Məhkəmə qərarları › İş №2(102)-3361/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3361/2020

21.07.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3361/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)xxx/2020 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Siyəzən Rayon Məhkəməsinin (hakim B.Ələkbərov) xx.xx.2019-cu il tarixli, 2(059)369/2019 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh, X9, X12 və X4 qarşı “cavabdehlərin yaşayış sahəsini boşaltmaqla mənzildən çıxarılması, onların mənzilə köçürülməklə mənzil üzərində mövcud olan əmlak hüquqlarının bərpa edilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 Siyəzən şəhərində yerləşən 7 saylı evin 1-ci mənzilinə köçürülməklə, onların mənzil üzərində mövcud olan əmlak hüquqlarının bərpa edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Abasov, A.Abbasov, T.Məmmədov) xx.xx.2020-ci il tarixli, 2(105)-xxx/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(059)-xxx/2019 nömrəli qətnaməsinin İddiaçı2 mübahisəli mənzilə köçürülm əklə, onun mənzil üzərində mövcud olan əmlak hüquqlarının bərpa edilməsi hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilməsi və iddianın rədd edilməsi, qətnamənin qalan hissədə Cavabdeh apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı2 iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cavabdehin yaşayış sahəsini boşaltmaqla mənzildən çıxarılması, onların mənzilə köçürülməklə mənzil üzərində mövcud olan əmlak hüquqlarının bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Siyəzən şəhərində yerləşən evin 1 saylı mənzilindən yaşayış sahələrini boşaltmaqla məcburi çıxarı lması, onların Siyəzən şəhərində yerləşən 7 saylı evin 1 saylı mənzilinə köçürülməklə mənzil üzərində mövcud olan əmlak hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra iddiaçı tərəf əlavə şəxslərin işdə iştirak etməsi üçün cəlb olunmaları barədə ərizə ilə məhkəməyə müraciət edərək, X5, X11 və X2 cavabdeh qismində, habelə X1 və X6 üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı2 və vəkili Abbasov Şahin Sədyar oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki,Məhkəmə kollegiyası, iddiaçılar tərəfindən iddia tələbinin faktiki əsası kimi göstərmədiyi, habelə proseslərdə verdikləri izahatlarda heç vaxt qey d olunmayan hallara istinad edərək, qətnaməsində göstərir ki, guya “Cavabdeh əri vəfat etdikdən sonra üç övladı ilə mübahisəli mənzilə köçərək İddiaçı1lə ailə üzvü kimi yaşayaraq birgə təsərrüfatı aparmışlar”. Bu ifadə tamamilə yanlışdır, çünki heç bir yerdə iddiaçılar cavabdehin mübahisəli mənzilə köçməsi faktını apelyasiya məhkəməsinin qeyd etdiyi kimi ifadə etməmişlər. İddiaçılar Cavabdeh mübahisəli mənzilə gəlməsi faktını aşağıdakı kimi ifadə etmişlər. “Cavabdeh o,vaxtlar birinci nikahdan olan, Yaşar adlı, oğlumun arvadı idi və özlərinə məxsus digər yerdə yaşayırdılar. İddiaçı1,1994-cü ildə vəfat etdikdən sonra, üç uşaqla qalan cavabdehin xahişi ilə icarəyə götürmə müqaviləsi bağlamadan ona mübahisəli mənzildə müvəqqəti yaşamasına icazə vermişlər. Daha sonra mübahisəli mənzilə aid ord erdə adı qeyd edilməyən, ailə üzvü sayılmayan, atamla icarəyə götürmə müqaviləsi bağlamadan və ailənin digər üzvlərin razılığı olmadan mənzildə müvəqqəti yaşamasına icazə verilən, mənzil barəsində hər hansı hüquqa, o cümlədən istifadə hüququna malik olmayan cavabdeh iddiaçıların mənzilə dair bütün hüquqlarını, məhdudlaşdıraraq, onları mənzilə daxil olmağa və mənzilin özəlləşdirilməsinə əsassız olaraq qəti maneçilik törətmişdir. Bundan başqa yuxarıda qeyd edilən tələbin faktiki əsaslarının əksinə olaraq, Məhkəmə Kollegiyası qüvvədən düşmüş Mənzil məcəlləsinin 60-cı və 87-ci maddələrini cavabdehin xeyrinə düzgün tətbiq etmədiyindən, maddi hüquq normalarını pozmuşdur. Belə ki, kollegiya qüvvədən düşmüş Mənzil Məcəlləsinin 60-cı (Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxla nması) maddəsinə əsaslanaraq hesab etmişdir ki, İddiaçı2 mübahisəli mənzildən istifadə hüququnu itirmişdir. Lakin normanın hüquqi mənasına görə Məhkəmə kollegiyası qanuni düzgün tətbiq etməmişdir. Ona görə ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinin tələbinə görə “Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi,kiravədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir”. Habelə Məhkəmə Kollegiyası mənim mübahisəli mənzildən istifadə hüququnun itirilməsinin əsası kimi Mənzil Məcəlləsinin 87-ci maddəsinə istinad edir, normada deyilir, “Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına mali kdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Əvvəla Məhkəmə kollegiyası cavabdehi iddiaçının ailə üzvü hesab etdiyindən, bu normanın tətbiqi, “Kirayəçinin və onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələri”, mənasına görə,kirayəçinin və onun ailə üzvlərinin hər ikisinin birlikdə mənzili tərk etməsi halında mümkündür. Lakin məlum olduğu kimi mənzili, Kollegiyanın iddiaçının ailə üzvü saydığı cavabdeh tərk etmədiyinə görə mübahisəyə Mənzil Məcəlləsinin 87-ci maddəsinin tətbiqi əsassız olmuşdur. Belə ki, kirayəçinin və onun ailə üzvlərinin başqa yaşayış sahəsinə köçməsi, yaşayış sahəsindən qeydiyyatdan çıxmaqla, iş yerindən çıxıb yeni yaşayış sahəsinə isə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlərlə sübut olunmalı idi. Bundan başqa iddiaçıların uzun müddətə başqa yerlərdə yaşamaları, yəni onların daimi yaşayış üçün başqa yerlərə getməsi anlamına gəlmir. İcarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən onlar Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-xxx/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilərməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanması barədə qərar qebul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə ba xılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı1, cavabdehlər Cavabdeh, X13, X15 və X10, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə uyğun olaraq onun izahatı dinlənilmədi. Cavabdeh məhkəməyə kasasiya şikayətinə etiraz ünvanlayaraq, şikayətin təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-xxx/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələl ər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işdən göründüyü kimi tərəflər arasındakı hüquq münasibətləri 2009-cu ildən qabaq yaranmışdır. Ona görə məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə xx xxxxxxx 2009-cu il tarixinədək qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq müddəaları tətbiq olunmalıdır. xx xxxxxxx 2009-cu il tarixinədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirm əlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqə sində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarına görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. “Respublika məhkəmələri tərəfindən mənzi l qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun xx xxxxxxx 1992-ci il tarixli, 2 saylı qərarına görə belə hallarda məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb, yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. İddiaçı1 mübahisəli mənzildə 2004-cü ildən yaşamamasını, o cümlədən həmin tarixdən başqa yerdə daimi olaraq yaşamasını dolayısı yolla özü də məhkəmə iclasında etiraf etmişdir. Lakin o, mənzilin əsas kirayəçisi olaraq qalır və yaşayış yeri olması barədə işdə heç bir sübut yoxdur. Eləcə də Cavabde h onun həmin mənzilə köçürülməsinə etiraz etmədiklərini bildirir. İddiaçı2 isə artıq 20 ildən yuxarıdır ki, daimi olaraq yaşayış yerini dəyişib, ailə quraraq Bakı şəhərinə, ərinin yaşadığı ünvana köçmüşdür. Onun mənzildə qeydiyyatı formal xarakter daşımışdır. O, həmin mənzilin qorunub saxlanılmasında, təmirində, mənzilə dair kirayə və kommunal haqların ödənilməsində iştirak etməmişdir. Digər tərəfdən, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin ikinci bəndinə görə yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alı nma haqqında sənədləri təqdim etməlidir. Qeyd edildiyi kimi uzun müddət yaşayış yerini daimi dəyişməsinə baxmayaraq İddiaçı2 istinad olunan normanı pozaraq yaşayış yeri üzrə qeydiyyata alınmamış, mübahisəli mənzilə olan formal qeydiyyatından istifadə edərək Bakı şəhərində yaşayış yeri ola-ola, Siyəzən şəhərində yerləşən mübahisəli mənzilə köçmək istəyir. Apelyasiya kollegiyası hesab edir ki, İddiaçı2 ailə qurması ilə əlaqədar yaşayış yerini dəyişmiş, özünə başqa yaşayış yeri seçmiş hazırda da orada yaşayır. Onun mübahisəli mənzilə köçmək tələbi heç də onun əsl niyyətini əks etdirmir. Bu tələb təmin edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən hesab edir ki, İddiaçı2 uzun mübahisəli mənzildə yaşamadığından, daimi olaraq yaşamaq üçün başqa yerə kö çdüyündən onun bu mənzilə olan istifadə hüququ itirilmişdir. Doğrudur istinad olunan Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən kirayəçi və ya onun ailə üzvləri müvəqqəti olaraq altı aydan yuxarı başqa yerə getdikdə onların yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilməlidir. Ancaq maddənin məzmunundan göründüyü kimi hazırki halda söhbət müvəqqəti olaraq başqa yerə getmiş şəxslərdən gedir. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi İddiaçı2 müvəqqəti yox, daimi olaraq, yəni ailə quraraq başqa yerə, ərinin yaşadığı evə getmişdir. Ailə quraraq ər evinə gedib, orada 20 ildən yuxarı yaşamaq isə müvəqqəti hesab oluna bilməz. Apelyasiya kollegiyası nın qənaətinə görə mənzil münasibətlərindən doğan bu tipli mübahisələrdə başqa mövqenin tutulması düzgün olmayan məhkəmə presedenti yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. AR Konstitusiyasının 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvv əlki rəftara zidd hüququn həyata keçirilməsidir. Apelyasiya kollegiyası hesab etmişdir ki, hazırki halda İddiaçı2 mübahisəli mənzildə qeydiyyatda olması faktından sui-istifadə etməsi orada daimi yaşayan Cavabdeh və onun digər ailə üzvlərinin mənzil hüququnun kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən apelyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hazırki hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılmasını tam nəzərə almamış özünün ayrıca yaşayış yeri olan İddiaçı2 iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Digər yaşayış sahəsinə daimi köçməməsi barədə İddiaçı2 dəlilləri ilə razılaşmayan apelyasiya kollegiyası onun göstərdiyi dəlili formal mülahizə kim i qiymətləndirirərək hesab etmişdir ki, bu dəlil öz təsdiqini tapmadığı kimi, daha öncə şərh olunan hallara əsasən onun mübahisəli mənzilə istifadə hüququnun qalmasından və ona əsaslanaraq mübahisəli mənzilə köçməsindən söhbət gedə bilməz. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işə mahiyyəti üzrə baxan apelyasiya kollegiyası araşdırma apararkən İddiaçı2 mübahisəli mənzillə bağlı hüquqlarının olmamasına dair düzgün hüquqi mövqedə olmuş və qənaətini maddi və prosessual hüquq normalarının tələblərinə riayət etməklə əsaslandırmışdır. Kasasiya yoxlaması zamanı da müəyyən edilmişdir ki, kassator formal dəlillərlə şikayətini əsaslandırmağa çalışmışdır. Odur ki, iddiaçının kasasiya şikayət inin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin e dilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-xxx/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar