Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3354/2022 12.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 sentyabr 2 021-ci il tarixli, 2(103)8907/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 12 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı ( bundan sonra -iddiaçı) Azərbaycan Respublikası Təhsil Nazirliyinin ( bundan sonra-cavabdeh) xx.xx.2019-cu il tarixli əmri ilə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin nəticələrinə əsasən Bakı şəhəri 219 saylı evdə təhsil tam orta məktəbinin direktoru vəzifəsinə təyin olunmuşdur.
2. Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli, K-364 saylı əmri ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsi 21 aprel 2021-ci il tarixdən ləğv edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 219 nömrəli evdə təhsil tam orta məktəbin direktoru kimi onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021ci il tarixli, K-364 saylı əmrinin qanunsuz hesab edilərək ləğv olunması, onun yenidən həmin vəzifəyə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilə n faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki,, o, 1993-cü il tarixdən hal-hazıradək təhsil sahəsində ayrı-ayrı vəzifələrdə çalışmış, 19 mart 2019-cu ildən başlayaraq Bakı şəhəri 219 nömrəli evdə təhsil tam orta məktəbinin direktoru vəzifəsində işləmişdir.
5. İddiaçı hesab etmişdir ki, tutduğu vəzifədən azad edilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə b ilər: töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Azərbaycan Respublikası Təhsil Naziri onu tutduğu vəzifədən azad edərkən həmin əmrin əsası kimi Bakı şəhəri üzrə Təhsil idarəsinin məktubuna, Bakı şəhəri üzrə Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin 08.01.202l-ci il tarixli, 53 nömrəli protokolundan çıxarışa, müvafiq arayış və izahatlara əsaslanmışdır. Lakin həmin sənədlər heç bir halda onun tutduğu vəzifədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsasla azad edilməyi üçün əsas ola bilməzdi. Belə ki, Əmək Məcəlləsinin işə götürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarını müəyyən edən 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işə götürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin habelə ə mək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı ziyan dəymiş olsun. Hazırkı halda göstərilən halların heç biri mövcud olmamışdır. Göründüyü kimi Təhsil Naziri onu işdən azad edərkən qanunsuz və əsassız əmr vermişdir. Odur ki, Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021 -ci il tarixli, K364 saylı əmri ləğv edilməli, o, işə bərpa olunmalı və məcburi qaydada iş buraxmaya görə ona əmək haqqı hesablanaraq ödənilməlidir.
6. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 göstərmişdir ki,, Bakı şəhəri 219 nömrəli evdə təhsil tam orta məktəbində tarix müəllimi işləyir, iddiaçını direktor vəzifəsini icra etdiyi üçün onu məktəbdən tanıyır. İddiaçı məktəbə direktor təyin edildikdən sonra məktəbdə təhsil ilə bağlı bir neçə is lahatlar aparmışdır. Onun sayəsində məktəb daha yaxşı dərs tədris etməyə başlamışdır. Uzun müddətdir məktəbdə müəllim kimi işləyir, bu müddət ərzində hər zaman müəllimlər arasında fond pulunun yığılması qaydası mövcud olmuşdur, həmin qayda İddiaçı məktəb direktoru təyin edilməmişdən əvvəl də olmuşdur. Müəllimlər öz təşəbbüsü ilə fond pulunu yığırdı. Həmin pul məktəb üçün vəsaitlərin alınmasına və aztəminatlı ailələrə yardım edilməsinə xərclənmışdir. Onlar tərəfindən edilən yardımlar ya pul şəklində, ya da ərzaq şəklində edilirdi. Hər ay yardımların məbləği fərqli olurdu. Belə ki, yığılan puldan asılı olaraq hər ay ya 50 manat, ya da 100 manat yardım edirdilər. Yığılan vəsait hesabına şagirdlərdən birinin bilmədən sındırdığı kompyuteri almışlar. Həmin şagird vəfat etmişdi və kompyuter onlar ın tərəfindən yığılan vəsait hesabına alınmışdır.
7. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 göstərmişdir ki, məktəbdə müəllim işləyr, iddiaçı onların köhnə direktoru olmuşdur. Məktəbdə müəllimlər arasında uzun müddətdir ki, fond pulu yığlır, bu hal İddiaçı məktəb direktoru təyin olunmamışdın əvvəl də olmuşdur. Yığılan fond pulu məktəb vəsaitlərinin alınmasına və maddi vəziyyəti yaxşı olmayan şagirdlərə yardım edilməsinə xərclənmişdir. Fond pulunun yığılması barədə video çəkiliş aparan müəllim heç vaxt fond pulu verməmiş, həmin video şantaj məqsədi ilə çəkmişdir. Fond pulunun yığılması direktor İddiaçı göstərişi olmamışdır, pulun yığılması könüllülük əsasında olmuşdur. Fond pulunun yığılmasının məktəb direktorunun tapşırdığına əsasən olması barədə prokurorluqda verdiy i izahat düzgün deyildir, bu faktı izahatı alan prokurorluq işçisinin tapşırığı ilə göstərmişdir.
8. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 göstərmişdir ki, iddiaçı ilə oğlunun təhsil aldığı məktəbdə direktor vəzifəsində işlədiyi zaman tanış olmuşdur. Onun oğlu təhsil aldığı zaman bir direktor kimi İddiaçı və məktəbdə işləyən müəllimələrdən çox razı olmuşdur. Belə ki, həyat yoldaşı əməliyyat oldu və bir müddət işləyə bilmədi. İddiaçı və müəllimlər öz aralarında pul yığaraq həmin dövrdə ona yardım etdilər. Onlar aztəminatlı ailə olduqları üçün müəllimlər onlara yardım etməsə idi, uşaqları ac qalacaqdı. Onların sayəsində həmin çətin dövrdə evlərində yemək bişirə bilmişdir. Onlara yardımlar pul, bazarlıq və ya dərman şəklində edilirdi. Hər bir ailə ilə maraqlanırdı və k imin ehtiyacı olurdusa, ona həmin fond pulundan yığılmış vəsait hesabına yardım edirdilər.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(005)-3017/21 nömrəli 29 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Ədilova) iddia təmin edilərək, Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli, K-364 saylı əmri ləğv olunması, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilməsi qət olunmuşdur.
10. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları, tərəflərin izahatlarını qiymətləndirib qeyd etmişdir ki, ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan Azərbaycan Respublikasının Təhs il Nazirinin xx.xx.2021-ci il tarixli, K-364 saylı əmrinin qanuniliyi yoxlanılmalıdır. İddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Bu zaman Əmək Məcəlləsinin 76-cı və 83-cü maddələrinin tələbləri pozulmuşdur.
11. İddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən əmrdə göstərilən kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurmas ı işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh tərəfindən iddiaçının əməli nəticəsində işin istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad olunmamış, bu barədə sübut təqdim edilməmişdir.
12. Məhkəmə hesab etmişdir ki, mübahisələnirilən əmr əmək qanunvericiliyinin tələblərinə əsasən lazımi qaydada əsaslandırılmamış, sadəcə olaraq iddiaçının “vəzifə səlahiyyətlərindən sui-istifadə, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi” kimi ümumi sözlər qeyd edilmişdir. Vəzifə səlahiyyətlərindən suiist ifadənin konkret nədən ibarət olması, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi halının nədə ifadə olunması, yazılı əmək müqaviləsində əks olunmuş öhdəliklərdən hansının yerinə yetirilməməsi göstərilməmişdir.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əmək intizamını pozmuş işçinin intizam tənbehi tətbiq edilməsindən sonra əgər işçi ona həvalə olunmuş əmək vəzifələrini öz təqsiri üzündən icra etməməsini və ya lazımınca icra etməməsini davam etdirirsə, bundan sonra işçinin işdən çıxarılmasına yol verilə bilərdi. Lakin məhkəmə iclasında sübutların tədqiqi zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübariz Baş idarəsində aparılmış araşdırmanın nəticəsi olaraq İddiaçı qanunazidd əməlləri ilə əla qədar qeyd olunan qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması üçün verilmiş təqdimat Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşlarının iclasında müzakirə edilməsi üçün göndərilmiş, nəticə etibarilə işəgötürənin həmin araşdırmanın yekunlaşmadığı, iddiaçının əməlinə hüquqi qiymət verilmədiyi halda əmək qanunvericiliyində nəzərdə tutulmuş birbaşa ən ciddi tənbeh növünü, yəni ƏM-nin 70-ci maddəsinin «ç» bəndini tətbiq etməsi ədalətli və qanuni hesab edilməməlidir. Beləliklə, məktəbin müəllimlərinin təşəbbüsü ilə toplanan vəsaitin yığılmasında İddiaçı hər hansı rolu və tapşırığının olması cavabdeh tərəfindən tam araşdırılmadan iddiaçının əmək müqaviləsinə xitam verilmişdir.
14. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə gör ə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafıq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Bu kateqoriya mübahisə lərdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil.
15. Məhkəmə mövqeyini Əmək Məcəlləsinin 10, 45, 70, 70(ç), 71.2, 71.3, 72, 74, 76.2, 83.1, 83.2, 186.2, 300-cü, Mülki Prosessual Məcəllənin 14 və 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnamə sinin ləğv və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 219 nömrəli tam orta məktəbində fond pulunun yığılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar əsasında yoxlama aparılmış və yayılan məlumatlar öz təsdiqini tapmışdır. Belə ki, həmin məktəbin müəllimi İlahə Məcidovanın Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanlanmış 21 iyul 2020-ci il tarixli müraciətinə əsasən yerində araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, məktəbin direktoru İddiaçı hər ay müəllimlərdən qanunsuz olaraq 15 (on beş) manat pul yığılmasını təşkil etmişdir. İlahə Məcidovanın izahatından məlum olur ki, 2019-cu ilin oktyabr ayından başlayaraq məktəbin həmkarlar təşkilatın ın sədri İradə Həsənova və metodbirləşmə sədrlərinin vasitəsilə məktəbin müəllimlərindən fond pulu adı ilə hər ay 5 (beş) manat pul yığılmışdır. X7 izahatında göstərmişdir ki, növbəti aylarda fond pulu vermədiyinə görə, direktor tərəfindən ona əmək haqqı hesablanmamışdır. Eyni zamanda İ.Məcidova məktəbdə fond pulunun yığılmasını təsdiq edən videogörüntü və audioyazılar təqdim etmişdir. Təqdim edilmiş audioyazılar dinlənilərkən məlum olmuşdur ki, məktəbin müəllimi İradə Həsənova mart, aprel, may ayları üçün hər müəllimdən aylıq 15 (on beş) manat pul yığılmasını təşkil etmişdir. Məktəbin müəllimi İradə Həsənova izahatında göstərmişdir ki, direktor İddiaçı göstərişinə əsasən 2019-cu ilin oktyabr ayından başlayaraq metodbirləşmə sədrlərinin vasitəsi ilə müəllimlərdən pul yığılmağa başlanmışdır. Hər ay 400 (dörd yüz) manat yığılaraq məktəbin direktoruna verilmişdir. Lakin yığılan pulun təyinatı barədə onda məlumatın olmadığını qeyd etmişdir. Məktəbin direktoru İddiaçı verdiyi izahatda fond pulu adı ilə pulun yığıldığını etiraf etmiş, yığılan puldan 220 (iki yüz iyirmi) manat məktəbin kitabxanaçısına, 20 (iyirmi) manat isə xidmətçiyə ödənildiyini bildirmişdir. Lakin yığılan pulun qalan hissəsinin hara xərclənməsi barədə məlumat verməmişdir. Araşdırma zamanı verilən izahatlardan məlum olur ki, 219 nömrəli məktəbdə 2019-cu ilin oktyabr ayından başlayaraq, fond pulu adı ilə müəllimlərdən pul yığılmışdır. Eyni zamanda məktəbin müəllimi Nətavan Mehdiyevə yazmış olduğu izahatında fond pulunun yığıldığını etiraf etmiş, mart, aprel, may ayları üçün 60 (altmış) manat vəsaitin müəllimlərdə n aldığını və müəllimlər otağında İradə Həsənovanın göstərişinə əsasən siyirməyə qoyduğunu təsdiq etmişdir. İş materiallarından göründüyü kimi, Təhsil Nazirliyi tərəfindən məsələyə cinayəthüquqi baxımdan qiymət verilməsi üçün prokurorluq orqanlarına da müraciət edilmişdir. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli təqdimatından göründüyü kimi, məktəbdə fond pulunun yığılması faktı sübut olunmuş, 2019-cu ilin oktyabr ayı üzrə 1200 (min iki yüz) manat, mart, aprel, may ayları üzrə 1500 (min beş yüz) manat pulun yığılması faktı məktəbin direktoru İddiaçı tərəfindən etiraf edilmişdir. Göründüyü kimi, iddiaçının rəhbərlik etdiyi məktəbdə pozuntu hallarına yol verməsi faktları istintaq orqanı tərəfindən də öz təsdiqini tapmı şdır.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8907/2021 nömrəli, 29 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov-sədrlik edən və məruzəçi, İlham Kərimli və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamən in dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
20. Apellyasiya məhkəməsi onu da qeyd etmişdir ki, intizam xətasının mövcudluğu qəbul edildiyi halda belə iddiaçının barəsində intizam tənbehi tətbiq edilərkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci və 3-cü hissələrinin tələblərinin pozulması, həmin normalarda nəzərdə tutulmuş müddətlərin ötürülməsi iddianın təmini üçün kifayət olardı.
21. Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həm in müddətə daxil edilmir.
22. Həmin maddənin 3-cü hissəsinin tələblərinə görə intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyətəsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.
23. Apellyasiya məhkəməsi iddiaçının barəsində intizam tənbehi nə intizam xətasının törədildiyi gündən 6 ay ərzində, nə də onun aşkar edildiyi gündən bir ay ərzində tətbiq olunmamışdır. İşəgötürən intizam tənbehini həmin müddətlər keçdikdən sonra tətbiq etmişdir.
24. Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsinin ikinci cümləsində nəzərdə tutulan iki illik müddət hazırkı mübahisəyə tətbiq oluna bilməz. Ona görə ki, işin müəyyən olunmuş hallarından da göründüyü kimi iddiaçının çalışdığı müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditi keçirilməmiş, eləcə də fakt üzrə cinayət işi başlanmamış, cinayət işi olmamışdır. İddiaçının inzibati qaydada cəzalandırılmasına dair də işdə hər hansı sübut yoxdur. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.
25. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini tərəflərin üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh (Vəkil2 ) kassasiya ş ikayəti verərək, qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş edib.
27. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək apellysiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi
28. Maddə 70 (bənd “ç”). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən əsaslarla ləğv edilə bilər.
29. Maddə 71. 2-ci və 3-cü hissələri. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
30. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlər i, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
31. Maddə
300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktik i hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
35. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır
36. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
37. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
38. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, işəgötürən Təhsil Nazirliyi tərəfindən iddiaçı ilə olan əmək müqaviləsinə ƏMnin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsinə dair əmr əsaslandırılmamış, iddiaçının vəzifə səlahiyyətlərindən sui istifadənin nədə ifadə olunması göstərilməmiş, özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması, müəllimlərdən “Fond pulu” adı ilə pul yığılmasını təşkil etməsi, həmin pulu şəxsi ehtiyaclarına sərf etməsi barədə kifayət qədər sübut olmamışdır. Həmçinin İddiaçı haqqında torplanmş material üzrə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilən təqdimat müzakirə olunmadan, müzakirənin nəticəsi gözlənilmədən, yəni araşdırma yekunlaşmadığı, iddiaçının əməlinə hüquqi qiymət verilmədiyi halda cavabdeh iddiaçıya qarşı əmək qanunvericiliyində nəzərdə tutulmuş birbaşa ən ciddi tənbeh növünü tətbiq etmişdir. Apellyasiya inst ansiyası məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən intizam xətasının törədilməsi qəbul edildiyi halda belə iddiaçının barəsində intizam tənbehi tətbiq edilərkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci və 3-cü hissələrinin tələblərinin pozulmuşdur, təkcə həmin normalarda nəzərdə tutulmuş müddətlərin ötürülməsi iddianın təmini üçün kifayət olardı. İşdən görünür ki, 219 saylı evdə təhsil tam orta məktəbin müəllimi X3 məktəbin direktoru Sahil Əliyeva tərəfindən qannusuz olaraq müəllimlərdən hər ay 15 manat pul yığılması barədə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən Təhsil Nazirliyinə daxil olmuş müraciətinə əsasən Nazirliyin Daxili nəzarət sektoru tərəfindən araşdırma aparılmış, araşdırma zamanı şikayət çinin və məktəbin digər müəllimlərinin izahatları alınmış, onlar məktəb direktorunun və Həmkarlər İttifaqının sədrinin göstərişinə əsasən müəllimlərin əmək haqlarından metodbirləşdirmə sədrləri vasitəsilə hər ay pul yığıldığını təsdiq etmiş, Həmkarlər İttifaqının sədri isə yığılan pulun məktəb direktorun verdiyini göstərmişdir. Şikayətçinin təqdim etdiyi audioyazılarda və videogörüntülərdə də məktəbdə “Fond pulu” adı ilə pul yığılması öz əksini tapmışdır. Təhsil Nazirliyi tərəfindən aparlımış yoxlama nəticəsində müəyyən edilmiş yuxarıda göstərilən faktlar İddiaçı tərəfindən Təhsil Nazirliyinin Kollegiyasının 06 noyabr 2014-cü il tarixli, 1/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etifk davranış qaydalarını” və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulmas ı, müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verməsi, vəzifə səlahiyyətlərindən sui istifadə və əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirməməsi kimi qiymətləndirilmiş və əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən xitam verilməsinə əsas kimi qəbul edilmişdir.
42. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən təqdim olumuş və məhkəmə iclasında tədqiq edilmiş şərh yuxarıda sübutların İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən xitam vermək üçün kifayət etməməsi barədə məhkəmələrin gəldiyi nəticə əsaslı olmamışdır.
43. İddiaçı haqqında torplanmş material üzrə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublik ası Təhsil Nazirliyinə göndərilən təqdimat müzakirə olunmadan, müzakirənin nəticəsi gözlənilmədən, yəni araşdırma yekunlaşmadığı, iddiaçının əməlinə hüquqi qiymət verilmədiyi halda əmək müqaviləsinə xitam verilməsinin də əsassız olması barədə məhkəmələrin gəldiyi nəticə ilə bağı məhkəmə kollegiyası qeyd edir ki, Təhsil Nazirliyi tərəfindən aparılmış araşdırmaların nəticəsi əmək müqaviləsinə xitam verilməsinə kifayət hesab edən işəgötürən toplanmış materialları prokurorluq orqanına əmək qanunvericiliyinin pozul-pozulmasını aydınlaşdırmaq üçün deyil, işçinin əməllərinə korrupsiya cinayətlərinin əlamətlərinin olub-olmaması baxımından hüquqi qiymət verilməsi üçün göndərilmişdir. Bu hal işdə olan Təhsil Nazirinin Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış məktubu və Təhsil Nazirl iyinin Daxili Nəzarət sektoru tərəfindən tərtib edilmiş yoxlmanın nəticələrinə dair arayışdan görünür. Lakin işə baxan məhkəmələr sübutlara tam və hərtərəfli baxmadığından həmin halı diqqətdən qaçırmışdır.
44. İddiaçının barəsində intizam tənbehi tətbiq edilərkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci və 3-cü hissələrinin tələblərinin pozulması, təkcə həmin normalarda nəzərdə tutulmuş müddətlərin işəgötürən tərəfindən ötürülməsi iddianın təmini üçün kifayət olması barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müddətlərin hesablanması zamanı iddiaçının xəstə olmasına dair işdə olan (i.v.92) xəstələik vərəqəsini diqqətdən qaçırmış, bu səbəbdən Həmkarlar İttifaqı Komitəsinin iclasının vaxtında keçirilməsinin mü mkün olmamasını, iddiaçı barəsində toplanmış materialların işəgötürən tərəfindən prokurorluq orqanına göndərilməsini nəzərə almamış, prokurorluq orqanlarında aparılmış araşdırma nəticəsində iddiaçı barəsində hansı qərarın qəbul olunması, əgər cinayət işinin başlanmasının rədd olunması haqqında qərar vardırsa hansı əsasla rədd olunmasını müəyyən etməmişdir. Halbuki bu halların müəyyən olunmasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci və 3-cü hissələrində nəzərdə tutulmuş müddətlərin tətbiqi üçün mühüm əhəmiyyət kəsb edir.
45. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəti cəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli və eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
46. Şərh edilnələrə əsasən kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması ü çün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 sentyabr 2021-ci il tarixli, 2(103)-8907/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.