Məhkəmə qərarları › İş №2(102)-3367/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3367/2023

05.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3367/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ 2(102)-3367/2023 (Açar sözlər:işəgötürənə qarşı ezamiyyə xərclərinin ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (ASC-yə) qarşı ezamiyyə xərclərinin ödənilməsi tələbinə dair Bakı Apellasiya Məhkəməsinin 2(10)-2543/2023 nömrəli, 16 may 2023-cü il tarixli qətnaməsindən iddiaçılar E. Kərimov, E. Salmanov, R. Yusibov və İddiaçı4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə “ 05 ”oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçılar - İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehin Elektrik avadanlıqlarının təmiri və sazlanması xidmətinin Yarımstansiya avadanlıqlarının quraşdırılması sahəsinin 6-cı dərəcəli elektrik quraşdırıcıları, İddiaçı4 isə 10-cu dərəcəli ustası vəzifəsində işləmişdirlər.

2. Cavabdehin xx.xx.2020-ci il tarixli əmri ilə İddiaçı3 Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə (ştatın ixtisar edilməsi), xx.xx.2020-ci il tarixli əmri ilə İddiaçı1la bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə (ştatın ixtisa r edilməsi), İddiaçı2la bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə (işçinin təşəbbüsü ilə) və İddiaçı4lə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə (ştatın ixtisar edilməsi) əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəmələrində icraat

3. İddiaçılar cavabdehə qarşı iddia qaldıraraq, İddiaçı1 4355 manat, İddiaçı2 4355 manat, İddiaçı3 4355 manat və İddiaçı4 8125 manat, ümumilikdə 21190 manat ezamiyyətdə olduqları müddətdə almadıqları ezamiyyə xərcinin cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onlar cavabdeh Cəmiyyətdə el ektrik quraşdırıcıları işləmiş, İddiaçı3, İddiaçı1 və İddiaçı2 Oğuz su elektrik stansiyasının tikintisində xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək, İddiaçı4 isə xx.xx.2020 – xx.xx.2020ci ilədək və xx.xx.2020-xx.xx.2020-ci ilədək ezamiyyətdə olduqları müddətdə gündəlik ezamiyyə xərclərini almamışlar. Nazirlər Kabineti ezamiyyə xərcələrinin bir günlük normasını rayon mərkəzlərində 65 manat müəyyən etsə də, onlara həmin hesabla ezamiyyə xərcləri verilməmişdir. Bununla bağlı cavabdehə müraciət edərək mübahisənin məhkəmədən kənar həll edilməsini və ezamiyyə xərclərini onlara verilməsini, bu mümkün omadıqda iddiaçılarıın işə qəbul edilməsi, Oğuz su elektrik stansiyasının tikintisinə ezam olunmaları, işdən çıxarılma barədə sənədləri Büroya təqdim olinmasını xahiş etmişlər. Lakin cavabdeh bundan imtina etmişdir. 2020-ci ilin mart ayından xx.xx.2021-ci il tarixədək respublika üzrə pandemiya elan olunduğundan və məhkəməyə müraciət etmələri məhdudlaşdırıldığından iddia qaldırmaq imkanından məhrum olmuşlar. Məhdudiyyətlər aradan qaldırıldıqdan sonra hüquqi yardım almaq üçün vəkil bürosuna müraciət etmişlər. Bu səbəbdən iddia müddətini ötürməmişlər.

5. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçılar – İddiaçı3 xx.xx.2020-ci il tarixdə, İddiaçı1 xx.xx.2020-ci il tarixdə, İddiaçı2 xx.xx.2020-ci il tarixdə, İddiaçı4 isə xx.xx.2020-ci il tarixdə işdən azad olunublar. İddiaçılar pul tələbi ilə bağlı qanunla müəyyən edilmiş iddia müddətini ötürməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Mülki Məcəllənin 379cu maddəsində iddia müddətinin dayandırılmasının əsasları göstərilmişdir. İddiaçılar üzürlü səbəb kimi Respublikada 2020-ci ilin mart ayından xx.xx.2021-ci il tarixədək pandemiyanın mövcud olmasını göstərmişlər. Lakin pandemiya hələ də davam edir və göstərilən müddətdə məhkəmələr tərəfindən iddia ərizələri elektron və poçt vasitəsi ilə qəbul edilirdi, yalnız iclaslara məhkəmə zallarında baxılmırdı.

6. Bakı şəhəri Xətai Rayon məhkəməsi (hakim P. M. Zamanlı) xx.xx.2022-ci il tarixli, 2(011)-1973/2022 nömrəli qətnaməsi ilə, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddiaları təmin edilməmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar cavabdeh Cəmiyyətdə usta (Qismətəli Hacıyav) və elektrik quraşdırıcısı (İddiaçı1, İddiaçı3 və İddiaçı2) vəzifələrində işləmişlər, onlarla bağlanmış əmək müqaviləsinə - İddiaçı3la xx.xx.2020-ci il tarixdə, İddiaçı1la xx.xx.2020-ci il tarixdə, İddiaçı2la xx.xx.2020-ci il tarixdə və İddiaçı4lə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. İddiaçıların iddia ərizəsində göstərdikləri müddətdə iş ezamiyyətində olmalarını isə cavabdeh təkzib etməmişdir.

8. Lakin iddiaçılar hazırki iddia ərizəsi ilə 2022-ci ilin fevral ayında, yəni əmək mübahisələri üzrə qanunla müəyyən edilmiş 1 illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişlər.

9. İddiaçılar iddia ərizəsi ilə məhkəməyə gec müraciət etmələrini respublika ərazisində COVİD-19 pandemiyasının mövcud olması səbəbindən məhkəməyə müraciət edilməsinin məhdudlaşdırılması ilə əlaqələndirsələr də, məhkəmə onların bu dəlillərilə razılaşmır. Çünki, COVİD-19 pandemiyası ilə əlaqə dar yalnız məhkəmə iclaslarının keçirilməsində 2020-ci il ərzində atrı-ayrı vaxtlarda tam məhdidiyyət tətbiq olunmuş, iddia ərizələri isə poçt vasitəsi ilə göndərildikdə, məhkəmə tərəfindən qəbul olunmuşdur. Məhdidiyyət tətbiq edilməyən vaxtlarda isə, ümumiyyətlə məhkəmə iclasları da ənənəvi qaydada keçirilmiş, 2021-ci il ərzində isə, ümumiyyətlə COVİD-19 pandemiyası ilə əlaqədar məhkəmələrdə nə iddia ərizələrinin qəbulunda, nə də məhkəmə iclaslarının keçirilməsində heç bir məhdudiyyət tətbiq edilməmişdir.

10. Əmək qanunvericiliyinin tələbinə əsasən, iddiaçılar - İddiaçı3 xx.xx.2021-ci il tarixədək, İddiaçı1 xx.xx.2021-ci il tarixədək, İddiaçı2 xx.xx.2021-ci il tarixədək, İddiaçı4 isə xx.xx.2021-ci il tarixədək iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdilər. Belə ki, qanun iddia müddə tinin axımının başlandığı günü şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günlə müəyyən edir. Əmək Məcəlləsində isə işçinin öz hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin Əmək Məcəlləsində nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulması ilə müəyyənləşdirilir.Əvvəldə şərh edilənlərdən də görünür ki, iddiaçıalr 2020-ci ilin yanvar və aprel-iyul ayları ərzində ezamiyyə xərclərinin onlara verilməməsini iddia esələr, habelə onlarla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrlərdən müvafiq olaraq 2020-ci ilin oktyabr, noyabr və dekabr ayla rında məlumatları olsa da, vaxtında məhkəməyə müraciət etməmişlər.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsi 372.1., 372.2., 375.2., 377.1.-ci maddəyə, Azərbaycan Respublikasının Əmək Məcəlləsi 296, 3-cü hissəsinə, 296, 4-cü hissəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2, 77.1, 217.4-ci maddəyə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəmələrindəki icraat

12. İş üzrə iddiaçılar apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdirlər.

13. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər X. A. Mərdanova (sədrlik edən və məruzəçi), E. M.Həsənov, S. X. Bəhrəmzadə) 16 may 2023-cü il tarixli, 2(103)-2543/2023 nömrəli qətnaməsi ilə, iddiaçıların apelly asiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(011)1973/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

14. Apellyasiya instansiya məhkəməsi kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, iddiaçıların iddia ərizəsi ilə məhkəməyə gec müraciət etmələrini respublika ərazisində COVİD-19 pandemiyasının mövcud olması səbəbindən məhkəməyə müraciət edilməsinin məhdudlaşdırılması ilə əlaqələndirməsinə dair dəlillərinə birinci instansiya məhkəməsinin verdiyi hüquqi qiymətlə məhkəmə kollegiyası razılaşır.

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli, 2(011 )-7294/2021 saylı qərardadı ilə qeri qaytarıldığı halda MM-nin 380.2.-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanması və iddia müddəti buraxılmamış hesab edilməli olmasına dair dəlilinə hüquqi qiymət verərək əsassız saymışdır. Belə ki, işin materiallarından görünür ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-7294/2021 saylı qərardadı ilə MPM-nin 149.2.4-1.152.1.6-1-ci maddəsi(mediasiya prosesində iştirak etməməsi), 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılması əsası ilə ezamiyyə xərclərinin ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır. İddiaçılar bundan 4 ay sonra xx.xx.2022-ci ildə mediasiya orqanına müraciət etmiş, xx.xx.2022-ci il tarixdə müvafiq arayış aldıqdan sonra yenidən eyni iddia ilə məhkəməyə müraciət etmişlər.

16. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçılar xx.xx.2021-ci il tarixdə (halbuki iş materiallarında iddia ərizəsinin xx.xx.2021-ci il tarixdə verilməsi təsdiq olunmur) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verdikdən sonra dərhal deyil, xeyli müddət keçdikdən sonra mediasiya orqanına müraciət etmələri müddətin yenidən başlanması və iddia müddətinin buraxılmaması kimi qiymətləndirilə bilməz.

17. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsi 372.1, 372.2, 375.2, 377.1-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.3, 296.4-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2, 77.1.,80.,88, 106.1.,217.1.,217. 3.,218.1.,218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2543\2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini ləğv edilməsini, işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi haqda qərar qəbul edilməsini xahiş etmişdirlər.

19. Kassatorlar şikayəti onunla əsaslandırmışdır ki, iddiaçılar son haq-hesabı və əmək kitabçasını aldıqlarında və ezamiyyə xərclərinin verilməməsini aşkar edildiyi gündən sonra iddia müddətinin axımı başlayır. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlə r etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Bu norma onu ehtiva edir ki, iddia verildikdən sonra və iddia məhkəmədə rəsmən qeydiyyata alındıqdan sonra iddia müddətinin axımı kəsilir. İddia ərizəsi xx.xx.2021-ci il tarixdə Bakı Xətai rayon məhkəməsinə poçt vasitəsi ilə ( qəbz ********* ) göndərilmiş, lakin xx.xx.2021-ci il tarixli, 2(011)-7294\2021 saylı qərardadı ilə qeri qaytarılmışdır. Həmin iddia ərizəsinin xx.xx.2021-ci il tarixli, 7294 nömrəsi ilə daxil olma qeydi ilə nüsxəsi və poçt qəbzin surəti iş materiallarına əlavə edilmişdir. Bu onu deməyə əsas verir ki, iddiaçılar üçün iddia müddətinin axımı xx.xx.2021-ci il tarixdən yenidən başlayır və bir il ərzində iddia etmək iqtidarındadır lar. Bundan əlavə, mülki prosessual qanunvericilik məhkəmə tərəfindən ərizə geri qaytarıldıqdan sonra dərhal deyil, xeyli müddət keçdikdən sonra verilməsi əsası ilə iddia müddətinin buraxılması anlayışını nəzərdə tutmamışdır. Məhkəmə kollegiyası qənaətini hansı hüquq normasına istinad etməklə müəyyən etməsini əsaslandırmır.

20. Kassator şikayətinin hüquqi əsası kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.3.-cü maddəsinə, MM-nin 380.1., 380.2-ci maddələrinə və MPM-nin 220ci maddəsinə istinad etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

21. Cavabdeh ASC kassasiya şikayətlərinə etiraz edərək, onun dəlillərini əsassız hesab etmişdir və Bakı Apellasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-254/2023 saylı qətnaməsini dəyişdirilmədən saxlanılması barədə qərar qəbu l edilməsini xahiş etmişdir.

22. Cavabdeh etirazını Mülki Prosessual Məcəlləsinin 151.1, 152.1.6-1, 152.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

19. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

20. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

21. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

22. Maddə 377.1. İddia müddətinin axımı şə xsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

23. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

24. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

25. Maddə 296, 3-cü hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bi lə-bilə qəsdən pozulduğu gündür.

26. Maddə 296, 4-cü hissə. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrə k, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində iddiaçılar tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmam ası halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

36. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eyni olduğundan və məhkəmə kollegiyası həmin dəlillərə apelyasiya instansiya məhkəməsi tərəfindən verilmiş hüquqi qiymətlə razılaşdığından həmin dəlillərin təkrar qiymətləndirilməsinə zərurət görmür və qeyd edir ki, id dia ərizəsinin geri qaytarılması iddia ərizəsinin baxılmamış saxlanılması kimi iddia müddətinin axımına təsir etmir.

37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellasiya Məhkəməsinin 2(10)-2543/2023 nömrəli, 16 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar