Məhkəmə qərarları › İş №2(102)-3352/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3352/2024

01.11.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3352/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin a bəndi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa və s.” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3040/2024 nömrəli, 12 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikay ətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Əmək müqaviləsinə (kontrakt) əsasən, xx.xx.2015-ci il tarixdə İddiaçı 2 (iki) illik əmək müqaviləsi bağlamaqla (xx.xx.2017-ci il tarixədək) Cavabdeh MMC-yə avtobus sürücüsü vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsinə (kontrakt) və tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən xx.xx.2018-ci il tarixdə İddiaçı müddətsiz əmək müqaviləsi bağlamaqla (aylıq əmək haqqı 130 manat) Cavabdeh MMC-yə avtobus sürücüsü vəzifəsinə qəbul edilmişdir. Əmək haqqının xx.xx.2019-cu il tarixdən 180 manat, xx.xx.2019-cu il tarixdən isə 250 manat olması müəyyən edilmişdir. 2. xx.xx.2021-ci il tarixdə İddiaçı oğlu X3 tərəfindən Cavabdeh MMC-yə ünvanladığı ərizədə bildirmişdir ki, atası xəstə o lduğundan gəlib ərizə yaza bilmir, ona görə də atasının səhhəti ilə əlaqədar işdən azad olunmasını xahiş etmişdir.

3. Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli əmrinə əsasən, İddiaçı (sürücü) əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir.

4. İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2021-ci il tarixdə sistemə daxil edilmiş, əmək müqaviləsinə xitam verilməsinin əsası isə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi (tərəflərdən birinin təşəbbüsü) qeyd edilmişdir.

5. Azərbaycan Respublikası ƏƏSMN yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən, vətəndaşın müraciətinə X4 baxılmış və qeyd e dilmişdir ki, Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən Bakı şəhər İdarəsinə ünvanlanmış məktubdan və sənədlərdən tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müddətsiz əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xx.xx.2021ci il tarixdə xitam verildiyi məlum olmuşdur. İddiaçı əmək müqaviləsinə qanunvericiliyin tələbi pozularaq, ərizə olmadan xitam verildiyindən AR İXM-nin 192.6-cı maddəsinə əsasən inzibatı xəta halı yaranmışdır. Bununla bağlı Cavabdeh MMC-nin direktoru X2 barəsində AR İXM-nin 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq 24 iyun 2022-ci il tarixli MN0020793 nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Həmçinin, əmək müqaviləsinə xitam verilməsinə dai r Cəmiyyətin 347 saylı əmri ləğv edilərək, əvvəlki iş yerinə qaytarılması ilə əlaqədar Cavabdeh MMC-nin rəhbərliyinə göstəriş xarakterli məktub göndərilmişdir.

6. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN ******* nömrəli qərara əsasən, Cavabdeh MMC-nin direktoru X2 AR İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1700 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 15 (on beş) gün müddət müəyyən olunmuşdur.

7. Cavabdeh MMC tərəfindən verilmiş İddiaçı xəstəlik vərəqi üzrə müavinətin hesablaması cədvəlinə əsasən, sosial ödənişlər tutulduqdan sonra (7,80 manat) İddiaçı 165,74 manat ödəniş edilmişdir.

8. Cavabdeh MMC tərəfindən verilmiş İddiaçı istifadə etmədiyi məzuniyyət günlər inə görə kompensasiyanın hesablanması cədvəlinə əsasən, sosial ödənişlər tutulduqdan sonra (19,85 manat) 424,90 manat ödəniş edilmişdir.

9. Sumqayıt Şəhər Təcili X7 tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən, İddiaçı xx.xx.2021-xx.xx.2021-ci il və xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralığında xəstəliyi ilə əlaqədar işdən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi və əlavə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, 347 nömrəli əmrin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməklə, xx.xx.2018-ci il tarixindən əmək müqaviləsinə xitam verilmə - xx.xx.2021-ci il tarixinədək olan dövr üçün ödənilməmiş 5053 manat əmək haqqının, xx.xx.2021-ci il tarixindən işə bərpa olunan tarixədək məcburi iş buraxmaya görə orta əmək haqqının, həmçinin xx.xx.2018-ci il xx.xx.2022-ci il iş illəri üzrə istifadə olunmamış əsas məzuniyyətlərə görə 829 manat pul əvəzi (kompensasiya), maddi ziyana görə isə 200 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 2022-ci ilin yanvar ayında iddiaçıya iş yoldaşları bildirmişlər ki, onu işdən çıxarmışlar və iddiaçıya baş mühasib tərəfindən məsələ ilə bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir. O, işdən çıxma əmrinin surətinin, əmək kitabçasının və son haqq-hesabın verilməsinə 2 6 yanvar 2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh bu müraciətə baxmamışdır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə 11 may 2022-ci il tarixli şikayət ilə müraciət edilmiş və X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən 28 iyun 2022-ci il tarixli məktubu ilə cavab verilmişdir. Qeyd edilənlərə əsasən iddiaçı işə bərpa olunacağını gözləmiş, amma heç bir müsbət nəticə olmamışdır. Odur ki, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

12. Cavabdeh MMC tərəfindən məhkəməyə elektron qaydada iddia müddətinin tətbiqinə dair ərizə və ümumi iddiaya etiraz məktubu göndərək bildirmişdir ki, İddiaçı Cavabdeh MMC-də əmək fəaliyyətinə xx.xx.2015-ci il tarixdən müddətli əmək müqaviləsi əsasında sürücü vəzifəsində işə başlamışdır. 2016-cı ilin sonunda törətdiyi yol nəqliyyat hadisəsinə görə müvəqqəti olaraq sürücülük vəsiqəsindən məhrum edilmişdir. İddiaçı sonuncu dəfə xx.xx.2018-ci il tarixdə müəssisədə sürücü vəzifəsinə işə qəbul edilmişdir. Bu zaman onunla müddətsiz əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır.xx.xx.2021-ci il tarixdən sonra İddiaçı işə çıxmamışdır və dəfələrlə ondan bunun səbəbini soruşduqda “xəstəyəm” demişdir, xəstə olmasını təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Nəhayət xx.xx.2021-ci il tarixdə ondan ya xəstəliyini təsdiq edən sənədi (xəstəlik vərəqəsini) müəssisəyə təqdim etməyi, ya işə çıxmağı və yaxud ərizə yazmaqla işdən çıxmağı tələb edildikdən sonra İddiaçı səhhəti ilə əlaqədar nə yaza, nə də yeriyə bildiyini bildirmişdir və oğlu Rüstəmov Ağasalahın şirkətə gələrək, onun əvəzinə ərizə yazmasını və bu ərizənin qəbul edilməsini xahiş etmişdir. Oğlu şirkətdə olan zaman, xx.xx.2021-ci il tarixdə saat 14:00-da şəxsən İddiaçıla telefonla danışdıqdan sonra onun xahişini nəzərə alaraq oğlundan ərizəni qəbul etmiş və İddiaçıla olan əmək müqaviləsinə xitam verilmişdir. Həmin gün Natiqin oğlu şirkətə 739976 nömrəli, 20.04.2108.05.21-ci il tarixli və 21.05.21-30.05.21-ci il tarixli dövrləri əhatə edən xəstəlik vərəqəsini təqdim etmişdir. Təqdim edilmiş xəstəlik vərəqəsinə əsasən ona 173,54 manat müavinət hesablanmışdır, bundan 7,80 manat sosial ödənişlər tutulduqdan sonra İddiaçı 165,74 manat ödənilməli idi. Eyni zamanda xx.xx.2018-29.06.21- ci il tarixləri əhatə edən dövr üçün istifadə etmədiyi məzuniyyət günlərinə görə İddiaçı 436,6 3 manat məzuniyyət pulu hesablanmışdır, bundan 19,85 manat sosial ödənişlər tutulduqdan sonra ona 424,90 manat ödənməli idi. İddiaçıla bağlanmış əmək müqaviləsinin və tam maddi məsuliyyət haqqında müqavilələrin şərtlərinə görə o, gündəlik plandan əskik verdiyi məbləğlər müəssisəyə vurulan ziyan hesab edilir və İddiaçı həmin ziyanın ödənilməsinə tam maddi məsuliyyət daşıyır. Bununla əlaqədar bildirilmişdir ki, İddiaçı işlədiyi dövrün yalnız son bir ilində (fevral 2020-fevral 2021) müəssisəyə vurduğu maddi ziyan 4713 manat təşkil edir və bu səbəbdən də ona verilməli olan 165,74 manat müavinət və 424,90 manat məzuniyyət pulu (son haqq-hesab), cəmi 590,64 manat həmin ziyanın qismən ödənilməsinə yönəlmişdir. Xəstə olduğunu nəzərə alaraq, ziyanın qalan məbləğinin tələbi ilə əlaqədar iddia qaldır ılmamışdır. Əmək kitabçası ilə əlaqədar isə bildirilmişdir ki, dəfələrlə tələb etməklərinə baxmayaraq İddiaçı əmək kitabçasını yazılmaq üçün təqdim etməmiş, əmək kitabçasını özündə saxlamışdır. İddiaçı Cavabdeh MMC-də işləməsi haqqında bütün məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasına daxil edilmişdir. Yuxarıda qeyd edilənlərdən İddiaçı tam xəbərdardır, ərizədə qeyd etdikləri şər və böhtandır. Belə ki, 2021-ci ilin oktyabr-noyabr aylarında, qaldırdığı məsələ ilə əlaqədar İddiaçı qardaşı tərəfindən bu işə cəlb edilmiş vəkillə söhbətdə vəziyyət ona xırdalıqla izah edilmiş və bu mübahisəyə son qoyulması üçün məhkəməyə müraciət etməsi məsləhət bilinmişdir. Həmçinin bildirilmişdir ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmiş, o, isə məhkəməyə xx.xx.2022-ci il tarixdə məhkəməyə mövcud iddia tələbi ilə müraciət etmişdir.

13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-403/23 saylı iş üzrə 6 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Günel Abbasova) iddia qismən təmin edilmiş, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli 347 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-də əvvəlki vəzifəsinə bərpa edilməsi, Cavabdeh MMC tərəfindən məcburi işburaxma müddəti üzrə xx.xx.2021-ci il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia ərizəsinin məzmunundan, iddiaçının izahatından və iş in digər materiallarından aşkar surətdə göründüyü kimi, iddiaçı işdən azad olunması barədə əmrin surətini almadığından, əmək müqaviləsinin ləğv edilməsinin əsasını bilməmiş, həmçinin iddiaçı, cavabdehin hərəkətlərindən, 11 may 2022-ci il tarixli şikayətlə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə müraciət etmişdir. Bu müraciətə X6 Xidmətinin Bakı şəhər idarəsi 28 iyun 2022-ci il tarixli məktubu ilə cavab vermişdir. Həmin məktubda qeyd edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-cı il tarixli müddətsiz əmək müqaviləsinə, AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, tərəflərdən birinin (tərəflərdən konkret kimin, işəgötürənin yoxsa işçinin təşəbbüsü məlum deyil) təşəbbüsü ilə, xx.xx.2021-ci il tarixində xitam verilm iş və bu barədə 347 saylı əmr imzalanmışdır. Həmçinin, sözügedən məktubda qeyd edilmişdir ki, cavabdehin əmək müqaviləsinə xitam verilməsinə dair 347 saylı əmri ləğv edilərək, əvvəlki iş yerinə qaytarılacağı ilə əlaqədar cavabdehin rəhbərliyinə göstəriş xarakterli məktub göndərilmiş, eyni zamanda, cavabdeh müəssisənin direktoru X1 AR İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi də qeyd edilmişdir. Bundan sonra, iddiaçı, sözügedən məktubda qeyd edilənləri nəzərə alaraq, işə bərpa olunacağını gözləmiş, lakin bunun heç bir müsbət nəticəsi olmamışdır. Mübahisənin məhkəmədən kənar həll etmək mümkün olmadığından, iddiaçı, məhkəməyə müraciət etməzdən əvvəl, AR Əmək Məcəlləsinin 294-cü maddəsinin 5-ci hissəsinə uyğun olaraq, cavabdehə mediator təklifi barəd ə müraciət göndərmiş, lakin cavabdehdən heç bir cavab almamış və daha sonra, Bakı 4 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Lakin cavabdeh, 08 sentyabr 2022-ci il tarixinə təyin edilmiş ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Bu hal, Bakı 4 saylı Mediasiya Təşkilatının verdiyi ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 08 sentyabr 2022-ci il tarixli, MŞB/4-01843 nömrəli arayışla təsdiq edilir. İddiaçı 08 sentyabr 2022-ci il tarixli, MŞB/4-01843 nömrəli mediasiya arayışını aldıqdan sonra 19 sentyabr 2022-ci il tarixində sözügedən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəhayət, cavabdeh xx.xx.2022-ci il tarixində məhkəmə prosesində işdənçıxma barədə əmrin surətini məhkəməyə təqdim etmiş və həmin əmrin surətini əldə etmək mümkün olmuşdur.

15. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296cı maddələrinin şərh edilməsinə dair 30 iyul 2021-ci il tarixli Qərarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürmədiyindən, mübahisə tərəfi olan cavabdehin iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etsə də, iş üzrə iddia müddəti tətbiq edilərək, iddiadan imtina edilə bilməz.

16. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, iddia əsaslıdır. Ona görə ki, göründüyü kimi İddiaçı əmək müqaviləsinə xitam verilməsinin həm faktiki, həm də hüquqi əsası yoxdur. Belə ki, cavabdeh-işəgötürənin ƏM-nin 68-ci maddəsinin “2a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) is tinad etsə də, iddiaçının ərizəsi alınmamışdır. Alınan ərizə isə İddiaçı yetkinlik yaşına çatmayan oğlu X3 (xx.xx.2006-cı il təvəllüdlü) tərəfindən (etibarnamə olmadan) yazılmış və imzalanmışdır.

17. Məhkəmə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydasına uyğun olaraq işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmçinin işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

18. İşçi tərəfindən əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı bir aylıq xəbərdarlıq müddəti qanunverici tərəfindən həm işəgötürənin, həm də işçin in mənafeləri nəzərə alınaraq müəyyən edilmişdir. İşçi əmək müqaviləsini ləğv etmək barədə işəgötürənəverdiyi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi konkret müddəti göstərməmişdirsə, ərizə verildiyi gündən bir aylıq xəbərdarlıq müddəti bitənədək AR ƏM-nin 69-cu maddəsi ilə əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Lakin iş materiallarından müəyyən edilir ki, iddiaçının oğlu tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ərizədə konkret vaxt göstərilmədiyi halda belə, ərizəyə istinad etməklə həmin tarixdə də əmək müqaviləsinə xitam verilməsi barədə əmr imzalanmışdır. Hansı ki, artıq bu halın mövcudluğu özüözlüyündə qanunvericiliyin müəyyən etdiyi qaydaların pozuntusunu ehtiva edir, həmçinin əmrin əsassız və qanunsuz olmasını sübuta yetirir.

19. Məhkəmə iddia tələbinin xx. xx.2018-xx.xx.2022-ci illər üzrə istifadə olunmamış əsas məzuniyyətlərə görə kompensasiyanın ödənilməsi hissəsinə münasibətdə hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, xx.xx.2021-ci il tarixə qədər iddiaçının məzuniyyət hüququ olsa da, bundan istifadə etməmiş və bu illər ərzində cavabdehə bununla bağlı heç bir yazılı müraciət etməmişdir. Beləliklə, iddiaçı ondan asılı olmayan səbəblərə görə bu hüquqdan məhrum olmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.

20. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verilmişdir. Odur ki, İddiaçı əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verildiyindən, iddia tələbi təmin edilməli, “Monella MMCnin xx.xx.2021-ci il tarixli 347 nömrəli əmr i ləğv edilməli, İddiaçı işə bərpa edilməli və məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəllə) 69, 74, 83, 296, 300-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə iddia müddətinin keçib-keçməməsini araşdırmamış və düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh tərəfindən iddiaçı xx.xx.2018-ci il tarixdə sürücü vəzifəsinə qəbul edilm iş və iddiaçı tərəfindən cavabdehin əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. 23 noyabr 2022-ci il tarixində məhkəmədə mülki işə baxılarkən iddiaçı izahatında məhkəməyə bildirdi ki, xx.xx.2021-ci il tarixdə onun oğlu (X3) xəstəlik vərəqəsini təqdim etmək üçün cavabdehin ofisində olmuş, həmin vaxt MMC-nin rəhbərliyi tərəfindən ona zəng olunmuş və oğlunun onun adından işdən çıxma barədə ərizə verdiyi və onun işdən çıxarıldığı bildirilmişdir. Məhkəmə həmin hallara hüquqi qiymət verməmişdir. İddiaçı tərəf 8 sentyabr 2022-ci il tarixli mediasiyaya müraciət edərək, elə həmin gündə qanunsuz mediasiya arayışı alanda belə iddia müddəti çoxdan keçmişdir. İddiaçı məhkəmə iclasında etiraf etmişdi ki, oğlu Ağasalah şirkətdə olan zaman xx.xx.2021-ci il tarixdə saat 14:00 radələrind ə onunla telefonla danışdıqdan sonra onun xahişi nəzərə alınaraq, ərizəsi qəbul edilmiş və onun əmək müqaviləsinə xitam verilmiş, əmrin surəti və əmək müqaviləsinə xitam verilməsi barədə elektron portaldan çıxarışda oğlu Ağasalah vasitəsi ilə ona təqdim edilmişdir. İddiaçı isə iddia müddəti keçdikdən sonra mediasiyaya müraciət edərək, elə həmin gündə qanunsuz mediasiya arayışı alanda həmin vaxt iddia müddəti çoxdan keçmişdir.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3040/2024 nömrəli, 12 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), V.N.Sadıqov və M.Ə.Rüstəmli) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya qaydasında mübahisələn dirilən hissədə, yəni iddianın təmin olunan hissəsində (əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) ləğv edilmiş və iddia tələbi həmin hissədə rədd edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə iddiaçıdan ya xəstəliyini təsdiq edən sənədi (xəstəlik vərəqəsini) müəssisəyə təqdim etməyi, ya işə çıxmağı və yaxud ərizə yazmaqla işdən çıxmağı tələb edildikdən sonra İddiaçı səhhəti ilə əlaqədar nə yaza, nə də yeriyə bildiyini bildirmişdir və oğlu Rüstəmov Ağasalahın şirkətə gələrək onun əvəzinə ərizə yazmasını və bu ərizənin qəbul olunmasını xahiş etmişdir. Oğlu şir kətdə olan zaman, xx.xx.2021-ci il tarixdə saat 14:00-da şəxsən İddiaçıla telefonla danışdıqdan sonra onun xahişini nəzərə alaraq oğlundan ərizəni qəbul etmiş və İddiaçıla olan əmək müqaviləsinə xitam verilmişdir. Həmin gün Natiqin oğlu şirkətə 739976 nömrəli, 20.04.2108.05.21-ci il tarixli (18 gün) və 21.05.21-30.05.21-ci il tarixli (9 gün) dövrləri əhatə edən xəstəlik vərəqəsini təqdim etmişdir. İddiaçının əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmiş, o, isə məhkəməyə xx.xx.2022-ci il tarixdə mövcud iddia tələbi ilə müraciət etmiş, iddia müddətini ötürmüşdür.

26. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, hazırkı iş üzrə mübahisəli hüquq münasibətinə iddia müddəti tətbiq edilə bilməz və əsaslı olan iddia tələbi, iddia m üddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Belə ki, iddia ərizəsinin məzmunundan, iddiaçının izahatından və işin digər materiallarından aşkar surətdə göründüyü kimi, iddiaçı işdən azad olunması barədə əmrin surətini almadığından, əmək müqaviləsinin ləğv edilməsinin əsasını bilməmiş, həmçinin iddiaçı, cavabdehin hərəkətlərindən, 11 may 2022-ci il tarixli şikayətlə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə müraciət etmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi aşağıdakılara görə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmamışdır.

28. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılan hallarına əsasən müəyyən etmişdir ki, həqiqətən də iddiaçı tərəfindən 11 may 2022-ci il tarixdə X6 Xidmətinə müraciət olunmuş, Əmək Müfəttişliyində müvafiq ara şdırma aparılmış və araşdırmadan sonra X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. Həmin məktubda bildirilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2018ci il tarixli müddətsiz əmək müqaviləsinə Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xx.xx.2021-ci il tarixdə xitam verilmişdir.

29. İddiaçı özü isə işin 5-ci vərəqində olan iddia ərizəsində göstərir ki, o, əmək müqaviləsinə xitam verilməsindən 2022-ci ilin yanvar ayında xəbər tutmuş, müəssisə rəhbərliyi ilə əlaqə saxlamış və baş mühasib ona məhkəməyə müraciət etməyi məsləhət görmüşdür.

30. Göründüyü kimi, iddiaçı hüququnun pozulduğunu ən azından özü etiraf etdiyi tarixdə, yəni 2022-ci ilin yanvar ayında bilmiş, X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən ona bu barədə xx.xx.2022-ci il tarixli məktubla təkrar məlumat verilmiş, lakin o, hüququnun pozulduğunu bildiyi həmin vaxtdan sonra keçən bir ay ərzində pozulmuş hüququnun müdafiəsi ilə bağlı məhkəmədə iddia qaldırmamışdır. O, yalnız xx.xx.2022-ci il tarixdə Mediasiya orqanına, xx.xx.2022-ci il tarixdə, yəni əmək müqaviləsinə xitam verilməsindən təxminən 1 il 7 ay sonra isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

31. Göründüyü kimi, iddiaçı hüququnun pozulduğunu istər 2022-ci ilin yanvar ayında, istərsə də 2022-ci ilin iyun ayında bilməsindən asılı olmayaraq hər iki halda iddia müddətini ötürmüşdür.

32. İddiaçı qanunla müəyyən olunmuş müddət ərzində məhkəməyə müraciət etməməsinin səbəbini əmək müqaviləsinə xita m verilməsindən məlumatsız olması, məlumat aldıqdan sonra X6 Xidmətinə müraciət etməsi, hüquqlarının həmin orqan tərəfindən bərpa olunmasını gözləməsi, həmin orqanın göstərişinin icra olunmadığı ilə əlaqələndirmiş, müddətin ötürülmədiyini iddia etmişsir.

33. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə göstərilən dəlillər müddətin ötürülmədiyi barədə qənaətə gəlməyə əsas vermir. Belə ki, iddiaçının həqiqətən də cavabdehlə əmək münasibətlərini davam etdirmək niyyəti olmuş olsaydı, o, ən azından 2022-ci ilin yanvar ayına qədər heç olmasa bir dəfə iş yerinə gələr və əmək fəaliyyətini davam etdirmək təşəbbüsündə olmuş olardı. İddiaçının “əmək müqaviləsinə xitam verilməsindən məlumatsız olması” barədə dəlili öz-özlüyündə onun 2021-ci ilin fevral ayından başlayaraq işə gəlməməsi barədə c avabdehin dediklərinin doğru olduğunu təsdiq etmiş olur. İş materiallarından göründüyü kimi, iddiaçı həmin müddət ərzində yalnız 20.04.21-08.05.21-ci il tarixli (18 gün) və 21.05.21-30.05.21-ci il tarixli (9 gün) günlər üçün, yəni üst-üstə cəmi 27 günü əhatə edən xəstəlik vərəqəsi təqdim etmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının əmək haqqının ödənilməməsi və s. barədə X6 Xidmətinə şikayət etməsi iddia müddətinin axımını kəsmir və onun məhkəməyə müraciət etməsinin qarşısını almır.

35. Əmək Məcəlləsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozul masının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər (maddələr 296.2-296.4).

36. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əmək müqaviləsinə xitam verilməsi də əmək müqaviləsinin şərtlərindən biridir və əmək müqaviləsində xüsusi olaraq göstərilmişdir. İddiaçı müdiriyyət tərəfindən əmək müqaviləsinə x itam verilməsinin düzgün sənədləşdirilmədiyini, yəni onun şəxsi ərizəsi olmadan əmək müqaviləsinə xitam verildiyini bildirir və bu barədə ən azından özünün iddia ərizəsində etiraf etdiyi kimi 2022-ci ilin yanvar ayından məlumatlı olduğunu göstərir. Məhkəmə kollegiyası hesab edir ki, belə olan vəziyyətdə Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsi mübahisəyə tətbiq edilməli (əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün) və iddia müddəti tətbiq olunmaqla iddia rədd edilməlidir.

37. İddia müddətini keçməsi iddianın rədd olunması üçün birbaşa əsas verdiyindən apellyasiya instansiyası məhkəməsi iddia tələbinə, onun əsaslılığına mahiyyəti üzrə qiymət verilməsinə əsas görməmişdir.

38. Məhk əmə öz mövqeyini Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə, 83cü maddəsinin 1 və 2-ci hissələrinə, 296-cı maddəsinin 2, 3 və 6-cı hissələrinə, 300-cü maddəsinin 1-ci hissəsinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

39. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

40. Kassasiya şikayəti Mülki Məcəllənin 377.1, Əmək Məcəlləsinin 296-cı, MPM-in 88 və 384.0.1-ci maddələrinə isti nad edilməklə onunla əsaslandırılmışdır ki, iddia müddətinin tətbiq edilməsinə dair bu normanı tətbiq etməklə, AR Əmək Məcəlləsinin 296cı maddəsinin 6-cı hissəsinin tələblərini pozmuşdur. İddiaçı 2022-ci ilin yanvar ayında hüququnun pozulduğunu bilmiş, lakin yanvar ayının, konkret olaraq, hansı “günü” olması müəyyən edilməmişdir. İddiaçı hüququnun pozulduğunu hansısa gündə deyil, sadəcə olaraq, “yanvar” ayında bilmişdir. Bu halı dəqiqləşdirmək məqsədilə, iddiaçı, xx.xx.2022-ci il tarixli “işdənçıxma əmrinin surətinin, əmək kitabçasının və son haqq-hesabın verilməsinə dair” ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətə baxmamış və buna münasibət bildirməmişdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara, nədənsə, qeyri-obyektiv və birtərəfli, yalnız cavabd ehin mənafeyinə xidmət edən tərzdə baxaraq qiymət vermiş və nəticədə, əsassız və qanunsuz olaraq qiymət vermiş və nəticədə, əsassız və qanunsuz olaraq, cavabdehin apellyasiya şikayətini təmin etmişdir. Konkret olaraq, cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsini, buna hüquqi əsas olmadan əsaslı hesab edərək, onu təmin etmişdir ki, bu da iddiaçının iddiasının rədd edilməsinə səbəb olmuşdur. Başqa sözlə, məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə qeyri-obyektiv baxmış, sonra həmin ərizəyə tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Yəni, cavabdehin sözügedən ərizəsinin təmin edilməsi üçün hüquqi əsasların olmamasına baxmayaraq, həmin ərizə, qanunsuz olaraq, təmin edilmişdir. Bundan əlavə, məhkəmənin işə qeyri-obyektiv və birt ərəfli yanaşmasını təsdiq edən hallardan biri də, iddiaçı tərəfindən, iddia müddətinin buraxılmasının üzrlü hesab edilməsinə dair ərizəsinə, nədənsə baxmaması və ona hüquqi qiymət verməməsi olmuşdur. Halbuki, iddiaçının iddia müddətinin buraxılmasının üzürlü hesab edilməsinə dair ərizəsində buraxılmış iddia müddətinin üzrlü hesab edilməsi üçün kifayət qədər hallar göstərilmiş və bu səbəbdən də Binəqədi Rayon Məhkəməsi, ona verilmiş səlahiyyətlərdən istifadə edərək, haqlı olaraq, həmin müddəti üzürlü hesab etmiş, iddiaya mahiyyəti üzrə baxaraq, iddianın qismən təmin edilməsinə dair qətnamə qəbul etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçının, iş üçün mühüm əhəmiyyət kəsb edən sübutuna - iddia müddətinin buraxılmasının üzürlü hesab edilməsinə dair ərizəsinə qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz verərək, təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin dəyişdirilmədən saxlanlmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

42. Maddə 74

2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər.

43. Maddə 83 (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya) 1.Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 2.Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imz alanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

44. Maddə 296.(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya)

2. Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər

3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənəd ləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

6. Bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

45. Maddə 300.

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

54. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Ka ssasiya baxışının hədləri

56. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya sı məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmənin işə qeyri-obyektiv və birtərəfli yanaşmasını təsdiq edən hallardan birinin də, iddiaçının iddia müddətinin buraxılmasının üzrlü hesab edilməsinə dair ərizəsinə, nədənsə baxmaması və ona hüquqi qiymət verməməsi olduğu barədə dəlili ilə əlaqədar qeyd edir ki, dəlil əsaslı deyil.Belə ki, iddiaçının iddia müddətinin buraxılmasının üzrlü hesab edilməsi barədə ərizə v erməsi iş materialları ilə təsdiqlənmir.İddiaçı birinci instansiya məhkəməsinə “iddia müddətinin buraxılmamasına dair” ərizə (İ cild i.v.123) verərək iddiaçı tərəfindən iddia müddətinin buraxılmadığının nəzərə alınmasını xahiş etmişdir.

60. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının ara şdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

62. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 iyun 2024-cü il tarixli 2(103)3040/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar