Məhkəmə qərarları › İş №2(102)-3356/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3356/2022

06.09.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3356/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" ASC cavabdeh X və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: subroqasiya qaydasında pul tələbinə dair) 06.09.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2021-ci il tarixli, 2(103)10182/2021 saylı qətnaməsindən cavabdeh X verdiyi kassasiya şikayətinə 06 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi, İşin halları “Hyundai Sonat a” ** XS *** dövlət qeydiyyat nişanlı avtomobil 29 aprel 2014-cü il tarixdə Cavabdeh2 X mülkiyyətində olub. 29 aprel 2014-ci il tarixdə, saat 20:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə Qafqaz küçəsinin kəsişməsində, Cavabdeh2 mülkiyyətində olan “Hyundai Sonata” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü (hazırki iş üzrə tərəf olmayan) X1 tərəfindən idarə edilərkən yol nəqliyyat hadisəsi törədilib və onun idarə etdiyi avtomobil iddiaçı tərəfindən sığortalanıb (hazırki iş üzrə tərəf olmayan) X3 məxsus “Hyundai İX 35” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub və nəticədə “Hyundai İX 35” markalı avtomobil istismara yararsız vəziyyətə düşüb. X2 29 aprel 2014-cü il tarixində “baş beyinə qişalarına mədəcik qansızma” nəticəsində ö lüb. Yol-nəqliyyat hadisəsi X idarə etdiyi “Hyundai Sonata” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobil “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanıb. Həmin avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən 19 iyul 2013-cü il tarixdən 19 iyul 2014-cü il tarixindək 19.800 manat sığorta məbləği və sığorta dəyəri olmaqla “avtokasko” qaydaları ilə tam sığortalanıb. Yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai İX 35" markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 11.905 manat müəyyən edilib. Zərər məbləğindən 200 manat azadolma məbləği çıxılmaqla 11705 manat sığorta ödənişi “Hyundai İX 35” markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçi si və MİB-1379-0/13 saylı sığorta şəhadətnaməsi üzrə sığortalı X ödənilib. İddiaçı 05 avqust 2014-cü il və 25 avqust 2014-cü il tarixlərdə BS-C-14/625 saylı məktubla "xxxx" X müraciət edərək zərərin məbləğinin razılaşdırılması prosesində nümayəndələrinin iştirakının təmin olunması xahiş edib. İddiaçı sığorta ödənişini etdikdən sonra 13 oktyabr 2017-ci il və 08 yanvar 2018-ci il tarixli “subroqasiya tələbinə dair” sığorta tələbi ilə bağlı məktublarla "xxxx" X müraciət edərək, sonuncunun bir hadisə üzrə əmlaka vurulmuş zərərlə bağlı öhdəlik həddi olan 5.000 manat məbləğinin iddiaçıya geri ödənilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri ödənilməsi” barədə iddia ilə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinə müraciət edib və iddiasını onunla əsaslandırıb ki, baş vermiş sığorta hadisəsi barədə "xxxx" X məlumat verib, ödənilmiş sığorta ödənişinin 5.000 manat hissəsinin geri ödənilməsi barədə sığorta tələbi ilə müraciət edib və bütün zəruri sənədlər ərizəyə əlavə edib. Lakin, "xxxx" X sığortaçı olaraq müqavilə üzrə öhdəliklərini icra etməyib. 06 mart 2019-cu il və 25 aprel 2019-cu il tarixli şikayət məktubunu "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası MBNP-na göndərilib. “Hyundai Sonata” ** XS *** dövlət qeydiyyat nişanlı avtomobil 29 aprel 2014-cü il tarixdə Cavabdeh2 mülkiyyətində olub. Qeyd edilən nəqliyyat vasitəsini idarə etmək hüququ Salam Qədirova verilməyib. Həmçinin, 6.705 manat (X X tərəfindən ödənilməli olan məbləğ çıxılmaqla) geri ö dənilməsi “Hyundai Sonata”markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2 ünvanına göndərilib. X6 arvadı X "xxxx" ASC ünvanladağı 16 dekabr 2019-cu il tarixli ərizəsinə əsasən, sonuncu X hüquqi varisi kimi tanınıb. Eyni zamanda, X həmin ərizəsində bildirib ki, mərhum X8un mülkiyyətində olmuş Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanda yerləşən 25 və 21 saylı mənzillər Zeynəb Fətəliyevaının adına keçirilib, o da həmin mənzilləri oğlu Cavabdeh2 və qızı X adına keçirib. X8 29 aprel 2014-cü ildə “baş beyinə qişalarına mədəcik qansızma” nəticəsində ölüb. Həmçinin, o 31 may 1985-ci il tarixdən X rəsmi nikahda olub. Cavabdeh Azərbaycan Respublikası X nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə müraciət edib və hadisənin 2014-cü ildə baş verdiyini nəzərə alaraq iddia müddətinin tətbiq edilməsini xahiş edib. İddiaçı isə ərizəyə etiraz təqdim edərək, mübahisə deliktdən irəli gəldiyindən iddianın rədd edilməsini xahiş edib. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qərardadı ilə məhkəmə avtotexniki və əmtəəşünaslıq ekspertizaları təyin edilib və Məhkəmə Ekspertiza Mərkəzinin 29 aprel 2021-ci il tarixli ekspert rəyinə əsasən, "xxxx" ASC 26 avqust 2014-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Hyundai İX 35” markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11.520 manat müəyyən edilir. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2021-ci il t arixli qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia qismən təmin edilərək, cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 5.000 manat, X və Cavabdeh2 müştərək qaydada 6.520 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, Məhkəmə Ekspertiza Mərkəzinin 29 aprel 2021-ci il tarixli ekspert rəyinə əsasən, 2013-cü il buraxılışlı “Hyundai İX 35”markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci,avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11.520 manat müəyyən edilir. Ona görə də, iddiaçıya vurulmuş zərərin əvəzi kimi cavabdehlər X 5.000 manat, X və Cavabdeh2 müştərək qaydada 6.520 manat pul tutulub iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi hüquqi möv qeyini Mülki Məcəllənin 21.1, 925, 936, 1096.1, 1097.1, 1108.1, 1114-ci maddələrinin tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdehlər Cavabdeh2, X və X iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən ayrı-ayrılıqda apelyasiya şikayətləri veriblər. Cavabdeh X apellyasiya şikayətini onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi “iddia müddətinin tətbiq edilməsi barədə” ərizəsini nəzərə almayıb. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehlərin iddiaçı qarşısında öhdəliyi müqavilədən deyil, deliktdən irəli gəlib. Lakin, birinci instansiya məhkəməsi əsas məsələni, yəni cavabdehlərdən hansının öhdəliyinin deliktdən, hansının isə müqavilədən yaranması məsələsini açıqlamayıb. Cavabdehlərdən Cavabdeh2 öhdəliyi deliktdən irəli g əlir və ona münasibətdə iddia müddəti 10 il hesablanmalıdır. Yəni yekunda iddiaçının subroqasiya hüququnun yaranmasının kökündə müqavilə durur. Hazırki mülki iş üzrə görünən odur ki, iddiaçı delikt nəticəsində zərərçəkən tərəf deyil, müqavilə əsasında subroqasiya hüququnu əldə edən tərəfdir. Bununla da məlum olur ki, iddiaçının tələb hüququ bağlamış olduğu müqavilə əsasında yaranıb. Bundan fərqli olaraq, iddiaçının cavabdeh X münasibətdə tələb etmə hüququ sığorta müqavilə tələbi əsasında yaranmışdır ki, bu tələb üzrə iddia müddəti 3 il təşkil edir. Avtomobilin sahibinin mülki məsuliyyətinin icbari sığortası Şirkətdə 1 il müddətinə sığortalanıb. Bununla da cavabdeh X 1 il ərzində qeyd olunmuş nəqliyyat vasitəsinin istismarı nəticəsində üçüncü şəxslərin əmlakına maksimum 5.000 manat məbləğ ində dəymiş zərər üzrə sığorta ödənişinin ödənilməsi ilə bağlı öhdəlik götürüb. Sığortalanmış nəqliyyat vasitəsini kimin idarə etməsindən asılı olmayaraq onun istismarı nəticəsində üçüncü şəxslərin əmlakına zərər dəyməsi halında avtomatik olaraq sığorta ödənişinin həyata keçirilməsi sığorta müqaviləsi əsasında nəzərdə tutulub. Odur ki, iddia tələbi cavabdeh X münasibətdə rədd edilməlidir. Cavabdehlər Cavabdeh2 və X apellyasiya şikayətinin dəlilləri eyni olmaqla onunla əsaslandırılmışdır ki, onlara qarşı qaldırılmış iddia tələbi tamamilə qanunsuz və əsassızdır. Belə ki, 2014-cü ildə yol nəqliyyat hadisəsi baş verən zaman avtomobili (mərhum) X idarə edib və Cavabdeh2 bundan məlumatı olmayıb, onun tərəfindən birinciyə etibarnamə belə verilməyib. Bu səbəbdən də, iddiaçı tərəfindən irəli sürülm üş iddia tələbi yalnız cavabdeh X münasibətdə təmin edilə bilərdi. Lakin, işə baxmış birinci inqstansiya məhkəməsi bunu nəzərə almayıb. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov sədrlik edən, məruzəçi, V.İbayev və R.Həsənov) apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edib və qeyd etmişdir ki, törədilmiş hüquq pozuntusuna görə cavabdehlər subroqasiya qaydasında mülki məsuliyyət daşıyırlar. Belə ki, hazırki iş üzrə iddiaçının tələb etmə hüququ delikt nəticəsində yara nıb. Müqavilə tələbləri üzrə iddia müddəti 3 il, ümumi iddia müddəti 10 ildir. Hazırki iş üzrə iddia müddəti 3 il təşkil edə bilməz. Hazırkı iş üzrə tələb etmə hüququ mülki hüquq pozuntusu əsasında vurulmuş ziyanla əlaqədar olduğundan hazırkı tələbə ümumi iddia müddəti 10 il tətbiq olunur. Cavabdeh2 mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır, çünki X6 nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnaməsi olmayıb. X nəqliyyat vasitəsindən istifadə etməsinin qanuni əsası olmadığından onun hüquqazidd davranışı nəticəsində vurulmuş zərərə görə məsuliyyət yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə sahiblik edən şəxsə, yəni Cavabdeh2 aiddir. Digər cavabdeh X münasibətdə isə o, X6 arvadı olmaqla, onun hüquqi varisidir. O, X6 mülkiyyətində olmuş və Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanda yerləşən 25 və 21 saylı mənzilləri vərəsə olaraq qəbul edib və sonradan həmin mənzilləri övladları X və X adlarına keçirib. Bundan başqa, cavabdehlər zərərin düzgün hesablanmadığını göstərsələr də, zərərin məbləğinin səhv hesablanmasına dair ekspert rəyini şübhə altına ala biləcək sübutları məhkəməyə təqdim etməyiblər. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 373.1, 373.2, 925, 936, 1096.1, 1097.1, 1108.1, 1114-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Cavabdeh X kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rəd d edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib və kassasiya şikayətini belə əsaslandırıb ki, hazırki iş üzrə tələb etmə hüququ mülki hüquq pozuntusu əsasında vurulmuş ziyanla əlaqədar olmadığından hazırki tələbə 3 illik iddia müddəti tətbiq edilməlidir. Lakin, cavabdehlərdən hansının öhdəliyinin mülki hüquq pozuntusundan, hansının isə müqavilədən irəli gəlməsi araşdırılmayıb. Belə ki, cavabdehlərdən Cavabdeh2 yol nəqliyyat hadisəsi törədərək qarşı tərəfin avtomobilinə zərər vurduğu üçün onun öhdəliyi deliktdən irəli gəlib və ona münasibətdə iddia müddəti 10 il hesablanmalıdır. X törətmiş olduğu delikt nəticəsində qarşı tərəfin nəqliyyat vasitəsinin mülkiyyətçisinə zərər vurulub və onun qarşısında törətmiş olduğu deliktə görə cavabdehdir, iddiaçı qarşısında deyil. İddiaçıya isə bu hüquq məhz müqavilə əsasında (kasko sığorta müqaviləsi) keçib. Yəni, Cavabdeh2 nə dolayısı ilə, nə də birbaşa olaraq iddiaçıya zərər vurmayıb. İddiaçının Cavabdeh2 pul tələb etməsi hüququ kasko sığorta müqaviləsi əsasında yaranıb. Yəni, yekunda iddiaçının subroqasiya hüququnun yaranmasının kökündə hər bir halda müqavilə vardır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tə ləbi əsasında sığortaçı müəyyən edir; 936-cı maddəsinə əsasən, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə ə sasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nətic əsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun: 63-cü maddəsinə əsasən, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun: 37.1-ci maddəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqress qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi n əticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; 416.1-ci maddəsinə görə, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Mülki prosessual qanunverciliyə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkə mələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi özünə aid hissədə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkə n maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, qətnamənin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh X kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozuduğunu, ona aid hissədə iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, “Hyundai Sonata” ** XS *** dövlət qeydiyyat nişanlı avtomobil 29 aprel 2014-cü il tarixdə Cavabdeh2 Salman oğlunun mülkiyyətində olub. 29 aprel 2014-ci il tarixdə, saat 20:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə Qafqaz küçəsinin kəsişməsində, Cavabdeh2 mülkiyyətində olan “Hyundai Sonata” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü (hazırki iş üzrə tərəf olmayan) X1 tərəfindən idarə edilərkən yol nəqliyyat hadisəsi törədilib və onun idarə etdiyi avtomobil iddiaçı tərəfindən sığortalanıb (hazırki iş üzrə tərəf olmayan) X3 məxsus “Hyundai İX 35” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub və nəticədə “Hyundai İX 35” markalı avtomobil istismara yararsız vəziyyətə düşüb. X2 29 aprel 2014-cü il tarixində “baş beyinə qişalarına mədəcik qansızma” nəticəsində ölüb. Yol-nəqliyyat hadisəsi X idarə etdiyi “Hyundai Sonata” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobil “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzr ə X tərəfindən sığortalanıb. Həmin avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən 19 iyul 2013-cü il tarixdən 19 iyul 2014-cü il tarixindək 19.800 manat sığorta məbləği və sığorta dəyəri olmaqla “avtokasko” qaydaları ilə tam sığortalanıb. Yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai İX 35" markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 11.905 manat müəyyən edilib. Zərər məbləğindən 200 manat azadolma məbləği çıxılmaqla 11705 manat sığorta ödənişi “Hyundai İX 35” markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi və MİB-1379-0/13 saylı sığorta şəhadətnaməsi üzrə sığortalı X ödənilib. İddiaçı 05 avqust 2014-cü il və 25 avqust 2014-cü il tarixlərdə BS-C-14/625 saylı məktubla "xxxx" X müraciət edərək zərərin məbləğinin razılaşdırılması prosesində nümayəndəl ərinin iştirakının təmin olunması xahiş edib. İddiaçı sığorta ödənişini etdikdən sonra 13 oktyabr 2017-ci il və 08 yanvar 2018-ci il tarixli “subroqasiya tələbinə dair” sığorta tələbi ilə bağlı məktublarla "xxxx" DSK Şirkətinə müraciət edərək, sonuncunun bir hadisə üzrə əmlaka vurulmuş zərərlə bağlı öhdəlik həddi olan 5.000 manat məbləğinin iddiaçıya geri ödənilməsini xahiş edib. Göstərilənləri nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 1096.1 -ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Həmin Məcəllənin 1097.1 -ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsi ri və ya zərərçəkənin qəsdi nəticəsindəəmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Həmin Məcəllənin 925-ci maddəsinə görə, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir; Həmin Məcəllənin 936-cı maddəsinə görə, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının isti fadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə görə, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinə görə, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığo rta ödənişini vermiş sığortaçıya reqress qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində törədilmiş mülki hüquq pozuntusuna görə cavabdehlər subroqasiya qaydasında mülki məsuliyyət daşıyırlar. Apellyasiya şikayəti vermiş cavabdeh DSK Şirkəti bildirir ki, hazırki iş üzrə iddiaçının tələb etmə hüququ delikt nəticəsində yaranmayıb, tələb hüququ müqavilədən irəli gəlir. Belə ki, avtomobilin sahibinin mülki məsuliyyətinin icbari sığortası 1 il müddətinə sığortalanıb. Bununla da cav abdeh DSK Şirkəti 1 il ərzində qeyd olunmuş nəqliyyat vasitəsinin istismarı nəticəsində üçüncü şəxslərin əmlakına maksimum 5.000 manat məbləğində dəymiş zərər üzrə sığorta ödənişinin ödənilməsi ilə bağlı öhdəlik götürüb. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Həmin Məcəllənin 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti 10 il təşkil edir. Apellyasiya instansiyası məhkəməsi cavabdeh DSK Şirkətinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, hazırki mülki iş üzrə iddia müddəti 3 il təşkil edə bilməz. Belə ki, 3 illik iddia müddəti müqavilə münasibətlərindən irəli gələn tələblərə şamil olunur. Hazırkı iş üzrə tələb etmə hüququ mülki hüquq pozuntusu əsasında vurulmuş ziyanla əlaqədar olduğundan hazırkı tələbə ümumi id dia müddəti (10 il) tətbiq olunur. Mülki iş materiallarından görünür ki, iddiaçı həmin müddəti ötürmədən məhkəməyə müraciət edib və 10 illik iddia müddətini ötürməyib. Cavabdeh X kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, ona aid hissədə iddianın rədd edilməsi üçün əsasların olduğunu göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh DSK Şirkətinin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2021-ci il tarixli, 2(103)-10182/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar