Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3368/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh1 Bayram qızına və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3368/21 (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Cavabdeh: “Dr.X1 Cafe Restuarant Sanayi və Ticarət Limited” Şirkətinin vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 oktyabr 2020-ci il tarixli, 2(103)-3495/2020 saylı qətnamə sindən cavabdehlər Cavabdeh1 və “Dr.X1 Cafe Restuarant Sanayi və Ticarət Limited” Şirkətinin birgə verdikləri kassasiya şikayəti üzrə işə 14 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh1 və “Dr.X1 Cafe Restuarant Sanayi və Ticarət Limited” Şirkətinə (bundan sonra Şirkət) qarşı iddia qaldıraraq, onunla Cavabdeh1 arasında notarial qaydada bağlanmış 15 may 2013-cü il tarixli borc müqaviləsinin və 06 fevral 2018-ci il tarixli barışıq razılaşmasının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarix li qətnaməsi ilə (sədrlik edən, hakim H.M.Əhmədova) iddia təmin edilərək, tərəflər arasında notarial qaydada bağlanmış 15 may 2013-cü il tarixli borc müqaviləsinin və 06 fevral 2018-ci il tarixli barışıq razılaşmasının etibarsız hesab edilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 15 may 2013-cü il tarixli borc müqaviləsinə əsasən, Sevda Əzimova 15 yanvar 2014-cü il tarixədək qaytarmaq şərti ilə Cavabdeh1 165.000 ABŞ dolları məbləğində borc pul alıb. 06 fevral 2018-ci il tarixli barışıq razılaşmasına əsasən, Cavabdeh1 15 may 2013-cü il tarixli borc müqaviləsi üzrə Sevda Əzimovaya verdiyi 165.000 ABŞ dolları məbləğində pul vəsaitinin güzəştli şərtlərlə qaytarılmasına dair razılığa gəlib. Tərəflər arasında borc müqaviləsi imzalandıqdan sonra Sevda Əz imovanın maddi vəziyyətində baş vermiş dəyişiklikləri nəzərə alaraq Cavabdeh1 qaytarılacaq borcun məbləğində güzəştə gedib və razılaşmanın bütün şərtləri yerinə yetiriləcəyi halda tərəflər qarşılıqlı razılaşma əsasında qaytarılacaq borcu 125.000 ABŞ dolları məbləğində müəyyən edib. Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, İddiaçı “X2” əmtəə nişanlı yataq dəstləri mağazasından məhsul alaraq, həmin məhsulları satmaq üçün Azərbaycan Respublikasına gətirib və həmin məhsulları satdıqdan sonra, yenidən həmin mağazadan bir neçə dəfə mal alıb və onların Bakı şəhərində satışını həyata keçirib. Bundan sonra İddiaçı “X2” məhsullarının Azərbaycan Respublikasında təmsilçiliyini həyata keçirmək üçün Zeki Baydemir adlı şəxsin vasitəçiliyi ilə özlərini Şirkətin rəhbərləri kimi təqdim edən Vedat Akbul ut və Ömer Turanla görüşüb. Tərəflər arasında əldə olunmuş şifahi razılaşmaya əsasən, İddiaçı Şirkətdən məhsulları nisyə alır və satdıqdan sonra pulunu ödəyəcəyini öhdəsinə götürür. Tərəflərin şifahi olaraq razılaşdıqları nisyə alqı-satqı müqaviləsinin təminatı olaraq İddiaçı ilə Cavabdeh1 arasında 15 may 2013-cü il tarixli borc müqaviləsi bağlanır. Həmin razılaşmaya əsasən, İddiaçı Cavabdeh1 165.000 ABŞ dolları məbləğində borc pul alır və aralarında olan şifahi razılaşmaya uyğun olaraq ticarət edirlər. Lakin sonradan onlar arasındakı ticarət münasibətləri pozulur. Cavabdeh1 məhkəmədə İddiaçı qarşı “borc pul tələbinə dair” iddia qaldırır. Bundan sonra tərəflər arasında 06 fevral 2018-ci il tarixli barışıq razılaşması bağlanır və Cavabdeh1 öz iddiasını geri götürür. Həmin barışıq razılaşmas ına əsasən, İddiaçı qaytarmalı olduğu borcun məbləği 125.000 ABŞ dolları müəyyən edilir. Daha sonra tərəflər bir müddət ticarət etsə də, Şirkət daha İddiaçı nisyə mal vermir və 2018-ci ilin dekabr ayından İddiaçı Şirkətlə ticarət əlaqələrini dayandırır. İşin faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 15 may 2013-cü il tarixli borc müqaviləsi bağlansa da, İddiaçı ümumiyyətlə Cavabdeh1 tanımayıb və onlar arasında borc hüquqi münasibətləri olmayıb. Həmin borc müqaviləsi İddiaçı ilə sözügedən Şirkət arasında bağlanmış nisyə alqı-satqı müqaviləsini pərdələmək məqsədilə bağlanıb. Bundan başqa həmin Şirkətin hazırki iddia tələbi ilə heç bir bağlılığı yoxdur. Ona görə də iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 324.1-324.5, 337.1- 337.4, 340.2, 354.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdehlər ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri vermişlər. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Ə.Kərimli sədrlik edən, məruzəçi, A.Ə.İsgəndərov və E.C.Kazımov) apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apelly asiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 324.5, 337.1, 337.3, 340.2, 404.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdehlər qətnamədən birgə kassasiya şikayəti vermişlər. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və “Dr.X1 Cafe Restuarant Sanayi və Ticarət Limited” Şirkətinin vəkili Vəkil2 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı vəkili Faiq Nağıyev 03 avqust 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etsə də, 14 sentyabr 2021-ci il tarixə təxirə salınmış məhkəmə iclasına gəlməmişdir, lakin kassasiya instansiyası məhkəməsinə yazılı ərizə göndərərək, kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı və Cavabdeh1 isə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmada n işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Əqdlərin etibarsız sayılması üçün əsaslar Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilib göstərilib. Həmin Məcəllənin 337.1, 337.2 və 337.4-cü maddələrinin mənasına görə, bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiy yəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir və məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdır ması kimi qiymətləndirilməməlidir. Cavabdehlərin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlillərinə əsasən tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandıma ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, 15 may 2013-cü il tarixli notarial qaydada bağlanmış borc müqaviləsinə əsasən İddiaçı 15 yanvar 2014-cü il tarixədək qaytarmaq şərti ilə Cavabdeh1 165.000 ABŞ dolları (manata məzənnədə 129.525 manat) məbləğində borc pul alıb. Bundan sonra, İddiaçı bor c müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün Cavabdeh1 məhkəmədə İddiaçı qarşı “pul tələbinə dair” iddia qaldırıb və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli qərardadı ilə tərəflərin məhkəmə iclasına gəlməmələri əsasına görə iddia baxılmamış saxlanılıb. Daha sonra, tərəflər arasında notarial qaydada bağlanmış 06 fevral 2018-ci il tarixli barışıq razılaşmasına əsasən, borc müqaviləsi imzalandıqdan sonra İddiaçı maddi vəziyyətində baş vermiş dəyişikliklər nəzərə alınaraq Cavabdeh1 qaytarılacaq borcun miqdarında güzəştə gedilərək, bu razılaşmanın bütün şərtləri yerinə yetiriləcəyi haldı tərəflər qarşılıqlı razılaşma əsasında qaytarılacaq borcu 125.000 ABŞ dolları məbləğində müəyyən etmişlər. Eyni zamanda, tərəflər razılığa gəlmişlər ki, 125.000 ABŞ dolları 31 may 2019-cu il tarixədək tam şəkildə Cavabdeh1 qaytarılacaqdır. Yəni, İddiaçı 125.000 ABŞ dollarının 100.000 ABŞ dollarını 31 dekabr 2018-ci il tarixədək, qalan 25.000 ABŞ dollarını isə 31 may 2019-cu il tarixədək Cavabdeh1 qaytaracağını öhdəsinə götürmüşdür. Razılaşmada göstərilmiş şərtlərin pozulması, bu razılaşmanın qüvvədən düşməsinə və tərəflər arasındakı öhdəliklərin 15 may 2013-cü il tarixli borc müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə səbəb olacaqdır. Hazırda İddiaçı, Cavabdeh1 əvvəllər tanımadığını, onunla arasında hər hansı borc hüquqi münasibətlərin olmadığını, borc müqaviləsinin, habelə barışıq razılaşmasının Şirkətlə aralarında “X2” əmtəə nişanla yataq dəstləri mağazasının satış təmsilçiliyinin həyata keçirilməsi və aralarında yaranmış işgüzar münasibətlər üzrə illik nəzərdə tutulmuş dəyərdə malların alınmasını təmin etmək məqsədilə bağlandığını göstərib, borc müqaviləsinin və barışıq razılaşmasının etibarsız hesab edilməsini iddia etmişdir. Cavabdeh1 isə sözügedən Şirkətin 2013-cü ilin ortalarınadək Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində fəaliyyət göstərdiyini, ölkəni tərk edərkən həmin şirkətin, malların satılmamış hissəsini nisyə aşağı qiymətlərlə satıb pulunu Şirkətə göndərmək üçün İddiaçı təhvil verdiyini, eyni zamanda Şirkətdə çalışan oğlu Natiq Əhmədovun tapşırığı ilə nisyə satılmış malın dəyərində İddiaçı ilə notarial qaydada təsdiq edilməklə 165.000 ABŞ dollarına dair borc müqaviləsi bağladığını, sonuncu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün ona qarşı məhkəmədə pul tələbinə dair iddia qaldırdığını, lakin sonradan Şirkətin rəhbərliyi ilə razılığa gəldiyi üçün onunla İddiaçı arasında notarial qaydada təsdiq edilməklə 125.000 ABŞ dollarına dair barışıq razılaşmasının bağlandığını, borc müqaviləsinin və barışıq razılaşmasının etibarsız hesab edilməsi üçün əsasların olmadığını göstərib, iddiaya etiraz etmişdir. Şirkət də iddia ilə razılaşmayıb qeyd etmişdir ki, 2013-cü ilin aprel ayında Bakı şəhərində fəaliyyətini dayandırmalı olub və bu səbəbdən də satış üçün Türkiyədən gətirdiyi və satılmamış malları nisyə satıb pulunu Şirkətə ödəmək şərti ilə İddiaçı ilə razılığa gəlib. Bunun üçün topdan satış qiyməti 321.188,7 ABŞ dolları olan malları təqribən 21 faiz endirimlə, yəni 250.000 ABŞ dollarına İddiaçı təhvil veriblər və bu barədə aralarında təhvil-təslim haqqında sənəd imzalanıb. Sonradan İddiaçı satılan malın dəyərinin bir hissəsini Şirkətə ödəsə də, nəticədə 165.000 ABŞ dolları məbləğində borcu qalıb. Şirkətlə İddiaçı arasında olan qarşılıqlı razılaşmaya əsasən qalan borca görə sonuncu ilə Cavabdeh1 arasında borc müqaviləsi bağlanıb. Sonradan qarşılıqlı razılaşmaya əsasən borcun məbləği 125.000 ABŞ dollarına endirilib və İddiaçı ilə Cavabdeh1 arasında notarial qaydada təsdiq edilməklə barışıq razılaşması bağlanıb və borcun son qaytarılma müddəti 31 may 2019-cu il tarixədək müəyyən edilib. Əvvəla, kassasiya instansiyası məhkəməsi, cavabdehlərin kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir və belə qənaətə gəlir ki, əqdin əsas məqsədi və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlə nilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Mülki qanunvericilikdə əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərtlər (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalıdır), əqdin məzmununa aid olan şərtlər (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid olan şərtlər (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidirlər), əqdin formasına aid edilən şərtlər (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və əqd üzrə tərəflər üçün hüquqi nət icələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Mülki Məcəllənin 324.1-ci maddəsində əqdin ümumi anlayışından bəhs olunur. Həmin maddəyə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin anlayışından da göründüyü kimi, əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. İradə insanın öz qarşısına qoyduğu məqsədə nail olmaq qabiliyyətində özünü göstərən insan psixikasının xüsusiyyətidir. İnsanın daxili aləmində əmələ gəlmiş istəyə əsaslanan iradə həmin istəyin gerçəkləşdirilməsi üçün ifadə edilməlidir. Mülki hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişdirilməsi və xitamı üçün bir tərəfin iradə ifad əsi yetərli olduqda birtərəfli əqdlər, iki tərəfin iradə ifadəsi tələb olunduqda ikitərəfli əqdlər, ikidən çox tərəfin iradə ifadəsi zəruri olduqda isə çoxtərəfli əqdlər meydana gəlir. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır (Mülki Məcəllənin 337.1-ci maddəsi). Əhəmiyyətsiz əqd isə məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.3, 337.4-cü maddələri). Həmin Məcəllənin 390.1-ci maddəsində isə göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Əqdlərin etibarsızlığına səbəb ola biləcək şərtlər isə Mülki Məcəllənin 337-354-cü maddələri ilə əhatə olunub. Hazırki halda, istər 15 may 2013-cü il tarixli borc müqaviləsinin, istərsə də 06 fevral 2018-ci il tarixli barışıq razılaşmasının tərəflərin iradəsinə uyğun olub-olmaması ilə bağlı işin halları apellyasiya instansiyası məhkəməsi tərəfindən kifayət qədər ayraşdırılmayıb. Belə ki, iddiaçı, borc müqaviləsinin, barışıq razılaşmasının Şirkətlə aralarında “X2” əmtəə nişanlı yataq dəstləri mağazasının satış təmsilçiliyinin həyata keçirilməsi və aralarınd a yaranmış işgüzar münasibətlər üzrə illik nəzərdə tutulmuş dəyərdə malların alınmasını təmin etmək məqsədilə bağlandığını göstərdiyi halda, cavabdehlər sözügedən borc müqaviləsinin və barışıq razılaşmasının Şirkət tərəfindən iddiaçıya nisyə verilmiş malların satış pulunun Şirkətə ödənilməsini təmin etmək məqsədilə bağlandığını göstərmişlər. Apellyasiya instansiyası məhkəməsi, iddiaya cavabdehlərin etirazının əsası kimi istinad etdikləri halları təsdiq etmək üçün məhkəməyə təqdim etdikləri sübutlara, o cümlədən Şirkət tərəfindən İddiaçı nisyə verilmiş malların təhvil-təslim sənədlərinə, apellyasiya şikayətlərində bu barədə göstərilmiş dəlillərə hüquqi qiymət vermədən və iş üzrə məhkəmə qətnaməsini tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olaraq əsaslandırmadan, birinci instansiya məhkəm əsinin gəldiyi nəticə ilə razılaşmışdır. Əksinə, iddiaçının irəli sürdüyü arqumentlərdən fərqli olaraq, cavabdehlərin apellyasiya şikayətlərində göstərdikləri faktlar işin 39-67-ci vərəqələrində olan 250.000 manat dəyərində malların İddiaçı tərəfindən imza edilməklə Şirkətdən təhvil-təslim alınmasına dair sənədlərlə təsdiq olunur və işdə, bunun əksini təsdiq edən heç bir yazılı sübut yoxdur. Mülki Prosessual Məcəllənin 88 və 217.3-cü maddələrinin mənasına görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olaraq əsaslandırılmalıdır. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi işi n hallarını düzgün müəyyən etməməklə və iş üzrə məhkəmə qətnaməsini tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olaraq əsaslandırmadan sadalanan prosessual normaların tələblərini pozub. Daha sonra, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış borc müqaviləsinin və barışıq razılaşmasının yalan əqd olmaqla, başqa əqdi pərdələmək məqsədi ilə bağlanması qənaətinə gəlsə də, gəldiyi nəticəni Mülki Məcəllənin 340.2-ci maddəsinin tələblərinə uyğun olaraq kifayət qədər əsaslandırmayıb və həmin əqdlərin pərdələdiyi başqa əqdin mahiyyətinə varmayıb. Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə müqavilə- tərəflərin hansısa hüquqi nəticə əmələ gətirmək üçün biri-birinə uyğun olan iradə ifadələrinin təzahürüdür. Sadalanan normalar, qanunda zəruri forma şərti (yazılı sənədin tərtibi, hər iki tərəfin mühüm şərtlər barədə sənəddə əks olunan iradə bəyanları və s.) tələb olunan müqavilələrin həmin formada bağlanmaması (Mülki Məcəllənin 329, 405.1, 406.1-ci maddələri və sair), habelə tərəflərin əslində əmələ gətirmək istədikləri hüquqi nəticədən fərqli əqd sənədləşdirmələri (Mülki Məcəllənin 340.2-ci maddəsi) hallarında bağlanmış müqavilələrin etibarsız sayılmasını nəzərdə tutur. Yalan əqddə tərəflər əslində görünən müqavilədən başqa bir müqavilə barədə razılığa gəlmiş olurlar, lakin görünən əqdlə həmin müqaviləni pərdələləyirlər. Beləcə, tərəflər xarici aləmə (üçüncü şəxslərə) qarşı əslində istəmədikləri bəyanları ilə meydana gələn müqavilə ilə görünməyi, amma gerçəklikdə başqa bir müqavilənin bağlanmasını arzu edir və bu xüsusda anlaşırlar. Bu səbəbdən, pərdələyən əqd əhəmiyyətsizdir və heç bir hüquqi nəticə yaratmır. O da nəzərə alınmalıdır ki, pərdələnən (gizli) müqavilə etibarlılıq şərtlərinə (forma, səlahiyyətli orqanın təsdiqi və s.) cavab vermirsə həmin əqd də etibarlı sayılmır (Mülki Məcəllənin 340.2-ci maddəsinin sonuncu cümləsi). Apellyasiya instansiyası məhkəməsi, qeyd olunan maddənin təfsirində səhvə yol verərək, bir tərəfdən sözügedən borc müqaviləsinin və barışıq razılaşmasının yalan əqd olmaqla, başqa əqdi pərdələmək məqsədi ilə bağlandığı və əhəmiyyətsiz əqd olduğu nətic əsinə gəlsə də, digər tərəfdən tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaları tətbiq etməməklə ziddiyyətli nəticəyə gəlib. Digər tərəfdən, Mülki Məcəllənin 351.1, 351.2 və 351.3-cü maddələrinin mənasına görə, əhəmiyyətsiz əqd həqiqətən bağlandığı andan etibarsız sayılsa da, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən baglanması kimi qiymətləndirilməlidir. Eyni zamanda, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Göründüyü kimi əhəmiyyətsiz əqdi bağlayan şəxs tərəfindən həmin əqdin sonradan təsdiq edilməsi əqdin yenidən bağlanması hesab olunur. Həmin əqd üzrə tərəflərin hüquq və vəzifələri əvvəlki əqdin bağlanıldığı vaxtdan deyil, həmin ə qdin təsdiq edildiyi vaxtdan yaranır. Mülki Məcəllənin 351.4-cü maddəsi bu qaydanı ikitərəfli əqdlərə də aid etmişdir. Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə (mübahisə edilən əqd) həmin əqd bağlandığı andan etibarsızdır. Lakin, kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə qanunda konkret göstərilən əsaslarla mübahisə edilən əqdi də həqiqi saya bilər. Bunun üçün Mülki Məcəllənin 351-ci maddəsində göstərilən əsaslar olmalıdır. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik olan şəxs təsdiq edirsə, bununla o, gələcəkdə əqdi mübahisələndirmək hüququnu itirir. Mübahisə edilən əqdin mübahisə etmək hüququna malik olan şəxs tərəfindən təsdiq edilməsinə formal yanaşmaq olmaz və Mülki Məcəllənin 351.5-ci maddəsinə görə mübahisə edilən əqdin təsdiq edilməsi yalnız o, zaman etibarlı olur ki, əqd müqavilə və əxlaq tələblərinə zidd olmasın və yaxud üçüncü şəxslərin mənafeyini pozmasın. Mübahisə edilən əqdlərin Mülki Məcəllədə müəyyən olunmuş hallarına nəzər saldıqda məlum olur ki, tərəflərin əqdi mübahisələndirmək hüququ qanunla məhdudlaşdırılmışdır. Belə ki, tərəf əqdi mübahisələndirmək üçün əsasların olmasını bildikdə və yaxud bilməli olduqda, lakin öz davranışı ilə bu əqdin saxlanılmasını nümayiş etdirib, sonradan onun həmin əqdi mübahisələndirməsi, əqd bağlanıldıqdan sonra tərəflərin davranışları əqdin etibarlılığına əsas verdikdə, tərəfin sonradan əqdin etibarsızlığını irəli sürməsi və sair əqdin etibarsız hesab edilməsi üçün əsas hesab edilməyə bilər. Apellyasiya instansiyası məhkəməsi, tərəflər arasında notarial qay dada bağlanmış barışıq razılaşmasının etibarlılığına sözügedən maddələrin tələblərinə uyğun olaraq hüquqi qiymət verməyib və hazırki halda, İddiaçı əvvəl Cavabdeh1 ilə əhəmiyyətsiz əqd bağlamış olsa da, sonradan sonuncu ilə barışıq razılaşması bağlamaqla əslində onu təsdiq etməsini nəzərə almayıb. Bu baxımdan kassasiya instansiyası məhkəməsi cavabdehlərin kassasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətl ənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassa siya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdehlər Cavabdeh1 və “Dr.X1 Cafe Restuarant Sanayi və Ticarət Limited” Şirkətinin birgə verdikləri kassasiya şikayəti təm in edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 oktyabr 2020-ci il tarixli, 2(103)-3495/2020 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3368/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3368/2021
14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver