Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3368/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Bashı̇ rı̇ Heı̇ rabad Vüsalə Telman qızının cavabdeh Məlı̇ kova Gülşən Abdulhəsən qızına qarşı iş üzrə QƏRARİ Açar sözlər: qanundan əmələ gələn öhdəliklər üzrə mübahisələr, əsassız varlanma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı Bashı̇ rı̇ Heı̇ rabad Vüsalə Telman qızının cavabdeh Məlı̇ kova Gülşən Abdulhəsən qızına qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2(106)-931/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 4 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri, Xətai rayonu, Naximov (indiki Polad Həşimov) küçəsi, 13 saylı evin 34 saylı mənzili əvvəlcə Cavabdeh mülkiyyətində olmuşdur.
2. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 26 fevral 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13 saylı evin 34 saylı mənzili sonuncunun mülkiyyətinə verilmişdir. Daha sonra tərəflər arasında həmin mənzilin alqı-satqısı üzrə əqdlərin mübahisələndirilməsi ilə bağlı məhkəmə mübahisələri olmuşdur.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-3337/2020 nömrəli qətnaməsi ilə Cavabdeh iddi ası təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13 saylı evin 34 saylı mənzilinə dair Bakı şəhəri 52 saylı Notariat Ofisinin Xüsusi X3 tərəfindən 4Ə-246 reyestr nömrəsi ilə təsdiq edilmiş Cavabdeh ilə İddiaçı arasında 26 fevral 2020-ci il tarixində bağlanmış “Daşınmaz Əmlakın alqı-satqı Müqaviləsi”nin etibarsız hesab edilməsi, cavabdeh İddiaçı adına verilmiş Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13 saylı evin 34 saylı mənzilinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli, RX seriyalı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış və dövlət reyestri tərəfindən aparılmış qeydin ləğv edilməsi və cavabdeh İddiaçı Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13 saylı evin 34 saylı mənzilindən çıxarılması, mənzilin iddiaçı Cavabdeh sahibliyinə qaytarılması qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)10912/2021 nömrəli qətnaməsi ilə X2 apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3337/2020 saylı, 18 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və Cavabdeh iddia tələbi rədd edilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-2733/2022 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə mülkiyyətinə qayıtdıqdan sonra, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən 13 saylı evin 34 saylı mənzilini X4, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi Bakı şəhəri 6 saylı Notariat Konturunda rəsmiləşdirilmişdir.
7. Bundan sonra sonuncu müqaviləni X17 mübahisələndirmişdir.
8. Bakı Şşhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)-5187/2022 nömrəli qətnaməsi ilə X2 cavabdehlər Cavabdeh, X9, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 6 saylı Notariat Konturuna qarşı Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov (köhnə Naximov) kü çəsində yerləşən 13 saylı evin 34 saylı mənzilinə dair Cavabdeh ilə X14 arasında Bakı şəhəri 6 saylı notariat konturunda bağlanmış 4ə-710 reyestr nömrəli 09 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında X7 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və X7 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov (köhnə Naximov) küçəsində yerləşən 13 saylı evin 34 saylı mənzilindən çıxarılması barədə iddia tələbi rədd edilmişdir. Bu zaman sonuncu alıcı N.Rəhimov vicdanlı alıcı hesab edilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)1791/2023 saylı qətnaməsi ilə X13 apellyasiya şikayəti təmin edilməmiş və Xətai Rayon Məhkəməsinin 2(011)-5187/2022 nömr əli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-2787/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 1791/2023 nömrəli iş üzrə 28 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən 13 saylı evin 34 saylı mənzilinə dair Cavabdeh ilə onun arasında bağlanmış 26 fevral 2020-ci il tarixli, daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ödədiyi 55000 manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi birinci iclasından sonra xx.xx.2021-ci ildə məhkəmə icraatı zamanı Gülşən xanım həmin mübahisəli evi xx.xx.2021-ci ildə X1. 2022-ci ildə Vüsalə xanım Gülşən və Nurlana qarşı alqı- satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəməyə müraciət etmiş, lakin Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. Məhkəmə Nurlanı vicdanlı alıcı hesab edərək, ziyan tələbi ilə bağlı Vüsaləyə hüquqları izah olunmuşdur. Sonradan apellyasiya şikayəti verilmiş, lakin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Ona görə də ziyanla bağlı tələb irəli sürülmüşdür.
13. Birinci instansiya məhkəməsindək i icraatda Cavabdeh iddianı qəbul edərək izahatında bildirmişdir ki, oğlu Şahid2 ilə İddiaçı 4 il münasibəti olmuş və ər-arvad kimi yaşamışlar. 2-3 il əvvəl oğlunu nişanlamışlar. Evlənməsinə az qalmış Vüsalə toya gəlib onları biabır edəcəyini demişdir. Övladını qorumaq üçün notariusda alqı-satqı edərək evi onun adına keçirmişdir. 2020-ci ildə Vüsalə makler gətirərək pulu Banka qoymuşdur. Özü toyu etmiş və sonradan evi geri almaq üçün şikayət vermiş, nəticədə evi geri almışlar. Toya bir həftə qalmış Vüsaləyə kreditini ödəməsi üçün 3000 manat vermişdir. Evi sonradan 31500 manata Nurlana satmışdır. Vüsaləyə evi satarkən ona pul verilməmiş, pulu Vüsalənin gətirdiyi makler banka qoymuş və həmin pulu Vüsalə götürmüşdür, ona pul verilməmişdir.
14. Birinci instansiya məhkəməsindəki icraatda Cavabd eh nümayəndəsi Vəkil2 iddianı qəbul etməmiş, bildirmişdir ki, pul Vüsalə xanımın özünə verilmiş və şahidlər bunu görmüşlər.
15. Salyan Rayon Məhkəməsinin (hakim A.Səmədov) e-2(057)-252/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən 13 saylı evin 34 saylı mənzilinə dair Cavabdeh ilə İddiaçı arasında bağlanmış 26 fevral 2020-ci il tarixli, daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ödənilmiş 55000 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 255 manat Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir.
16. Məhkəmə hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Bakı şəhəri Xətai Ra yon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(011)- 5187/2022 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdehlər Cavabdeh, X9, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 6 saylı Notariat Konturuna qarşı- Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov (köhnə Naximov) küçəsində yerləşən 13 saylı evin 34 saylı mənzilinə dair Cavabdeh ilə X14 arasında Bakı şəhəri 6 saylı notariat konturunda bağlanmış 4ə-710 reyestr nömrəli 09 dekabr 2021-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında X7 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və X7 ailə üzvləri ilə birl ikdə Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov (köhnə Naximov) küçəsində yerləşən 13 saylı evin 34 saylı mənzilindən çıxarılması barədə iddia tələbi rədd edilmişdir.Həmin qətnaməyə əsasən məhkəmə X10 vicdanlı alıcı hesab etdiyindən X2 iddiası rədd olunmuşdur. Sonrakı məhkəmə aktlarında isə X2 ona dəymiş ziyanı tələb etmək hüququ izah olunmuşdur.Ona görə də məhkəmə qeyd edilənlərə əsasən iddianın təmin olunmasını daha əsaslı və qanuni hesab etmişdir.
17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.1, 339.2, 339.3, 339.4, 339.5, 339.6, 340.2-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli və N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Şikayətə görə iş üzrə mühüm əhəmiyyətli olan hal-55000 manat pulun iddiaçı Bashiri X15 tərəfindən gətizdirilməsidir. Məhkəmə prosesi zaman iştirakı təmin edilmiş şahidlərin ifadəsindən də göründüyü kimi pulu iddiaçı özü gətizdirmiş və alqı-satqıdan sonra götürüb pulu gət irən şəxsə qaytarmışdır. Bundan əlavə hal yoxdur ki, məhkəmə onu araşdırsın. İş üzrə olan bütün məhkəmə qətnamələrində bu tam aydınlaşdırılmamışdır deyə həmin qətnamələrdə qeyd olunmuşdur ki, mənzili alan şəxs vicdanlı alıcıdır və iddiaçıya dəymiş ziyanı tələb etmək hüququ izah edilmişdir. Tərəflərin aralarında bağlanmış müqavilənin bağlanması səbəbi iddiaçının oğlunun Rəhmana qarşı olan şantaj xarakterli hərəkətləridir. Təbii ki uydurma və ya yalançı əqd olsa belə notariusa gedildiyi anda müqavilənin təsdiq edilməsi üçün pul mütləq şəkildə ban hesabına qoyulmalı və alqı-satqıdan sonra notariusun verdiyi qəbz əsasında götürülməlidir. Göründüyü kimi, onun (Gülşənin) mənzili Vüsaləyə satmaq niyyəti olmayıb deyə və həmin vaxt oğlunun toyuna hazırlaşdığı vaxtda toyu sağ-salamat sakitliklə yola verilməsindən ötrü və Vüsalənin toyu dağıdacağından ehtiyat etdiyinə görə notariusa gələrək sənədləri imzalamışdır. İmza atmasaydı notarius müqaviləni təsdiq etməyəcəkdi. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi də birbaşa vurğulamışdır ki, pulun verilməsi halı müəyyən edilmədiyindən qətnamə əsassızdır və belə olan halda 55000 manat pulun qaytarılması müəyyən edilmədiyindən ilkin Xətai rayon Məhkəməsinin qətnaməsi əsassızdır. Bunu eyni Ali Məhkəmədə izah etmişdir. Hər iki instansiya məhkəməsi müəyyən etməmişdir ki, pulu bu iş üzrə cavabdeh olaraq o almışdır və ondadır.
20. Şikayətdə həmçinin qeyd edilmişdir ki, Salyan Rayon Məhkəməsi qətnaməni əsaslandırarkən bir cümlə yazaraq kifayətlənmiş və qalan əsaslandırmanı yalnız qanunvericiliyin normalarını qeyd etməklə ki fayətlənmişdir. Halbuki, qətnamə əsaslandırılarkən 55000 manat tələb edilən pulun onda olduğunu təsdiq edən sübutu göstərməmişdir. Halbuki, təqdim edilmiş şahidlər də təsdiq etmişlər ki həmin pul iddiaçı tərəfindən əldə edilərək götürülüb notariusun bank hesabına qoyulmuş və alqı-satqı təsdiq edildikdən sonra dərhal İddiaçı tərəfindən gətirən şəxsə qaytarılmışdır. Pulun hansı qaydada təşkil edilməsi, bank hesabına qoyulması, müqavilədən sonra götürülməsi və götürüldükdən sonrakı aqibəti heç bir məhkəmə qətnaməsi ilə müəyyən edilməmişdir.
21. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İlham Əsədov (sədrlik edən və məruzəçi), İlham Mayılov və Tofiq Heydərov) 2(106)-931/2024 nömrəli iş üzrə 20 iyun 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birin ci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçının hesabına əsas olmadan zənginləşən (varlanan) şəxsdir, bunun müqabilində iddiaçı yoxsullaşmışdır, onların arasında əvvəl müqavilə olmuş olsa da həmin müqavilə əsasında mənzil faktiki olaraq iddiaçının mülkiyyətinə keçməmiş, nəticə etibarı ilə 55000 manat pulun cavabdehdə qalması üçün yetərli bir səbəb də yoxdur. Ona görə də əldə edilən məbləğ cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qüvvədə olan məhkəmə qətnaməsi ilə tərəflər arasında bağlanmış mənzilin alqı-satqısına dair xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarlı müqavilə hesab edilmiş, həmin müqaviləyə uyğun olaraq söz ügedən mənzili satın alarkən X17 55000 manat pulu notariat orqanının depozit hesabına köçürmüş və Cavabdeh həmin məbləği almışdır. Bununla yanaşı, Cavabdeh mənzili başqasına satmışdır. Mənzil X17yə verilməmiş, eyni zamanda pul da qaytarılmamışdır.
24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbi haqlıdır. Birinci instansiya məhkəməsi mahiyyətcə doğru qənaətə gəlmişdir.
25. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli, Konstitusiya Məhkəməsi Plenumunun G.Əhmədovanın şikayəti üzrə 2019cu il 24 iyul tarixli, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixl i qərarlarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh Məlı̇ kova Gülşən Abdulhəsən qızı (Vəkil3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
27. Cavabdeh kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
29. Maddə 1091.1.Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabı na əmlak əldə etsin.
30. Maddə 1091.2.Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
31. Maddə 1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarı
32. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzl üyünü ehtiva edir. Mülki Prosessual Məcəllə
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə ü çün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərard adın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiy a instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
45. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məh kəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
46. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 4 08.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
47. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nətic əyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-931/2024 nömrəli iş üzrə 20 iyun 2024-cü tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.