Məhkəmə qərarları › İş №2(102)-3360/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3360/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3360/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı QƏRARİ iş № 2(102)-3360/2023 Açar sözlər: əsassız varlanma, pul tələbi, iddia müddəti Bakı şəhəri 05 oktyabr 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), X6, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi barədə” iddia tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1697/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 05 oktyabr 2023-cü il tarix də Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)2145/2020 saylı Qətnaməsinə əsasən, X7 ilə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur. 2. 16 iyun 2022-ci il tarixli, 1662/1-22№li "xxxx"un Moskvadakı Baş ofisi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasına ünvanlanan məktuba əsasən, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərdə İddiaçı tərəfindən Cavabdeh2 hesabına hər dəfə 999 ABŞ dolları məbləğində pul köçürülmüşdür.

3. Nəsimi RPİ-nin 19-cu PŞ tərəfindən qəbul edilən 07 sentyabr 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərara əsasən, İddiaçı tərəfindən daxil olan müraciətin ara şdırılması zamanı o, izahat verilməsi üçün dəvət edilsə də, gəlməmiş, Cavabdeh1 izahat verərək bildirmişdir ki, İddiaçı onun keçmiş gəlinidir. Yoldaşı Cavabdeh2 göndərdiyini iddia etdiyi 5.000 dollar pulu oğlu Elşad atası X9 ürəyindən əməliyyat olunduğu üçün göndərmiş və sonradan orada müflis olduğu üçün həmin 5.000 dollar pulu onlar övladlarına Western Union vasitəsilə geri ABŞ-na göndərmişdirər. İddiaçı ərizəsində göstərdiyi fakt təhqiqat materiallarında öz əksini tapmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, tərəfindən "xxxx " vasitəsilə cavabdehlərə göndərilmiş 4995 (dörd min doqquz yüz doxsan beş) ABŞ dolları məbləğində pulun, həmçinin dövlət rüsumuna ödənilmiş 105 manat və hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 100 manat məbləğində pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehlərin övladı X7 xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. 2016-cı ildə iddiaçı ilə Elşad yaşamaq üçün ABŞ-nın Ayova ştatına köçmüşlər. Nikahdan onların 2 övladları olsa da, münasibətləri pisləşmiş və 2019-cu ilin sonunda onlar Azərbaycana qayıtmaq qərarına gəlmişlər. xx.xx.2019-cu il tarixdə onlar Bakıya qayıtmışlar. xx.xx.2020-ci il tarixdə Elşad “nikahın pozulması barədə” iddia ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə m üraciət etmiş və həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onların nikahı pozulmuşdur.

3. İddiaçı bildirir ki, Bəxtiyar Abdullayev adlı tanışı 2019-cu ildə ona, rəfiqəsi Natalya Smaçkova vasitəsilə 10.000 ABŞ dolları məbləğində pul göndərək iddiaçıdan onun üçün ABŞ-dan Azərbaycana gələrkən elektron cihazlar və texnikalar almağını xahiş etmişdir. İddiaçı həmin pul vəsaitinin yarısına müxtəlif əşyalar alsa da, qalan 5.000 ABŞ dollarını xərcləməmişdir. Çünki başqa ölkələrdən Azərbaycana malların daxil edilməsi zamanı limit tətbiq edilir. Bu səbəbdən o, "xxxx" Şirkətinin təcili pul köçürmələri sistemi ilə ABŞ-dan Azərbaycan Respublikasına xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə, hər dəfə 999 ABŞ dolları olmaqla, cəmi 4.995 ABŞ dollarını saxla maq üçün cavabdehlər olan qayınatası ilə qayınanasına göndərmişdir. Azərbaycana gəldikdən sonra həmin məbləği Bəxtiyara qaytarmaq üçün, iddiaçı cavabdehlərə müraciət etsə də, iddiaçı ilə Elaşdın münasibətləri artıq pozulduğu üçün cavabdehlər pulu iddiaçıya qaytarmamışlar.Bəxtiyar iddiaçının ona qaytarmalı olduğu qalan pulu iddiaçıdan təkidlə istədiyi üçün iddiaçı məcbur olub 2020-ci ilin iyul ayında Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis Şöbəsi tərəfindən iddiaçının keçmiş qayınatası Cavabdeh2 izahat alınmasa da, iddiaçının keçmiş qayınanası Cavabdeh1 izahat alınmış və o, izahatında iddiaçının onlara heç bir məbləğdə pul göndərmədiyini bildirmişdir. Təhqiqatçı tələbinin mülki xarakterli olduğunu bəhanə edərək cinayət işinin başla nmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Həmin qərar əsasında da 2021-ci ildə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, 4995 ABŞ dollarının Cavabdeh2 göndərdiyini sübut etmək məqsədilə "xxxx"un ABŞ-dakı Baş ofisinə online qaydada sorğu göndərmiş, sorğusuna online qaydada cavab verilmiş, lakin Cavabdeh2 etiraz ərizəsilə məhkəməyə müraciət edərək iddiaçının yalan danışdığını, ona heç bir məbləğdə pul göndərmədiyini və təqdim etdiyi sənədin saxta olduğunu, bu səbəbdən də mötəbər sübut kimi qəbul edilməli olmadığını qeyd etmişdir. Lakin, işə baxan hakim həmin sənədin mötəbər sübut olub-olmasını dəqiqləşdirmək üçün "xxxx"un ABŞdakı Baş ofisinə sorğu göndərmək səlahiyyətində olsa da, bunu etməmişdir. İddiaçı işə qərəzli şəkildə yanaşıldığını anladığı üçün Cavabdeh2 münasibətdə iddias ını geri götürmüşdür. Bundan sonra "xxxx"un Moskvadakı Baş ofisinə vəkil sorğusu vasitəsilə müraciət edərək göndərdiyi pulların tarixçəsini tələb etmiş, "xxxx"un Moskvadakı Baş ofisi tərəfindən sorğusuna rəsmi olaraq cavab verilmişdir. İddiaçı iddia tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Borc müqaviləsi” adlı 739-cu, “Borc müqaviləsinin forması” adlı 740-cı, “Öhdəlik anlayışı” adlı 385-ci, “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlı 425-ci və “Öhdəliyin icra edilməməsi anlayışı” adlı 442-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

6. Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini qəbul etməyərək, məhkəməyə yazılı ərizə təqdim edərək izahatında bildirmişdir ki, iddiaçının tələbinə əsasən, tərəflər arasında borc münasibətləri yaranmış və cavabdeh qeyd edilən məbləği qaytarmalıdır. Qeyd edilənlər əsassızdır və onların arasında heç bir borc münasibəti olmamışdır. Belə ki, iddiaçının özü ona pulu limit olduğu üçün Azərbaycana gəldikdən sonra geri almaq üçün göndərdiyini qeyd edir. Yəni, iddiaçının özünün bildirdiyi kimi onların arasında borc münasibətləri yaranmamışdır. Əslində qeyd edilən məbləği ona cavabdehin oğlu göndərmişdir. Ancaq həmin məbləği ona iddiaçı göndərmiş olsa belə, burada borc münasibətləri yaranmır. İddia tələbi əgər sübut edilərsə, bu zaman aralarındakı münasibət borc deyil əsassız varlanma hesab edilməlidir. İddiaçı iddia ərizəsində 2019-cu ilin sonunda ailə münasibətlərinin kəskinləşdiyini və bu baxımdan onun pulu geri qaytarmadığını iddia edir. Yəni, iddiaçı 2019-cu ilin axırından hüquqdan məhrum olduğunu bildirir və məhrum olma m üddəti o andan hesablanmalıdır. Bu baxımdan iddiaçı ən son 2021-ci ilin sonunda məhkəməyə müraciət edə bilərdi. Həmin müddətdən 2 ildən çox müddət keçdikdən sonra iddiaçı məhkəməyə müraciət etmiş və nəticə etibarı ilə iddia müddətini ötürmüşdür. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Cavabdeh2 vəkili (nümayəndəsi) işə baxmış Rayon Məhkəməsinə “iddia tələbinə iddia müddətinin tətbiqi barədə” ərizə vermişdir.

8. Bakı Şəhər Nəsimi rayon məhkəməsinin (X2) e-2(006)-3994/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir.

9. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlərə borc pul verməsi ilə bağlı ərizəsində istinad etdiyi halları sübut ed ə bilməmişdir. Belə ki, iddiaçı pulun onun tərəfindən saxlaması və sonradan ona geri qaytarılması üçün qayınatası Cavabdeh2 adına göndərildiyini iddia etsə də, sonuncunun arvadı olan cavabdeh (iddiaçının keçmiş qayınanası) Cavabdeh1 Nəsimi RPİ-nin 19-cu PŞ-nə verdiyi izahatında bildirmişdir ki, həmin pul məbləği onların övladı (iddiaçının əri) Elşad tərəfindən atasının əməliyyatı üçün göndərilmiş və sonradan onlar həmin pulu Elşada geri qaytarmışlar. Cavabdeh2 isə məhkəməyə təqdim etdiyi ərizədə bu halı təsdiq etmişdir. Göründüyü kimi iddia sübuta yetmir. Belə olan halda iddia əsassız hesab edilməli və bu səbəbdən də, Cavabdeh2 verdiyi “iddia tələbinə iddia müddətinin tətbiqi barədə” ərizənin əsaslı olub-olmamasının araşdırlmasına zərurət qalmamışdır.

10. Məhkəmə öz mövqeyini əsaslandırark ən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 390.5, 425.1, 427, 442, 445, 739, 740, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X3 (sədrlik edən və məruzəçi), X8 və X4) 2(103)-1697/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, İddiaçı tərəfindən göndərilmiş pulun əvəzi olaraq 4.995 (dörd min doqquz yüz doxsan beş) ABŞ dolları, iddia ərizəsinin məhkəməyə ve rilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 105 (yüz beş) manat, hüquqi yardıma görə iddiaçının çəkdiyi xərcin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia Cavabdeh1 münasibətdə təmin edilməmişdir.

23. Kollegiya müəyyən etmişdir ki, "xxxx" Şirkətinin Rusiya Federasiyasının Moskva şəhərindəki Baş ofisi tərəfindən iddiaçının vəkilinin sorğusuna rəsmi olaraq verilmiş xx.xx.2022-ci il tarixli, 1662/1-22 saylı cavab məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərdə iddiaçı tərəfindən Cavabdeh2 hesabına hər dəfə 999 ABŞ dolları məbləğində ödənişlər edilmişdir.

24. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində borc münasi bətlərindən irəli gələn tələb qoysa da, iddianın məzmunundan aydın olur ki, iddiaçının əsaslanması tərəflər arasında mövcud olan hüquq münasibətlərinə uyğun deyil. Çünki iddiaçı ilə Cavabdeh2 arasında borc münasibətlərinə dair nə bir müqavilə bağlanmış, nə də borc verilməsi ilə bağlı iradə ifadəsi olmuşdır.

25. Məhkəmə hesab etmişdir ki, hazırki iddia tələbinin əsası əsassız varlanmadır. Çünki Mülki Məcəlləsinin tələblərinə görə, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır (maddə 14.2.). Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər (maddə 439.4.).

13. Kollegiya göstərmişdir ki, cavabdehlər 4.995 ABŞ dolları məbləğində pulun Cavabdeh2 iddiaçı tərəfindən deyil, Cavabdeh2 övladı, iddiaçının əri Elşad Şi rəliyev tərəfindən göndərilməsini, daha sonra isə Cavabdeh2 həmin pul məbləğini Elşad Şirəliyevə qaytarılmasını bildirsələr də, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, müzakirə edilən tələb Cavabdeh2 münasibətdə əsaslıdır. İddiaçı tərəfindən Cavabdeh2 göndərilmiş və yuxarıda qeyd edilən pul sonuncuda qalmış, o, iddiaçıya münasibətdə əsassız olaraq varlanmışdır. Digər Cavabdeh1 münasibətdə iddia tələbi sübuta yetmir.

14. Kollegiya həmçinin, Cavabdeh2 tərəfindən verilmiş “iddia tələbinə iddia müddətinin tətbiqi barədə” ərizə ilə bağlı bildirmişdir ki, hazırki iddianın əsasını təşkil edən faktlar iddiaçıya xx.xx.2019-cu il tarixdə ölkəyə gələn zaman məlum olmuş və o, həmin faktları hazırki iş üzrə tərəf olmayan X5 qa rşı ilə sürmüş, bununla da, iddia müddətinin axımı başlanmışdır. Bundan sonra ona qarşı “əmlak və pul tələbi barədə” iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, bununla isə iddia müddətinin axımı kəsilmişdir. Həmin iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş, beləliklə, iddia müddətinin axımı yenidən başlanmışdır. İddiaçı hazırki iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Rayon Məhkəməyə müraciət etmiş, bununla da görünür ki, onun əsassız varlanmaya görə Cavabdeh2 tələb etmə hüququ üzrə iddia müddəti keçməmişdir. Bununla da, müəyyən edilmişdir ki, “iddia tələbinə iddia müddətin in tətbiqi barədə” Cavabdeh2 ərizəsi əsassızdır.

15. Kollegiya öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 372.1, 372.2, 373.4, 375.1, 375.2, 377.1, 380.2, MPM-in 385-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya Məhkəməsi öz qətnaməsində tərəflər arasındakı münasibəti borc münasibəti deyil, əsassız varlanma kimi qiymətləndirsə də, əsassız varlanma tələbinə dair 2 (iki) illik iddia müddətini tətbiq etməmişdir. Məhkəmə bunu iddiaçının başqa bir cavabdehə qarşı“pul və əmlak tələbinə dair” iddia ilə müraciət etməsi səbəbi ilə iddia müddətinin axımının kəsilməsini qeyd etmişdir. Buna dair kiçik bir abzasda yanaşma sərgiləsə də qətnaməsini həmin maddə üzrə əsaslandırmamışdır. Qeyd edilən maddədən görünür ki, iddiaçı müəyyənləşdirlmiş qaydada məhkəməyə müraciət etdikdə iddia müddətinin axımı kəsilir. Müəyyənləşdirlimiş qaydada məhkəməyə müraciət etmək dedikdə müvafiq cavabdehə qarşı müvafiq iddia tələbi ilə müraciət nəzərdə tutulmalıdır. Yəni əgər iddiaçı Cavabdeh2 qarşı hazırki iş üzrə mahiyyəti üzrə iddia irəli sürülmüş olsaydı, iddia müddətinin axımı kəsilərdi. Məhkəmənin istinad etdiyi Bakı şəhər Nəsimi Rayon məhkəməsinin xx.xx.2023 il tarixli qətnamədə göstərilən X1 qarşı irəli sürülmüş iddia 1040 manat təşkil edən kompyuter və digər əşyalarla bağlı olan iddiadır. Həmin qə tnamədə İddiaçı daha sonra Cavabdeh2 cavabdeh qismində işə cəlb etməsinə dair məlumat vardır. Həmin qətnamədə İddiaçı hazırki iddia tələbi ilə eyni olan pul tələbi üzrə Cavabdeh2 cavabdeh qismində işə cəlb etmiş, ancaq daha sonra onu cavabdehlər sırasından çıxarılması barədə ərizə vermişdir. Bu onu göstərir ki, iddia müddəti axımının kəsimi tətbiq edilsə belə, həmin hissə də tətbiq edilə bilər. İddiaçı məhkəməyə xx.xx.2021-ci ildə müraciət edərək Cavabdeh2 münasibətdə iddiasını geri götürmüşdür. İddiaçı xx.xx.2021 saylı qətnaməsindən verdiyi şikayət yalnız Şirəliyeva Şəfəqə münasibətdə mövcud olmuşdur. Bu baxımdan BakıApellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə bağlı işin araşdırılması müddəti iddia müddətinin axımının kəsilməsinə aid edilə bilməz. Bu baxımdan Apellyasiya Məhkəməsinin iddia müddətinin axımının kəsilməsi ilə bağlı yanaşması tamamilə əsassızdır.

18. Kassator daha sonra bildirmişdir ki, məhkəmə baxışı zamanı cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmişdir. Cavabdeh həm birinci instansiyada, həm də apellyasiya instansiyasında buna münasibət bildirməmişdir. Nə iddia müddətini ötürülməsi ilə bağlı üzürlü səbəb göstərmiş, nə iddia müddətinin axımını kəsilməsi ilə bağlı fikir bildirmişdir. Ancaq məhkəmə özü təsəbbüş göstərərək iddia müddətinin axımının kəsilməsi qənaətinə gəlmişdir. Halbuki iddiaçı tərəf sona qədər yaranan münasibətlərin borc münasibəti olmasında israr etmişdir. Məhkəmə iş üzrə araşdırma aparılarkən bitərəfliyini pozmuşdur. Məhkəmə iddia müdəti ilə bağlı maddi hüquq normalarını dü zgün tətbiq etməmiş və əsaslandırmamışdır. Apellyasiya Məhkəməsi hətta iddiaçı özü belə iddia müddəti ilə bağlı münasibət bildirməsə də öz təşəbbüsü ilə maddi hüquq normasına istinad etmiş (iddia müddətini axımın kəsilməsinə dair) ancaq qətnaməsində bunu tam əsaslandırmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı cavabdehin kassasiya şikayətinə qarşı etiraz edərək bildirmişdir ki, 4995ABŞ dolları ilə bağlı iddia təkcə Cavabdeh2 qarşı deyil, Şəfəq Şirəliyevaya qarşı qaldırılmış iddia olub, xx.xx.2021-ci il tarixdə qızıl zinət və 1040 manat dəyərindən ev əşyaları ilə bağlı Nəsimi rayon Məhkəməsində iddia qaldırmış, sonradan xx.xx.2021-ci il tarixdə Cavabdeh2 də cavabdeh qismində göstərərk iddia tələbinin həcmini artırıb, Şəfəq Şirəliyevadan 5000 ABŞ dollarlıq texnika, h əmçinin 4995 ABŞ dolları pulu tələb etmişdir. xx.xx.2021-ci il tarixdə isə bir daha dəqiqləşmə ərizəsi verərək Cavabdeh1 və Cavabdeh2 cavabdehlər sırasından çıxarmış, bütün tələbləri isə olduğu kimi Şəfəq Şirəliyevaya qarşı saxlamışdır. Pul Cavabdeh2aya göndərilsə də, onun qızı Şəfəq ilə ümumi büdcəsinin olması məlum olduğundan ona qarşı iddia verərək düşünmüşdür ki, Şəfəq etiraf edər və pulu qaytarar. Lakin məhkəmələr ona qarşı iddianı təmin etmədilər. CAvabdehlər qəsdən çalışıb ki, müddət uzansın və iddia müddəti ötürülsün. Onun tərəfində iddia müddəti ötürülməmişdir, xx.xx.2019-cu ildən müddət axını başlamış, xx.xx.2021-ci il tarixində müddət axını dayanmışdır.(1 il 3 ay), xx.xx.2022-ci il tarixədən yenidən axım başlanmış və xx.xx.2022-ci il tarixdə(6 ay 22 gün sonra) yeni iddia verdi yindən 1 il 9 ay 22 gün ümumi müddət təşkil etməklə, 2 illik iddia müddəti buraxılmamışdır. Hətta müddət iddiaçının hesabladığı qaydada olsa 2 il 2 ay 22 gün təşkil edir, 2 ay müddətin buraxılması üçün isə üzürlü səbəbləri olmuşdur. Odur ki, kassasiya şikayətinin təmin edilmədən qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir

21. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

22. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.

23. Maddə 375.1 Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.

24. Maddə 375.2 Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır

25. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir

26. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəs ilir.

27. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

28. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.

29. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

30. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

31. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il so nra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

36. Maddə 407.2. Kassasiya “şikayətində“ işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə“üçün“əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və“yaxud qətnamə“ və“qərardadda ifadə“olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə“ yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

39. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu po zuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətinin dəlilləri əsasında apellyasiya məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhk əmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iş üzrə faktiki halları düzgün müəyyən etsə də, iddia müddətinin tətbiqi ilə bağlı maddi hüquq normalarının tələblərini pozmuşdur.

43. Belə ki, məhkəmə müəyyən etmişdir ki, hazırki iddianın əsasını təşkil edən faktlar iddiaçıya xx.xx.2019-cu il tarixdə ölkəyə gələn zaman məlum olmuş və həmin vaxtdan iddia müddətinin axımı başlamış və iddiaçının həmin faktlar əsasən hazırki iş üzrə tərəf olmayan X5 qarşı iddia irəli sürməklə iddia müddətinin axımı kəsilmiş, həmin iş üzrə yekun məhkəmə aktı olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsindən sonra iddia müddətinin axımı yenidən başlanmışdır. İddiaçı hazırki iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Rayon Məhkəməyə müraciət edərkən onun əsassız va rlanmaya görə Cavabdeh2 tələb etmə hüququ üzrə iddia müddəti keçməmişdir.

44. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin iddia müddətinin kəsilməsi ilə bağlı mövqeyi əsassız olmuşdur.

45. Belə ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxa rardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair“2013-cü il 3 iyun tarixli Qərarı).

46. İddia müddətlərinin dəqiq hesablanması üçün“müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi“həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış“müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər.

47. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd e tmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli və s. qərarlar).

48. Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

49. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin əsaslarından biri kimi müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsini nəzərdə tutur. İddianın müəyyənləşdirilmiş qaydada irəli sürülməsi isə Azərbaycan Respublikası MPM– nin Xİİ fəslində cəmləşdirilmiş maddələrdə müəyyən edilmişdir.

50. Bakı Apellyasiya Məhkəməsinin istinad etdiyi Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi İddiaçı hazırki iş üzrə Cavabdeh2a qarşı deyil, onun qızı Şəfəq Şirəliyevaya qarşıirəli sürdüyü iddia tələbləri ilə bağlı olmuşdur. Həmin tələbdə halhazırki iddianın predmeti olan 4995 ABŞ dollarının qaytarılması təşkil etsə də, bu hal müəyyənləşdirilmiş qaydada hazırki iş üzrə cavabdehə qarşı iddia irəli sürülməsi demək deyildir və hazırki tələb üzrə iddia müddətinin axımını kəsmir.

51. Həmin işdə iddiaçı etirazında da qeyd etdiyi kimi sonradan iddia tələbini artıraraq hazırki iş üzrə Cavabdeh2a qarşı 4995 ABŞ dollarının qaytarılması t ələbini irəli sürməsi iddia müddətinin axımının kəsilməsinə əsas ola bilərdi, lakin sonradan iddiaçı ərizə verərək həmin şəxsin cavabdehlər sırasından çıxarılmasını və cavabdeh qismində yalnız Şəfəq Şirəliyevanın tanınmasını xahiş etdiyindən iddiaçının Cavabdeh2 qarşı tələbi aradan qalxmış və iddia müüddətinin kəsilməsi halı da aradan qalxmışdır.

52. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.

53. Məhkəmə tərəfindən istinad edilən halda da, cavabdehə qarşı irəli sürülmüş iddia tələbi sonadək müdafiə edilməmiş, iddiaçı onu özü geri götürmüşdürsə, bu halda qanunun analogiyası üzrə iddianın baxılmamış saxlanılması halında olduğu kimi, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam etmişdir.

54. Belə ki, Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

55. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsi ilə müəyyən edilmiş əsassız varlanma obyekti olan 4995 ABŞ dollarını qaytarmaq hüququ iddia müddətinin başlanğıcı apellyasiya məhkəməsinin müəyyən etdiyi kimi xx.xx.2019-cu ildən hesablanmaqla 2 ildən sonra öz qüvvəsini itirmiş və iddiaçı xx.xx.2022-ci il tarixdə iddia qaldırarkən həmin müddət keçmişdir.

56. İddiaçı kassasiya şikayətinə dair etirazında həmin müddətin üzürlü səbəbdən buraxıldığını göstərsə də, məhkəmə etirazın bu dəlilini əsassız hesab edir. Belə ki, Mülki Məcəllənin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.

57. Lakin iddiaçı müddətinin buraxılması səbəbi kimi qanunda göstərilən səbəblərdən b irinə deyil, cavabdehin onun təqdim etdyi sübutları qəbul etməməsinə, buna görə də mötəbər sübutların əldə edilməsi üçün əlavə vaxt tələb olunmasına səbəb kimi istinad etmişdir.

58. Məhkəmə kollegiyası hesab edir ki, tələb üzrə iddia müddəti keçdiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən Cavabdeh2 qarşı iddia tələbi rədd edilməlidir. Digər Cavabdeh1 münasibətdə isə iddia həmin şəxsə hər hansı pul vəsaitinin verilməsi, onun əsassız olaraq varlanması halı müəyyən edilmədiyindən təmin edilməməlidir.

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi yuxarıda qeyd edilən maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi təmin edilməməli, k assasiya şikayəti təmin edilməlidir.

60. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsində mahiyyəti üzrə araşdırma aparıldığından, iş üzrə əlavə sübutların araşdırılmasına zərurət olmadığından və məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallara əsasən maddi hüquq normaları düzgün tətbiq edilməklə nəticəyə gəlmək mümkün olduğundan işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə zərurət yoxdur.

61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 mart 2023-cü il tarixli 2(103)1697/2023 saylı qətnaməsi ləğv ed ilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı iddiası rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar