Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3359/2019 17.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı vəkili Sarıyev Əjdər Hakim oğlunun iştirakı ilə, İddiaçı və vəkili Sarıyev Əjdər Hakim oğlunun Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)12843/2018 nömrəli iş üzrə 06 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin (hakim N.Ə.Misirzadə) 2(011)-6140/2018 nömrəli, 21 sentyabr 2018-cı il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək 23000 manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat məbləğində dövlət rüsumunun Fotouhi X1 alınaraq İddiaçı ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər V.Ə.Baxışova (sədrlik edən və məruzəçi), A.Ə.Hüseyn və N.Ş.Cəfərov) 2(103)-12843/2018 nömrəli, 06 dekabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh Fotouhi X2 apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-6140/2018 nömrəli, 21 sentyabr 2018-cı il tarixli qətnaməsi qismən ilkin iddiaya dair hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdeh Fotouhi X5 qarşı 30.000 ABŞ dolları pulun tutulmasına dair ilkin iddiası rədd edilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh Fotouhi X5 qarşı pul tələbinə dair ilk, cavabdeh Fotouhi Sefidi X4 Şahzadə Əfqan oğluna qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 300 kv.metr torpaq sahəsində tikdiyi 3 otaqlı fərdi yaşayış evini İran İslam Respublikasının vətəndaşı Fotouhi Sefidi X3 istəmiş, sonuncu onun təklif etdiyi fərdi yaşayış evinə baxıb, evi və torpaq sahəsini bəyənmişdir. Onlar evi 41.000 ABŞ dollarına qiymətləndirmişlər. Onlar razılaşandan sonra 31.10.2 014-cü ildə cavabdeh ona 30.000 ABŞ dolları vermiş, fərdi yaşayış evi tam hazır olandan sonra, Fotohi X7 bəyəndiyi və beh verdiyi fərdi yaşayış evini almaqdan imtina etmişdir. Bu azmış kimi cavabdeh ondan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə böhtan dolu ərizələr yazaraq onu təqsirləndirmişdir. Binəqədi rayon Polis İdarəsi cavabdehin şikayətinə əsasən iddiaçı barəsində cinayət işi qaldırılmış, istintaq zamanı istintaqı aparan müstəntiqin təkidi ilə ondan Fotouhinin beh kimi verdiyi pulu alıb cavabdehə vermişlər. Sonda Bakı Ağır Cinayətlər Məhkəməsi onun barəsində bəraət hökmü çıxartmışdır. Fotouhi bu hökmdən apellyasiya şikayəti vermiş, Apellyasiya Məhkəməsi onun barəsində bəraət hökmünü qüvvədə saxlamışdır. Ancaq Fotouhinin təqsiri üzündən o, məcbur olub 60000 manat qiymətə olan evin i 32000 manata satmışdır. O, öhdəsinə düşən öhdəliyi vaxtında və lazımınca icra etmiş, amma qarşı tərəf heç bir əsaslı səbəb olmadan öhdəliyinin icrasından imtina etmiş, bununla da ona külli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Göstərilənlərə əsasən, cavabdehdən 30.000 ABŞ dolları pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 31.10.2014-cü il tarixdə cavabdehlə Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinin 41000 ABŞ dollarına satın alınmasına dair razılığa gəlməklə, həmin məbləğin 30000 ABŞ dolları dəyərində hissəsini cavabdehə 31.10.2014-cü il tarixli müqavilə üzrə ödəmişdir. Həmin məbləğ müqavilədə beh kimi göstərilmiş olsa da, faktik i olaraq bu müqavilə alqı-satqı müqaviləsi olmuş və onun tərəfindən ödənilən 30000 ABŞ dolları avans şəklində cavabdehə ödənilmişdir. Həmin məbləğ cavabdehə verildikdən qısa müddət sonra onun tərəfindən müəyyən edilmişdir ki, ev yağış yağması nəticəsində çökmüş və ümumiyyətlə heç cavabdehin adına rəsmiləşdirilmədiyindən evə dair sənədləşmədə problemlər mövcuddur, yəni ona verilən əşyanın qüsurlu olması aşkar edilmişdir. Cavabdeh onun qarşısında götürdüyü öhdəliklərini, yəni ona qüsursuz və özünün mülkiyyətində olan əşyanın verilməsinə dair öhdəliklərini pozmuşdur. Buna görə də iddiaçı cavabdehdən ona verdiyi pulunu geri tələb etmiş və o, həmin pulu qaytarmağı vəd edib, ona verəcəyi evi 42000 ABŞ dollarına başqa şəxslərə satmışdır. Cavabdeh ona vəd etdiyi evi başqasına satıb, ona ödədiyi pu lu qaytarmadığını görüb, buna görə də iddiaçı polis orqanlarına müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh barəsində istintaq aparılarkən 2016-cı ildə iddiaçı tərəfindən ona 23.000 manat ödənilmişdir. Həmin vaxt dolların məzənnəsi 1,05 manat olmuşdur. İddiaçı ondan aldığı məbləği tam qaytarmamış, 8000 ABŞ dolları borcu qalmışdır. Göstərilənlərə əsasən, cavabdehin qanunsuz sahibliyindən ona məxsus 8000 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı və vəkili Sarıyev Əjdər Hakim oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12843/2018 nömrəli iş üzrə 06 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilib, ilkin iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Sarıyev Əjdər Hakim oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkə mə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-12843/2018 nömrəli iş üzrə 06 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut k imi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, İddiaçı ona məxsus olmayan torpaq sahəsi üzərində inşa etdiyi Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 3 otaqlı özbaşına t ikili olan evi İran İslam Respublikasının vətəndaşı Fotouhi X5 41.000 ABŞ dollarına satmaq istəmiş, bu barədə tərəflər arasında 31.10.2014-cü il tarixdə notarial qaydada təsdiq edilməmiş alqı-satqı müqaviləsi tərtib edilmiş, həmin müqavilədə alıcı tərəfindən 30.000 ABŞ dolları məbləğində pulun satıcıya beh olaraq verilməsi nəzərdə tutulmuşdur. 30.000 ABŞ dolları İddiaçı verilmiş, lakin mənzil üzərində onun mülkiyyət hüququnun qeydə alınmadığı Fotouhi X5 məlum olduqdan sonra o verdiyi pulun ona geri qaytarılmasını tələb etmiş, İddiaçı ona 23.000 manat pul qaytarmışdır. İşin bu halları tərəflərin izahatları, işdəki sənədlər və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1209/2016 saylı 02.12.2016-cı il tarixli hökmü ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Göstərilən Məcəllənin 460.3-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur. Qeyd olunan Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilm ir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. İşin hallarından da göründüyü kimi, İddiaçı Fotouhi Sefidi X3 istədiyi fərdi yaşayış evi üzərində hər hansı hüququ olmadığından və həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış özbaşına tikili olduğundan onun alqı-satqısı barədə tərəflər arasında əldə edilmiş razılaşma, o cümlədən bu alqı-satqının təmini üsulu olaraq bağlanmış beh müqaviləsi də etibarsız olmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, alıcıya etibarsız müqavilə əsasında qaytarılmış pul məbləğinin ondan geri alınması barədə İddiaçı tələbi əsassızdır. Apellyasiya instnasiyası məhkəməsi qarşılıqlı iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab etmişdir. Belə ki, Fotouhi X6 işə apellyasi ya qaydasında baxılarkən izahatında göstərmişdir ki, İddiaçı beh olaraq verdiyi 30.000 ABŞ dolları pul Azərbaycan manatına konvertasiya edilməklə istintaqın gedişində hökm qəbul edilənədək (ən azı 2016-cı ilin dekabr ayınadək) ona qaytarılmış, məbləğ az olsa da razılaşmışdır. Buna görə də, məhkəmə hesab edir ki, qarşı tərəfdən almalı olduğu 30.000 ABŞ dolları məbləğində pulun AZN-ə pulun verildiyi vaxt qüvvədə olmuş məzənnə ilə konvertasiya edilməklə 23.000 manat olaraq qaytarılmasına Fotouhi X6 həmin məbləği qəbul etməklə razılığını ifadə etdiyindən və bu müddət ərzində qarşı tərəfə həmin məbləğlə bağlı heç bir tələb irəli sürmədiyindən qarşılıqlı iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdiklə ri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndir ir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sən ədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12843/2018 nömrəli iş üzrə 06 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı və vəkili Sarıyev Əjdər Hakim oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12843/2018 nömrəli iş üzrə 06 dekabr 2018-ci il tar ixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3359/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3359/2019
17.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver