Məhkəmə qərarları › İş №2(102)-3353/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3353/2023

03.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3353/2023 03.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mülkdən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-694/2023 nömrəli, 09 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 03 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul et di. İşin halları

1. Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 106 saylı qərarı ilə Samux rayonu İnstitut qəsəbəsində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi İddiaçı verilmişdir. xx.xx.2021-ci il tarixdə həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır.

2. Cavabdeh xx.xx.2006-cı ildə İddiaçı övladı X1 ilə nikah bağlamış, bu nikah 19 noyabr 2020-ci il tarixli məhkəmə qətnaməsi ilə pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra – cavabdeh) ona məxsus olan Gəncə şəhəri, ünvan 1 ünvanında yerləşən mülkdən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Samux Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli qərarı ilə ona Samux rayonu İnstitut qəsəbəsində 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Cavabdeh onun qızı X2 ilə xx.xx.2006-cı ildə ailə qurarkən torpaq sahəsini ev tikərək yaşamaq üçün qızına vermişdir. Qızı Sevinclə cavabdehin ailə münasibətləri baş tutmadığından nikahları məhkəmə qaydasında pozulmuşdur. Sevinc hazırda iki uşağı ilə onunla yaşamışdır. Hazırda cavabdeh onların ailə üzvü olmadığından mülkdən çıxmalı olsa da, bundan imtina etmişdir. Cavabdehə ev tikilən vaxt göstərdiyi köməklə bağlı xərcin əvəzi olaraq 9000 manat verməyə razı olduğunu qeyd etmişdir.

5. İddiaçının vəkili məhkəmə icla sında bildirmişdir ki, mübahisəli fərdi yaşayış evi iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşmiş, həmin ev iddiaçının vəsaiti hesabına qızının rahatlığının təmin edilməsi məqsədilə tikilmişdir. Qızının cehiz əşyaları həmin evdə qalmışdır. Mülki qanunvericiliyin tələbləri baxımından torpağın üzərində tikilmiş ev iddiaçının adına qeydə alınmalıdır, lakin cavabdeh evin ölçülərinin müəyyən edilməsi üçün mütəxəssisin işləməsinə maneçilik törətmişdir. Buna görə ev indiyənədək qeydə alınmamışdır.

6. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçının qızı ilə ailə qurduqdan sonra iddiaçıya məxsus həyətyanı torpaq sahəsində ev tikdirmiş və yaşamışlar. Həmin evin tikilişinə xeyli xərci çıxmışdır. İddiaçının qızı ilə aralarında olan nikah pozulmuşdur. Lakin iddiaçı onun evə çəkdiyi xərci vermək istəməmişdir. Hazırki vəziyyətdə iddiaçının torpaq sahəsində tikilmiş evə mülkiyyət hüququ olmamışdır, buna görə də onu evdən çıxara bilməz.

7. Samux Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(058)-113/2022 nömrəli iş üzrə 2 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Səadət Zeynalova) iddia təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli ev dövlət qeydiyyatına alınmasa da, evin yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində olmuşdur. Beləliklə, torpaq sahəsində tikilmiş mənzillər gələcəkdə qeydiyyata alınacağı təqdirdə mülkiyyətçinin hüquqları nəzərə alınmalıdır, yəni iddiaçının gözlənilən mülkiyyət hüququ olmuşdur. Bundan əlavə cavabdeh artıq iddiaçının ailə üzvü sayılmır. Cavabdeh məh kəmə iclasında bildirdiyi kimi evə çəkilən xərclə bağlı sübutları olduğu təqdirdə həmin iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Hazırki iddia tələbinə münasibətdə isə məhkəmə hesab etmişdir ki, sözügedən ev qeydiyyata alınmasa da torpağın onun mülkiyyətində olması və buna uyğun olaraq onun evə də gələcək mülkiyyətçi hüquqları nəzərə almaqla iddia tələbi təmin olunmalıdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146, 152, 178-ci, xx.xx.2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələ binin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının onu evdən çıxarmağa subyektiv hüququ olmamışdır. Sözügedən ev dövlət qeydiyyatına alınmamış, iddiaçı bununla bağlı sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi iddianın torpaqdan çıxarılma yox, evdən çıxarılma olmasına da qiymət verməmişdir.

12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1714/2022 nömrəli mülki iş üzrə 8 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Ədil Məmmədov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiya məhkəməsini n mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində sözügedən evin qeydiyyatdan keçməməsini qeyd etsə də, bu dəlil əsaslı hesab edilmir. Çünki birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi mübahisəli ev dövlət qeydiyyatına alınmasa da, evin yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində olmuş və torpaq sahəsində tikilmiş mənzillər gələcəkdə qeydiyyata alınacağı təqdirdə mülkiyyətçinin hüquqları nəzərə alınmalıdır. Yəni iddiaçının gözlənilən mülkiyyət hüququ olmuşdur.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmiş, işin nəticəsinə təsir edən iş üzrə əhəmiyyətli halları sübut edə bilməmişdir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülk i Məcəlləsinin 157-ci, xx.xx.2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54-cü maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan ev dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmadığından iddiaçının ev üzərində sərəncam vermək hüququ olmamış, həmçinin evin yerləşdiyi torpaq sahəsi üçün cavabdeh tərəfindən iddiaçıya 9000 manat ödənilmiş, evin tikilməsi üçün isə 30000 manat xərc çəkilmişdir, belə olduğu təqdirdə cavabdehin həmin evdən çıxarılması onun mənzil üzərində gözlənilən hüququnun pozulmasına səbəb olmuşdur.

18. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-5356/2022 nömrəli mülki iş üzrə 21 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Zaur Əliyev (məruzəçi), Əhməd Nurməmmədov və Abiddin Hüseynov) cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

19. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri-mülkiyyətçinin iradəsidir. Bu baxımdan binanı torpaq mülkiyyətçisinin razılığı əsasında inşa və ondan istifadə edən şəxsin hərəkətləri mülkiy yətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər (torpaq mülkiyyətçisinin tikilini inşa edəndən pul alması, onun köçərək həmin binada yaşamasına şərait yaratması və s.). Bununla belə, torpaq mülkiyyətçisi öz hüququna əsaslanmaqla, əvvəl verdiyi razılığı sonradan geri götürərək, binanı inşa etmiş şəxsin çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı, göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoymaqla bina inşa etmiş şəxsin əmlak mənafeləri gözardı edilməməlidir. Çünki, mülkiyyətçinin icazəsi ilə binanı inşa etmiş şəxsin çıxarılacağı halda torpaq mülkiyyətçisinin onun hesabına əsassız varlanması halı meydana gələ bilər.

20. Kassasiya kollegiyası qeyd etmişdir ki, hazırkı işin düzgün həlli üçün mübahisəli evin cavabdeh tərəfindən tikilib-tikilmədiyi, əgər binanı cavabdeh inşa etmişsə iddiaçının buna açıq və ya qapalı şəkildə razılıq verib-verməməsi tərəflərin təqdim etdikləri sübutlar və işdəki məlumatlar əsasında aydınlaşdırılmalıdır. Bu zaman inşaatın aparıldığı il, tərəflərin o vaxtkı münasibətləri, aralarında hər hansı sövdələşmə olub-olmaması, cavabdehin orada yaşadığı müddət, binanın inşası nəticəsində torpaq sahəsinin dəyərinin hansı həcmdə artması və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər mühüm hallara dair sübutl ar çəkişmə prinsipinə əməl edilməklə araşdırılmalı və birgə qiymətləndirilməlidir. Bu araşdırmanın nəticəsindən asılı olaraq, cavabdehin istinad etdiyi xərcin əvəzinin ödənilməsinə iddiaçının münasibəti müəyyən olunmalı, belə əvəz verilmədikdə iddiaçının tələbinin qanuniliyinə yuxarıda göstərilən hüquqi mövqelərə uyğun qiymət verilməli, yekunda mübahisə hər iki tərəfin mənafeləri nəzərə alınmaqla ədalətli şəkildə həll edilməlidir.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16, 135, 152, 157, 560, 562, 1091, 1092-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

22. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-694/2023 nömrəli mülki iş üzrə 9 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Loğman S üleymanov (sədrlik edən və məruzəçi), İslam Həsənov və Şamil Rzaquliyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin rədd edilməsi qət edilmişdir.

23. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişləri yerinə yetirərək, müəyyən etmişdir ki, mübahisə edilən ev iddiaçının qızı ilə cavabdehin birgə yaşayış müddətində iddiaçının razılığı əsasında 2013-2015-ci illərdə tikilmiş və həmin vaxtdan iddiaçının qızı ilə cavabdeh həmin evdə yaşamışlar.

24. Məhkəmə kollegiyası Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərarında şərh edilən göstərişlərinə uyğun olaraq, hazırkı işin düzgün həlli üçün cavabdehin istinad etd iyi xərcin əvəzi olaraq iddiaçıya cavabdehə çəkdiyi xərcin əvəzinin ödənilməsini təklif etsə də, iddiaçı yalnız 9000 manat ödəyə biləcəyini bildirmiş, cavabdeh isə həmin məbləğə razı olmamış və iddiaçının ona 25000 manat kompensasiya ödəniləcəyi halda, evdən çıxacağını bildirmişdir.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16, 135, 152, 157, 560, 562, 1091, 1092-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş et mişdir.

27. Şikayət onunla əsaslandırılmışdır ki, qızının ailəsi dağıldıqdan sonra cavabdehlə birgə yaşamaları mümkün olmamışdır. Bu səbəbdən bu iddianı məhkəmədə qaldırmışdır. Cavabdehə evinin tikintisinə çəkdiyi köməyə görə 9000 manat təklif etmişdir. Həmin məsələ bu işin predmeti olmamış, bu işdə cavabdehin qarşılıqlı iddiası da olmamışdır. Cavabdehin qarşılıqlı tələbi olmadığı halda, məhkəmənin iddia tələbinə aidiyyəti olmayan məsələni həll etməsi qanunsuz hərəkət olmuşdur. Onun hərəkətlərində hüquqdan suiistifadə olmamışdır. Olduğu təqdirdə apellyasiya instansiyası məhkəməsi onu qətnaməsində qeyd etməli idi. Cavabdeh 25000 manat köməklik göstərməsi barədə sübut təqdim etməli idi.

28. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560-cı, Azərbaycan Respublikası Mülki P rosessual Məcəlləsinin 88, 218-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz göndərərək, kassasiya şikayətinin təmin edilməməsini Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-694/2023 nömrəli, 09 mart 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

31. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binal ar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

32. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.

33. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan isti fadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

34. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

35. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

36. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmla kdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.

37. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

38. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

39. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

40. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş old uğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir.

41. Maddə 562.1. Əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ).

42. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

43. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

44. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

45. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin b axılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən pr osessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

56. Belə ki, apellyasiya instansiyası məhkəməsi sübutları qiymətləndirərkən əvvəlki kassasiya icraatı zamanı məhkəmənin müəyyən etdiyi göstərişləri araşdırmışdır. Haqlı olaraq müvafiq kompesasiya ilə təmin olunmadığı təqdirdə cavabdehin mübahisəli tikilidən çıxarılmasının mümk ün olmadığı nəticəsinə gəlmişdir.

57. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

58. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

59. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-694/2023 nömrəli, 09 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar