Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3354/2020 14.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), X7 və X3 ibarət tərkibdə, X14 oğlunun katibliyi ilə, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi maraqlı şəxs AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun X5rayon Şöbəsinin qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.02.2020-ci il tarixli X5 nömrəli qətnaməsindən maraqlı şəxs AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ya nında DSMF-nun X5rayon Şöbəsinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, onun, 1979-cu ilin 01 yanvar tarixindən 2003cü ilin oktyabr ayınadək X5Profdizinfeksia şöbəsində dezinfektor vəzifəsində işləməsi faktının müəyyən edilməsi və həmin müddətin sığorta stajına aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, o, 1979cu ilin 01 yanvar tarixindən 2003-cü ilin oktyabr ayınadək X5Profidizinfeksiya şöbəsində dezinfektor vəzifəsində işləmişdir. Lakin o, pensiya fonduna təqdim edilməsi üçün 1979-cu ilin 01 yanvar tarixindən 2003-cü ilin oktyabr ayınadək X5Profidizinfeksiya şöbəsində dezinfektor vəzifəsində işləməsi ilə bağlı oradan heç bir sənəd ala bilməmişdir. Müraciəti ilə bağlı X5Profidizinfeksiya şöbəsindən ona 1979-cu ilin 01 yanvar tarixindən 2003-cü ilin oktyabr ayınadək qeyd edilən vəzifədə işləməsi və lazımi sənədin verilməməsinin səbəbinin idarənin sənədlərinin arxivə verilməməsi ilə bağlı arayış verilmişdir. O, yaşa görə DSMF-nin X5rayon şöbəsinə pensiya təyin edilməsinə görə müraciət etmiş və onda olan bütün sənədləri təqdim etmiş, lakin 12 il sığorta stajı olmadığına görə yaşa görə əmək pensiyası almaq hüququnun olmadığı bildirilmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X5Rayon Məhkəməsinin (hakim Rahim Həsənov) 22 avqust 2019-cu il tarixli, X5 saylı qətnaməsi ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun X5rayon şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilib, Ərizəçi 1979-cu ilin 01 yanvar tarixindən 2003-cü ilin oktyabr ayınadək X5Profdizinfeksia şöbəsində dezinfektor vəzifəsində işləməsi faktının müəyyən edilməsi və həmin müddətin sığorta stajı kimi nəzərə alınması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 19.02.2020-ci il tarixli (hakimlər Telman Quliyevsədrlik edən və məruzəçi, Zaur Məmmədov və Fuad Məmmədov) 19.02.2020-ci il tarixli X5 nömrəli qətnaməsi iləmaraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun X5rayon şöbəsinin rəisi V.M.Hüseynovun verdiyi apelyasiya şikayəti təmin edilməyərək iş üzrə X5Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, X5 s aylı qətnaməsi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-na münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.02.2020-ci il tarixli qətnaməsinin ləğv olunması və ərizənin təmin olunmaması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 1.6,1.7,13.1,13.2, 13.3, 13.4-cü bəndlərinin tələbləri pozulmuşdur. Hazırki mübahisə üzrə ərizəçi işlədiyi illərin hansı səbəbdən əmək kitabçasında öz əksini tapmamasını, əmək fəaliyyəti barəsində s ənədlərin konkret olaraq sadalanan hansı üzürlü səbəblərə görə təqdim edə bilməməsi və başqa qaydada bərpasının mümkün olmaması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qeyd edilənlər məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını təsdiq edir. Prosessual məsələlər Maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya m əhkəməsi tərəfindən qətnamə qəbul edilərkən istinad edilmiş sübutlardan görünür ki, X12 filialının 30.01.2019-cu il tarixli, 163 nömrəli arxiv arayışına əsasən Ərizəçi Jdanov adına meyvəçilik sovxozu üzrə 13.03.1973-cü il tarixli, 25 nömrəli əmrə əsasən 4 nömrəli briqadaya fəhlə, 06.06.1973-cü il tarixli, 68 nömrəli əmrə əsasən X5sovxozlararası tikinti idarəsinə müvəqqəti olaraq fəhlə qəbul edilmiş, 24.11.1973-cü il tarixli, 143 nömrəli əmrə əsasən sovxoz fəhləliyindən azad edilmiş, 23.10.1976-cı il tarixli, 3 nömrəli əmrə əsasən 6 nömrəli briqadaya fəhlə, 08.06.1977-ci il tarixli, 25 nömrəli əmrə əsasən 4 nömrəli briqadaya müvəqqəti olaraq məhsul gözətçisi, 12.10.1977-ci il tarixli, 1 nömrəli əmrə əsasən müvəqqəti gözətçilikdən azad edilərək, həmin briqadaya fəhlə təyin edilmiş və 08.12.1 977-ci il tarixli, 6 nömrəli, 27.12.1977-ci il tarixli, 26 nömrəli əmrlərə əsasən məzuniyyətə buraxılmışdır. Ərizəçi 1979-cu ilin 01 yanvar tarixindən 2003-cü ilin oktyabr ayınadək X5Profdizinfeksia şöbəsində dezinfektor vəzifəsində işlədiyini, lakin bu barədə hər hansı sənəd ala bilməməsinə istinad edərək, bu faktın məhkəmə qaydasında tanınmasını tələb edir. İşdə olan ünvan 3üdiri X5 Sumqayıt İnzibati İqtisad Məhkəməsinə ünvanladığı tarixsiz və nömrəsiz, ünvan 3öhürü vurulmuş ərizəsindən görünür ki, Profilaktik dezinfeksiya şöbəsi 1989-cu il tarixdən 1990-cı il tarixədək X5rayon Gigiyena və Epidemiologiya Mərkəzinin tərkibində fəaliyyət göstərmişdir. 1990-cı ildən isə Mərkəzdən ayrılaraq X5Mərkəzi Rayon Xəstəxanasının tabeçiliyində olan binalarda fəaliyyət göstərmişdir, 2006-cı ilin sonun da 3 saylı Vergilər İdarəsinə vergi borcu olması səbəbindən Profilaktik dezinfeksiya şöbəsinin fəaliyyəti tam dayandırılmışdır. Mərkəzi Xəstəxananın köhnə binası tam sökülərkən səhlənkarlıq nəticəsində müəssisənin əmr kitabları, əmək haqqı cədvəlləri və sair sənədlərin arxivə verilməsi mümkün olmamışdır. Əmrahov X1 şöbəsində 01 yanvar 1979-cu il tarixindən oktybar 2003-cü il tarixinədək dezinfektor vəzifəsində işləmiş, qanunla müəyyən edilən vergi, sığorta haqları tutulduqdan sonra əmək haqqı almışdır. X5rayon Gigiyena və Epidemiologiya Mərkəzinin 01.02.2019-cu il tarixli 01/78 nömrəli məktubundan görünür ki, X5Profilaktik dezinfeksiya şöbəsi X5Gigiyena və Epidemiologiya Mərkəzinin tərkibinə daxil edilsə də, həmin təşkilatın sənədləri onlara təhvil verilməmişdir. Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin 31.05.2019-cu il tarixli, X5 saylı qərardadı ilə X2 1979-cu ilin 01 yanvar tarixindən 2003-cü ilin oktyabr ayınadək X5Profdizinfeksia şöbəsində dizienfektor vəzifəsində işləməsi faktının müəyyən edilməsi və həmin müddətin sığorta stajına aid edilməsi ilə bağlı iddiası mümkün sayılmamış və həmin iddia ilə müvafiq ümumi məhkəməyə müraciət etməsi bildirilmişdir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı şahid qismində dindirilmiş X9 və X6 ifadələrində bildirmişlər ki, onlar Ərizəçi ilə birlikdə X5Profidizinfeksiya şöbəsində işləmişlər. Ərizəçi 1979-cu ilin 01 yanvar tarixindən 2003-cü ilin oktyabr ayınadək faktiki orada fəaliyyət göstərmişdir. Sonradan, X5Profidizinfeksiya şöbəsi öz fəaliyyətini dayandırmış və şöbənin sənədlərinin hara verilməsi bilinmir. Əmək kitabçalar ının surətlərindən görünür ki, X4 1983-1993-cü illərdə və X9 isə 1981-1998-ci ilədək X5Profdizinfeksia şöbəsində müəyyən vəzifələrdə işləmişlər. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Ərizəçi 1979-cu ilin 01 yanvar tarixindən 2003-cü ilin oktyabr ayınadək X5Profdizinfeksia şöbəsində dezinfektor vəzifəsində işləmiş, lakin işlədiyi illər əmək kitabçasına qeyd olunmamışdır. Bu faktın təsdiq edilməsinə dair sənədləri başqa qaydada əldə edə bilmir. Bu məlumat ona həmin dövr üçün sosial sığorta stajının əmək kitabçasına lazımi qeydin aparılması üçün lazımdır. Ərizəçinin işləməsi şahid ifadələri və işdə olan sənədlərlə təsdiq olunur ki, həmin şahidlərin ifadələri bir-birilərini inkar etməməklə, birinin ifadəsi digərinin ifadəsini tamamlayır. Bu da həmin şahidlərin ifadələrinin möt əbərliyi üçün əsas yaradır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, ərizəçi ərizəsində bu faktın tanınmasının ona pensiya təyin edilməsi üçün lazım olduğunu qeyd etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; Göründüyü kimi, qüvvədə olan qaydalara əsasən yalnız əmək fəaliyyətinə dair sənədlər üzrlü səbəblərdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, əmək stajı məhkəmə qaydasında müəyyən edilə bilər. Məhkəmələr tərəfindən isə Ərizəçi 01.01.1979-cu ildən 2003-cü ilin oktyabr ayınadək X5Profdizinfeksia şöbəsində dezinfektor vəzifəsində işləməsi barədə sənədlərin hansı üzrlü səbəblərdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilməməsinə hüquqi qiymət verməmiş, X5Profdizinfeksia şöbəsinin hansı təşlikatın tabeçiliyində, nə vaxta qədər fəaliyyət göstərməsini, fəaliyyətinə xitam verilərkən sənədlərinin hara təhvil verilməsini araşdırmamış, ünvan 3üdiri X5 Sumqayıt İnzibati İqtisad Məhkəməsinə ünvanladığı tarixsiz və nömrəsiz, ünvan 3öhürü vurulmuş ərizəsinin mötəbərliyinə ( həmin şöbənin adınadan bu şəxsin ərizə vermək səlahiyyətinin olub-olmamasına, ərizəyə vurulmuş möhürün mötəbər olub-olmamasına) tənqidi yanaşmamışdır. Digər tərəfdən, ərizəçinin tələbini əsaslandırmaq üçün istinad etdiyi yeganə sübut 2 şahid ifadəsidir, həmin şahidlər qeyd edilən müəssisədə 1981-1998, 1983-1993-cü illərdə işlədikləri halda, Ərizəçi 01.01.1979-cu ildən 2003-cü ilin oktyabr ayınadək X5Profdizinfeksia şöbəsində dezinfektor vəzifəsində işləməsi faktına şahidlik edə bilməmələrinə düzgün hüquqi qiymət verməmiş, bu sübutların ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olmamasına diqqət yetirməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən subutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq ol una bilməz. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12.04.2019cu il tarixli 03 saylı Qərarının 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlə rin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında DSMF-nun X5rayon şöbəsinin kassasiya şikayəti təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.02.2020-ci il tarixli X5 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3354/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3354/2020
14.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver