Məhkəmə qərarları › İş №2(102)-335/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-335/2025

30.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-335/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququ, mənzildən çıxarılma, mənzilə istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair ilkin iddia ərizəsi üzrə, həmçinin iddiaçı Cavabdeh İddiaçı qarşı mənzildən çıxarma tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5237/2024 nömrəli, 2 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 30 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli nikahın pozulması haqqında şəhadətnaməsinə əsasən, Cavabdeh və X2 ilə olan nikah ləğv edilmişdir.

2. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5703/2014 nömrəli, xx.xx.2014cü il tarixli qətnaməsi ilə iddiaçı Hüseynli Sevil Məmmədşir qızının Cavabdeh və üçüncü şəxs "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “müvəqqəti orderin ləğv edilməsi barədə” iddia ərizəsini n təmin edilməməsi, iddiaçının Cavabdeh adına olan Bakı şəhəri, X7 massivi, Bünyadzadə küçəsi, 6 saylı yaşayış binası, 45 saylı mənzilə dair müvəqqəti order ləğv edilərək, həmin mənzilə dair yeni müvəqqəti orderin iddiaçının adına verilməsi öhdəliyinin üçüncü şəxs "xxxx" Mənzil-Tikinti Kooperativinə həvalə edilməsi barədə iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Hüseynli Sevil Məmmədşir qızına qarşı “mənzildən çıxarma və mənzilə köçürmə barədə” qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh Hüseynli Sevil Məmmədşir qızının Bakı şəhəri, Yasamal rayonu, X7 massivi, Bünyadzadə küçəsindəki 6 saylı binanın 45 saylı mənzildən çıxarılması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X7 massivi, Bünyadzadə küçəsindəki 6 saylı binanın 45 saylı mənzilinə köçürülməsi qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4016/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5703/2014 saylı iş üzrə xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5268/15 nömrəli, xx.xx.2015-ci il tarixli qərarı ilə Hüseynli Sevil Məmmədşir qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhk əməyə müraciət edərək Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X7 massivi, Bünyadzadə küçəsi, bina 6, mənzil 45 ünvanında yerləşən mənzilə dair istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, rəhmətlik X6 Məmmədşir qızı özünə məxsus 2 mənzili və qarajı sataraq, alqı-satqısından əldə edilmiş vəsaitə 2 mənzil almış, onlardan biri Bakı şəhəri, Yasamal rayonu, X7 massivi, Bünyadzadə küçəsi, bina 6, mənzil 45 ünvanında yerləşən mənzili ona yaşamaq üçün vermiş, Bakı şəhəri, Yasamal rayonu, X7 massivi, Bünyadzadə küçəsi, bina 6, mənzil 40 ünvanında yerləşən mənzili isə öz yaşamağı üçün əldə etmişdir. Lakin cavabdeh nə anasının, nə də ki onun icazəsini almamış Bakı şəhəri, Yasamal rayonu, X7 massivi, Büny adzadə küçəsi, bina 6, mənzili 45 ünvanında yerləşən mənzilə dair "xxxx" (205 saylı) MTK vasitəsi ilə öz adına müvəqqəti order almışdır. Bununla bağlı anası ilə Səfərov Emin arasında məhkəmə çəkişməsi getmiş və məhkəmə qərarına əsasən mübahisəli mənzil anasının mülkiyyəti olaraq tanınmışdır. O, isə anasının yeganə vərəsəsidir. Həmçinin də anasının xahişi ilə çıxarılmış Səbail rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(009)1513/2016 saylı qərardadına əsasən Hüseynli Sevil Məmmədşir qızı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Bakı şəhəri, X7 massivi, Bünyadzadə küçəsi, 6 saylı yaşayış binası, 45 saylı mənzilin üzərinə həbs qoyulmuş və həmin mənzillə bağlı sənədləşmələrin aparılması qadağan edilmişdir. X6 Məmmədş ir qızı xx.xx.2023-cü il tarixdə vəfat etmişdir, o, anasının yeganə vərəsəsidir. Sözügedən qərardadın əsası olan mülki iş X6 Məmmədşir qızının xeyrinə bitmişdir. Ona görə də həmin qərardadın ləğvi xahişi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Yuxarıda bəhs etdiyindən göründüyü kimi o, cavabdehlə ər-arvad münasibətində cəmi 6 ay olmuşdur, nikahları demək olar ki, faktiki xarakter daşıyıb. Nikahın pozulmasından artıq 6 il keçib, o vaxtdan o, onunla heç bir münasibət saxlamamışdır, sadəcə birgə tanışlarının vasitəsi ilə cavabdehin artıq başqa nikah münasibətinə daxil olması barədə məlumatı vardır. Beləliklə də yuxarıda istinad etdiyi faktları nəzərə alsalar cavabdehlə arasında heç bir birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsündən söhbət belə gedə bilməz. Anası uzun müddət ağır xəstə olduğundan, o, onun müalicəsi üçün müxtəlif kredit və borclara girməyə məcbur olmuşdur. Hal-hazırda anasının yaşadığı mənzili həmin borcların ödənilməsi üçün satmaq məcburiyyətindədir. Artıq beh müqaviləsini bağlamışdır. Bakı şəhəri, X7 massivi, Bünyadzadə küçəsi, 6 saylı yaşayış binası, 45 saylı mənzil onun yeganə yaşayış yeridir. Yuxarıda bəhs etdiyi kimi o, anasının yeganə vərəsəsidir, cavabdehin onun mülkiyyətində formal olaraq qeydiyyatda olması ona mülkiyyətindən tam yararlanmağa və öz arzusına uyğun mülkiyyətinə dair hər hansı bir sərəncam verməyə bilavasitə mane olur. Nəticə etibarilə onun mülkiyyət hüquqlarının kəskin pozulması ilə yanaşı cavabdehin təqsiri üzündən maddi cəhətdən problemlərlə üzləşir. Ona görə də cavabdehin onun mülkiyyətində olan mənzilə qeydiyyatının ləğv edilməsi zərurəti yaranmışdır.

7. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı cavabdeh İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X7 massivi, Bünyadzadə küçəsində yerləşən 6 saylı binanın 45 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılır ki, Bakı şəhəri, Yasamal rayonu, X7 massivi, Bünyadzadə küçəsi, ev 6, mənzil 45 ünvanda yerləşən, ümumi sahəsi - 52,33 kv.m., yaşayış sahəsi - 21,29 kv.m. olan bir otaqlı mənzil 15 fevral 2011-ci il tarixdən ona məxsusdur. Adıçəkilən mənzili həmin dövrdə yaşayış binasını inşa edən "xxxx" Mənzil Tikinti Kooperativindən əldə etmişdir. Belə ki, xx.xx.2011-ci il tarixdə "xxxx" MTK-nin rəhbərliyinə müraciət edib həmin tikinti kooperativinin qeyd oluna n ünvanda inşa etdiyi çoxmənzilli yaşayış binasındakı 45 saylı mənzili bəyənmiş və dəyərini əvvəlki sahibinə X3 tam ödəməklə onu əldə etmişdir. Ödədiyi 32.500 ABŞ dolları və mənzilin əvvəlki sahibi ilə əldə etdiyi razılıq müqabilində "xxxx" MTK tərəfindən ona 45 saylı mənzilə dair müvəqqəti order verilmişdir. 2011-ci ildə mənzil əldə etdiyi zaman cavabdeh İddiaçı anası Sevil Hüseynli də onunla bir binada, 40 saylı mənzili əldə etmişdir. 2012-ci ilin oktyabr ayıda cavabdeh İddiaçı ilə nikaha daxil olmuşdur və bir müddət onunla 45 saylı mənzildə yaşamışdır. Daha sonra İddiaçı ilə münasibətləri ailə-məişət mübahisələri zəmnində pisləşmişdir. Əsassız söz-söhbətlərdən sonra cavabdeh və onun anası S.Hüseynli müxtəlif bəhanələrlə onu öz mənzilinə buraxmamış, mənzilə gələcəyi təqdirdə ona şər atıb məsuliyyətə cəlb etdirəcəyi ilə hədələmişlər. Münaqişənin sakitləşməsi üçün bir müddət mənzilə getməmişdir, cavabdehin və onun anasının onunla barışacağını fikirləşmişdir. Bununla belə İddiaçı anası S.Hüseynli ilə birlikdə özünə məxsus mənzilə onu buraxmamışlar. 2014-cü ildə cavabdehin anası S.Hüseynliyə qarşı "mənzildən çıxarılma və mənzilə köçürülmə" tələbinə dair iddia ərizəsi təqdim etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5703/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Adıçəkilən məhkəmə qətnaməsi ilə Sevil Hüseynlinin ona qarşı "müvəqqəti orderin ləğv edilməsi və s." tələblərə dair iddia ərizəsi təmin edilməmişdir. Cavabdeh İddiaçı ilə barışmaq niyyəti olduğundan 2014-cü ildə onun mənzildən çıxarılması ilə bağlı məhkəməyə mürac iət etməmişdir. Həmin dövrdə cavabdehin anasını özünə məxsus mənzildən çıxarmaq və mənzilə köçmək istədiyindən iddia tələbi ancaq ona qarşı olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5703/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi qüvvəsini alıb icraya yönəlməsinə baxmayaraq, cavabdehin anası S.Hüseynli uzun zaman ərzində qətnamənin icrasına imkan verməmiş, məhkəmə qətnaməsi icra olunmamış qalmışdır. Digər tərəfdən, o, müddətdən artıq hərbi xidmətə başladığından və uzun zaman Bakı şəhərindən uzaqda xidmət etdiyindən qətnamənin icra olunmasını təkidlə tələb etməmiş, S.Hüseynlinin vəfat etməsinə baxmayaraq bu günədək özünə məxsus mənzilə köçməmişdir. Cavabdehlə barışmasını mümkün olmaması səbəbindən 2012-ci ildə qeydə alınmış nikahları 2016-cı ilin may ayında pozulmuş və bu barədə o, şəhadətnamə almışdır. Ötən müddət ərzində o, yeni ailə həyatı qurmuş, digər şəxslə nikaha daxil olmuş, övladı dünyaya gəlmişdir. Buna baxmayaraq cavabdeh İddiaçı ona məxsus mənzili həmin binada anasından ona miras qalmış digər mənzillə yanaşı istifadə etməkdə, öz şəxsi əşyalarını mənzilində saxlamaqda davam edir. Mənzildə olan əşyalarını çıxarıb mənzili tərk etmək barədə tələbini cavabdeh yerinə yetirməmişdir. Beləliklə, sözügedən Bakı şəhəri, Yasamal rayonu, X7 massivi, Bünyadzadə küçəsi, ev 6, mənzil 45 ünvanda yerləşən mənzil ona məxsus olsa da, uzun müddət ərzində o, həmin mənzildən istifadə edə, həmin mənzilə dair sahiblik hüququnu həyata keçirə bilmir. Odur ki, ona məxsus mənzilindən cavabdehin və ona məxsus əşyaların çıxarılması məhkəmə qaydasında həyata keçirilməsi zəruri olmuşdur.

9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(009)-1174/2024 nömrəli qətnaməsi ilə (hakim Şahin Abdullayev) ilkin və qarılıqlı iddia tələblərinin təmin edilməməsi, ödənilmiş məhkəmə xərclərinin tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.

10. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hala, yəni mübahisəli mənzilin anasına məxsus olmuş daşınmaz əmlakların satışından əldə olunmuş pul vəsaiti hesabına alınmasına dair anası tərəfindən qaldırılan iddiaya qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hüquqi qiymət verilmiş və mübahisəli mənzilin qanuni əsaslarla cavabdehin adına sənədləşdirilməsi və müvafiq orderin verilməsi müəyyən edilmişdir.

11. Məhkəmə ilkin iddia üzrə iddiaçının qanuni qüvvəyə minmiş məhkəmə qət naməsi qəbul edilmiş mülki iş üzrə iddiaçı olan şəxsin (Hüseynli Sevil Məmmədşir qızı) vərəsəsi olmasını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı qeyd edilən mülki iş üzrə tərəf olmasa da, tərəf olan şəxsin hüquqi varisi olduğundan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş faktların hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıması nəzərə alınmalıdır. Bu səbəbdən həmin faktın yenidən sübut edilməsi yolverilməz hesab edilməlidir.

12. Məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında cavabdehin mübahisəli mənzili MTK-dan pay haqqı tam ödənilməklə alması və bu faktın qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq olunması, bununla da cavabdehin əmlak üzərində sahiblik və istifadə hüququnun mövcudluğu müəyyən edildiyindən, onun mübahisəli mənzildə yaşamaması özünə məxsus mənzilə olan istifadə hüququnun itirilməsinə səbəb ola bilməz.

13. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələbin hüquqi əsasını mübahisəli mənzilin İddiaçı ilə rəsmi nikaha daxil olmamışdan qabaq onun tərəfindən əldə olunması və hazırda ailə münasibətlərinə son qoyulduğu üçün cavabdehin həmin mənzildə yaşaması onun istifadə və sahiblik hüququnun pozması təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh məxsus mübahisəli mənzilin ilkin və sonrakı təmir xərcləri İddiaçı tərəfindən ödənilmiş, təmirə çəkilən xərc kifayət qədər yüksək olmuş və həmin xərclər daşınmaz əmlakın dəyərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olmuşdur. Məhkəmə hesab etmişd ir ki, Cavabdeh mənzili qanuni əsaslarla təmirsiz əldə etsə də, ilkin və sonrakı təmir xərcləri cavabdeh tərəfindən həyata keçirilərək mübahisəli mənzilin dəyərinin xeyli və əhəmiyyətli dərəcədə artmasına səbəb olduğundan, həmin mənzil tərəflərin birgə mülkiyyəti hesab edilməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29 maddəsinə; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Avropa Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 225.4-cü; Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 31-37-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci; Azərbaycan Respublikası Konstityuisya Məhkəməsinin Plenumunun x x.xx.2010-cu il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 119.1 və 216220-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qarşılıqlı iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edib, qarşılıqlı iddanın, yəni İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X7 Massivi, Bünyadzadə küçəsi, ev 6, mənzil 45 ünvanda yerləşən mənzildən əşyaları ilə birlikdə çıxarılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ailə Məcəlləsinin 35-ci maddəsi məhkəmə hazırkı mübahisə üzrə düzgün tətbiq etməmişdir. Adıçəkilən maddi hüquq norm asını tətbiq etmək üçün məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən, habelə həmin maddi hüquq norması ilə tənzilmlənən münasibətlər məhkəmə araşdırmasının predmeti olmadığından məhkəmənin həmin normaya istinad etməsi qanunsuz və əsassızdır. Qeyd etdiyi kimi, məhkəmə ona məxsus mənzildə əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s. ilə bağlı hər hansı araşdırma aparmamışdır. Əgər belə araşdırma aparılsaydı, o zaman nəzərə alınmalı idi ki, mənzil 2011-ci ilin fevral ayında cavabdeh tərəfindən əldə edilib. Bundan bir qədər sonra o, ailə həyatı quracağnı nəzərə alıb həmin mənzili təmir etmişdir. Mənzil yaşayış üçün hazır olduqdan sonra cavabdeh İddiaçı ilə nikaha daxil olub adıçəkilən mənzildə özünün məhkəmədə dəfələrlə qeyd etdiyi kimi, 6 ay ərzində yaşamışdır. Daha sonra onlar ayrılmış, faktiki nikah münasibətlərində olmamışlar. Birgə yaşadığı və təsərrüfat apardığı dövrdə sözügedən mənzildə heç bir əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s. işləri həyata keçməmişdir. Qeyd olunanlar bir daha təsdiq etmişdir ki, məhkəmə araşdırmasının predmeti olmayan məsələləri məhkəmənin qətnaməyə daxil etməsi və heç bir sübut əsası olmayan halların məhkəmənin müəyyən etməsi tam olaraq əsassız və qanunsuz olmaqla yuxarda qeyd edilən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35-ci maddəsinin tətbiqində səhvə yol verdiyini təsdiq edir. Hesab etmişdir ki, məhkəmə mübahisəyə baxarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinin tətbiqində səhv etmişdir. Qeyd edilməlidir ki, mülki işin materiallarında mübahisəli mənzilin təmiri ilə bağlı hər hansı sübut yoxdur. Ümumiyyətlə cavabdehə məxsus mənzilin təmiri ilə bağlı məhkəmə iclaslarında hər hansı araşdırma olmamışdır. Mülki işin materiallarına, məhkəmə iclas protokoluna və audio-video yazısına diqqət yetirdikdə açıq görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X7 massivi, Bünyadzadə küçəsi, ev 6, mənzil 45 ünvanda yerləşən mənzildə aparılan yaxud da aparılmayan əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a. ilə bağlı məhkəmədə tərəflər izahat verməmiş, bu məzmunda hər hansı sübut təqdim etməmişlər. İlkin iddia üzrə İddiaçı öz iddia tələbi üzrə məhkəməyə təqdim etdiyi sübutlar mübahisəli mənzilin təmirinə qətiyyən aidiyyəti yoxdur. Həmin sübutlar onun iddia tələbinin təmin edilməsinə də əsas verməmişdir. Həmçinin, onun məhkəməyə təqdim etdiyi qarşılıqlı iddia ərizəs i cavabdehə məxsus mənzilin əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a. ilə bağlı olmadığı üçün həmin məsələlərlə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bütün bunların qarşılığında qarşılıqlı iddia tələbini təmin etməmək üçün məhkəmə mübahisələndirilən qətnamədə belə bir əsaslandırma aparmşdır: ”Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh məxsus mübahisəli mənzilin ilkin və sonrakı təmir xərcləri İddiaçı tərəfindən ödənilmiş, təmirə çəkilən xərc kifayət qədər yüksək olmuş və həmin xərclər daşınmaz əmlakın dəyərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olmuşdur. Məhkəmə hesab etmişdir ki, Cavabdeh mənzili qanuni əsaslarla təmirsiz əldə etsə də, ilkin və sonrakı təmir xərcləri cavabdeh tərəfindən həyata keçirilərək mübahisəli mənzilin dəyərinin xeyli v ə əhəmiyyətli dərəcədə artmasına səbəb olduğundan, həmin mənzil tərəflərin birgə mülkiyyəti hesab edilməlidir. Məhkəmədə cavabdehə məxsus mənzilin əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a. ilə bağlı sübutlar təqdim edilməyib və bu barədə hər hansı araşdırma aparılmayıb məhkəmənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinə istinad etməsi qanunsuz və əsassız olmuşdur. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə nəticəyə gələrkən sübutlara düzgün qiymət verməmişdir və bu Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinin pozulması deməkdir. Adıçəkilən prosessual normaya əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə ü çün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işdəki aşağıdakı sübutlara düzgün qiymət verməmişdir: a) işin halları ilə bağlı tərəflərin izahatına. b) tərəflərin məhkəməyə təqdim etdikləri sübutlara. c) işin faktiki hallarına. Məhkəmə sübutlara qiymət verərkən səhvə yol vermiş, müəyyən etdiyi hal, yəni mənzildə əsaslı təmirin və s., işlərin aparılması işdəki sübutlarla təsdiq edilmir, odur ki, belə hesab etmişdir ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbini pozmuşdur. Mülki işin materiallarından görünür ki, qarşılqılı iddia tələbimi rədd etmək üçün məhkəmənin gətirdiyi yeganə əsas – ona məxsus mənzildə əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s. ilə bağlı olmuşdur. Lakin məhkəmənin qəbul etdiyi qətnamə iş üzrə müəyyən edilmiş həqiqi halla ra uyğun olmamaqla təfəflərin qarşılıqlımünasibətlərinə əsaslanmamışdır. Məhkəmə qətnamədə gəldiyi nəticəni məhkəmə iclasında tədqiq olunmuş sübutlarla (mənzildə əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) əsaslandırmamışdır. Qeyd edilən hallar qarşılıqlı iddia tələbi üzrə məhkəmənin nəticəyə gəlməsi üçün mühüm əhəmiyyəti olsa da, heç bir araşdırma aparmadan məhkəmə hüquqlarını pozmaqla nəticəyə gəlmişdir. İş materiallarında təmirlə bağlı hər hansı sübutun olmaması, aparılan təmirin vaxtı, həcmi və s. məsələlə bağlı tərəflər məhkəməyə izahat və sübut təqdim etməmələri məhkəmənin ons məxsus mənzildə əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s. ilə bağlı araşdırma aparmaması sübut edir. Məhkəmə iş materiallarında mövcud olmayan sübutlarla və aparmadığı ara şdırma ilə müəyyən edilmişdir ki, cavabdehə məxsus Bakı şəhəri, Yasamal rayonu, X7 Massivi, Bünyadzadə küçəsi, ev 6, mənzil 45 ünvanda yerləşən mənzildə əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s. ilə bağlı işlər aparılıb. Lakin, iş üçün əhəmiyyəti olan bu hallar sübuta yetirilməyib. Məhkəmə təmirlə bağlı araşdırmaaparmayıb, tərəflər bu barədə məhkəməyə izahat və sübut təqdim etməyiblər.Məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı cavabdehə məxsus Bakı şəhəri, Yasamal rayonu, X7 massivi, Bünyadzadə küçəsi, ev 6, mənzil 45 ünvanda yerləşən mənzildən çıxarılması tələbinə dair qarşılqılı iddiaərizəsi təmin edilməməlidir. Lakin mülki işin müəyyən edilmiş halları ilə təsdiq olunur ki, məhkəmə belə nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, məhkəmə gəldiyi nəticəni əsasl andırmaq üçün cavabdehə məxsus Bakı şəhəri, Yasamal rayonu, X7 massivi, Bünyadzadə küçəsi, ev 6, mənzil 45 ünvanda yerləşən mənzildə əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s. ilə əlaqələndirmişdir. Lakin mülki işin materiallarında mübahisəli mənzildə təmir işlərinin aparılması ilə bağlı heç bir sübut yoxdur, yəni mənzildə təmir aparılma ilə bağlı hallar məhkəmə prosesində müəyyən etməmiş, bu isə məhkəmənin gəldiyi nəticənin işin halarına uyğun gəlməməsi nəticəsinə gəlməyə kifayət qədər əsas verir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 oktyabr 2024-cü il tarixli, 2(103)-5237/2024 nömrəli qətnaməsi ilə (hakimlər-Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Emin Əliyev və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qə tnaməsi mübahisələndirilən-qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, qarşılıqlı iddia tələbi təmin edilməsi, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X7 massivi, Bünyadzadə küçəsində yerləşən 6 saylı binanın 45 saylı mənzildən çıxarılması qət edilmişdir.

18. Apellyasiya instansiya məhkəməsinin mövqeyi onunla əsaslandırılmışdır ki, iş materiallarından mübahisələndirilən mənzilin dəyərinin xeyli artmasına səbəb olmuş iddiaçı tərəfindən hər hansı təmir işlərinin aparılması və ya təmir xərclərinin qoyulması müəyyən edilmir, bu istiqamətdə iddiaçı tərəf məhkəməyə heç bir dəlil, sübut təqdim etməmiş, araşdırma aparılmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli mənzil nikahdan əvvəl cavabdehə məxsus olmuş, bundan so nra tərəflər ailə qurmuş, həmin mənzildə yaşamışlar. Deməli, 2011-ci ildə cavabdeh tərəfindən mənzil alındıqdan sonra, təmir olunmuşdur ki, o, 2012-ci ildə iddiaçı ilə ailə quraraq həmin mənzildə yaşamışlar. Həmin vaxtı iddiaçının həmin mənzilə istifadə hüququ yaranmışdır. 2013-cü ilin may ayından tərəflər arasında olan münasibətlər kəsilmiş və onlar ayrı yaşamağa başlamışlar. xx.xx.2017-ci il tarixdə tərəflər arasındakı nikaha rəsmi olaraq xitam verilmişdir.

19. Kollegiya qeyd etmişdir ki, tərəflər arasında ailə münasibətlərinə 2017-ci ildə xitam verildiyindən, hazırda iddiaçı cavabdehin ailə üzvü hesab olunmadığından və mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşmanın mövcud olması barədə sübut təqdim olunmadığından, cavabdeh iddiaçının həmin mənzildən çıxarılması ilə bağlı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

20. Kollegiya həmçinin iddiaçının istifadə hüququnun müvvəqqəti (müəyyən müddətə) saxlanılması üçün əsas görməmişdir. Belə ki, İddiaçı anasına məxsus Bakı şəhəri, Yasamal rayonu, X7 massivi, Bünyadzadə küçəsi, bina 6, mənzil 40 ünvanında yerləşən mənzil mövcuddur və iddiaçı xx.xx.2023-cü il tarixdə vəfat etmiş anasının vərəsəsidir.

21. Həmçinin kollegiya qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi onunla X1 arasında Bakı şəhəri, Yasamal rayonu, X7 massivi, Bünyadzadə küçəsi, bina 6, mənzil 40 ünvanında yerləşən mənzilin alğı-satqısı ilə əlaqədar xx.xx.2024-cü il tarixli beh müqaviləsi, iddiaçının hazırkı tələblə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etməsi və məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlı olm ası nəzərə alınmaqla, MPM-in 78.1-ci maddəsinin tələblərinə əsasən sübut kimi qəbul edilə bilməz.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə, Azərbaycan Respublikası Konstityuisya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 8 oktyabr 2013-cü il tarixli qərarı istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından və birinci instansiya məhkəməsində çıxarış təqdim olunmadığından onun mənzil üzərində sərəncamvermə hüququ yaranmamışdır. Dolayısı ilə onun iddiaçını mənzildən çıxarmaq hüququ da mövcud olmamışdır. Cavabdehin mübahisəli mənzil üzərində mülkiyyət hüquqları qeydiyyata alınmamış idi və tərəf də bununla bağlı məhkəməyə çıxarış təqdim etməmişdir. Belə olduğu təqdirdə o, mənzilin mülkiyyətçisi hesab olunmur. Çünki qanunverici mülkiyyəti təsdiq edən sənəd kimi yalnız daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı qəbul edir.

25. Apellyasiya instansiya məhkəməsi heç bir aktiv araşdırma fəaliyyəti aparmadan Cavabdeh qarşılıqlı iddiasını təmin etmişdir.Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyini mübahisələndirərkən ən azından birinci instansiya məhkəməsinin niyə bu mənzili birgə mülkiyyət hesab etməsi barədə iddiaçı və cavabdeh ilə müzakirələr aparmalı, hətta məzilə baxış keçirilməsi variantını da müzakirə etməli idi. Hər nə qədər mülki prosesdə məhkəmənin tərəflərə kömək etmək funksiyası olmasa da, ədalət mühakiməsinin ali məqsədi ədaləti bərpa etməkdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq et miş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)5237/2024 nömrəli, 2 oktyabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

27. Maddə 36.12. Hissə İİ. Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.

28. Maddə

13. Bənd İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. Maddə

29. Bənd İ-İİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mənzil Məc əlləsi

30. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

31. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

32. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsi

33. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Konstityuisya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Qərarı

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə hə min əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 8 oktyabr 2013-cü il tarixli qərarı

35. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edil məlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gə ldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4- cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır

44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamən in yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilsə də ilkin iddianın təmin olunmayan hissəsini apellyasiya qaydasında mübahisələndirmədiyi üçün onun apellyasiya məhkəməsinin qətnaməsi yalnız qarşılıqlı iddianın təmin edilməsi hissəsində yoxlanır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Baxılan işdə ilk iddiaçı göstərir ki, mübahisəli mənzil nikahdan əvvəl əldə olunsa da, cavabdehlə birgə nikah müddətin də əsaslı təmir olunduğuna görə birgə mülkiyyət olmuş və qarşılıqlı iddiaçının iddia tələbini irəli sürülməsi üçün subyektiv hüquqa malik olmamışdır.

49. İlkin olaraq qeyd edilməlidir ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından aydın olur ki, mənzil tərəflərin rəsmi nikahından əvvəl əldə olunub, məhz təmirli olan evə ilk iddiaçı gəlin köçmüş və cavabdehlə nikahları uzun müddət əvvəl pozulsa da hazırkı vaxtadək orada yaşayır. İlk iddiaçı mənzilin onun vəsaiti əsasında tam təmir olunduğunu göstərsə də bununla bağlı hər hansı sübut təqdim etməmişdir.

50. Ümumi qayda ondan ibarətdir ki, iddiaçı mənzilin onun tərəfindən təmir olunması göstərirsə tərəf olaraq həmin halı sübuta yetirməlidir. Belə ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir

51. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı tələbinin əsasında duran halları sübuta yetirə bilməmişdir.

52. Qanuni qüvvədə olan qətnamə ilə müəyyən edilmiş hallardan aşkar olaraq görünür ki, mübahisəli mənzil cavabdehin vəsaiti əsasında əldə olunub, nə iddiaçı, nə də onun mərhum anası tərəfindən mənzilin təmiri və əldə edilməsi üçün hər hansı vəsait qoyulmamış, mənzil cavabdehin ayrıca mülkiyyəti olmuşdur. Mənzili üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da cavabdeh həmin mənzil üzərində sahiblik və istifadə hüququna malikdir. Malik olduğu həmin hüquqlar isə baxılan iş üzrə qarşılıqlı iddia tələbini irəli sürmək üçün onun subyektiv hüquq verir.

53. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məh kəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

54. Bununla yanaşı qeyd edilməlidir ki, ilk iddiaçı mübahisəli mənzildə yaşamasına baxmayaraq anasından miras qalmış əmlaka sahibdir. Bu baxımdan apellyasiya məhkəməsi tərəfindən ilk iddiaçının nikah pozulduqdan sonra uzun müddət mübahisəli mənzildən istifadə etməsini, özünü yaşayış sahəsi ilə təmin etmək imkanına malik olduğunu nəzərə alınaraq düzgün olaraq qarşılıqlı iddia təmin olunmuşdur.

55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə g əlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

56. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

58. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5237/2024 nömrəli iş üzrə 2 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar