Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3356/2024 15.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, əmək müqaviləsinə xitam verilməsinin qanuni əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1295/2024 nömrəli, 2 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 15 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icra at qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Azərqaz” İstehsalat Birliyi ilə (bundan sonra “cavabdeh” və ya “Birlik”) İddiaçı (bundan sonra “iddiaçı” və ya “işçi”) arasında bağlanmış xx.xx.2015-ci il tarixli 183 saylı əmək müqaviləsi ilə iddiaçı X4 istismarı idarəsinin Tovuz rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 4-cü dərəcəli Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə işə qəbul olunmuş və onunla əmək müqaviləsi, müddətli olmaqla, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixinədək 1 il müddətinə bağlanmışdır.
2. Əmək müqaviləsinə xitam vеrilməsi haqqında xx.xx.2023-cü il tarixli əmrlə, iddiaçının xx.xx.2015-ci il tarixli 183 nömrəli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatı əsasında AR Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir.
3. İddiaçı 14-2-2-13/3-1K87/2023 nömrəli sənəd ilə xx.xx.2023-cü il tarixdə tanış olmuşdur.
4. Tovuz 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli MŞT/MT024/2023-0781 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışa əsasən, iddiaçı xx.xx.2023-cü il tarixdə mediasiya tətbiqi barədə təklif vermiş və xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdeh iştirak etməmişdir.
5. İddiaçı xx.xx.2010-cu il tarixdə "xxxx" MMC-nin Tovuz rayon idarəsinə nəzarətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2010-cu ildə Birliyin Regionlar üzrə qaz istismar idarəsi Tovuz qaz istismar sahəsinə 4-cü dərəcəli çilingər peşəsinə qəbul edilm iş, xx.xx.2015-ci ildə Cavabdeh İB Şəmkir region qaz istismar idarəsi Tovuz rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 4-cü dərəcəli Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilmişdir.
6. ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin X nömrəli Ərazi Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən verilmiş arayışa əsasən iddiaçı xx.xx.2011-ci il tarixdən ikinci dərəcəli ümumi xəstəlik səbəbi ilə müddətsiz əlildir, vətəndaş Qaz avadanlıqları istismarı və təmiri üzrə çilingər peşəsinə qismən yararlıdır. 7. 06.04.2015-ci il tarixli Tibbi arayışa əsasən, iddiaçı sağlamlıq haqqında obyektiv göstəricilərinə əsasən sağlamdır. 8. xx.xx.2023-cü il tarixli Akta əsasən Şəmkir RQİİ-də işləyən işçilərin əlillik məlumatları araşdırı larkən İddiaçı, X11 və X1 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatlarında əmək zəmanəti bölməsində “əmək qabiliyyətsizdir” qeydi ilə əmək zəmanəti verilməsi aşkarlanmışdır. İddiaçı, X11 və X2 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin c) bəndində əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən asılı olmayan hal kimi işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ətraflı izah verilmiş, İddiaçı, X11 və X5 28 aprel 2023-cu il tarixdə Şəmkir RQİİ-nin inibatı binasına dəvət olunmuş və onlara əmək zəmanətlərinin dəyişdirilərək əmək qabiliyyətli zəmanəti almaları və bunun üçün 1 (bir) tə qvim ayı vaxtın verildiyi bildirilmişdir. Lakin 1 (bir) ay keçməsinə baxmayaraq İddiaçı, X11 və X1 portalda əmək zəmanətləri kimi yenə də “əmək qabiliyyətsiz” qeyd olunduğu aşkarlanmışdır. Bir daha İddiaçı, X11 və X2 əmək zəmanətlərinin “əmək qabiliyyətsizdir” kimi qeydindən “əmək qabiliyyətlidir” qeydinə dəyişdirilməsi və bu dəyişikliyin həyata keçirilməsi üçün onlara 22 iyun 2023-cü il tarixinə kimi vaxt verilməsi, verilən vaxt ərzində həmin işçilər “əmək qabiliyyətsizdir” zəmanətini dəyişdirə bilməzlərsə, onlarla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin c) bəndinə əsasən (qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə) xita m veriləcəyinə dair son dəfə olmaqla xəbərdarlıq edilmişdir. Aktın doğruluğunu X4 İstismar İdarəsinin idarə rəisi X3, İnsan Resuslarının şöbəsinin şöbə rəisi vəzifəsində çalışan X12, Hüquq şöbəsində hüquq məsləhətçisi vəzifəsində çalışan X6, Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin baş mühəndisin əməyin mühafizəsi üzrə müavini-şöbə rəisi X7, Tovuz rayonu üzrə Təbil qazın qəbulu və satışı xidmətində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsində çalışan İddiaçı və X11, Şəmkir rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsində çalışan X5 öz imzaları ilə təsdiq etmişdir. 9. “TSEK tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” xx.xx.2023-cü il çap t arixli barədə çıxarış ilə, xx.xx.2011-ci il tarixli qiymətləndirmə əsasında iddiaçının üçüncü dərəcəli əlil olması və əmək zəmanəti “əmək qabiliyyətsizdir” kimi qeyd edilmişdir. 10. “TSEK tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” barədə xx.xx.2023-cü il çap tarixli çıxarışa əsasən xx.xx.2023-cü il tarixli qiymətləndirilmə əsasında İddiaçı ikinci dərəcəli əlil olması və əmək zəmanəti “yüngül işlərdə işləyə bilər” kimi qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, X4 İstismarı İdarəsinin 10 iyul 2023-cü il tarixli əmrinin ləğv edilməsi və onun əvvəlki vəzifəsinə bərpa olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırı lmışdır ki, İİ qrup əlil olan iddiaçı, onunla Birlik arasında xx.xx.2015-ci il tarixdə bağlanmış “Əmək müqaviləsinə” əsasən Xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsində işləmişdir. Əmək funksiyalarını qanunla müəyyən olunmuş qaydada və vicdanla yerinə yetirmişdir. Buna baxmayaraq iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xx.xx.2023-cü il tarixli əmrlə xitam verilmişdir. Əmrdə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə istinadən müqaviləyə xitam verilməsinin əsası kimi qeyd olunmuşdur ki, iddiaçı əmək qabiliyyətini fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilmir. Əmr əsassızdır. Çünki iddiaçının əlil olması əmək funksiyalarının yerinə yetirməsinə mane olmamış, o, əmək funksiyaları nı tam və lazımi qaydada təkbaşına, yəni digər işçilərin köməyindən istifadə etmədən yerinə yetirmişdir.
13. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 12 və 74-cü maddələrinə istinad etmişdir.
14. Cavabdehin nümayəndəsi iddiya yazılı etiraz vermiş və məhkəmə baxışında onu müdafiə etmişdir. Etirazın dəlilləri belə olmuşdur: - X19 İstismar İdarəsinin X nömrəli xx.xx.2015-ci il tarixli əmri ilə iddiaçı Tovuz rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilmiş və xx.xx.2023-cü il tarixə qədər əmək fəaliyyətini davam etdirmişdir. İşə qəbul olunarkən, eləcə də işlədiyi müddətdə idarəyə təqdim etdiyi tibbi müayinələrinə dair sənədləşmələrdə iddiaçının işlədiyi peşəyə yararlı olduğu göstərilmiş və işinə davam etmişdir; - son 3-5 ay müddətində əldə edilməsi mümkün olmuş, daxil edilmiş portal məlumatlarına rəhbərlik tərəfindən elektron sistem üzrə baxış keçirilmiş və Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatlarına əsasən digər qeydlərlə yanaşı, iddiaçının əmək zəmanəti kimi əmək qabiliyyətsiz olduğu müəyyən edilmişdir. Bununla əlaqədar iddiaçıya dəfələrlə xəbərdarlıq edilərək yenidən müayinədən keçməsi və portal məlumatlarının yenilənməsi istiqamətində tədbirlər görməsi bildirilmişdir. Lakin bu istiqamətdə heç bir iş aparılmadığından portal məlumatları yenilənmədiyindən, iddiaçı sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Şəmkir RQİİ-yə dəvət olunaraq, iddiaçıya rəhbərlik qaydasında rəsmi xəbərdarlıq edilməklə sonrakı məsuliyyəti izah edilmiş və xx.xx.2023-cü il tarixə qədər va xt verilməklə akt tərtib edilərək müvafiq qaydada sənədləşmə aparılmışdır. İddiaçı tərəfindən bu sənədləşməyə də əməl edilmədiyindən, heç bir tədbir görülmədiyindən əmək qabiliyyətsiz işçinin hər hansı işə cəlb edilməsinin mümkünsüzlüyü, eləcə də işəgötürən tərəfindən işçiyə hesablanan əmək haqqının iş günü ərzində işçinin əmək funksiyasına uyğun gördüyü işlərin məcmusu olması onun işdən azad edilməsini şərtləndirmişdir; - beləliklə, iddiaçı tərəfindən problemin aradan qaldırılmasına nə rəsmi, nə də praktiki heç bir tədbir görülmədiyindən xx.xx.2023-cü il tarixdə Şəmkir RQİİ-nin 14- 2-213/3-1K87/2023 nömrəli əmri ilə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyas ını yerinə yetirə bilməməsi səbəbindən iddiaçının əmək müqaviləsinə xitam verilmişdir; - qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən iddiaçı “Travmadan sonra sol said əzələlərinin atrofiyası, mil-bilək oynaqlarının kontrakturası, əl barmaqlarının inkişafdan qalması və kontrakturası, sol yuxarı ətraf funksiyasının tam itməsi, keçirilmiş KBT-dan sonra serebral araxnoidit, hipertenzion sindrom, daimi baş ağrıları” ilə əlaqədar əlillik səbəbilə əmək qabiliyyətsiz hesab edilərək, ona müddətsiz ikinci dərəcəli əlillik təyin olunduğu müəyyən edilmişdir; - məhkəməyə təqdim edilmiş və iddia ərizəsinə əlavə edilmiş sənədləşmələrlə belə müəyyən edilmişdir ki, iddiaçının işdən azad edilməsindən təxminən 10 gün sonra sistemə daxil edilmiş yeni müayinə məlumatları ilə əmək zəmanəti “əmək qabiliyyətsiz” kimi deyil, “yüngül işlərdə işləyə bilər” kimi qeyd olunmuşdur. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının qeyd olunan sonuncu müayinə məlumatlarına əsasən xəstəlik diaqnozunda heç bir yüngülləşmələr eləcə də xəstənin səhhətində heç bir sağalmalar baş vermədiyi halda əmək zəmanəti dəyişdirilərək xeyli yüngülləşdirilmişdir; - səhhətində yaranmış mövcud problemlərin qalması fonunda iddiaçının nə rəsmi işə bərpası, nə də praktiki iş icrası yenidən mümkün deyildir. Belə ki, iddiaçının xx.xx.2015-ci il tarixdə Şəmkir RQİİ ilə bağladığı 183 saylı əmək müqaviləsinə əsasən çoxşaxəli əmək funksiyası həm fiziki güc, həm ciddi zehni, həm də çevik praktiki öhdəlikləri ehtiva etdiyindən iddiaçının yenidən işə bərpası və iş icrası mümkünsüzdür, mümkün sayılmamalıdır; - digər tərəfdən 2023-cü ilin əvvəlinə qədər iddiaçı öz əmək funksiyasını təkbaşına yerinə yetirə bilməsə də, əmək funksiyasının icrasına digər işçilər kömək etmiş, onun yaşı, maddi vəziyyəti nəzərə alınaraq ona güzəşt edilmişdir, lakin işçinin səhhətində hər hansı problemin olması, əlilliyi və əmək qabiliyyətsizliyi barədə rəsmi qaydada məlumatın əldə edildiyi bir vəziyyətdə onunla əmək müansibətlərinə davam etdirilməsi mümkün deyil; - iddiaçının məhkəməyə müraciət müddətini də buraxmışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə Şəmkir RQİİ-nin 14-22-13/3-1K87/2023 nömrəli əmri ilə işdən azad olunmuş iddiaçı həmin tarixdə də əmrlə ta nış olaraq müvafiq qaydada imza qeydi etmişdir. Həmçinin iddiaçı işdən azad olunma ilə bağlı bütün sənədləşmələrə imza qeydi apararaq əmək kitabçasının surətini də təhvil almışdır. Lakin sonradan bu və ya digər formada işə bərpa barədə mübahisəsi yaransa da qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülməklə məhkəməyə müraciət etmişdir. Belə olan halda iddiaçının mübahisə predmetinin araşdırılmasından əvvəl iddia tələbinin qaldırılması mümkünlüyü araşdırılmalı və hüquqi qiymət verilməli, sonra mahiyyəti üzrə məhkəmə araşdırması aparılmalıdır.
15. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4 noyabr 2023-cü il tarixli, 2(011)7247/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Birliyin xx.xx.2023-cü il tarixli, 14-2-2-13/3-1K-87/2023 saylı əmri ləğv olunmuş, iddiaçının X4 istismarı i darəsinin Tovuz rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 4-cü dərəcəli Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə bərpa olunması və ona xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. (hakim Şəhriyar Əliyev)
16. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdə əmək müqaviləsi bağlanmaqla iddiaçı X19 istismarı idarəsinin Tovuz rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 4-cü dərəcəli Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə tərəflər arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bən dinə (qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə) müvafiq olaraq xitam verilmiş, işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməzdən əvvəl cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaçının “əmək qabiliyyətsiz” olması səbəbindən akt tərtib edərək ondan əmək zəmanətlərinin “əmək qabiliyyətsizdir” kimi qeydindən “əmək qabiliyyətlidir” qeydinə dəyişdirilməsi və bu dəyişikliyin həyata keçirilməsi üçün ona 22 iyun 2023-cü il tarixinə kimi vaxt verərək, əmək qabiliyyətsiz statusunun davam edəcəyi təqdirdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə müvafiq olaraq xitam veriləcəyini bildirmişdi. İşəgö türən işçi ilə əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verdikdən sonra işçi xx.xx.2023-cü il tarixdə işəgötürən ilə aralarında yaranmış fərdi əmək mübahisəsini həll etmək məqsədilə mediasiyaya müraciət etmiş, işəgötürən ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün xx.xx.2023-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsinə dair” arayışı tərtib olunmuş, işçi məhkəmədə iddia qaldırmaq məqsədilə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri poçt vasitəsilə göndərməklə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2011-ci il tarixdən ikinci dərəcəli, xx.xx.2023-cü il tarixdən isə üçüncü dərəcəli əlildir, əlillik dərəcəsinə görə “yüngül işlərdə işləyə bilər”. Bununla belə iddiaçının əmək fəaliyyəti dövründə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını yerinə yetirməməsi halları, həmçinin əmək müqaviləsinə xitam verilməsinə əsas olan hallar da müəyyən edilməmişdir.
17. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən qeyd etmişdir ki, iddiaçı ikinci dərəcəli əlil olaraq eyni müəssisədə 2015-ci il tarixdən çalışmış və əmək funksiyasını lazımınca yerinə yetirmişdir ki, bu da onun eyni işdə və müəssisədə daha aşağı kateqoriyalı əlillik dərəcəsi ilə qanunla məhdudlaşdırılmayan hallar üzrə əmək fəaliyyəti ilə məşğul olmasının mümkünsüzlüyünü istisna edir. Başqa sözlə, işçinin işdən çıxarılmanın əsası kimi Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə istinad edilmişdir. Halbuki maddənin məzmunundan göründüyü kimi qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin f asiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilə bilər.
18. Lakin hazırkı işin halları üzrə iddiaçının əmək qabiliyyətini altı aydan çox müddətinə tam itirməsi halı müəyyən edilməmiş, əksinə, onun yüngül işlərdə çalışa bilməsi müəyyən edilmiş, iddiaçı işdən çıxarıldığı günə kimi əmək fəaliyyəti ilə məşğul olmuş, gördüyü işə görə aylıq əmək haqqı almış, çalışdığı müddətdə ona qarşı hər hansı intizam tədbirinin tətbiq edilməsi halı müəyyən edilməmiş, cavabdeh tərəfindən də belə sübutlar təqdim edilməmişdir. Həmçinin işəgötürən tərəfindən tərtib olunmuş aktda “əmək zəmanətlərinin əmək qabiliyyətsizdir kimi qeydindən əmək qabiliyyətlidir qeydi nə dəyişdirilməsi və bu dəyişikliyin həyata keçirilməsi üçün işçiyə xx.xx.2023-cü il tarixə qədər vaxt verilməsi” nəzərdə tutulmuşdur ki, bu da işəgötürənin işçi ilə əmək münasibətlərinin “əmək qabiliyyətliliyi” şərtinə görə davam etdirilə bilməsini mümkünlüyünü nəzərdə tutur. Belə olan halda, iddiaçının təkrar müayinədən keçərkən 3-cü dərəcəli əllilik müəyyən edilməklə və “əmək qabiliyyətsiz” statusu “yüngül işlərdə işləyə bilər” statusu ilə əvəzlənməsinə baxmayaraq, cavabdehin birtərəfli qaydada əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə müvafiq olaraq xitam verməsi əsassız və qanunsuz olmuşdur ki, bu da iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilərək işə bərpa edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməsinə hüquq i əsas yaratmışdır.
19. Birinci instansiya məhkəməsi cavabdehin “işçinin işlədiyi müddət ərzində əmək funksiyasını başqa işçilərin köməyi ilə yerinə yetirməsinə” dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh bu hallara dair, həmçinin işçinin öz əmək funksiyalarını tam və ya lazımi qaydada yerinə yetirməməsi ilə bağlı hər hansı intizam tədbirinin tətbiq olunması hallarına dair hər hansı sübut təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən olunmamışdır.
20. Birinci instansiya məhkəməsi cavabdehin iddia müddətinin ötməsi barədə dəlilini əsassız sayaraq göstərmişdir ki, işəgötürən işçi ilə əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam vermiş, bundan sonra iddiaçı xx.xx.2023-cü il tarixdə işəgötürən ilə aralarında yaranmış fərdi əmək mübahisəsini həll etmək məqsədilə m ediasiyaya müraciət etmiş, xx.xx.2023-cü il tarixdə mediasiya arayışı tərtib olunmuş, xx.xx.2023-cü il tarixdə isə poçt vasitəsilə məhkəməyə müraciət etmişdir ki, bu da iddia ərizəsinin verilməsi üçün qanunla müəyyən olunmuş müddətə riayət olunmasını göstərir.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 2, 74, 76, 196, 300-cü maddələrinin müvafiq hissə və bəndləri, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
23. Əsasları iddia tələbinə qarşı verilmiş etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış rayon məhkəməsi iş üzrə sübutl arı düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi işin spesifikasını, cavabdehin iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlillərini, apellyasiya baxışı zamanı iş üzrə məhkəmətibb ekspertizasının təyin edilməsi barədə vəsatətin nəzərə alaraq, xx.xx.2024-cü il tarixli qərardadla məhkəmə-tibbi ekspertizası təyin etmiş, ekspertizanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mütəxəssisləri cəlb edilməklə “Məhkəmə Tibbi Ekspertiza və X8” X20 tapşırmışdır. 25. “Məhkəmə Tibbi Ekspertiza və X8” X16 məhkəmə tibbi eksperti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Reabilitasiya Agentliyinin tibbi-sosial eks perti tərəfindən birgə verilmiş xx.xx.2024-cü il tarixli, T284/2024 saylı rəyə əsasən, iddiaçının sağlamlıq vəziyyəti onunla bağlanmış “Əmək müqaviləsinin” 3.1-ci bəndində (“Əmək müqaviləsinə” edilmiş 09 saylı dəyişiklik nəzərə alınmaqla) nəzərdə tutulmuş əmək funksiyalarının icrasına imkan verir.
26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1295/2024 nömrəli iş üzrə 2 iyul 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talişinski, Azad İmanov)
27. Apellyasiya instansiya məhkəməsi göstərmişdir ki, işin mübahisəsiz halına görə xx.xx.2011- ci il tarixdə İİ dərəcəli ümumi xəstəlik səbəbi ilə müddətsiz əlillik statusu almış i ddiaçı ilə cavabdeh Birlik arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Əmək müqaviləsinə” əsasən iddiaçı Tovuz Rayonu Təbii qazın qəbulu və satışı Xidmətində 4-cü dərəcəli Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə işə qəbul olunmuşdur. Bundan sonra iddiaçı bir neçə dəfə Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən müayinə olunmuş və keçirilmiş müayinələr nəticəsində Komissiya tərəfindən təsdiq edilmişdir ki, İİ dərəcəli ümumi xəstəlik səbəbi ilə müddətsiz əlildir. “Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” barədə xx.xx.2023-cü il çıxarışa əsasən xx.xx.2011-ci il tarixli qiymətləndirmə əsasında Komissiyanın nəticəsi – “iddiaçı əmək qabiliyyətsizdir” olsa da, “Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən keçiril miş müayinə barədə məlumatın verilməsi” barədə xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli qiymətləndirilmə əsasında Komissiyanın nəticəsi – “iddiaçı yüngül işlərdə işləyə bilər” kimi olmuşdur. Buna baxmayaraq işəgötürən tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əmrə əsasən iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatı əsasında Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən xitam verilmişdir.
28. İşin tərəflər arasında mübahisə doğuran və doğurmayan hallarını nəzərə alan apelyasiya instansiyası məhkəməsi bildirmişdir ki, Əmək Məcəlləsinin 74-cü maddəsinin 1- cü hissəsinin “c” bəndinin tələbinə görə, qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətin in fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir. Lakin işin halları ilə müəyyən edilir ki, işəgötürən tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli əmrdə göstərilən əsas təsdiqlənmir. Belə ki, iddiaçının sağlamlıq vəziyyəti işə götürülən, işləyən və işdən azad olunan zaman (mübahisə doğuran amillərə nisbətdə) təxminən eyni olmuş, onun səhhətində ağırlaşmaya doğru dəyişmə olmamış, iddiaçı işdən azad olunma ərəfəsində Tibbi-Sosial Ekspertiza Komissiyasının onun müayinəsi ilə bağlı nəticəsi (xx.xx.2023-cü il tarixli qiymətləndirilmə əsasında) ondan ibarət olmuşdur ki, iddiaçı İİ dərəcəli əlildir və o, “yüngül işlərdə işləyə bilər. 2
9. Apellyasiya instansiyası məhkəməsi ekspertiza rəyinə istinad edərək göstərmişdir ki, həmin rəyə əsasən də iddiaçı onun üzərinə qoyulmuş əmək funksiyalarını yerinə yetirə bilir. Başqa sözlə, Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-cü hissəsinin “c” bəndinin dispozisiyasında nəzərdə tutulmuş hal mövcud deyil; işə götürən iddiaçı ilə onun arasında bağlanmış “Əmək müqaviləsinə” həmin normaya istinadən xitam verməkdə haqlı olmamışdır.
30. Apellyasiya instansiyası məhkəməsi mübahisəyə iddia müddətinin tətbiq edilməli olması barədə cavabdehin dəlilini əsassız hesab etmiş və bildirmişdir ki, iddiaçı, onunla bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi barədə əmrdən, əmrin qəbul edildiyi xx.xx.2023-cü il tarixdən xəbərdar olmuşdur. İddiaçı cavabdehlə aralarında yaranmış fərdi əmək mübahisəsini həl l etmək məqsədilə xx.xx.2023-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş, xx.xx.2023-cü il tarixdə mediasiya təşkilatı tərəfindən “İlkin mediasiya sessiyasında iştirak edilməsi barədə” arayış tərtib olunmuş və iddiaçıya təqdim olunmuşdur.
31. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulamışdır ki, işə baxmış birinci instansiya məhkəməsi bunu nəzərə almasa da, iddia ərizəsinə əlavə edilmiş qərardada – Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)2952/2023 nömrəli qərardadına əsasən hazırki iş üzrə iddiaçı eyni iddia ərizəsi (iş v. 6) ilə əvvəlcə Şəmkir Rayon Məhkəməsinə müraciət etmiş, lakin Şəmkir Rayon Məhkəməsi iddiaya ərazi aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən baxılmalı olması əsası ilə iddia ərizəsinin qaytarılmasını qərara almışdır (iş v. 11-12). Poçt zərfindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı, iddiaçının iddia ərizəsi və iddiaya əlavə edilmiş sənədlər poçt xidməti tərəfindən iddiaçının yaşadığı ünvana xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir (iş v. 15). İddiaçının cavabdeh Birliyə qarşı irəli sürdüyü “işə bərpa tələbi barədə” iddia ərizəsi hazırkı işə baxmış Xətai Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Buna görə də “iddia tələbinə iddia müddətini tətbiqi barədə” cavabdehin ərizəsinin təmin edilməsi üçün əsas yoxdur; Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün yenidən apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi iş üzrə qərar qəbul edərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, nəticədə apellyasiya şikayətinin təmin edilməməsi barədə səhv qətnamə qəbul etmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi işçinin əmək funksiyasının icrasında yol verdiyi nöqsanlarla bağlı deyil, tərəflərin iradəsindən asılı olmayan səbəblərdən olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 2 hissə
3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 74 hissə 1 “c” bəndi. Qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilə bilər. Maddə 76 hissə
2. Əmək müqaviləsinə eyni zamanda iki və da ha artıq əsasla, həmçinin qanunvericiliklə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə 196.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 196.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 300 bənd
1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən v ə dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
37. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat q aydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
40. İddia tələbi işə bərpa barədədir. İddiaçı Əmək Məcəlləsinin 74-ci maddəsinin “c” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab etmişdir. Həmin normaya görə qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilə bilər.Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır.
41. İddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyinin pozulmasının müəyyən edilməsindən asılıdır.
42. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallarından da görünür ki, işəgötürən tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli əmrdə göstərilən əsas təsdiqlənmir. Belə ki, iddiaçının sağlamlıq vəziyyəti işə götürülən, işləyən və işdən azad olunan zaman təxminən eyni olmuş, onun səhhətində ağırlaşmaya doğru dəyişmə olmamış, iddiaçının işdən azad olunma ərəfəsində Tibbi-Sosial Ekspertiza Komissiyasının onun müayinəsi ilə bağlı nəticəsi (xx.xx.2023-cü il tarixli qiymətləndirilmə əsasında) belə olmuşdur ki, iddiaçı İİ dərəcəli əlildir və o, “yüngül işlərdə işləyə bilər. Üstəlik, ekspertiza rəyinə əsasən də iddiaçı onun üzərinə qoyulmuş əmək funksiyalarını yerinə yetirə bilir.
43. Beləliklə, müəyyən edilmişdir ki, Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-cü hissəsinin “c” bəndinin dispozisiyasında nəzərdə tutulmuş hal mövcud deyil; işə götürən iddiaçı ilə onun arasında bağlanmış “Əmək müqaviləsinə” həmin normaya istinadən xitam verməkdə haqlı olmamışdır.
44. Bununla da tətbiq edilən maddi hüquq normaları işin müəyyən e dilmiş hallarına uyğun olmaqla, gəlinən nəticə qanuni və əsaslı olmuşdur.
45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini yuxarıda şərh edilənlər baxımından əsassız sayır.
46. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1295/2024 nömrəli, 02 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.