Məhkəmə qərarları › İş №2(102)-3368/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3368/2022

14.07.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3368/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X3 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcu, ipoteka predmetinə tutma yönəldilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X3 qarşı kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-186/2022 nömrəli, 11 yanvar 2022ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 14 iyul 2022ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı X1 Açıq Səhmdar Cəmiyyətinin (yeni adı "xxxx" Açıq Səhmdar Cəmiyyəti, bundan sonra - iddiaçı və ya Bank) 12 saylı filialı ilə Cavabdeh1 (bundan sonra - borcalan) arasında bağlanmış 26 fevral 2018-ci il tarixli 24-G1-2-0-71-18 saylı kredit müqaviləsinə (bundan sonra - Kredit müqaviləsi) əsasən, Bank borcalana illik 24% dərəcəsi ilə 60 ay müddətinə 15000 manat məbləğində kredit vermişdir. 2. 26 fevral 2018-ci il tarixli 24-G1-2-0-71-18 saylı ipoteka müqaviləsinə (bundan sonra - İpoteka müqaviləsi) əsasən, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək m əqsədilə borcalan tərəfindən mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Səməd bəy Mehmandarov küçəsində yerləşən, 58.1 kv.m ümumi sahədən ibarət 8 nömrəli evin 4 nömrəli mənzili (bundan sonra - ipoteka predmeti və ya Mənzil) bank qarşısında ipoteka ilə yüklü edilmiş, Bankın ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və müqavilədə Mənzilin bazar qiyməti 30.000 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı məhkəməyə iddia ərizəsi, daha sonradan iddia ərizəsinə əlavə barədə ərizə verərək, borcalandan Bankın xeyrinə kredit müqaviləsi üzrə 13893.49 manat əsas, 6483.51 manat faiz, 1718.59 manat cərimə borcu olmaqla, cəmi 22095.59 manat məbləğində borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin Mənzilin açıq hərracdan satılması və borcun hərracdan əldə olunan vəsait hesabına banka ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Mənzil satıldıqdan 1 ay sonra borcalanın və X2 mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi, cavabdehlərin Mənzildən çıxarılmaları, Mənzilin boşaldılması və Banka təhvil verilməsi, kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, borcalana dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, borcunu ödəməkdən yayınmışdır. Bu səbəbdən də, iddiaçı qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predm etinə tutma yönəldilməsinə dair reyestr orqanına və borcalana bildirişlər göndərmiş, lakin sonuncu tərəfindən onlara münasibət bildirilməmişdir.

5. Məhkəmə iclasında izahat verən borcalan iddia tələbini qismən qəbul etmiş, lakin Bank tərəfindən hesablanmış faiz və cərimə borcu məbləğlərinin çox olduğunu bildirmişdir, bu səbəbdən də, borcun məhkəmə ekspertizası tərəfindən hesablanaraq, ondan tutulmasını xahiş etmişdir. Bundan əlavə, əvvəllər ödənişlərini vaxtında həyata keçirsə də, daha sonra maddi vəziyyətində baş verən çətinliklər səbəbindən borcunu vaxtında ödəyə bilmədiyini qeyd etmişdir.

6. Məhkəmə Ekspertiza Mərkəzinin 965 saylı, 18 may 2020-ci il tarixli rəyinə əsasən, Kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, borcalanın iddia tələbinin tarixinə Banka əsas borc üzrə 13829,72 ma nat, faiz üzrə isə 2710.63 manat olmaqla, cəmi 16540,35 manat məbləğində borcunun olduğunu müəyyən edilmişdir.

7. Sabunçu Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 13 oktyabr 2020-ci il tarixli, 2(008)-549/2020 nömrəli qətnaməsi ilə (hakim Əşir Səmədov) iddia tələbi qismən - kredit müqaviləsindən irəli gələn 13829,72 manat əsas borc, 2710.63 manat məbləğində faiz borcu olmaqla, cəmi 16,540.35 manat məbləğində borcun borcalandan tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və ilkin satış qiymətinin 30.000 manat qiymətləndirilməsi, satışdan əldə olunan vəsait hesabına 16,540.35 manat məbləğində pul vəsaitinin tutularaq, Banka ödənilməsi və Kredit müqaviləsinin ləğv edilməsi hissələrində təmin olunmuş, qalan hissədə isə təmin olunmamışdır.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materialları ilə təsdiq olunduğu kimi borcalan Bankdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir.

9. İddianın rədd edilmiş hissəsində isə məhkəmə belə qənaətə gəlmişdir ki, borcalanın Mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin həmin Mənzildən çıxarılmaları, Mənzilin boşaldılaraq, Banka təhvil verilməsi ilə bağlı tələb irəli sürmək üçün iddiaçının subyektiv hüququ olmamışdır.

10. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 445.2, 448.1, 448.2, 462.1, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.4, 33, 34.1.1 və 59.3-cü maddələrinə istinad etmişdir. b ) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin əsas və faiz borcunun məbləğini müəyyən edərkən iş materiallarındakı ekspert rəyinə istinad etmiş, lakin cərimə borcunu ümumiyyətlə hesablamamışdır. Cavabdeh sonuncu ödənişi 08 oktyabr 2018-ci il tarixdə 1652,04 manat məbləğində etmiş və həmin tarixdən sonra heç bir ödəniş etməmişdir, ancaq buna baxmayaraq, ekspert əsassız olaraq, əsas borcun 13829,72 manat, faiz borcunun isə 2710,63 manat məbləğində olduğunu qeyd etmişdir. Bunlarla yanaşı, məhkəmə tələbin Mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin Mənzildən çıxarılmaları, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi hissəsində də iddianı rədd edərkən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinin tələblərini və ipoteka saxlayan olaraq bankın hüquqlarını pozmaqla bankın ipoteka predmetini əldə etmək hüquqlarını məhdudlaşdırmışdır. Bundan əlavə, məhkəmə qətnamədə heç bir əsaslandırma qeyd etmədən dəbbə pulunu ümumiyyətlə hesablamamışdır. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

13. Apellyasiya məhkəməsi "xxxx" MMC tərəfindən verilmiş 09 dekabr 2021-ci il tarixli, 14/1277 saylı rəyə əsasən, Mənzilin likvid dəyərinin 37.600 manat təşkil etdiyini müəyyənləşdirmişdir.

14. Apellyasiya icraatı zamanı borcalanın iddia ərizəsinə əlavə əri zə verilən günə, yəni 23 sentyabr 2021-ci il tarixə olan borcunun hesablanması üçün əlavə mühasibatlıq ekspertizası keçirilmiş və 6 iyul 2021-ci il tarixli, 9/3754 saylı rəyə əsasən, əsas borcun 13829,72 manat, faiz borcunun isə 6499,97 manat olduğu müəyyənləşdirilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 11 yanvar 2022-ci il tarixli, 2(103)-186/2022 nömrəli qətnaməsi ilə (hakimlər - İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və E.C.Kazımov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilmiş, həmin hissədə iddia qismən- borcalandan 13829,72 manat əsas borc, 6483,51 manat məbləğində faiz borcu, 968 manat cərimə olmaqla, ümumilikdə 21281,23 manat pulun iddiaçının xeyrinə tutulması hissəsində təmin edilmişdir. İpoteka predmetinin ilkin satış qiymətinin 37.600 manat məbləğində müəyyən olunması, Mənzilin satıldıqdan sonra cavabdehlərin Mənzili 1 ay müddətində tərk etmədikləri halda, məcburi çıxarılmaları, Mənzilin boşaldılaraq, Banka təhvil verilməsi, cavabdehlərin Mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və Mənzilin satışından əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra olunması qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini icraat zamanı müəyyənləşdirilmiş hallara istinadən belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi borcu müəyyən edərkən, məbləği iddia ərizəsi verilən tarixə hesablamış, iddia tələbinin h əcminin artırılması barədə ərizəni nəzərə almamışdır. Lakin bu dövrdə kredit müqaviləsi başa çatmadığına görə Bank həmin ərizəni verməkdə haqlı olmuşdur. Bununla yanaşı, iş mənzilin satıldıqdan sonra boşaldılması və cavabdehlərin Mənzildən çıxarılması hissəsində “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən həll edilməlidir. Bundan əlavə, cərimə borcu hissəsində borcalanın son ödənişi 08 oktyabr 2018-ci ildə etdiyini nəzərə alaraq, hər iki tərəfin əsaslı mənafeyinə görə cərimə pulunun məbləği əsas borcun 7 faizi qədər müəyyən olunmalıdır.

17. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1, 319.6, 442, 462.3, 467 və 739.1ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 47.5 və 59.3-c ü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarına tam və hərtərəfli qiymət vermədən qətnamə qəbul etmişdir. Belə ki, borcun ödənilmədiyi dövr pandemiya dövrünə təsadüf etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş “Tədbirlər Planı”nın icrası çərçivəsində Azərbaycan Mərkəzi Bankının təklif etdiyi əlavə dəstəkləyici tədbirlərə görə banklara kredit öhdəliklərinin tam və ya qismən gecik dirilməsi halında borcludan mart-sentyabr ayları üçün əlavə cərimə, dəbbə pulu və digər ödənişlərin tutulmamasının tövsiyə edilməsinə baxmayaraq, cavabdehdən həm faizlərin, həm də cərimə pulunun tutulması qət edilmişdir. Bundan əlavə, Mənzilin likvid dəyəri olduğundan aşağı qiymətləndirilmiş, şişirdilmiş dəbbə pulu və faizlər hesablanmışdır. Belə ki, cavabdeh tərəfin təqdim etdiyi mədaxil qəbzlərindən görünür ki, cavabdeh banka 2021-ci ilin iyul, sentyabr, oktyabr aylarında müvafiq olaraq, 300, 200, 700 manat məbləğində ödənişlər etsə də, bunlar nəzərə alınmamış və sübut kimi qiymətləndirilməmiş, icraat zamanı verilmiş ekspert rəyləri arasındakı ziddiyyətli məqamlar araşdırılmamışdır. Bunlarla yanaşı qeyd etmişdir ki, cavabdehin həyat yoldaşı onkoloji xəstə olduğundan ailənin maddi vəziyyə ti qəfil pisləşmiş və o, öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

22. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət h üququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

23. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.

24. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

26. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

27. Maddə 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

28. Maddə 47.5. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

29. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən g eci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi hallar ı sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apell yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı Cavabdeh1 kassasiya şikayəti əsasında borcun məbləği və ilk in satış qiymətinin müəyyən edilməsi hissələrində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini əsaslandırmamışdır.

40. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

41. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kredit müqaviləsi üzrə borcalan olan cavabdehin məhkəmə aktının qəbul edilməsindən sonra müqavilə öhdəliklərinin icra qismində ödəniş etməsi özü-özlüyündə məhkəmə aktının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu cür ödəniş etmiş şəxs qətnamənin qanuni qüvvəyə minməsindən sonra həmin sübutları icra icraatını həyata keçirən orqana təqdim etməklə ödənişlərin nəzərə alınmasını tələb edə bilər.

42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şi kayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-186/2022 nömrəli mülki iş üzrə 11 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - kredit borcunun məbləğinin və ilkin satış qiymətinin müəyyən edilməsi hissələrinə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar