Məhkəmə qərarları › İş №2(102)-3366/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3366/2025

02.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3366/2025 02.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh3 qarşı işi üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsinin sökülməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh3 qarşı torpaq sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsinin sökülməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-113/2025 nömrəli, 9 iyul 2025-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 02 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Yevlax şəhəri, H.Əliyev pr, 59 ünvanında yerləşən 0.1298 ha torpaq sahəsi üzərində İddiaçı2 (4/6 hissə), İddiaçı3 (1/6 hissə), İddiaçı1 (1/6 hissə) mülkiyyət hüquqları xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. X19 ilə (satıcı) X18 (alıcı) arasında bağlanmış 12 avqust 2022-ci il tarixli alğısatqı müqaviləsinə əsasən, satıcı Yevlax şəhəri H.Əliyev prospekti 61/5 ünvanında yerləşən, ümumi sahəsi 0.003 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini alıcıya sa tmışdır.

3. Cavabdeh3 Yevlax rayonu Yevlax şəhər Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 80 saylı qərarı ilə Yevlax şəhərində yerləşən torpaq sahəsi sahibkarlıq məqsədi ilə 0,0042 ha torpaq sahəsi verilmişdir.

4. Yevlax Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 80 nörməli qərarı ilə mərhum əri X9 mülkiyyətində olan Yevlax şəhərində H.Əliyev pr. 65 ünvanında sahibkarlıq məqsədi ilə verilmiş 0,0042 ha torpaq sahəsi Cavabdeh3 adına sənədləşdirilmişdir.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli rəyi ilə, Yevlax şəhəri, H,Əliyev prospekti 59-da yerləşən İddiaçı1 naturada göstərdiyi 118 kv.m mübahisəli torpaq sahəsinin koordinat ları müyyən edilmişdir. Qeyd edilən torpaq sahəsinin 26.5 kv.m hissəsi naturada digər şəxslər tərəfindən naturada istifadə edilir. Cavabdehlərin tədqiqat obyektinə baxışda iştirakları təmin edilmədiyindən, həmin torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunun-olunmamasını müəyyən etmək olmadı. Digər şəxslər tərəfindən istifadə edən torpaq sahəsinin koordinatları və sahəsi tərtib olunmuş yerquruluşu plana əlavə olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 17 iyun 2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz ə mlakın Dövlət reyestrindən çıxarışa əsasən, onların paylı mülkiyyətində olan, Yevlax şəhəri Heydər Əliyev prospekti 59 ünvanında yerləşən 0,1298 torpaq sahəsindən cavabdehlərin çıxarılması və həmin torpaq sahəsinin onların sahibliyinə qaytarılması, həmin torpaq sahəsinin 12 kv.m hissəsində cavabdeh X10 və 20 kv.m hissəsində Cavabdeh2 tərəfindən onların xəbəri və icazəsi olmadan tikilmiş qeyri-yaşayış sahələrinin cavabdehlərin öz vəsaitləri hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar bir ailənin üzvü olmaqla Yevlax şəhəri, Əfəndiyev küçəsi ev 2-də yaşayırlar. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 17 iyun 2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında d aşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Yevlax şəhəri H.Əliyev prospekti 59 ünvanında yerləşən 0,1298 ha torpaq sahəsi onların, yəni İddiaçı1, İddiaçı2 və İddiaçı3 (paylı) xüsusi mülkiyyətindədir. Həmçinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 10 iyun 2022-ci il tarixli A seriyalı 716671 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən, Yevlax şəhəri H.Əliyev prospekti 59 ünvanında yerləşən və onları xüsusi mülkiyyətində olan 0,1298 ha torpaq sahəsinin cizgiləri çəkilmişdir. Yevlax şəhəri H.Əliyev prospekti 59 ünvanında yerləşən, 0,1298 ha torpaq sahəsi onlara məxsus olmaqla mülkiyyətlərindədir. Lakin cavabdehlər tamamilə qanunsuz və əsassız olaraq onlara məxsus olan torpaq sahəsini zəbt etmiş, orada onların razılığ ı olmadan obyekt tikmişlər. Cavabdeh Ofeliya Aslanova onlara məxsus olan 12 kv.m ərazini zəbt edərək orada qeyri-yaşayış sahəsi tikərək “avtomobil ehtiyat hissələrinin satışı” ilə məşğuldur. Digər Cavabdeh2 (Cavabdeh3) isə onlara məxsus olan torpaq sahəsinin 20 kv.m hissəsini zəbt edərək orada qeyri-yaşayış sahəsi tikərək bərbərlik fəaliyyəti ilə məşğuldur. Cavabdehlər faktiki olaraq onların mülkiyyətinə müdaxilə etmiş və onlar öz mülkiyyətindən məhrum etmişlər. Cavabdehlərin onlara məxsus olan torpaq sahəsindən çıxarılması, eyni zamanda onların xəbəri və icazəsi olmadan onların mülkiyyətində tikdikləri qeyri-yaşayış sahəsinin onların öz vəsaiti hesabına sökülməlidir.

8. Yevlax Rayon Məhkəməsinin 2(039)-98/2023 saylı mülki iş üzrə 7 fevral 2023cü il tarixli qətnaməsi ilə (hakim Kamil Əliye v) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılar mülkiyyətlərində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini bildirsələr də, bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmiş, ekspert rəyi və iş materialları ilə də bu hal öz təsdiqini tapmamışdır

10. Cavabdeh qismində qeyd olunmuş Cavabdeh1 münasibətdə AN-İ seriyalı ******* №li, 12 avqust 2022-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, X19 ilə (satıcı) X18 (alıcı) arasında bağlanmış müvafiq müqaviləyə əsasən satıcı Yevlax şəhəri H.Əliyev prospekti 61/5 ünvanında yerləşən, ümumi sahəsi 0.003 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini alıcıya satmış, nəticədə Cavabdeh1 iddia tələbinin yönəldiyi fiziki şəxs yəni cavabdeh hesab oluna bilməz.

11. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, Cavabdeh3 münasibətdə JN0024 KOD 90101002 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Cavabdeh3 Yevlax rayonu Yevlax şəhər Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 80 saylı qərarı ilə Yevlax şəhərində H.Əliyev pr. 65 ünvanında sahibkarlıq məqsədi ilə 0,0042 ha torpaq sahəsi verilmiş, habelə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli rəyində mübahisəli torpaq sahəsinin Cavabdeh3 tərəfindən istifadə olunub-olunmamasını müəyyən etmək olmamışdır.

12. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh3 qarşı cavabdehlərin torpaq sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsinin sökülməsi tələbi haqqında iddiası əsassızdır.

13. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsi, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4 və 228.5-ci, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 50.1, 50.3, 54.1, 76.1, 77.1, 88, 106.1 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. İddiaçılar birinci instansiyanın qəbul etdiyi qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində iddiaçılar olaraq onların mülkiyyətində olan torpaq sahəsinin ca vabdehlər tərəfindən zəbt edildiyini bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilmədiklərini, ekspert rəyi və iş materialları ilə də bu halın öz təsdiqini tapmadığını qeyd etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş və məhkəmənin özünün də birbaşa istinad etdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Yevlax şəhəri, H,Əliyev prospekti 59-da yerləşən naturada göstərdikləri 118 kv.m mübahisəli torpaq sahəsinin koordinatlarının müəyyən edildiyi və həmin torpaq sahəsinin 26.5 kv.m hissəsinin naturada digər şəxslər tərəfindən istifadə edildiyi qeyd edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, dəqiqləşdirilmiş koordinatlardan da aydın göründüyü kimi, mülkiyyətlərində olan torpaq sahəsinin 26.5 kv.m hissəsinin digər şəxslər tərəfindən istifadə edildiyi birbaşa sübut olunur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində digər şəxslər kimi göstərdiyi şəxslər Cavabdeh3 və X10 olmuşlar. Belə ki, zəbt olunmuş sahədə onlara məxsus qeyri-yaşayış sahəsi mövcuddur və hal-hazırda fəaliy yət göstərməkdədir. Onların tədqiqat obyektinə baxışda iştirak etməməsi, həmin torpaq sahəsinin onlar tərəfindən istifadə edilməməsi kimi qiymətləndirilə bilməz. Cavabdehlərdən X10 onların məhkəməyə müraciət etdiklərini öyrəndikdən dərhal sonra əmlakı X5 və bilərəkdən AN-İ seriyalı ******* №li, 12 avqust 2022-ci il tarixli alğı-satqı müqaviləsini məhkəmə hazırlıq iclasında deyil, məhkəmə baxışı zamanı məhkəməyə təqdim edərək məsuliyyətdən yayınmağa çalışmışdır. Beləliklə, hesab edir ki, iddiaçı olaraq onların tələbi haqlı tələbdir və işin tədqiq olunan faktiki halları, mütəxəssis rəyi ilə sübut olunur. Ona görə də, işə baxan birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələbinin pozulması kimi qiymətləndirilməlidir. Yuxarıda qeyd olunduğu kimi Hüquqların Dövlət Qeydiyyat ı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** №-li çıxarışa əsasən Yevlax şəhəri, H.Əliyev prospekti 59-da yerləşən 0,1298 ha ibarət torpaq sahəsi onların paylı mülkiyyətindədir. Lakin, cavabdehlər onların konstitusion hüquqlarını pozaraq xüsusi mülkiyyətlərində olan torpaq sahəsini qanunsuz zəbt etmişlər və onlara məxsus torpaq sahəsində özbaşına tikililər inşa etməklə istifadə edirlər. Birinci instansiya məhkəməsi onların iddia tələbini rədd edilməsi ilə bağlı qətnamə qəbul edərək ali qanun hesab edilən Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi onların pozulmuş mülkiyyət hüquqlarının bərpası məqsədi ilə iddia tələbini təmin etməli olduğu halda bunu etməmişdir və nəticədə ali qanunun tələblərinə zidd qətnamə qəbul etmişdir. Cavabdehlərin onların mülkiyyətlərində olan torpaq sahəsinin 26.5 kv.m olan hissəsindən özbaşına istifadə etməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində öz əksini tapmışdır. Başqa sözlə, cavabdehlərin bu qanunsuz hərəkətləri nəticəsində onların mülkiyyətlərində olan torpaq sahəsinə sahiblik və istifadə etmək, torpaq sahəsinə dair sərəncam vermək hüquqları pozulmuşdur. Eyni zamanda, məhkəmə tərəfindən iddia tələblərinin rədd edilməsi Azərbaycan Respublikasının Mülki və Torpaq Məcəllələrinin qeyd olunan maddələrinin tələblərinin pozulmasına gətirib çıxartmı şdır. Belə ki, onların mülkiyyətlərində olan torpaq sahəsinin 26.5 kv.m olan hissəsindən digər şəxslərin istifadə etməsi ilə bağlı mötəbər sübut mövcud olduğu halda məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahəsinin Cavabdeh3 tərəfindən istifadə olunub-olunmamasını müəyyən etmək olmur. Digər tərəfdən, məhkəmə hesab etmişdir ki, Ofelya Asalanova özünə məxsus torpaq sahəsini alqı-satqı nəticəsində özgəsinə özgəninkiləşdirdiyi üçün cavabdeh hesab oluna bilməz. Bildirirlər ki, məhkəmənin iddianın rədd edilməsində əsaslandığı hər iki mövqeyi tam əsassızdır. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində digər şəxslər kimi göstərdiyi şəxslər onların halında Cavabdeh3 və X10 olmuşlar. Belə ki, zəbt olunmuş sahədə onlara məxsus qeyri yaşayış sahəsi mövcuddur və hal-hazırda fəaliyyət göstərməkdədir. Onların tədqiqat obyektinə baxışda iştirak etməməsi, həmin torpaq sahəsinin onlar tərəfindən istifadə edilməməsi kimi, başqa sözlə iddia tələbinin sübut edilməməsi qiymətləndirilə bilməz. Bundan başqa, cavabdehlərdən X10 onun məhkəməyə müraciət etdiyini öyrəndikdən dərhal sonra əmlakı X5 və bilərəkdən AN-İ seriyalı ******* №li, 12 avqust 2022-ci il tarixli alğı-satqı müqaviləsini məhkəmə hazırlıq iclasında deyil məhkəmə baxışı zamanı məhkəməyə təqdim edərək məsuliyyətdən yayınmağa çalışmışdır. Nəticə etibarı ilə, məhkəmənin qəbul etdiyi qətnamə onların mülkiyyətlərində olan torpaq sahələrinə öz istədikləri kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını pozmuşdur.

16. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-46/2024 nömrəli mülki iş üzrə 27 mart 2024-cü il tarixli qətnaməsi ilə (X2 (sədrlik edən və məruzəçi), X12 və X15) iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 7 fevral 2023-cü il tarixli, 2(039)-98/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-589/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

18. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin onların mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunma sını müəyyən etmək üçün ekspertiza və yerli baxış keçirilməsi ilə bağlı müvafiq lazımı təbdirlərin görülməməsi, vacib əhəmiyyət kəsb etməsinə baxmayaraq məhkəmənin iş üzrə ekspertiza təyin etməməsi, yarımçıq tərtib edilmiş mütəxəssis rəyi ilə kifayətlənməsi, ekspertiza keçirmədən, başqa sözlə işin bütün faktiki hallarını araşdırmadan yekun nəticəyə gəlməsinə dair dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, mülki iş üzrə ekspertiza təyin edilib-edilməməsini məhkəmənin üzərinə bir vəzifə olaraq qoymamışdır. Ona hüquq kimi tanımışdır.

19. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, mülki işin obyektiv, hərtərəfli və tam araşdırılması məqsədilə məhkəmə tikinti texniki ekspertizası və təkrar məhkəmə tikinti texniki e kspertizası təyin edilərək, rəylərin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Yerli baxışın keçirilməsi üçün isə zərurətin olması müəyyən edilməmişdir.

20. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Yevlax şəhəri, H,Əliyev prospekti 59-da yerləşən torpaq sahəsinin 26.5 kv.m hissəsinin naturada digər şəxslər tərəfindən istifadə edilməsi, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən dəqiqləşdirilmiş koordinatlardan da aydın göründüyü kimi, mülkiyyətlərində olan torpaq sahəsinin 26.5 kv.m hissəsinin digər şəxslər tərəfindən istifadəsinin birbaşa sübut olunması, xx.xx.2 022-ci il tarixli mütəxəssis rəyində digər şəxslər kimi göstərdiyi şəxslərin Cavabdeh3 və X10 olmaları, zəbt olunmuş sahədə onlara məxsus qeyri yaşayış sahəsinin mövcud olması və halhazırda fəaliyyət göstərməsi, cavabdehlərin bu qanunsuz hərəkətləri nəticəsində onların mülkiyyətlərində olan torpaq sahəsinə sahiblik və istifadə etmək, torpaq sahəsinə dair sərəncam vermək hüquqlarının pozulması, onların tədqiqat obyektinə baxışda iştirak etməmələrinin, həmin torpaq sahəsinin onlar tərəfindən istifadə edilməməsi kimi qiymətləndirilə bilməməsi, cavabdehlərin onların xüsusi mülkiyyətlərində olan torpaq sahəsini qanunsuz zəbt etmələri, onlara məxsus torpaq sahəsində özbaşına tikililər inşa etməklə istifadə etmələrinə dair dəlillərini əsaslı hesab etməmişdir.

21. Belə ki, iş materiallarına əlavə edilmiş, birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı alınmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Yevlax şəhəri, H,Əliyev prospekti 59-da yerləşən İddiaçı1 naturada göstərdiyi 118 kv.m münahisəli torpaq sahəsinin koordinatları müyyən edilmişdir. Qeyd edilən torpaq sahəsinin 26.5 kv.m hissəsi digər şəxslər tərəfindən naturada istifadə edilir. Cavabdehlərin tədqiqat obyektinə baxışda iştirakları təmin edilmədiyindən, həmin torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunub-olunmamasını müəyyən etmək olmadı. Digər şəxslər tərəfindən istifadə edən torpaq sahəsinin koordinatları və sahəs i tərtib olunmuş yerquruluşu plana əlavə olunur.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, təkrar məhkəmə tikinti-texniki ekspertizasına dair Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 fevral 2024-cü il tarixli, 3-1616/2-10/8721 nömrəli ekpsert rəyi ilə iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin sənəd üzrə, həmçinin naturada faktiki istifadə vəziyyətinə görə cavabdehlərə məxsus torpaq sahələri ilə 26.3 kv.metr hissədə üst-üstə düşməsi, üst-üstə düşən torpağın 9.3 kv.m hissəsinin Cavabdeh1 tərəfindən, 17 kv.m hissəsi isə Cavabdeh2 tərəfindən istifadə edilməsi müəyyən edilmişdir.

23. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılara aid torpaq sahəsi ilə onların cavabdehlərə aid olduğunu göstərdikləri 0,003 ha və 0,0042 ha torpaq sahələrinin hər birinə münasibətdə ayrıca hüquqmü əyyənedici sənədlər verilmişdir. İddiaçıların mülkiyyətində olan torpaq sahəsi ilə 0,003 ha və 0,0042 ha torpaq sahələrinə münasibətdə verilmiş hüquqmüəyyənedici sənədlər eyni hüquqi qüvvəyə malik olmaqla onlardan birinin digərinə münasibətdə üstünlüyü mövcud deyildir. Yəni sənəd üzrə üst-üstə düşən hissə yalnız iddiaçıların deyil, həmçinin adlarına sənəd verilmiş şəxslərin də mülkiyyətlərinə rəsmiləşdirilmişdir.

24. Bu halda ilk öncə üst-üstə düşən hissədə aparılmış qeydiyyatlardan hansının yanlış olması mübahisələndirilməklə həmin məsələyə aydınlıq gətirilməli, bundan sonra kim tərəfindən zəbtin həyata keçirilməsi aydınlaşdırılmalıdır. Üst-üstə düşən 9.3 kv.m və 17 kv.m olmaqla cəmi 26.3 kv.metr hissədən əlavə iddiaçılara məxsus torpaq sahəsinin hər hansı bir hissəsinin cavabdehlər tərəf indən zəbt edilməsi halı müəyyən edilməməklə yanaşı iddiaçılar tərəfindən buna dair əlavə bir sübut da təqdim edilməmişdir.

25. Apellyasiya instansiya məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 26 sentyabr 2023-cü il tarixli, 10/6885 nömrəli ekspert rəyini əsaslı hesab etməməsi səbəbli təkrar məhkəmə tikinti texniki ekspertizası təyin edildiyindən, 26 sentyabr 2023-cü il tarixli, 10/6885 nömrəli ekpsert rəyini iş üzrə mötəbər sübut qismində qəbul etmir və təkrar məhkəmə tikinti-texniki ekspertizasına dair Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/8721 nömrəli ekpsert rəyini iş üzrə mötəbər sübut kimi qəbul edir.

26. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı alınmış Daşınmaz Ə mlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli rəyində iddiaçıların mülkiyyətində olan 0,1298 hektar torpaq sahəsinin 0,003 ha və 0,0042 ha torpaq sahələrinin hər hansı bir hissəsi ilə üst-üstə düşməsi halının müəyyən edilməməsi məsələsinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qərardadı ilə mütəxəssis qarşısında 0,003 ha və 0,0042 ha torpaq sahələrinin sənəd üzrə koordinatlarının və naturada ölçülərinin müəyyən edilməsinə dair hər hansı bir sualın qoyulmadığı müəyyən edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli rəyi ilə təkrar məhkəmə tikinti-texniki e kspertizasına dair Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 fevral 2024-cü il tarixli ekspert rəyinin, həmçinin həmin ekspertiza rəyinin verilməsi üçün əsas olmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin 1 dekabr 2023-cü il tarixli mütəxəssis rəyinin bir-birinə zidd rəylər kimi qəbul edilməsini doğru hesab etmir.

27. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, 20 fevral 2024-cü il tarixli ekpsert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçılar bununla bağlı sübutlar təqdim etməmişlər. Məhkəmə kollegiyası izah etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə m alik olmasa da, xx.xx.2024-cü il tarixli ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

28. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin məhkəmənin Ofelya Asalanovanın özünə məxsus torpaq sahəsini alqı-satqı nəticəsində özgəsinə özgəninkiləşdirdiyi üçün cavabdeh hesab oluna bilməməsinə dair mövqeyinin əsassız olmasına dair dəlilinə münasibət bildirərək qeyd edir ki, işdə olan X10 ilə (satıcı) X18 (alıcı) arasında bağlanmış AN-İ seriyalı ******* №li, 12 avqust 2022-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, satıcı ƏMDK yanında DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X7 verilmiş **********12-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Yevlax şəhəri H.Əliye v prospekti 61/5 ünvanında yerləşən, tam mülkiyyət üzrə 25,1 kv/m olan qeyri yaşayış binasını və tam mülkiyyət üzrə 0.003 ha olan torpaq sahəsini alıcıya satmışdır.

29. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, X7 məxsus tikilinin və onun yerləşdiyi torpaq sahəsinin X3 işdə olan alqı-satqı müqaviləsi əsasında müəyyən edildiyi halda iddiaçılara məxsus torpaq sahəsinin hər hansı bir hissəsinin X10 tərəfindən zəbt edilməsinə dair iddiaçılar tərəfindən əlavə bir sübut təqdim edilməmişdir.

30. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin məhkəmə tərəfindən qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin, maddi və prosessual hüquq normaların tələblərinin pozulmasına dair dəlillərini də əsaslı hes ab etməyərək qeyd etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin iddiaçıların apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıların apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29- cu; Mülki Məcəlləsinin 152.1. 152.2, 152.3, 152.4, 152.5, 157.2ci, Torpaq Məcəlləsinin 82, 84, 111-ci, Mülki Prosessual Məcəlləsinin 4.1,9.1, 9.3, 14.2, 77.1, 88, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 372.1, 372.6, 372.7, 382, 384, 385.2, 392, 393 və 404, 407-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

32. İddiaçılar kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)-46/2024 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbləri nin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

33. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-2530/2024 nömrəli qərarı ilə (hakimlər Əhliman Xıdırov (məruzəçi), Elşad Şamayev və Elşanə Vəliyeva) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 mart 2024-cü il tarixli, 2(107)-46/2024 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

34. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə g əldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsinin icraatında olarkən iddiaçılar tərəfindən iş üzrə mübahisənin predmeti ilə əlaqəli "xxxx" MMC-nin 17 avqust 2023-cü il tarixli rəyi təqdim edilmiş, lakin apellyasiya məhkəməsi tərəfindən ümumiyyətlə həmin rəyə münasibət bildirilməmişdir.

35. Həmçinin, apellyasiya instansiyası məhkəməsi torpaqların elektron uçotu sistemində iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin cavabdehlərə məxsus torpaq sahələri ilə 26.3 kv.metr hissədə üst-üstə düşməsini kifayət qədər araşdırıb əsaslandıra bilməmişdir. Elektron sistemdə eyni torpaq sahəsinin bir neçə şəxsin mülkiyyəti kimi qeydə alınması ağlabatan görünmür.

36. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi araşdırıb hüquqi qiymət verməmişdir ki, ə gər torpaq sahələri üst-üstə düşürsə nəyə görə rəyin həmin bəndində sadəcə “iddiaçılar İddiaçı1 İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmiş” ifadəsindən istifadə olunub. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə sənəd üzrə üst-üstə düşən hissə yalnız iddiaçıların deyil, həmçinin adlarına sənəd verilmiş şəxslərin də mülkiyyətlərinə rəsmiləşdirilib.

37. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsi, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 152.5 və 157.2-ci, Torpaq Məcəlləsinin 82, 84 və 111-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1, 10.2 və 10.2.2-ci, Mülki Prosessual Məcəllənin 76.1, 77.1, 88 və 217.4cü maddələrinə istinad edərək əsasland ırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

38. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-113/2025 nömrəli mülki iş üzrə 9 iyul 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər X16 (sədrlik edən və məruzəçi), X13 və X6) iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(039)-98/2023 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilərək iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan Yevlax şəhəri, Heydər Əliyev prospekti 59 ünvanında yerləşən 0,1298 ha torpaq sahəsinin 9.3 kv.m hissəsindən Cavabdeh1, 17 kv.m hissəsindən isə Cavabdeh2 Rauf oğlunun çıxarılması, həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin müvafiq hissələr də Cavabdeh1 və Cavabdeh2 Rauf oğlunun hesabına sökülməsi qət edilmişdir.

39. İşə yenidən apellyasiya qaydasında baxılarkən kollegiya tərəfindən DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə sorğu verilmiş, sorğuya cavab olaraq Cavabdeh2 məxsus plan-ölçü sənədi aşkar edilməmişdir.

40. Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq, həmin məsələnin araşdırılması məqsədilə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 dekabr 2024-cü il tаrixli qərаrdаdı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-335/2-366/2025 saylı mütəxəssis rəyi və Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 23 may 2025-ci il tarixli 3-16-16/2-10/1484 nömrəli ekspert rəyi əldə edilmişdir. Həmin ekspert rəyində göstərilmişdir ki, qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 17 iyun 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Yevlax şəhəri, H.Əliyev prospekti 59-da yerləşən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətlərində olan 0.1298 hektar torpaq sahəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən 20 may 2022-ci il tarixdə verilmiş *** *******12-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 verilmiş və Cavabdeh1 tərəfindən 12 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 25,1 kv/m hissasi X4 0,003 ha torpaq sahəsinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN 0024, KOD 90101002 olan "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Cavabdeh3 adına verilmiş Yevlax şəhərində yerləşən 0.0042 hektar torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları və həmin torpaq sahələrinin naturada ölçüləri müəyyən olunmuşdur. Sənəd üzrə və naturada ölçülərlə bağlı torpaq sahələrinin koordinatları rəyə əlavə olunmuş sxemlərdə göstərildiyi müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: 17 iyun 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Yevlax şəhəri, H.Əliyev prospekti 59-da yerləşən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətlərində olan 0.1298 hektar torpaq sahəsinin, 20 may 2022-ci il tarixdə verilmiş **********12-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 verilmiş və Cavabdeh1 tərəfindən 12 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 25,1 kv/m hissəsi X4 0,003 ha torpaq sahəsinin və JN 0024, KOD 90101002 olan "Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Cavabdeh3 adına verilmiş Yevlax şəhərində yerləşən 0.0042 hektar torpaq sahəsinin 26.3 kv/m üst-üstə düşən hissələrində sənəd üzrə və naturada ölçüləri araşdırıldığı müəyyən edilmişdir. Məlum olmuşdur ki, sənəd üzrə torpaq sahələrində üst-üstə düşmə halı mövcud deyildir. To rpaq sahələrinin naturada üstüstə düşməsinin səbəbi, vətəndaşların naturada torpaq sahələrindən faktiki istifadəçilik vəziyyətlərinin sənəd üzrə göstəricilərlə eynilik təşkil etməməsindən qaynaqlandığı müəyyən edilmişdir.

41. Qərardadın üçüncü sualı üzrə: Məhkəmə tikinti ekspertizasında qeyd edilmiş 26.3 kv.m hissə Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilən 9.3 kv.m və 17 kv.m torpaq sahələrinin cəmindən yarandığı müəyyən olunmuşdur. Belə ki, əvvəlki mütəxəssis rəyində qeyd edildiyi kimi, Yevlax şəhəri, H.Əliyev prospekti 59-da yerləşən 0.1298 hektar torpaq sahəsinin 9.3 kv.m hissəsinin Cavabdeh1 tərəfindən, 17 kv.m hissəsinin isə Cavabdeh2 tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Üst-üstə düşən torpaq sahələrinin ölçülərinin cəminin 26.3 kv.m hissə kimi qeyd edilməsi barədə ekspertin mövqeyi tərəfimizdən təkzib edilmir. Digər bir tərəfdən "0.1298 hekar torpaq sahəsinin 9.3 kv.m hissəsinin Cavabdeh1 tərəfindən 17 kv.m hissəsinin isə Cavabdeh2 tərəfindən istifadə edilməsi şəklində iradə ifadəsi ilkin məhkəmə sorğusu əsasında torpaq sahəsinin yerində (naturada) ölçülməsi zamanı qeyd edilən cavabdeh şəxslərin naturada baxış keçirilməsini icra edən mütəxəssisə bildirdiyi ərazinin döngə nöqtələrinin koordinatlarını elektron-xəritə bazaya yerləşdirdikdə məhz həmin (9.3 və 17 kv.m) hissələrdə torpaq sahələrinin üst-üstə düşməsi səbəbindən yarandığı müəyyən edilmişdir. Qərardadın dördüncü sualı üzrə: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilən 9.3 kv.m və 17 kv.m torpaq sahələri həmin cavabdehlərin mülkiyyətini təşkil etmir. Bel ə ki, qeyd edilən hissələrdə (yəni 9.3 va 17 kv.m hissələrə münasibətdə) torpaq sahəsinin mülkiyyətçiləri - İddiaçı1, İddiaçı2 və İddiaçı3 olduğu müəyyən olunmuşdur.

42. Məhkəmə kollegiyası ekspert rəylərini nəzərə alaraq qeyd etmişdir ki, iddiaçılar mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən cavabdehlərin təqsiri ucbatından istifadə edə bilmir. Buna səbəb isə cavabdehlərin həmin torpaq sahəsinin bir hissəsinin onun olmasını iddia edərək həmin hissəni zəbt edərək iddiaçının istifadə etməsinə maneə yaratmasıdır. Zəbt olunmuş torpaq sahəsi cavabdehlərin və digər şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində deyildir. Bununla bağlı cavabdehlər və digər şəxslər tərəfindən hər hansı hüquq müəyyənedici sənədlər məhkəmələrə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyasının araşdırması zamanı iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə bağlı cavabdehlərin hüquqlarını bu və ya digər formada pozması aşkar olunmamışdır. Əksinə, işdə olan sənədlərdən də görünür ki, cavabdehlər torpaq sahəsinindən heç bir hüquqi əsasları olmadan, qanunsuz olaraq iddiaçının istifadəsinə müdaxilə etməkdədir. Bu faktlar iş üzrə alınmış mütəxəssis və ekspertiza rəyləri ilə təsdiq olunmuşdur.

43. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmamışdır. İddiaçıların mülkiyyətində olan Yevlax şəhəri, Heydər Əliyev prospekti 59 ünvanında yerləşən 0,1298 ha torpaq sahəsinin 9.3 kvm hissəsindən Cavabdeh1, 17 kvm hissəsindən isə Cavabdeh2 çıxarılmalıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlill əri

44. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(107)-113/2025 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

45. Hər iki kassasiya şikayəti eyni məzmunda əsaslandırılmış və qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, Yevlax şəhəri, H.Əliyev prospekti 59da yerləşən torpaq sahəsinin 26.5 kv.m hissəsinin naturada digər şəxslər tərəfindən istifadə edilməsi, dəqiqləşdirilmiş koordinatlardan da aydın göründüyü kimi, mülkiyyətlərində olan torpaq sahəsinin 26.5 kv.m hissəsinin digər şəxslər tərəfindən istifadəsinin birbaşa sübut olunması, rəydə digər şəxslər kimi göstə rdiyi şəxslərin Cavabdeh3 və Cavabdeh1 olmaları, zəbt olunmuş sahədə onlara məxsus qeyri-yaşayış sahəsinin mövcud olması və hal-hazırda fəaliyyət göstərməsi, cavabdehlərin bu qanunsuz hərəkətləri nəticəsində onların mülkiyyətlərində olan torpaq sahəsinə sahiblik və istifadə etmək, torpaq sahəsinə dair sərəncam vermək hüquqlarının pozulması, onların tədqiqat obyektində baxışda iştirak etməmələrinin, həmin torpaq sahəsinin onlar tərəfindən istifadə edilməməsi kimi qiymətləndirilə bilməməsi, cavabdehlərin onların xüsusi mülkiyyətlərində olan torpaq sahəsini qanunsuz zəbt etmələri, onlara məxsus torpaq sahəsində özbaşına tikililər inşa etməklə istifadə etmələrinə dair dəlilləri əsaslı deyildir.

46. Məhkəmədə sübutlar və faktlarla əsaslandırmağa çalışsa da iş üçün əhəmiyyətli təqdim etdikləri s übutları araşdırmamış, məhkəmə öz mövqeyində qalaraq qanunu səhv təfsir edərək ədalətsiz və qanunsuz qərar qəbul etmişdir. Apellyasiya məhkəməsi qətnaməsini əsaslandırmaq üçün heç bir qanuna, maddi hüquq normasına istinad etməmişdir. Təkcə bu faktın özü məhkəmə qətnaməsinin ləğvi üçün kifayətdir. Cavabdehlər onlara məxsus torpaq sahələrinin plan və ölçülərini sübut olaraq iş materiallarına əlavə etməmişdir. Daha doğrusu edə bilməmişlər. Halbuki, torpaq mübahisələri üzrə obyektiv nəticəyə gəlmək üçün bu vacib əhəmiyyət kəsb edir. Başqa sözlə, torpaq sahəsinin dəqiq yeri yalnız onun koordinatlarını özündə əks etdirən planı və ölçüsü ilə müəyyən oluna bilər. Məhkəmə iş materiallarında mübahisə tərəfinin torpaq sahəsinə dair sübutlar(sənədlər) olmadığı halda verilmiş rəy obyektiv və legitim sü but sayıla bilməz.

47. Məhkəmə cavabdehlərin prosessual hüquqlarını pozmuşdur. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasında münasibətlər üzrə düzgün nəticəyə gəlməmişdir. İşdə vicdanlı alıcı olmasına baxmayaraq, məhkəmə həmin halı da əsaslı hesab etməmişdir. Nəzərə alınsa ki, bundan əvvəl məhkəmə proseslərində qeyd edilən hallar kifayət qədər araşdırılmışdır. Cavabdehlərin torpağın mülkiyyətinə dair dövlət aktları vardır. Bu məhkəmə sənədlərində öz əksini tapır. Məhkəmə tərəfindən dəlil və sübutlar yetərincə qiymətləndirilməmişdir. Cavabdehlərin sübutlarına qiymət qiymat verilmədiyindən prosessual hüquq normaları pozulmuş, ədalətli məhkəmə qətnaməsi qəbul edilməmişdir.

48. Məhkəmə hüququn tətbiq edilməsində səhv buraxaraq iş materiallarında olan sübutlardan müstəqil ekspe rt rəyi ilə digər rəylər arasında kəskin ziddiyyət olmasına baxmayaraq sübutların araşdırılmasını təmin etməyərək qanunu səhv təfsir etmiş və nəticədə ədalətsiz qətnamə qəbul edilmişdir.

49. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci, Mülki Məcəllənin 152.1 və 157.2-ci, Mülki Prosessual Məcəllənin 19, 19.1.3, 19.2.3 və 88ci maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

50. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

51. Maddə

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

52. Maddə

29. I.Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

53. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

54. Maddə 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

55. Maddə 152.3. İstifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

56. Maddə 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

57. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

58. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmla kını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi:

59. Maddə

82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar.

60. Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

61. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu

62. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil ed ilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. …

63. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: … 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi ha lları sübut etməlidir.

66. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

67. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

68. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

69. Maddə 416.1. Kassasiya instansiyası məhkəmə si işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

70. Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.3. Apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər;

71. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

72. Maddə 418.3. Prosessual hüquq normalarının pozu lması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

73. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

74. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

75. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

76. MPM-nin 418.4-cü maddəsinə əsasən kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq həmin normada nəzərdə tutulmuş prosessual pozuntulara yol verilməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas olduğundan məhkəmə kollegiyası ilk növbədə işə baxmış məhkəmə tərəfindən həmin pozuntulara yol verilib-verilmədiyini yoxlayaraq bu pozuntulara yol verilmədiyini müəyyən edir.

77. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyindən şikayətin işin faktiki hallarına düzgün qiymət verilməməsi ilə bağlı dəlilləri kassasiya baxışının predmeti deyil.

78. İşə ikinci dəfə apellyasiya qaydasında baxılarkən kassasiya instansiyası məhkəməsinin göstərişləri üzrə araşdırma aparılmış, ekspert rəyləri və digər sübutların qiymətləndirilməsi zamanı prosessual pozuntulara yol verilməmişdir.

79. Kollegiya Cavabdeh1 kassasiya şikayətinin torpaq sahəsinin xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X1 məhkəmə tərəfindən nəzərə alınmadığına dair dəlili ilə bağlı qeyd edir ki, hazırkı halda mübahisə predmeti olan torpaq sahələri mülkiyyətdə olan torpaq deyil, cavabdehlər tərəfindən zəbt edilmiş sahələr olduğundan X4 sahəyə ilə bağlı tələb olmadığı üçün həmin şəxs cavabdeh qismində deyil, iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş, qətnamə ilə onun hüquq və maraqlarına toxunan məsələ həll edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi onun tərəfindən mübahisələndirilməmişdir.

80. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-113/2025 nömrəli, 09 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

81. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şika yətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-113/2025 nömrəli, 09 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar