Məhkəmə qərarları › İş №2(102)-3350/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3350/2025

18.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3350/2025 18.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-in Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fiziki şəxsin hərəkətləri nəticəsində vurulmuş maddi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı MMC-in Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyul 2025-ci il tarixli 2(104)1374/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 18 noyabr 2025-ci il tarixdə Ali Mə hkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyən etdi: İşin halları 1. xx.xx.2024-cü il tarixdə **-BD-*** dövlət qeydiyyat nişanlı “VAZ-21060 minik” markalı avtomobilin sürücüsü, Cavabdeh Bakı şəhəri, Səbail rayonu F.Əmirov küçəsində hərəkətdə olarkən Nizami küçəsi ilə hərəkətdə olan İddiaçı MMC-yə məxsus **-YB-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra minik” markalı avtomobilin qabaq hissəsindən vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı avtomobildə sərnişin kimi əyləşmiş X4 xəsarət almışdır.

2. Yol-nəqliyyat hadisəsi barədə Daxili işlər Nazirliyinin 102 cağrı mərkəzinə məlumat verilmiş, hadisə Səbail Rayon Polis İdarəsinin Təhqiqat Bölməsində araşdırılmış, sərnişin X1 xəsarətləri sağlamlığa zərər vurmayan hesab edilmiş və müvafiq qərar la cinayət işinin başlanması rədd edilmişdir.

3. Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qərarın surəti icra edilməsi üçün aidiyyəti üzrə Səbail RPİ-in DYPŞ-nə göndərilmişdir. Səbail RPİ-in DYPŞ Cavabdeh əməllərində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinin tələblərinin pozulması öz əksini tapdığından barəsində xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yol-nəqliyyat hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsirləliyi Səbail RPİ-in DYPŞ təərfindən təsdiq edilmişdir.

4. Yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-ə məxsus ** YB *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra minik” markalı avtomobilin ön bamper, ön kapot, ön bamperin üst plastması, ön ekranı, radiator barmaqcıqlar, ön sol duman işığı, ön bamperin sol kantı, nömrə altlığı, avtomobilin şiti, avtomobilin şitinin hava şarı, sükanın hava şarı, ön sağ və sol təhlükəsizlik kəməri, ön sol fara, ön bamperin gücləndirməsi və ön sağ farası zədələnmiş, nəticədə İddiaçı MMC-ə 8196 manat zərər dəymişdir.

5. Eyni zamanda müvafiq ekspertiza keçirilmiş, 2024-cü il istehsallı olan 90YB967 dövlət qeydiyyat nişanlı “Hyundai Elantra minik” markalı avtomobilin olunduqdan sonra real bazar dəyərinin 28800 manatdan 25344 manata endiyi ekspert rəyi ilə təsdiq olunmuşdur. Nəticədə İddiaçı MMC-ə 8196 manat avtomobilin zədələnməsi, 3456 manat avtomobilin real bazar dəyərinin enməsi ilə əlaqədar ziyan olmaqla 11652 manat ziyan dəymişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiy a məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3196 manat avtomobilin zədələnməsi, 3456 manat avtomobilin real bazar dəyərinin enməsi ilə əlaqədar zərərin, qiymətləndirmə xidməti üçün ödənilmiş 150 manat, baxış aktının dəyəri 60 manat, hüquqi yardıma görə ödənilmiş 700 manat və ödənilmiş 97 manat dövlət rüsumunun, cəmi 7659 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsi **-BD-*** dövlət qeydiyyat nişanlı “VAZ-21060 minik” markalı avtomobilin, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə İddiaçı MMC-in balansında olan avtomobil ə vurulmuş zərərdən 5000 manat “Paşa Sığorta“ ASC tərəfindən qarşılanaraq ödənilmişdir. Qalan 3196 manat avtomobilin zədələnməsi, 3456 manat avtomobilin real bazar dəyərinin enməsi ilə əlaqədar ziyan olmaqla ümumilikdə 6652 manat maddi zərərin qarşılanması və ödənilməsi üçün cavabdehlə danışıqlar aparılmış, zərərin qarşılanması mübahisələndirilməsə də məhkəmədən kənar həll edilməsi üçün müvafiq pretenziya məktubu göndərilmiş, lakin bütün görülmüş tədbirlər heç bir nəticə verməmiş, cavabdeh tərəfindən bu istiqamətdə heç bir müsbət addım atılmamışdır.

8. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, etirazını belə əsaslandırmışdır ki, iddia tələbi əsassızdır. Belə ki, həmin avtomobilə dəymiş ziyan "xxxx" ASC tərəfindən ödənilmişdir. Ziyan tam araşdırılmış və dəymiş ziyanın həcmində sığorta ödənilmişdir. Lakin əlavə olaraq qeyd etmişdir ki, həmin avtomobil, yəni iddiaçıya məxsus **-YB-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra minik” markalı avtomobil avto salonda satış üçün qoyulmamışdır. Həmin avtomobil digər şəxsin idarəetməsində olmuşdur. Belə ki, hərəkətdə olan avtomobilin bazar qiyməti ilə səciyyələndirmək düzgün olmamışdır. Ona görə ki, Bakı şəhərində hər an avtomobil qəzaları münkündür. Bu səbəbdən də iddia əsassızdır.

9. Tərtər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(061)- 474/2025 nömrəli, 28 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim Kamil Rzayev) iddia tələbi təmin edilmişdir.

10. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh etiraz ərizəsində göstərdiklərini təsdiq edən hər hansı bir sənədi, sübütü təq dim etməmiş, eləcə də iddia tələbində göstərilən ziyanın müəyyən edilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət etməmişdir. Cavabdehin etiraz ərizəsində göstərdiyi kimi deyil, həqiqətdə olduğu kimi xx.xx.2024-cü il tarixdə onun idarə etdiyi **-BD-*** dövlət qeydiyyat nişanlı “VAZ-21060 minik” markalı avtomobilin yol hərəkət qaydasını pozaraq Bakı şəhəri, Səbail rayonu F.Əmirov küçəsində hərəkətdə olarkən Nizami küçəsi ilə hərəkətdə olan İddiaçı MMC-ə məxsus Zəka Xəlilovun idarə etdiyi ** YB *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra minik” markalı avtomobilin qabaq hissəsindən vuraraq Yol-nəqliyyat hadisəsi törətməsi məhkəmədə elan olunmuş mötəbər sənəd və sübutlarla təqdiqini tapmışdır. Bunlarla yanaşı iş materiallarına əlavə edilmiş 25 sentyabr 2024-cü il tarixli 5236 saylı əşyanın n isyə alqı-satqısı haqqında müqavilənin surətindən görünür ki, İddiaçı MMC ilə X3 arasında 25 sentyabr 2024-cü il tarixli 5236 saylı əşyanın nisyə alqı-satqısı haqqında müqavilənə əsasən xx.xx.2024-cü il buraxılışlı, ağ rəngli, 90YB967 dövlət qeydiyyat nişanlı “Hyundai Elantra minik” markalı avtomobilin qiyməti xx.xx.2027-ci il tarixədək ödənmək şərti ilə 45732,3 manat müəyyən edilməklə ona satılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Qiymətləndirmə Xidməti Mərkəzi” MMC-in verdiyi 449 saylı qiymətləndirmə rəyinə əsasən, 2024-cü il buraxılışlı, **-YB-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra minik” markalı avtomobilin bərpa olunmuş saz vəziyyətdə bazar dəyəri 25344 manat müəyyən edilmişdir. Göründüyü kimi avtoqəza hadisəsindən sonra bütün hallar qiymətləndirmə ak tında nəzərə alınmaqla avtomobilin bazar qiyməti 25344 manat müəyyən edilməklə qiyməti xeyli aşağı həddə düşmüşdür ki, bu da mülkiyyətçiyə dəymiş ziyan hesab edilir. Göründüyü kimi cavabdehin etiraz ərizəsində göstərdikləri öz təsdiqini tapmadığından, məhkəmə həmin halların sübut kimi qəbul edilməsini məqsədəmüvafiq hesab etməmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2 və 1097.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 78.1, 88, 106.1, 121.1, 217.1, 217.2 və 217.4-cü maddələrinə istinadən əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayət i onunla əsaslandırılmışdır ki, Bakı şəhər ərazisində yolnəqliyyat hadisəsi qaçılmazdır, bu səbəbdən də hadisə baş vermişdir, avtomobilə dəyən zərər tam ödənilmişdir, zədələnmiş ehtiyyat hissələri sökülərək yeni ehtiyyat hissələri ilə əvəz olunmuşdur, avtomobil tam işlək şəkildə təhvil verilmişdir, lakin iddiaçı əsassız olaraq varlanmaq istəmişdir. Məhkəmə heç bir ekspertiza təyin etmədən qərəzli qətnamə qəbul etmişdir.

14. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək, etirazını onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 00007 saylı qüsur aktı, o cümlədən 449 saylı "Qiymətləndirmə rəyində avtomobilə dəymiş zərər və avtomobilin real bazar dəyərinin enməsi əsaslandırılmışdır. Hər iki rəy müvafiq möhürlə möhürlənmiş, eyni zamanda həmin rəyi vermiş təşkilatın qeyd edilən fəaliyyətlə məşğul olmasına icazə verən müvafiq sənədlər iddiaçı tərəfindən işə əlavə edilmişdir. Cavabdeh tərəfindən törədilmiş Yol-nəqliyyat hadisəsi zamanı zərər dəymiş "Hyundai Elantra" minik markalı avtomobil 2024-cü il istehsalıdır. Avtomobilə xx.xx.2024-cü il tarixdə BB 638528 saylı qeydiyyat şəhadətnaməsi alınmışdır. Cavabdeh tərəfindən apellyasiya şikayətində qeyd edilən iddianın əsassız olması və iddiaçının əsassız varlanması kimi göstərilməsi həqiqəti əks etdirmir. Belə ki, "Hyundai Elantra" minik markalı avtomobil xx.xx.2024-cü il tarixdə Yol-nəqliyyat hadisəsi törədilən zaman tam təzə vəziyyətdə olmuşdur. Avtomobilə dəymiş zərər, o cümlədən avtomobilin real bazar dəyərinin enməsi ilə əlaqədar bütün sübutlar məhkəməyə təqdim edilmiş v ə məhkəmə həmin zərərin təkrar komissiyon ekspertiza keçirilməklə yenidən hesablanmasını zəruri hesab etməmişdir. İddiaçı tərəfindən cavabdehlə "xxxx" ММС-yə dəymiş zərərin məhkəmədən kənar ödənilməsi ilə bağlı dəfələrlə danışıqlar aparılmasına, yazılı bildiriş təqdim edilməsinə baxmayaraq cavabdeh onun təqsiri ucbatından dəymiş zərərin ödənilməsindən qəsdən yayınmış, o cümlədən, məhkəmənin heç bir iclasında iştirak etməmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti formal xarakter daşıyır və məhkəmənin qətnaməsinin icrasının qəsdən uzadılmasına yönəlmişdir.

15. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-1374/2025 nömrəli, 28 iyul 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər G.İ.Cavadova (sədrlik edən və məruzəçi), Ş.Q.Rzaquliyev və İ.T.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçıya vurulmuş zərərin cavabdehin qanunsuz hərəkəti nəticəsində vurulması, zərər vuran şəxsin təqsirli olması iş materialları ilə öz təsdiqini tapır.

17. Məhkəmə işin qeyd olunan hallarını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, 28 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsində baş vermiş Yol-nəqliyyat hadisəsində mülki hüquq pozuntusu (delikt) məsuliyyəti daşıyan şəxs cavabdehdir və o, iddiaçının avtomobilinə dəymiş ziyanın əvəzini ödəmək vəzifəsini daşıyır.

18. Məhkəmə iddiaçıya vurulmuş zərərin məbləği ilə bağlı hesab etmişdir ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya məxsus avtomobilin real bazar dəyərinin azalması ilə bağlı iddiaçıya vurulmuz ziyanın məbləğinin müəyyən edilməsi, iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin QXM/449 nömrəli, xx.xx.2024-cü il tarixli qiymətləndirmə rəyi ilə öz təsdiqini tapmışdır. Belə ki, həmin rəy ilə müəyyən olunur ki, 2024-cü il buraxılışlı, **-YB-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra minik” markalı avtomobilinin 2-ci əl nəqliyyat vasitəsi kimi dəyəri 28800 manat, Yol-nəqliyyat hadisəsi baş verəndən sonra bərpa olunmuş saz vəziyyətdə bazar dəyəri 25344 manat müəyyən edilmişdir. Göründüyü kimi iddiaçıya məxsus avtomobilin zədələnməsi nəticəsində onun dəyəri 3456 manat məbləğində azalmışdır (28.800-25.344=3456). Cavabdeh apellyasiya şikayətində ziyanın m əbləğinin şişirdildiyini, düzgün hesablanmadığını bildirsə də, bildirdiklərini təsdiq edəcək, sözügedən aktı və rəyi şübhə altına alacaq sübutları məhkəmələrə təqdim etməmişdir.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1 və 1108.1-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, avtomobilə dəyən zərər tam ödənilmişdir, zədəl ənmiş ehtiyyat hissələri sökülərək yeni ehtiyyat hissələri ilə əvəz olunmuşdur, avtomobil tam işlək şəkildə təhvil verilmişdir, lakin iddiaçı əsassız olaraq varlanmaq istəmişdir. Məhkəmə heç bir ekspertiza təyin etmədən qərəzli qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. İddiaçı məhkəməyə kassasiya şikayətinə qarşı etiraz ərizəsi ilə müraciət edərək, verilmiş kasassiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miq darda ödənilməsi nəzərdə tutulmasın.

24. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

25. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin norma larını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

26. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

27. Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

28. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəs ində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apel lyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Cavab dehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

38. Cavabdeh Həbiov Nurəddi Ramazan oğlunun kassasiya şikayətini n dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

39. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəl lənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir

40. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikay ətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1374/2025 nömrəli iş üzrə 28 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar