Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3359/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)xxx/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin (hakim E.Məmmədov) xx.xx.2019-cu il tarixli, 2(012)xxx/2019 nömrəli qətnaməsi ilə iddiaçı “İddiaçı BOKT” ASC-nin Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh istifadə hüququna xitam verilməsi, Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Quliyev, G.Tağızadə E.Rəhimov) xx.xx.2020-ci il tarixli, 2(105)-xxx/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-xxx/2019 nömrəli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədan saxlanılması qət edilmişdir. Cavabdeh iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kas asiya şikayəti vermişdir. İşin halları: İddiaçı “İddiaçı BOKT” ASC Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməklə əşyaları ilə birlikdə həmin evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Xanaliyev Tahir Məhəmməd oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Belə ki, ünvan 2 ünvanında yerləşən mənzil girov qoyularkən cavabdehin həyat yoldaşının və ailə üzvlərinin razılığı alınmamışdır. Cavabdehin həyat yoldaşı tərəfindən xx xxxxxx 2015-ci il tarixli, 2015/00134-01 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi məhkəmə vasitəsi ilə mübahisələndirildiyindən Sumqayıt Apellyasiya Məhkəməsi 2(105)-xxx/2020 saylı mülki işin icraatını dayandırmalı idi. Lakin Sumqayıt Apellyasiya Məhkəməsi 2(105)-xxx/2020 saylı mülki işin icraatını dayandırmamaqla MPM-nin tələblərini pozmuşdur. Bundan əlavə “İddiaçı BOKT” ASC tərəfindən mənzil 42000 manat dəyərləndirilmiş və qat-qat ucuz qiymətə hərracdan alınmışdır. Faktiki olaraq ipoteka predmeti olan evin 100000 manatdan artıq qiyməti vardır. Hərrac mərkəzində hərracın keçirilməsi barədə cavabdehə məlumat verilməmiş, mənzil ilkin qiymət üzrə cavabdehə təklif edilməli olduğu halda təklif edilməmiş və hərracın keçirilməsi ondan gizlədilmişdir. Beləliklə apellyasiya məhkəməsinin qətnaməsi maddi və prosesual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-xxx/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qebul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı BOKT ASC-nin səlahiyyətli nümayəndəsi, Cavabdeh və vəkili Xanaliyev Tahir Məhəmməd oğlu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxs lərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı kredit təşkilatı mənzilin mülkiyyətçisidir. Cavabdehin mübahisəli yaşayış evi üzərində dövlət tərəfindən tanınan və qorunan heç bir hüququ qalmamışdır. Belə ki, ipoteka müqaviləsi tərəflər arasında notarial qaydada təsdiq edilmiş və kredit təşkilatının ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. İpoteka müqaviləsinin şərt lərinə görə ipoteka qoyanla birlikdə digər ailə üzvləri ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş və ona görə də tutma ipoteka ilə yüklü edilmiş yaşayış evinə yönəldilmiş, iddiaçı kredit təşkilatı evi açıq hərracdan almış və mübahisəli ev tam mülkiyyət hüququ ilə iddiaçı kredit təşkilatının mülkiyyətindədir. Apelyasiya kollegiyası hesab etmişdir ki, yaşayış evi iddiaçı kredit təşkilatının mülkiyyətində olduğuna görə birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin İddiaçı BOKT ASC-nin mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılaraq mülkiyyətçi İddiaçı BOKT ASC-yə təhvil verilməli olduğu, cavabdehin ünvan 3 ünvanında yerləşən yaşayış evinə olan istif adə hüququnun itirilmiş hesab edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Cavabdehin apelyasiya şikayətinin dəlillərinə münasibətdə apelyasiya kollegiyası qeyd etmişdir ki, cavabdeh iddia tələbinin əsassızlığına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Buna görə də, onun apelyasiya şikayətinin dəlili formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, cavabdeh apelyasiya şikayətinin əsaslarına dair də lillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab etmişdir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Kasasiya kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apelyasiya şikayətində olduğu kimi, kasasiya şikayəti də formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, cavabdeh hazırda da şikayətinin dəlillərini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Kasasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdi r. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olu nur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx. xx.2020-ci il tarixli, 2(105)-xxx/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3359/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3359/2020
21.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver