Məhkəmə qərarları › İş №2(102)-3351/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3351/2019

13.05.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3351/2019 13.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.11.2018-ciiltarixli 2(103)1051/2018 nömrəli qətnaməsindən cavabdeh və vəkili X1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim A.Məmmədov) 24.02.2015-ci il tarixli 2(004)-1251/2015 nömrəli qət naməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1na və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, *************** ünvanında yerləşən, ümumi sahəsi 156.1 kv.m olan mənzilə istifadə hüququna xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, ************ ünvanında yerləşən, ümumi sahəsi 98.8 kv.m olan mənzildən ailə üzvləri və əşyaları ilə birlikdə çıxarılmaları, iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlərə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Həsənov, V.Baxışova, N.Cəfərov) 06.11.2018-ciiltarixli 2(103)-1051/2018 nömrəli qətnaməsi ilə cavabdeh Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsin in 24.02.2015-ci il tarixli 2(004)-1251/2015 nömrəli qətnaməsinin qismən Bakı şəhəri, *********************** ünvanında yerləşən, ümumi sahəsi 98.8 kv.m olan mənzildən cavabdehlərin ailə üzvlərinin çıxarılması hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməməsi, qətnamənin Cavabdeh1na münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanmasıqət edilmişdir. Cavabdeh Cavabdeh1 və vəkili X1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.11.2018-ciil tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1na və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə 12.01.2015-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, ********************** * ünvanında yerləşən, ümumi sahəsi 98.8 kv.m olan mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, ************* ünvanında yerləşən, ümumi sahəsi 156.1 kv.m olan mənzilə istifadə hüququna xitam verilməsi və Bakı şəhəri, *********************** ünvanında yerləşən, ümumi sahəsi 98.8 kv.m olan mənzildən ailə üzvləri və əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsnii xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh Cavabdeh1 və vəkili X1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiya məhkəməsi cavabdehlərin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edərəkn maddi və prosessual hüquq normalarını pozmuş, bəzən qanunu düzgün tətbiq etməmiş, iddia predmetinin bu hissəsində gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, iş üçün əhəmiyyəti olan halları sübut etməmiş, qətnamənin nəticəsi işin hallarına uyğun olmamış, məhkəmə iclasının vaxtı və yeri barədə onlara və işdə iştirak etməyə cəlb edilməmiş şəxslərə xəbər verməməklə, qismən düzgün olmayan qətnamə qəbul etmişdir. Mənzillərin alqı-satqı müqaviləsi iddiaçı tərəfindən onların aldadılması ilə bağlanmışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının MPM-nin 76.1, 88, 188, 376.2-ci maddələrinin tələblərinə düzgün riayət etməmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mü lki Kollegiyasının 06.11.2018-ciiltarixli 2(103)-1051/2018 nömrəli qətnaməsinin cavabdehlər Cavabdeh2 və Səlmi Səfərovanın mənzildən çıxarılma hissəsində, yəni hissəvi ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarıması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, cavabdeh Cavabdeh1, vəkili X1 və digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil kassasiya şikayətinə etiraz edərək, məhkəmədən apelly asiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 06.11.2018ciiltarixliqətnaməsi ilə cavabdeh Cavabdeh1 apellyasiya şikayətini qismən təmin edərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 24.02.2015-ci il tarixli 2(004)-1251/2015 nömrəli qətnaməsinin qismən - Bakı şəhəri, *********************** ünvanında yerləşən, ümumi sahəsi 98.8 kv.m olan mənzildən cavabdehlərin ailə üzvlərinin çıxarılması hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməmə si, qətnamənin Cavabdeh1na münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanmasıqənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Cavabdeh1 Bakı şəhəri, ******************** saylı mənzili İddiaçı 150.000 (yüz əlli min) manata, Bakı şəhəri, *************** saylı mənzili isə 250.000 (iki yüz əlli min) manata satmış və həmin mənzillər İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “daşınmaz əmlaka dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilmə si” tələbi barədə iddia ərizəsi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 mart 2017-ci il tarixli, 2(103)-870/2017 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27.10.2017-ci il tarixli, 2(102)-6581/2017 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 mart 2017-ci il tarixli, 2(103)-870/2017 saylı qətnaməsi ləğv edilmiş və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 fevral 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 03 sentyabr 2018-ci il tarixli, 2(102)-5710/2018 saylı qərarı ilə iddiaçı Cavabdeh1 kassasiya şikayətinin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1702/2018 saylı iş üzrə 07 fevral 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəs inə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bu baxımdan məhkəmə iddiaçının alqı-satqı müqaviləsindən irəli gələn öhdəlikləri yerini yetirib mənzilin pulunu ödəsə də, cavabdehin öz üzərinə düşən öhdəliyi yerinə yetirməyib mənzili İddiaçı təhvil verməməsini qeyd etmiş və cavabehlərin iddiaçının mülkiyyətində olan mənzildə yaşamaları və istifadə hüququnlarının saxlanmasını iddiaçının mənzillər üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul etmişdir. Məhk əmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən mövqeyi ilə qismən razılaşaraq qeyd etmişdir ki, aşağıda göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, ******************** ünvanında yerləşən, ümumi sahəsi 156.1 kv.m olan mənzilə istifadə hüququna xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, *********************** ünvanında yerləşən ümumi sahəsi 98.8.kv.m olan mənzildən çıxarılmaları ilə bağlı gəlinən nəticə əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfındən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mü lkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə kollegiyası cavabdehin aldadılması və təzyiq göstərilməsinə, alqı-satqı dəyərinin ödənilməməsinə və s. dəlillərinə münasibətdə qeyd etmişdir ki, həmin dəlilləri hazırki tərəflərin iştirak etmiş olduqları digər icraatda araşdırılmış və həmin dəlillərin əsassız olması müəyyən edilərək bağlanmış alqı-satqı müqavilələrinin etibarlı müqavilələri olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyətə əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Kon stitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13.02.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın möвcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Bakı şəhəri, *************** ünvandan yerləşən ümumi sahəsi 98.8 kv.m olan mənzildən cavabdehlərin ailə üzvlərinin çıxarılmasına dair mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdehlərin ai lə üzvlərinin mübahisəli mənzildən çıxarılmaları tələb edilsə də, həmin şəxslər barədə dəqiq məlumat məhkəməyə təqdim edilməmiş, ailə üzvlərinin adları göstərilməyərək qeyrimüəyyən qalmış, həmçinin onlar hər biri ayrılıqda cavabdeh olaraq işə cəlb edilməyərək onlarınkim olması və hər birinə qarşı yönəlmiş tələb mövcud olmamışdır. Azərbaycan Respublikası MPM-in 149, 51, 226-cı maddələrinin tələbləri pozulmuşdur. Belə olan halda cavabdehlərin ailə üzvlərinin mübahisələndirilən mənzildən çıxarılmasına dair hissədə iddia təmin edilə bilməzdi. Həmin hissədə qətnamənin qüvvədə saxlanması fatiki olaraq işə cəlb olunmayan şəxslərin mənzildən çıxarıl maşına şərait yaratmış olar ki, bu da həmin şəxslərin hüquqlarının pozulması deməkdir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak e dən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 76.1, 88, 188, 376.2-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Cavabdehin apelyasiya şikayətində göstərilən hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apelyasiya instansiyası məhkəməsi tərəfi ndən Cavabdeh1nın göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini və məhkəmə kollegiyasının apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Kassasiya kollegiyası məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməməsi barədə kassasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, iş materiallarından görünür ki, Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olmuş, hətta məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Odur ki, kassasiya şikayətinin göstərilən dəlili də əsassız hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 -ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olma q, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, göstərilən səbəblərdən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.11.2018-ciiltarixli 2(103)1051/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar