Məhkəmə qərarları › İş №2(102)-3358/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3358/2020

21.07.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3358/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və X1 ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı1 və vəkili Məmmədov Nail Fazil oğlunun iştirakları ilə, İddiaçı1 cavabdeh Sumqayıt şəhər Təhsil Şöbəsi 6 nömrəli tam orta məktəbin direktoru X2 qarşı əmək müqaviləsinin müddətsiz hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-624/2020 saylı, 11 fevral 2020-ci il tarixli qətnaməsindən İddiaçı1 və vəkili Məmmədov Na il Fazil oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7098/2019 saylı, 25 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hаkim E.A.Abdullayev) İddiaçı1 cavabdeh Sumqayıt şəhər Təhsil Şöbəsi 6 nömrəli tam orta məktəbin direktoru X2 qarşı əmək müqaviləsinin müddətsiz hesab edilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-624/2020 saylı, 11 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ə.Məmmədov (sədrlik edən və məruzəçi), L.M.Məmmədova, S.A.Qafari) cavabdeh İddiaçı1 apelyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7098/2019 saylı 25 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı1 Sumqayıt şəhər Təhsil Şöbəsi 6 nömrəli tam orta məktəbin direktoru İradə Məmmədovaya qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında 01.06.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddətsiz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 2-ci qrup əlil olaraq 01.06.2015ci il tarixdən müddətsiz əmək müqaviləsi bağlayaraq 6 nömrəli orta məktəbə texniki işçifəhlə vəzifəsinə işə qəbul olunmuşdur. İşlədiyi bu 4 il ərzində əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmişdir. Əmək intizamına və müəssisədaxili intizam qaydalarına daim əməl edərək əmək qanunvericiliyinin tələblərini heç vaxt pozmamışdır. Daimi işçi kimi vakant boş fəhlə şt atına qəbul edilmişdir. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını yerinə yetirmişdir. Məktəb direktorunun göstərişi ilə əmək funksiyalarına daxil olmayan işləri də yerinə yetirməkdən imtina etməmişdir. Məktəbin direktoru son iki ildə ona təzyiq göstərərək öz xahişi ilə işdən azad olunmağını tələb edirdi. Ona qarşı təhqiramiz və alçaldıcı sözlər işlədərək təzyiqləri artırırdı. Buna səbəb əlil olduğu üçün əmək məzuniyyətinin ən azı 42 gün müəyyən edilməsini və iş vaxtının müddətinin həftə ərzində 36 saatdan artıq olmamasını tələb etməyi olub. Bu da onu göstərir ki, direktor tərəfindən daim təzyiqlərə məruz qalmış və konstitusion hüquqları pozulmuşdur. Bütün bunlar onun öz xahişi ilə işdən azad olunması üçün idi. Aprel ayının axırlarında məktəbin laborantı ona bir sənədə imza et dirmişdir. Latın əlifbasını bilmədiyi üçün sənədi oxumamış imzalamışdır. May ayının sonunda direktor bildirmişdir ki, o, iyun ayından işə çıxmasın, onu işdən azad edir. İyun ayının 3- də ona işdən çıxma barədə əmrin surəti və əmək kitabçası təsərrüfat müdiri tərəfindən verilmişdir. Hansı ki, bu əmək kitabçası və onda olan imza iddiaçıya məxsus deyildi. Əmrdə qeyd olunmuşdur ki, iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilib. 2015-ci ilə onunla bağlanmış müqavilə müddətsiz olmuş və bu müqavilənin nə vaxt müddətli müqaviləyə dəyişdirilməsindən onun razılığı və xəbəri olmamışdır. Ona sonradan məlum olmuşdur ki, 01.04.2019-cu ildə əmək müqaviləsinə dəyişiklik edilib, müddətsiz müqavilə müddətli müqaviləyə dəyişdirilib. Halbuki, 01.04.2019-cu il tarixdə iddiaçı növbəti əmək məzu niyyətində olmuşdur. İşdə olmadığı halda müdiriyyət tərəfindən əmək müqaviləsinə dəyişiklik edilməsi, edilmiş saxtakarlıqları bir daha sübut edir və həmin dəyişikliyin heç bir hüquqi əsası yoxdur. Dəyişdirilmiş əmək müqaviləsində də müddət göstərilməmişdir. Direktor tərəfindən saxtalaşdırılan bu əmrdə də onun hansı müddətə bağlanması qeyd olunmamışdır. O, məhkəməyə müraciət etmək üçün işə qəbul olunma əmrinin, işə qəbul zamanı yazdığı ərizənin və ilk yazılı əmək müqaviləsinin surətini direktordan tələb etmiş, lakin bu sənədlər iddiaçıya təqdim olunmamışdır. Çünki ilkin əmr, müqavilə, ərizə və əmək kitabçası da müdriyyət tərəfindən dəyişdirilərək saxtalaşdırılmışdır. Əmək kitabçasında olan imza da ona məxsus deyil. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya ins tansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı1 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı1 və vəkili Məmmədov Nail Fazil oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və ə sassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı1 və vəkili Məmmədov Nail Fazil oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdeh Sumqayıt şəhər Təhsil Şöbəsi 6 nömrəli tam orta məktəbin nümayəndəsi üzrlü səbəb olmadan iştirak etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı1 və vəkili Məmmədov Nail Fazil oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı1 kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyas ı məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin fa ktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarından məlum olur ki, iddiaçı 01.06.2015-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək onun 6 nömrəli tam orta məktəbə fəhlə kimi işə götürülməsini xahiş etmişdir. İşdə olan cavabdehin 01.06.2015-ci il tarixli əmrində iddiaçının 6 nömrəli tam orta məktəbə fəhlə qəbul edilməsi və onunla əmək müqaviləsi bağlanması əmr edilmişdir. İş materiallarında olan tərəflər arasında bağlanmış 01.06.2015-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı 6 nömrəli tam orta məktəbə fəhlə kimi işə qəbul edilmişdir. Həmin müqavilədə onun müddətli (01.06.2015-ci ildən 01.06.2016-cı ilədək) bağlandığı qeyd edilmişdir. İşdə olan əmək müqaviləsinin bağlanması barəd ə 02.07.2015-ci ildə elektron sistemə daxil edilmiş elektron əmək müqaviləsi bildirişindən görünür ki, tərəflər arasında bağlanmış 01.06.2015-ci il tarixli əmək müqaviləsi müddətli bağlanmış və müqavilənin müddətinin bitmə tarixi 01.06.2016-cı ildir. Cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, cavabdehin 01.06.2016-cı il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti 01.06.2017-ci ilə kimi, cavabdehin 01.06.2017-ci il tarixli əmri ilə müqavilənin müddəti 01.06.2018-ci ilə kimi, cavabdehin 01.06.2018-ci il tarixli əmri ilə müqavilənin müddəti 01.06.2019-cu ilə kimi uzadılmışdır. İş materiallarında olan N-0499911 saylı, 01.06.2015-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı ilə 01.06.2015-ci il tarixdən Sumqayıt şəhər 6 N-li tam orta məktə bə fəhlə qəbul edilməsi barədə müddətli əmək müqaviləsi bağlanmış və 03.06.2019cu il tarixdə məktəbin texniki işçisi ilə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Resublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 12 saylı Tibbi Sosial Ekspert Komissiyasının 19.09.2016-cı il tarixli elektron informasiya sistemində olan məlumatın surətindən görünür ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı1 ikinci dərəcə əlildir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddianı təmin etməmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.1, 42.2, 45.2, 45.3, 45.4, 45.5, 68.2, 73.1 və 73.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin birinci, ikinci və beşinci bəndlərinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin b bəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı1 01.06.2015-ci il tarixdə əmək müqaviləsi əsasında Sumqayıt şəhər 6 nömrəli tam orta məktəbə fəhlə vəzifəsinə işə qəbul edilmişdir. Cavabdehin 01.06.2016-cı il tarixli əmri ilə əmək müqaviləsinin müddəti 01.06.2017-ci ilə kimi, 01.06.2017-ci il tarixli əmri ilə 01.06.2018-ci ilə kimi, 01.06.2018-ci il tarixli əmri ilə müqavilənin müddəti 01.06.2019-cu ilə kimi uzadılmışdır. Sumqayıt şəhər 6 nömrəli tam orta məktəbin direktorunun 03.06.2019-cu il tarixli, 87 nömrəli əmrinə əsasən İddiaçı1 əmək müqaviləsinin müddəti bitdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən 03.06.2019-cu il tarixdən xitam verilmişdir. Göründüyü kimi, tərəflər arasında əmə k münasibətləri 4 il davam etmişdir. Qanunvericilikdə isə əmək müqaviləsinin müddətsiz hesab edilməsinin konkret əsasları göstərilmişdir. Belə ki, əmək müqaviləsi onun hansı müddətə bağlanması göstərilmədiyi və müddətli əmək müqaviləsinin 5 ildən artıq müddətə davam etdiyi halda müddətsiz əmək müqaviləsi hesab edilir. Apelyasiya şikayətinin dəlilləri ilə bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı1 apelyasiya şikayətində müddətsiz əmək müqaviləsi bağladığını, müqavilənini və əmək ktabçasının saxtalaşdırıldığını və imzaların ona məxsus olmadığını göstərsə də, həmin halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 27 dekabr 2019-cu il tarixli, 31387 saylı rəyin surətindən müəyyən edilmişdir ki, X3 ilə İddiaçı1 adlarından olan 1 iyun 2015-ci il tarixli əmək müqaviləsinin (kontraktı) 2-ci vərəqəsində “11.2. İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı:” hissəsinin sol küncündə “İmzası:” qrafasında olan imza; İddiaçı1 adına olan 01.06.2015-ci il tarixli əmək kitabçasının 1-ci vərəqəsində “Əmək kitabçasının doldurulduğu tarix” qrafasında olan imza – İddiaçı1 tərəfindən icra olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətsiz hesab edilməsi üçün əsaslar olmadığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən təqdim olunan sənədlərə əhəmiyyət verilmədiyini, tərəflər ar asındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyini, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırılmadığını, işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəy ə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-624/2020 saylı, 11 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar