Məhkəmə qərarları › İş №2(102)-3350/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3350/2020

21.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3350/2020 21.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)xxx/2020 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsin in (hakim Z.Sadiqov) xx.xx.2019-cu il tarixli, 2(012)-xxx/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “özgənin qanunsuz sahibliyindən yaşayış evinin geri tələb olunması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən Cavabdeh ailə üzvləri ilə birlikdə çıxarılması və həmin evin boşaldılaraq İddiaçı təhvil verilməsi, ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ödənilmiş dövlət rüsumunun 10 manat hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “fərdi yaşayış evinə verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər S.Qafari, L.Məmmədova, F.Məmmədov) xx.xx.2020-ci il tarixli, 2(105)-xxx/2020 nömrəli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-xxx/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, ilk iddianın qismən təmin edilməsi, ilk İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən Cavabdeh çıxarılması və həmin evin Cavabdeh tərəfindən boşaldılaraq ilk İddiaçı təhvil verilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayə ti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “özgənin qanunsuz sahibliyindən yaşayış evinin geri tələb olunması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən zəbt olunmuş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin boşaldılaraq ona qaytarılması, Cavabdeh və ailəsinin evindən çıxarılması, evin ona qaytarılması, cavabdehin qanunsuz əməlləri nəticəsində minimum dəymiş 15000 manat maddi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “fərdi yaşayış evinə verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın təmin edilməməsi, iddiaçının qeyd olunan evə aidiyyəti olmadığından AR ƏMDK yanında DƏDRX tərə findən həmin fərdi yaşayış evinə verilmiş ******* saylı çıxarışın etibarsız hesab edilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətlərinin dəlilləri və tərəflərin izahatları: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili İsgəndərov Coşqun İbad oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə qətnamə qəbul edərkən bütün xüsusatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etməmiş, tərəfimdən verilmiş qarşılıqlı iddia üzrə məhkəmə tərəfindən ümumiyyətlə araşdırma aparmamış, təqdim etdiyim şahidlər dindirilməmiş, qarşılıqlı iddiada qeyd olunan xüsusatlara hüquqi qiymət verilməmiş, iddiaçının birtərəfli dəlillərinə əsaslanaraq qanunsuz və əsassız qərar qəbul et mişdir.Məhkəmə qeyd olunan qətnaməni qəbul edərkən yalnız iddiaçının heç bir əsası olmayan fikirlərini əsas götürmüş, Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sübutlara, o cümlədən qardaşı X3 notariat qaydada təsdiq olunmuş müraciətinə və məhkəmə iclasında iştirak edən şahidlərin dediklərinə məhəl qoymamışdır.Məhkəmə qətnamə qəbul edərkən evin İddiaçı aidiyyətinin olmadığını nəzərə almamış, həmin evin yaşayış üçün normal şəraitə uyğunlaşdırılması üçün Mirqiyas tərəfindən çəkilmiş külli miqdarda xərclərə qiymət verməmiş, işin hallarına obyektiv yanaşmamışdır.Qeyd edilməlidir ki, İddiaçı iddiasının əsassız olması Abşeron rayon məhkəməsinin gəldiyi nəticə ilə də təsdiq olunur. Belə ki, məhkəmənin qənaətinə görə ilkin iddia “cavabdehin qanunsuz əməlləri nəticəsində dəymiş 15000 manat maddi zərərin ödənilməsi” hissəsində sübuta yetmədiyi üçün təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1ci maddəsinin tələblərinə görə iddiaçı tərəf öz tələbini sübut etməli olmasına baxmayaraq, məhkəmə araşdırması zamanı İddiaçı Cavabdeh “qanunsuz əməlləri nəticəsində ona 15000 manat maddi zərərin” dəyməsini, eləcə də həmin zərərin necə və nədən yarandığını sübut edə bilməmiş və bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu xüsusat İddiaçı qeyd olunan torpaq sahəsinin alınmasına, habelə həmin torpaq sahəsində mübahisə predmeti olan fərdi yaşayış evinin tikintisinə aidiyyətinin olmadığını, həmin torpaq sahəsinin alınmasına və yaşayış evinin tikintisinə heç bir pul vəsaiti xərcləmədiyini təsdiq edir. Amma məhkəmə araşdırma apararkən və qətnamə qəbul edərkən Mirqi yas tərəfindən qeyd olunan torpaq sahəsinin alınmasına, habelə həmin torpaq sahəsində mübahisə predmeti olan fərdi yaşayış evinin tikintisinə dair təqdim etdiyi sübutlara əhəmiyyət verməmiş, təqdim etdiyi şahidlərin izahatlarının alınması barədə verdiyi vəsatətlərə məhəl qoymamışdır. Bundan əlavə məhkəmə araşdırma apararkən qeyd olunan yaşayış evinin tikildiyi torpaq sahəsini almış və evin tikintisini kiçik qardaşı Xəlil Səfərovla maliyyələşdirmiş Rusiya Federasiyasının Həştərxan şəhərində yaşayan qardaşı X3 notariat qaydada təsdiq edilərək aidiyyəti üzrə məhkəməyə göndərdiyi ərizəyə ümumiyyətlə heç bir qiymət verməmiş, işin obyektiv araşdırılmasına dair qanunun tələbini kobud surətdə pozmuşdur. Qeyd olunanlara əsasən onlar iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx. 2020-ci il tarixli, 2(105)-xxx/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rəddi edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili İsgəndərov Coşqun İbad oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, müalicə almasını göstərib, işə onun iştirakı olmadan baxılmasını və iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hes ab edir. lk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, ilkin iddiaçı Cavabdeh ailə üzvlərinin çıxarılmasını xahiş etsə də, həmin şəxslərin kimliyinin (ad, soyad və ata adlarını) dəqiqləşdirməmiş və onların çıxarılmaları nəticəsinə gələn aşağı instansiya məhkəməsi iddia tələbini onlara münasibətdə də təmin edərkən bu halı nəzərə almamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Bu mənada apelelyasiya kollegiyası hesab etmişdir ki, ilkin iddia tələbi bu hissədə təmin edilə bilməz. İlkin iddia tələbinin Cavabdeh mübahisəli mənzildən çıxarılması və boşaldılaraq ona təhvil verilməsi hissəsinə gəldikdə apelyasiya kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29 -cu maddələri). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (Mülki Məcəllənin 152.1. və 152.5. maddələri). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Mülki Məcəllənin 157.2. və 157.4. maddələri). Apelyasiya kollegiyası qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evi mülkiyyət hüquqi əsasında ilkin iddiaçıya məxsusdur və cavabdeh həmin mənzildə hər hansı bir hüquqi əsas olmadan istifadə edir. Bununla da, ilkin iddiaçının mülkiyyətində olan əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə maneçilik törətməsini qaçılmaz edir. Halbuki hər bir şəxs mülkiyyətində olan əmlakdan sərbəst öz iradəsinə uyğun ol araq sahiblik, istifadə etmək və sərəncam vermək hüququna malikdir və mülkiyyət hüququna hər cür müdaxilə qanunla qadağan edilmişdir. Bu baxımdan apelyasiya kollegiyası hesab etmişdir ki, ilkin iddiaçı mülkiyyətçi olaraq öz əmlakının müqəddəratını təyin etməkdə haqlı olduğundan, iddia tələbi bu hissədə də təmin edilməlidir. İddia tələbinin dəymiş ziyanın ödənilməsi hissəsinə gəldikdə isə apelyasiya kollegiyası hesab etmişdir ki, ilkin iddiaçı bu hissədə tələbinin əsasları kimi istinad etdiyi halları sübut edə bilmədiyindən, təmin edilə bilməz. Apelyasiya kollegiyası qarşılıqlı iddia tələbinə münasibətidə qeyd edir ki, işdən görünür ki, ilkin iddiaçı Cavabdeh mübahisələndirdiyi çıxarışı qanuni əsaslarla əldə etmişdir. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. (Konstitusiya Məhkəməsi Plenumunun “A zərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2010-cu il tarixli Qərarı). Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (Mülki Məcəllənin 140-cı maddəsi). Mülki Məcəllənin 140-ci maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəx slərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Daşınmaz əmlak barədə reyestrin məzmunun qeyri-dəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirmişdir. İddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur. Əksinə o, buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Bu mənada apelyasiya kollegiyası ilkin iddiaçının adına dövlət reyestri tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinin dəlillərini əsasız hesab edərək, təmin edilməməsi qənaətinə gəlmişdir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsini n gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri mülkiyyət hüququnun pozulmasına əsas verə bilməz. Belə ki, kasasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən yaşayış evi ilkin iddiaçının mülkiyyətindədir. Həmçinin müəyyən edilmişdir ki, həmin əmlakla bağlı çıxarış qanunvericiliyin tələblərinə uyğun əldə edilmiş və çıxarışın etibarsız hesab edilməsi üçün əsas mövcud olmamışdır. Ümumən kasasiya yoxlaması zamanı apelyasiya kollegiyasının maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməsi halı da müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri kasasiya şikayətinin təmin edilməsinə əsas verə bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə gö rə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаq lа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasə n və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)xxx/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar