Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3353/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)398/2020 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsinin kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(027)-1899/2019 saylı qətnaməsi ilə (s ədrlik edən, hakim İ.A.Məmmədov) İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra cavabdeh) və Quba bələdiyyəsinə qarşı “torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsinə mülkiyyət hüququnun tanınması” barədə iddiası təmin edilərək, Quba bələdiyyəsinin sədrinin xx xxxxxx 2003-cü il tarixli, 283 saylı Sərəncamı ilə Qəçreş yolu yaşayış massivinin sol tərəfindəki ərazidə ayrılmış fərdi yaşayış evinin tikilməsi altına düşən N-7/8 saylı sahəsi 20x50=1000 kv.metr olan torpaq sahəsinə dair iddiaçı ilə Quba bələdiyyəsi arasında alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi və iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun tanınması qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)398/2020 saylı qətnaməsi ilə (hakimlər T.O.Quliyev sədrlik edən, məruzəçi, G.F.Tağızadə və E.G.Rəhimov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, Quba bələdiyyəsinin sədrinin xx xxxxxx 2003-cü il tarixli, 283 saylı Sərəncamı ilə Qəçreş yolu yaşayış massivinin sol tərəfindəki ərazidə ayrılmış fərdi yaşayış evinin tikilməsi altına düşən N-7/8 saylı sahəsi 20x50=1000 kv.metr olan torpaq sahəsinə dair onunla Quba bələdiyyəsi arasında alqı-satqı müqaviləsini n bağlanmış hesab edilməsi və onun həmin torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı vəkili Feyzulla Mehdiyev kasas iya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 05 saylı Xaçmaz Ərazi İdarəsi, vəkili Hacıbala Məlikov və cavabdeh Quba bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, iddiaçının vəkili Feyzulla Mehdiyevin izahatını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiy a instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mübahisəli torpaq sahəsi iddiaçıya bələdiyyə sədrinin sərancamına əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılıb. Həmin torpaq sahəsi iddiaçının qanuni istifadəsində olub və sərəncama torpaq sahəsinin plan və çıxarışı əlavə edilib. İddiaçı istifadəsində olan torpaq sahəsinin adın a rəsmiləşdirilməsi üçün bələdiyyəyə müraciət etsə də, ödəniş edilməsinə dair qəbzlər bələdiyyənin arxivində aşkar edilmədiyinə görə alqı-satqının həyata keçirilməsi mümkün olmayıb. Torpaq sahəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada əvəzsiz olaraq iddiaçının mülkiyyətinə verilməsi üçün qanuni əsaslar vardır. Belə ki, iddiaçı notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə icra edib, digər tərəf, yəni bələdiyyə isə əqdi notariat qaydasında təsdiqlənməkdən boyun qaçırır. Bu səbəbdən də birinci instansiya məhkəməsi əqdi icra etmiş iddiaçının tələbi ilə sözügedən torpaq sahəsinə dair alqı-satqı müqaviləsini sonuncu ilə bələdiyyə arasında bağlanmış hesab etməklə və həmin torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu tanımaqla düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiyas ı məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 389.1, 405.1, 407.1, 408.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, əvvəla, Quba bələdiyyəsinin sədrinin xx xxxxxx 2003-cü il tarixli, 285 saylı Sərəncamının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin Sərəncamla iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Quba şəhəri, “Qəçrəş yolu” yaşayış massivinin sol tərəfindəki ərazidən 20,0 metr x 25,0 metr = 500 kv.metr ölçüdə torpaq sahəsinin ayrılmasına və bu faktın həmin Sərəncama əlavə edilmiş 500 kv.metr torpaq sahəsinin situasiya planının kserosurəti ilə də təsdiq edilməsinə baxmayaraq, işə baxan məhkəmələr bu hala diqqət yetirmədən, Quba bələdiyyəsi ilə iddiaçı arasında 1000 kv.metr torpaq sahəsinə dair alqı-satqı müqaviləsini bağlanmış hesab etməklə, əslində sonuncunun əlavə olaraq 500 kv.metr torpaq sahəsinə yiyələnməsi üçün qanunusuz əsas yaratmışlar. Halbuki işdə, Quba bələdiyyəsinin sədrinin sözügedən Sərəncamı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün məhz 1000 kv.metr torpaq sahəsinin ayrılmasına dair heç bir mötəbər yazılı sübut yoxdur. Mülki işin 49-cu vərəqində olan iddiaçıya 1000 kv.metr torpaq sahəsinin ayrılmasına dair Quba bələdiyyəsinin sədrinin eyni tarixli və eyni saylı Sərəncamı isə kserosurət olmaqla Azərbaycan Respublikası MPM-nin 89.2, 89.3-cü maddələrinin tələblərinə cavab vermir. Belə ki, həmin maddələrin mənasına görə, işə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq edilmiş surətləri əlavə edilməlidir. Eyni zamanda, faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Apelyasiya instansiyası məhkəməsi Quba bələdiyyəsinin sədrinin eyni tarixli və eyni saylı Sərəncamında iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsünün birində 500 kv.metr, digərində isə 1000 kv.metr göstərilməsinə əhəmiyyət vermədən, həmin Sərancamın həqiqiliyini yaxlamaq üçün onun əslini məhkəməyə təqdim et məyi Quba bələdiyyəsinə təklif etmədən və ümumiyyətlə bu hal üzrə heç bir araşdırma aparmadan, eyni tarixli, eyni saylı Sərəncamdakı açıq-aşkar ziddiyyətə aydınlıq gətirmədən, həmin Sərəncamın kserosurətini yazılı sübut kimi qəbul edərək, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Halbuki, Azərbaycan Respublikası MPMnin 14.1, 77.3-cü maddələrinin mənasına görə, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Bunun üçün məhkəmə: ilk növbədə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbardar etməli, onların prosessual hüquqlarının həyata keçməsinə lazımi kömək göstərməlidir. Eyni zamanda, məhkəmə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda zəruri əlavə sübutları təqdim etməyi tərəflərə təklif etməlidir. Digər tərəfdən, Torpaq Məcəlləsinin 5-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Həmin Məcəllənin 47-ci maddəsinin 6-cı bəndində göstərilir ki, bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 55-ci maddəsinin 3-cü hissəsində göstərilir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr və sair və qanunverciliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüquqi ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaların”da bələdiyyənin ehtiyat fondundan torpaq sahəsi satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilərək müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiqlənir. Apelyasiya instansiyası məhkəməsi, iddiaçının tələblərinin əsaslılığına sadalanan maddi hüquq normalarının və normativ hüquqi aktların tələbləri baxımından hüquqi qiymət verədən, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin bələdiyyə sədrinin Sərəncamı ilə deyil, bələdiyyənin Qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilməsinə diqqət yetirmədən, torpaq sahəsinin iddiaçıya satılmasına dair Quba bələdiyyəsi tərəfindən belə bir Qərarın qəbul edilib-edilməməsini, iddiaçı tərəfindən torpaq sahəsinin dəyərinin Quba bələdiyyəsi nin bank hesabına köçürülüb-köçürülməməsini araşdırmadan, bir sözlə iddiaçının notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə icra edib-etməməsini aydınlaşdırmadan, tərəflər arasında nəinki torpaq sahəsinə dair alqı-satqı müqaviləsini bağlanmış hesab etmiş və hətta həmin torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu belə tanımışdır. Mülki Məcəllənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş 335.2-ci maddəsinin mənasına görə, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb e dilmir. Eyni zamanda, “Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2011-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2012-ci il tarixli Qərarında göstərilir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün aşağıdakı halların müəyyən edilməsi zəruridir: birincisi əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməlidir; ikincisi, məhz əks tərəfin əqdin notariat qaydasında təsdiqlənməsindən yayınması mülki iş materialları ilə təsdiq olunmalıdır; üçüncüsü əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələblərə əməl edilmiş olmalıdır. Sonuncu şərt qanunvericilikdə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Hazırki işdə qeyd olunan hallar istisna olunur və iddiaçının mübahisəli torpaq sahəsinin alqısatqısı üçün Quba bələdiyyəsinin hesabına hər hansı məbləğdə pul ödəməsi mülki iş materialları ilə təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan maddənin tələblərinə və Konstitusiya Məhkəməsinin Plenmunun sözügedən Qərarında şərh edilən məcburi göstərişlərə uyğun olaraq sözügedən torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin notariatda təsdiqlənməsi qaydasına riayət edilməməsinin Quba bələdiyyəsinin təqsiri ucbatından baş verib-verməməsini, məhz sonuncunun alqı-satqı müqaviləsini notariat qaydasında təsdi q etməkdən yayınıb-yayınmamasını, ümumiyyətlə həmin torpaq sahəsinə dair iddia edilən alqı-satqı müqaviləsinin özünün qanuna zidd olub-olmamasını və həmin müqavilənin yazılı formada tərtib edilməsinə dair tələblərə əməl edilibedilməməsini tam, hərtərəfli və obyektiv araşdarmadan və hansı dəlillərə əsasən apelyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərmədən, yalnız iddiaçının irəli sürdüyü arqumentlərlə razılaşaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 392.2-ci maddəsinin mənasına görə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayəti təmin etmədiyini qətnamədə göstərməyə borcludur. Həmin Məcəllənin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətb iq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin kasasiya şikayəti qismən təmin edilsin, iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-398/2020 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3353/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3353/2020
29.09.2020 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver