Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3355/2024 22.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-725/2024 nömrəli, 12 iyun 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən 3-cü şəxs X1) qarşı qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Azərba ycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № 0450626, xx.xx.2014-cü il tarixli çıxarışa əsasən şəxsi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsi, 76 nömrəli evdən cavabdehlər Cavabdeh1, arvadı Cavabdeh2, azyaşlı uşaqları Elxan və Sərxanla birlikdə çıxarılması, evin iddiaçıya təhvil verilməsi və məhkəməyə ödədiyi 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçının xeyrinə 24.000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-443/2023 saylı, 7 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Qafarova) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən 3-cü şəxs X1) qarşı qarşı “evdən çıxarılma” tələbinə dair iddiasının təmin edilməsi, cavabdehlər Cavabdeh1, arvadı Cavabdeh2, azyaşlı uşaqları Elxan və Sərxanla birlikdə İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsi, 76 nömrəli evdən çıxarılması, ilkin iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı və Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair ilkin iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə İddiaçı Cavabdeh1 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixdən cavabdehlərin evdən çıxarılmasına dair qətnamə icra olunanadək hər ay 300 manat məbləğində əldən çıxmış fayda olaraq kirayə haqqı tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 iyun 2024-cü il tarixli, 2(103)-725/2024 nğmrəli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7 sentyabr 2023-cü il tarixli qətnaməsi 2-ci iş üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı və Cavabdeh3 qarşı 24 000 manat pul tələbinin rədd olunması hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin olunmuşdur. Cavabdeh3 13 400 (on üç min dörd yüz) manat və İddiaçı 4 508 (dörd min beş yüz səkkiz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi, Cavabdeh1 iddiasının qalan hissədə təmin olunmaması, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7 sentyabr 2023-cü il tarixli qətnaməsinin 2-ci iş üzrə İddiaçı qarşılıqlı iddiasının təmin olunan hissəsində dəyişdirilmədən saxlanılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü-ci il tarixdən cavabdehlərin evdən çıxarılmasına dair qətnamə icra olunanadək hər ay 300 manat məbləğində əldən çıxmış fayda olaraq kirayə haqqının tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamənin apellyasiya qaydasında mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolle giyasının 2(0102)3355/2024 sayı, 9 sentyabr 2024-cü il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimi Akif İsgəndərov 10 oktyabr 2024-cü il tarixli məktubla müraciət edərək, Cavabdeh3 Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 iyun 2024-cü il tarixli, 2(103)-725/2024 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün həmin mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı X2 tərəfindən verilmiş kassasiya şikayətinin baxışdan çıxarılaraq mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Qeyd olunanlara əsasən və MPM-in 402 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 iyun 2024-cü il tarixli, 2(103)-725/2024 nömrəli qətnaməsindən iddiaçı X2 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin M ülki kollegiyasının 9 sentyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin və mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3355/2024
Ali Məhkəmə Qərardad — İş №2(102)-3355/2024
22.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver