Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3353/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Koperativinə qarşı ilk, Cavabdeh Mənzil Tikinti Kooperativinin İddiaçı (AR Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti müstəqlil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı qarşılıqlı iddiasına dair iş üzrə QƏRARİ Açar sözlər: tikinti işlərinin qadağan edilməsi, pul tələbi, mənzil-tikinti koopertivlərinin fəaliyyətindən irəli gələn mübahisələr, sübutların qiymətləndirilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Mənzil Tikinti Koperativinə qarşı (Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti müstəqlil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «tikintinin qadağan edilməsi və kompensasiyanın ödənilməsi» tələbinə dair ilk, Cavabdeh Mənzil Tikinti Koperativinin İddiaçı qarşı “vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3236/2024 nömrəli, 4 iyun 2024cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 4 dekabr 2024cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. ünvan 5 saylı evin 27 saylı mənzili İddiaçı məxsusdur. Bu barədə 14 dekabr 1999-cu il tarixdə dövlət qeydiyyatı aparılmışdır.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-124/2023 nömrəli 3 may 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, Qarabağ və Əhmədbəy Ağaoğlu küçələrinin kəsişməsində "Gold Residence" layihəsi adı altında qazıntı-tikinti işlərinin aparılması "xxxx" MTK-ya qadağan edilmiş, qərardadın dərhal icra edilməsi qərara alınmış müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix xx.xx.2023-cü il müəyyən edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh MTK tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli qərardadı ləğ v edilmiş, müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə İddiaçı ərizəsi rədd edilmişdir. 4. "xxxx" Mənzil Tikinti Kooperativinin sədri X6, mühasib X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən "xxxx" MTK-ya məxsus Nərimanov rayonu, Qarabağ küçəsi 38, Ə.Ağaoğlu küçəsi 4 və 6, Xətai prospekti 39, 41 və 43 ünvanlarında inşa olunan yüksək mərtəbəli yaşayış və qeyri - yaşayış binasında ərazidən köçürülən sakinlərə hesablanan aylıq kompensassiya 70900 manat, işçilərə hesablanan aylıq əmək haqqı 5596 manat olduğunu nəzərə alınsa (digər xərclər istisna olmaqla) bir günlük kompensasiya və əmək haqqı xərci 2508,07 manat təşkil edir.
5. Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Nümayəndə ünvanlanmış məktuba əsasən, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xi dmətinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubları və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi Azərinşaatlayihə Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun müvafiq rəyi nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 163 nömrəli Sərəncamı ilə Bakı şəhəri ünvan 2 ünvanlarında yerləşən 0,72 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün icarə əsasında Cavabdeh istifadəsinə verilmişdir. Ayrılmış torpaq sahəsinin yer quruluşu planı və inşası nəzərdə tutulan yeni yaşayış binalarının layihə sənədləri aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli Tl-88/21 nömrəli “Obyektin tikintisinə icazə" verilmişdir. Qarabağ küçəsi 42 nömrəli bina Cavabdeh MTK-ya ayrılmış torpaq sahəsinin hüdudları xaricində yerləşir, tikinti sahəsi ilə heç bir əlaqəsi yoxdur və bu səbəbdən şirkətlə həmin binanın sakinləri arasında qarşılıqlı öhdəlik mövcud deyildir. Vətəndaş İddiaçı qaldırdığı iddiaya əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.05 2023-cü il tarixli qərardadı ilə sözügedən ünvanda Cavabdeh Mənzil-Tikıntı Kooperativi tərəfindən “Gold Residence” layihəsi a dı altında aparılan qazıntı-tikinti işlərinin aparılması Cavabdeh MTK-ya qadağan edilmiş müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix xx.xx.2023-cü il müəyyən edilmişdir. Qərardadın dərhal icra olunması barədə Nərimanov Rayon İcra Şöbəsi tərəfindən Cavabdeh MTK-ya xx.xx.2023-cü iİ tarixli Bildiriş təqdim olunmuş, məhkəmə orqanlarının qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələbləri yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşımaları barədə Cavabdeh MTK-ya rəsmi xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilmə si barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, Qarabağ və Əhmədbəy Ağaoğlu küçələrinin kəsişməsində “Gold Residence” layihəsi adı altında ünvan 4 binasının yaxınlığında aparılan qazıntı-tikinti işlərinin qadağan edilməsi, həmin ərazidə qanunsuz inşa edilmiş, müvafiq eskiz layihədə nəzərdə tutulmayan tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, həmçinin ünvan 4 ünvanında yerləşən 27 nömrəli mənzilin əvəzi olaraq 200000 manat və ödənilmiş 490 manat dövlət rüsumunun, cəmi 200490 manatın Cavabdeh MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ünvan 4 ünvanında yerləşən 27 saylı mənzil xüsusi mülkiyyətindədir. Mənzil üçmərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. Sözügedən bina 1901-ci ildə inşa edilib. Hazırda cavabdeh tərəfindən xüsusi mülkiyyətində olan mənzilin yerləşdiyi binanın yaxınlığında Nərimanov rayonu, Xətai prospekti, Qarabağ və Əhmədov Ağaoğlu küçələrinin kəsişməsində “Gold Residence” layihəsi adı altında qazıntı-tikinti işləri aparılır. Cavabdeh tərəfindən aparılan tikinti-qazıntı işləri ona məxsus sözügedən mənzildə çatların əmələ gəlməsinə və binanın silkələnməsinə səbəb olur. Onun və eləcə də binada yaşayan digər sakinlərin həyatına real təhlükə yaranmışdır. Cavabdehin hərəkətləri ucbatından öz mənzilində faktiki olaraq yaşaya bilmir. Binanın yanında demək olar ki, heç bir məsafə saxlanılmadan daimi olaraq ağır texnika işləyir. Çox vaxt işlər bütün gün ərzində və qecə vaxtı səhər 5-6-ya qədər aparılır. Bu işlər artıq bir aydan çoxdur aparılır. Qeyd edilən tikinti-qazıntı işləri nəticəsində mülkiyyətində olan mənzilin əsasları sarsılmış və bina uçmaq təhlükəsi ilə üzləşmişdir. Cavabdeh MTK-nın apardığı qazıntı-tikinti işləri nəticəsində mənzili yaşayış üçün faktiki olaraq yararsız olmuşdur. Bununla bağlı müvafiq dövlət qurumlarına, o cümlədən Nərimanov Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etmişdir. Lakin, müraciətlərin heç bir nəticəsi olmamışdır. İddiaçı qeyd etmişdir ki, Cavabdeh MTK tərəfindən şəhərsalma və tikinti normalarının kobud şəkildə pozulduğu aşkar şəkildə görünür.
8. Cavabdeh MTK İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 48000 manat maddi ziyana görə və 234 manat ödəni lmiş dövlət rüsumu olmaqla cəmi 48234 manatın tutularaq, MTK-ya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı özünə məxsus olan mənzili baha qiymətə MTK-ya təklifi qəbul edilmədiyindən, əsassız varlanmaq üçün MTKya dolayısı ilə təsir göstərmək məqsədilə iddia qaldırmışdır. Məhz həmin iddia tələbi ilə bağlı “MTK tərəfindən özbaşına işlərin görüldüyü, tikinti-qazma işlərin aparılması mülkiyyətində olan mənzilin yerləşdiyi binanın silkələnməsi səbəb olduğu və bunun binada yaşayanlar üçün təhlükə yaratdığı” kimi yanlış qeyd etməklə, məhkəmədən müvəqqəti təminat tədbiri qismində MTK tərəfindən aparılan tikinti-layihələndirmə işlərinin dayandırılmasına qərardad çıxarılmasına nail olmuşdur. Belə ki, müvəqqəti təminat tədbir inin görülməsinə dair ərizəsi Nərimanov Rayon Məhkəməsinin müvafiq qərardadı ilə təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, Qarabağ və Əhmədbəy Ağaoğlu küçələrinin kəsişməsində “Gold Residence” layihəsi adı altında qazıntı, təmir tikinti işlərinin aparılması Cavabdeh MTK-ya qadağan edilmişdir. Çünki ərizədə yanlış qeyd etdiyi “özbaşına tikinti, layihələndirilən ərazidən sakinlərin köçürülmədən qazma tikinti işlərinin aparılması, bunların nəticəsində orda yaşayan sakinlərin həyatına təhlükə yaradan” kimi hallar tikintinin dayandırılmasına əsas olan hallardır və ərizəçi də bunu yaxşı bilirdi. Onun mülkiyyətində olan mənzil sərəncamla lahiyələndirilən ərazi hüdudlarına daxil belə deyildir. Cavabdehin müvəqqəti təminat tədbiri ilə bağlı ərizədə qeyd etdikləri yanlış oldu ğu baxımından apellyasiya məhkəməsinin müvafiq qərardadı ilə ləğv edilmiş və ərizə rədd olunmuşdur. Lakin müvəqqəti təminat tədbiri ilə bağlı qərardad dərhal icra edildiyindən MTK-nın qanuni əsaslarla apardığı layihə tikinti işləri xx.xx.2023-cü il tarixdə dayandırılmışdır və bu apellyasiya məhkəməsinin elan edildiyi xx.xx.2023-cü il tarixə kimi davam etmişdir ki, bu da MTK-ya külli miqdarda ziyan vurulmasına səbəb olmuşdur.Tikinti aparılan ərazidən müvəqqəti köçürülmüş sakinlərin aylıq ev kirayəsi 120000 manat təşkil edir. Bu da binanın təhvil verilməsinin hər gecikdirilmiş gün üçün 4000 manat xərc deməkdir. Ərizəçinin məhkəməyə müraciət etdiyi ilkin iddiası kompensasiya tələbi olduğu baxımından aşkar şəkildə bəlli olur ki, cavabdeh bu hərəkəti ilə MTK-nın hesabına əsassız varlanmaq məqsə dində olmuşdur. Çünki bilirdi ki, qərardadla MTK-nın fəaliyyətinin dayandırılacağına səbəb olacaq, bunun da nəticəsində MTK böyük məbləğdə ziyanı gözə almayacağı baxımından, ona pul vermək məcburiyyətində qalacağı planı ilə hərəkət etmişdir. Cavabdehin məqsədli hərəkəti nəticəsində Cavabdeh MTK-nin tikinti işlərinin dayandırıldığı 27 (2023-cü ilin may ayın 3-dən-30-na kimi) gün ərizndə MTK-ya dəymiş maddi ziyanın həcmi 108000 (27 gün x 4000 man) manat təşkil etmişdir. Bu 27 günün bəzi günlərində tikinti işləri aparılmasa da, tikintiyə hazırlıq və ərazinin təmizləmə işləri görülmüşdür. Lakin cavabdehin təkidi ilə qərardadın icrasına nəzarət edən icra məmurunun sərt davranışı üzündən MTK-nın fəaliyyəti 12 gün tam şəkildə iflic vəziyyətinə salınmaqla, hər hansı bir işin görülməsinə imkan veri lməmişdir. Bu da MTK-nın 48000 manat məbləğində ziyana bir başa məruz qalmasına səbəb olmuşdur. İdiaçı məsələni qarşılıqlı razılaşma əsasında həll etməkdən yayındığından, MTK yaranmış mübahisənin məhkəmə qaydasında həlli üçün 234 manat rüsum ödəmək məcuriyyətindən əlavə xərc çəkməyinə səbəb olmuşdur.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/5416 nömrəli rəyində müəyyən edilmişdir ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, ünvan 5 ünvanında yerləşən binanın ikinci mərtəbəsində yerləşən 27 nömrəli mənzil planda ölç üləri ümumi uzunluğu 7,7 metr, eni 6,2 metr, hündürlüyü 3,2 metrdir. Divarları but daşından olub, qalınlığı 0,8-1,0 metrdir. Mərtəbəarası örtüklər ağac konstruksiyadan quraşdırılmışdır. Damı yastı tipli olub, ruberoid və şiferlə örtülmüşdür. Fasadlar ön tərəfdə üzlük əhənq daşı ilə yerinə yetirilmiş, digər hissələri sement-qum məhlulu ilə suvanmışdır. Baxış zamanı İddiaçı məxsus mənzilin yükdaşıyan divarlarında çat və deformasiyalar müşahidə olunmuşdur. Cavabdeh MTK tərəfindən ərazidə tikinti işləri aparılan zamanı İddiaçı məxsus mənzilə heç bir ziyan dəyməmişdir. Bina uzun müddət təmirsiz istismar olunduğundan, fiziki aşınmalara məruz qalmışdır. Binanın divarlarında müxtəlif ölçülü çatlar vardır. Suvaq qatının aşınması, tökülməsi hallarına rast gəlinir. Dam örtüyündən axan atmosfer suları nı istiqamətləndirən suötürücü xətlər yararsız vəziyyətdədir. Mütəxəssis rəyinə əsasən Cavabdeh MTK-ya məxsus “Gold Residence” layihəsi adı altında, Bakı şəhəri, Nərimanov rayonu Qarabağ küçəsi 42 nömrəli binanın yaxınlığında aparılan qazıntı-tikinti işləri nəticəsində İddiaçı məxsus mənzilə heç bir ziyan dəymədiyi üçün, qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır. Cavabdeh MTK tərəfindən Xətai prospekti, Qarabağ və Əhmədbəy Ağaoğlu küçələrinin kəsişməsində qazıntı-tikinti işləri aparılan sahənin kənar sərhədi ilə ünvan 4 ünvanında yerləşən X4 məxsus 27 nömrəli mənzilin divarları arasında məsafənin 3,65 metr, texniki pasportda öz əksini tapmayan əlavə tikili ilə arasındakı məsafənin isə 2,15 metr təşkil etdiyi müəyyən olunur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabd eh MTK tərəfindən Xətai prospekti, Qarabağ və Əhmədbəy Ağaoğlu küçələrinin kəsişməsində “Gold Residence” layihəsi adı altında aparılan qazıntı-tikinti işləri ilə ünvan 4 ünvanında yerləşən 27 nömrəli mənzilin ara məsafəsinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə zidd olmadığı müəyyən olunur.
11. Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ekspertizaya təqdim olunmuşdur. Baxış zamanı İddiaçı məxsus mənzilin yükdaşıyan divarlarında çat və deformasiyalar müşahidə olunmışdur. Həmçinin Cavabdeh MTK tərəfindən Xətai prospekti, Qarabağ və Əhmədbəy Ağaoğlu küçələrinin kəsişməsində qazıntı-tikinti işləri aparılan sahəni kənar sərhədi ilə ünvan 4 ünvanında yerləşən X4 məxsus 27 nömrəli mənzilin divarları aras ında məsafənin 3,65 metr, texniki pasportda öz əksini tapmayan əlavə tikili ilə arasındakı məsafənin isə 2,15 m təşkil etdiyi müəyyən olunmuşdur. Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, Cavabdeh MTK tərəfindən ərazidə tikinti işləri aparılan zamanı İddiaçı məxsus mənzilə heç bir ziyan dəymədiyi, bina uzun müddət təmirsiz istismar olunduğundan, fiziki aşınmalara məruz qaldığı müəyyən edilmişdir.
12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-184/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) ilkin və qarşılıqlı iddialar rədd edilmiş, cavabdeh İddiaçı 100 manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət e dilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/5416 nömrəli rəyi ilə ilkin iddiaçıya məxsus əmlaka cavabdeh MTK-nın hərəkətləri nəticəsində zərər dəyməsi halı təkzib olunmuşdur. Digər tərəfdən ilkin iddia tələbi üzrə İddiaçı tərəfindən ekspertiza rəyi ilə müəyyən edilmiş halları təkzib edən sübutlar iş materiallarına əlavə edilməmiş, İddiaçı cavabdeh MTK tərəfindən aparılmış təmir-tikinti, qazıntı və s. işlər nəticəsində ona məxsus ünvan 5 saylı ev, 27 saylı mənzilə maddi ziyan dəyməsini sübut edə bilməmişdir.
14. Məhkəmə belə qənaətə gəlmişdir ki, ilkin iddia üzrə Cavabdeh MTK tərəfindən iddiaçının mülkiyyətində olan sözügedən mənzilə maddi zərər vurulması, habelə mənzilin yerləş diyi binanın yaxınlığında “Gold Residence” layihəsi adı altında aparılan qazıntı-tikinti işləri ilə mənzilin ara məsafəsinin qanunvericiliyin tələblərinə zidd olması halı müəyyən olunmadığından ilkin iddia tələbi əsassızdır və buna görə də məhkəmə tərəfindən təmin edilə bilməz.
15. Məhkəmənin qarşılıqlı iddia ərizəsi ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, mahiyyəti üzrə işi həll edən məhkəmə aktı ilə iddiaçının tələbinin və bunun nəticəsi olaraq onun ərizəsi əsasında tətbiq edilmiş müvəqqəti təminat tədbirinin qanunsuz hesab edildiyi halda qarşı tərəfə vurulmuş maddi zərər tutula bilər. Hazırki iş üzrə ilkin iddia üzrə İddiaçı Cavabdeh MTK-ya qarşı ilkin iddia tələbinin təmin edilməməsi qət edilmişdir və tərəflərin məhkəmə qətnaməsini mübahisələndirmək - qətnamə rəsmi qaydada verildiy i gündən 1 ay müddətində apellyasiya şikayəti vermək hüququ vardır. Məhkəmə qətnaməsindən şikayət verilmədiyi təqdirdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minəcəkdir. İlkin iddia üzrə İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə bağlı tətbiq olunmuş müvəqqəti təminat tədbiri nəticəsində vurulmuş zərərin ödənilməsi barədə MTK-nın qarşılıqlı iddia tələbi, İddiaçı iddiası üzrə çıxarılmış hazırkı yekun məhkəmə aktı qanuni qüvvəyə minmədiyindən təmin edilə bilməz.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 560.1, 560.2, 1096.1 və 1097.1-ci, Mülki prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 2018-ci il 14 mart tarixli, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 9 fevral 2022-ci il tarixli, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2023-cü il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmişdir.
18. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişd ir.
19. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, rəylərdə ona məxsus mənzilə heç bir ziyan dəymədiyi, bina uzun müddət təmirsiz istismar olunduğu və fiziki aşınmalara məruz qaldığı göstərilmişdir. İlk növbədə qeyd edilməlidir ki, həmin nəticə yalandır, çünki onun mənzilində çatlar mövcuddur. Belə olan halda, mənzilə heç bir ziyan dəyməməsi barədə fikrin həqiqəti əks etdirmədiyi aşkardır. Digər tərəfdən, rəydəki nəticənin hansı elmi metodikaya əsaslandığı aydın deyildir. Mütəxəssis rəyində qazıntıtikinti işləri ilə mənzilin ara məsafəsinin Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə zidd olmadığı göstərilsə də, izah edilməmişdir ki, Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına əsasən qazıntı-tikinti işləri ilə mənzilin ara məsafəsinin standartı (norması) nə qəd ər məsafə təşkil edir ki, bu mövcud vəziyyətdə hər hansı pozuntuya səbəb olmamışdır.
20. Cavabdeh apellyasiya şikayətində qətnamənin qismən-qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Bu baxımdan, qarşılıqlı iddianın təmin edilməsi üçün müvəqqəti təminat tədbirin ləğv olunmamış, qüvvədə olması əsas kimi götürülə bilməz.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3236/2024 nömrəli, 4 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlə r Vahid Sadıqov-sədrlik edən və məruzəçi, Akif İsgəndərov və Məhəmməd Rüstəmli) apellyasiya şikayətləri təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hər iki iddiaya münasibətdə qanuni və əsaslı nəticəyə gəlmişdir.
24. Belə ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən Cavabdeh MTK tərəfindən ərazidə tikinti işləri aparılan zamanı İddiaçı məxsus mənzilə heç bir ziyan dəymədiyi, bina uzun müddət təmirsiz istismar olunduğundan, fiziki aşınmalara məruz qaldığı müəyyən edilmişdir.
25. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktya br 2023-cü il tarixli 3-16-16/2-10/5416 nömrəli rəyi ilə Cavabdeh MTK tərəfindən Xətai prospekti, Qarabağ və Əhmədbəy Ağaoğlu küçələrinin kəsişməsində “Gold Residence” layihəsi adı altında aparılan qazıntı-tikinti işləri ilə ünvan 4 ünvanında yerləşən 27 nömrəli mənzilin ara məsafəsinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə zidd olmadığı müəyyən olunmuşdur.
26. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyindən də göründüyü kimi, MTK tərəfindən aparılmış tikinti layihə üzrə nəzərdə tutulmuş ərazidə aparılmışdır. MTK tərəfindən ərazidə tikinti işləri aparılan zaman iddiaçıya məxsus mənzilə heç bir ziyan dəyməmişdir. İddiaçıya məxsus bina uzun müddət təmirsiz istismar olunduğundan, fiziki aşınmalara məruz qalmışdır. Binanın divarlarında müxtəlif ölçülü çatlar vardır. Həmçinin aparılan qazıntı-tikinti işləri ilə ünvan 4 ünvanında yerləşən 27 nömrəli mənzilin ara məsafəsinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə zidd olmadığı müəyyən olunmuşdur.
27. İddiaçı ekspert rəyi ilə razılaşmayaraq əsassız olduğunu hesab etsə də, ekspert rəyi ilə müəyyən edilmiş halları təkzib edən hər hansı sübut təqdim etməmişdir.
28. Məhkəmə hesab etmişdir ki, ekspert rəyini şübhə altına alan hər hansı əsas yoxdur və rəy kifayət qədər əsaslandırılmışdır.
29. Məhkəmə də haqlı olaraq ekspert rəyini əsas götürərək, ilkin iddia tələbinin əsassız olması qənaətinə gəlmişdir. Cavabdehin hərəkətləri nəticəsində iddiaçıya ziyan vurulması halı müəyyən edilməmişdir.
30. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi q arşılıqlı iddia tələbinə münasibətdə də haqlı olaraq göstərmişdir ki, İddiaçı cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə bağlı tətbiq olunmuş müvəqqəti təminat tədbiri nəticəsində vurulmuş zərərin ödənilməsi barədə MTK-nın qarşılıqlı iddia tələbi, İddiaçı iddiası üzrə çıxarılmış hazırkı yekun məhkəmə aktı qanuni qüvvəyə minmədiyindən təmin edilə bilməz.
31. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1 və 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. İddiaçı (vəkil-Vəkil3) qətnamənin ləğv edilib, işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti iddia ərizəsi və apell yasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, mütəxəssis rəyində qazıntı-tikinti işləri ilə mənzilin ara məsafəsinin Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə zidd olmadığı göstərilsə də, izah edilməmişdir ki, Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına əsasən qazıntı-tikinti işləri ilə mənzilin ara məsafəsinin standartı (norması) nə qədər məsafə təşkil edir ki, bu mövcud vəziyyətdə hər hansı pozuntuya səbəb olmamışdır. Bu göstərilənlər isə həm birinci instansiya məhkəməsinin, həm də apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmamasını göstərir.Nə məhkəmə ekspertizasının rəyində, nə də həmin rəyin əsaslandığı mütəxəssis rəyində tədqiqatın metodu göstərilməmişdir və hə min rəylər obyektiv olmamaqla mülahizə xarakteri daşıyır. Məhkəmə iddianın predmetini təşkil edən mənzillə ara məsafəsinin pozulması halını tam araşdırmamışdır. Təsvir edilənlərlə yanaşı, məhkəmə o halı da araşdırmamışdır ki, mənzilin yaxınlığında yerin üst səthində tikinti işlərinin aparılması nəzərdə tutulur. Belə ki, qeyd edilən ərazidə qaraj üstündə faktiki icazə sənədləri ilə nəzərdə tutulmadığı halda, su anbarı inşa edilmişdir və iddiaçıya məxsus mənzilin yerləşdiyi yerdə fabrik tikilməsi cavabdehin layihə sənədlərində göstərilmişdir. Bu isə onu göstərir ki, mənzilin yaxınlığında qanunsuz tikili inşa edilmişdir və hətta mənzilin yerində fabrik tikilməsi planlaşdırılır. Belə olan halda isə, mənzilin ara məsafəsinin Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə zidd olmadığı barədə mü həndis-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5416 nömrəli rəyi ilə gəlinən nəticənin səhv olması aydın olur.
34. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 101.7-ci maddələrinə, Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 26-cı maddəsinə istinadla əsaslandırılmışdır. b)
35. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
36. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
37. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulm uş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
38. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və yazərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
39. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt)nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqişəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tamhəcmdə ödənilməlidir. Qanunla z ərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədl əri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırki kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən ilk iddianın rədd olunması hissədə mübahisələndirildiyindən, qarşqılıqlı iddianın rədd olunmasından kassasiya şikayəti verilmədiyindən məhkəməsi aktı ilk iddianın rədd olunması hissədə yoxlanılır. Ka ssasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ilk iddiaçının kassasiya şikayəti təmin olunmaqla apellyasiya məhkəməsinin qətnaməsi qismən, ilk iddianın rədd olunması hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
51. Belə ki, ilk iddianın rədd olunması barədə rayon məhkəməsinin qənaəti ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə və həmin rəyə əsasən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/5416 nömrəli rəyə görə Cavabdeh MTK tərəfindən aparılan qazıntı-tikinti işləri Dövlət Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə zidd olmamış, həmin qazıntıtikinti işləri aparılan zaman iddiaçıya məxsus mənzilə heç bir ziyan dəyməmişdir. İddiaçıya məxsus bina uzun müddət təmirsiz istismar olunduğundan fiziki aşınmalara məruz qalmış, nəticədə binanın divarlarında müxtəlif ölçülü çatlar əmələ gəlmişdir. İddiaçı ekspert rəyini şübhə altına alan, rəy ilə müəyyən edilmiş halları təkzib edən hər hansı sübut təqdim edə bilməmişdir.
6. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri ünvan 2 ünvanlarında yerləşən 0,72 ha torpaq sahəsində Cavabdeh MTK tərəfindən yüksək mərtəbəli yaşayış binaların inşası ilə bağlı qazıntı, tikinti işlərinin aparılması, həmin ərazinin yaxınlığında yerləşən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi-42/27 ünvanda yerləşən mənzilin İddiaçı mülkiyyətində olması mübahisəsizdir.
7. Ekspert rəyinə və yerində texniki baxış protokoluna görə iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi bina uzun müddət təmirsiz istismar olunduğundan yükdaşıyan divarlarında müxtəlif ölçülü çatlar və deformasiyalar müşahidə olunmuşdur, bina fiziki aşınmalara məruz qalmışdır, suvaq qatının aşınması, tökülməsi hallarına rast gəlinir. Ekspertiza binadakı həmin qəzalı halların cavabdeh tərəfindən aparılan tikintiqazıntı işləri nəticəsində olmaması qənaətinə gəlmişdir.
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi qətnamə qəbul edərkən tərəflərin, xüsusilə iddiaçı tərəfin təqdim etdikləri sübutlara tam və hərəfli baxmamış, ekspert rəyindəki ziddiyyəti halları və rəyin natamamlığını diqqətdən qaçırmışdır.
53. İşdən görünür ki, mülkiyyətində olan mənzildə və mənzilin yerləşdiyi binada qəzalı vəziyyətin yaranmasına (yükdaşıyan divarlarında çatlar və deformasiyar, suvaq qatının aşınması, tökülməsi hallarına) MTK-nın hərəkətləri olmasının sübutu kimi iddiaçı çoxsaylı fotoşəkillər və videoçəkilişlər təqdim etmiş, həmin fotoşəkillərdə və videoçəkilişlərdə iddiaçının mülkiyyətində olan evin 2-3 metrliyində ağır tikinti texnikasının işləməsi müşahidə olunur. lakin nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi həmin qiymət verməmiş, həmin ağır texnikanın çox yaxın məsafədə işləməsinin iddiaçının mülkiyyətində olan mənzilin tamlığına təsirinin olubolmadığını müəyən etməmiş, məhkəmə foioşəkillərin və videoçəkilişlərin sübut kimi qəbul olunmamasını əsaslandırmamışdır.
54. İş üzrə təyin edilmiş tikinti-texniki ekspertizasının rəyinin bir hissəsində iddiaçının mülkiyyətində olan mənzilin yükdaşıyan divarlarında çatların və deformasiyarın müşahidə olunmaması, digər hissəsində isə əksinə, həmin halların müşahidə olunması qeyd edilmişdir.
55. İddiaçının mənzilində olan zədələrin, xüsusilə yükdaşıyan divarlarındakı çatların və deformasiyarın əmələ gəlməsinin mənzilin uzun müddət təmirsiz istismar olunması ilə əlaqələndirən, cavabdeh MTK tərəfindən aparılan tikinti-qazıntı işlərindən mənzilin zərər çəkməməsi qənaətinə gələn ekspertiza binanın yükdaşıma divarlarının çat verməsinin və deformasiya uğramasının binanın təmir olunmaması nəticəsində baş verməsini əsaslandırmamış, təmir işlərinin aparılmaması ilə binanın yükdaşıyan div arlarının zədələnməsi arasında səbəli əlaqəni müəyyən etməmişdir. İşə baxan apellyasiya məhkəməsi də rəydəki bu ziddiyyəti və natamamlığı diqqətdən qaçırmış, düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması hallarına yol vermişdir.
56. İşin qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən ilk iddianın rədd olunması üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə göstərilən hissədə ləğv edilməli və iş həmin həmin hissədə yeni apellyasiya baxışına gönd ərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3236/2024 nömrəli iş üzrə, 4 iyun 2024-cü qətnaməsi qismən, ilk iddianın rədd olunması hissədə ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.