Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3351/2025 09.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı (X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1091/202 5 nömrəli, 17 iyun 2025-ci il tarixli qətnaməsindən Cavabdeh (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 9 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. “Toyota Land-Cruiser Prado” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilin X3 mülkiyyətindədir.
2. Cavabdeh X1 vasitəçiliyi ilə 10 mart 2023-cü il tarixli, 7E-1268 nömrəli etibarnamə əsasında “Toyota Land-Cruiser Prado” markalı, **-GF-*** dövlət nömrə nişanlı avtomobili İddiaçı satmış, lakin həmin alğı-satqı rəsmi reyestrdə qeydə alınmamış və iddiaçı bunun müqabilində 26.500 manat cavabdehə, 1.500 manat isə avtomobilin təmiri üçün vasitəçi Ramiz Həsənova pul vermişdir.
3. X8 Cavabdeh adına verdiyi etibarnaməni ləğv etdirmiş nəticədə iddiaçının adına verilmiş 10 mart 2023-cü il tarixli, 7E-1268 nömrəli etibarnamə də, qüvvədən düşmüşdür.
4. İddiaçı xx.xx.2024-cü il tarixdə ölmüş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən 3 iyun 2025-ci il tarixdə X6 İddiaçı prosessual hüquqi varisi təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 28.000 manat məbləğində pul və 500 manat hüquqi xidmət haqqının alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ca vabdehdən 10 mart 2023-cü il tarixdə “Toyota Land-Cruiser Prado” markalı, **-GF-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında 28.000 manata satın almışdır. Avtomobilin mülkiyyətçisi X4r. Cavabdeh avtomobili X2 etibarnamə əsasında almış və ona da etibarnamə əsasında satmışdır. Avtomobilin mülkiyyətçisi X8 ilə cavabdeh arasında sonradan yaranan narazılığa görə X8 avtomobilin etibarnaməsini ləğv etdirmişdir. Beləliklə, ona ziyan dəymişdir.
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, iddiaçı xəstə olduğundan avtomobili öz adına rəsmiləşdirə bilməmişdir. Sonradan avtomobili mülkiyyətinə keçirmək istəyərkən etibarnamənin ləğv olunduğunu bilmişdir. Hazırda avtomobil iddiaçıdadır, lakin etibarnamə ləğv edildiyindən avtomobildən istifadə edə bi lmir. İddiaçı avtomobilin cavabdehə və ödədiyi pulun da cavabdeh tərəfindən iddiaçıya qaytarılmasını təklif etmiş, lakin cavabdeh razılaşmamışdır. Cavabdeh pulunu qaytardığı halda iddiaçı da avtomobili qaytaracaq.
8. Məhkəmə iclasında cavabdeh izahatında bildirmişdir ki, o, “Toyota Land-Cruiser Prado” markalı, **-GF-*** dövlət nömrə nişanlı avtomobili X2 etibarnamə ilə almış və iddiaçıya 28.000 manata satmışdır. Həmin avtomobil iddiaçıya etibarnamə əsasında satılmışdır. Lakin, sonradan iddiaçı ona bildirmişdir ki, etibarnamə ləğv olunmuş və iddiaçı alğı-satqı əməliyyatını apara bilməmişdir. Avtomobilin mülkiyyətçisi X8 tək onlara deyil başqa şəxslərə satdığı maşınlara verdiyi etibarnamələri də ləğv elətdirmişdir. Buna görə də mülkiyyətçinin barəsində dələduzluq maddəsi üzrə cinayət işi ged ir. Mülkiyyətçi tərəfindən etibarnamənin ləğv edilməsi səbəbini bilmir. İddiaçı pulunu istəmiş və avtomobilin ona qaytarılmasını təklif etmiş, lakin o, razılaşmamışdır. Mülkiyyətçi onun pulunu qaytaracağı halda o da iddiaçının pulunu qaytara bilər.
9. Goranboy Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e2(045)-1686/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Taleh Mustafayev) iddia təmin edilmiş, cavabdehdən 28.000 manat məbləğində pul və hüquqi xidmət haqqının əvəzi 500 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, ödənilmiş 182 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, tərəflər arasında avtomobilə dair alğı-satqı əqdi bağlanmış, lakin əqdin forma və məzmununa riayət olunmamışdır. Bu isə həmin əqdin əhəmiyyətsiz olması anlamına gəlir. Əhəmiyyətsiz əqd isə heç bir hüquqi nəticə yaratmır, belə əqd bağlandığı andan etibarsızdır və onun etibarlı hala gətirilməsi də mümkün deyildir. Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçıya verilmiş etibarnamənin cavabdeh tərəfindən ləğv edilməməsi halı hazırkı iddianın əsassızlığına dəlalət etmir. Belə ki, avtomobilin mülkiyyətçisi tərəfindən cavabdehə verilmiş etibarnamə ləğv edilmiş, nəticədə c avabdeh tərəfindən iddiaçıya verilmiş etibarnamə də qüvvədən düşmüşdür. Yəni, avtomobilin mülkiyyətçisi tərəfindən cavabdehə verilmiş etibarnamənin ləğv edilməsi nəticəsində həmin etibarnamənin qüvvəsinə xitam verilmişdir. Mülki qanunvericiliyə əsasən iddiaçıya cavabdeh tərəfindən verilmiş etibarnamə isə etibar edilmişi etibar etmədir və cavabdehə verilmiş etibarnaməyə xitam verildiyindən iddiaçıya verilmiş etibarnamə də qüvvədən düşmüşdür.
12. Məhkəmə qeyd etmişdir ki, avtomobilə görə ödənilmiş pul cavabdehə verilmiş və faktiki alğı-satqı münasibətləri onların arasında mövcud olmuşdur. Avtomobil hazırda iddiaçının sahibliyində olsa da iddiaçı faktiki olaraq avtomobildən istifadə edə bilmir. Nəticə etibarilə iddiaçı həm avtomobildən, həm də avtomobilə görə ödədiyi puldan məhrum olmuşdur. H əmçinin məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı pulunu istəmiş və avtomobilin qaytarılmasını cavabdehə təklif etmiş, lakin cavabdeh razılaşmamışdır. Cavabdeh avtomobilin ona qaytarılması və pulunun alınması barədə iddiaçının təklifini təsdiq etmişdir. Məhkəmə iclasında da iddiaçı ödədiyi pul qaytarıldığı halda avtomobilin cavabdehə verilməsinə etiraz etməmişdir.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehlə avtomobilin mülkiyyətçisi arasında olan münasibətlə bağlı cavabdehin avtomobilin mülkiyyətçisinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ istisna edilmir.
14. Məhkəmə iddia tələbinin 500 manat hüquqi xidmət haqqının alınması hissəsi ilə bağlı qeyd etmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Vəkillərə etdi kləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən vəkil xidməti üçün ödənilmiş 500 manat məbləğində pulun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
15. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3, 337.4, 337.5, 354.1, 362.1, 364.1, 365.1.3, 366.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarındakı hüquqi mövqelərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə is tinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
16. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda bunu etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən prosessual hüquq normalarının çoxsaylı pozuntularına yol verilmişdir və bu pozuntular nəticəsində düzgün olmayan qətnamə qəbul edilmişdir. Be lə ki, iddiaçı iddia ərizəsində qeyd etsə də ki, xəstə olduğu üçün nəqliyyat vasitəsini öz adına keçirtməmiş, bu barədə, yəni neçə vaxt xəstə olması barədə iş materiallarına sənəd əlavə etməmişdir. Məhkəmə də, bu halı araşdırmamışdır. Çünki, mübahisə predmeti olan nəqliyyat vasitəsi etibarnamə ilə iddiaçıya satılan zaman onun kifayət qədər vaxtı olmuşdur ki, maşını öz adına keçirtsin. Sadəcə olaraq hamı nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi zamanı ödənilməli olan rüsumdan yayınmaq üçün ancaq etibarnamə ilə kifayətlənir. İddiaçı özü xəstəlik bəhanəsini bilə-bilə əsas gətirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisənin qanuni həlli üçün mühüm əhəmiyyəti olan bir sıra hallar aydınlaşdırılmamışdır. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının nəyə görə alıq-satqı olmasına ba xmayaraq maşını öz adına keçirməməsini araşdırmamışdır. Bundan başqa etibarnamə cavabdeh tərəfindən deyil mülkiyyətçi tərəfindən ləğv edilmişdir. Lakin, iş materiallarında nə etibarnamənin hansı tarixdə ləğv olması, nə də bu barədə sübut var.
18. Məhkəmə kollegiyası tərəfindən X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sora apellyasiya instansiyası məhkəməsi) 2(104)-1091/2025 nömrəli, 17 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Mustafa Mustafayev (sədrlik edən məruzəçi), Fikrət Mehtiyev və Rəhman Muradov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən 28.000 manat məbləğində pulun və hüquqi xidmət haqqının əvəzi 500 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması hissəsində dəyişdirilmiş, cavabdehdən 26.500 manat məbləğində pulun və vəkilə hüquqi yardıma görə ödənilmiş hüquqi xidmət haqqının əvəzi 500 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericilik rəsmi reyestrdə qeydə alınmış daşınar əmlak üzərində sərəncam verilməsinə dair əqdlərin bağlanması üçün ilk növbədə belə müqavilələrin notariat qaydasında (həmçinin xüsusi qanunvericilikdə nəzərdə tutulmuş formaya riayət etməklə) təsdiqlənməsi kimi birmənalı qaydalar müəyyən etmişdir. Həmin qaydalara riayət edilmədən bağlanmış əqdlər isə Mülki Məcəllənin yuxarıda qeyd edilən 329.1 və 337.1-ci maddələrinin tələbinə, o cümlədən bağlanmış yalan əqdlər isə Mülki Məcəllənin 340-cı maddəsinin tələbinə görə etibarsız hesab olunur. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Hazırkı iş üzrə tərəflər alğı-satqı müqaviləsi bağlamamış, bu barədə şifahi razılaşmaqla cavabdeh tərəfindən iddiaçıya etibarnamə verməklə kifayətlənmişlər. Bununla da, avtomobilin alğısatqısına dair əqdin bağlanması ilə bağlı Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtlərə riayət etməmişlər ki, bu da, öz növbə sində əqdin etibarsızlığı əsasıdır.
21. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı cavabdehə avtomobilə görə 28.000 manat məbləğində pul verdiyini iddia etsə də, tərəflərin izahatı ilə müəyyən olunur ki, iddiaçı avtomobilin müqabilində cavabdehə yalnız 26.500 manat pul vermişdir. İddiaçının tələb etdiyi 1.500 manat pula münasibətdə isə kollegiya qeyd edir ki, məhkəmə kollegiyasının iclasında tərəflərin verdiyi izahatdan müəyyən olunur ki, 1.500 manat pulu iddiaçı avtomobilin təmiri üçün Ramiz Həsənova vermişdir.
22. Məhkəmə kollegiyası cavabdehin avtomobili vaxtında mülkiyyətinə keçirməməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının avtomobili öz adına sənədləşdirməməsi tərəflərin arasında şifahi bağlanmış alğı-satqı müqaviləsinin mah iyyətini və həmin əqdin bağlanması zamanı Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtlərə riayət edilməməsi halını dəyişmir. İddiaçı hətta istəsə belə öz xeyri üçün alğı-satqı müqaviləsi bağlaya bilməzdi. Çünki MM-nin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Odur ki, apellyasiya şikayətinin həmin dəlili də, əsassızdır.
23. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 337.1, 337.3, 337.4, 337.5, 354.1, 362.1, 364.1, 365.1.3, 366.4-cü və Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 81, 88, 217.3, 385.1.1, 384.0.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
24. Qətnamədən cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası mə hkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda bunu etməmişdir. Həm birinci, həm də ikinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən prosessual hüquq normalarının çox saylı pozuntularına yol verilmiş və bu pozuntular nəticəsində düzgün olmayan qətnamə qəbul edilmişdir. Belə ki, hər iki instansiyada cavabdeh izahatında bildirsədə ki, avtomobili aldığı şəxslər barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi vardır. Həmin şəxslərə görə ümumilikdə ona 197.500 manat zərər dəymişdir və məhkəmə iclasında təqsirləndirilən şəxslərdən Kamil ifadəsində təsdiq etmişdir ki, mübahisə predmeti olan maşının etibarnaməsinin ləğv olunmasını maşının sahibi Elvinə o, demişdir. Hətta bu barədə səs yazısının olduğunu və həmin səs yazısının yeganə nüsxəsini Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim etdiyini bildirsə də, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi bu halı araşdırmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclasında şifahi vəsatət verərək həmin səs yazısını və Kamilin etibarnamənin ləğv etmə göstərişini verməsi barədə halı təsdiq edən protokoldan çıxarış edilməsini xahiş etsə də, vəsatəti rədd olunmuşdur ki, yalnız mübahisə ol an məhkəmənin sorğusu əsasında həmin sənədlər verilə bilər. Həm birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi həmin sübutları almaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə sorğu göndərilməsini xahiş etsə də, bu istiqamətdə heç bir hərəkət edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
26. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
27. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
28. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibar sızdır.
29. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
30. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
31. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
32. Maddə 364.1. Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər.
33. Maddə 365.1.3. Etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir.
34. Maddə 366.4. Etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
37. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən e dilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya m əhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı bütövlüklə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin hə qiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
51. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 52. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasə n, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
53. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumun un Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, h ərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
55. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1091/2025 nömrəli, 17 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.