Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3361/2023 23.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiyanın mümkünlük əsasları Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “elektrik xətlərinin götürülməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 iyun 2023-cü il tarixli, 2(105)-1339/2023 nömrəli qərardadından cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı çəkilmiş yüksək gərginlikli elektrik xətlərinin İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 468.kv.m torpaq sahəsindən cavabdehin hesabına götürülməsi, həmin yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasından kənarda quraşdırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-32/2023 nömrəli iş üzrə 13 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia təmin edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
1. Cavabdeh "xxxx" ASC (Vəkil3) birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.
2. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1339/2023 nömrəli iş üzrə 19 iyun 2023-cü il tarixli qərardadı ilə (hakimlər – S.Qafari (sədrlik edən və məruzəçi), A.Mahmudov və L.Məmmədova) apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, mülki işin birinci instansiya məkəməsinə göndərilməsi qərara alınmışdır.
3. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işdən görünür ki, birinci instansiya məhkəməsinin 13 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmiş, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti vermiş, cavabdeh tərəfindən tərtib olunmuş şikayətdə şikayət verən şəxsin ünvanı, elektron poçt ünvanı və əlaqə nömrəsi göstərilməmiş, bunu nla da, apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş forma və məzmununa riayət edilməmiş, birinci instansiya məhkəməsi bu hala diqqət yetirməmiş, şikayəti geri qaytarmaq əvəzinə, mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir.
4. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, şikayət verilərkən şikayətin forma məzmununa riayət edilməli olmasının ilkin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsi olsa da, birinci instansiya məhkəməsi qərardaddan şikayət verilərkən barəsində şikayət verilən məhkəmə aktının tarixinin düzgün göstərilməməsini nəzərə almamış, MPM-nin 361-ci maddəsinə uyğun olmayan şikayəti apellyasiya qaydasında baxılmasından ötrü Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir.
5. Həmçinin, şikayət MPM-nin 3 61-ci maddəsinə uyğun olmadığından, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz.
6. Apellyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qərardaddan verilmiş şikayətin Azərbaycan Respublikası MPM-nin 361-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır.
7. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 365 və 366.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlil ləri a) Kassasiya şikayətinin dəlilləri
8. Cavabdeh "xxxx" ASC (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
9. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1.2-ci maddəsinə əsasən şikayəti verən şəxsin mütləq şəkildə elektron poçt ünvanı və əlaqə nömrəsinin apellyasiya şikayətində imperativ qaydada göstərilməli olması konkret olaraq normada nəzərdə tutulmamışdır. Belə ki, apelyasiya şikayətində şikayəti verən şəxsin adı və hüquqi ünvanı, həmçinin şikayəti imzalayan Vəkil3 əlaqə nömrəsi də göstərilməklə şikayət verən şəxsi eyniləşdirməyə imkan verən kifayət qədər məlumat öz əksini tapmışdır.
10. Ap ellyasiya məhkəməsi həmçinin birinci instansiya məhkəməsinin qərardaddan şikayət verilərkən barəsində şikayət verilən məhkəmə aktının tarixinin düzgün göstərilməməsini nəzərə almadığını, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinə əsasən uyğun olmayan şikayəti apellyasiya qaydasında baxılmasından ötrü Sumqayıt Apellyasiya Məhkəməsinə göndərdiyi qənaətinə gəlmişdir. Lakin apellyasiya məhkəməsi məhz hansı qərardaddan verilən şikayətin tarixinin düzgün göstərilmədiyini və yol verilmiş yanlışlığın məhz nədən ibarət olmasını (gün, ay və ya ilin düzgün göstərilmədiyini) konkret olaraq qeyd etməmişdir. Belə ki, iş materiallarında olan şikayətlərdən görünür ki, Abşeron rayon məhkəməsinin hər iki qərardadından verdiyi şikayətlərdə məhkəmə aktının tarixi düzgün göstərilmiş dir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
12. Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 12.1. 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 12.2. 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 12.3. 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmən in adı; 12.4. 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 12.5. 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 12.6. 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 12.7. 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı.
13. Maddə 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
14. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
15. Maddə 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.
16. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
17. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
18. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
19. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşmır.
21. Belə ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətindən məlum olur ki, şikayət verən "xxxx" ASC-nin və vəkilin ünvanı göstərilmişdir. Apellyasi ya instansiyası məhkəməsinin qərardadında göstərilmiş digər məlumatların isə apellyasiya şikayətində göstərilməməsinin qeyd edilməsi ifrat formallıq kimi qiymətləndirilə bilər.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında da məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər (Valçli Fransaya qarşı iş üzrə 2007-ci il 26 iyul və Laberger Fransaya qarşı iş üzrə 2006-cı il 26 sentyabr tarixli Qərarlar).
23. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi q ərardaddan şikayət verilərkən barəsində şikayət verilən məhkəmə aktının tarixinin düzgün göstərilməməsini nəzərə almamış, MPM-nin 361-ci maddəsinə uyğun olmayan şikayəti apellyasiya qaydasında baxılmasından ötrü Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Apellyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qərardaddan verilmiş şikayətin Azərbaycan Respublikası MPM-nin 361-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Kassasiya kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsi səhvə yol vermişdir. Belə ki, kassasiya şikayəti verilən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)1339/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından məlum olur ki, Abşeron Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(012)-32/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxılaraq həmin qərardad qəbul edilmişdir. Ancaq qərardadın əsaslandırıcı hissəsində qərardaddan şikayət verilərkən barəsində şikayət verilən məhkəmə aktının tarixinin düzgün göstərilməməsini, qərardaddan verilmiş şikayətin Azərbaycan Respublikası MPM-nin 361-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Abşeron Rayon Məhkəməsinə qaytarılmalı olmasını qeyd edərək anlaşılmazlığa yol vermişdir.
24. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki kassasiya şikayəti qismən təmi n edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 iyun 2023-cü il tarixli 2(105)-1339/2023 nömrəli qərardadı ləğv edilməli və iş materialları cavabdeh "xxxx" ASC-nin apellyasiyasının mümkünlüyü məsələsinə yenidən hüquqi qiymət verilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 iyun 2023-cü il tarixli 2(105)-1339/2023 nömrəli qərardadı ləğv edilsin və iş materialları cavabdeh "xxxx" ASCnin apellyasiyasının mümkünlüyü məsələsinə yenidən hüquqi qiymət verilməs i üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.