Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3358/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti cəlb edilməklə) əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələblərinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2814/2023 nömrəli iş üzrə 8 may 2023-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2020- ci il tarixli, 1(101)-393/2020 saylı hökmü ilə İddiaçı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ibtidai araşdırma dövründə tutulduğu 2 gün təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb, cəzaçəkmə müddətinin başlanğıcı 06 noyabr 2020-ci il tarixdən hesablanıb, ibtidai ara şdırma zamanı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalından həbs edilib, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cinayət işi üzrə X2 2007-ci ilin oktyabr ayından 2014-cü ilin oktyabr ayınadək olan müddət ərzində 122.874 manat 20 qəpik məbləğində, yəni külli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayəti törətməsi epizodu üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsi hökm edilmişdir.
2. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2021-ci il tarixli, 1(105)-231/2021 saylı Qərarına əsasən, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 1(101)393/2020 saylı hökmündən dövlət ittihamçısı X9 tərəfindən verilmiş apellyasiya protestinə, təqsirləndirilən şəxs İddiaçı, onun müdafiəçisi X10 və zərərçəkmiş şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılaraq, apellyasiya protestinin təmin edilməməsi, apellyasiya şikayətlərinin təmin edilməməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 1(101)-393/2020 saylı hökmünün dəyişdirilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 1(101)-393/2020 s aylı hökmü ilə İddiaçı təyin olunmuş 02 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının 08 noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarına əsasən 06 ay azaldılması, onun üzərində qəti olaraq, 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2022ci il tarixli, 1(102)-871/2022 saylı Qərarına əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2021-ci il tarixli qərarından dövlət ittihamçısı X4 tərəfindən verilmiş kassasiya protestinin təmin edilməməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
4. Xəzər Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 7(003)-1622/2022 saylı Qərarına əsasən, İddiaçı azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 ay 29 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir.
5. Cavabdeh tərəfindən verilən 16 sentyabr 2021-ci il tarixli, 485/K №-li əmri ilə, Məhkəmə təbabəti kafedrasının dosenti İddiaçı əmək müqavil əsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “ç” bəndinə əsasən (müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə) xx.xx.2021-ci il tarixindən xitam verilmiş, əsas kimi isə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 31/104 №-li məktubu və Azərbaycan Respublikasının adından Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)-393/2020 saylı hökmü olmuşdur.
6. İddiaçı məxsus ******* №-li Əmək kitabçasında göstərilir ki, İddiaçı xx.xx.2018-ci il tarixli, 435/K saylı əmrlə müsabiqədən keçməsi ilə əlaqədar 5 il müddətinə dosent vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixli, 485/K saylı əmrlə Əmək müqaviləsinə ƏM-in 74.1-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, xx.xx.202 1-ci il tarixli, 805/K saylı əmrlə ATU-nun xx.xx.2021-ci il tarixli, 485/K saylı əmrinə dəyişiklik edilərək əmək müqaviləsinə xitam verilməsi tarixi xx.xx.2021-ci il hesab edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə qarşı iddia tələbi ilə sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun işdən çıxarılmağı barədə Cavabdeh xx.xx.2021-ci il tarixli, 485/K №- li və xx.xx.2021-ci il tarixli, 805/K №- li əmrlərinin ləğv edilməsi, onun Cavabdeh məhkəmə təbabəti kafedrasına dossent vəzifəsinə xx.xx.2023-cü il tarixə kimi bərpa olunmağı və xx.xx.2022-ci il tarixdən məcburi iş buraxmağa görə əmək haqqının və 50 manat mediasiya xərcinin cavabdeh təşkilatdan alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı işin hallarına istinad edərək iddia ərizəsini və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni onunla əsaslandırılmışdır ki, iddiaçı 1991-ci ildə Cavabdeh tibbi profilaktika fakultəsinə daxil olmuş, 1997-ci ildə həmin fakultəni fərqlənmə diplomu ilə bitirmişdir. Dövlət komissiyası tərəfindən ona 1997- ci ildə məhkəmə-tibb eksperti ixtisası verilmiş və bir il müddətində 1997-1998-ci illərdə Səhiyyə Nazirliyi Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birl iyində tam internatura kursu keçərək, həmin kursu müvəffəqiyyətlə bitirmişdir. 1998-2000-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin Məhkəmə Tibb Ekspertiza Mərkəzində məhkəmə tibb eksperti vəzifəsində leytenant rütbəsində hərbi xidmətdə olmuşdur. 2000-2003-cü illərdə Cavabdeh aspirantura şöbəsində məhkəmə təbabəti ixtisası üzrə aspiranturanı müvəffəqiyyətlə bitirmiş, dissertasiya müdafiə etdiyinə görə 2004-cü ilin fevralın 20-də Cavabdeh məhkəmə təbabəti kafedrasına assisent vəzifəsinə təyin olunmuşdur. Həmin vaxtdan azadlıqdan məhrum olunana kimi həmin universitetdə müsabiqə yolu ilə davamlı olaraq seçilərək müəllim vəzifəsində çalışmışdır. 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında X1 Dövlət və Bələdiyyə İdarəetməsi ixtisasını bitirmişdir. Y ekun dissertasiya işini müvəffəqiyyətlə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının xx.xx.2008-ci il tarixli qərarı ilə ona tibb elmləri namizədi dərəcəsi verilmişdir. xx.xx.2018- ci il tarixdə Cavabdeh məhkəmə təbabəti kafedrasına elan olunmuş vakant yerə müsabiqədə Universitetin X12 ilə təsdiq olunmuş və həmin qərara uyğun olaraq Cavabdeh xx.xx.2018-ci il tarixli, 435/K saylı əmrinə əsasən, müsabiqədən keçməyi ilə əlaqədar 5 il müddətinə qeyd etdiyi kafedraya dossent vəzifəsinə keçirilmişdir. İşin hallarında qeyd edilən məhkəmə hökm və qərarına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli, 485/K və xx.xx.2021-ci il tarixli, 805/K əmrləri ilə cavabdeh təşkilatla olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1-ci maddə sinin “ç” bəndinə əsasən xitam verilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş hissəsindən azad olunmuşdur. xx.xx.2022-ci ildə Cavabdehnə müraciət edərək işdən azad olunmağı barədə əmrləri və əmək kitabçasını götürmüş və əvvəlki vəzifəsinə təyin olunmağı barədə Cavabdeh rektoruna ərizə ilə müraciət etmiş, lakin Cavabdeh xx.xx.2022-ci il tarixli, xx-xx/1577 saylı rəsmi cavabı ilə ərizəsinin təmin olunmasından imtina edilmişdir.İddiaçə hesab edir ki, cavabdeh təşkilatın ərizəsinə verdiyi imtina cavabı əsassız və qeyri-qanunidir. Çünki, qeyd etdiyi kimi o, Cavabdeh xx.xx.2018-ci il tarixli, 435/K saylı əmrinə əsasən, müsabiqədən keçməyi ilə əlaqədar 5 il müddətində həmin universitetin məhkəmə təbabəti kafedrasına dossent vəzifəsinə təyin olunmuşd ur. 5 il müddəti isə xx.xx.2023-cü ildə bitir. Hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “ç” bəndinə əsasən, iradəsindən və istəyindən asılı olmayan səbəbə görə işdən çıxarıldığına görə xx.xx.2023-cü il tarixə kimi Cavabdeh məhkəmə təbabəti kafedrasına dossent vəzifəsinə bərpa olunmalıdır. Belə ki, hökmlərdə onun əmək fəaliyyəti ilə əlaqədar hər hansı bir məhdudiyyət qoyulmamışdır. Eyni zamanda işə bərpa olunmağı ilə əlaqədar hər hansı bir hüquqi maneə də yoxdur. İşə bərpa ilə əlaqədar Mediasiya Şurası Bakı 6 saylı Mediasiya Təşkilatına ərizə ilə müraciət etmiş, lakin xx.xx.2022-ci il, saat 13:45-14:00-a təyin edilmiş mediasiya sessiyasında cavabdeh tərəfin nümayəndəsi mübahisənin orada həllinə razılıq verməmişdir.
9. Cavabdeh iddia tələbinə qarşı etirazını bildirərək onunla əsaslandırmışdır ki, Cavabdeh məhkəmə təbabəti kafedrasında dosent vəzifəsində işləmiş İddiaçı xx.xx.2020-ci il tarixində azadlıqdan məhrum edilmişdir. Mevliyevin azadlıqdan məhrum edilməsi barədə hökmün qanuni qüvvəyə minməsi barədə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(105)-231/2021 saylı qərarını əsas tutaraq universitet rektorunun xx.xx.2021-ci il tarixli, 805/K əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1-ci “ç” maddəsinə müvafiq olaraq onunla bağlanılmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində xitam verilmişdir. Mevliyevin işə bərpa olunması ilə bağlı müraciətlərinə dəfələrlə bildirilmişdir ki, işə bərpası ancaq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə (xeyli miqdarda ziyan vu rmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) təqsirli bilinərək onun barəsində azadlıqdan məhrum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)-393/2020 saylı hökmü ilə bağlı bəraət verildikdə mümkün ola bilər. Hal-hazıradək bəraətlə bağlı heç bir məhkəmə qərarı yoxdur. Bundan irəli gələrək, Mevliyevi məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi tələbi də əsassızdır. Halhazırkı vəziyyətdə Mevliyev ancaq ümumi qaydada işə qəbul oluna bilər. Cavabdehndə digər ali təhsil müəssisələrində olduğu kimi professor-müəllim heyətinin işə qəbulu Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.1996-cı il tarixli 401 nömrəli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələri ndə professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında Əsasnamə”yə əsasən müsabiqə yolu ilə həyata keçirilir. Mevliyevə dəfələrlə bildirilmişdir ki, Cavabdehndə müvafiq vəzifə üzrə müsabiqə elan olunduqda onunda müsabiqədə iştirak hüququ vardır. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir..
10. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) (hakim Natavan Tağıyeva) 16 yanvar 2023-ci il tarixli 2(006)-505/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.
11. Məhkəmə hesab etmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə onun azadlıqdan məhrum edilməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə m inmiş hökmünün olması əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2020- ci il tarixli hökmü ilə İddiaçı barəsində 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Həmin hökmdə qeyd edilmişdir ki, hökmdən elan olunduğu, İddiaçı isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bildiyi qeyd edilmişdir. İş materiallarına cavabdeh tərəfindən əlavə edilmiş 16 sentyabr 2021-ci il tarixli, 31/104№- li məktubdan göründüyü ki mi hökmün çıxdığı vaxtdan 10 ay keçdikdən sonra Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixli Hökmün surəti xx.xx.2021-ci il tarixdə 31/104№-li məktubla Azərbaycan Respublikası Tibb Universitetinin rektoruna göndərilmişdir. Bundan sonra cavabdeh tərəfindən 16 sentyabr 2021-ci il tarixli, 485/K №-li Əmrlə məhkəmə təbabəti kafedrasının dosenti İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “ç” bəndinə əsasən (müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə) xx.xx.2021-ci il tarixindən xitam verilmişdir. Sonradan İddiaçı və eyni zamanda dövlət ittihamçısı tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin Hökmündən apellyasiya şikayəti və apellyasiya protesti verilmiş, Sumqayı t Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2021-ci il tarixli qərarına əsasən, İddiaçı cəzası 06 ay azaldılmış, qalan 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Həmin qərarda qeyd edilmişdir ki, qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Elə bundan sonra cavabdeh tərəfindən 27 dekabr 2021-ci il tarixli, 805/K №-li Əmrlə xx.xx.2021-ci il tarixli, 485/K saylı əmrə dəyişiklik edilmiş, məhkəmə təbabəti kafedrasının dosenti İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “ç” bəndinə əsasən (müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə) xitam verilməsi tarixi xx.xx.2021-ci il hesab edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən 16 sentyabr 2021-ci il tarixli, 485/K saylı əmr Bakı Ağır Cinayətlər Məhkəməsinin Hökmü əsasında, xx.xx.2021-ci il tarixli, 805/K saylı əmr isə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Qərarı əsasında verilmişdir. İddiaçının bu məsələdə istinad etdiyi dəlillər isə məhkəmə tərəfindən əsassız hesab edilir.
12. Məhkəmə həmçinin qeyd etmişdir ki, “Ali Təhsil müəssisələrində professormüəllim vəzifələrinin tutulması qaydaları haqqında Əsasnamə”yə əsasən, ali təhsil müəssisələrində professor-müəllim heyətinin işə qəbulu müsabiqə yolu ilə həyata keçirilir. Odur ki, İddiaçı Cavabdehndə müvafiq vəzifə üzrə müsabiqə elan olunduqda həmin müsabiqədə iştirak etmək hüququ vardır..
13. Məhkəmə onudan qeyd etmişdir ki, iddia tələbinin “50 (əlli) manat mediasiya xərcinin cavabdeh təşkilatda n alınıb ona ödənilməsi” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, tələbin bu hissəsi məhkəmə xərcləri ilə bağlı olduğundan və iddia təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
14. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 11, 50-ci maddəsinin 6-cı bəndi, 68ci maddənin 1-ci və 2-ci hissələrinə, 74-cü maddəsinin 1-ci və 2-ci hissələrinə, 76-cı maddəsinə, “Ali Təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında Əsasnamə”yə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayətini iddia tələbi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, cavabdehin əmri cəza çəkdiyi müddətdə qanunidir, cəzasını çəkib qurtardıqdan sonra həmin əmr qanunsuzdur və məhkəmə həmin əmri ləğv edib, onu işə bərpa etməli idi. Cavabdeh təşkilatın ona qarşı qərəzli olması həm də əmək fəaliyyətinə hökm qanuni qüvvəyə minməmiş xitam verilməsi barədə əmr imzalaması ilə sübuta yetirilir..
17. Cavabdehin apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, universitet rektorunun xx.xx.2021-ci il tarixli 805/K əmri ilə Əmək Məcəlləsinin 74.1 "ç" maddəsinə müvafiq olaraq Mevliyev ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə səbəb onun azadlıqdan məhrum edilməsi barədə hökmün qüvvəyə minməsi barədə Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(10 - 5)-231/2021 nömrəli qərarı olmuşdur. Bu əmr tam qanuni olaraq Azərbaycan Respublİkası Əmək Məcəlləsinin 74.1."ç" maddəsinə əsasən verilmişdir.İddiaçının Universitetdə işə bərpa olunması ancaq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 maddəsi ilə təqsirli bilinərək onun barəsində azadlıqdan məhrum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixii 1(101)-393/2020 Ns-li hökmü ilə bağlı bəraət verildikdə mümkün ola bilərdi. Mevliyev özü də etiraf etdiyi kimi bəraətlə bağlı heç bir məhkəmə qərarı yoxdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən onun kassasiya protesti təmin edilməmiş və onun CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunduğu barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsini n Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı kasassiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
18. Əlavə olaraq onuda qeyd etmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.1996-cı il tarixli 4с01 N°-li əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq, ali təhsil müəssisələrində professor-müəllim heyətinə aid vəzifələrin tutulması müsabiqə yolu ilə həyata keçirilir. Əgər Mevliyev barədə çıxarılan hökmdə onun gələcəkdə müəllim kimi fəaliyyət göstərməsinə məhdudiyyət qoyulsa idi, onda həmin müsabiqədə iştirak etmək belə hüququnu itirirdi. Lakin belə bir məhdudiyyət qoyulmadığından onun müsabiqədə iştirak edib professormüəllim vəzifəsinə seçilmək hüququ var dır. Bununla bağlı Mevliyevə dəfələrlə Universitet rəhbərliyi tərəfindən bildirilmişdir.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) (hakimlər Elşən Kazimov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Namiq Cəfərov) 2(103)-2814/2023 nömrəli iş üzrə 8 may 2023-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinin tələbinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Bu əsaslardan biri tərəflərin iradəsindən asılı olmayan hallar sayılır. Həmin Məcəllənin 74-cü mad dəsinin 1-ci hissəsinin “ç” bəndində tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri işçinin müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə yarandığı təsbit edilmişdir. Cavabdeh də iddiaçı ilə əmək müqaviləsini yalnız bu əsasla ləğv etmişdir. Düzdür, cavabdeh əvvəlcə məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi tarixdə yanlışlığa yol verərək əmək müqaviləsinə 16 sentyabr 2021-ci il tarixli əmrlə elə həmin tarixdən xitam versə də, sonradan, yəni 27 dekabr 2021-ci il tarixli əmrlə 16 sentyabr 2021-ci il tarixli əmrə dəyişiklik etmiş və xitam verilmə tarixini Sumqayıt Apellyasiya Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qərarının qəbul edildiyi tarixdən hesablanmasını əmr etmişdir. İddiaçı bu faktdan özünəməxsus şəkildə istifadə edərək cavabdeh təşkilatın ona qarşı qərəzli olmasını bəyan edir. Ancaq bu dəlil iddianın əsaslı olduğuna dəlalət etmir. Çünki, iddiaçı həmin tarixlərdə barəsində həbs qətimkan tədbiri seçilməsi və azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi ilə əlaqədar onsuzda azadlıqda olmamış, yəni əmək fəaliyyətini davam etdirməmişdir. Bu cür vəziyyətdə cavabdeh təşkilatın ona qarşı qərəzli olması həm də inandırıcı və ağlabatan hesab edilə bilməz.
21. İddiaçı şikayətində cavabdeh təşkilatın onunla əmək müqaviləsini ləğv etməsinə dair əmrinin cəza çəkdiyi müddətdə qanuni olduğunu, cəzasını çəkib qurtardıqdan sonra həmin əmr qanunsuz olduğundan məhkəmənin həmin əmri ləğv edib, onu işə bərpa etməli olduğunu da göstərir. Əlbətdə, bu dəlil a çıq-aşkar əsassız kimi görünməyə bilər. Lakin bu əsasla əmək müqaviləsinə xitam verilməsi yalnız cəzanın çəkildiyi dövrə aid edilə bilməz. Əgər belə bir hal olsaydı mütləq ki, əmək qanunvericiliyində bu cür yaxud bu münasibətləri tənzimləyən müddəalar nəzərdə tutula bilərdi. Qeyd olunan maddədə tərəflərin iradəsindən asılı olmayan hallara görə əmək müqaviləsinə xitam verilməsinin əsasları nəzərdə tutulub. Demək ki, əmək müqaviləsinə həmin əsaslarla xitam verilməsi tərəflərin, o cümlədən cavabdehin iradəsindən yaxud istəyindən asılı deyildir. Asılı olmadığından qeyd olunan əsaslarla əmək müqaviləsinə xitam verilmiş işçilərin həmin əsaslar aradan qalxdığı halda əmək münasibətlərinin bərpa olunacağını əmək qanunvericiliyi mümkün hesab etsəydi, mütləq ki, həmin yaxud digər maddədə bu cür nor ma təsbit edilərdi. Müqayisə üçün qeyd edək ki, Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “a” bəndində işçinin hərbi və ya alternativ xidmətə çağırıldıqda əmək müqaviləsinə xitam verilməsi əsası nəzərdə tutulub. Eyni zamanda həmin maddənin “ə” bəndində əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə deməli onun yerinə işə götürülmüş işçi ilə əmək müqaviləsinə xitam verilir yaxud ona başqa iş verilə bilər. Göründüyü kimi, cinayət törətmiş şəxsin azadlıqdan məhrumetmə cəzasını çəkib qurtardıqdan sonra onunla əvvəllər bağlanmış əmək müqaviləsinə qeyd olunan əsaslarla xitam verilməsi əsası aradan qalxdığı üçün işəgötürənin əmrini qanunsuz sayan iddiaçı Əmək Məcəlləsinin h əmin normalarını təhrif etməyə çalışır ki, əlbətdə ki, bu da yolverilməzdir.
22. Cavabdeh tərəfin etirazında göstərdiyi hallar da iddianın əsassızlığını təsdiq edir. Belə ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.1996-cı il tarixli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq, ali təhsil müəssisələrində professormüəllim heyətinə aid vəzifələrin tutulması müsabiqə yolu ilə həyata keçirilir. İddiaçının da müsabiqədə iştirak edib professor-müəllim vəzifəsinə seçilmək hüququ vardır. Cavabdeh qurum tərəfindən ona bu barədə məlumat verilmişdir. Lakin iddiaçı nail olmaq istədiyi məqsədə çatmaq üçün düzgün vasitə(yol) seçməmişdir.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respubıllikasının K onstitusiyasının 35-ci maddəsinin İ, İİ, Vİİ hissələrinə, Əmək Məcəlləsinin 11, 50-ci maddəsinin 6-cı bəndinə, 68-ci maddəsinin 1-ci və 2-ci hissələrinə, 74-cü maddəsinin 1-ci və 2-ci hissələrinə, 76cı maddəsinə, 83-cü maddəsinin 1-ci və 2-ci hissələrinə, 300-cü maddəsinin 1-ci hissəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi hüququn tətbiq edilməsind ə səhv buraxmış, yəni maddi hüquq normaları düzgün tətbiq etməmişdir. O səbəbdən gəldiyi nəticə səhvdir. Belə ki, iş materiallarından göründüyü kimi, Cavabdeh tərəfindən verilən 16 sentyabr 2021-ci il tarixli, 485/K №-li əmri ilə, Məhkəmə təbabəti kafedrasının dosenti İddiaçı əmək müqaviləsinə AzərbaycanRespublikası Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “ç” bəndinə əsasən (müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə) xx.xx.2021-ci il tarixindən xitam verilmiş, əsas kimi isə BakıAğır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 31/104№-li məktubu və Azərbaycan Respublikasının adından Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)-393/2020 saylı hökmü olmuşdur. İddiaçı məxsus ******* №-li Əmək kitabças ında göstərilir ki, İddiaçıxx.xx.2018-ci il tarixli, 435/K saylı əmrlə müsabiqədən keçməsi ilə əlaqədar 5 il müddətinə dosent vəzifəsinə keçirilmiş, xx.xx.2021-ciiltarixli, 485/K saylı əmrlə Əmək Müqaviləsinə ƏM-in 74.1-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, xx.xx.2021-ci il tarixli, 805/K saylı əmrlə ATU-nun xx.xx.2021-ci il tarixli, 485/K saylı əmrinə dəyişiklik edilərək əmək müqaviləsinə xitam verilməsi tarixi xx.xx.2021-ciil hesab edilmişdir.
26. Məlumat üçün bildirilir ki, İddiaçı barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-231/2021 saylı Qərarı 06 dekabr 2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Cavabdeh İddiaçı barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli hökmü 06 dekabr 2021-ciil tarixdə qanuni qüvv əsini almasına baxmayaraq qərəzli olaraq əmək müqaviləsinə vaxtından əvvəl Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir. Lakin sonradan Cavabdeh formal olaraq xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixli, 485/K saylı əmrinə dəyişiklik edilərək əmək müqaviləsinə xitam verilməsi tarixi xx.xx.2021-ci il hesab edilmişdir.
27. Göründüyü kimi, xx.xx.2021-ci il tarixdə Cavabdeh İddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyinin tələbləri pozulmaqla qanunsuz xitam verilmişdir. Bu səbəbdən də sonradan həmin əmrə dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli əmr də qanunsuz hesab edilməlidir. Ona görə də İddiaçı Cavabdehnə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi əsaslı hesab olunmalıdır.
28. Onu da əlavə etmək i stəyirəm ki, Azərbaycan Respublikası Elmvə Təhsil Nazirliyinin xx.xx.1996-cıiltarixli 4с01 N°-liəmri ilə təsdiq edilmiş“Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq, ali təhsil müəssisələrində professor müəllim heyətinə aid vəzifələrin tutulması müsabiqə yolu ilə həyata keçirilir. Qeyd olunan tələbə əsasən xx.xx.2018-ci il tarixdə Cavabdeh X12 ilə müsabiqəni müvəffəqiyyətlə keçərək İddiaçı 5 il müddətinə ATU-nin Məhkəmə təbabəti kafedrasının dosenti vəzifəsinə seçilmişdir. Cavabdeh Elmi Şurasının həmin Qərarını əsas tutularaq ATU-nin rektoru müvafiq əmr imzalamışdır.
29. Eyni zamanda İddiaçı israrla xahiş edir ki, aldığı mükəmməl tibb təhsili (fərqlənmə diplomu), həmçinin məhkəmə təbabəti üzrə aspirantura təhsili müvəffə qiyyətlə bitirdiyi, 20 ildən artıq həmin universitetdə elmi və pedoqoji fəliyyətini, həmin universiteti Yeni Azərbaycan partiyasının Nəsimi rayon Təşkilatında Şura üzvü kimi təmsil etdiyi, eləcə də müstəqil Azərbaycan dövlət quruculuğunda və gənclər hərəkatında rolu və ailə vəziyyətini (iki azyaşlı övladı və 9 aylıq hamilə yoldaşı) nəzərə alaraq işə bərpa olunmaqla iddia tələbi təmin olunsun. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. İş üzrə cavabdehin vəkili-nümayəndəsi Vəkil2 kassasiya şikayətinə qarşı yazılı etiraz verərək apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunduğunu, kassasiya şikayətində qeyd edilən dəlillərin mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaş ı iş materialları ilə təsdiq edilmədiyini göstərərək, kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı kassator ape llyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
33. Maddə 35. (İ, İİ, Vİİİ hissələri). Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Əmək Məcəlləsi
34. Maddə 11
1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;
35. Maddə 50
6. Müsabiqə yolu ilə v əzifəni tutmuş işçinin əmək müqaviləsinə xitam verilməsi, habelə onların digər əmək münasibətləri heç bir istisnaya yol verilmədən yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada tənzim edilir.
36. Maddə 68
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: d) tərəflərin iradəsindən asılı olmayan hallar;
37. Maddə 74.
1. Tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir: ç) İşçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum ed ildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə;
2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər.
38. Maddə 76.
1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəz ərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
39. Maddə 83
1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşd irilməlidir.
2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
40. Maddə 300
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəs ini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalar ına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
45. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətl əndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
53. Belə ki, apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, Məhkəmə kollegiyası qeyd etmişdir ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinin tələbinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Bu əsaslardan biri tərəflərin iradəsindən asılı olmayan hallar sayılır. Həmin Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “ç” bəndində tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri... işçinin müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanun i qüvvəyə mindikdə yarandığı təsbit edilmişdir. Cavabdeh də iddiaçı ilə əmək müqaviləsini yalnız bu əsasla ləğv etmişdir. Düzdür, cavabdeh əvvəlcə məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi tarixdə yanlışlığa yol verərək əmək müqaviləsinə 16 sentyabr 2021-ci il tarixli əmrlə elə həmin tarixdən xitam versə də, sonradan, yəni 27 dekabr 2021-ci il tarixli əmrlə 16 sentyabr 2021-ci il tarixli əmrə dəyişiklik etmiş və xitam verilmə tarixini Sumqayıt Apellyasiya Məhkəməsinin 6 dekabr 2021-ci il tarixli qərarının qəbul edildiyi tarixdən hesablanmasını əmr etmişdir. İddiaçı bu faktdan özünəməxsus şəkildə istifadə edərək cavabdeh təşkilatın ona qarşı qərəzli olmasını bəyan edir. Ancaq bu dəlil iddianın əsaslı olduğuna dəlalət etmir. Çünki, iddiaçı həmin tarixlərdə barəsində həbs qətimkan tədbiri se çilməsi və azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi ilə əlaqədar onsuzda azadlıqda olmamış, yəni əmək fəaliyyətini davam etdirməmişdir. Bu cür vəziyyətdə cavabdeh təşkilatın ona qarşı qərəzli olması həm də inandırıcı və ağlabatan hesab edilə bilməz.
54. Apellyasiya instansiyası onu da qeyd etmişdir ki, iddiaçı şikayətində cavabdeh təşkilatın onunla əmək müqaviləsini ləğv etməsinə dair əmrinin cəza çəkdiyi müddətdə qanuni olduğunu, cəzasını çəkib qurtardıqdan sonra həmin əmr qanunsuz olduğundan məhkəmənin həmin əmri ləğv edib, onu işə bərpa etməli olduğunu da göstərir. Əlbətdə, bu dəlil açıq-aşkar əsassız kimi görünməyə bilər. Lakin bu əsasla əmək müqaviləsinə xitam verilməsi yalnız cəzanın çəkildiyi dövrə aid edilə bilməz. Əgər belə bir hal olsaydı mütləq ki, əmək qanunvericiliyində bu cür yaxud bu münasibətləri tənzimləyən müddəalar nəzərdə tutula bilərdi. Qeyd olunan maddədə tərəflərin iradəsindən asılı olmayan hallara görə əmək müqaviləsinə xitam verilməsinin əsasları nəzərdə tutulub. Demək ki, əmək müqaviləsinə həmin əsaslarla xitam verilməsi tərəflərin, o cümlədən cavabdehin iradəsindən yaxud istəyindən asılı deyildir. Asılı olmadığından qeyd olunan əsaslarla əmək müqaviləsinə xitam verilmiş işçilərin həmin əsaslar aradan qalxdığı halda əmək münasibətlərinin bərpa olunacağını əmək qanunvericiliyi mümkün hesab etsəydi, mütləq ki, həmin yaxud digər maddədə bu cür norma təsbit edilərdi. Müqayisə üçün qeyd edək ki, Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “a” bəndində işçinin hərbi və ya alternativ xidmətə çağırıldıqda əmək müqaviləsinə xitam verilməsi əsas ı nəzərdə tutulub. Eyni zamanda həmin maddənin “ə” bəndində əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə deməli onun yerinə işə götürülmüş işçi ilə əmək müqaviləsinə xitam verilir yaxud ona başqa iş verilə bilər. Göründüyü kimi, cinayət törətmiş şəxsin azadlıqdan məhrumetmə cəzasını çəkib qurtardıqdan sonra onunla əvvəllər bağlanmış əmək müqaviləsinə qeyd olunan əsaslarla xitam verilməsi əsası aradan qalxdığı üçün işəgötürənin əmrini qanunsuz sayan iddiaçı Əmək Məcəlləsinin həmin normalarını təhrif etməyə çalışır ki, əlbətdə ki, bu da yolverilməzdir.
55. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfin etirazında göstərdiyi hallar da iddianın əsassızlığını təsdiq edir. Belə ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.1996-cı il tarixli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq, ali təhsil müəssisələrində professor- müəllim heyətinə aid vəzifələrin tutulması müsabiqə yolu ilə həyata keçirilir. İddiaçının da müsabiqədə iştirak edib professor-müəllim vəzifəsinə seçilmək hüququ vardır. Cavabdeh qurum tərəfindən ona bu barədə məlumat verilmişdir. Lakin iddiaçı nail olmaq istədiyi məqsədə çatmaq üçün düzgün vasitə(yol) seçməmişdir.
56. Kassasiya kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçını n kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
58. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8 may 2023-cü il tarixli 2(103)2814/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.