün ümumilikdə 127.600 manat ödənilməsini iddia edir. Bu halı məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə3 da təsdiq etmişdir. Lakin məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə2 alğı-satqı nəticəsində ümumilikdə 30.000 manat alındığı, həmin pulun hamısının İddiaçı verildiyini iddia edir və torpaq sahəsinin 127.600 manata satılması ilə bağlı razılaşmır.

23. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının vəkili və nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “CD” diskdə olan Cavabdeh1, Məhərrəm Rəhimov və Cavabdeh2 arasında olan telefon danışıqları, Cavabdeh1, Məhərrəm Rəhimov və Zəfər Cəmilov arasında olan telefon danışıqları sübut kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh1, Məhərrəm Rəhimov və Cavabdeh2 arasında olan telefon danışıqları əqdin (alğı-satqı müqaviləsinin) tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birilərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu İ. Rəhimova, Məhərrəm Rəhimov və Cavabdeh2 arasında olan telefon danışıqları, İ. Rəhimova, Məhərrəm Rəhimov və Zəfər Cəmilov arasında olan telefon danışıqları sübut kimi qiymətləndirilməlidir.

24. Məhkəmənin qənaətinə görə iddiaçıya məxsus torpaq sahəsi satıldıqdan qısa müddət sonra Cavabdeh3 digər cavabdeh, arvadı Cavabdeh2 dəyəri 40.000 manat olan əmlakı al ması onu deməyə əsas vermişdir ki, mübahisəli torpaq sahəsi 30.000 manata deyil 127.600 manata satılmışdır. Digər tərəfdən işdə olan X2 Məhdud Məsuliyyətli Cəmiyyətinin arayışına əsasən torpaq sahəsinin 1 sotunun 2017-ci il tarixdə real bazar dəyəri 8.000- 10.000 manat olmuşdur.

25. Apellyasiya instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti də ötürülməmişdir. İddiaçı ailəsi ilə birgə Almaniya Federativ Respublikasında yaşadığından torpaq sahəsinin yuxarıda qeyd edilən qiymətə satılmasından dərhal xəbərdar ola bilməzdi. Halbuki, hazırkı halda iddiaçının iddia müddətinin ötürməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh tərəf isə iddiaçının məhz 2017-ci il tarixdən torpaq sahəsinin 30.000 manata satılmasından xəbərdar olmasına dair məhkəməl ərə hər hansı bir sübut növü təqdim etməmişdir.

26. Apellyasiya instansiya məhkəməsi iddia tələbinin Cavabdeh2 aid hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə iddia ərizəsi təmin edilməlidir.

27. Belə ki, iddiaçıya məxsus torpaq sahəsi satıldıqdan qısa müddət sonra Cavabdeh3 digər cavabdeh, arvadı Cavabdeh2 dəyəri 40.000 manat olan əmlakı alması onu deməyə əsas verir ki, həmin əmlaka dair ödənilən məbləğ iddiaçıya məxsus torpaq sahəsinin satışından əldə edilmiş pul vəsaiti hesabına alınmışdır. Həmin mülkün şəxsi vəsaiti hesabına alınmasına dair cavabdeh tərəf hər hansı bir sübut təqdim edə bilməmişdir.

28. Məhkəmə cavabdehin şikayətinin dəlillərini əsassız hesab edərək vurğulamışdır ki, Cavabdeh3 28.000 manatını iddiaçının razılığı ilə Bakı şəhərində yerləşən “Melisa Park” Yaşayı ş Kompleksindən mənzilin alınması üçün verildiyini, 2.000 manat pulu isə mənzili tapan vasitəçilərə və sair xərclərə sərf olunduğunu bildirsə də, o, bu məsələ ilə bağlı birinci instansiya məhkəməsinə və apellyasiya məhkəməsinə hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçı isə cavabdeh tərəfindən ona cəmi 25.000 manat pul ödənildiyini bildirmişdir.

29. Bundan başqa məhkəmə cavabdehlərin onlara məxsus olduğu bildirilən səs yazısının onların razılığı alınmadan açıq məhkəmə iclasında səsləndirilməsinin qanunvericilik normalarının və konstitusion hüquqların kobud şəkildə pozulması barədə apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək bildirmişdır ki, səs yazısı şəxsi toxunulmazlıq hüququnun pozulması, cavabdehin şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunması kimi qiymətləndirilə bilməz. Həmçinin, cavabdeh verdiyi şikayətində həmin səs yazısının ona məxsus olmasını mübahisələndirmədiyindən bu barədə əlavə araşdırmaya lüzum yoxdur. Yəni cavabdeh qeyd edilən səs yazılarının ona məxsus olmasını etiraf etmişdir.

30. Məhkəmə gəldiyi nəticəni MM-in 777.1, 778.1, 778.2, 778.3, 779.1-ci maddələrinə, “Ailə Məcəlləsi”nin 41.2-ci maddəsinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il və “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixl i qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarlarına, MPM-in 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

31. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişlər.

32. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 iyul 2024-cü il tarixli 2(102)-1985/2024 nömrəli qərarı ilə (hakimlər Zəki Babayev (sədrlik edən) Zaur Əliyev, Əhməd Əhmədov) kassasiya şikayəti təmin edilmiş, ap ellyasiya instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.

34. Məhkəmə qeyd etmişdir ki, torpaq sahəsinin 1 sotunun 2017-ci il tarixdə real bazar dəyərinin 8.000-10.000 manat, yaxud Cavabdeh1 qeyd etdiyi kimi alğı-satqının 5.800 manat məbləğdə razılaşdırılması ağlabatan qiymət kimi qəbul olunsa belə, apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim olunmuş digər sübutların kifayət qədər ziddiyyətli olmasına MPM-in 95.1, 95.2 və 106.3-cü maddələrinin tələbləri baxımından düzgün qiymət verməmişdir.

35. Bundan başqa, apellyasiya instansiya məhkəməsi alğı-satqıdan sonra Cavabdeh3 arvadı Cavabdeh2 Qəbələ şəhərində dəyəri 40.000 manat olan fərdi yaşayış evinin alma sı barədə məlumatı, iddianın Cavabdeh2 qarşı təmin edilməsi üçün əsas kimi qəbul edərkən, həmin sübutun mötəbərliyini digər sübutlarla qarşılıqlı şəkildə yoxlamamış, sonuncuya alınmış fərdi yaşayış evinin məhz iddiaçıya məxsus torpaq sahəsinin satılmasından əldə olunmuş vəsait hesabına 2018-ci il 30 aprel tarixində alınması ilə bağlı hər hansı araşdırma aparmamış və həmin məlumatı mötəbər sübut kimi qəbul edilərkən yalnız iddiaçının subyektiv mülahizələrinə əsaslanmışdır.

36. Apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Apellyasiya instansiya məhkəməsi yalnız yuxarıda q eyd olunan sübutlara əsasən Cavabdeh3 torpaq sahəsini 127.600 manata satması, habelə iddiaçıya qaytarılmalı olan məbləğin məhz 102.600 manat təşkil etməsi barədə qənaətə gəlməklə, MPM-in 88-ci maddəsinin tələbini pozmuşdur.

37. Ali Məhkəmə hesab etmişdir ki, apellyasiya məhkəməsi iddia müddətinin başlanğıc anının müəyyən edilməsi və onun keçməsi ilə bağlı sübutetmə yükünü düzgün qiymətləndirməmişdir. İddiaçı ilə Cavabdeh3 arasında tapşırıq münasibətlərinin mövcudluğu 2017-ci il 27 iyun tarixli və 5 il müddətinə 2022-ci il 27 iyun tarixinədək verilmiş etibarnamə ilə təsdiq olunur. Buna görə MM-in 373.2-ci maddəsi üzrə 3 illik iddia müddətinin axımı mübahisəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin bağlandığı 2017ci il 9 sentyabr tarixindən hesablanmalı və 2020-ci il 9 sentyabr tarixində başa çatmalı idi. Halbuki iddiaçı məhkəməyə yalnız 2023-cü il 21 iyul tarixində müraciət etmişdir. Bununla belə, birinci instansiya məhkəməsi cavabdehlərin nümayəndəsi tərəfindən iddia müddətinin tətbiqi barədə verilmiş ərizəyə heç bir münasibət bildirməmiş və bu məsələni araşdırmadan buraxmışdır.

38. Məhkəmə qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi iddia müddətinin başlanğıcını dəqiq müəyyən etməmiş, bu məsələ üzrə araşdırma aparmamış, yalnız iddiaçının öz izahlarına əsaslanmış və sübutetmə yükünü yanlış olaraq cavabdehin üzərinə qoyaraq, cavabdehin iddiaçının 2017-ci ildən satışdan xəbərdar olduğunu təsdiq edən hər hansı sübut təqdim etmədiyini irəli sürmüşdür.

39. Ali Məhkəmə MM-in 377.1 və 377.2-ci maddələrinə istinadən qeyd etmişdir ki, apellyasiya instansiyası bu maddi hü quq normalarını düzgün tətbiq etməmiş və iddia müddətinin başlanğıcını müəyyən edərkən iddiaçının öz iddia ərizəsində göstərdiyi mühüm halları nəzərə almamışdır. Belə ki, iddiaçı etiraf etmişdir ki, o, torpağın satılması barədə ilk məlumatı 2017-ci ildə valideynlərinin zəngi ilə almış, həmin vaxt torpağın hissəhissə ödənilməklə satıldığını, hətta ilkin olaraq 25.000 manat ödənildiyini bilmiş və bu, onun torpağın həm satıldığından, həm də özü dediyi yüksək qiymət aralığında (8.000– 10.000 manat/sot) satıldığından xəbərdar olması demək idi. Torpağın dəyərinin hissəhissə ödənilməsi isə icra müddəti müəyyən edilmiş öhdəlik yaratdığından, iddia müddətinin axımı Məhərrəm Rəhimov tərəfindən ödənişlərin 11 sentyabr 2017-ci ildən başlayaraq 18 dekabr 2017-ci il tarixində sonuncu ödənişlə tamamlandı ğı tarixdən hesablanmalı idi. Apellyasiya məhkəməsi bu halları araşdırmadan iddia müddətinin başlanğıcını yanlış müəyyən etmişdir.

40. Apellyasiya instansiyası məhkəməsi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini tam araşdırmamış, sübutetmə yükünü düzgün bölüşdürməmiş, qətnaməsini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Göstərilən halları araşdırmadan və qiymətləndirmədən apellyasiya instansiya məhkəməsinin iddiaçının cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiasının təmin edilməsi haqqında gəldiyi nəticə tam və əsaslı deyildir.

41. Məhkəmə kollegiyası öz mövqeyini MM-in 377.1, 377.2-ci maddələrinə, “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Resp ublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarına, “L.İ.Binnətovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 8 may 2008-ci il tarixli qərarına, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

42. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 noyabr 2024-cü il tarixli 2(107)-1131/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 102.600 manat pul və ödənilmiş 393 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçıya ödənilməsi, iddia tələbi Cavabdeh1 aid olan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən hakim – V.Məlikov, hakimlər – Z.Tahirov, R. Rəfiyev).

43. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı Cavabdeh3 verdiyi etibarnaməyə əsasən ona torpaq sahəsini konkret olaraq 30000 manata satması barədə deyil, Bakı şəhərində bir neçə evin alınması məqsədilə mövcud bazar qiymətinə satması barədə tapşırıq vermişdir. Bu fakt iddiaçının iddia ərizəsi ilə yanaşı izahatlarda və iddiaçı tərəfindən verilmiş etibarnamədə öz əksini tapmışdır. O zaman isə torpaq sahəsinin real bazar qiyməti 8.000-10.000 manat olmuşdur. Buna görə də sözügedən torpaq sa həsinin 30000 manata satılması real görünmür.

44. Halbuki, Cavabdeh2 Cavabdeh1 və X3 ilə olan telefon danışıqlarında torpaq sahəsinin satılmasına görə Cavabdeh1 127.600 manat pul almasını etiraf etmişdir. Həmçinin telefon danışığında bu işlər ilə qızının həyat yoldaşı X4 məşğul olduğunu, onunla əlaqə saxlanılmasını bildirmişdir. Cavabdeh1, X3 və X6 arasında olan telefon danışıqlarında isə Zəfər Cəmilov İddiaçı mülkiyyətində olan 0,22 ha torpaq sahəsini Cavabdeh1 127.600 manata satılması barədə məlumatlı olduğunu bildirmişdir. Həmçinin birinci instansiya məhkəməsinin iclasında səs yazılarında olan səslərin ona məxsus olduğunu bildirmişdir.

45. İddiaçı şifahi vəsatətlə çıxış edərək, “CD” diskdə olan səs yazılarının onlara məxsusluğuna aydınlıq gətirilməsi məqsədilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 apellyasiya baxışında iştirak etmələrinin təmin olunmasını xahiş etmiş, vəsatət təmin olunsa da, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirak etməmişlər.

46. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etməklə yanaşı, torpaq sahəsinin 127.600 manata satılmasının məhkəmə iclasında iştirak edən Cavabdeh1 tərəfindən də təsdiq edilməsinə, apellyasiya instansiya məhkəməsində birinci icraat zamanı isə əlavə olaraq, Qəbələ Qiymətləndirmə MMC-nin 2024-cü il 5 fevral tarixli arayışına istinad etmişdir.

47. Azərbaycan Respublikası Ali Məhkəməsinin alğı-satqıdan sonra Cavabdeh3 arvadı Cavabdeh2 Qəbələ şəhərində dəyəri 40.000 manat olan fərdi yaşayış evinin alması barədə göstərişi ü zrə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə olan sübutlarla təsdiq olunur ki, Cavabdeh2 dəyəri 40000 manat olan fərdi yaşayış evini məhz 30 aprel 2018-ci ildə, yəni iddiaçıya məxsus əmlak satıldıqdan sonra almışdır. Bu isə belə bir məntiqi nəticəyə gəlməyə əsas verir ki, həmin ev iddiaçıya məxsus əmlakın satılması nəticəsində əldə olunmuş pul vəsaiti ilə alınmışdır. Çünki iddiaçıya məxsus torpaq sahəsinin satılmasına görə Cavabdeh3 həmin vaxt 102600 manat pula malik olduğu sübut olunur. O da həmin vaxt arvadı Cavabdeh2 (birgə mülkiyyətinə) 40000 manat dəyərində fərdi yaşayış evi almışdır.

48. Ali Məhkəmənin iddia müddəti ilə bağlı göstərişləri üzrə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, torpağın pulunun hissə-hissə olaraq Cavabdeh1 əri Məhərrəm Rəhimov tərəf indən bir dəfə 2017-ci il 3 noyabr tarixdə Cavabdeh3 adına, 2017-ci il 11 sentyabr tarixdən başlanmaqla, sonuncusu 2017-ci il 18 dekabr tarixdə olmaqla 4 dəfəyə Çingiz Əliyevin adına ödənilməsi iddiaçı ilə Cavabdeh1 arasında 2023cü il 21 iyul tarixli “Barışıq Sazişi” bağlandıqdan sonra məlum olmuşdur.

49. Belə ki, həmin “Barışıq Sazişi”nin 7.2-ci bəndində qeyd edilən şərtə əsasən Cavabdeh1 torpaq sahəsinin hər bir sotu 5.800 manat olmaqla ümumikdə 127.600 manat məbləğində pula alınması və həmin məbləğdə pulun iddiaçının atası Cavabdeh3 nağd və köçürmə yolu ilə verilməsini təsdiq edən zəruri sübutları iddiaçıya təqdim etməyi öz öhdəsinə götürmüşdür. Belə olan halda, iddia ərizəsində qeyd edilən 5 ödəniş tarixçəsi iddiaçıya 2023-cü il 21 iyul tarixli “Barışıq Sazişi” bağlandıqdan sonra məlum olmuşdur.

50. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, hazırkı halda iddiaçının iddia müddətinin ötürməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh tərəf isə iddiaçının məhz 2017-ci il tarixdən torpaq sahəsinin 30000 manata satılmasından xəbərdar olmasına dair məhkəmələrə hər hansı bir sübut növü təqdim etməmişdir.

51. Həmçinin, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən maddi hüquq norması kimi MM-in 1091 və 1092-ci maddələrinə istinad etməklə səhvə yol vermişdir. Halbuki iddiaçının tələblərinin qanuni əsası kimi MM-in tapşırıq müqaviləsindən bəhs edən 777, 778, 779-cu maddələri nəzərdən keçirilə bilər.

52. Bundan başqa apellyasiya məhkəməsi bildirmişdir ki, iş materiallarının 26-cı səhifəsindəki 27 iyun 2017-ci il tarixli, 1207/2017 saylı etibarnaməd ən aydın olur ki, iddiaçı Cavabdeh3 torpaq sahəsi üzərində sərəncam vermək, alğı-satqı müqaviləsini imzalamaq, notariatda onu təmsil etmək, satışdan ona çatası məbləği almaq və bütün sənədləşmə işlərini aparmaq səlahiyyəti ilə təmin etmişdir. Bu hal təsdiq edir ki, tərəflər arasında münasibətlər MM-in tapşırıq müqaviləsi normaları ilə tənzimlənməli olduğu halda, birinci instansiya məhkəməsi yanılmaz şəkildə əsassız varlanma haqqında normaları tətbiq etmişdir. Buna görə də qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir.

53. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 777.1, 777.2, 778.1, 778.3, 779.1-ci maddələrinə, “Ailə Məcəlləsi”nin 41.2-ci maddəsinə, MPM-in 14.2 və 77.1ci maddələri ilə əsaslandırmışdır. Kassasiya instansiya məh kəməsindəki ikinci icraat

54. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyasi məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdirlər.

55. Kassasiya şikayətinin məzmunu iddiaya etirazın məzmunu ilə eyni olmuşdur.

56. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2025-ci il tarixli 2(102)-859/2025 nömrəli qərarı ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır (sədrlik edən hakim – A.Abbasov, hakimlər – Ə.Nurməmmədov, R.Həsənov).

57. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşmayaraq vurğu lamışdır ki, Ali Məhkəmənin əvvəlki qərarında da qeyd olunduğu kimi, tərəflər arasında tapşırıq münasibətləri 27 iyun 2017-ci il tarixli və 5 il müddətinə verilmiş etibarnamə ilə təsdiq olunur və buna görə MM-in 373.2-ci maddəsinə əsasən 3 illik iddia müddətinin axımı mübahisəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin bağlandığı 2017-ci il 9 sentyabr tarixindən hesablanmalı, müddət 2020-ci il 9 sentyabr tarixində başa çatmalı idi. Halbuki iddiaçı məhkəməyə yalnız 2023-cü il 21 iyul tarixində müraciət etmişdir. Apellyasiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iddia müddətinin başlanması üçün həlledici olan bu tarixlərə lazımi hüquqi qiymət verməmiş və sübutetmə yükünü düzgün bölüşdürmədən iddianı təmin etmişdir. Ali Məhkəmənin əvvəlki göstərişlərinə baxmayaraq, apellya siya instansiyası yenidən iddiaçının yalnız 2023-cü il 7 aprel tarixində torpağın 2017-ci il 9 sentyabr tarixində satıldığını öyrəndiyini əsas götürərək iddia müddətinin bu tarixdən başladığını hesab etmiş və iddia müddətinin ötürülməsini sübut etmə yükünü də əsassız olaraq cavabdehin üzərinə yönəltmişdir.

58. İddiaçının öz hüquqlarının pozulduğu vaxtın, yəni iddia müddətinin axımının 07 aprel 2023-cü ildən başlanmasını qeyd edən apellyasiya instansiyası məhkəməsi bu halın hansı sübutla müəyyən edilməsinə aydınlıq gətirməmişdir. Buna görə də bu halın nə ilə müəyyən olunması nə işdən, nə də qətnamədən görünmür.

59. Məhkəmə iclas protokollarına əsasən (İİ cild, vərəqlər 57, 75) iddiaçının nümayəndəsi Nümayəndə1 sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, iddiaçıya torpağın satılması barədə məlumat atası tərəfindən hələ 2017-ci ildə verilib, lakin iddiaçı 2022-ci ilin yayında Almaniyadan Azərbaycana gələnədək torpağın hansı qiymətə satıldığını bilməmişdir. Digər vəkil isə qeyd etmişdir ki, iddiaçı satış barədə 2023-cü ildə dəqiq məlumat aldıqdan dərhal sonra vəkillə müqavilə bağlamış, həmçinin iddiaçının müraciəti əsasında 2022-ci ildə Qəbələ Rayon Polis Şöbəsində torpağın satılması ilə bağlı araşdırma aparılmışdır.

60. Buna görə də kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının bir vəkili torpağın satılması barədə məlumatın iddiaçıya 2017-ci il tarixdə verilməsinə, iddiaçının hüquqlarının pozulduğu vaxtın isə 2022-ci ilin yay ayına təsadüf etməsinə, digər vəkili isə iddiaçının bu faktlar barəsində 2023-cü ildə xəbəri olduğundan dərhal vəkillə müqavilə ba ğlamasını deməklə, biri digərini tamamlamayan, hüquqlarının pozulduğunun gah 2022-ci, gah da 2023-cü ildən iddiaçıya məlum olmasını bildirməklə ziddiyyətli izahatlar vermiş, eləcə də bildirdikləri fakt barəsində də hər hansı sübut təqdim etməmişlər.

61. Apellyasiya instansiyası məhkəməsi iddiaçının nümayəndə və vəkillərinin iddiaçının hüquqlarının pozulduğu vaxtın müəyyən edilməsi ilə bağlı ziddiyyətli məlumatlar vermələrinə əhəmiyyət verməmiş, həmin ziddiyyəti aradan qaldırmaq üçün nümayəndələr sorğu-sual edilməmiş, nümayəndələrin irəli sürdüyü hallarla bağlı hər hansı sübutun olubolmamasını onlara təklif etməmiş, üstəlik, Cavabdeh3 iddiaçının ona verdiyi etibarnamə əsasında iddiaçıya məxsus olan torpaq sahəsini 2017-ci il 9 sentyabr tarixində Cavabdeh1 satmasını və ona da bu barədə bil dirməməsini göstərmişdir. Hansı ki, iddiaçının vəkillərindən biri (nümayəndəsi) torpağın satılması barədə məlumatın iddiaçıya 2017-ci il tarixdə verilməsini göstərmişdir.

62. Məhkəmə kollegiyası apellyasiya instansiyasının “iddia müddətinin ötürülməsini cavabdeh sübut etməlidir” mövqeyini əsassız hesab edərək qeyd etmişdir ki, cavabdehlər iddia müddətinin keçməsini alqı-satqı müqaviləsinin 09 sentyabr 2017-ci ildə bağlanması və iddianın isə yalnız 21 iyul 2023-cü ildə verilməsi faktına istinad etməklə kifayət qədər əsaslandırmışlar. MM-in 368 və 369.1-ci maddələrinə görə müddətin təqvim tarixindən keçməsi qanuni prezumpsiyadır və bu halda 3 illik iddia müddətinin 09 sentyabr 2020-ci ildə başa çatması mübahisə doğurmur. Deməli, cavabdehlərin müddətin ötürülməsi barədə ərizə verməklə sübutet mə öhdəliyi tamamlanmış sayılır. Bundan sonra sübutetmə yükü dəyişir və qanuni prezumpsiyanın əksini yəni müddətin ötürülmədiyini, hüququn pozulmasının nə vaxt bilindiyini və iddia müddətinin axımının hansı tarixdən başlamalı olduğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

63. Qeyd edildiyi kimi iddiaçı tərəf prezumpsiyanı aradan hüquqlarının pozulduğu vaxtın hansı tarixdən bəlli olmasına dair hər hansı sübut təqdim etməmiş, bununla bağlı əsaslı izah verməmiş, onun nümayəndələrindən biri torpağın satılması barədə məlumatın iddiaçıya 2017-ci il tarixdə verilməsi, eləcə də iddiaçının bu işlərdən 2022-ci ildə Azərbaycana gəlməsindən sonra, digəri isə 2023-cü ildə xəbər tutması barədə ziddiyyətli məlumatlar verməklə kifayətlənmiş, apellyasiya instansiyası məhkəməsi də təsdiqini tapmaya n bu məlumatlara əsasən iddia müddətinin ötməməsi və üstəlik, iddia müddətinin ötməsi halının sübut etmə vəzifəsinin cavabdehlərin üzərinə düşməsi barədə səhv nəticəyə gəlmişdir.

64. Ali Məhkəmə əvvəlki qərarında apellyasiya instansiyasına göstərmişdi ki, iddiaçının təqdim etdiyi digər sübutlar xüsusən torpağın satış qiymətinə dair S. Xəlilova, Cavabdeh1, Məhərrəm Rəhimov və Zəfər Cəmilov arasındakı telefon danışıqlarının əks olunduğu CD MPM-in 95.1, 95.2 və 106.3-cü maddələrinin tələbləri əsasında düzgün qiymətləndirilməlidir, çünki həmin danışıqlar iddiaçı ilə deyil, işə aidiyyəti olmayan şəxslər arasında aparılıb və sübutların mənbəyi, əldə edilmə üsulu, eləcə də iddiaçıya kim tərəfindən təqdim edilməsi aydınlaşdırılmayıb. Apellyasiya məhkəməsi bu CD-ni sübut kimi qəbul etsə də, Ali Məh kəmənin göstərişinə baxmayaraq, onun MPM-in 76.3, 95.1 və 95.2ci maddələri, həmçinin Konstitusiya Məhkəməsinin mövqeyi baxımından sübut kimi qəbul edilə biləcəyi məsələsini araşdırmamış, nəticədə Ali Məhkəmənin bu barədə göstərişləri icrasız qalmışdır.

65. Ali Məhkəmə qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyət həddini aşaraq apellyasiya predmetinə daxil olmayan hissəni yəni iddianın Cavabdeh1 qarşı təmin edilməmiş hissəsini də araşdırmışdır. Halbuki birinci instansiya məhkəməsi iddianı Cavabdeh1 qarşı rədd etmiş, həmin hissə üzrə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı bu barədə kassasiya şikayəti verməmiş və Ali Məhkəmənin əvvəlki qərarı da yalnız iddianın Cavabdeh3 və Cavabdeh2 qarşı təmin edilən hissəsinin yoxlanılmasına yönəlmişdir. Buna görə yeni apellyasiya baxışının predmeti yalnız bu iki cavabdehə aid hissə olduğu halda, apellyasiya instansiyası məhkəməsinin Cavabdeh1 dair mübahisə predmetinə daxil olmayan hissəni də araşdırması MPM-in 372.6-cı maddəsinin tələbinə zidd olmuşdur. Apellyasiya instansiya məhkəməsindəki üçüncü icraat

66. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2025-ci il 10 iyul tarixli, 2(107)539/2025 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən birlikdə verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia rədd edilmişdir (sədrlik edən hakim – Z.Sadiqov, hakimlər – E.Hüseynov, T.Musayev).

67. Qeyd olunan qanunvericilik normaları və mübahisənin həllində məhkəmənin riayət etməli olduğ u müvafiq məhkəmə qərarlarının tələbləri və həmin qərarlarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, hazırkı iddia tələbinin sübutu kimi məhkəməyə təqdim olunmuş və iddia ərizəsinin əsaslandırıldığı sübutların tədqiqi və qiymətləndirilməsi nəticəsində müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi və şərtləri yuxarıda şərh edilən iddiaçı ilə Cavabdeh1 arasında imzalanmış 2023-cü il 21 iyul tarixli “Barışıq Sazişi” onların arasında yaranmış mübahisə ilə bağlı Qəbələ Rayon Məhkəməsinin icraatında olan birinci işin, yəni e-2(025)-900/2023 №-li işin barışıq yolu ilə həll edilməsi üçün bağlanmışdır və Qəbələ Rayon Məhkəməsinin “iddia ərizəsinin qaytarılması” barədə qəbul edilmiş 2023-cü il 26 iyul tarixli e-2(025)-900/2023 nömrəli qərardadında da həmin Barışıq Sazişinə istinad olunmuşdu r.

68. Həmçinin, iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim edilmiş 5 ədəd pul ödənişi tarixçəsindən yalnız biri, yəni 2017-ci il 3 noyabr tarixdə X1 adından Cavabdeh3 5000 ABŞ dollarının göndərilməsini əks etdirən ödəniş tarixçəsi 2017-ci il 9 sentyabr tarixli alqısatqı müqaviləsi bağlandıqdan təxminən 2 ay sonra sonuncuya bir dəfə qeyd olunan məbləğdə pulun göndərilməsi ilə əlaqədar tərtib edilmişdir.

69. Məhkəməyə təqdim olunmuş “CD” diskdə olan Cavabdeh1, Məhərrəm Rəhimov və Cavabdeh2 arasında olan telefon danışıqları və həmçinin Cavabdeh1, Məhərrəm Rəhimov və Zəfər Cəmilov arasında olan telefon danışıqları isə İddiaçı cavabdehlərə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 2 may 2023-cü ildə Qəbələ Rayon Məhkəməsinə müraciət olunduqdan sonra başlanmı ş məhkəmə prosesi dövründə (e-2(025)-900/2023 nömrəli mülki iş) Cavabdeh1 tərəfindən digər danışan tərəfin xəbəri olmadan qeydə alınmış telefon danışıqlarını əks etdirir və işin hallarına görə həmin səs yazıları iddiaçı tərəfə məlum Barışıq Sazişinin şərtlərinə uyğun olaraq iş üzrə cavabdehlərdən biri olan Cavabdeh1 tərəfindən təqdim edilmişdir. Həmin telefon danışıqlarının ümumi mahiyyəti isə ondan ibarətdir ki, Cavabdeh1 və onun əri Məhərrəm Rəhimov “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi əsasında başlanmış birinci məhkəmə işindən narahat olaraq, bununla bağlı alqı-satqı müqaviləsini imzalamış Cavabdeh3 arvadı Cavabdeh2 və onun qızının əri Zəfər Cəmilovla danışıqlar apararaq, həmin mülki işin özlərinə qarşı ehtimal olunan mənfi və arzuolunmaz nəticələrinin arad an qaldırılmasına çalışmış və bu danışıqlar zamanı Cavabdeh1 məlum torpaq sahəsinə görə Cavabdeh3 127600 manat pul ödəməsi barədə danışdığı şəxslərə məlumat vermişdir.

70. Danışıqların aparıldığı Cavabdeh2 və Zəfər Cəmilov isə iddiaçının belə bir iddia qaldırmasında haqsız olduğunu vurğulayaraq, Cavabdeh1 narahatçılığını aradan qaldırmağa çalışmışlar. Lakin, bu danışıqlar bilavasitə məlum alqı-satqı müqaviləsinin bağlanmasını və torpağın satılmasını icra etmiş Cavabdeh3la aparılmamışdır. Səs yazısının təqdim olunduğu Zəfər Cəmilov məlum müqavilə və eyni zamanda hazırkı iş üzrə tərəf deyildir. Səs yazısının təqdim olunduğu Cavabdeh2 isə hazırkı iş üzrə cavabdeh olsa da, məlum müqavilə üzrə tərəf olmamışdır. Mülki prosessual qanunvericiliyin tələbləri baxımından və eyni zamanda, məlum danışı qlarda torpaq sahəsinə “127600 manat məbləğində pul ödənilməsi” barədə məlumat hazırkı mübahisənin nəticəsindən bilavasitə maraqlı olan Cavabdeh1 tərəfindən verildiyindən və digər bu kimi hallar, həmin səs yazılarının mübahisənin həlli üzrə mötəbər sübut olaraq “əsaslı şübhədən kənar” sübut meyarına uyğun gəlmir.

71. Məhkəmə kollegiyası iddiaçının “alqı-satqı müqaviləsindən xəbəri olmadığı üçün iddia müddəti 2017-ci il 9 sentyabr tarixindən başlaya bilməz” mövqeyinə cavab olaraq qeyd etmişdir ki, mübahisə şifahi tapşırığın icrası ilə bağlı olduğundan iddia müddətinin başlanması üçün tapşırığın faktiki icra olunduğu tarix müəyyən edilməlidir və bu tarix də torpaq sahəsinin satıldığı 9 sentyabr 2017-ci ildir. Bu halda 3 illik iddia müddəti 09 sentyabr 2020-ci ildə bitməli idi. Lakin iddiaç ı müqavilənin bağlanmasından xəbərsiz olduğunu bildirsə də, iş üzrə mübahisəsiz müəyyən edilib ki, həmin satışdan əldə edilən 30.000 manat vəsaitdən istifadə edilməklə iddiaçı üçün 2018-ci ilin dekabrında Bakı şəhərində mənzil alınmışdır. İddiaçı özü də bu mənzilin alınması zamanı torpaq satışından gələn pulun istifadə edildiyini, hətta mənzil üçün əlavə ödəniş etdiyini təsdiq etmişdir. Belə şəraitdə həmin vəsaitin hansı mənbədən gəldiyini bilməməsi məntiqə uyğun olmadığından, məhz 2018-ci ilin dekabrı iddiaçının öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu tarix hesab edilməlidir. Bu tarixdən hesablandıqda 3 illik iddia müddəti 2021-ci ilin dekabrında başa çatmalı idi, halbuki iddiaçı məhkəməyə ancaq 21 iyul 2023-cü il tarixində müraciət etmişdir.

72. Apellyasiya Məhkəməsi gəldiy i nəticəni MM-in 372, 373.2, 375.2, 377.1, 380.1, 385.1, 386.1, 389.1, 390.1, 425.1, 425.2, 777.1, 777.2, 778.1, 778.2, 778.3, 779.1-ci maddələrinə, Azərbaycan Respublikası “Ailə Məcəlləsi”nin 41.2-ci maddəsinə, Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 67.1, 67.3, 67.4, 68-ci maddələrinə, MPM-in 76.3, 95.1, 95.2, 106.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

73. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəmsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

74. MM-in 425.1, 777.1, 778.1, 778.3, 779.1-ci maddələri üzrə - İddiaçı torpaq sahəsinin hər sotunun 8.000–10.000 manat məbləğində razılaşdırıldığını və bu səbəbdən Cavabdeh3 etibarnamə ve rdiyini bildirmiş, lakin Cavabdeh3 torpağı 30.000 manata satdığını iddia etdiyi halda, digər Cavabdeh1 onu əslində 127.600 manata aldığını məhkəmədə etiraf etmişdir. Bu isə mülki qanunvericiliyin qeyd edilən maddələrinə əsasən tapşırıq müqaviləsi üzrə nümayəndənin vəkalət verənlə razılaşdırılmış şərtlərə əməl etməsi və əldə olunan vəsaiti tam şəkildə hesabatla təqdim etməsi öhdəliyinin pozulduğunu göstərir. Cavabdeh3 razılaşdırılmış qiymətdən kənar hərəkət etməklə satışdan əldə olunan vəsaitin əsas hissəsini gizlətmiş, nəticədə həm tapşırığa əməl etməmiş, həm də MM-in əsassız varlanmaya dair müddəaları baxımından iddiaçı hesabına əsassız qazanc əldə etmişdir. Məhkəmə Cavabdeh1 torpağın faktiki 127.600 manata satıldığına dair etirafına və təqdim edilmiş sübutlara lazımi hüquqi qiymət verməm iş, bu əsassız varlanma faktını nəzərə almamışdır. Bundan başqa, Cavabdeh3 davranışı əldə olunmuş vəsaiti gizlətməsi və etibardan sui-istifadə etməsi cinayət tərkibi ehtimalını doğurduğundan, məhkəmə onun barəsində xüsusi qərardad çıxarmalı olduğu halda bunu etməmişdir. Məhkəmənin mübahisəni hüquqi çərçivədə deyil, “övlad ataanasından pul tələb etməməlidir” kimi qeyri-hüquqi yanaşma ilə qiymətləndirməsi prosessual və maddi hüquq normalarının pozulmasına səbəb olmuşdur, halbuki tərəflərin ailə münasibətləri deyil, faktiki hallar və hüquqi öhdəliklər qiymətləndirilməli idi.

75. MM-in 372, 373.2, 377.1 və 380.1-ci maddələrinə uyğun olaraq iddia müddətinin başlanğıcı hüququn pozulduğu və ya pozuntu barədə bilindiyi andan hesablanmalı olduğu halda, məhkəmə bu məsələni yanlış müəyyən etmişdir. İ ş materiallarına görə alqı-satqı müqaviləsində 30.000 manat göstərilmiş və 2018-ci ildə iddiaçı üçün alınmış mənzilə həmin məbləğin 25.000 manatı yönəldilmişdir. İddiaçı o dövrdə yalnız bu rəqəmi bilmiş və mənzilin hansı qiymətə əldə olunmasının özü də məhkəmə tərəfindən tam araşdırılmamışdır. Halbuki gizlədilmiş 97.600 manatlıq fərq barədə iddiaçı yalnız 2023-cü ilin iyulunda barışıq sazişi və Cavabdeh1 etirafı nəticəsində məlumat əldə etmişdir. Bu şəraitdə 2018-ci ilin dekabrını iddia müddətinin başlanğıcı kimi qəbul etmək həm faktiki hallara, həm də MM-in 377.1-ci maddəsinin tələbinə ziddir və iddiaçının müdafiə hüququnu əsassız məhdudlaşdırır. Məhkəmənin bu tələblərə əməl etmədən iddia müddətinin keçdiyini əsas götürməsi həm müddətin başlanğıcının müəyyən edilməsində, həm də iddiaçın ın pozulmuş hüququnun qiymətləndirilməsində ciddi maddi-hüquqi və prosessual pozuntu təşkil edir.

76. MPM-in 76.1, 95.1 və 95.2-ci maddələrinin tələbləri düzgün tətbiq edilmədən məhkəmə təqdim edilmiş səs yazılarını sübut kimi əsassız rədd etmişdir. Məhkəmənin əsas gətirdiyi “Cavabdeh2 müqavilə tərəfi olmaması” arqumenti faktiki hallarla ziddiyyətlidir. Çünki Cavabdeh2 iddiaçının anası və Cavabdeh3 həyat yoldaşı olmaqla yanaşı, hazırkı iş üzrə cavabdehdir və Konstitusiya Məhkəməsinin 12 aprel 2021-ci il qərarına əsasən birbaşa mübahisə ilə əlaqəli tərəf sayılır. Digər danışıqlar iştirakçısı Cavabdeh1 da iş üzrə tərəfdir və sözügedən danışıqlarda torpağı 127.600 manata aldığını etiraf etmişdir. Hər iki şəxsin tərəf statusu nəzərə alınmalı, onların iştirak etdiyi danışıqlar işin predmeti ilə bağlı faktların müəyyən olunması üçün əhəmiyyətli sübut kimi qiymətləndirilməli idi. Səs yazılarının əldə olunma şəraiti barədə ziddiyyətlər araşdırılmadan, yalnız formalaşdırılmış süni əsaslarla sübut kimi qəbul edilməməsi MPMin qeyd edilən maddələrinə və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə ziddir.

77. MPM-in 97.1, 106.1 və 167.1.9-cu maddələrinin tələblərinə zidd olaraq məhkəmə işdə mövcud kəskin ziddiyyətləri araşdırmadan qiymətləndirmə ekspertizası təyin etməmişdir. İş materiallarından görünür ki, Cavabdeh3 torpağın 30.000 manata satıldığını iddia etdiyi halda, digər Cavabdeh1 həmin torpaq sahəsini faktiki olaraq 127.600 manata aldığını etiraf etmişdir. Belə bir ciddi uyğunsuzluq şəraitində məhkəmənin yalnız tərəflərin izahatları ilə kifayətlənməsi işin tam, hərtərəfli və obyek tiv araşdırılması vəzifəsinin pozulmasıdır. Ekspertiza təyin edilsəydi, 2017-ci ildə Qəbələdə 0,22 ha torpaq sahəsinin real bazar dəyəri müəyyən edilər, tərəflərin izahatlarının həqiqətə uyğun olub-olmaması obyektiv qiymətləndirilərdi. Məhkəmənin ekspertiza aparmadan Cavabdeh3 izahatına üstünlük verməsi əsassız olmuş və işin düzgün həllinə maneə yaratmışdır.

78. MM-in 88-ci maddəsinin tələb etdiyi kimi məhkəmə sübutlara obyektiv, qərəzsiz və hərtərəfli qiymət verməli olduğu halda, təqdim olunmuş ödəniş qəbzləri düzgün araşdırılmamışdır. İş materiallarından görünür ki, Cavabdeh1 torpağın alınması üçün dayısı X5 etibarnamə vermiş və ödənişlərin böyük hissəsi məhz onun vasitəsilə həyata keçirilmişdir. 11 sentyabr 2017-ci ildə 19.000 rubl, 3 oktyabrda 4.000 ABŞ dolları, 5 dekabrda 5.000 ABŞ do lları və 18 dekabrda 237.600 rubl Çingiz Əliyevə, 3 noyabrda isə 5.000 ABŞ dolları birbaşa Cavabdeh3 ödənilmişdir. Bu ödənişlərin məzmunu və ardıcıllığı alqı-satqı prosesinin məntiqi tərkib hissəsi olduğu halda, məhkəmə yalnız bir ödənişi əsas götürərək digər sübutları qiymətləndirməmiş, nəticədə sübutların tam və hərtərəfli araşdırılması prinsipini pozmuş və tərəflər arasındakı faktiki münasibətləri düzgün qiymətləndirməmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

79. Kassasiya şikayətinə qarşı Cavabdeh3 tərəfindən etiraz verilərək şikayətin təmin edilməməsi, mübahisələndirilən qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

80. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə y etirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

81. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

82. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

83. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

84. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

85. Maddə 777.1. Tapşır ıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

86. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

87. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

88. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

89. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zər ər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

90. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya baxışının hədləri

91. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

92. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

93. Məhkəmə kollegiyası kassasiya şikayətin dəlilləri üzrə mübahisələndirilən qətnaməni yoxlayaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməlidir.

94. Azərbaycan Respublikası MPM-nin 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kass asiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

95. İşə baxmış məhkəmə tərəfindən prosessual normaların pozuntusuna yol verilibverilmədiyi yoxlayarkən kollegiya tərəfindən müəyyən edilmişdir ki, qətnamənin əsaslandırıcı hissəsi ilə nəticə hissəsi bir-birinə uyğun deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə qəbul edilmiş 11 mart 2025-ci il tarixli qərarında da qeyd edildiyi kimi, Ali Məhkəmənin 15 iyul 2024-cü il tarixli 2(102)-1985/2024 nömrəli qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı iddia tələbinin təmin edildiyi hissədə ləğv edilərək yeni baxışa qaytarıldığından cavabdehi Cavabdeh1 qarşı iddia tələbini n rədd edildiyi hissənin MPM-in 372.6-cı maddəsinin tələbinə zidd olmuşdur.

96. İşə üçüncü dəfə apellyasiya qaydasında baxmış məhkəmə qətnamənin əsaslandırıcı hissəsində (4.1-ci bənd) Cavabdeh1 qarşı iddia tələbinin rədd edildiyi hissənin yoxlanılmasının apellyasiya baxışının predmeti olmadığını və həmin hissədə icraatın yekunlaşdığını qeyd etsə də, qətnamənin nəticə hissəsində prosessual pozuntuya yol verməklə birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edildiyini, iş üzrə yeni qətnamə qəbul edilərək iddianın digər cavabdehlərlə yanaşı, eyni zamanda Cavabdeh1 qarşı hissədə də rədd edildiyini qeyd etmişdir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təkrarən MPM-in 372.6-cı maddəsinin tələbini pozmaqla apellyasiya baxışının predmeti olmayan hissə ilə bağlı qətn amə qəbul etdiyindən mübahisələndirilən qətnamə iddianın Cavabdeh1 qarşı rədd edildiyi hissədə ləğv edilməlidir.

97. Apellyasiya məhkəməsi tərəfindən iddia cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı hissədə iddia müddətinin ötürülməsi əsası ilə rədd edilmiş, məhkəmə iş üzrə gəldiyi nəticəni tam və qanunun tələblərinə uyğun əsaslandırmışdır.

98. Kollegiya kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, apellyasiya məhkəməsinin iddia müddətinin ötürüldüyünə dair iş üzrə gəldiyi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə qəbul etdiyi əvvəlki qərarlarındakı hüquqi mövqeyə uyğun olmuş, qətnamə qəbul edilərkən mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normalarının tələbləri pozulmamışdır. Buna görə də qeyd edilən hissədə qətnamənin kassasiya qaydasında ləğv e dilməsi üçün əsaslar müəyyən edilmir.

99. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-539/2025 nömrəli, 10 iyul 2025-ci il tarixli qətnaməsi iddianın Cavabdeh1 qarşı rədd edildiyi hissədə ləğv edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

100. Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-539/2025 nömrəli, 10 iyul 2025-ci il tarixli qətnaməsi iddianın Cavabdeh1 qarşı rədd edildiyi hissədə ləğv edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar