Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3354/2025 18.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evdən çıxarılma, vindikasiya iddiası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1319/2025 nömrəli 7 iyul 2025-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 18 noyabr 2025-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Nümayəndə Gəncə şəhəri, Atatürk prospekti, 62 ünvanında yerləşən fərdi yaşayış evini xx.xx.2007-ci ildə X2, X3 və X4 17.000 manat məbləğinə almış, həmin əmlak üzərində Nümayəndə adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 154 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. Nümayəndə xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti, 62 ünvanında yerləşən fərdi yaşayış evini övladı İddiaçı Rafael oğluna bağışlamışdır.
3. Gəncə şəhəri, Atatürk prospekti 62 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,0160 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.
4. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı, X8 və X16 qarşı Bakı şəhəri 43 s aylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə303 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və Rəfael Əbdürəhmanovla onun arasında Gəncə şəhəri, Kəpəz rayonu, Atatürk prospekti 62 ünvanına dair alğı-satqı müqaviləsinin tanınması” barədə iddia tələbi rədd edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmlərində qüvvədə saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra “cavabdeh”) ailə üzvləri ilə birlikdə ona aid olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılaraq evin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslan dırılmışdır ki, cavabdeh ilə iddiaçının atası Nümayəndə aralarında münasibət olmuşdur. Mübahisəli ev çıxarışla iddiaçının adına notariat qaydada təsdiq olunubdur. Əmlak ünvan 5 ünvanında yerləşir, torpaq sahəsindən və yaşayış üçün yararlı olan 2 otaqlı evdən ibarətdir. İddiaçı Bakı şəhərində işlədiyi üçün orada atası və anası ilə kirayədə yaşayır. Cavabdehin valideynləri, qardaşı və ailəsi ilə yaşadıqları bina evi darısqal olduğu üçün müvəqqəti olaraq təmənnasız, pul vermədən mübahisəli evdə yaşamalarına iddiaçının atası razılıq vermişdir. xx.xx.2009-cu il tarixdə iddiaçının atası barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2019-cu il tarixdə o, həbsdən azad edilmişdir. 2013-cü ildə Kəpəz Rayon Məhkəməsinin qərarı ilə yaşadıqları və qeydiyyatda olduqları bina evi müsadirə olunmuş və ba şqa vətəndaşa satılmışdır. Buna görə həmin ildən Bakı şəhərində kirayədə yaşayırlar. Artıq 15 ilə yaxın müddətdə cavabdeh ailəsi ilə bərabər həmin ünvanda yaşayır. Bir neçə müddətdir ki, iddiaçı cavabdehə xəbərdarlıq edərək, Gəncə şəhərinə qayıdıb öz evində yaşamaq istədiyini bildirsə də, cavabdeh evi boşaltmır və iddiaçını get-gələ salır. Cavabdeh bəhanə gətirir ki, o, evdə ailəsinin normal yaşaması üçün iddiaçıya demədən və icazə almadan darvaza dəyişdirmiş, sanitar qovşağı təmir etdirmişdir, iddiaçı isə ona bildirmişdir ki, cavabdeh bunu iddiaçıdan razılıq almadan öz ailəsinin rahatlığı üçün etmişdir və 15 il ərzində iddiaçı ondan heç nə tələb etməmiş, müvəqqəti yaşamaq üçün verdiyi evdən pul da almamışdır. Hazırda cavabdeh yuxarıda göstərilənləri bəhanə gətirərək və digər ev axtarmağın ı bildirərək evdən çıxmır və iddiaçını aldadaraq vaxt uzadır. Mülkiyyət hüququ pozulduğundan iddiaçı mübahisəyə son verilməsi üçün məhkəməyə müraciət etmişdir.
7. Birinci instansiya məhkəməsində cavabdeh iddia tələbinə etiraz edərək, göstərmişdir ki, iddiaçının atası Nümayəndə ilə yaxın dost münasibətində olmuşlar. O, İddiaçının atasına etibar etmişdir. Lakin iddiaçının atası onu aldadaraq bir neçə sənədlərə qol çəkdirmişdir. Həmçinin sözügedən ünvan 5 ünvanında yerləşən mülkdə təmir işləri aparmışdır. Hazırda ailə üzvləri ilə birgə həmin evdə yaşayırlar.
8. Gəncə Şəhər Məhkəməsinin 2(125)-52/2025 nömrəli, 15 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Gəncə şəhəri, Atatürk prospekti 62 nömrəli ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılaraq evin boşald ılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. (hakim Fuad Fərhadov)
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Nümayəndə mübahisədə adı keçən fərdi yaşayış evini xx.xx.2007-ci ildə X2, X3 və X4 17.000 manat məbləğinə almış, onun həmin əmlak üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 154 nömrəli vərəqində qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən isə həmin evi iddiaçıya bağışlamış, fərdi yaşayış evi və evin yerləşdiyi 0,0160 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılaraq evin boşaldılması məsələsi həll edilərkən, ilk öncə cavab dehin həmin mənzildən hər hansı əmlak hüququnun olubolmaması müəyyən edilməlidir. İş materiallarına əsasən hazırki iş üzrə cavabdeh iddiaçıya, onun atası X8 və X16 qarşı Bakı şəhəri 43 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə303 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və Rəfael Əbdürəhmanovla onun arasında m übahisədə adı keçən evə dair alğı-satqı müqaviləsinin tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Gəncə Şəhər Məhkəməsinin 2(125)1445/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onun iddiası rədd edilmişdir. Həmin qətnamə yuxarı instansya məhkəmələrində dəyişdirilmədən saxlanmışdır.
11. Qeyd edilən iddianı rədd birinci instansiya məhkəməsi gəldiyi nə ticəni onunla əsaslandırmışdır ki, cavabdehin Gəncə şəhəri, Atatürk prospekti, 62 ünvanında yerləşən evə dair nəinki mülkiyyət və əmlak hüquqları, həmçinin həmin əmlaka gözlənti hüququ da mövcud deyildir. Qeyd olunan səbəbdən cavabdehin həmin mənzil barəsində onun mülkiyyətçisi ilə digər şəxslər arasında bağlanmış əqdin etibarlılığını mübahisələndirmək üçün subyektiv hüququ mövcud deyildir.
12. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni şəxslərin iştirak etdiyi mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin şə xslər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.
13. Beləliklə, hazırkı mülki işin məhkəmə baxışı zamanı müəyyən edilən hallarına görə mübahisəli fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Cavabdeh iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində iddiaçının atasının əvvəllər verdiyi razılığı ilə yaşayır və onun sözügedən evə har hansı əmlak hüququ yoxdur. Başqa sözlə, cavabdeh həmin evə ancaq mülkiyyət hüququnun olmasını mübahisələndirmiş, evə istifadə hüququnun olmasına istinad etməmişdir. İddiaçı cavabdehin onun mülkiyyətində olan fərdi yaşayış evində yaşamasını mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndi rir və onun, ailə üzvlərinin mülkiyyətində olan evindən çıxarılmasını tələb edir.
14. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, sözügedən fərdi yaşayış evində cavabdehin hər hansı hüququnun olmamasına baxmayaraq, həmin evdən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı həmin evdən mülkiyyət, o cümlədən istifadə hüququnu həyata keçirə bilmir. Cavabdehin və onun ailə üzvlərinin iddiaçıya məxsus fərdi yaşayış evində yaşaması iddiaçının yaşayış evinə olan mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan, cavabdeh həmin fərdi yaşayış evindən çıxarılmaqla ev boşalıdlmalıdır.
15. Bununla belə, birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, “cavabdehin ailə üzvləri ilə birlikdə” mübahisəli evdən çıxarılması barədə tələb qeyri-müəyyən olduğundan, yəni həmin şəx slərin kimlər olduğu konkret göstərilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 152.1, 152.5, 157.1, 157.2, 157.4-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 82.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli ev iddiaçıya məxsus olsa da, lakin cavabdeh həmin evi almışdır və həmin ev iddiaçının atasının adına olmuşdur. İddiaçının atası X7 ilə cavabdeh arasında olan münasibət belə olmuşdur ki, cavabdehin xalası qızının əri Mus ayev X1 iş birlikləri olubdur. Cavabdeh isə Fuadın yanında sürücü işləmişdir. Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, Məhrasa Bağı, bina 6, mənzil 25-də ailə üzvləri ilə birlikdə yaşamışdır. Həmin evdə həmçinin cavabdehin atası, anası və qardaşı, eləcə də qardaşının üç övladı yaşayırdılar. Həmin ev darısqal olduğu üçün hamının bir yerdə qalmağı çətinlik yaradırdı. Musayev Fuad cavabdehə qohum kimi köməklik göstərmək məqsədi ilə 20.000 ABŞ dollar məbləğində ev alacağını bildirmişdir. Cavabdeh isə onun pulunu hissə-hissə qaytaracağını bildirmışdır. Bundan sonra Fuad Musayev cavabdehə bildirmişdir ki, onun şəriki və qohumu X5 ev alğı-satqısı ilə məşğul olan şəxslərlə münasibəti var və ev tapan kimi həmin evi cavabdehə alacaq, cavabdeh də razılaşmışdır. Fuad Musayevlə Bakı şəhərində toyda olan z aman X7 cavabdehin istifadəsində olan mobil nömrəyə zəng edərək bildirmişdir ki, cavabdehə ev tapıbdır və qiyməti 23.500 ABŞ dollarıdır. Cavabdeh isə etiraz edərək, Fuad Musayevin 20.000 ABŞ dollar verəcəyini və ondan artıq verə bilməyəcəyini X6 bildirmişdir. X12 əlavə 3500 ABŞ dollarını cavabdehə özü ödəcəyini bildirmişdir. Rafael Əbdürrəhmanov bildirmişdir ki, ona pul lazımdır və əlində işi olduğu üçün mübahisəli evi öz adına alğı-satqı edib Banka girova qoymasını, eləcə də cavabdehin atasına məxsus evi, yəni ünvan 8 ünvanını Banka girova qoyub pul götürməyini xahiş etmişdir. Əvəzində isə 3500 ABŞ dollarını cavabdehə pay edəcəyini və 6 aydan sonra mübahisəli evi cavabdehin adına sənədləşdirəcəyini bildirmişdir. Həmçinin cavabdehin atasına məxsus evi Bankdan girovdan çıxaracağına söz verm işdir. Cavabdeh isə Fuad Musayevin qohumu, eləcə də ortaqlı biznesləri olduğu üçün X6 inanaraq onun adına alğı-satqını rəsmişlədirmış, daha sonra isə X7 mübahisəli evi Kapital Banka, digər evi isə Atabanka girova qoyub pul götürmüşdür. Bundan sonra Fuad Musayevin cavabdeh X6 mübahisəli ev üçün ödədiyi pulu cavabdeh hissə-hissə Fuad Musayevə ödəməyə başlamışdır. Mübahisəli ev cavabdehə məxsusdur, çünki o, həmin evə dair bütün pulların hamısını Fuad Musayevə ödəmişdir. Fuad isə evin alğı-satqısı olan vaxtı özü cavabdeh Rafael Əbdürrəhmanovun vasitəsi ilə həmin evi cavabdehə almışdır. Daha sonra Rafael Əbdürrəhmanov dələduzluq cinayəti üzrə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və mübahisəli evi cavabdehin adına rəsmişlədirilmək imkanı olmamışdır. Cavabdeh həmin evdə yaşamağa başlayandan sonra bir neçə il ərzində mübahisəli evi 15.000 min manat məbləğində təmir etmişdir.
19. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1319/2025 nömrəli, 7 iyul 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissəd – cavabdehin Gəncə şəhəri, Atatürk prospekti 62 nömrəli ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılaraq evin boşaldılması hissəsində dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Günay Cavadova (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev,İslam Həsənov)
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, artıq qanuni qüvvəsini almış həmin məhkəmə aktlarına əsasən hazırki iş üzrə idd iaçının atası Nümayəndə mübahisədə adı keçən fərdi yaşayış evini xx.xx.2007-ci ildə X2, X3 və X4 17.000 manat məbləğinə almış, həmin əmlak üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 154 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Nümayəndə Sabir həmin evi iddiaçıya İddiaçı Rafael oğluna bağışlamışdır. Həmin məhkəmə aktları ilə həmçinin müəyyən edilmişdir ki, cavabdehin qeyd edilən evə dair nəinki mülkiyyət və əmlak hüquqları, hətta həmin əmlaka gözlənti hüququ da mövcud deyildir. Qeyd olunan səbəbdən iddiaçının həmin mənzil barəsində onun mülkiyyətçisi ilə digər şəxslər arasında bağlanmış əqdin etibarlılığını mübahisələndirmək üçün subyektiv hüququ mövcud deyildir. Bunları müəyyən edinə məhkəmələr hesab etmişlər ki, iddiaçı ilə atası Nümayəndə arasında Bakı şəhəri 43 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə-303 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət qeydiyyatının ləğv edilməsi tələbi, cavabdehin həmin tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından təmin edilməməlidir
21. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin (MPM) 82.3-cü maddəsinin tələbindən çıxış edərək, hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətində qeyd edilən hallar hazırki iş üzrə yenidən sübut edilməməlidir. Odur ki, işə baxmış Rayon Məhkəməsi mövcud mübahisəni qanuni qüvvəyə minmiş məhkəmə aktlarının, Mülki Məcəllənin 152-ci, 157-ci və 158-ci maddələri ba xımından həll edib, iddianı təmin etməklə iş üzrə qanuni, əsaslı, işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1. və 82.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və mülki işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti apellyasiya şikayəti nin dəlilləri ilə eyni məzmunda əsaslandırılmaqla, şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh mübahisəli əmlakı alqı-satqı yolu ilə əldə etmiş, uzun müddət faktiki sahibliyi və istifadəni həyata keçirmişdir. Lakin müəyyən səbəblərdən əmlak rəsmi şəkildə cavabdehin adına rəsmiləşdirilməmişdir. Qarşı tərəf isə bu vəziyyətdən sui-istifadə edərək cavabdehin real mülkiyyət hüququnu inkar etmiş, məhkəmə də bu halları yetərincə araşdırmadan əsassız qərar çıxarmışdır. Bundan əlavə, mülkiyyət hüququnun yalnız formal sənədə əsaslanaraq deyil, faktiki sahiblik, istifadə və tərəflər arasında yaranmış hüquqi münasibətləri baxımından qiymətləndirilməsi vacibdir. İşin bu aspektləri aşağı instansiya məhkəmələri tərəfindən nəzərə alınmamış, nəticədə cavabdehin mülkiyyət hüquqları, hüquqi maraqları və ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə
152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. M addə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya m əhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi v ə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instan siya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxşının predmeti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsi üzrə olub. Bu baxımdan, qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxşını predmeti olan hissə başa düşülür.
28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə ya zılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Apellyasiya məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
31. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.
32. Mülki Mə cəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
33. Qeyd edilən normanın tələbinə görə əmlakın qanunsuz sahiblikdən geri istənilməsi barədə iddianın təmin edilməsinin əsas şərti ondan ibarətdir ki, geri istənilən əmlak tələb edənin mülkiyyətində olmalı, həmin əmlak onun sahibliyindən çıxmalı və əmlaka sahibliyə yiyələnənin sahibliyə dair heç bir hüquqi əsası olmamaldır.
34. İşin müəyyən edilən hallarına görə də iddiaçıya məxsus evdən cavabdeh heç bir hüquqi əsas olmadan istifadə edir və evdən çıxmır.
35. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə digər hüquq normaları ilə yanaşı, Mülki Məcəllənin 157.2-ci maddəsini düzgün tətbiq etmişdir.
36. Buna görə də məhkəmə kollegiyası id dia tələbi və apellyasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşır və əlavə şərhə zərurət görmür.
37. Belə ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
38. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər iddiaya etirazın və apellyasiya şikayətinin də dəlilləri olmuş, hər iki instansiya məhkəməsi həmin dəlillərə işdəki sübutlar əsasında qiymət verməklə, onları əsassız saymışlar.
39. Məhkəmə kollegiyası onu da qey d edir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.
40. Məhkəmə kollegiyası cavabdehin mübahisədə adı keçən evi satın alması barədə dəlillərini də əsassız sayır. Əvvəla, qeyd ed ildiyi kimi bu dəlilə apellyasiya instansiyası məhkəməsi preyudisiya baxımından qiymət verib.
41. Bundan əlavə, məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, hazırkı iddia tələbi qeydə alınmış əşya hüququna söykənir. İddiaçının mülkiyyət hüquqları qeydə alınıb. Əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir.
42. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkə mə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(104)1319/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.