Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3352/2025 02.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: nikah dövründə əldə olunmuş əmlakın bölünməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1138/2025 nömrəli, 14 iyul 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıda kı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. İddiaçı və Cavabdeh 19 mart 2016-cı il tarixdə nikah bağlamışlar;
3. Tərtər Rayon Məhkəməsinin 7 dekabr 2020-ci il tarixli, 2(061)-619/2020 nömrəli qətnaməsi ilə, iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Tərtər Rayon Qeydiyyat Şöbəsində bağlanmış 19 mart 2016-cı il tarixli, 38 saylı nikah qeydinin pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından anadan olmuş uşaqları 31 avqust 2016cı il təvəllüdlü X5 atasından alınaraq anası Cavabdeh verilməsi, cavabdeh İddiaçı 31 avqust 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat məbləğində alimentin uşağın anaya verildiyi gündən hesablanaraq tutulub Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir;
4. İddiaçı ilə Cavabdeh arasında olan nikaha 27 mart 2021-ci il tarixdə xitam verilmişdir;
5. Tərtər Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(061)-121/2021 nömrəli qətnaməsi ilə, iddiaçı Cavabdeh İddiaçı qarşı cehiz əşyaları və qızıl-zinət tələbinə dair iddiasının qismən təmin edilməsi qət edilmişdir; 6. 15 avqust 2019-cu il tarixli, 19028-001/747714 nömrəli kredit limiti müqaviləsinə əsasən, “Kreditverən”-"xxxx" ASC “Borcalan”a-İddiaçı 300000 manat məbləğində 120 ay müddətinə, «15» Avqust 2029- cu il tarixinədək kredit limiti ayırır və kredit limiti çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Razılaşmanı imzalamaqla kredit verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində “Borcalan” on a kredit verilməsi barədə “Kreditverən”ə müraciət etmək hüququna malikdir. Kredit limiti Müqaviləsi çərçivəsində “Borcalan”a verilən kreditlər Razılaşmanın bağlanması ilə rəsmiləşdirilir və bu müqavilə çərçivəsində veriləcək hər bir kredit üzrə kreditin illik faiz dərəcəsi, FİFD, cərimə və kreditin ödənilməsinə dair digər spesifik şərtlər bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən razılaşmalarla müəyyən ediləcəkdir. Bu müqavilə üzrə müəyyən edilmiş limit çərçivəsində veriləcək kreditlər digər valyutada verilə bilər, bir şərtlə ki, kreditin verildiyi ana olan məzənnə fərqi Kredit limitinin məbləğindən artıq olmasın.“Kreditverən” krediti və ya qarantiyanı “Borcalan”ın müvafiq ərizəsinə və razılaşmaya uyğun olaraq dövriyyə və əsas vəsaitin artırılması, investisiya layihələrinin maliy yələşdirilməsi, fərdi istehlak məqsədi ilə verir. Bu müqavilə çərçivəsində veriləcək kreditlərə dair illik faiz dərəcəsi 26 faizdən, kredit limiti çərçivəsində veriləcək kreditlərin son icra müddəti isə «15» Avqust 2029- cu il tarixdən artıq olmayacaqdır;
7. Qeyd olunan müqavilənin 4.1-ci bəndinə əsasən Borcalanın bu müqavilədən irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə X1, X6, X2 və X3 ilə zaminlik müqavilələri bağlanılır. Bu məqsədlə bağlanmış zaminlik müqaviləsi bu müqaviləyə əsasən verilən kreditin faizi ilə birlikdə qaytarılmasına dair öhdəliyin vaxtında və lazımi qaydada icrasının təmin edilməsi üsuludur. 19028-001/747714 saylı, 15 avqust 2019-cu il tarixli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 26 avqust 2019-cu il tarixli Razılaşmadan görünür ki, tərə flər arasında bağlanmış 19028-001/747714 saylı, «15» avqust 2019-cu il tarixli kredit limiti müqaviləsinə əsasən “Kreditverən” “Borcalana” 120 ay müddətinə illik 26 faizdən çox olmamaq şərtilə 300000 manat məbləğində kredit verilməsinə dair şərtlər barədə razılığa gəlmişdirlər. Bu şərtlərə əsasən “Kreditverən” “Borcalan”ın ərizəsinə əsasən ona ABŞ dolları, Rubl, Euro valyutalarında kreditlər verə bilər. -“Kreditverən” 19028-001/747714 saylı, «15» avqust 2019-cu il tarixli kredit limiti müqaviləsi çərçivəsində illik 5 faiz dərəcəsi ilə xx.xx.2022-ci il tarixinədək 12 ay güzəşt olmaqla 50000 manat məbləğdə borc pul vəsaitini “Boracalan”ın mülkiyyətinə verir. “Borcalan” isə 500 manat məbləğdə xidmət haqqı ödəyir. Bu razılaşmanın 2-ci bəndinə uyğun olaraq kredit əsas vəsaitlərin artırılması məqsədlə verilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İlkin İddiaçı birgə nikah dövründə əldə etdikləri kredit müqaviləsi üzrə 50000 manat pul vəsaitinin ½ hissəsinin, yəni 25000 manat pulun və ödənilmiş 165 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İlkin iddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilə rəsmi nikahda olan dövrdə "xxxx" ASC tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışına əsasən həmin bankdan ümumilikdə 50.000 manat məbləğində kredit götürmüşdür. Həmin kredit məbləğinə malqara almışdır ki, əldə edəcəyi qazancla ailə xərclərini ödəsin. Ancaq Vətən müharibəsi başladığından və yaşadıqları ərazi həmin vaxt ermənilərlə həmsərhəd olduğundan xeyli zərərə uğramışdır. Buna baxmayaraq kredit öhdəliyini yerinə yetirməkdə davam etmişdir. Cavabdeh ilə ayrıldıqdan sonra bankda adı qara siyahıya düşməməsi üçün borc-xərc edib və avtomobilləri satıb kredit öhdəliyini yerinə yetirmişdir. Hesab etmişdir ki, birgə nikah dövründə əldə etdikləri kredit öhdəliyinin 1/2 hissəsi cavabdehdən alınaraq ona ödənilməlidir.
10. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın bütünlükdə rədd edilməsinə və onun qarşılıqlı iddiasının təmin edilərək avtomobillərin cəmi dəyəri olaraq 68500 manatın yarısı olan 34250 manatın və 205 manat dövlət rüsumunun ilkin iddiaçıdan alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçı bankdan götürdüyü kredit məbləği ilə atasına məxsus həyə tdə böyük tövlə tikmiş, iri və xırda buynuzlu heyvan almaqla gəlir əldə etmiş, ona 1 manat da olsun həmin puldan verməmişdir. Bundan başqa birgə nikah dövründə hər ikisinin qazancı ilə 4 ədəd - ** HA *** dövlət qeydiyyat nişanlı “Ford Tranzit” yük markalı, ** RS *** dövlət qeydiyyat nişanlı “VAZ 21214” minik markalı, ** HY *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” minik markalı və ** FB *** dövlət qeydiyyat nişanlı “Toyota Land-Cruiser” minik markalı avtomobillər əldə edilmişdir. Həmin avtomobillərin cəmi dəyəri 68.500 manatdır. Nikah pozulduqdan sonra İddiaçı həmin avtomobillərin bir neçəsini adından çıxarmışdır. “Toyota Land-Cruiser” və digər avtomobillər isə adında qalmışdır. Ona görə də nikahları pozularkən cavabdehlə birgə nikah dövründə əldə etdikləri avtomobillərin dəyərinin ya rısı alınıb ona verilməlidir.
12. Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil1 tərəfindən imzalanmış ərizə və vəsatətə əsasən, Azərbaycan Respublikası MM-in 375.2-ci maddəsinə əsaslanaraq İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış öhdəliyin aralarında bölünməsi tələbinə” iddiası üzrə iddia tələblərini iddia müddətinin tətbiqi ilə bağlı ərizəni nəzərə alaraq, iddia müddətini tətbiq etməklə iddianı rədd edilməsini və tərəflərindən təqdim olunmuş sübutlar üzrə qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Tərtər Rayon Məhkəməsinin 2(061)267/2025 nömrəli 6 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakim Kamil Rzayev) ilkin iddia tələbinin təmin edilməsi, Cavabdeh 15 avqust 2019-cu il tarixli, 19028-001/7471 4 saylı kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 26 avqust 2019-cu il tarixli Razılaşmaya əsasən verilmiş 50.000 manat məbləğində kreditin yarı dəyəri olan 25.000 manat məbləğində pul və 165 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 25.165 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, tərəflər birgə nikah dövründə, yəni 26 avqust 2019-cu ildə "xxxx" ASC-dən İddiaçı adına 50.000 manat məbləğində kredit götürmüşlər. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 3715 nömrəli məktubundan görünür ki, İddiaçı "xxxx" ASC-də AZ32BRES******************** saylı hesab üzrə xx.xx.2024-cü il tarixinə 49.999,69 manat məbləğ ində krediti mövcuddur. Göründüyü kimi, tərəflər 50.000 manat krediti birgə nikah dövründə, yəni 26 avqust 2019-cu ildə əldə etmiş və istifadə etmişlər. Həmin kredit əsas vəsaitlərin artırılması məqsədlə verilmişdir və ailə ehtiyaclarının təmin edilməsinə sərf edilmişdir. Tərəflər arasında olan nikah 7 dekabr 2020-ci il tarixdə pozulmuş, kredit borcu iddiaçı tərəfindən ödənilir. Bu hal məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə yaranmış öhdəliyin bölünməsi tələbinə dair iddiası təmin olunmalıdır.
15. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə bildirmişdir ki, İddiaçı məhkəməyə ərizə verərək, Cavabdeh qarşılıqlı iddia tələbinə iddia müddətinin tətbiq edilməsini x ahiş etmişdir. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh ilə İddiaçı 2014-cü ildə evlənmiş, nikahları Tərtər Rayon Məhkəməsinin 7 dekabr 2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh əmlak tələbi ilə bağlı məhkəməyə müraciət etsə də, qarşılıqlı iddia ərizəsində göstərilən avtomobilləri mübahisələndirməmiş, aralarında olan nikah pozulduqdan 3 il 1 ay keçdikdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında nikah 7 dekabr 2020-ci ildə pozulmuş, üç illik iddia müddətinin axımı həmin dövrdən başlandığından iddia müddəti 7 dekabr 2023-cü ildə bitmişdir.
16. Məhkəmə hesab etmişdir ki, ilk iddia tələbi təmin edildiyindən iddianın qaldırılması üçün ödənilmiş 115 manat məbləğində dövlət rüsumu və 50 manat məbləğində mediasiya xidməti haqqı, cəmi 165 manat məbləğində vəsait cavabdehə aid edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilmədiyindən Cavabdeh ödədiyi 205 manat məbləğində dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir.
17. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 214.1, 225.1, 372.1, 372.2, 375.1, 375.2-ci, Ailə Məcəlləsinin 36.1, 36.3, 37.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 222.2-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Dəlilləri qarşılıqlı iddia tələbinin dəlilləri ilə eyni olan apellyasiya şikay ətində əlavə olaraq bildirilmişdir ki, Tərtər Rayon Məhkəməsi sübutlara müvafiq qiymət verməmiş, birgə nikah dövründə əldə edilmiş əmlakların tam yarısının üzərində Cavabdeh qanunla qorunan hüquqlarının olmasını müəyyən etməmiş və nəticədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31-37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümum i birgə mülkiyyəti sayılır. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Tərtər Rayon Məhkəməsi Ali Məhkəmənin Plenum qərarının təl əblərini aşkar və kobud şəkildə öz qətnaməsində pozmuşdur. Belə ki, iş materiallarında olan və birgə nikah dövrü əldə edilmiş əmlakların üzərində Cavabdeh hüquqlarının olmasına baxmayaraq, qətnamədə hansı səbəbdən iddia tələblərinin təmin edilməməsi ilə bağlı əsaslandırma aparmamış, iddiaçının tələblərinin hansı dəlillərlə təkzib olunması ilə bağlı zəruri hüquqi araşdıma aparmamış və nəticədə qarşı tərəfin qanunla qorunan hüquqlarını məhdudlaşdıran ədalətsiz qətnamə qəbul etmişdir. Tərtər Rayon Məhkəməsi Cavabdeh üçün müddətin axımının başlanğıcını səhv olaraq xx.xx.2020-ci il tarixdən götürmüşdür. Belə ki, qeyd olunan tarix qətnamənin çıxarldığı tarixdir tərəf üçün iddia müddətinin axımının başlanğıcı qətnaməni aldığı tarixdən hesablanır, lakin məhkəmə tərəfindən qeyd olunan qanun norma sının tələbləri araşdırılmamış və Cavabdeh qanunla qorunan hüquqları pozulmuşdur. Cavabdeh tərəfindən iddia müddəti ötürülməmiş, iddia vaxtında qaldırılmışdır qeyd olunan qətnamə xx.xx.2021-ci il tarixdə qüvvəyə minmişdir. Tərtər Rayon Məhkəməsi tərəfindən Cavabdeh tərəfindən verilmiş İddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı ərizə nəzərə alınmamış, ərizəyə qətnamədə müvafiq qiymət verilməmişdir. Belə ki, ilkin iddia üzrə İddiaçı iddia müddətini ötürməklə iddia qaldırmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372 və 373-cü maddələrinə görə iddia müddəti 3 il müəyyən edilmişdir. Tərtər Rayon Məhkəməsinin 7 dekabr 2020-ci il tarixli, 2(061)-619/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış nika h qeydinin pozulması qət edilmişdir. Sözügedən qətnamə xx.xx.2021 ci ildə qüvvəyə minmişdir. Həmin qətnamədən 3 il 4-5 ay keçdikdən sonra, yəni 2024-cü ilin may-iyun aylarında hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Buradan da belə aydın olur ki, iddaçının iddiası formal xarakterli olmaqla qərəzli şəkildə qaldırılmışdır.
20. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1138/2025 nömrəli, 14 iyul 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Günay Cavadova – sədrlik edən və məruzəçi, Şamil Rzaquliyev və İslam Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış kredit öhdəliyi üzrə ödənişlərin tutulması” tələbinə dair ilkin i ddia tələbi təmin edilməmiş, iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın dəyərinin bölünməsi” tələbinə dair qarşılıqlı iddia qismən təmin edilmiş, “Ford Tranzit” yük markalı ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş vəsaitin yarısı, yəni 6.500 manat pul və qarşılıqlı iddia tələbinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 85 manatı İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət olunmuş, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, İddiaçı "xxxx" ASC-dən götürdüyü krediti ailənin ehtiyaclarına sərf etdiyini bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Nəzərə alınsa ki, İddiaçı ilə "xxxx" ASC arası nda bağlanmış kredit müqaviləsində borcalanın krediti özünün sahibkarlıq fəaliyyəti üçün götürüldüyü qeyd edildiyinə görə, həmin kreditin bir hissəsi belə ailənin ehtiyaclarına sərf olunubsa, bu hal mütləq qaydada və məhz İddiaçı tərəfindən sübuta yetirilməlidir. Bu hal sübuta yetməyincə iddia tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə hesab etmişdir ki, İddiaçı ilkin iddiası əsassızdır. Birinci instansiya məhkəməsi həmin iddianı təmin etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri müzakirə olunan hissədə əsaslıdır.
22. Eyni zamanda Məhkəmə ilkin iddia tələbi üzrə iddia müddətinin ötürülməsi ilə bağlı Cavabdeh dəlillərini əsaslı hesab etməmiş və hesab etmişdir ki, İddiaçı öz tələblərini məhkəmə qaydasında 3 illik iddia müddəti çərçivəsində irəli sürmüş dür.
23. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə də səhvdir.
24. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh əvvəllər məhkəmə qaydasında özünə məxsus cehiz və qızıl zinət əşyalarını tələb etməsi, onun keçmiş əri İddiaçılə birgə nikah dövründə birgə vəsait hesabına əldə etdikləri əmlakın bölünməsinini tələb etmək hüququndan məhrum etmir və ya bu hüququ məhdudlaşdırmır. Bundan başqa, cehiz və qızıl zinət əşyalarının qaytarılması barədə tələbin irəli sürüldüyü vaxt, hazırda mübahisə predmeti olan avtomobillərlə bağlı Cavabdeh hüququnun pozulduğunun bildiyi və ya bilməli olduğu vaxt kimi də qəbul edilməməlidir. Çünki işdə olan sənədlərə əsasən ki, həmin avtomobilləri n mövcudluğu, nikah pozulduqdan sonra isə İddiaçı tərəfindən özgəninkiləşdirildiyi Cavabdeh, DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin vəkil sorğusuna verdiyi 30 mart 2021-ci tarixli cavab məktubundan sonra məlum olmuşdur. Odur ki, qeyd olunanları nəzərə alan Məhkəmə hesab etmişdir ki, Cavabdeh qarşılıqlı iddia tələbi üzrə iddia müddətini buraxmamışdır.
25. Qarşılıqlı iddia ilə irəli sürülmüş tələbin əsaslılığı ilə bağlı apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh “Ford Tranzit” yük markalı ** HA *** dövlət qeydiyyat nişanlı, “VAZ 21214” minik markalı ** RS *** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” minik markalı ** HY *** dövlət qeydiyyat nişanlı və “Toyota Land-Cruiser” minik markalı ** FB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin birgə nikah dövründə, birgə vəsait hesabına alındığını bildirir və həmin avtomobillərin dəyərinin 1/2 hissədə İddiaçı onun xeyrinə tutulmasını xahiş etmişdir. İşdə olan sənədlərə əsasən məlum olmuşdur ki, “Ford Tranzit” yük markalı ** HA *** dövlət qeydiyyat nişanlı vasitəsi xx.xx.2019-cu il tarixdə, “VAZ 21214” minik markalı ** RS *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə, “Hyundai Elantra” minik markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə, “Toyota LandCruiser” minik markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobil isə xx.xx.2013-cü il tarixdə alınmışdır. İddiaçı və cavabdeh Sevinc Quliyevin məhkəmələrə verdikləri məlumata əsasən o da məlum olmuşdur ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə İddiaçılə birgə yaşadığı evdən çıxıb getmiş və bir daha o evə qayıtmam ışdır. Başqa sözlə iş üzrə tərəflər xx.xx.2020-ci il tarixdən faktiki ayrılmış, həmin vaxtdan birgə təsərrüfat aparmamışlar. Bu baxımdan hesab edilməlidir ki, mübahisə predmeti olan dörd nəqliyyat vasitələrindən yalnız biri - “Ford Tranzit” yük markalı ** HA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iş üzrə tərəflərin birgə nikahı dövründə və birgə təsərrüfat apardıqları zaman, birgə vəsait hesabına alınmışdır. Bununla bağlı tərəflər arasında mübahisə olmadığına görə həmin nəqliyyat vasitəsi iş üzrə tərəflərin ümumi birgə əmlakı hesab olunmaqla, bu əmlak üzərində tərəflərin hər birinin 1/2 hissədə payı mövcuddur. İddiaçı həmin nəqliyyat vasitəsini tərəflər faktiki ayrıldıqdan sonra xx.xx.2020-ci il tarixdə 13.000 manata satmışdır(iş İ cild, səh 97). Sözügedən avtomobilin satılmasına Cavabdeh razılığı alınmamış, belə bir razılığın verilməsi iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiya məhkəməsinin qənaətinə görə həmin nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi zamanı Cavabdeh bir mülkiyyətçi kimi mülkiyyət hüququ pozulmuşdur.
26. Cavabdeh pozulmuş hüququnun bərpasını, nəqliyyat vasitəsinin dəyərinin tam yarısının İddiaçı alınaraq ona ödənilməsini xahiş edir. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh pozulmuş hüququnun bərpası nəqliyyat vasitəsinin alğı-satqısı zamanı bağlanmış müqavilədə qeyd edilmiş dəyərinin tam yarısının İddiaçı alınaraq Cavabdeh ödənilməsi yolu ilə həyata keçirilməlidir. Məhkəmə hesab etmişdir ki, “Ford Tranzit” yük markalı ** HA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə olunmuş vəsaitin yarısı, yəni 6.500 manat (13.000 manat: 1/2 hissə) İddiaçı Cavabdeh ödənilməsi barədə tələb təmin edilməli, digər avtomobillərə münasibətdə isə qarşılıqlı iddia rədd edilməlidir.
27. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.2, 32.3, 36.1, 36.3, 36.9, 37.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217, 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (vəkil – Vəkil2) kassasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
29. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edilərək əlavə olaraq qeyd edilmişdir ki, Bankdan götürülən 50.000 manat kreditin 30.000 manatına 2020-ci ilin avqust ayında Gürcüstandan mal-qara alıb gətirmişdir. Cavabdehin bildirdiyi kimi kredit pulu ilə tövlə tikdirilməmişdir. Tövləni nikaha daxil olmamışdan əvvəl atası tərəfindən tikdirilmişdir. Kredit pulu ilə tövlə tikdirsə idi, Bank həmin pulu verməzdi. Bank tövləsi olan, həmçinin ən azı bir neçə il bu sahə ilə məşğul olan təcrübəli şəxslərə kredit verir. Kredit məbləğinin qalan 20.000 manatından təxminən 5.000 manatını Cavabdeh plastik əməliyyatına (burun) xərclənmişdir. Qalan 15.000 manata isə birgə nikah dövründə yaranmış borclara, uaşğın səhhətinin sağalmasına və ailə üçün palpaltara, qır-qızıla, qidaya və gəzinti məsfərlərinə xərclənmişdir.
30. Cavabdehin iddia tələbinin müddətin ötürülməsi ilə ba ğlı qeyd edilmişdir ki, o, hüququnun pozulduğunu evdən gedərkən, yəni xx.xx.2020-ci il tarixdə bilmişdir. Həmin tarixdən hesablansa, Cavabdeh məhkəmədə iddia qaldırmaq hüququ xx.xx.2023-cü il tarixdə bitmişdir. Aralarından ola nikahın pozulmasından götürülsə belə, o halda Cavabdeh hüququnun pozulduğunu xx.xx.2021-ci il tarixdə məhkəmə qətnaməsinin qüvvəyə minməsi ilə bilmişdir. Ancaq Cavabdeh məhkəmədə xx.xx.2025-ci ildə iddia qaldırmışdır. Bununla da, iddia müddətini ötürmüşdür. Ancaq işə baxan məhkəmə buna əhəmiyyət verməmiş və Cavabdeh xeyrinə qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etiraz
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
32. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onl arın ümumi birgə mülkiyyəti sayılır.
33. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir.
34. Maddə 32.3. Nikah dövründə ev təsərüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
35. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nika h pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
36. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
37. Maddə 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.
38. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan ist ifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasi ya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” xx.xx.2024-il tarixli Qərarının 3.14-cü bəndinə əsasən, ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun.
48. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu nəticəyə gəlmişdir ki, ilkin iddiaçı öz tələbinin əsasında dayanan halları, yəni nikah dövründə götürdüyü krediti ailənin ümumi ehtiyaclarına sərf etdiyini sübut edə bilməmişdir.
49. Ali Məhkəmənin Plenumunun adıçəkilən Qərarının 9.5-ci bəndinə görə, ər-arvadın əmlak bölgüsünə d air mübahisələrə baxarkən məhkəmələr nəzərə almalıdır ki, belə mübahisələr üzrə hər bir halda nikahın pozulması ilə iddia müddətinin axımı başlanmır. Məsələn, nikah pozulduqdan sonra keçmiş ər-arvad ümumi əmlakdan birlikdə istifadə etməyə davam edirlərsə, yaxud ər (arvad) ümumi əmlakın mövcudluğu barədə məlumatsızdırsa, iddia müddəti ər-arvaddan biri tərəfindən digərinə mübahisəli əmlaka münasibətdə öz hüquqlarını həyata keçirməyə maneə yaratdığı gündən hesablanmalıdır.
50. Qarşılıqlı iddianın təmin olunmuş hissəsi üzrə apellyasiya məhkəməsi işdəki sübutlar əsasında bu qənaətə gəlmişdir ki, iddia müddətinin əvvəli avtomobilin özgəninkiləşdirilməsi barədə DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin 30 mart 2021-ci tarixli cavab məktubundan hesablanmalıdır. Belə olan halda qarşılıqlı iddia üzr ə qanunla müəyyən edilmiş üç illik iddia müddəti ötürülməmiş sayılır.
51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və İddiaçı dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
52. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzr ə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas təşkil etmir.
54. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
55. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1138/2025 nömrəli, 14 iyul 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.