Məhkəmə qərarları › İş №2(102)-3349/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3349/2024

21.11.2024 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödəni
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3349/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ("xxxx" ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı, iddiaçılar Cavabdeh1, Cavabdeh2 vərəsələri Cavabdeh3, X30 oğlu və X13 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun ödənilməsi, öhdəlik münasibətləri, ipoteka müqaviləsi, tələbin ipoteka predmetinə yönəldilməsi, əmlakın yüklülükdən azad edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyə tinin ("xxxx" ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilkin iddia ərizəsi üzrə, iddiaçılar Cavabdeh1, Cavabdeh2 vərəsələri Cavabdeh3, X30 oğlunun, X13 cavabdeh İddiaçı ASCyə qarşı “mənzillərinin ipoteka yüklülüyündən azad edilməsi və vurulmuş zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-180/2024 nömrəli, 3 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" KB ilə Cavabdeh1 arasında bağlanmış 27 oktyabr 2004-cü il tarixli 27 saylı kredit müq aviləsində əsasən Bank Cavabdeh1 950.000 ABŞ dolları məbləğində 360 gün müddətinə kredit xətti açılmışdır. Bank kredit xətti üçün sifariş verilmiş ümumi limitin həddindən artıq olmamaq şərti ilə kredit verir. Kredit üçün axırıncı sifariş kredit müqaviləsinin qurtarma müddətinə gün qalmış təqdim edilməlidir, məbləği isə kredit xətti məbləğinin 20 %-dan çox olmamalıdır. 2. "xxxx" KB ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 26 yanvar 2006-ci il tarixli 01 saylı kredit müqaviləsinə dəyişikliklərə əsasən Bank Cavabdeh1 1.050.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. 3. "xxxx" KB ilə Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 arasında bağlanmış 26 yanvar 2006-cı il tarixli, 27 oktyabr 2004-cü il tarixli 28 saylı ipoteka müqaviləsinə dəyişikliklər əsasən ipoteka saxlayan və Cavabde h1 arasında bağlanmış 01 saylı 26 yanvar 2006-cı il tarixli kredit müqaviləsinə əsasən, “İpotekasaxlayan” borcalana illik 15/30 % hesablanmaqla 90 gün müddətinə 900.000 ABŞ dollar həcmində kredit xətti açır. Borcalan ipoteka ilə təmin olunan krediti hissə-hissə təsdiqlənmiş ödəniş qrafikinə əsasən ödəyir.

4. Bank tərəfindən müxtəlif vaxtlarda X10 ümumilikdə 360.000 ABŞ dolları, Cavabdeh1 3.285.910 ABŞ dolları pul ödənilmişdir.

5. Borclu tərəfindən Banka isə müxtəlif vaxtlarda 1.784.342 ABŞ dolları pul ödənilmişdir. 6. "xxxx" ASC ilə X8 arasında bağlanmış 27 oktyabr 2004-cü il tarixli 27 saylı kredit müqaviləsinə dəyişikliklərdən görünür ki, Cavabdeh1 arasında bağlanmış 27 saylı 27 oktyabr 2004-cü il tarixli kredit müqaviləsinə əsasən, ipoteka saxlayan borcalana illik 28/56 % hesablanmaqla 360 gün müddətinə 950.000 ABŞ dollar həcmində kredit xətti açır. Borcalan ipoteka ilə təmin olunan krediti hissə-hissə təsdiqlənmiş ödəniş qrafikinə əsasən ödəyir. İpotekaya qoyulmuş mənzilin ünvanı ünvan 1 ev 22, mənzil 14, 15, 17,18 və ünvan 9, mənzil

63. İpoteka predmeti 1.060.000 ABŞ dollar dəyərində qiymətləndirilmişdir. 7. "xxxx" ASC ilə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 arasında bağlanmış 27 iyun 2003-cü il tarixli, 83 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 arasında bağlanmış 83 № 27 iyun 2003-ci il tarixli kredit müqaviləsinə əsasən, ipotekasaxlayan Borcalana illik 30/60 % hesablanmaqla 360 gün müddətinə 300.000 ABŞ dollar həcmində kredit verilmişdir. Borcalanın kredit müqaviləsi üzrə öhdəliklərinin icra olunmasının təminatı olaraq ipotekaqoyan aşağıda qeyd olunan daşınma z əmlakı ipotekasaxlayana girov kimi təqdim etmişdir: ünvan 4, mənzil 54; ünvan 4, mənzil 53; ünvan 4, mənzil 60; ünvan 4, mənzil 59; ünvan 4, mənzil 55 ipotekaya qoyulmuşdur. İpoteka predmeti 400000 ABŞ dollar dəyərində qiymətləndirilmişdir.

8. Bakı şəhəri 28 Aprel küçəsindəki 05 №-li yaşayış evinin 4 otaqlı 63 saylı mənzili X1, Bakı şəhəri 28 May küçəsindəki 05 №-li yaşayış evinin 1 otaqlı 54 saylı mənzili Cavabdeh3, Bakı şəhəri 28 May küçəsindəki 05 №-li yaşayış evinin 4 otaqlı 60 saylı mənzili X1, Bakı şəhəri 28 May küçəsindəki 05 №-li yaşayış evinin 59 saylı mənzili Cavabdeh1, Bakı şəhəri 28 May küçəsindəki 05 №-li yaşayış evinin 55 saylı mənzili Cavabdeh1 və Bakı şəhəri 28 May küçəsindəki 05 №-li yaşayış evinin 1 otaqlı 53 saylı mənzili X1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyat dan keçirilmişdir. 9. "xxxx" Kommersiya Bankı ilə X18, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 arasında bağlanmış 27 oktyabr 2004-cu il tarixli, 28 nömrəli ipoteka müqaviləsi yuxarıda qeyd olunan mənzillər ipoteka ilə yüklü edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində birinci icraat

10. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 1.497.224 ABŞ dollarının tutulması, borcun ipoteka qoyulmuş ünvan 9, mənzil 53, 60, 55, 59, 54 və mənzil 63 yönəldilməsi və həmin əmlaklar kifayət etmədikdə cavabdehə məxsus digər əmlaka yönəldilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

11. İddiaçı MPM-nin 53-cü maddəsinə müvafiq olaraq iddia tələblərinin həcmin in artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 27 oktyabr 2004-cü il tarixli 27 №-li kredit müqaviləsinin vaxtında icra olunmadığına görə, xx.xx.2009-cu il tarixə 398.100 ABŞ dolları əsas borc və həmin məbləğə hesablanmış 244.663 ABŞ dolları faiz borcu olmaqla cəmi 642.763 ABŞ dolları məbləğində borc və xx.xx.2006-ci il tarixli 01 №-li kredit müqaviləsi vaxtında icra olunmadığına görə isə xx.xx.2009-cu il tarixə 1.041.310 ABŞ dolları əsas borc, həmin məbləğə hesablanmış 643.987 ABŞ dolları faiz borcu və faiz borcunun gecikdirilməsinə görə hesablanmış 2.737.390 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 4.442.687 ABŞ dolları məbləğində borcun, ümumilikdə hər iki müqavilə üzrə xx.xx.2009-cu il tarixə 5.065.450 ABŞ dolları məbləğində pulun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın satışından əldə olunan vəsait hesabına banka olan borcun ödənilməsi, həmin vəsait kifayət etmədikdə tutmanın cavabdehin digər əmlakına yönəldilməsi, cavabdehin ailə üzvləri ilə birlikdə həmin mənzillərdən köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh1 cavabdehlər "xxxx" ASC-yə, X11, X14, Qalib Ağayevə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia ərizəsinin rədd edilməsi, saxta məxaric orderlərinin tərtib edilməsi nəticəsində dəymiş ziyan kimi "xxxx" ASC-dən 885.977 ABŞ dolların alınaraq Cavabdeh1 verilməsi, R.Əliyevin və Q.Ağayevin onu aldatması va etibarından sui-istifadəsi nəticəsində "xxxx" ASC-yə ödədiyi, eyni zamanda onun üzərinə yazılmış pul va həmin pula görə əldən çıxmış fayda kimi 851.749 ABŞ dollarının alınaraq ona verilməsi, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2004-ci il tarixli 27 saylı kredit müqaviləsi üzrə pullar tam şəkildə banka ödənildiyindən bankın həmin kredit müqaviləsi üzrə 15.922 ABŞ dolları faiz borcu, 398.100 ABŞ dolları əsas borc, cəmi 414.022 ABŞ dolları pul tələbinin rədd edilməsi va həmin kredit müqaviləsinin təminatı olaraq bağlanmış xx.xx.2004-cü il tarixli 27 saylı ipoteka müqaviləsinə əsasən ünvan 2 ünvanda yerləşən mənzilə tutmanın yönəldilməsi tələbinin də rədd edilməsi, xx.xx.2006-cı il tarixli 01 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC tərəfindən Cavabdeh1 real şəkildə pul verilmədiyi üçün hamin müqavilə əsasında "xxxx" ASC-nin 1.083.202 ABŞ dolları məbləğində pul tələbinin 166.000 ABŞ dolları mə bləğində təmin, qalan hissələrdə qalan hissədə rədd edilməsi, xx.xx.2004-cü il tarixli 27 saylı kredit müqaviləsi üzrə pullar tam şəkildə banka ödənildiyindən ünvan 3 ünvanında yerləşən mənzilin girovluqdan azad edilməsi, xx.xx.2004-cü il tarixli 28 saylı ipoteka müqaviləsi və ona xx.xx.2006-cı il tarixli dəyişikliklər əsasında girov qoyulmuş ünvan 5 mənzil 53, 60 (Əliyeva Nuriyyə), mənzil 55, 59 (Cavabdeh1), mənzil 54 (Cavabdeh3) girovluqdan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 oktyabr 2009-cu il tarixli, №14552 saylı ekspert arayışına əsasən ekspertizaya təqdim olunmuş Cavabdeh1 adına olan 5 avqust 2005-ci il tarixli nömrəsiz, 13 may 2005-ci il tarixli, 1256 nömrəli, 22 sentyabr 2005-c i il tarixli nömrəsiz, 13 may 2005-ci il tarixli 1256 nömrəli, 22 sentyabr 2005-ci il tarixli 2198 nömrəli kassa məxaric orderlərinin əslində və kserosurətində, 16 sentyabr 2005-ci il tarixli 1828 nömrəli kassa məxaric orderinin kserosurətində, X9 adına olan 1754 nömrəli kassa məxaric orderində, 08 avqust 2005-ci il tarixli 1754 nömrəli, 12 avqust 2005-ci il tarixli 1797 nömrəli, 16 avqust 2005-ci il tarixli 1829 nömrəli kassa məxaric orderlərinin kserosurətində “Orderdə göstərilən məbləği aldım:” qrafalarındakı imzalar – X19 tərəfindən icra olunmuşdur.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 dekabr 2010-cu il tarixli, №15840 saylı ekspert rəyinə əsasən "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 saylı xx.xx.2004-cü il tarixli və 01 saylı xx.xx.2 006-cı il tarixli kredit müqavilələri üzrə son nəticə aşağıdakı kimi müəyyən edilir: xx.xx.2004-cü il tarixli kredit müqaviləsi üzrə əsas kredit borcu 98100,0 ABŞ dolları, faiz borcu 110244,6 ABŞ dolları, peniya 1377324,0 ABŞ dolları, xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə əsas kredit borcu 1041310,0 ABŞ dolları, faiz borcu 1120166,03 ABŞ dolları, peniya 13401659,7 ABŞ dolları, ümumilikdə, hər iki kredit müqaviləsi üzrə borc məbləği 17148804,33 ABŞ dolları və ya 13719043,50 manat təşkil edir. O cümlədən: əsas kredit borcu 1139410,0 ABŞ dolları, faiz borcu 1230410,63 ABŞ dolları, peniya məbləği 14778983,7 ABŞ dolları, rəyin tədqiqat hissəsində göstərilən səbəblərdən Cavabdeh1 ona verilmiş kreditlər üzrə 649481,0 ABŞ dolları məbləğində vəsaiti banka artıq ödəməsi barədə, habelə X4, X30 oğlunun, X6, Cavabdeh3, Cavabdeh1 də daxil olmaqla 5 nəfər üzrə kredit, kredit faizi və məsləhət xidməti adı ilə 1361679,0 ABŞ dolları məbləğində kreditlərin banka artıq ödənilməsinin müəyyən edildiyi xx.xx.2010-cu il tarixli audit aktında banka artıq ödəmələrin olması barədə məlumatların düzgünlüyü haqda tədqiqat aparılmamışdır.

15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 dekabr 2010-cu il tarixli 2(006)9/2010 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, ünvan 4 ünvanında yerləşən 53, 60,55,59,54 və 63 saylı mənzillərin açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına ilkin iddia üzrə Cavabdeh1 "xxxx" ASC-yə olan kredit borcu, yəni xx.xx.2004-cu il tarixli kredit müqaviləsi üzrə 398.100 ABŞ dolları əsas borc, həmin məbləğə hesablanmış 244.663 ABŞ dolları faiz borcu, cəmi 642.763 ABŞ dolları, xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə 1.041.310 ABŞ dolları əsas borc, həmin məbləğə hesablanmış 643.487 ABŞ dolları faiz borcu və faiz borcunun gecikdirilməsinə görə hesablanmış 1.000000 ABŞ dolları məbləğində cərimə, cəmi 2.685.297 ABŞ dolları, hər iki müqaviləyə görə ümumilikdə 3.328.060 ABŞ dolları məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən 53, 60,55,59,54 və 63 saylı mənzillərə tutma yönəldilməsi və onlar satıldıqda cavabdehin ailə üzvləri ilə birlikdə tutduqları yaşayış sahələrinin ən geci 01 ay ərzində tərk etmədikdə onların həmin mənzildən məcburi çıxarılması, ipoteka predmetlərinin satışından götürülmüş məbləğ ilkin iddia üzrə iddiaçının tələblərinin ödənilm əsi üçün kifayət etmədikdə Azərbaycan Respublikası MM-nin 319.6-cı maddəsinin tələbinə uyğun olaraq çatışmayan məbləğ Cavabdeh1 tutulmuş, qarşılıqlı iddia tələbi təmin edilməmişdir.

16. Qətnamədən İddiaçı ("xxxx") ASC apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, ilkin iddianın 1.737.390 ABŞ dolları məbləğində cərimənin tutulması tələbinin təmin olunmamasına dair hissədə ləğv olunması, ilkin iddianın həmin hissədə də təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Cavabdeh1 qətnamədən apelyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

18. Bakı Apelyasiy a Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli 2(103)1782/2011 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ("xxxx") ASC-nin apelyasiya şikayəti təmin olunmamış, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apelyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-09/2010 saylı 27 dekabr 2010-cu il tarixli qətnaməsi ilkin iddia tələbinin qismən təmin edilməsi hissəsində dəyişdirilmiş, Cavabdeh1 xx.xx.2004-cü il tarixli 27 saylı kredit müqaviləsi üzrə 163.100 ABŞ dolları əsas borc, həmin məbləğə hesablanmış 179.663 ABŞ dolları faiz borcu, cəmi 342.763 ABŞ dolları, xx.xx.2006-cı il tarixli 01 saylı kredit müqaviləsi üzrə 1.041.310 ABŞ dolları əsas borc, həmin məbləğə hesablanmış 643.987 AB Ş dolları faiz borcu və faiz borcunun gecikdirilməsinə görə hesablanmış 500.000 ABŞ dolları məbləğində cərimə, cəmi 2.185.297 ABŞ dolları, hər iki müqaviləyə görə ümumilikdə 2.528.060 ABŞ dolları məbləğində pul tutularaq iddiaçı “Expressbank ("xxxx") ASC-yə ödənilməsi, ipoteka predmeti olan ünvan 5 ünvanında yerləşən 53,60,55,59,54 və 63 saylı mənzillərə tutma yönəldilməsi, həmin mənzillərin açıq hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, ipoteka predmeti olan ünvan 5 ünvanında yerləşən 53,60,55,59,54 və 63 saylı mənzillərə tutma yönəldildikdə və onlar satıldıqda cavabdehlər ailə üzvləri ilə birlikdə tutduqları yaşayış sahələrini ən geci bir ay ərzində tərk etmədikdə onların həmin mənzildən məcburi qaydada çıxarılması qət edilmişdir.

19. Qətnamədən narazı qalan Cavabdeh1 kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2011-ci il tarixli, 2(102)2923/11 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)- 1782/2011 nömrəli iş üzrə 02 may 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Cavabdeh1 qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizə ilə müraciət edərək işin baxılması üçün Ali Məhkəmənin Plenumuna çıxarılmasını xahiş etmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 29 iyun 2018-ci il tarixli, 13(102)-3/2018 saylı qərardadı ilə Cavabdeh1 qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizə si təmin edilmiş, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2011-ci il tarixli qərarı, onunla əlaqədar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 may 2011-ci il tarixli qətnaməsi və qərardadı, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 dekabr 2010-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. b) Birinci instansiya məhkəməsində ikinci icraat: 22. 03.08.2018-ci il tarixdə mülki iş Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olmuşdur.

23. İddiaçı ("xxxx") ASC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsi üzrə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə rək, cavabdeh Y.A.Quliyedən 27 oktyabr 2004-cü il tarixli 27 № kredit müqaviləsinə əsasən 163.100 ABŞ dolları məbləğində əsas borc, 179.663 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 342.763 ABŞ dolları məbləğində borcun və xx.xx.2006-cı il tarixli, 01 nömrəli kredit müqaviləsinə əsasən isə 1.041.310 ABŞ dolları məbləğində əsas borc, 643.987 ABŞ dolları məbləğində faiz borcu və 500.000 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 2.185.297 ABŞ dolları məbləğində kredit borcu olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 2.528.060 ABŞ dolları məbləğində pulun tutularaq İddiaçı ("xxxx") ASC-yə ödənilməsi, ipoteka predmeti olan ünvan 6 ünvanında yerləşən 53, 54, 55, 59, 60 və 63 saylı mənzillərə tutmanın yönəldilməsi, həmin mənzillərin ilkin satış qiymətlərinin müəyyən edilərək açıq hərracdan s atılması və satışdan əldə olunan vəsait hesabına banka olan kredit borcunun ödənilməsi, cavabdehlər ailə üzvləri ilə birlikdə tutduqları yaşayış sahəsini ən geci 01 ay ərzində tərk etmədikdə, onların həmin mənzillərdən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 24. xx.xx.2018-ci il tarixdə qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 "xxxx" ASCyə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Baki şəhəri Ərazi İdarəsinə qarşı xx.xx.2009-cu il tarixdə verilmiş qarşılıqlı iddia ərizəsi üzrə Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə müraciət edərək, ilkin iddia tələbi tam rədd edilməsi, əvvəlki "xxxx" ASC (indiki İddiaçı ASC) ilə onun arasında olan xx.xx.2004-cü il tarixli 27 saylı kredit mü qaviləsinə, xx.xx.2006-cı il tarixli 01 saylı kredit müqaviləsinə və ona edilmiş, xx.xx.2006-cı il tarixli dəyişikliklərə xitam verilməsi; "xxxx" ASC-nin ondan xx.xx.2003-cü il tarixindən xx.xx.2007ci il tarixədək qanunsuz aldığı 4.780.610 ABŞ dolları məbləğində pulun İddiaçı ASCdən alınıb ona qaytarılması; Cavabdeh1 məxsus ünvan 7 ünvanında yerləşən 55 və 59 saylı mənzillərə dair "xxxx" ASC (indiki İddiaçı ASC) ilə Quliyev Ağalar Yusif oğlu ilə aralarında bağlanmış ipoteka müqavilələrinə xitam verilməsi və həmin mənzillərin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı X2 vərəsələri X30 oğlu, X23 və Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia ərizəsinin tam rədd edilməsi, Cavabdeh2 məxsus olmuş 63 saylı mənzilə dair "xxxx" ASC (indiki İddiaçı ASC) ilə X8 arasında bağlanmış xx.xx.2004-cü il tarixli 27 saylı ipoteka müqaviləsinə xitam verilməsi və həmin mənzilin ipoteka yüklülüyündən azad edilməsi; X5 məxsus olmuş və ünvan 7 ünvanında yerləşən 53 və 60 saylı mənzillərinə dair və X12 xüsusi mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən 54 saylı mənzilinə dair "xxxx" ASC (indiki İddiaçı ASC) ilə X8 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2004-cü il tarixli 28 saylı ipoteka müqaviləsi və ona edilmiş xx.xx.2006-cı il tarixli dəyişikliklərə xitam verilməsi və həmin mənzillərin ipoteka yüklülüyündən azad edi lməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Məhkəmə tərəfindən təyin edilmiş "Məhkəmə mühasibatlıq ekspertizası" üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019cu il tarixli, N 3523 saylı ekspertiza rəyindən görünür ki, ümumilikdə Cavabdeh1 verilmiş kreditlər və həmin kreditə ödənişlər müəyyən edilir: verilən məbləğ 5.419.010,00 ABŞ dolları, ödənilən məbləğ 7.307.920,28 ABŞ dolları.

27. Məhkəmə tərəfindən təyin edilmiş "Məhkəmə mühasibatlıq ekspertizası" üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019cu il tarixli, N19660 saylı komisyon mühasibat ekspertiza rəyindən görünür ki, Cavabdeh1, X26 qızı, X30 oğlu, Cavabdeh3 və X18 "xxxx" ASC arasında iş materiallarında göstərilən kredit müqavilələri bağlanmışdır. İş materiallarında olan (cild 6 səh 35-37) "Tələbin güzəşt müqavilələrə əsasən öhdəliklər Cavabdeh1 ötürülmüşdür. Buna əsasən Cavabdeh1 iş materiallarında olan sənədlərə əsasən rəsmi kreditlər və həmin kreditə ödənişlər aşağıdakı kimi müəyyən edilir: Rəsmiləşdirilmiş məbləğ 5.419.010,00 ABŞ dolları, ödənilən məbləğ 7.307.920,28 ABŞ dolları.

28. Məhkəmə tərəfindən təyin edilmiş “Məhkəmə mühasibatlıq ekspertizası” üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020ci il tarixli, № 30429 saylı ekspertiza rəyindən görünür ki, qərardadda göstərilən birinci sual üzrə xx.xx.2004-cü il tarixli 27 saylı kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, ödəniş qəbzləri və tərəflər arasında bağlanmış 27 saylı, 27 oktyabr 2004-cü il tarixli kredit xətti müqaviləsinin və əlavə dəyişikliklərin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 27 noyabr 2006-cı il tarixə (sualda qeyd edilən tarixə) iddiaçı "xxxx" KB olan borcu ümumilikdə 948.216,63 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2006cı il tarixə əsas borc üzrə 925.089,37 ABŞ dolları, faiz borcu üzrə 23.127,23 ABŞ dolları. 29. 25 dekabr 2019-cu il tarixli məktubla mərkəzə Nəsimi rayon məhkəməsi tərəfindən işə əlavə edib ekspertizanın keçirilməsində nəzərə alınması üçün verilmiş 2-ci sualda tərəflər arasında bağlanmış 27 oktyabr 2004-cü il tarixli kredit xətti müqaviləsində borcalana verilmiş kredit məbləği 452.000,00 ABŞ dolları müəyyən edilmişdir. Məhkəmə tərəfindən sualda göstərilən 27 oktyabr 2004-cü il tarixli kredit xətti müqaviləsi üzrə birinci tranş üzrə borcalana verilmiş 452.000,00 ABŞ dolları məbləğində kredit vəsaiti üzrə borc qalığı aşağıdakı kimi hesablanır: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, ödəniş qəbzləri və tərəflər arasında bağlanmış 27 saylı, 27 oktyabr 2004-cü il tarixli kredit xətti müqaviləsinin və əlavə dəyişikliklərin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 27 noyabr 2006-cı il tarixə (sualda qeyd edilən tarixə) iddiaçı "xxxx" KB olan borcu ümumilikdə 414.554,37 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2006-cı il tarixə əsas borc üzrə 404.443,28 ABŞ dolları, faiz borcu üzrə 10.111,08 ABŞ dolları.

30. İkinci sual üzrə: xx.xx.2006-cı il tarixli, 01 saylı kre dit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, ödəniş qəbzləri və tərəflər arasında bağlanmış 01 saylı, 26 yanvar 2006-cı il tarixli kredit xətti müqaviləsinin və əlavə dəyişikliklərin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 27 noyabr 2006-cı il tarixə (sualda qeyd edilən tarixə) iddiaçı "xxxx" KB olan borcu ümumilikdə 205.126,54 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 204.317,97 ABŞ dolları, faiz borcu 808,57 ABŞ dolları.

31. Üçüncü sual üzrə: Məhkəmənin ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında Cavabdeh1 kredit hesabından istifadə olunmuş 235.000 ABŞ dolları məbləğ üzrə və Hacı Əfəndiyevin kredit hesabından istifadə olunmuş 260.000 ABŞ dolları məbləğ üzrə Cavabdeh 1 tərəfindən "xxxx" ASC (hazırda Expressbank” ASC) nə qədər əsas və nə qədər faiz borcu ödənilmişdir sualı qoyulmuşdur. Bundan başqa, 25 dekabr 2019-cu il tarixdə mərkəzə Nəsimi rayon məhkəməsi tərəfindən işə əlavə edib ekspertizanın keçirilməsində nəzərə alınması üçün əlavə suallar təqdim edilmişdir. Həmin məktubda qeyd edilən 5-ci və 11-ci suallar ekspertiza təyin edilməsi haqqında qərardadda göstərilən 3-cü sual eynilik təşkil edir. 32. 25 dekabr 2019-cu il tarixdə mərkəzə daxil olmuş əlavə birinci və iyirminci suallar üzrə: İş materiallarında olan «Tələbin güzəştinə dair» müqavilələrə əsasən öhdəliklər Cavabdeh1 ötürülmüşdür. Buna əsasən ümumilikdə Cavabdeh1 verilmiş kreditlər və həmin kreditə ödənişlər müəyyən edilir: verilən məbləğ 5.419.010,00 ABŞ dolları, ödənilən məbləğ 7.307.920, 28 ABŞ dolları.

33. İkinci sual üzrə: sualda göstərilən 200.000,00 ABŞ dolları və 173.000,00 ABŞ dolları həmin məbləğə ödənilmiş vəsait aşağıdakı kimi müəyyən olunur. İş materiallarında olan kassa mədaxil orderinə əsasən Cavabdeh1 kreditləri üzrə 2.567.777,00 ABŞ dolları ödəniş edilmişdir. İş materiallarına əsasən razılaşdırılmış kredit müqavilələri üzrə ödənilmiş 2.567.777,00 ABŞ dollarının 356.241,77 ABŞ dolları sualda göstərilən 200.000,00 ABŞ dolları üzrə silinmişdir. Sualda göstərilən 200.000,00 ABŞ dollarına ödənilmiş 356.241,77 ABŞ dollarının 83.484,28 ABŞ dolları hesablanmış faizə və 272.757,50 ABŞ dolları hesablanmış faizə və 272.757,49 ABŞ dolları əsas borca silinmişdir. Ümumilikdə əsas borc və faiz borcuna 356.241,77 ABŞ dolları artıq ödəniş müəyyən edilir. İş materiallarında ol an kassa mədaxil orderinə əsasən Cavabdeh1 kreditləri üzrə 2.567.777,00 ABŞ dolları ödəniş edilmişdir. İş materiallarına əsasən razılaşdırılmış kredit müqavilələri üzrə ödənilmiş 2.567.777,00 ABŞ dollarının 571.645,29 ABŞ dolları sualda göstərilən 173.000,00 ABŞ dolları üzrə silinmişdir. Sualda göstərilən 173.000.00 ABŞ dollarına ödənilmiş 571.645,29 ABŞ dollarının 45.848,00 ABŞ dolları hesablanmış faizə və 525.797,29 ABŞ dolları əsas borca silinmişdir. Ümumilikdə əsas borc və faiz borcuna 571.645,29 ABŞ dolları artıq ödəniş müəyyən edilir.

34. Üçüncü sual üzrə: iş materiallarında olan kassa mədaxil orderinə əsasən Cavabdeh1 kreditləri üzrə 2.567.777,00 ABŞ dolları ödəniş edilmişdir. İş materiallarına əsasən razılaşdırılmış kredit müqavilələri üzrə ödənilmiş 2.567.777,00 ABŞ dollarının 362.101,00 ABŞ dolları sualda göstərilən 144.000.00 ABŞ dollarına ödənilmiş 362.101,00ABŞ dollarının 72.346,00 ABŞ dolları hesablanmış faizə və 289.754,50 ABŞ dolları əsas borca silinmişdir. Ümumilikdə əsas borc və faiz borcuna 362.101,00 ABŞ dolları artıq ödəniş müəyyən edilir.

35. Dördüncü sual üzrə: sualda göstərilən 80.000,00 ABŞ dolları məbləğində verilmiş kredit üzrə həmin məbləğə ödənilmiş vəsait aşağıdakı kimi müəyyən edilir. İş materiallarında olan kassa mədaxil orderinə əsasən Cavabdeh1 kreditləri üzrə 2.567.777,00 ABŞ dolları ödəniş edilmişdir. İş materiallarına əsasən razılaşdırılmış kredit müqavilələri üzrə ödənilmiş 2.567.777,00 ABŞ dollarının 110.434.0 ABŞ dolları sualda göstərilən 80.000,00 ABŞ dolları üzrə silinmişdir. Ümumilikdə əsas borc və faiz borcuna 110.434,00 ABŞ dolla rı artıq ödəniş müəyyən edilir. Bundan başqa sualda göstərilən xx.xx.2004-cü il tarixli 50.000,00 ABŞ dolları məbləğində kreditin verilməsi ilə bağlı təqdim edilmiş iş materiallarında 959 saylı 50.000,00 ABŞ dolları məbləğində kassa məxaric orderinin surəti mövcuddur. Həmin kassa məxaric orderi nəzərə alınmaqla artıq ödənilmiş 110.434,00 ABŞ dollarından 50.000,00 ABŞ dolları çıxıldıqda artıq ödəmə 60.434,00 ABŞ dolları məbləğində müəyyən edilir.

36. Beşinci sual üzrə: sualda göstərilən 235.000,00 ABŞ dolları məbləğində verilmiş kredit üzrə həmin məbləğə ödənilmiş vəsait aşağıdakı kimi müəyyən edilir. İş materiallarında olan kassa mədaxil orderinə əsasən Cavabdeh1 kreditləri üzrə 2.567.777,00 ABŞ dolları ödəniş edilmişdir. İş materiallarına əsasən razılaşdırılmış kredit müqavilələri üzrə ödənilmiş 2.567.777,00 ABŞ dollarının 480.670.59 ABŞ dolları sualda göstərilən 235.000,00 ABŞ dollarına ödənilmiş 480.670.59 ABŞ dollarının 245.670,59 ABŞ dolları hesablanmış faizə və 235.000.00 ABŞ dolları əsas borca silinmişdir. Ümumilikdə əsas borc və faiz borcuna 480.670,59ABŞ dolları artıq ödəniş müəyyən edilir.

37. Altıncı sual üzrə: sualda göstərilən 179.900,00 ABŞ dolları məbləğində ödəniş üzrə həmin məbləğə ödənilmiş vəsait aşağıdakı kimi müəyyən edilir. İş materiallarında olan kassa mədaxil orderinə əsasən Cavabdeh1 kreditləri üzrə 2.567.777,00 ABŞ dolları ödəniş edilmişdir. İş materiallarına əsasən razılaşdırılmış kredit müqavilələri üzrə ödənilmiş 2.567.777,00 ABŞ dollarının 451.463,00 ABŞ dolları sualda göstərilən 179.900,00 ABŞ dolları üzrə silinmişdir. Sualda göstərilən 179. 900,00 ABŞ dollarına ödənilmiş 451.463,00 ABŞ dollarının 105.006,00 ABŞ dolları hesablanmış faizə və 346.457,00 ABŞ dolları əsas borca silinmişdir. Ümumilikdə əsas borc və faiz borcuna 451.463,00 ABŞ dolları artıq ödəniş müəyyən edilir.

38. Yeddinci sual üzrə: sualda göstərilən 70.000,00 ABŞ dolları məbləğində ödəniş üzrə həmin məbləğə ödənilmiş vəsait aşağıdakı kimi müəyyən edilir. İş materiallarında olan kassa mədaxil orderinə əsasən Cavabdeh1 kreditləri üzrə 2.567.777,00 ABŞ dolları ödəniş edilmişdir. İş materiallarına əsasən razılaşdırılmış kredit müqavilələri üzrə ödənilmiş 2.567.777,00 ABŞ dollarının 231.611,35 ABŞ dolları sualda göstərilən 70.000,00 ABŞ dolları üzrə silinmişdir. Sualda göstərilən 70.000,00 ABŞ dollarına ödənilmiş 231.611,35 ABŞ dollarının 18.861,00 ABŞ dolları hesab lanmış faizə və 212.750,35 ABŞ dolları əsas borca silinmişdir. Ümumilikdə əsas borc və faiz borcuna 231.611,35 ABŞ dolları artıq ödəniş müəyyən edilir.

39. Səkkizinci sual üzrə: bildirilir ki, aparılmış tədqiqata əsasən iş materiallarında olan sənədlərlə sualda göstərilən xx.xx.2003-cü il tarixli 13-№li qəbzlə Cavabdeh1 ödədiyi 30.000 dollar əsas borc və 3458 dollar faiz borcu, xx.xx.2003-cü il tarixli 14№li qəbzlə ödədiyi 30.000 dollar əsas borc və 3398 faiz borcu, xx.xx.2003-cü il tarixli nömrəsiz qəbzlə 30.000 dollar əsas borc və 3338 dollar faiz borcu - cəmi 90.000 dollar əsas borc və 12018 dollar kredit faizi öz əksini tapmır. İş materiallarında olan sənədlərdə xx.xx.2003-cü il tarixdə 3.000,00 ABŞ dollar əsas borc və 3458 dollar faiz borcu, xx.xx.2003-cü il tarixdə 3.000,00 ABŞ dolla r əsas borc və 3398 faiz borcu, xx.xx.2003-cü il tarixdə 3.000 dollar əsas borc və 3338 dollar faiz borcu - cəmi 9.000,00 dollar əsas borc və 10.194,00 dollar kredit faizi öz əksini tapır. Ümumilikdə əsas borc və faiz borcuna mədaxil olunmamış 19.194,00 ABŞ dolları məbləğində pul vəsaiti müəyyən edilir.

40. Doqquzuncu sual üzrə: sualda ABŞ dolları məbləğində ödəniş üzrə həmin məbləğə ödənilmiş vəsait aşağıdakı kimi müəyyən edilir. İş materiallarında olan kassa mədaxil orderinə əsasən X9 kreditləri üzrə 1.827.250,28 ABŞ dolları ödəniş edilmişdir. İş materiallarına əsasən razılaşdırılmış kredit müqavilələri üzrə ödənilmiş 1.827.250,28 ABŞ dollarının 189.348,77 ABŞ dolları sualda göstərilən təsdiqini tapmamış 90.000,00 ABŞ dolları üzrə silinmişdir. Sualda göstərilən 90.000,00 ABŞ dollarına öd ənilmiş 189.348.77 ABŞ dollarının 99.348,77 ABŞ dolları hesablanmış faizə və 90.000,00 ABŞ dolları əsas borca silinmişdir. Ümumilikdə əsas borc və faiz borcuna 189.348,77 ABŞ dolları artıq ödəniş müəyyən edilir.

41. Onuncu sual üzrə: sualda göstərilən təsdiqini tapmamış 230.000,00 ABŞ dolları məbləğində kreditin verilməsi üzrə həmin məbləğə ödənilmiş vəsait aşağıdakı kimi müəyyən edilir. İş materiallarında olan kassa mədaxil orderinə əsasən X9 kreditləri üzrə 1.827.250,28 ABŞ dolları ödəniş edilmişdir. İş materiallarına əsasən razılaşdırılmış kredit müqavilələri üzrə ödənilmiş 1.827.250,28 ABŞ dollarının 680.961.76 ABŞ dolları sualda göstərilən təsdiqini tapmamış 230.000,00 ABŞ dolları üzrə silinmişdir. Sualda göstərilən təsdiqini tapmamış 230.000,00 ABŞ dollarına ödənilmiş 680.961,76 AB Ş dollarının 228.101,76. ABŞ dolları hesablanmış faizə və 452.860,0 ABŞ dolları əsas borca silinmişdir. Ümumilikdə əsas borc və faiz borcuna 680.961.76 ABŞ dolları artıq ödəniş müəyyən edilir.

42. On birinci sual üzrə: sualda göstərilən 260.000,00 ABŞ dolları məbləğində ödəniş üzrə həmin məbləğə ödənilmiş vəsait aşağıdakı kimi müəyyən edilir. İş materiallarında olan kassa mədaxil orderinə əsasən X9 kreditləri üzrə 1.827.250,28 ABŞ dolları ödəniş edilmişdir. İş materiallarına əsasən razılaşdırılmış kredit müqavilələri üzrə ödənilmiş 1.827.250,28 ABŞ dollarının 594.816,00 ABŞ dolları X10 verilməsi təsdiq olunmayan 260.000,00 ABŞ dollarına silinmişdir. X10 verilməyən 260.000, 00 ABŞ dollarına ödənilmiş 594.816,00 ABŞ dollarının 331,951,00 ABŞ dolları hesablanmış faizə, 2.865,00 ABŞ dolları cə riməyə və 260.000,00 ABŞ dolları əsas borca silinmişdir. Ümumilikdə əsas borc və faiz borcuna 594.816.00 ABŞ dolları artıq ödəniş müəyyən edilir.

43. On ikinci sual üzrə: sualda göstərilən 200.000,00 ABŞ dolları məbləğində ödəniş üzrə həmin məbləğə ödənilmiş vəsait aşağıdakı kimi müəyyən edilir. İş materiallarında olan kassa mədaxil orderinə əsasən X30 oğlunun krediti üzrə 1.473.412,00 ABŞ dolları ödəniş edilmişdir. İş materiallarına əsasən razılaşdırılmış kredit müqaviləsi üzrə ödənilmiş 1.473.412,00 ABŞ dollarının 244.019,59 ABŞ dolları X30 oğluna verilməsi təsdiq olunmayan 200.000,00 ABŞ dollarına silinmişdir. X30 oğluna verilməyən 200.000,00 ABŞ dollarına ödənilmiş 244.019,59 ABŞ dollarının 44.019.59 ABŞ dolları hesablanmış faizə və 200.000,00 ABŞ dolları əsas borca silinmişdir Ümumili kdə əsas borc və faiz borcuna 244.019,59 ABŞ dolları artıq ödəniş müəyyən edilir.

44. On üçüncü sual üzrə: sualda göstərilən 200.000,00 ABŞ dolları məbləğində kredit verilməsi iş materiallarında öz əksini tapmır. Bundan başqa sənədlərə əsasən kredit üzrə 69.215,41 ABŞ dolları faiz hesablanmışdır. Ödəniş üzrə həmin məbləğə ödənilmiş vəsait aşağıdakı kimi müəyyən edilir. İş materiallarında olan kassa mədaxil orderinə əsasən X30 oğlunun krediti üzrə 1.473.412,00 ABŞ dolları ödəniş edilmişdir. İş materiallarına əsasən razılaşdırılmış kredit müqaviləsi üzrə ödənilmiş 1.473.412.00 ABŞ dollarının 62.120,00 ABŞ dolları xidmət haqqına və məsləhət xidmətinə. 69.215,41 ABŞ dolları hesablanmış faizə və 1.027.500,00 ABŞ dolları əsas borca silinmişdir. Ümumilikdə əsas borc və faiz borcuna 314.576,59 ABŞ dolları artıq ödəniş müəyyən edilir.

45. On dördüncü sual üzrə: Sualda göstərilən 230.000,00 ABŞ dolları məbləğində kredit verilməsi iş materiallarında öz əksini tapmır və həmin məbləğə ödənişlər aşağıdakı kimi müəyyən edilir. İş materiallarında olan kassa mədaxil orderinə əsasən Cavabdeh3 krediti üzrə 1.150.673,00 ABŞ dolları ödəniş edilmişdir. İş materiallarına əsasən razılaşdırılmış kredit müqaviləsi üzrə ödənilmiş 1.150.673,00 ABŞ dollarının 299.134,40 ABŞ dolları Cavabdeh3 verilməsi təsdiq olunmayan 230.000,00 ABŞ dollarına silinmişdir. Cavabdeh3 verilməyən 230.000,00 ABŞ dollarına ödənilmiş 299.134,40 ABŞ dollarının 69.134,40 ABŞ dolları hesablanmış faizə və 230.000,00 ABŞ dolları əsas borca silinmişdir. Ümumilikdə əsas borc və faiz borcuna 299.134,40 ABŞ dolları artıq ödəniş müəyyə n edilir.

46. On beşinci sual üzrə: Təqdim edilmiş kassa məxaric orderlərinə və ödəniş qəbzlərinə əsasən X15 "xxxx" ASC-dən 75.000,00 ABŞ dolları məbləğində kredit götürmüş və əvəzində 288.808,00 ABŞ dolları məbləğində ödəniş etmişdir. 266.538,0075.000,00 = 191.538,00. İş materiallarında olan kassa mədaxil orderinə əsasən X26 qızının krediti üzrə 266.538,00 ABŞ dolları ödəniş edilmişdir. İş materiallarına əsasən razılaşdırılmış kredit müqaviləsi üzrə ödənilmiş 266.538,00 ABŞ dollarının 75.000,00 ABŞ dolları əsas borca, ümumilikdə əsas borca 191.538,00 ABŞ dolları artıq ödəniş müəyyən edilir.

47. On altıncı sual üzrə: Cavabdeh1, ailə üzvləri X26 qızının, X30 oğlunun, Cavabdeh3 və qohumu X4 adına olan kredit müqavilələrin əhatə etdiyi dövrdə xidmət haqqı, məsləhət xidməti hesabına Cavabdeh1 34.416,00 ABŞ dolları, X26 qızından 22.270,00 ABŞ dolları, X30 oğlundan 62.120,00 ABŞ dolları, Cavabdeh3 60.439,00 ABŞ dolları və qohumu X3 5.944,00 ABŞ dolları, ümumilikdə 185.186,00 ABŞ dolları artıq ödətdirilmişdir.

48. On yeddinci sual üzrə: İş materiallarında olan tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə rəsmləşdirilmiş lakin verilməmiş 1.927.000,00 ABŞ dolları üzrə əsas borca, faiz borcuna və məsləhət xidmətinə, xidmət haqqına Cavabdeh1 2.567.777,00 ABŞ dolları, X16 306.139,59 ABŞ dolları, Cavabdeh3 359.573,40 ABŞ dolları, X26 qızına 213.808,00 ABŞ dolları və X7 isə 1.471.070.53 ABŞ dolları ümumilikdə 4.918.368,52 ABŞ dolları məbləğində artıq ödəniş müəyyən edilir. Hesablanmış 4.918.368,52 ABŞ dolları məbləğində artıq ödənişin Cavabdeh1, X16, Cavabdeh3, X26 qızına və X7 dəymiş ziyan kimi qəbul edilməsi məhkəmə tərəfindən qiymətləndirilməlidir.

49. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(006)130/2020 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, xx.xx.2004-cü il tarixli 27 nömrəli kredit müqaviləsinə görə 925.089,37 ABŞ dolları əsas borc və 23.127,23 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 948.216,63 ABŞ dolları məbləğində borc və xx.xx.2006-cı il tarixli 01 nömrəli kredit müqaviləsi üzrə 204.317,97 ABŞ dolları məbləğində əsas borc, 808,57 ABŞ dolları faiz borcu, cəmi 205.126,54 ABŞ dolları, hər iki müqavilə üzrə cəmi: 1.153.343,14 ABŞ dolları məbləğində borcun Cavabdeh1 tutularaq iddiaçı İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan ünvan 8 ünvanında yerləşən 53, 54, 55, 59, 60 və 63 saylı mənzillərə yönəldilməsi, həmin ipoteka predmeti olan mənzillərin açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi, qalan hissədə ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı ASC-yə qarşı «mənzillərinin ipoteka yüklülüyündən azad edilməsi və vurulmuş zərərin ödənilməsi tələbinə dair» qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ASC-dən 1.075.486,59 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 xeyrinə ödənilməsi, qalan hissədə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia ərizəsi üzrə Cavabdeh2 vərəsələri Cavabdeh3, X30 oğlunun, X13 cavabdeh İddiaçı ASC-yə qarşı «mənzillərinin ipo teka yüklülüyündən azad edilməsi tələbinə dair» qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, iş üzrə məhkəmə xərci olan ekspertizalar tədqiqatının dəyəri 400 (dörd yüz) manat məbləğində pul vəsaitinin İddiaçı ASC-dən və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. (sədrlik edən hakim Natavan Tağıyeva)

50. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh1 kredit müqavilələri üzrə borcun müqavilə ilə müəyyənləşdirilmiş müddətdə ödənilməsinə dair üzərinə düşən öhdəliyi bank qarşısında yerinə yetirmədiyindən 27 oktyabr 2004-cü il tarixli, 27 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2006-cı il tarixədək banka olan ümumilikdə 948.216,63 ABŞ dolları, ondan əsas borc 925.089,37 ABŞ dolları, faiz borcu 23.127,23 ABŞ dolları təşkil edir. xx.xx.2006-cı il tarixli, 01 sa ylı kredit müqaviləsi üzrə "xxxx" ASC KB olan borc ümumilikdə 205.126,54 ABŞ dolları, o cümlədən 204.317,97 ABŞ dolları əsas, 808,57 ABŞ dolları məbləğində faiz borcu təşkil edir. Hər iki müqavilə üzrə ümumi borc 1.153.343,14 ABŞ dolları təşkil edir. Ona görə də, İddiaçı ASC-nin iddiası qismən təmin edilməli və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə hər iki müqavilə üzrə cəmi: 1.153.343,14 ABŞ dolları məbləğində pul tutulmalıdır. Tutma ipoteka predmeti olan ünvan 6 ünvanında yerləşən 53, 54, 55, 59, 60 və 63 saylı mənzillərə yönəldilməli, həmin mənzillər açıq hərracdan satılmalı və satışdan əldə olunan pul vəsaiti hesabına banka olan kredit borcu ödənilməlidir.

51. Məhkəmə həmçinin müəyyən etmişdir ki, Hacı Əfəndiyevin adından Hamlet Hüseynov bankın işçiləri ilə cinayət əlaqəsinə girərək Cavabd eh1 kredit xətti müqaviləsi üzrə kredit hesabından 235.000 ABŞ dolları və Hacı Əfəndiyevin kredit hesabından istifadə olunmuş 260.000 ABŞ dolları, cəmi 495.000 ABŞ dolları əldə etmişlər. Həmin məbləğ üzrə Cavabdeh1 tərəfindən "xxxx" ASC-yə (hazırda İddiaçı ASC) 1.075.486,59 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir.

52. Bununla bağlı ekspertiza rəyi ilə ümumilikdə Cavabdeh1 tərəfindən banka 4.918.368,52 ABŞ dolları məbləğində artıq ödəniş aparılması müəyyən edilmişdir. Hesablanmış 4.918.368,52 ABŞ dolları məbləğində artıq ödənişin Cavabdeh1, X30 oğluna, Cavabdeh3, X26 qızına və X7 dəymiş ziyan kimi qəbul edilməsinə məhkəmə münasibət bildirərək hesab etmişdir ki, Cavabdeh1 bank tərəfindən dəymiş zərər 1.075.486,59 ABŞ dolları məbləğində qiymətləndirilməlidir və həmin məbləğ bankdan tutularaq Cavabdeh1 xeyrinə ödənilməlidir. Cavabdeh1 Bank qarşısında olan öhdəlik isə tam icra edilmədiyindən mənzillərinin ipoteka yüklülüyündən azad edilməsi tələbi təmin edilə bilməz. 53. "xxxx" ASC (hazırda İddiaçı ASC) 04 sentyabr 2019-cu ildə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə iddia müddətinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir.

54. Ərizəyə münasibətdə məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 ailə üzvlərinin kredit xətti üzrə öhdəliklər xx.xx.2004-cü il tarixli 27 nömrəli kredit müqaviləsi üzrə və xx.xx.2006cı il tarixli 01 nömrəli kredit müqaviləsi üzrə müddəti xx.xx.2006-cı ildə bitmişdir. Müqavilələr üzrə Cavabdeh1 tərəfindən mütəmadi ödənişlər aparılmışdır. İddiaçı "xxxx" ASC xx.xx.2007-ci il tarixdə Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. Bundan sonra, Cavabdeh 1 21 yanvar 2009-cu ildə qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, müqavilənin müddəti xx.xx.2006-cı ildə bitdiyi halda, Cavabdeh1 3 illik iddia müddətini ötürülmədən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə iddia müddətinin tətbiqi yolverilməzdir. Ona görə də iddia müddəti tətbiq olunmaqla qarşılıqlı iddianın rədd edilməsi mümkün deyildir.

55. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 317.1, 319.1, 307.6, 309, 380, 427.3, 442, 443.1, 448.1, 449.1, 739-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4, 33, 34.1, 39.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 101.3, 119.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəllə sinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. c) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

56. Qətnamədən İddiaçı ASC və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

57. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən, məhkəmə mühasibatlıq və qiymətləndirmə (əmtəəşünaslıq) ekspertizalarının keçirilməsi qərara alınmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli məktubu ilə məhkəmə mühasibatlıq ekspertizasının aparılmasından imtina edilmiş və məktubda qeyd edilmişdir ki, ekspert qarşısında qoyulmuş sualların tədqiqi üçün əlavə materialların (tərəflər arasında bağlanılmış kredit müqavi lələri üzrə hesablamanın aparılması üçün zəruri ola bilən, kredit məbləğinin hesaba köçürüldüyü tarix öz əksini tapmaqla ödəniş qəbzləri, kassa məxaric-mədaxil orderləri, və s. mühasibatlıq sənədlərinin əsli) zəruriliyi haqqında məhkəmə orqanına xx.xx.2021-ci il tarixli vəsatət göndərilmiş, lakin Ekspertizaya təqdim edilmiş bir qisim əlavə sənədlərlə tanışlıq zamanı iddiaçı "xxxx" ASC-dən tələb edilən, vəsatətdə adları qeyd olunan sənədlərin təqdim edilmədiyi ekspert tərəfindən müəyyən edilmişdir. Daha sonra, tədqiqatın başa çatdırılması üçün xx.xx.2021-ci il tarixli ekspert vəsatətində göstərilən sənədlərin hamısının tədqiqata təqdim olunması barədə xx.xx.2021-ci il tarixində xatırlatma məktubu göndərilmiş, Məhkəmənin xx.xx.2021-ci il tarixdə Mərkəzə daxil olmuş məktubunda "xxxx" ASC-nin nümayəndəsi tərəfindən bildirilmişdir ki, ekspert vəsatətində adları qeyd olunan sənədlərin əslinin təqdim edilməsi mümkün olmamışdır. 58. “X17” MMC-nin xx.xx.2021-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 05 saylı evin 53 saylı mənzilin bazar dəyəri 82800.00 və likvid dəyəri 74520.00 manat, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 05 saylı evin 55 saylı mənzilin bazar dəyəri 84000.00 manat və likvid dəyəri 75600.00 manat, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 05 saylı evin 59 saylı mənzilin bazar dəyəri 224600.00 manat və likvid dəyəri 202140.00 manat, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 05 saylı evin 54 saylı mənzilin bazar dəyəri 94000.00 manat və likvid dəyəri 84600.00 manat, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 05 saylı evin 60 saylı mə nzilin bazar dəyəri 202800.000 manat və likvid dəyəri 182520.00 manat, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 05 saylı evin 63 saylı mənzilin bazar dəyəri 268000.00 manat və likvid dəyəri 241200.00 manat təşkil etməsi qeyd edilmişdir. Keçirilmiş tədqiqatın dəyəri 3000 manat müəyyən edilmişdir.

59. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş (eyni zamanda Azərbaycan Respublikası Mərkəzi Bankı mütəxəssis qismində cəlb edilmişdir) və ekspertizanın aparılması Azərbaycan Respublikası Auditorlar Palatasına həvalə edilmişdir. 60. "xxxx" MMCnin xx.xx.2022-ci il tarixli kassa məxaricmədaxil orderləri və mühasibatlıq sənədlərin əslinə əsasən verilmiş audit rəyində "xxxx" ASC (indiki "xxxx" ASC) - nin fəalliyyəti nəticəsin də "xxxx" MMC-ə təqdim edilmiş sənədlər və əlaqəli şəxslərdən alınmış izahatlar əsasında Cavabdeh1, X30 oğlu, Cavabdeh3, X26 qızı və X18 tərəfindən ümumilikdə ******* ABŞ dolları məbləğində artıq ödəmə müəyyən edilmişdir. Audit nəticəsində təqdim edilmiş sənədlərin və aparılan hesablamaların araşdırılması zamanı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1901/2021 nömrəli qərardadına əsasən auditor qarşısında qoyulmuş suallara cavab olaraq bildirilmişdir ki, Cavabdeh1 adına olan xx.xx.2003-cü il tarixli 16 saylı, xx.xx.2004- cü il tarixli 27 saylı, 26.01,2006-cı il tarixli 01 saylı müqavilələri üzrə Cavabdeh1 artıq ödəməsi 1269.664 (174860 ABŞ dolları məbləğində qalıq borc çıxıldıqdan sonra) ABŞ dollarıdır. X30 oğlunun adına olan xx.xx.2003-cü il tarixli 16 saylı və xx.xx.20 04-cü il tarixli 06 saylı kredit müqavilələri üzrə X30 oğlunun artıq ödəməsi 375605 ABŞ dollarıdır. Cavabdeh3 adına olan xx.xx.2003-cü il tarixli 83 saylı kredit müqavilələri üzrə Cavabdeh3 artıq ödəməsi 345520 ABŞ dollarıdır. X26 qızının adına olan xx.xx.2003- cü il tarixli kredit müqaviləsi üzrə X26 qızının artıq ödəməsi 233.256 ABŞ dollarıdır. X9 adına olan xx.xx.2003-cü il tarixli 25 saylı və 27 10.2004-cü il tarixli 28 saylı kredit müqavilələri üzrə X9 artıq ödəməsi ******* ABŞ dollarıdır.

61. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-174/2022 nömrəli iş üzrə 16 may 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC ("xxxx" ASC) və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-130/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsinin qismən (yoxlanılan ilk və qarşılıqlı iddianın təmin edilən hissəsində) ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, ilkin iddia tələbi və qarşılıqlı iddiaların rədd edilməsi, qalan hissədə qətnamənin dəyidirilmədən saxlanılması, ekspertiza xərci olan 1150 (min yüz əlli) manat məbləğdə pul vəsaitinin bərabər qaydada tərəflər - İddiaçı ASC ("xxxx" ASC) və Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, "X17 MMC" tərəfindən aparılmış qiymətləndirmənin dəyəri olan 3000 manat ekspertiza xərcinin bərabər qaydada tərəflər İddiaçı ASC ("xxxx" ASC) və Cavabdeh1 alınaraq "X17" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. (Hakimlər - Fuad Talışinski (sədrlik edən və məruzəç i), Azad İmanov və Qürbət Əsgərov)

62. Məhkəmə kollegiyasının mövqeyinə görə, iş üzrə ekspert və audit rəyləri, tələblər və onlara edilən dəqiqləşmələr, ilk iddia üzrə cavabdehin apellyasiya şikayətinin və ona edilmiş əlavələrdə (mülahizə və izahatlarda) qarşılıqlı ziddiyyətlər, habelə qətnamənin gəldiyi nəticə üçün əsaslandırmanın aydın olmaması, bütövlükdə tərəflər arasında kredit borc məbləğlərinin dəqiq müəyyən edilməsi üçün ekspertiza və audit təyin edilməsini zəruri etmiş, ekspertiza tədqiqatların aparılması və əlavə sübutlar təqdim edilməsi imkanlarının yaradılmasına baxmayaraq, borc münasibətlərinə yönəlik sübutların əsli tam təqdim edilməmiş və ona görə mötəbər sübut kimi qəbul edilə bilən ekspert rəyinin əldə edilməsi mümkün olmamışdır.

63. Beləliklə, borcun dəqiqliyinin müəyyən edilməsi üzrə yeganə vasitə olan mütəxəssis, ekspertiza və auditin keçirilməsi üzrə sübutların natamamlığı, ilk iddia üzrə cavabdehin ******* ABŞ dolları məbləğində kredit götürdüyü və artıq qaytarılmasında etibar edərək ödənişlər edilməsində aldadıldığını, ilk iddia üzrə iddiaçının isə cavabdehin hələ də borclu olmasında israrlı olması, borc və pul tələbi üzrə yekun qənaətin formalaşmasına imkan verməyən və tərəflərin tələblərin sübuta yetirmədiyi hallardır. Diqqətə çatdırılmalıdır ki, pul tələbləri üzrə yekun qənaətin formalaşması ilkin olaraq müqavilələr üzrə borcun olmasından irəli gəlir. İllər və aylar üzrə əsas, faiz və dəbbə üzrə borcu müəyyən etməyən ekspertlərin artıq ödənişin də müəyyən edilməsi mümkün deyildir. Üstəlik bu rəylərin uyğunsuzluğu "formal" həqiqətin belə müəyyən e dilməsinə imkan vermir.

64. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 269- 321, 324, 331, 355357, 372-390, 399, 404, 425.1, 427.3, 739, 741, 743, 744, 560-cı, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 34.1, 36.1, 36.3, 47.4, 59-cu, Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 78, 80-82, 88, 106.2, 119, 217.4, 385, 386, 388 və 390-cı maddələrinə istinadla əsaslandırmışdır. d) Kassasiya instansiyası məhkəməsində birinci icraat:

65. İddiaçı ASC (vəkili Nümayəndə3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

66. Cavabdeh1 (vəkili Nümayəndə1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən - ilkin iddianın təmin edilmiş hissəsind ə və qarşılıqlı iddianın təmin edilməmiş hissələrində ləğv edilməsini, ilkin iddianın tamamilə rədd edilməsi və qarşılıqlı iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

67. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-23/2023 saylı, 21 fevral 2023-cü il tarixli qərarı ilə iddiaçı "xxxx" ASC-nin kassasiya şikayətinin təmin; Cavabdeh1 kassasiya şikayətinin isə qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2022-ci il tarixli, 2(103)-174/2022 saylı qətnaməsi ləğv edilmiş və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. (hakimlər Mehparə Əhmədova (sədrlik edən və məruzəçi), Ələsgər Əliyev və Vüqar Həsənovdan ibarət tərkibdə)

68. Kassasiya instansiyası məhkəməsi qeyd etmi şdir ki, apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni borclunun banka olan borcunun ekspertiza rəyləri ilə sübuta yetirilməməsi və əsli olmayan bank sənədləri əsasında tərtib edilmiş ekspertiza rəyləri və audit rəylərinin mötəbər hesab edilməməsi ilə əsaslandırmışdır.

69. Apelyasiya instansiyası məhkəməsinin iş materiallarını araşdırdıqdan sonra irəli sürdüyü mövqelər biri digərini təkzib etməklə ziddiyyət təşkil etmişdir. Apellyasiya məhkəməsi həm ekspertiza rəylərinə təqdim edilmiş sənədlərin həqiqiliyini şübhə altına almış, həm də bu ekspertiza rəyləri ilə borclunun banka borcu olmadığı qənaətinə gəlmişdir. Göründüyü kimi, apellyasiya məhkəməsi tərəfindən işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamışdır.

70. Belə ki, iş üzrə keçirilmiş ekspertizanın nəticəsinə dair Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli rəyləri ilə «Tələbin güzəştinə dair» müqavilələrə əsasən bank qarşısında olan öhdəliklərin Cavabdeh1 ötürüldüyü, ümumilikdə Cavabdeh1 verilmiş kreditlərin 5.419010 ABŞ dolları və həmin kreditlərə görə ödənişlərin məbləğinin 7.307 920,28 ABŞ dolları məbləğində olduğu müəyyən edilmişdir.

71. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan rəyləri mötəbər sübut hesab etməyərək ilkin və qarşılıqlı iddiaları təmin etməmişdir. Halbuki MPM-in 88-ci maddəsi məhkəmənin üzərinə işdə olan bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmaq, bundan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermək öhdəliyi qoyur. Normanın mənasına görə məhkəmə işə b axarkən yalnız iddiaçının təqdim etdiyi sübutlara deyil, işə baxılması nəticəsində əldə edilmiş digər sübutlara da qiymət verməlidir.

72. Həmçinin mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə - mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (MPM-in 64.1, 79.1 və 97.1-ci maddələri).

73. Göründüyü kimi, tərəflər dəlillərinin hərtərəfli aydınlaşdırılması üçün sübutl ar tədqiq etmiş olsalar da, onlara sübutların məcmusu qaydasında qiymət verilməmişdir.

74. Tərəflərin irəli sürdüyü dəlillər yoxlanıldığı təqdirdə öz təsdiqini taparsa, toplanmış bütün sübutların, o cümlədən, borclunun banka borcunun olub-olmaması, borcun tam ödənilib-ödənilməməsi barədə qənaəti formalaşdırmaq mümkün olacaqdır.

75. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, apellyasiya məhkəməsi kredit verilmiş borcun müqəddəratını həll edərkən həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi və prosessual hüquq normalarının tətbiqi zamanı səhvə yol vermişdir.

76. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən apellyatorların şikayətlərdə ir əli sürdükləri dəlillərə heç bir münasibət bildirməmiş, mübahisənin düzgün həlli üçün tərəflərin öz tələblərinin və etirazlarının əsaslarına dair irəli sürdüyü dəlilləri təsdiq edən sübutların təqdim edilməsinin və bu əsaslarla təkrar məhkəmə ekspertizasının keçirilməsinin zəruriliyini, keçirilmiş ekspertiza rəyinin nəticələri ilə razılaşmamasının səbəblərini göstərməmiş, eyni zamanda həmin ekspertizaların nəticələrini prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada qiymətləndirməmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin məhkəmələr tərəfindən düzgün və ədalətli həll edilməsini istisna edir.

77. Məhkəmənin sübutlardan biri kimi ekspert rəyi və ya onun müəyyən hissələri ilə razılaşmamaq hüququ olduğu kimi, MPM-in 103.2-ci maddəsinə əsasən, bu halı qəbul etdiyi qətnamədə və ya qərardadda əsaslandırmaq vəzifəsi də vardır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tələbinin məqsədlərindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimi yyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Həm də məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

78. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, bundan sonra tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

79. Kassas iya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.5, 399.1, 442, 443.1, 445.2.1, 445.2.2, 462.1, 464.1, 467, 739.1; Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77.1, 88, 102.2, 103, 217, 218, 417.1.3, 418.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. e) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

80. İddiaçı ASC qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin tam təmin, qarşılıqlı iddianın isə rədd edilməsi edilməsini xahiş edib şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən borcun məbləği iş üzrə keçirilmiş sonuncu məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən müəyyən edilmiş, iş üzrə keçirilmiş sonuncu məhkəmə-mühasibatlıq ekspertizalarının rəyləri işin halla rına uyğun olmayan, tam əsassız bir rəylərdir. Belə ki, iş materiallarında olan əvvəlki məhkəmə proseslərində keçirilmiş xx.xx.2010-cu il tarixli, 15840 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 may 2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 xx.xx.2004-cü il tarixli, 27 nömrəli kredit müqaviləsinə əsasən 163100 ABŞ dolları məbləğində əsas borc, 179663 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 342763 ABŞ dolları məbləğində borcun və xx.xx.2006-cı il tarixli, 01 nömrəli kredit müqaviləsinə əsasən isə ******* ABŞ dolları məbləğində əsas borc, 643987 ABŞ dolları məbləğində faiz borcu və 500000 ABŞ dolları məbləğində cərimə borcu, cəmi ******* ABŞ dolları məbləğində kredit borcu olmaqla, hər iki kredit müqaviləsi üzrə ümumi likdə ******* ABŞ dolları məbləğində pulun tutularaq "xxxx" ASC-yə (əvvəlki adı "xxxx" ASC) ödənilməsi qət edilmişdir. Necə ola bilər ki, eyni bir iş üzrə, eyni Ekspertiza Mərkəzi tərəfindən müxtəlif rəylər verilir və həmin rəylərdə də borcun məbləğində kəskin fərqlər mövcud olsun. Halbuki, ekspertlər tərəfindən hesablama eyni metodla, eyni təlimatlarla aparılır və bundan əlavə də Bank tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra, cavabdeh tərəfindən banka heç bir ödəniş edilməmişdir. Bütün bunlara məhkəmə tərəfindən heç bir qiymət verilməmiş və sonuncu məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülərək borcun məbləği müəyyən edilmişdir. Bundan əlavə, məhkəmə prosesində iddiaçı olaraq, iddia tələbinin tam təmin olunmasını, o cümlədən ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətini müəyyən edilməsini məhkəmədən xahiş etsələr də, məhkəmə iş üzrə qəbul etdiyi qətnamədə ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətini müəyyən etməmişdir. Bundan əlavə, məhkəmə tərəfindən işə baxılarkən iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin hərracda satılması hissəsində təmin etsə də, cavabdehlərin ipoteka predmeti hərracda satıldıqdan sonra mənzildən çıxarılması və mənzilin boşaldılması hissəsində təmin edilməmişdir. Halbuki, məhkəmə ipoteka predmetinə yönəldilmə və ipoteka predmetinin hərracda satılması hissəsini təmin etdiyi təqdirdə, cavabdehlərin ipoteka predmeti hərracda satıldıqda mənzildən çıxarılması və mənzilin boşaldılması hissəsində də təmin etməli idi.

81. Cavabdeh1 qətnamədən ape llyasiya şikayəti verərək qətnamənin ilkin iddianın təmin olunmuş 761 989,37 ABŞ dolları hissəsinin ləğv edilərək, 391353,77 ABŞ dolları hissəsində təmin edilməsi; qarşılıqlı iddianın tam təmin edilərək, "xxxx" ASC-dən 5118368.52 ABŞ dolları məbləğinin tutularaq ona ödənilməsi; ipoteka ilə yüklü edilmiş ünvan 9 ünvanda yerləşən 53, 60, 55, 59, 54 və 63 nömrəli mənzillərin ipoteka yüklülüyündən azad edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

82. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə ekspert rəylərindən görünür ki, artıq ödənişlər edilmişdir. Ekspert rəyində də müəyyən edilmişdir ki, (həmçinin digər ekspertiza rəylərində də təsdiq edilmişdir) 825000 ABŞ dolları məbləği üzrə ondan 588708 ABŞ dolları artıq alınmışdır. Lakin ekspert özünün də müəyyən etdiyi ar tıq ödənilmiş məbləğlərin yalnız ikisini - 200000 və 173000 ABŞ dolları məbləğlərini (cəmi 373000) çıxmaqla, xx.xx.2004-cü il tarixə olan borcu cədvəldə 452000 ABŞ dolları kimi göstərmişdir. (825000-373000=452000). Belə olan halda, həmin cədvəldəki "452000" rəqəmi "236292" rəqəminə əvəz edilməli, faiz məbləğləri də məhz həmin 236292 ABŞ dolları üzərindən hesablanmalı idi. Həmin cədvəldən görünür ki, 452000 dollar məbləğinə xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixə hesablanmış faiz məbləği 136382.37 ABŞ dolları göstərilmişdir. Göründüyü kimi, həmin halın nəzərə alınmamağı da yalnız faiz üzrə 65085,78 ABŞ dollarının artıq hesablanması ilə nəticələnmişdir. Bu səbəbdən onun banka olan borcu həmin məbləğ qədər azaldılmalıdır. Bundan əlavə, onun banka olan borcu azaldıqdan sonra qalan mə bləğ, yəni, 175389 ABŞ dolları məbləği (1153343,14-175389 =977954,14) ondan tələb edilə bilməz, ona görə ki, bank tərəfindən aldatma, saxtakarlıq və sair yollarla onun, ailə üzvlərinin və yaxın qohumunun Hacı Əfəndiyevin kredit xətləri hesabına ona 5.118.000 dollar artıq ödətdirilməklə ona həmin məbləğdə ziyan vurulmuşdur. Məhkəmə qətnaməsində ona və Hacı Əfəndiyevə kassa məxaric orderləri ilə verilən pulların siyahısı qeyd göstərilmişdir. Məhkəmə nəzərə almamışdır ki: xx.xx.2010cu il tarixə 29000 dollar borcu olduğu halda həmin tarixdə bank həmin məbləği 144000 ABŞ dolları artıraraq, cəmi 173000 ABŞ dolları göstərmişdir; oğlu Rəhmana verilməsi təsdiq olunmayan 200000 ABŞ dollarının ona təkrarən xx.xx.2004-cü il tarixdə 825000 ABŞ dollarına olan kassa-məxaric orderinə daxil edilməsi; oğl u Rəhmanın kredit xətti hesabına 70000 ABŞ dolları artıq ödəmiş halda, həmin məbləğ təkrarən ona mədaxil edilmiş və xx.xx.2004-cü il tarixə borcu olmadığı halda, 174708 ABŞ dolları, borcu olmadığı halda ona borc kimi ödətdirilmişdir; belə olan halda, həmin ona xx.xx.2004-cü il tarixdə verilən məbləğ 452000 dollar deyil, 238000 müəyyən edilir. Lakin tərəfindən verilən qarşılıqlı iddia ilə həmin ilkin iddia tələblərinin əsassız olması sübuta yetirilmişdir. Bundan əlavə, məhkəmənin qətnaməsində təsdiq edilmişdir ki, o, qarşılıqlı iddianın vaxtında vermiş və iddia müddətini pozmamışdır. Qətnaməyə əsasən bank tərəfindən ona 1075486,59 ABŞ dolları qaytarılmalı olmasını nəzərə alsalar, qarşılıqlı hesablaşma aparılmaqla bankdan 684132,82 ABŞ dolları tutulmaqla ona ödənilməlidir (1075486,59391353,7 7 = 684132,82). Ona görə də işə apelyasiya qaydasında baxılarkən məhkəmənin ciddi prosessual pozuntuya yol verməsi nəzərə alınmalıdır. Şərh edilənlər şikayət verilən məhkəmə qətnaməsinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq ləğv edilməsi üçün kifayət qədər əsas olduğuna dəlalət edir.

83. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-180/2024 nömrəli, 3 iyun 2024-cü il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-130/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə ləğv edilmiş, "xxxx" ASC-nin ("xxxx" ASC) C avabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair ilk iddiasının, Cavabdeh1 İddiaçı ASC-yə qarşı mənzillərinin ipoteka yüklülüyündən azad edilməsi və vurulmuş zərərin ödənilməsi tələbi barədə qarşılıqlı iddiasının təmin edilməməsi, apellyasiya şikayətlərini vermək üçün ödənilən dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri – 1500 manatın 750 manatının İddiaçı ASC-dən, 750 manatının Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizasınin hesabına köçürülməsi, “X17 MMC” tərəfindən aparılmış qiymətləndirmənin dəyəri olan 500 manatın 250 manatının İddiaçı ASC-dən, 250 manatının Cavabdeh1 tutularaq “X17” MMCnin hesabına ödənilməsi qət edilmişdir.

84. Məhkəmə kollegiyası gəldiyi nəticə ni onunla əsaslandırmışdır ki, həm ilkin, həm də qarşılıqlı iddianın faktiki əsası (faktiki hallar) tələblərin qanuni əsaslarının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissələrdə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

85. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 29 iyun 2018-ci il tarixli qərardadı ilə Cavabdeh1 qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizəsi təmin edilərək, hazırki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 27 sentyabr 2011-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 may 2011-ci il tarixli qətnaməsi və qərardadı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 dekabr 2010-cu il tarixli qətnaməs i ləğv edilmiş və işə yenidən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Plenum qeyd olunan qərardadda göstərmişdir ki,... iş materiallarından göründüyü kimi Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq İdarəsi tərəfindən iş üzrə istintaq hərəkətləri həyata keçirilərkən 18 may 2016-cı il tarixdə mütəxəssis rəyi alınmış, 18 aprel 2016-cı il tarixdə ekspertiza, 16 aprel 2017-ci il tarixdə təkrar ekspertiza, 13 mart 2017-ci il tarixdə komisyon və əlavə məhkəmə mühasibatlıq ekspertizaları keçirilmiş, mütəxəssisin aktında və ekspertiza rəylərində Cavabdeh1 banka borcu olmaması, əksinə bankın Cavabdeh1 borc məbləğindən artıq məbləğdə pul əldə etməsi, ona maddi ziyan vurması müəyyən edilmişdir. Plenum qeyd edib ki, həmin rə ylər iş üzrə məhkəmə baxışından sonra əldə olunmuş sübutlar olduğundan işə yenidən baxan məhkəmə iş materialları ilə müqayisə şəkildə tədqiq olunmalı, zərurət olarsa təkrarən komission məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi məsələsi müzakirə olunmalıdır.

86. İşdən də göründüyü kimi mülki iş birinci instansiya məhkəməsinə qaytarıldıqdan sonra bank iddia tələbini dəqiqləşdirərək Cavabdeh1 hər iki müqavilə üzrə cəmi 2.528.060 ABŞ dolları məbləğində borcun alınmasını və tutmanın ipoteka predmeti olan mənzillərə yönəldilməsini, Cavabdeh1 isə kredit müqavilələrinin ləğv edilməsini, "xxxx" ASC-nin ondan xx.xx.2003-cü il tarixindən xx.xx.2007-ci il tarixədək qanunsuz aldığı 4.780.610 ABŞ dollarının İddiaçı ASC-dən alınıb ona qaytarılmasını və ipoteka müqavilələrinə xitam verilməsi və h əmin mənzillərin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həm birinci, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən tələb edilən borcun düzgünlüyünün yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertlərin köməyindən dəfələrlə istifadə edilmişdir. Belə ki, 2018-ci ilin avqust ayından sonra birinci instansiya məhkəməsi tərəfindən 3 dəfə, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə 2 dəfə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi təmin edilmiş, üstəlik bundan əvvəl işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən əlavə audit rəyi də alınmışdır. Ekspertlər də iş materialına əlavə edilmiş sübutlardan, o cümlədən maliyyə sənədlərindən istifadə etməklə rəy vermişdir.

87. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddiaçının tələb etd iyi borc məbləği peşəkar maliyyəçilər tərəfındən hesablanaraq maliyyə arayışı tərtib edilsə də bu maliyyəçilər maraqlı tərəfin, yəni bankın əməkdaşlarıdır və tərtib etdikləri maliyyə sənədlərindəki rəqəmləri istər-istəməz artırmaqda maraqlı ola bilərlər. Bu maliyyə sənədlərinin xüsusi biliyə malik ekspertlər tərəfindən təkrar yoxlanılması qanuna zidd deyil, əksinə həqiqətin müəyyən edilməsi məqsədilə ekspert rəyindən də istifadə oluna bilər. Ancaq birinci instansiya məhkəməsi bankın iddiasını qismən təmin edərkən hər iki müqavilə üzrə borcun cəmi 1.153.343,14 ABŞ dolları təşkil etdiyi qənaətinə gəlsə də, mövqeyini hər hansı bir formada əsaslandırmamış, yəni hər iki müqavilə üzrə borcun məbləğləri 12 iyun 2020-ci il tarixi ekspert rəyinin nəticə hissəsində 1 və 2-ci suallara verilən cavabla rda qeyd olunsa da, məhkəmə həmin rəydə iyirmiyə yaxın əlavə sual üzrə verilən rəyləri, həmçinin bu ekspertizadan əvvəl keçirdiyi digər 2 rəydə müəyyən edilən məbləğləri hansı səbəbdən qəbul etmədiyini yaxud qəbul etdiyi hissəni nəyə görə qəbul etdiyini qətnamədə hər hansı bir formada əsaslandırmamışdır. Çünki ekspertiza rəyi ilə məhkəmənin razılaşmamasının qətnamədə əsaslandırılması mülki prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmənin vəzifəsi idi. Bir daha qeyd olunur ki, həm qeyd olunan rəydə digər suallar üzrə verilən cavabda, həm də 10 iyun 2019 və 05 avqust 2019-cu il tarixli rəylərdə bank tərəfindən Cavabdeh1 verilən kredit məbləğləri ilə, ödənilən məbləğlər arasında fərq olduğu, yəni ödənilən məbləğin artıq olduğu göstərilmişdir. Əlbətdə ki, bu cür fərqlər olduğu halda ən a zından ekspert rəyləri birinci instansiya məhkəməsi tərəfindən ayrı-ayrılıqda və birlikdə qiymətləndirilməli və buna uyğun olaraq yekun məhkəmə aktı qəbul edilməli idi.

88. Bundan əlavə, birinci instansiya məhkəməsi Cavabdeh1 iddiasını qismən təmin edərkən qeyd edib ki, Hacı Əfəndiyevin adından Hamlet Hüseynov bankın işçiləri ilə cinayət əlaqəsinə girərək Cavabdeh1 kredit xətti müqaviləsi üzrə kredit hesabından 235.000 ABŞ dolları və Hacı Əfəndiyevin kredit hesabından istifadə olunmuş 260.000 ABŞ dolları, cəmi 495.000 ABŞ dolları əldə etmişlər. Həmin məbləğ üzrə Cavabdeh1 tərəfindən "xxxx" ASC-yə (hazırda "xxxx" ASC) 1.075.486,59 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə qənaətindəki ziddiyyəti bir qədər də dərinləşdirərək göstərib ki,... ekspertiza rəyi ilə ümumilikdə Cavab deh1 tərəfindən banka 4.918.368,52 ABŞ dolları məbləğində artıq ödəniş aparılması müəyyən edilmişdir. Hesablanmış 4.918.368,52 ABŞ dolları məbləğində artıq ödənişin Cavabdeh1, X30 oğluna, Cavabdeh3, X26 qızına və X7 dəymiş ziyan kimi qəbul edilməsinə münasibət bildirərək hesab edib ki, Cavabdeh1 bank tərəfindən dəymiş zərər 1.075.486,59 ABŞ dolları məbləğində qiymətləndirilməlidir və həmin məbləğ bankdan tutularaq Cavabdeh1 xeyrinə ödənilməlidir. Göründüyü kimi, məhkəmə 495.000 ABŞ dolları məbləğ üzrə Cavabdeh1 tərəfindən "xxxx" ASC-yə 1.075.486,59 ABŞ dollarında vəsait ödənildiyini də nəyə əsasən müəyyən etdiyini də hansısa formada açıqlamır. Düzdür, Hacı Əfəndiyevin adından Hamlet Hüseynovun bankın işciləri ilə cinayət əlaqəsinə girərək Cavabdeh1 kredit xətti müqaviləsi üzrə kredit hes abından 235.000 ABŞ dolları və Hacı Əfəndiyevin kredit hesabından istifadə olunmuş 260.000 ABŞ dolları, cəmi 495.000 ABŞ dolları əldə etməsi cinayət işi üzrə istintaq zamanı da müəyyən edilib, ancaq Cavabdeh1 məhz həmin məbləğə görə "xxxx" ASC-yə 1.075.486,59 ABŞ dolları ödəməsi hər hansı bir mötəbər sübutla təsdiq olunmur.

89. Əksinə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində aparılan cinayət işinin istintaqı zamanı, eləcə də həmin cinayət işi üzrə icraata xitam verilməsi haqqında 15 mart 2017-ci il tarixli qərardada müəyyən edilib ki, cinayət işi materiallarına əlavə edilmiş sənədlərdən, iş üzrə dindirilmiş şahid ifadələrindən Hamlet Hüseynov və Cavabdeh1 şərikli biznes fəaliyyəti ilə məşğul olduqları, Cavabdeh1 onun adından ayrı-ayrı şəxslərə bo rc ödədiyi, bir-birlərinin əvəzindən "xxxx" ASC-yə kredit üzrə əsas və faiz məbləği ödədikləri, müqavilələr ayrı-ayrı şəxslərin, yəni Cavabdeh1, onun ailə üzvlərinin və qohumu Hacı Əfəndiyevin adına tərtib olunmasına baxmayaraq, həmin şəxslərin kredit münasibətlərində, pulların götürülməsində iştirak etməmələri, məxaric sənədlərinin əksər hissəsinə ailə üzvləri və qohumlarının adından Cavabdeh1 imza edərək pulu özünün götürdüyü müəyyən olunmaqla, Hamlet Hüseynovun, o cümlədən Cavabdeh1 bankın rəhbər vəzifəli şəxslərinə pul vermələri sübut olunmadığından, həmçinin CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onların şübhəli və təqsirləndirilən şəxsin xeyrinə təfsir edildiyini nəzərə alaraq həmin xüsusatlar üzrə cinayət təqibinə xitam verilməlidir. Göründüyü kimi, Cavabdeh1 bankın rəhbər vəzifəli şəxslərinə pul verməsi, o cümlədən kredit müqavilələri üzrə artıq ödəniş etməsi cinayət işinin istintaqı zamanı da müəyyən edilməmişdir.

90. Bundan əlavə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində aparılan cinayət işinin istintaqı zamanı, eləcə də həmin cinayət işi üzrə icraata xitam verilməsi haqqında 15 mart 2017-ci il tarixli qərarda o da müəyyən edilib ki, Cavabdeh1 ifadələrində göstərdikləri həqiqəti əks etdirmir, çünki o, ali təhsilli hüquqşünas olmaqla, uzun müddət prokurorluq orqanlarında məsul vəzifələrdə işləmiş, ayrı-ayrı cinayət törətmiş şəxsləri ittiham etmiş, sənədlərin tərtib edilməsinə məsuliyyət daşımışdır, ona görə də onun bank işçiləri tər əfindən aldadılaraq mədaxil və məxaric sənədlərinin imzalatdırılması, götürdüyü kredit hesabatının aparılmaması, hətta onun aldadılaraq 1 000 000 ABŞ dollarına yaxın, yəni 838000 ABŞ dolları vəsaiti götürmədiyi halda məxaric orderinə pulu qəbul edən şəxs kimi imza atması inandırıcı olmamaqla yanaşı, istintaq sənədləri ilə təkzib edildiyindən sübut kimi qəbul edilmədən rədd edilməlidir.

91. Göstərilənlərdən əlavə, hazırki apellyasiya icraatı zamanı keçirilmiş təkrar komission məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli rəyində xx.xx.2004-cü iİ tarixli, 27 saylı kredit müqaviləsi ilə birlikdə digər kredit müqavilələri üzrə artıq ödənilmiş məbləğin cəmi 3.735.143,00 ABŞ dolları, eyni zamanda, sualda soruşulan xx.xx.2006-cı il tarixli, 01 saylı kredit müqaviləsi üzrə 200.533, 08 ABŞ dolları borc müəyyən edildiyi, xx.xx.2006-cı il tarixii, 01 saylı kredit müqaviləsi üzrə yaranmış 200.533,08 ABŞ dolları kredit borcu çıxılmaqla ümumilikdə 3.534.609,92 ABŞ dolları məbləğində ödənişin artıq aparıldığının müəyyən edildiyi qeyd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi təkrar komission məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli rəyi ilə ekspertiza qarşısında qoyulan suallara tam cavab verilmədiyi üçün, yenidən bankın vəsatəti əsasında təkrar komission məhkəmə mühasibatlıq ekspertizası təyin edərək bu dəfə ekspertizanının keçirilməsinin başqa ekspert komissiyasına həvalə edilməsini göstərmişdir. Bu dəfə də, yəni 19 aprel 2024-cü il tarixli rəydə də digər ekspert komissiyası da 1 və 2-ci suallar üzrə əvvəlki rəydə göstərilənləri təsdiq edərək xx. xx.2004-cü il tarixli, 27 saylı kredit müqaviləsi ilə birlikdə digər kredit müqavilələri üzrə artıq ödənilmiş məbləğin cəmi 3.735.143,00 ABŞ dolları, xx.xx.2006-cı il tarixli, 01 saylı kredit müqaviləsi üzrə 200.533,08 ABŞ dolları borc müəyyən edildiyi, xx.xx.2006-cı il tarixli, 01 saylı kredit müqaviləsi üzrə yaranmış 200.533,08 ABŞ dolları kredit borcu çıxılmaqla ümumilikdə 3.534.609,92 ABŞ dolları məbləğində ödənişin artıq aparıldığının müəyyən edildiyini göstərmişdir. Buna baxmayaraq, rəydə də xüsusi qeyd edərək Məhkəmə Ekspertizası Mərkəzinin Əlyazmalar və səslərin ekspertizaları şöbəsinin eksperti Ülviyyə Ağayeva tərəfindən verilmiş 28 oktyabr 2009-cu il tarixli 14552 nömrəli ekspert arayışına əsasən (cild 4 i.v 161-162) aşağıda qeyd edilən kassa məxaric orderlərinin özləri tərəfin dən götürülmədiyi müəyyən edilmiş cəmi 495000 ABŞ dolları təşkil edən 7 ədəd qəbzin hazırki ekspertiza tədqiqatı zamanı nəzərə alınmadığını xüsusi qeyd etmişlər.

92. Bununla yanaşı, 19 aprel 2024-cü il tarixli rəydə ekspertiza qarşısında qoyulmuş sualların məzmununa uyğun 2 ayrı qaydada ekspertiza tədqiqatı aparılmış və fərqli nəticələr müəyyən etmişlər. Belə ki, sonuncu rəyi verən ekspert komissiyası 1-ci qayda üzrə göstərib ki, əvvəlki ekspertiza tədqiqatları zamanı da iş materiallarında nəzərə alınmayan pul vəsaitlərinin verilməsini özündə əks etdirən kassa məxaric orderlərinin “Ağır Cinayətlərə dair Məhkəmə”nin hakimi T.X.Nəsrullayeva tərəfindən əsli ilə düzdür qeydi ilə yazılmış və möhürlənmiş kassa məxaric orderlərinin surətləri mövcud olmuşdur. Hazırki tədqiqatla əvvəlki ekspertiza tədqiqatları zamanı nəzərə alınmayan kassa məxaric orderlərinin mötəbərliyi məhkəmə tərəfindən nəzərə alındığı halda iş materiallarında pul vəsaitlərinin verilməsini özündə əks etdirən 36 ədəd kassa məxaric orderləri (o cümlədən əsli və yuxarıda qeyd edilən hakim tərəfindən əsli ilə düzdür qeydi yazılmış və möhürlənmiş kassa məxaric orderlərinin kserosurətləri) tam şəkildə nəzərə alınmaqla tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə artıq 2.599.254,27 ABŞ dolları ödənişdən yaranmış 1.197.587,58 ABŞ dolları məbləğində kredit borcu çıxılmaqla ümumilikdə 1.401.666,69 ABŞ dolları məbləğində ödənişin artıq aparıldığı müəyyən edildi. Bundan əlavə, ekspert komissiyası 2-ci qayda üzrə isə müəyyən edib ki, əvvəlki ekspertiza tədqiqatları zamanı nəzərə alınmayan, lakin hazırki ekspertiza tə dqiqatı zamanı iş materiallarında olan bütün kassa məxaric orderləri (kassa məxaric orderlərinin əsilləri, əvvəlki ekspertiza tədqiqatları zamanı nəzərə alınmayan kassa məxaric orderlərinin əsli ilə düzdür qeydi ilə yazılmış və möhürlənmiş kserosurətləri, əsli olmayan digər kassa məxaric orderlərinin kserosurətləri) məhkəmə tərəfindən nəzərə alındığı təqdirdə tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə yaranmış 1.197.587,58 ABŞ dolları məbləğində kredit borcundan artıq yaranmış 618.766,17 ABŞ dolları çıxılmaqla ümumilikdə 578.821,41 ABŞ dolları məbləğində borcun olduğunun müəyyən edilir.

93. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığ ına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya, əlavə və təkrar ekspertiza təyin edə bilər. Ancaq işdən də görünür ki, hazırki mübahisə ilə əlaqədar aparılmış cinayət işinin istintaqı zamanı, həm də mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmələr iş üzrə dəfələrlə məhkəmə mühasibatlıq ekspertizası təyin edərək rəylər alıblar. Hətta axırıncı iki rəy tərəflərin iştirakı ilə ekspert komissiyası tərəfindən verilmişdir. Ancaq ümumilikdə alınmış bu rəylərin tam əksəriyyətində tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə Cavabdeh1 banka ödənilməmiş borcunun qaldığı təsdiq olunmur. Bununla əlaqədar, apellyasiya baxışı zamanı tərəflərə dəfələrlə mübahisəni barışıq sazişi ilə tamamlamaq təklif olunmuş, bank tərəfindən bu təklif müsbət qarşılanaraq qarşı tərəfin kredit mü qavilələri üzrə qismən ödəniş edəcəyi təqdirdə razılaşmanın mümkün olduğu bildirilsə də, əksinə qarşı tərəf bankın ona zərər vurduğuna görə borclu olduğunu bəyan edərək razılaşmadan imtina etmişdir. Yuxarıda da qeyd olunduğu kimi Cavabdeh1 bankın ona zərər vurması yaxud almadığı kreditlərə görə artıq ödənişlər etməsi inandırıcı və ağlabatan olmamaqla yanaşı, həyatda həmişə baş verən hallara da uyğun gəlmir. Çünki Cavabdeh1 bəyan etdikləri istintaq orqanı tərəfindən aparılan cinayət işinin istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə tərkibi Cavabdeh1 də banka qarşı zərərin ödənilməsinə dair iddiasını əsassız saymışdır. Beləliklə, məhkəmə tərkibi hər iki iddianın təmin edilməsi üçün kifayət qədər mötəbər sübutlar olmadığı, eləcə də mövcud olan sübutların ziddiyyətli o lduğu və hər iki iddianın qismən də olsa təmin olunması üçün kifayət edən və yetərli olmadığı qənaətinə gəlmişdir.

94. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh1 iddia tələbində və apellyasiya şikayətində göstərdiyi tələblərdən biri ipotekaya xitam verilməsi və mənzillərin ipoteka yüklülüyündən azad edilməsi olsa da, bu tələb də onun əsas tələbindən asılı olan törəmə tələb sayılır. Buna baxmayaraq, “İpoteka haqqında” Qanunun tələbinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Qanunun 15.1-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Ona görə də hazırki qətnamənin qanuni qüvvəsini alacağı təqdirdə ipoteka saxlayan 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır.

95. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 317.1, 385.1, 390.5, 399.1, 404, 442, 445.2.1, 445.2.2, 739; Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77.1, 88, 102.2, 103, 217, 218, 417.1.3, 418.3-cü maddələrinə; “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1, 15.1, 48.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

96. İddiaçı (vəkil Nümayəndə3) apellyasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2024-cü il tarixli, 2(103)- 180/2024 nömrəli qətnaməsinin İddiaçı ASC-nin ilkin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi və İddiaçı ASC-nin ilkin iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

97. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə əsaslandırılmışdır.

98. Cavabdeh (vəkili Nümayəndə1) apellyasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-ci il tarixli, 2(103)-180/2024 saylı qətnaməsinin qismən - qarşılıqlı iddianın təmin edilməmiş hissələrində ləğv edilərək qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş etmişdir.

99. Kassasiya şikayəti qarşılıqlı iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəli lləri

100. Cavabdeh iddiaçının kassasiya şikayətinə qarşı etiraz göndərərək iddiaçının kassasiya şikayətinin rədd, cavabdehin kassasiya şikayətinin təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-ci il tarixli, 2(103)-180/2024 saylı qətnaməsinin qismən - qarşılıqlı iddianın təmin edilməmiş hissələrində ləğv edilərək qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

101. Maddə 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.

102. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

103. Maddə 385.1. Öhdəliyə əsasən bi r şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

104. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

105. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

106. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

107. Mad də 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

108. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

109. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

110. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

111. Maddə 445.2.2. İcra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra d a öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır.

112. Maddə 739.1 (xx.xx.2023-cü ilədək). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

113. Maddə 739.2 (xx.xx.2023-cü ilədək). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun

114. Maddə 10.1 İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdə liyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur.

115. Maddə 15.1. İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir.

116. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.2-1. ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda.

117. Maddə 48.2. Bu Qan unun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır.

118. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

119. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

120. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqd im etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

121. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

122. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

123. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

124. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə mə hkəmələr tərəfindən qiymətləndirilir.

125. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

126. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

127. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

128. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

129. Maddə 407.2, 407.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri

130. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmu ş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

131. İddiaçı kassasiya şikayətində iddianın rədd edilməsi, Cavabdeh1 isə qarşılıqlı iddianın rədd edilməsi hissəsindən kassasiya şikayəti verdiyindən apellyasiya instansiyasının yekun məhkəmə aktı kassasiya şikayətində irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

132. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

133. Məhkəmə kollegiyası hesab edir ki, ilkin iddianın rədd edilməsi və "xxxx" ASC (indiki İddiaçı ASC) ilə Quliyev Ağalar Yusif oğlu ilə aralarında bağlanmış ipoteka müqaviləsi və ona əlavə üzrə Cavabdeh1 məxsus ünvan 7 ünvanında yerləşən 55 və 59 saylı mənzillərin ipotekasına xitam verilməsi və həmin mənzillərin ipoteka yüklülüyündən azad edilməsinə dair qarşılıqlı iddia tələbinin rədd edilmiş hissəsi istisna olmaqla, qarşılıqlı iddianın rədd olunmuş qalan hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu tələblər üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

134. Belə ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən həmin hissədə tələbin əsaslandığı faktiki hallara dair işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin bu hissədə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

135. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, məhkəmə Cavabdeh1 məxsus ünvan 7 ünvanında yerləşən 55 və 59 saylı mənzillərə dair "xxxx" ASC (indiki İddiaçı ASC) ilə Quliyev Ağalar Yusif oğlu ilə aralarında bağlanmış ipoteka müqavilələrinə xitam verilməsi və həmin mənzillərin ipoteka yüklülüyündən azad edilməsinə dair hissələrində qarşılıqlı iddia tələbini təmin etməməklə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir.

136. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin edilir uzlaşmırsa (yaxud cavabdehin etiraz və müdafiə vasitələrinə təmin olunmalı deyilsə) rədd edilir.

137. Tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, tələbin haqlı bir hüquqi səbəbə söykənib-söykənmədiyini müə yyən etmək hakimin vəzifəsidir. Çünki hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. Bu qayda Roma hüququndan gələn “da mihi factum, dabo tibi ius” (mənə faktları ver, sənə uyğun hüququ verim) prinsipinə əsaslanır.

138. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

139. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

140. Apellyasiya instansiyası məhkəməsi ümumilikdə iş üzrə alınmış ekspertiza rəylərinin tam əksəriyyətində tərəflər arasında bağlanmış kredit müqav ilələri üzrə Cavabdeh1 banka ödənilməmiş borcunun olmaması barədə nəticəyə gəlmiş, lakin borc olmadığı halda Cavabdeh1 məxsus ünvan 7 ünvanında yerləşən 55 və 59 saylı mənzillərin ipoteka yüklülüyündən azad edilməsi hissəsində qarşılıqlı iddia tələbini təmin etməməklə maddi hüquq normasının tələbini pozmuşdur.

141. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1, 48.1.2ci maddələrinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir.

142. Göründüyü kimi qarşılıqlı iddia tələbinin 55 və 59 saylı mənzillərə dair hissədə təmin edilməsi üçün qanuni əsaslar olduğu halda məhkəmə “İpoteka” haqqında Qanunun 15.1-ci maddəsinə istinad edərək “ipotekanın dövlət qeydiyyatının ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edi lir” müddəasına istinad etməklə, hazırki qətnamənin qanuni qüvvəsini alacağı təqdirdə ipoteka saxlayanın 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməli olduğunu göstərmişdir. Halbuki istinad edilən “İpoteka” haqqında Qanunun 15.1-ci maddəsində ipotekanın dövlət qeydiyyatının məhkəmənin qərarı əsasında da ləğv edilməsi imkanı nəzərdə tutulmuşdur.

143. Məhkəmə kollegiyası tərəflər arasında borc öhdəliyinin mövcudluğu ilə bağlı mübahisə olduğu halda, həmin tələb üzrə mübahisəni həll etməyərək, ipotekasaxlayın ərizəsi əsasında ipotekaya xitam verilməli olması barədə qənaəti əsassız olmuş və istinad edilən qanun normasının tələblərinin düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir.

144. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, cavabdehqarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, Cavabdeh1 məxsus ünvan 8 ünvanında yerləşən 55 və 59 saylı mənzillərin ipoteka yüklülüyündən azad edilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilməli və həmin məhkəmədə müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə, həmin tələb təmin edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

145. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC-nin ("xxxx" ASC) kassasiya şikayəti təmin edilməsin. Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3 i yun 2024-cü il tarixli 2(103)180/2024 saylı qətnaməsi qismən, Cavabdeh1 məxsus ünvan 8 ünvanında yerləşən 55 və 59 saylı mənzillərin ipoteka yüklülüyündən azad edilməsi barədə qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə Cavabdeh1 qarşılıqlı iddia ərizəsi təmin edilsin. "xxxx" ASC (indiki İddiaçı ASC) ilə Cavabdeh1 arasında bağlanmış 28 saylı xx.xx.2004-cü il tarixli ipoteka müqaviləsi və ona edilmiş xx.xx.2006-cı il tarixli əlavə üzrə Cavabdeh1 məxsus ünvan 8 ünvanında yerləşən 55 və 59 saylı mənzillərin ipotekasına xitam verilsin və həmin mənzillər ipoteka yüklülüyündən azad edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar