Məhkəmə qərarları › İş №2(102)-3359/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-3359/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3359/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3359/2023 Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviç və X3 ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-304/2023 nömrəli 23 may 2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən mülki işə 27 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. xx.xx.2020-ci il tarixdə Şəmkir rayonu Çinarlı qəsəbəsində yaşayan X6 DİN-nin 102 xidmətinə zəng edərək borclu olduğu adlı şəxsin ona ***-***-**-** nömrəli telefonla zəng edərək onu öldürməklə hədələməsi barədə məlumat vermişdir. İlkin yoxlama zamanı X7 izahatında göstərmişdir ki, Şəmkir rayon poçtunda poçtalyon vəzifəsində işləyir. Barəsində şikayət etdiyi X10 rayon sakini kimi tanıyır. Əvvəllər aralarında heç bir narazılıqları oİmamışdır. Təxminən 2 il əvvəl Nüşabə Seyidova ona bildirmişdir ki, onun külli miqdarda borcu var, bu səbəblə Nüşabə ona kömək etməsini istəmişdir. Nüşabə Seyidovanın başqa şəxslərə borcu olduğunu öyrəndiyi üçün o, sonuncudan borc etdiyi pulunu geri istəmişdir. O, Nüşabə Sey idovadan verdiyi pulunu geri istədikdə onuncu müxtəlif vaxtlar vəd edərək onun pulunu verməmişdir. Sonuncu dəfə o, xx.xx.2020-ci il tarixdə Nüşabə Seyidovanın mobil telefonuna zəng edərək borcunu geri istədikdə sonuncu ona “sənə şər atacağam, sənə heç bir borcu yoxdur, get kimə istəyirsən şikayət et” deməsinə əsəbləşərək DİN-in 102 xidmətinə zəng edərək özünü Nüşabə Seyidovanın evinin qarşısında yandıracağını bildirmişdir. O, özünü öİdürmək fikrinin olmadığını, əsəbi olduğu üçün belə məlumat verdiyini bildirmişdir. 2. 11.01.2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə Şəmkir RPŞ-nın TB-nın qərarının surətindən görünür ki, X4 və X2 əməlində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı1 X1 pul tələbi ilə bağlı mülki qayda da məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. 3. 14.11.2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə Şəmkir RPŞ-nın TB-nın qərarının surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə öldüyü üçün onun barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. 4. 18.04.2018-ci il tarixli, 006373 saylı kredit müqaviləsinə əlavədən görünür ki, Ofeliya Rüstəmova "xxxx" MMC-dən 43.500,0 manat borc götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 65.000 manat borcun və dövlət rüsumu üçün ödənilmiş 30 manat pulun alınıb onlara ödənilməsi barədə qətnamə çıxa rılmasını xahiş etmişlər.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1701/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur. Məhkəmə hesab edir ki, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Hazırki iş üzrə cavabdeh qismində qeyd olunmuş Cavabdeh iddiaçıların tələbinin yönəldilməli olduğu şəxs deyil, belə ki, iddiaçılar iddia etdikləri pulu Cavabdeh anası X5 vermişlər. Həmin şəxs isə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəh əri Yasamal Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 05/3483-11 saylı sorğuya cavab məktubuna əsasən müəyyən olunmuşdur ki, X2 adına vərəsəlik işi açılmamışdır. Bu baxımdan Cavabdeh vərəsə olmadığından hazırki borc üzrə də tələb ona yönəldilə bilməz.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 48, 50.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. İddiaçılar apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişlər.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-304/2023 nömrəli iş üzrə 23 may 2023-cü il qətnaməsi ilə (ha kimlər Ş.A.Məmmədova sədrliyi və məruzəsi ilə, Yusifov C.A, və A.P.Hüseynovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1701/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin qismən təmin olunması, Cavabdeh 34.000,0 (otuz dörd min) manat iddiaçıların xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.

11. Məhkəmə kollegiyası mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, məhkəmə kollegiyasının iclasında sübutlarla iddiaçıların iddia tələbi 34.000 manat hissədə sübut olunmuş, iddia tələbinin 31.000,0 manat pulun qaytarılması hissədə əsassızdır.

12. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, “Elektron Notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən X2 adına v ərəsəlik işinin açılmış, Həmçinin, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Şəmkir rayon Çinarlı qəsəbəsində yerləşən 0,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X8, X2 və Cavabdeh adlarına ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə düzgün nəticəyə gəlməmiş, məhkəmə Cavabdeh tərəfindən anasından qalmış miras əmlakın qəbul edilməməsinə dair hər hansı sübuta istinad etməmişdir.

13. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmə müba hisələndirilən qətnaməni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020ci il tarixli qərarındakı hüquqi mövqeyinə və Mülki Məcəllənin isinad edilən normalarına zidd olaraq çıxarmışdır.

14. Məhkəmə kollegiyası mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1306.1, 372.7-ci, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 386.1, 442, 443.1, 448.1, 448.2, 445.1, 445.2.1, 1133, 1309, 1313, 1091, 1092.1, 1092.2, 1145, 1151.1, 1159.1.1, 1243.2, 1243.3-cü maddələrinə istinad edərək əs aslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

15. İddiaçılar kassasiya şikayəti verərək (Vəkil2) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın tam təmin olunmsı barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsindən fərqli olaraq 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və ədalətlidir.

21. Belə ki, Şəmkir rayon Çınarlı qəsəbəsində yerləşən ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evi Cavabdeh faktiki qəbul edilməmiş və vərəsəlik işinə dair notariat orqanında hər hansı bir iş açılmamışdır. Lakin işə baxan Bakı Apellyasiya Məhkəməsinin Məhkəmə Kollegiyası belə bir qərara gəlmişdir ki, guya Cavabdeh anası X1 miras qalmış Şəmki r rayon Çınarlı qəsəbəsində yerləşən fərdi yaşayış evini idarə etməklə faktiki olaraq mirası qəbul etmişdir.

22. Bakı Apellyasia Məhkəməsi belə bir nəticəyə gəldikdən sonra MM-nin vərəsəlik hüquqi münasibətləri ilə bağlı 1306.1, 1309,1313,1145,1151.1,1159.1.1,1243.2,1243.3cümaddələrini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cımaddəsindən baxımından Azərbaycan Respublikası MM-nin 1243-cü maddəsini və Azərbaycan Respublikasının MPM-nin 307.2.9-cumaddəsiniəlaqəlişəkildəşərh edilməsinə dair xx.xx.2020-ciiltarixliQərarınaistinad etmişdir.

23. Hesab edirik ki, Apellyasiya Məhkəməsi qeyd edilən hüquq normalarını cavabdehə münasibətdə tətbiq edib, iddianı təmin etməməlidir. Belə ki, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. H azırki iş üzrə cavabdeh qismində qeyd olunmuş Cavabdeh iddiaçıların tələbinin yönəldilməli olduğu şəxs deyil, ona görə ki, iddiaçılar iddia etdikləri pulu Cavabdeh anası X5 vermişlər. Həmin şəxs isə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2022-ciiltarixli, 05/3483-11 saylı sorğuya cavab məktubuna əsasən müəyyən olunmuşdur ki, X2 adına vərəsəlik işi açılmamışdır. Bu baxımdan Cavabdeh vərəsə olmadığından hazırki borc üzrə də tələb ona yönəldilə bilməz.

24. Bakı Apellyasiya Məhkəməsi mövqeyini işdə olan Şəmkir Rayon Polis İdarəsində araşdırılmış təhqiqat materiallarına əsaslandırmışdır. Hesab edirik ki, həmin materiallara istinad edilməsi də tamamilə əsassızdır. Belə ki, X2 borclu olmasını təs diq edən sənədlər kimi qiymətləndirilməməlidir. X2 iddiaçıya borclu olmasının təsdiq edən mötəbər sənəd işə əlavə edilməmişdir. Qeyd olunanlara əsasən hesab edirik ki, Bakı Apellyasiya Məhkəməsinin hazırki iş üzrə qətnaməsi təmin edilmiş hissədə ləğv edilməli, iddia tələbi isə tamamilə rədd edilməlidi. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c)Prossesual məsələlər

18. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli 2(103)-304/2023 saylı məktubla Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək, qətnamədən Cavabdeh tərəfindən kassasiya şikayəti verildiyini və həmin kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Bakı A pellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 417.1, 417.1.7. Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddiaçıla İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilərək məhkəmə baxışına təyin edilmişdir. 2

1. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli 2(103)-304/2023 məktubla Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən kassasiya şikayəti verildiyini və həmin kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 407-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

22. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-3359/2023 nömrəli işin icraata qəbul edilməsinə dair qərardadı ləğv edilərək mülki iş kassasiya baxışından çıxarılaraq cavabdehin kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

23. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)304/2023 nömrəli iş üzrə 23 may 2023-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-3359/2023 nömrəli qərardadı ləğv edilsin. Mülki iş kassasiya baxışından çıxarılsın və cavabdehin kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar