Məhkəmə qərarları › İş №2(102)-3354/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3354/2023

27.09.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3354/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3354/2023 (Açar sözlər: mənzildən çıxarılma tələbi) Bakı şəhəri 27 sentyabr 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X3 ibarət tərkibdə, İddiaçı cavabdeh X5 qarşı “Mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1089/2023 saylı iş üzrə, 11 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 27 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraa t qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Rusiya Federasiyasında yaşadığından müvəqqəti yaşamaq üçün həmin evi X5 vermişdir. Həmin evi satmaq fikri olduğunu bilən cavabdeh evi almaq istədiyini bildirmişdir. Bundan sonra pul düzəldəcəyi adı ilə həmin evdə yaşamağa davam etmişdir. Sonuncu dəfə iki il bundan əvvəl onunla şərtləşmişlər ki, bir il ərzində evi ala bilmədiyi təqdirdə boşaldıb təhvil verəcəkdir. Həmin vaxtdan bir il keçməsinə baxmayaraq cavabdeh evi boşaltmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, İddiaçı və Şabanova Nailəni ümumiyyətlə tanımır. Qeyd olunan evi alan zaman iddiaçının anası Məhsəti Şabanova və onun X24i tanımışdır. Mübahisəli evi alqısatqısı ilə bağlı onlarla razılaşma əldə etmiş, həmin evə görə 2014-cü ildə 50.000 ABŞ dolları verərək, həmin vaxtdan ailə üzvləri ilə ora köçərək yaşayır. Həmin evi əsaslı təmir etdirərək, 100.000 manatdan çox vəsait xərcləmişdir.

5. Şəmkir Rayon Məhkəm əsinin xx.xx.2022-ci il tarixli, 2(076)-183/2023 nömrəli qərardadı ilə hazırki mülki iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X13 məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, mərhum Şabanova Məhsəti onun bacısı olmuşdur. 2014-cü ilin əvvəlində Məhsəti Şabanova ona zəng vurub evi satmağı tapşırmışdır. O, da Şəmkirdə fəaliyyət göstərən X7 adlı maklerə evin küçədən şəklini verib 35000-40.000 ABŞ dollarına satmasını xahiş etmişdir. Cavabdeh makler Fikrət ilə 50000 ABŞ dolları məbləğində pulu Gəncəyə gətirmişlər. Evin əvəzi olaraq Cavabdeh 50000 ABŞ dolları məbləğində pulu təqdim etmişdir. Murtuz evin müqavilində aldıqları 50000 ABŞ dollarını qaytarmaq istədiyini Vahidin də evi qaytarmasını təklif etmişdir. Cavabdeh etiraz etməyib əlavə olaraq bildirmişdir ki, onun 50000 ABŞ do llarını qaytarandan sonra evi ekspertlər tərəfindən hər kəsin gördüyü işləri ayrıca qiymətləndirib evi satıb və əldə olunan pulu bölüşdürməyi təklif etmiş və razılaşmışlar. Bütün bunlar göstərir ki, iddiaçılar yaranmış şəraitdən sui-stifadə edib evi cavabdehin əlindən istənilən vasitə ilə alıb əlavə qazanmaq istəmişlər.

6. Məhkəmə iclasında iştirak edən şahid Şabanov Murtuz İbrahimoviç ifadəsində göstərmişdir ki, mübahisəli evə dair alqı-satqı razılaşması 2014-cü ildə olmuşdur. Aralarında olan ilkin razılaşmaya əsasən evi 65000 (altmış beş min) ABŞ dolları məbləğində pula satmalı olmuşlar. Cavabdeh həmin məbləğin 50000 (əlli min) ABŞ dolları hissəsini ödəmiş, qalan 15000 (on beş min) ABŞ dolları hissəsini ödədikdən sonra evi sənədləşdirməyə razılaşmışlar. Lakin cavabdeh vədinə əməl etməmiş və qalan pulu ödəməmişdir. Bu səbəbdən də alqı-satqını rəsmiləşdirməmişlərr. Gələcəkdə evi satıb Cavabdeh almış olduqları pulu da ödəyəcəklər.

7. Məhkəmə iclasında iştirak edən şahid X10 ifadəsində bildirmişdir ki, mübahisəli evi onun vasitəsi ilə satın alan Cavabdeh tələbi əsasında o, evin satqısı ilə əlaqədar hərtərəfli izahat yazıb möhür- ştampı ilə də təsdiqləyib Cavabdeh təqdim etmişdir. 2013-cü ilin sonu 2014-cü ilin əvvəlləri ünvan 3 ünvanında yaşayan, əvvəllər tanımadığı X25 şəhəri, 20 yanvar küçəsi 5b ünvanında yerləşən ofisinə gəlib Qaryağdı adlanan yaşayış massivində yerləşən bacısına məxsus fərdi yaşayış evini satmağı xahiş etmişdir. 2014-cü ilin yay aylarında evi satın alan X11 ofisə gələrək Qaryağdı yaşayış massivində tavanı ancaq dəmir-beton olan ev almaq istədiyini bildirm işdir. O, Nuru Quliyevə zəng edərək evin tavanlarının dəmir-beton olduğunu müəyyənləşdirib texniki vəziyyətini deyib evin 50000 ABŞ dollarına satdığını bildirmişdir. Cavabdeh hər hansı alternativ qiymət demədən razılaşmışdır. Gəncədə Cavabdeh evin müqabilində 50000 (əlli min) ABŞ dolları məbləğində pulu Nuru Quliyevə, Nuru da həmin pulu Azərbaycan Beynəlxalq Bankının Gəncə fılalında bacılarının iştirakı ilə Gəncədə yasayan bacıları X1 adına depozitə qoymuşdur. Daha sonra Məhsəti Şabanova ilə Nuru Quliyev ona heç bir məlumat vermədən Şəmkirə gəlib qonşuları yığıb Cavabdeh təqdim ediib evin ona satıldığını elan edib açarları və evi təhvil vermədən getmişlər. O, zəng vurub açarları gətirməsini tələb edəndə açarların olmadığını deyib, kilidləri kəsdirib evə daxil olmalarını tövsiyə etmişdir. Kilidləri kəsdirib evə daxil olanda görmüşlər ki, evin suvağı, elektirik təchizat sistemi (naqillər və avadanlıqlar), qaz və sutəchizat sistemləri, hamamı, tualeti, döşəməsi, tavanı və ikinci mərtəbəyə pilləkənləri yoxdur. Ev torpaq sahəsi ilə birlikdə qeydiyyata alınmalı olmuşdur ki, alqı-satqını reallaşdırmaq mümkün olsun. Qeydə aldıranda məlum olmuşdur ki, evin tikintiyə icazə sərəncamı və təsdiq olunmuş layihə olmadan tikildiyinə görə qeydiyyatı mümkün deyil. DT və XK-si ləğv olunduğuna və formalaşması uzun müddət çəkdiyinə, pul devolivasiyaya uğradığına, bələdiyyə seçkiləri və sədrinin seçkiləri uzun müddət çəkdiyinə görə qeydə alma ləngimiş və devolivasiyaya qədər alqı-satqını reallaşdırmaq mümkün olmamışdır.

8. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-183/2023 nöm rəli qətnaməsi ilə (hakim: Könül Məmmədov) iddia təmin edilmişdir.

9. Məhkəmə hesab etmişdir ki, cavabdehin yaşadığı ev Çıxarış əsasında İddiaçı adına qeydiyyata alındığından, cavabdeh həmin evdə heç bir hüquqi əsas olmadan yaşamaqla, onun İddiaçı ilə birlikdə mübahisəli evdən onun ailə üzvü kimi istifadə etmək və özünün saxlanılmasını tələb etmək hüquqları yaranmadığından, həmin fərdi yaşayış evindən çıxarılmadır. Həmçinin Cavabdeh maddi ziyanla bağlı iddia qaldırmaq hüququ izah edilmişdir

10. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8, 157.2, Ailə Məcəlləsinin 13 və 15-ci fəsilləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007–ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş ü zrə, “Qarrax Çexiyaya qarşı” iş üzrə qərarları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2–ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014–cü il tarixli qərarı və “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010–cu il tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-183/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli ev iddiaçının anası X4 məxsus olmuşdur. Həmin evin alqı-satqısını 2014-cü ildə 50.000 ABŞ dollarına razılaşaraq, həmin pulu X9 yaşayan bacısı X1 iştirakı ilə, evin sahibi Məhsəti Şabanovaya və onun qardaşı olan Nuru Quliyevə təqdim etmiş, Məhsəti Şabanovanın xahişi ilə bacısı Məlahət Quliyevanın adına ABB-nin Gəncə filialında adına əmanət kimi depozitə qoyulmuşdur. Səhərisi gün Məhsəti Şabanova və X23 gəlmişlər. Bütün qonşuları yığıb onu təqdim edib evi ona satdıqlarını bildirib evin sahibi kimi onu tanımaqlarını və onunla qonşuluq etmələrini elan edib nə evin açarını, nə də evin özünü ona təhvil vermədən getmişlər. X24 demişdir ki, Məhsəti Şabanova tələsik Rusiyaya qayıdır, onu yola salıb 2–3 günə gəlib evin açarlarını da, evi də təhvil verib alqı– satqını da rəsmiləşdirəcəyini demişdir. Sonra açarlar ı tapa bilmədiyini deyib darvaza və qapıların kilidlərini kəsdirib evə girmələrini telefonla təklif etmişdir Onlar maklerlə kilidləri kəsdirib evə daxil olanda məəttəl qalmışlar. Evin 2 giriş qapısından, quru divardan və yararsız dam örtüyündən başqa heç nəyi olmayan yarımçıq tikii olmuşdur. O, dərhal evin müqabilində ödədiyi 50000 ABŞ dollarını qaytarmasını tələb etsə də, Nuru Quliyev artıq pulun borc əvəzi ödənildiyini və qaytarılmasının mümkün olmadığını demişdir. Ona görə də, evin təmirinə əlavə 100.000 manatdan çox vəsait xərcləyib, 2014-cü ildən hazırkı vaxta qədər orada yaşayır.Məhsəti Şabanova onun verdiyi pul hesabına özünə Bakı şəhərindən və Gəncə şəhərindən ev almışdır.

13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Loğman Süleymanov (sədrlik edən və məruzəç i), İslam Həsənov və Şamil Rzaquliyev) ) 27 aprel 2023-cü il tarixli, 2(104)-1089/23 nömrəli qərardadı ilə hazıki iş üzrə X8 iş üzrə üçüncü şəxs qismində iştirakına xitam verilmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi olan bacısı X12 apellyasiya şikayətini müdafiə edərək, göstərmişdir ki, ********** qeydiyyat nömrəli, xx.xx.2022–ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə hüquqlarını təmsil etdiyi şəxs İddiaçı adına qeydiyyata alınmışdır. Həmin evi mərhum anası 2014–cü ildə qohumları Nuru Quliyev və makler vasitəsi ilə Cavabdeh 65.000 ABŞ dollarına satmaqla bağ lı razılaşmış və cavabdeh tərəfindən 50.000 ABŞ dolları məbləği mərhum anasının razılığı ilə xalasının bank hesabına depozitə qoyulmuş, sonra isə mərhum anası tərəfindən qəbul edilmişdir. Onların razılaşması zamanı evin sənədi olmamışdır. Cavabdehin 15.000 ABŞ dolları borcu qalsa da, həmin pulu bu günə dədər ödəməmiş və bu səbəbdən evi cavabdehin adına sənədləşdirməmişlər. Evi gələcəkdə satdıqdan sonra, cavabdehin ödədiyi pulu qaytaracaqlar. Cavabdeh 2014-cü ildən həmin evdə yaşayır. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Loğman Süleymanov (sədrlik edən və məruzəçi), İslam Həsənov və Şamil Rzaquliyev) 11 may 2023-cü il tarixli, 2(104)-1089/23 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı Cavabdeh qarşı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair iddia tələbi rədd edilmişdir.

16. Apellyasiya məhkəməsinin mövqeyinə görə, cavabdehin mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətinin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri-mülkiyyətçinin iradəsidir. Yəni cavabdehin evin mülkiyyətçisinin razılığı əsasında ondan istifadə etməsi(ev mülkiyyətçisinin ora köçən şəxsdən evin alqısatqısına görə pul alması, onun köçərək həmin evdə uzun müddət heç bir etiraz olmadan yaşaması və s.) kimi hallar nəzərə alınaraq cavabdehin hərəkətləri mülkiyyətçiyə münasibətdə qanunsuz hərəkətlər kimi qiymətləndirilə bilməz və həmin şəxs vicdansız sahib də sayılmır.

17. Bununla belə, ev mülkiyyətçisi öz hüququna əsaslanmaqla, əvvəl verdiyi razılığı sonradan geri götürərək, evə alqı-satqı razılaşması ilə köçürdüyü şəxsin çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı, göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Çünki, mülkiyyətçinin razılığı ilə evə köçmüş şəxsin çıxarılacağı halda mülkiyyətçinin onun hesabına əsassız varlanması halı meydana gələ bilər.

18. Məlum olduğu kimi, hüquqi əsas olmadan, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsasa görə başqa şəxsin hesabına əmlak əldə etmək əsassız varlanma sayılır. Varlanmış şəxs isə əldə etdiklərini, bu mü mkün olmadıqda isə onların dəyərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. (Əsassız varlanma)

19. Beləliklə, mülkiyyətçinin və vicdanlı sahibin göstərilən əmlak hüquqları arasında tarazlaşdırma aparılması ədalətin təmin olunması üçün vacibdir. Məhz bu məqsədlə qanunverici, mülkiyyətçinin öz əşyasını qanunsuz sahiblikdən geri istəmək imkanı ilə yanaşı, əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarını eyni normada nəzərdə tutmuşdur.(Maddə 157)

20. O da nəzərə alınmalıdır ki, hər iki tərəf verməli olduqlarını eyni anda icra edərsə qeyd olunan qarşılıqlı mənafelər arasında tarazlıq vaxtında, real və ədalətli şəkildə təmin oluna bilər. Bu səbəbdən sahibin daşınmaz əşya üçün əldə e tdiyi əvəzi ödənilmədiyi təqdirdə, onun çıxarılması barədə tələbə qarşı ləngitmə formasında müdafiə vasitəsinə malik olduğu mülki hüquq ədəbiyyatında da qəbul edilir. (Maddə 561.1)

21. Beləliklə, göstərilən mövqelərdən bu nəticə hasil olur ki, vicdanlı sahibin ödədiyi və çəkdiyi xərclər ödənilmədən mülkiyyətçinin öz hüquqlarını birtərəfli qaydada həyata keçirməsi yuxarıda göstərilən normaların mahiyyəti və məqsədi ilə uzlaşmır.

22. Kollegiya onu da vurğulayır ki, şəxsin əvvəl öz verdiyi razılığı, buna etimad etməklə qarşı tərəfin ödənişi və çəkdiyi xərci nəzərə almadan, yalnız özünün mülkiyyət hüququna istinadən tcavabdehin evdən çıxarılmasını tələb etməsi dürüstlük qaydasına da uyğun gəlmir.

23. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir.

24. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışd ır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. (Maddə 152.5) Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. (Maddə 16.1, 560)

25. Məhkəmə kollegiyasında müəyyən edilmişdir ki, Cavabdeh mübahisəli evin alqı-satqısı ilə bağlı razılaşma əldə etmiş, həmin evə görə 2014-cü ildə 50.000 ABŞ dolları verərək, həmin vaxtdan ailə üzvləri ilə ora köçərək yaşayırlar və deməsinə görə, evi əsaslı təmir etdirərək, 10 0.000 manatdan çox vəsait xərcləmişdir.

26. İddiaçı nümayəndəsi olan bacısı X12 da, həmin evin satması ilə bağlı razılaşma olduğunu, cavabdeh tərəfindən 50.000 ABŞ dolları məbləğin mərhum anasının razılığı ilə xalasının bank hesabına depozitə qoyulmasını və sonra isə mərhum anası tərəfindən qəbul edilməsini, evi gələcəkdə satdıqdan sonra, cavabdehin ödədiyi pulu qaytaracaqlarını bildirmişdir.

27. Həmçinin birinci instansiya məhkəməsində dindirilmiş şahid X6 mərhum X2 onun bacısı olmasını, 2014–cü ildə mərhum bacısı X2 Şəmkir şəhərində yerləşən evini satmaq istədiyini, evin satısından əldə edilmiş 50000 (əlli min) ABŞ dolları məbləğində pulun bankda onun adına depozit qoylmasını və o da həmin pulu sonradan bacına göndərdiyini təsdiq etmiş, şahid Şabanov Murtuz İbrahimoviç isə, (iddiaçının a tası) 2014– cü ildə aralarında olan ilkin razılaşmaya əsasən evi 65000 (altmış beş min) ABŞ dolları məbləğində pula satdıqlarını, Cavabdeh həmin məbləğin 50000 (əlli min) ABŞ dolları hissəsini ödəməsini və gələcəkdə evi satıb Cavabdeh almış olduqları pulu da ödəyəcəklərini bildirmişdir.

28. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, hər iki tərəf verməli olduqlarını eyni anda icra edərsə qeyd olunan qarşılıqlı mənafelər arasında tarazlıq vaxtında, real və ədalətli şəkildə təmin oluna bilər. Belə ki, vicdanlı sahibin ödədiyi və çəkdiyi xərclər ödənilmədən mülkiyyətçinin öz hüquqlarını birtərəfli qaydada həyata keçirdiyi halda hər iki mənafe arasında ədalətli tarazlığın təmin olunmasından söhbət gedə bilməz. Şəxsin əvvəl öz verdiyi razılığı, buna etimad etməklə qarşı tərəfin ödənişi və çəkdiyi xərci nəzərə almadan, yalnız özünün mülkiyyət hüququna istinadən cavabdehin evdən çıxarılmasını tələb etməsi dürüstlük qaydasına da uyğun gəlmir.

29. Məhkəmə kollegiyası öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 152.5, 157, 560.1, 560.2, 560.3.4, 562.1, 1091.1, 1091.2, 1092.1, 1092.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1089/2023 saylı iş üzrə, 11 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı həmin fərdi yaşayış evinin mülkiyyə tçisidir və onun mülkiyyət hüququ Azərbaycan Respulikası Konstitutsiyasının 13-cü və 29-cu maddələrinə əsasən toxunulmazdır və bu toxunulmazlığa təminat verilir. Lakin hazırda cavabdeh mülkiyyətçinin iradəsinə zidd olaraq həmin evdə yaşayır və evdən cixmaqdan imtina edir. O, fərdi yaşayış evinin mülkiyyətçisi kimi Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehin evdən çıxarılmasını tələb etmək ixtiyarı vardır. Onun iddiası hüquqdan sui-istifadə və evdən çıxarılacağı halda cavabdehin hesabına əsassız varlanma halı ilə əlaqədar deyildir. İş üzrə cavabdeh hazırda mübahisəli fərdi yaşayış evindən istifadə edir və onun istifadəsi qanuni əsaslara söykənmir. Nəticədə mülkiyyətçi kimi onun fərdi yaşayış evi üzərində olan ola n mülkiyyət hüquqları cavabdeh tərəfindən məhdudlaşdırılır. İddiaçının özünə məxsus fərdi yaaşayış evinin qanuni sahibi kimi qanunla qorunan mülkiyyət əsas iki elementləri olan istifadə və sahiblik hüququ cavabdeh tərəfindən pozulmaqdadır. Bu səbəbdən də cavabdehin mübahisəli fərdi yaşayış evindən çıxarılması iddiaçının həmin ev üzərində mülkiyyət hüquqlarının real olaraq tam bərpa edilməsini təmin edəcəkdir. Buna baxmayaraq apellayasiya instasiyası məhkəməsi qəbul etdiyi məhkəmə aktında hazırkı iddia tələbinin irəli sürülməsini əsassız olaraq hüquqdan sui-istifadə hesab etmiş, eləcədə cavabdehin evdən çıxarılması halında iddiaçının onun hesabına varlanması halının meydana gələ biləcəyi ehtimalı ilə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı cavabdeh yazılı etiraz vermiş və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

34. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

35. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

36. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridi r.

37. Maddə 562.1. Əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ).

38. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

39. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

40. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şi kayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin bütov yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Məhkəmə kollegiyası, hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, tərəflərin tələb və etirazlarını əsaslandırdıqları dəlillərə ətraflı qiymət verilmişdir.

54. Kassasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya vurğulayır ki, həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Apellyasiya məhkəməsi tərəfindən həmin dəlillərə ətraflı qiymət verilmişdir və məhkəmə kollegiyası verilən hüquqi qiymətlə razılaşır.

55. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstə rilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1089/2023 saylı iş üzrə, 11 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar